Kommunal xidmət qurumlarının istehlakçı hüquqlarını pozmasını məhkəmələr müdafiə edir
“Azərsu” 35 ilin evinə texniki şərt tələb edir, “Azərişıq” 7 ildir şərti icra etmir, “Azəriqaz” şərtsiz
xidmətə söz verir. ..
Kommunal xidmət qurumlarının təbii inhisarçı mövqeyindən yararlanaraq istehlakçı hüquqlarını
poemasından , xidmətdən imtinasından şikayətlərə nə insan hüquqları üzrə müvəkkil, nə hüquq
mühafizə orqanları, nə də istehlakçı hüquqlarının qorunmasına cavabdeh olan dövlət qurumu hüquqi
qiymət verir. Elə bil, xidmət qurumlarının toxunulmazlıq, özbaşınalıq hüququ vardır və bu hüquq
qanunla, məhkəmə (müdafiəsi) ilə qorunur. Bəli, bəli, məhkəmə hakimiyyəti açıq şəkildə istehlakçı
hüquqlarının müdafiəsi ilə bağlı iddialara nəinki baxır, əksinə, ərizələri it-bata salır, gizlədirlər. Hətta
elektron məhkəmə yolu ilə verilən iddia ərizələri də məhkəmələrin dəftərxanasından “yoxa çıxır”.
Sabunçu məhkəməsində “Azərişıq” ASC -nin 7-ci ildir verdiyi 03.04.2017 tarixli texniki şərti icra
etməkdən imtinasından, 1-ci dərəcəli Qarabağ əlili -istehlakçının hüquqlarını pozmasından qaldırılan
iddianı bir ildir nə Məhkəmə Hüquq Şurası “tapa bilir”, nə Ombudsman, nə prokurorluq. Eldə deyildiyi
kimi, “yağlı əppək olub , göyə çıxıb”. Əllə yazılmış iddianın yoxa çıxması əlil-istehlakçını “e-məhkəmə”
portalından məhkəməyə müraciət etməyə məcbur edib, lakin artıq altı gündür, ərizənin
“göndərilmiş” statusu “qəbul edilmiş” statusu ilə əvəzlənmir. “Azərişıq” ASC -yə ərizəni gizlətməklə
vəkillik edən dəftərxana işçisinin kimliyini müəyyən etmək Məhkəmə Hüquq Şurasına çətin olmaz,
fikrimizcə.
“Azərsu” ASC -nin 35 ilin Ləişdəki bağ evinə texniki şərt adına xidmətdən imtinası onlarla illərdir
sürür. Halbuki NK-nın qərarı ilə təsdiq edilmiş qaydalara görə, texniki şərtin alınması tələbi yalnız yeni
tikililərə şamil edilir. Bir ara öncə NK-dan “Azərsu”ya verilən göstərişə əsasən evə su çəkiləcəyi
bildirilsə də, su xidmətçiləri yenidən fikirlərini dəyişib, texniki şərt tələb edir. Deyəsən, “dedığım
dedikdir” deyimi hələ çox “su aparacaq”. “Su aparmanın” qarşısını məhkəmə kəsə bilər, o da ki,
yoxdur.
Bircə “Azəriqz” heç bir şərt irəli sürmədən qazla təminata söz verir ki, Qarabağ qazilərinə pulsuz
xidmət etmək qanunun tələbidir. Di gəl, bu söz də elə sözdən işə keçmir. . “Halva -halva” deməklə
ağız şirin olmadığı kimi, “qaz-qaz” deməklə də qazla olmayan suyu qızdırmaq olmur.
Məğrur Bədəlsoy
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Dünyapress TV

Xəbər lenti