Ardını oxu...
Azinforum.az saytına sensasion bir müraciət daxil olub. Müəyyən etik səbəbləri əsas göstərən müraciət müəllifi adının konfidensial saxlanmasını bizdən xahiş edib. Xatırladaq ki, müraciətin müəllifi iki ali təhsili iki olan gənc bir xanımdır. Əslən Naxçıvanın Şərur rayonundan olan bu xanımın çox tanınmış və ziyalı bir ailənin övladıdır. Onun anası Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovla bir sinifdə oxuyub.
Şikayətçi bildirir ki, anasının Vasif Talıbova etdiyi müraciətdən sonra, onun Naxçıvanın Bakı şəhərindəki Daimi Nümayəndəliyində işlə təmin ediblər. Xanım işlə təmin olunan vaxt nişanlı olub. Bir sıra obyektiv səbəblərə görə, nişanını geri qaytarıb. Bundan sonra onun işdə “qara günləri” başlayıb. Dediyinə görə, Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov tərəfindən müəyyən qanunsuz təkliflər almağa başlayıb.
Onların hamısını rədd edəndən sonra, dövlət qulluqcusu olan xanım işdə sıxışdırılıb və şəxsi işi ləkələnib. Əvvəlcə ona töhmət verib, əmək haqqının 25 faizini azaldırlar, sonra isə başqa əsasları gətirərək, xüsusi maddə ilə işdən xaric edirlər. Şikayətçi xanım bildirir ki, onun cəzalandlrılması ilə bağlı çox gülməli bir arqument ortaya atıblar. Güya bu xanım Ümumilli Lider Heydər Əliyevin anım günündə Fəxri Xiyabanda gülüb və bir qədər qısa ətəkli paltarda olub.
Bütün bu təzyiqlərdən sonra, xanım Dami Nümayəndəlikdə işləyə-işləyə 2019-cu ildə başına gətirilənlərlə bağlı Vasif Talıbova geniş məzmunlu məktub ünvanlayır. Həmin məktuba heç bir reaksiya verilmir. Buna görə xanımın atası və anası Vasif Talıbovun qəbuluna düşmək üçün Naxçıvana yollanırlar. Uzun müddət çaba etsələr də, qəbula düşə bilmirlər. Xanımın atası bütün bu yaşananlara tab gətirə bilməyərək, qəflətən vəfat edir.
Daha sonra xanımın anası Naxçıvanın sabiq daxili işlər naziri Fazil Ələkbərovun qəbulunda olur. Ona söz verilir ki, bütün olanlar MR rəhbərinə çatdırılacaq. Heç bir nəticənin olmadığını görən xanım sonda özü yollanır Naxçıvana. Onu Ali Məclisin birinci mərtəbəsində bir neçə nəfər qəbul edir, dinlədikdən sonra, şikayətinin rəhbərliyə çatdırılacağına söz verirlər. Yenə heç bir reaksiya olmur. Nəticədə xanım ləkələnən şəxsi işinə görə heç bir dövlət qulluğunda işlə təmin edilə bilmir.
Ona məsləhət görürlər ki, Naxçıvan rəhbərliyi ilə yaxın əlaqəsi olan bir nəfər vəkilə müraciət etsə, bu işi yoluna qoyula bilər. Onu əslən Naxçıvandan olan Kazimov Qurban Əli oğlu adlı bir vəkilə tuş edirlər. Vəkil söz verir ki, müəyyən ödənişin müqabilində bu işi yoluna qoya bilər və xanım təmiz şəxsi işlə yenidən işinə bərpa olunar.
Vəkil buna görə 20 min manat pul istəyir. Ailə həmin pulu vəkilə ödəyir. Üstündən xeyli vaxt keçir, amma ortada heç bir nəticə olmur. Vəkildən pul geri tələb ediləndə, o deyir ki, pulun hamısını Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalova verib və ondan ala bilmir. Pulunu geri ala bilməyən xanımın şikayəti əsasında vəkil həbs edilir və hal-hazırda həbsdədir.
Onunla bağlı cinayət işində Azər Zeynalovun adı da hallanır. Şikayətçi xanım ümid edir ki, bəlkə indiki vəziyyətdə onun şikayətini dinləyən tapılar və haqq-ədalət öz yerini tutar. Biz bütün bu hadisələrlə bağlı ətraflı izahın olduğu, xanımın 2019 -cu ildə Daimi Nümayəndəlikdə işləyə-işləyə Vasif Talıbova ünvanladığı məktubu (yalnız xanımın özünün və valideynlərinin adını çıxarmaqla-red) olduğu şəkildə təqdim edirik.
Məktubun tam məzmunu ilə şərh bölümündə paylaşılan link vasitəsilə tanış ola bilərsiniz.
 
Ardını oxu...
“Binə” Ticarət Mərkəzinin ərazisində avtovağzal aşkarlanıb.
“Qaynarinfo”nun məlumatına görə, “Binə” Ticarət Mərkəzində araşdırma aparılıb və müəyyən edilib ki, müxtəlif rayonlardan gəlmiş sərnişin avtobusları mərkəzin ərazisinə daxil olmaqla, oradan yenidən sərnişinləri toplayaraq müxtəlif ünvanlara çatdırmaqla qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olurlar. Bir sıra nəqliyyat vasitələrinə Şirvan şəhər avtovağzalından verilmiş arayışda da təyinat nöqtəsinin “Binə” Ticarət Mərkəzi olması qeyd olunub.
Bütün bu işlər isə “Binə” Ticarət Mərkəzi kimi tanınan, rəsmi adı isə “Arazaviya” MMC olan şirkətin adı ilə görülüb.
O da məlum olub ki, “Binə” Ticarət Mərkəzindən kənar saxlayan sürücülərin sərnişindaşıma fəaliyyətinə mane olurlar. Onlara yalnız yüksək “yer haqqı” ödəməklə ticarət mərkəzinin daxilində fəaliyyət göstərməyə icazə verilir.
“Binə” Ticarət Mərkəzi ərazisində sərnişindaşıma fəaliyyəti göstərən avtobuslara nəzarət edən Ağa adlı şəxsdən xeyli sayda sürücü dövlət qurumlarına şikayət ərizəsi ünvanlayıb. Artıq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları sözügedən avtovağzalın fəaliyyətinin dayandırılması üçün iş aparır.
Agentliyin vəzifəli şəxsi bildirib ki, hazırda da müxtəlif rayonlardan gəlmiş sərnişin avtobusları “Binə” Ticarət Mərkəzinin ərazisinə daxil olmaqla, öz qanunsuz fəaliyyətlərini davam etdirirlər. Həmin əraziyə daxil olmaq üçün ancaq müvafiq nəzarət-buraxılış məntəqəsindən keçmək mümkündür.
“Binə” Ticarət Mərkəzi ərazisində icazə olmadan avtovağzal fəaliyyəti ilə məşğul olduğu müəyyən edildiyindən, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsinə əsasən, 1 sentyabrda protokol da tərtib edilib.
“Arazaviya”nın vəkili deyib ki, ərazi “Binə” Ticarət Mərkəzinin tərkibinə aid olsa da, həmin ərazidə və ona yaxın yerlərdə sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrinin onlarla heç bir əlaqəsi yoxdur. Eləcə də şikayət “Binə” Ticarət Mərkəzinin daxilində deyil, çölündə olan avtobusların fəaliyyəti ilə bağlıdır. Bu səbəbdən ticarət mərkəzi heç bir məsuliyyət daşımır. Əvvəllər, yəni pandemiyadan öncə ticarət mərkəzinin ərazisində başqa bir MMC tərəfindən müqavilə əsasında avtovağzal fəaliyyəti mövcud olub. Lakin pandemiyadan sonra həmin şirkət fəaliyyətini dayandırıb və bundan sonra “Arazaviya” MMC-yə məxsus “Binə” Ticarət Mərkəzinin ərazisində hər hansı bir avtostansiya fəaliyyət göstərməyıb.
Məhkəmənin qərarı ilə “Arazaviya” MMC İnzibati Xətalar Məcəlləsinin 325.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, “Arazaviya” MMC-nin təsisçisi Kəbirə Məmmədova olsa da, qanuni təmsilçisi “Binə” Ticarət Mərkəzinin direktor müavini, “Araz-Avia” firmasının prezidenti Əmirova Dilşad Camşidovnadır.
Ardını oxu...
DİA.AZ olaraq az əvvəl məlumat verdik ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti inhisarçılıq fəaliyyətinin və haqsız rəqabət hallarının qarşısının alınması ilə bağlı kompleks tədbirləri davam etdirir.

Dövlət Xidməti adından yayılan məlumatda deyilirdi ki, daxil olmuş müraciətlə əlaqədar aparılmış araşdırmalar zamanı abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə bağlı “Azercell Telekom” MMC ilə tərəfdaşı olan “L-SİM” MMC arasında bağlanılan müqavilələrdə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar edilib və nəticədə hər iki müəssisə barədə iş qaldırılıb.

İşə baxılması zamanı müəyyən edilib ki, “Azercell Telekom” MMC “L-SİM” MMC-yə SMS-in qiymətində güzəşt tətbiq etməklə ayrı-seçkiliyə yol verib. “Azercell Telekom” MMC və “L-SİM” MMC arasında rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması nəticəsində “Azercell Telekom” MMC tərəfindən inhisarçılıq fəaliyyətinə yol verilməklə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun pozulduğu sübut edilib. “L-SİM” MMC-nin isə bu cür rəqabəti məhdudlaşdıran müqavilənin bağlanması ilə rəqiblərinin qərarlarının icrasına qanunsuz təsir etməklə haqsız rəqabətə yol verdiyi müəyyən edilib.

Bununla yanaşı, “Azercell Telekom” MMC tərəfindən abunəçilərə toplu SMS-lərin göndərilməsi ilə əlaqədar tərəfdaşlarla bağlanan müqavilələrdə 1 SMS-in yayımına görə ödəniləcək xidmət haqqının müəyyən məbləğdən aşağı təyin edilməməsi şərtinin qoyulduğu da müəyyən edilib.

Qanun pozuntularının aradan qaldırılması üçün “Azercell Telekom” MMC və “L-SİM” MMC-yə icrası məcburi olan göstəriş verilib. “Azercell Telekom” MMC-yə qanun pozuntusu nəticəsində əldə etdiyi 1,6 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi haqqında icrası məcburi göstəriş verilib. Haqsız rəqabətə yol verdiyinə görə “L-SİM” MMC-yə 127 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bununla bağlı DİA.AZ-a daxil olan məlumatlarda isə ilginc məqamlara toxunulur. Bu barədə redaksiyamıza iqtisadi dairələrdən ötürülən informasiyadan belə anlaşılır ki, artıq dövlət "Azercell"lə bağlı müəyyən tədbirlərin həyata keçirilməsində maraqlıdır.

Mənbə iddia edir: "Söhbət "Azercell" xəttilə əldə olunan və hazırda nəzarətsiz qalan on milyonlardan gedir. Hər ay bu qədər şübhəli vəsaitlə bağlı dövlətin müvafiq qurumlarında şübhələr yaranmaqdadır. Ona görə də "Azercell" dövlətin iştirakı olmasına rəğmən hələ də müəyyən dairələrin nəzarətində olması səbəbindən ciddi təftiş olunur, “Azercell Telekom” MMC-nin faəliyyəti incələnir".

Mənbə əlavə olaraq onu da bildirir ki, bu araşdırma uzun müddət çəkə bilə və zaman-zaman bu kimi sanksiyalarıla bağlı informasiyaları eşidə bilərik...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Mətbuat Şurasını idarə heyətinin üzvü Fərid Pərdəşünas “Misli” qumarının biabırçılığından danışıb.

Tribunainfo.az xəbər verir ki, o, xüsusilə idman kanallarında “Misli”nin həddən artıq reklam edilməsini biabırşılıq adlandırıb:

“Başa düşürəm, kanallar reklamdan pul qazanır, amma gambling reklamları bu qədər vaxt almalı deyil efirdə. Nəzərə almaq lazımdır ki, bu vərdişə çevrilən və aslılıq yaradan növdəndir. Ümumiyyətlə, CBC Sport barəsində kəskin bir tənqidim var ki, bu kanalın adı dəyişib, Misli TV olmalıdır. Adamlar az qala ekrandakı hər pikseli “Misli”yə satıb. Az qalır aparıcı və şərhçilərin adlarını da dəyişib “Misli” etsinlər”.
Ardını oxu...
F.Pərdəşünas bildirib ki, Dünya Çempionatının fasilələrində “Misli” ekrandan çıxmır:

“Bu artıq reklamlıqdan çıxıb, birbaşa çağırışdır, insanları yönəltmədir. Bu hal reklam haqqında qanunvericiliklə tənzimlənməlidir. Gambling reklamları müəyyən reklam vaxtı əldə etməlidir. Əlavə olaraq insanları varlarlandıran, həyatlarını xilas edən, uğur hekayələri kimi reklam tərkibinə icazə verilməli deyil”.
 
Ardını oxu...
Culfa Gömrük Keçid Məntəqəsindəki bugünkü vəziyyət
Naxçıvanda aparılan islahatları sabotaj edən "xan" gömrükçüləri vətəndaşların öz mallarını arabayla daşımasına izn vermir. Vətəndaş da məcbur olub malları belinə yükləyib sərhəddən keçirir və nəticədə belə biabırçı mənzərə ortaya çıxır. Və ən əsası bu cür qürur qırıcı hadisələr Azərbaycana şir quyruğu göstərən İranın gözü qarşısında baş verir.
Yer üzünə"xan" rejimi qədər öz vətəndaşını aşağılayan, dosta-düşmənə güldürən ikinci hakimiyyət yer üzünə gəlməyib, gəlməyəcək də.
Heydər Oğuz
Teref.az

 

Göyçay Rayon İcra Hakimiyyəti “İnterkabel” Firması ilə satınalma müqaviləsi imzalayıb.

“Qaynarinfo” xəbər verir ki, maliyyə dəyəri 29 535.4 AZN təşkil edən müqavilədə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə Göyçay şəhərinin bəzədilməsi işlərinin satın alınması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “İnterkabel” Firması 16 sentyabr 1997-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 20 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5a-da yerləşir.

MMC-nin qanuni təmsilçisi Molanov Yasin Xanoğlan oğludur.

Açıq mənbələrdə Yasin Molanov haqqında hər hansı məlumat yoxdur.

 
Ardını oxu...
 
 
 
 
 
Ad - 00:30

Araşdırmalarımız zamanı məlum olub ki, “İnterkabel” Firması şübhəli tenderlərdə iştirak edib. Məsələn, bu ilin iyul ayında Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi işıqlandırma üçün lazımı mal-materialların satınalınması ilə bağlı “İnterkabel” firması ilə müqavilə bağlayıb.

Müqavilənin maliyyə dəyəri 800 min manat təşkil edib. Bu müqavilə imzalananda “İnterkabel” firmasının nə az, nə çox 15 000 manat vergi borcu olub.

“Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna etsə də, hansısa səbəbdən bu maddə “İnterkabel” Firması üçün keçərli olmayıb.


Ardını oxu...
Bakının Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən 4 məktəbin şagirdləri soyuqdan donur.
DİA.AZ bildirir ki, sakinlərin Bakupost.az -a verdiyi məlumata görə, Ağdam şəhər 38, Ağdam şəhər 39, Füzuli şəhər 45 və Şuşa şəhər 7 nömrəli məktəbin şagirdləri qış düşəndən bəri istilik üzünə həsrət qalıblar.
Valideynlər bildirirlər ki, noyabrın 15-dən bəri məktəblərdə istilik sistemlər işlədilmir. Bu səbəbdən valideynlərin çoxu uşaqlarını məktəbə göndərmir. Hər sinifdən 2-3 şagirdə dərsə gəlir. Onlar da 2 dərsdən sonra müəllimlər tərəfindən evə göndərilir. Çünki müəllimlər özləri də soyuq sinif otaqlarında otura bilmirlər.
Qeyd olunur ki, problemdən Təhsil Nazirliyinin də məlumatı var, lakin məktəbə istilik verilməsi ilə bağlı heç bir addım atılmır.
Təhsil Nazirliyindən əldə etdiyimiz məlumata görə, şəhərcikdə yalnız bir qazanxana mövcuddur. Bu qazanxana həm şəhərcikdəki binaların, həm də məktəblərin istilik təminatını həyata keçirir. Lakin iki dövlət qurumu - “Azəristiliktəchizat” “Qaçqınkom” arasında həll edilməyən problemə görə qazanxana işlədilmir. Belə ki, "Azəristiliktəchizat" “Qaçqınkom”un borcuna görə qazanxananı işlətmir. Bununsa cəzasını əksəriyyətini azyaşlı uşaqların təşkil etdiyi şagirdlər çəkir.
Problemin həllinə isə heç kim yaxın durmur; nə Təhsil Nazirliyi, nə “Qaçqınkom”, nə də “Azəristiliktəchizat”.
Nəzərə alsaq ki, qarşıdan daha kəskin soyuqlar gəlir, o zaman bu gedişlə 4 məktəbdə təhsilin tamamilə dayana biləcəyini deyə bilərik. Çox təəssüf ki, bütün bunlar işğaldan yeni azad olunmuş və hələ istilik təchizatları tam hazır olmayan rayonlarımızda yox, həmin rayonların Bakının mərkəzində yerləşən məktəblərində baş verir.
Ardını oxu...
Azərbaycanda kənd təsərrüfatı sahəsində bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsullar istehsal edən şirkət var – “Aqrokimya Azərbaycan” MMC. Şirkət Sumqayıt Kimya Sənaye Parkının rezidentidir. Dövlət büdcəsindən ayrılan vəsaitlərlə keçirilən tender müsabiqələrində də qalib elan edilir.

TEREF.AZ-ın yazdığına görə, Afn.az xəbər verir ki, bu haqda Şəmşad Kərimov adlı sosial şəbəkə istifadəçisi məlumat paylaşıb. Kənd Təsərrüfatı Nazirliyində baş verən qanun pozuntuları ilə bağlı müntəzəm məlumatlar açıqlayan Ş.Kərimov qeyd edib ki, Respublikanın ən böyük dərman istehsalçısı olan “Aqrokimya Azərbaycan” MMC-nin hüquqi təmsilçisi Gömrük Komitəsinin əməkdaşı, İlham Əliyev tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Kamran Nüsrət oğlu Muradov, təsisçi və direktoru isə Kənd Təsərrüfatı naziri İnam Kərimovun əmisi oğlu, səhiyyə nazirinin müavini olmuş Sərdar Kərimovun oğlu Rəşad Kərimovdur: “Nə maraqlı təsadüf. Bu arada Rəşad Kərimov həm də son günlər adı sosial mediada çox hallanan FHN-in əməkdaşıdır.

Bəs əslində məmur balalarının idarə etdiyi şirkət kimə məxsusdur? “Aqrokimya Azərbaycan” MMC Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasının dayaq sütunu olan “Gilan Holding”in alt şirkəti hesab olunur”.
 
Ardını oxu...
“Qış çıxana qədər 700-800 manat verib odun alırıq”

Teref.az yazır ki, Bərdə şəhərinin Həzi Aslanov küçəsində yerləşən bir neçə mənzilə yanar qaz çəkilməyib.

Sakinlər mavi yanacağa olan ehtiyaclarını müxtəlif vasitələrlə ödəməyə çalışırlar. Çarəsiz qalan sakinlər problemi aradan qaldırmaq üçün qaz balonlarından, kimisi elektrik cihazlarından, kimisi də odun peçindən istifadə edir.
Ardını oxu...
Deyirlər ki, magistral qaz xətti yaxınlıqdan keçir. Ancaq onların evlərinə verilmir.

Yanar qazın olmamasının özünəməxsus çətinlikləri var. Onları əziyyətə salmaqla bitmir, əlavə xərcə də salır, ziyan vurur.

Odun peçi ilə qızınan sakinlər bəzi hallarda həyətyanı təsərrüfatlarında əkdikləri meyvə ağaclarını kəsib yandırmağa məcbur olur.

İstilik problemi ilə illərdir üz-üzə qalan sakin Əntiqə Məmmədova, “20 ildir bu əzabı biz çəkirik. Odun alıb yandırıram. Qaz xətti evimizin yanından keçir, biz istifadə edə bilmirik. Bələdiyyə deyir, bizlik deyil, gedin qaz idarəsinə müraciət edin. 20 ildir o idarələri gəzirik. Deyirlər qaz çəkəcəyik, dəyişən heçnə yoxdur. Heç biri bizə kömək etmir. Qış çıxana qədər 700-800 manat verib odun alırıq”, -deyir.

Şikayətçilər dəfələrlə yaranmış problemlə bağlı aidiyyatı qurumlara müraciət etsələr də, məsələ həllini tapmayıb. Hər dəfə müraciət olunanda vəd verilib, nəticə isə yoxdur.

Mövzu ilə bağlı Belediyye.netin sujeti:

 
Ardını oxu...
"Qara Pişik"dən Babək rayon gənclərinə xəbərdarlıq: “Çalışın, yolunuz RPİ-yə düşməsin”
Nəbadə, sosial şəbəkələrdə sizə eşqnamə oxuyan qız profillərinin felinə uyub görüş yerinə gedərsiniz. Çünki qarşınıza qız yox, Babək rayonu Polis İdarəsinin rəis müavini Elşən Babayev (Bəzi mənbələrdə soyadı Qədimov kimi keçir) və onun Nəcmi, Samural adlı işverən polis əməkdaşları çıxa bilər. Bu çete sizi görüş yerində tək yaxalasa, deməli 4-5 min manatınız getdi. Yox, əgər həqiqətən qızla rastlaşsanız lap pis. Eşqbazlıq əsnasında polislər qapınızı döyərək içəri girər, yoxlamalar nəticəsində cibinizdən həmin qızın yerləşdirdiyi narkotik maddə çıxar və bu görüş sizə 10 min manata bəlkə də daha baha başa gələ bilər.
Bəs bilirsinizmi, Babək rayonunun polis idarəsində mənzillənən eşqbazlıq çetesinin başında kim dayanır? Yox, min il düşünəsiniz, ağlınıza belə gələ bilməz. Sən demə, bu çete Elşən Babayevin atası, Vasif Talıbovun bağbanı tərəfindən himayə olunur. Bəli, Elşən Babayev polis idarəsində rəis müavini olmaq qabiliyyətini atasının bağbanlığına borcludur. Onun nə savadı, nə 1.70 metrdən aşağı olan boyu, nə də digər fiziki göstəriciləri polis olmağa imkan verir. O isə sırf atasının “xan”a bağbanlığı sayəsində polis forması geyinərək bu mərtəbəyə yüksəlib və hazırda Babək camaatına qan uddurur.
Babək rayon Polis İdarəsinin rəisi Elgün Əliyevdən isə ümumiyyətlə danışmağa dəyməz. Naxçıvanın ağızdan ən pərtöv polis rəisi kimi tanınan Elgün müəllimin hər gün öz əməkdaşlarına əmr verərkən işlətdiyi söyüşlərin bir çoxunu hətta küçə uşaqları da indiyədək dilə gətirməyib. Təsəvvür edin, bu ilin may ayının 5-də Babək rayonu Polis İdarəsinin əməkdaşı Elvin Əsgərov rəisin tərbiyəsizliyindən Naxçıvan DİN-in Kadrlar Şöbəsinin rəisi Rahin Əmirova şikayətə gedib.
Vaqiə belə baş verib.
Sən demə, Naxçıvan MR DİN-də hər il may ayının 1-dən avtomobillərə pərdə taxmağa icazə verilirmiş. Polis leytenantı Elvin Ələsgərov da bu icazədən yararlanaraq öz şəxsi avtomobilinə pərdə taxıb. Babək RPİ-nin rəisi Elgün Əliyev isə bunu əlində bəhanə edərək onun avtomobilini əsassız yerə cərimə meydançasına qoydurub.
“Elvin Ələsgərov avtomobilini cərimə meydançasından çıxarmaq üçün 02.05.2022-ci il tarixdə Elgün Əliyevin qəbuluna gedir. Elgün Əliyev isə onu dinləmək istəmir və şəxsinə qarşı təqiramiz ifadələr, çox ağır küçə söyüşləri işlədir. Polis leytenantı həmin söyüşlər qarşısında səbrini boğur və bundan sonra atacağı addımlarla bağlı atası ilə məsləhətləşir. Elvinin atası İslam Ələsgərov məsələ ilə bağlı Naxçıvan DİN-in Kadrlar Şöbəsinin rəisi Rahin Əmirovun yanına gedir və Elgün Əliyevin niyə polis zabitinə qarşı tərbiyəsizlik etdiyini öyrənmək istəyir. İslam Ələsgərovun təkidi nəticəsində Elvinin avtomobili cərimə meydançasından çıxarılır”, - Qara Pişik bildirir.
Bir sözlə, Babək rayonunun Polis İdarəsi tərbiyəsiz küçə uşağı yığıncağıdır. Çalışın, yolunuz oraya düşməsin. Əks halda, nəinki söyüşə məruz qala və 4-10 min manat arasında cəriməyə düşə, hətta 2020-ci ildə bu polis idarəsində müəmmalı şəkildə öldürülən yaxud intihara sürüklənən Yasın adlı Nehrəm sakininin acı taleyini yaşaya bilərsiniz. Qeyd edək ki, 2020-ci ilin iyul ayında Nehrəm sakini mərhum Yasin su üstündə öz həmkəndlisinə bir şillə vurur və dərhal yaxalanaraq polis idarəsinə gətirilir. Adamdan bir şilləyə görə 5 min manat pul istəyirlər və onun isə bu pulu vermək imkanı olmur. İdarədə ağır işgəncələrə məruz qalan Yasinin meyiti daha sonra polis idarəsindən 50 metr aralıda tapılır. Bu müəmmalı ölüm hadisəsindən sonra belə, Babək rayonunun Polis İdarəsinin tərbiyəsiz küçə uşaqları çetesinə “gözün üstə qaşın var” deyən olmayıb. Niyə? Çünki Babəkin “asayişinə” Vasif “xan”ın bağbanı baxır və rayonda bu mübarəklərə söz demək əsl ağır cinayət sayılır.
Heydər Oğuz
Teref.az
 

Dünyapress TV

Xəbər lenti