Ardını oxu...
İstehlakçıların hüquqlarının dövlət, məhkəmə müdafiəsinə qadağa qoyulub
2022-ci ilin noyabrından Tarif Şurası stasionar telefon nömrələrinin abunə haqqını birdən - birə 40 faiz - 2.50 manatdan 3.50 manata qaldırdı! Nə sosial-iqtisadi əsaslandırma həyata keçirildi , nə də əhalinin sosial müdafiəsi, ağır durumda olması nəzərə alındı! (?) Hökumət elə “gecə yatıb, səhər durdu ki “, bəs telefon qiymətləri on illərdir “stasionar” durumda sabit qalıb, 40 faiz artırmaq gərəkir. Dillənən də olmadı, kim dillənəcəkdi ki? Dillənməli qurumlar özləri – İqtisadiyyat Nazirliyi (yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sədr, müavin qismində Tarif Şurasında təmsil olunduğundan əhalinin hüquqlarının müdafiəsinə yox, birdən - birə 40 faiz qiymət artımına “dilləniblər” , bərəkallah! Yaxşı ki, mobil operatorlar var, yoxsa ölkədə “telefon üsyanı” baş verə bilərdi. Zarafat deyil, keyfiyyət bir yana , heç bir xidmət göstərilmədən abunə haqqı 2.50 manatdan 3.50 manata qaldırılıb! Onu da vurğulayaq ki, gerçəkdə 3.50 manat yox, 3.85 manat abunə haqqı inhisarçı hökmranlığı ilə zorla tutulur. Bu zorakı haqq tutumu, heç demə, zəngləri müəyyən etmək “xidməti” adına əlavədir . Keyfiyyətli xidmətə baxın, zəng edən nömrəni müəyyən etmək üçün əlavə ödəniş etməlisən! Amma buna da şükür, Tarif Şurasının “başına salsaydılar” , “qulağına pıçıldasaydılar” , bu “xidmət” haqqı”nı da artırardı. Heç demə, telefon xidmətinin tətbiq etdiyi “xidmət haqqı” abunə haqqı ilə yekunlaşmırmış…
Ayın əvvəlində (5644907 nömrəsinin) abunə haqqını yeni qiymətlərlə ödəyən 1-ci dərəcəli Qarabağ qazisinin telefonu 59 qəpik “qəbz borcu”na görə kəsilib! (?) Telefon xidmətinin “qaynar xətti” altıncı, bazar günləri “dincəldiyindən” telefonun kəsilməsinə cavab almayan abonentə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin 1655 nömrəsindən bildirilib ki, telefonun 59 qəpik “qəbz borcu” var ! (?) Bəyəm qəpik – quruşa görə 1-ci dərəcəli əlili xidmətdən məhrum edərlər? Bir də telefonla zəng edib demək olmaz ki, 59 qəpik “qəbz borcu” var, ödənməsə, kəsiləcək, yaxud birtərəfli qaydada bağlanacaq? Yoxsa, bu xidmət(sizlik) də pulludur? Abonent haradan bilsin ki, abunə haqqından əlavə də “qəbz haqqı” ödəməlidir? Bir də bu “qəbz haqqı” nə deməkdir axı? Elektronika əsridir, qəbzə nə ehtiyac var, bir saniyə ödəniş gecikən kimi, telefonun, internetin kəsilməsi avtomatik “xidmət”lə həyata keçirilir!
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 195-4 qaynar telefon xidmətinə müraciət etməyə o qədər sənəd, “qəbz” tələb edildi ki, istehlakçı hüquqlarının 59 qəpiklik “qəbz borcu” adına kəsilməsinə cavab ala bilmədik. Məhkəməyə müraciət etmək hüququna isə qadağa qoyulub. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 19.09.1995-cı il tarixli 1113 saylı Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, öz hüquqlarını və qanuni mənafelərini qorumaq üçün səlahiyyətli dövlət orqanına və məhkəməyə müraciət etmək istehlakçının hüququ olsa da, 26 -cı maddəyə görə, məhkəmə təminatı hüququ rüsum ödəmədən həyata keçirilməli olsa da, səlahiyyətli dövlət orqanı istehlakçı hüquqlarının pozuntusuna hüquqi qiymət verilməsini təmin etmir, məhkəmə isə məhkəməyə müraciət etmək hüququna qadağa qoyub. Təsəvvür edin, Ağsu rayon məhkəməsi Ağsu Telefon Qovşağına qarşı Qarabağa qazisinin istehlakçı hüquqlarının müdafiəsi haqqında iddiasına 3 ildən çoxdur nəinki baxır , heç cavab belə vermir. Ombudsmana şikayətə cavab olaraq Ağsu məhkəməsinin “elektron məhkəmə” sisteminə qoşulmadığı bildirilib. İddia ərizəsi məktubla göndərilibsə, elektron xidmətlərin bura nə aidliyi var və eyni zamanda, niyə məhkəmə elektronika əsrində elektron qaydada müraciətləri qəbul etməsin? Elə bunun özü “elektron hökumət”in, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin istehlakçı və məhkəmə müdafiəsi hüququnu pozmasını ortaya qoyur. Ombudsman Aparatı isə insan hüquqlarının qorunması əvəzinə pozulmasını “elektron qayda ilə” izah edir .
Bəs Nizami məhkəməsinə nə gəlib ? Bu sətirlərin yazarının, abunə haqqını ödədiyi halda, Baktelekomun dələduzluqla “telefon danışığına avans” kimi qəbul edib, telefonu kəsməsinə, eyni nömrəyə görə iki dəfə çəkiliş haqqı almasına görə pozulmuş istehlakçı hüquqlarının müdafiəsi haqqlnda iddiasını Nizami məhkəməsinin hakimi Qumru Əliyeva geri qaytarıb ki, cavabdehin VÖEN -i göstərilməyib. Nöqsanı düzəldilib yenidən verilən iddiaya isə altı aydır heç bir cavab yoxdur. Eləcə də Həqiqət Əhmədova Beynəlxalq Bankın Nizami filialına qarşı istehlakçı hüquqlarının müdafiəsi haqqında 2 iddia üzrə heç bir qərarını vermir. Bu məhkəmə instansiyası, deyəsən, gizli fəaliyyət göstərir, iddiaları elə gizlədir ki, nə Ombudsman, nə Məhkəmə Hüquq Şurası tapa bilir. Hələ bu məhkəmə Sabunçu məhkəməsinin yanında “toyagetməlidir”, Sabunçu məhkəməsinə “Azərişıq” ASC -nin 6 ildir verdiyi texniki şərti icra etməkdən imtinasından verilən iddiadan, ümumiyyətlə, soraq yoxdur.
Nə isə, istehlakçı hüquqlarının müdafiəsinə qadağa qoyulub. Elə ona görə də, kefləri istəyəndə qiyməti 40-50, 100 faiz qaldırırlar, 59 qəpiyə görə “qəbz borcu” adı ilə xidmətdən məhrum edirlər. Neyləyə bilərik, səlahiyyətli dövlət qurumu yox, məhkəmə yox, ombudsman yox! “Yox”un üzü isə qaradır!
Məğrur Bədəlsoy

 
 
 
Ardını oxu...
Beyləqan rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin adı ictimai fəal, bloger Anar Zeynalovun sifarişli həbsində keçir.
İddia edilir ki, icra başçısının adının Anar Zeynalovun həbsini sifariş edənlər sırasında çəkilməsinə əsas səbəb blogerin icra başçısının qanunsuz əməllərini və korrupsiya cinayətlərini ifşa etməsi, həmçinin də bu barədə yuxarı orqanlara ünvanladığı haqlı şikayətləridir. Bildirilir ki, bu səbəbdən də icra başçısı çoxdan imiş ki, Anar Zeynalovu həbs etdirməyi planlaşdırımış. Bunun üçün də icra başçısı əlverişli məqam gözləyirmiş.
Mənbəmiz iddia edir ki, icra başçısı Anar Zeynalov barəsində nə olursa olsun cinayət işinin açılması barədə rayonun istintaq təqibi orqanına göstəriş verib. Beləliklə də Anar Zeynalova qanunsuz torpaq zəbtetmə maddəsi ilə cinayət işi açılaraq ibtidai istintaqa göndərilir.
Prosessual normanın tələblərinin pozulması ilə müşayiət olunan ibtidai istintaq mərhələsi yekunlaşaraq hökm oxunması üçün Beyləqan rayon məhkəməsinə göndərilib. İcra başçısı Asif Ağayev Anar Zeynalovu “bitirmək”, üçün son “düymə”yə basır. Və hakimin dili ilə Anar Zeynalova hökm oxunur.
Hakim Ramiz Nurullayev icra başçısının sifarişi ilə toplanmış cinayət işinin materiallarının dəlillərini araşdırmadan, pozuntuların fpvqünə varmadan Anar Zeynalovu həbs edir. Və beləliklə… Beyləqan rayon məhkəməsinin 26.10.2022-ci il tarixli hökmü ilə Zeynalov Anar Ədalət oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə (qanunsuz torpaq zəbetmə) təqsirli bilinərək 2 il 6 ay müddətində azadlıqdan məhrum edilir.
Qeyd edək ki, Anar Zeynalov barəsində irəli sürülmüş ittihama görə, o, Beyləqan rayon bələdiyyəsinin mülkiyyətində olan 48 kv.m torpaq sahəsini qanunsuz olaraq zəbt edib.
P.S. İndiyənə qədər kiminsə 48 kv.m torpaq sahəsinə görə, hətta nəinki 48, ümumiyyətlə zəbtetmə ilə həbs edildiyi faktına rəst gəlməmişəm. Əgər belə olsaydı, onda gərək ölkədə hər kəs dəmir barmaqlıqla arxasında olaydı.
Görünür, Beyləqan rayon məhkəməsinin sədri (hökm oxuyan hakim) Ramiz Nurullayev Anar Zeynalovu bu maddə ilə həbs etməklə analoqu olmayan bir həbsə imza atmaq istəyib. Əslində deyim ki, bacardı da...
RealMedia.az
 
 
 

Ardını oxu...


Millət vəkili Aqil Məmmədovun oğlunun gecə klublarının birində video görüntüsü yayılıb.

Bir müddət öncə millət vəkilinin oğlu Turan Məmmədov haqqında kütləvi informasıya vasitələrində müxalifətçi olması haqqında kifəyət qədər məlumatlar yayılmışdır. Onun gecə klublarının birində səsləndirdiyi şeirdə də muxalifət meyilli olması açıq aşkar hiss olunur. Onu da əlavə edək ki, mətbuatda gedən məlumata görə, millət vəkili Aqil Məmmədov "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun yaxın qohumudur.

"Azərbaycan Reallığı" Millət vəkili Aqil Məmmədovun oğlunun sözü gedən video görüntsün oxuculara təqdim edir.

"Azərbaycan Reallığı" qarşı tərəfin mövqeyin tanıyır

AZƏRBAYCANREALLIĞI.COM


Ardını oxu...
Demək, bir məktəb direktorunun rüşvət almasını sübut edən səsyazısı yayılır. Nazir rüşvətxor direktoru işdən çıxarır… aparıb başqa bir məktəbə direktor təyin edir. Kimdisə “alınyazısı” direktor olmaqmış… özü də rüsvay olmuş direktor…

Hansı məktəbdisə cəzası ağır olub…

Və nazir belə deyir, özü də utanmadan xalqın gözünün içinə deyir:
-RÜŞVƏTXOR DİREKTORA ŞANS VERDİK

Yaxşı, zatən, bütün oğrulara şans verib büdcəni talan etdirir, sonra həbsə atırsınız… oğurladıqlarını da mənimsəyirsiniz… bunu bildik, bunda işimiz yox… gücümüz də yox…

Bildiyiniz bütün pislikləri bu xalqa, xüsusilə, onun gələcəyini müəyyən edən təhsilə də edirsiniz…

Bəs o direktor, yəni rüşvət üstdə məktəbdən qovulmuş o adam başqa bir məktəbə necə müdir gedə bilir? Hansı üzlə gedir? Hansı abırla gedir? Hansı mənəviyyatla o məktəbin qapısını aça bilir? Əli o qapıya necə uzanır? Hansı duyğularla o görəvi qəbul edə bilir?

Lütfən, özünüzü məktəbli yerinə qoyun, sizin məktəbə yeni direktor gəlib. Bu gələn direktor-müəllim başqa bir məktəbdən rüşvət üstdə vəzifədən atılıb. O təzə gələnin “kimliyini” birincidən sonuncu sinifə kimi hər kəs bilir… ölkə bilir…
Belə bir məktəbin məktəblisi olmağı təsəvvür edə bilirsinizmi?

Ah! Yazıq məktəblilər!!!

Əlbəttə, o nazir təsadüfi deyil, gerçək bir təhsil adamı olsaydı qətiyyən belə qərar verməzdi. Və bu qərarı ona heç kəs, heç nə verdirə bilməzdi. Təhsilə münasibəti, təhsil əxlaqı, peşəkarlığı, xüsusilə, insanlığı buna yol verməzdi.

Heç insafı da yol verməzdi…
Məktəbin və məktəblinin əxlaqı ilə oynamağı özünə yaraşdırmazdı.

Nazir gerçək bir təhsil adamı olsaydı rüşvət aldığı aləmə car çəkilmiş birini başqa məktəbə müdir göndərməzdi, şans verməzdi. Ən yaxşı halda kəsib atmazdı, tanınmaz bir yerdə müəllimlik etmək üçün bir dəfə şans verərdi. Və bu qədər…
O günahsız məktəbə yazığı gələrdi, ürəyi yanardı. O yazıq məktəbə elə cəza yazmazdı. Ən azı düşünərdi ki belə bir əməl təhsil tərbiyyəsinə və peşəkarlığa ziddir. Məktəb sisteminə və şagird tərbiyəsinə düşmənçilikdir. Xalqın övladının mənəviyyatını ələ salmaqdır. Şagirdlərə haqsızlıqdır…

Bəlli, təhsil naziri təhsilin və məktəbin nə demək olduğunu bilmir. Nazir öz mənəvi ölçüləri ilə rüşvətxoru burdan alıb ora atır… sanki bu fabrikdən o fabrikə, bu rayondan o rayona icra başçısı, rəis… ölçüləri ilə…

Bəs müəllim? Təkrar edirəm: Bir məktəbdə rüsvay olmuş o müəllim-müdir başqa bir məktəbin qapısını müdir olaraq necə aça bilir? Hansı üzlə açır? Hansı sifətlə ayağını o məktəb kəndarından içəri ata bilir? Heç utanıb ölmürmü? O, yeni təyin olduğu məktəbin müəllimlərinin, şagirdlərinin üzünə necə baxır? Baş müəllim kreslosunda necə oturur?

Əlbəttə, fəlakətdi… MƏNƏVİ FƏLAKƏT..
Və bu fəlakətin qurbanı məktəblidi. Direktorunun rüşvət üstdə başqa məktəbdən qovulub ona müdir təyin edildiyini bilən, deyən, gülən, danışan, zarafatlaşan, gələcək vətəndaş… MƏKTƏBLİ…

Nazirin belə bir təyinatı şagird mənəviyyatına qarşı açılmış bir savaşdır. Təhsil əxlaqına, insanlığa meydan oxumaqdı…

Ya bilməmək, anlamamaq… ya da qəsd etməkdi…
Mehriban Vəzir
Teref.az
 

      
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırışı üzrə Dövlət Xidmətindən redaksiyamıza çoxsaylı şikayət məktubları daxil olur. Şikayət məktublarında çox ciddi qanunsuzluqlardan bəhs edilir. Azərbaycanın hərbi qüdrətinə böyük zərbə vuran bu qanunsuzluqlarla bağlı iddiaların müvafiq orqanlar tərəfindən araşdırılmasını vacib hesab etdiyimdən məktublardan birini olduğu kimi, nöqtə-vergülünə toxunmadan yayımlayıram.
Teref.az yazır ki, bunu şikayət məktubundan bəhs edən jurnalist Heydəır Oğuz deyir. Daha sonra Heydər bəy şikayət məktubunu təqdim edir:
Naxçıvanda növbəti dərəbəylik ünvanı
NAXÇIVAN MUXTAR RESPUBLİKASI SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİ
NAXÇIVANDAKI DƏRƏBƏYLİK ÜNVANLARINDAN BİRİ DƏ BU MÜHÜM VƏ STRATEJİ XİDMƏTDİR. BU XİDMƏTİN STRATEJİ ƏHƏMİYYƏTİ ONUN GƏLİR MƏNBƏYİDİR...HƏR ADDIMDA ƏHALİNİ SOYMAĞA ADƏT ETMİŞ MƏMURLAR HƏRBİ ÇAĞIRIŞI DA BAZARA ÇEVİRMİŞ, HƏRBİ ÇAGIRIŞDAN MİLYONLARLA VƏSAİT ƏLDƏ EDƏRƏK ÖZ BİSZNES İMPERİYALARINI QURMUŞLAR....
HƏRBİ ÇAĞIRIŞIN BİZNES MAQNATI İSƏ XİDMƏT RƏİSİ MİRZƏ CƏLİLOVDUR...NAXÇIVAN ŞƏHƏR POLİS İDARƏSİNİN RƏİSİ VƏZİFƏSİNDƏN HƏRBİ SİSTEMƏ "PEREVOD" ETMİŞ POLİS MİRZƏ BİRDƏN- BİRƏ HƏRBİN SİRLƏRİNƏ VAQİF OLMUŞ, GƏLİRİ XİDMƏTDƏN SAXLAMA, BİRDƏFƏLİK SAXLAMA, XİDMƏTDƏN YAYINDIRMA VƏ S BU KİMİ MƏNBƏLƏRDƏN ƏLDƏ ETMƏKLƏ BİRBAŞA ORDUDA ƏSGƏR SAYININ KOMPLEKTLƏŞMƏSİNƏ MANE OLMUŞDUR.. DÖVLƏTİN ORDU KİMİ STRATEJİ SAHƏSİNƏ DÜŞMƏNDƏN ARTIQ ZƏRBƏ VURAN POLKOVNİK MİRZƏ CƏLİLOV BİRDƏFƏLİK SAXLAMADAN 10 MİN, BİR ÇAĞIRIŞ MÖHLƏTİNDƏN 2 MİN, YAYINDIRMADAN 3 MİN, HƏRBİ XİDMƏT İSTİQAMƏTİNİ DƏYİŞMƏDƏN 2 MİN ALMAQLA DÖVLƏTİN HƏRBİ SİYASƏTİNƏ ZƏRBƏLƏR VURMAĞA DAVAM ETMİŞDİR....NAXÇIVAN QEYDİYYATINDAN ÇIXMAQ İSTƏYƏNLƏRƏ "ALİ MƏCLİSİN" TAPŞIRIĞINI" ÇATDIRAN MİRZƏ VƏTƏNDAÇLARA SÜNİ MANEƏLƏR YARATMIŞ, BU İŞİN DƏ PUL DÖVRİYYƏSİNİ TƏŞKİL EDƏ BİLMİŞDİR...POLKOVNİKİN "XİDMƏTLƏRİ" BUNUNLA BİTMƏMİŞ, İŞƏ QƏBUL ZAMANI HƏR İŞÇİDƏN 17 MİN MAMATİ 10 MİN DOLLAR SEKİLİNDE ALMAQLA XİDMƏTİ RÜŞVƏT YUVASINA ÇEVİRMİŞDİR...YANINDA BƏSLƏDİYİ 2 QOLUBƏYİSİ ELMAR MƏMMƏDOV VƏ ELNUR ƏSGƏROV İSƏ XİDMƏT RƏİSİNİN "TAPŞIRIQLARININ" İCRASINA NƏZARƏT ÜÇÜN MÜTƏMADİ RAYON VƏ ŞƏHƏR BÖLMƏLƏRİNİ ZİYARƏT EDİR, İŞLƏRİN GEDİŞATINA "NƏZARƏT" EDİRLƏR...
QISA MÜDDƏTDƏKİ FƏALİYYƏTİNƏ BAXMAYARAQ AUDİ Q7 MARKALI AVTOMOBİLDƏ GƏZƏN XİDMƏT RƏİSİ ÖZ ŞƏXSİ MAŞININI XİDMƏTİN QARAJINDA SAXLAYIR,GİZLƏDİR, XİDMƏTİ MAŞININI İSƏ AÇIQ HAVADA SAXLATDIRIR. DÖVLƏTİN ONA VERDİYİ VƏZİFƏ SƏLAHİYYƏTİNDƏN İSTİFADƏ EDƏN POLKOVNİK CƏLİLOV XOŞU GƏLMƏDİYİ ADAMLARIN ƏMƏK HAQQINI KƏSİR, HƏTTA MƏZUNİYYƏT XƏRCİ VƏ DİGƏR GƏLİRLƏRƏ DƏ ƏL QOYUR. BU DA AZMIŞ KİMİ, DÖVLƏT BÜDCƏSİNDƏN XİDMƏTƏ AYRILAN 3,5 MİLYON VƏSAİTİN HARA XƏRCLƏNMƏSİ İSƏ MƏLUM DEYİL...MİRZƏ CƏLİLOVUN TÜRKİYƏDƏ QURDUĞU BİZNES ŞƏBƏKƏSİNİN DƏ HANSI GƏLİRLƏR ƏSASINDA QURULDUĞU DA XÜSUSİ XİDMƏT ORQANLARI TƏRƏFİNDƏN ARAŞDIRILMALIDIR...
SADALADIQLARIMIZ XİDMƏTİN ÜZDƏ GÖRÜNƏN XIRDA-PARA İŞLƏRİDİR..ƏMİNİK Kİ, XİDMƏTİN FƏLİYYƏTİ GENİŞ ARAŞDIRILACAQ VƏ GÜNAHLARLAR CƏZASINI ÇƏKƏCƏKDİR..
Teref.az
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Vasif Talıbovun böyük oğlu vəliəhd-xanzadə Rza "həzrətlərinin" Batumidəki villası
Villa 1 hektardan çox ərazini əhatə edir.
Ardını oxu...
Vasif xanın övladlarının xaricdəki daşınmaz əmlakları
Buyurun, tanış olun, Azərbaycan vətəndaşının boğazından kəsilərək Naxçıvana verilən dotasiyaların haralara sərf olunduğunu görün.
Heydər Oğuz
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Kapital Bank konkret olaraq, müştəriləri aldadır. Guya, faiz tutmur, 2 qat ədv qaytarır, 3% alış-verişlərdə cashback qaytarır. Amma artıq ikinci aydır ki, debit kartıma bu qədər borc gəlir."
Teref.az yazır ki, bunu məşhur jurnalist Zaur Qəriboğlu öz feysbuk səhifəsində yazıb. Daha sonra Zaur bəy dediklərini şərh edərək yazır:
"Hansı ki, bu kart kredit xətti deyil, balansına özüm pul qoyub, istifadə edirəm. öz pulumdan özümə necə borc gələ bilər? Keçən ay olanda, zəng etdim, dedilər ki, siz kartdan ödənişlər etmisiniz, pul bankdan gec silinib, həmin müddətdə başqa ödənişlər də etmisiniz deyə, mənfi balans yaranıb. Hansı ki, bu absurddur. Kartla ödəniş edirəmsə, qarşı tərəfə vəsait keçirsə, bu nə absurd cavabdır. İndi də eyni hal. Bu gün də müraciət etdim (Sorğu kodu 2928289) yenə eyni cavab!
Baxın, bunlar bizə əlavə şirnikləndirici vədlər verir, kartlarını satır, sonra isə vətəndaşları belə aldadırlar. Mən bu gündən Kapital Bankdan imtina edirəm! bu borcu da ödəməyəcəm!"
Teref.az olaraq qarşı tərəfin mövqeyini dinləməyə hazırıq!
Teref.az
 
Ardını oxu...
Vasif Talıbovun yeznesi Səbuhi Novruzovun obyekti olan SV restoranı barədə məlumat vermişdik. Vurğulamışdıq ki, bu restoranın üstündən quş quşluğu ilə uça bilməz. Hətta bu restoranda yeyib içənlərə xüsusi kart verirlər ki, yolda yol polisi onlara ilişməsin.
Sual edə bilərsiniz: Bu qeyri-adi müəssisə Səbuhi Novruzova neçəyə başa gəlib?
Təəccüblənməyin, tam müftə. Məsələ burasındadır ki, Səbuhi müəllim bu obyekti Şehmuz Kaçmaz adlı bir türk iş adamına tikdirib pulunu verməyib.
Səbuhi Novruzov bundan əlavə həmin iş adamına Biçənəkdəki villasını tikdirib, “Dan yeri” AVM-in arxasındakı evini təmir etdirib. Təbii ki, onları da müftə.
“Qara Pişiy”in iddiasına görə, Şehmuz Kaçmaz bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya, DİN-nə, DTX-ya və XİN-nə şikayət məktubları da ünvanlayıb. Məktublarına cavab Naxçıvan MR DİN-dən gəlib. Onu Naxçıvana izahat verməyə çağırıblar. Türk iş adamı isə ora getməyib. Çünki Prezidentə göndərdiyi məktubun onun məktub işlərinə baxan Süleyman İbn Abbas tərəfindən “xan” həzrətlərinə ötürülmədiyindən əmin deyil.
Heydər Oğuz
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Düzü, nazir təyin olunandan sonra onun gəzəcəyini düşünürdüm. Düşünürdüm ki, Azərbaycanın bölgələrini qarış-qarış gəzəcək. Dağıdılmış, viran qoyulmuş idman infrastrukturu ilə maraqlanacaq. Görəcək ki, elə bölgələrimiz var, orada infrastruktur adına çiy kərpic də yoxdur. Görəcək ki, hərəsi idmanın bir növündə çılxa istedad olan azərbaycanlı uşaqlar infrastruktur olmadığı üçün idman sahəsinə yaxın da düşə bilmirlər. Görəcəkdi və biləcəkdi ki, bütün idman növlərində legionerləşdirmə aparmaqla, o azərbaycanlı uşaqlara xəyanət edilib, onların haqqı yeyilib, göz görə-görə.

Mən yanılmadım. O, həqiqətən də gəzir. Eşitdim ki, bu yaxınlarda gəzəyənliyinin statistikasını da dostları ilə bölüşüb. Xeyli “bəh-bəh, tərif” alıb. Yazıb ki, artıq 46-cı ölkəyə ayaq basır.

Azərbaycanın 6 bölgəsinə ayaq basmayıb, amma dünyanı qarış-qarış gəzir. Azərbaycanlı uşaqlar orada şəraitsizlikdən idmanla məşğul ola bilmirlər, bu isə dövlətin vəsaitini xarici ölkələri gəzməyə sərf edir.

Ola bilsin, ola bilsin ki, adam səhvə yol verir. Elə bilir ki, onu idman yox, turizm naziri qoyublar. Siz Allah, Fərid Qayıbovla şəkil çəkdirəndə, qulağına pıçıldayın, deyin ki, cənab Prezident onu idman naziri təyin edib, turizm naziri yox. Adamdır də, xəbəri olmaya bilər.

Natiq Muxtarlı
 
 

 


Ardını oxu...
“Qara Pişik” kod adlı mənbəmiz bizə maraqlı foto-şəkil təqdim edib və şəkildə yer alan şəxslərin kimliyinə aydınlıq gətirib.

Mənbəmizin iddiasına görə, səkildə 2 əsas həlledici fiqur var. Bunlardan biri İsa Həbibbəylinin biznesmen qardaşı Həbib Həbibbəyli, digəri isə Türkiyəli iş adamı Nezir Turandır. Əslən Iğdırdan olan Nezir Turan təkcə Həbibin deyil, ümumiyyətlə Həbibbəyli qardaşlarının ümumi biznes ortağı sayılır. Bəli, səhv başa düşmədiniz, İsa, Əli, Həbib, Yaqub, Səməd Həbibbəyli qardaşlarınin bütün biznesini bu adam, yəni Nezir Turan idarə edir.

İddialara görə, İsa Həbibbəylinin qızıl yumurtalayan qələmindən çıxıb Vasif Talıbovun şəninə həsr olunmuş bir mədhiyyə hesabına Naxçıvan DGX-nin rəisi vəzifəsinə yüksəlməsi ideyası da Nezir Turanın beyninin məhsuludur. Məqsəd, təbii ki, Naxçıvana idxal olunan tikinti materiallarını gömrük rüsumundan yayndırmaq olub.

Ardını oxu...

Mənbəmizin dediklərinə inansaq, Naxçıvana idxal olunan tikinti materiallarının 75-80%-i Həbibbəyli qardaşlarının ümumi ortağı Nezir Turan tərəfindən gətirilir və bunun üçün 1 qəpik də rusum ödənilmir. Nəticədə Naxçıvanın istehlak bazarında ədalətsiz rəqabət yaranır və digər sahibkarlar batırılır. “Ailəsinə bazarda halal çörək pulu qazanan neçə-neçə naxçıvanlı iş adamını müflis etdi Həbibbəyli qardaşları. Nə var, nə var Nezir Turanın əl-ayağına dolaşır, onun satdıgı maldan satırdılar”, - mənbəmiz deyir.

“Qara Pişik” söz verdi ki, yaxın günlərdə Nezir Turanın Naxçıvanda Səhət Həbibbəyli ilə münasibətlərindən, vergi toxunulmazlıgından, dövlət idarələrində ona yandırılan yaşıl işıqdan, digər yerli sahibkarlara qarşı etdiyi zülmlərdən ətraflı məlumatlar toplayıb mənə çatdıracaq. Biz də çox tələsmədən “Qara Pişiy”in gətirəcəyi yeni məlumatları gözləməyə qərar verdik.

Hələlik isə araşdırmaçı-jurnalist Cavanşir Həsənlinin Həbibbəyli qardaşlarının biznesi barədə ortaya çıxardığı həqiqətləri təqdim edirik:

Ardını oxu...

“YAP-ın vahid namizəd siyahısı ilə 2 saylı Şərur Seçki dairəsindən 86.3 % səslə qalib elan olunan İsa Həbibbəyli Əkbər oğlunun qardaşlarına məxsus şirkətlər:

1. "AVTO" MÜƏSSİSƏSİ (VOEN 1400127451): 1996-cı il iyunun 11-də qeydiyyatdan keçib. Təsisçisi və qanuni təmsilçisi İsa Həbibbəylinin qardaşı Səməd Əkbər oğlu Həbibbəylidir. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 10-dur.

Ardını oxu...

2. BOLLUQ-99 KƏNDLİ FERMER TƏSƏRRÜFATI (VOEN 0700185691): 28 dekabr 1999-cu ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Şərur rayonu, Xanlıqlar kəndidir. Təsisçisi və qanuni təmsiçisi İsa Həbibbəylinin qardaşı Həbib Əkbər oğlu Həbibbəylidir.

Ardını oxu...

3. "GƏMİQAYA-XXI" FİRMASI: 05 iyul 2000-ci ildə İsa Həbibbəylinin qardaşı Yaqub Əkbər oğlu Həbibbəylinin adına qeydiyyatdan keçib.

Ardını oxu...

4. SÜHA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 27 fevral 2008-ci ildə qeydiyyatdan keçib, hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi ev 44, mənzil 35, qanuni təmsilçisi Əli Əkbər oğlu Həbibbəylidir.

Ardını oxu...

4. "SÜRMELİ İNŞAAT SANAYİİ VE TİCARET LİMİTED" ŞİRKƏTİNİN BAKI FİLİALI: Əli Həbibbəyliyə məxsus "Süha" MMC ilə etni ünvanda qeydiyyatdadır. Qanuni təmsilçisi Mehmet Sürmeli Kiyasdır. Şirkət Türkiyədə, Malatya şəhərində inşaat sektorunda fəaliyyət göstərir.

Ardını oxu...

5. ŞƏRUR-2006 MƏHDUD MƏHSULİYYƏTLİ CƏMİYYƏT: 2006-cı ilin iyunun 1-də 141500.00 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. Təsisçisi və qanuni təmsilçisi Əli Əkbər oğlu Həbibbəylidir. Hüquqi ünvanı Şərur rayonu, Danyeri kəndidir.

Xatırlatmaq istərdim ki, İsa Həbibbəylinin oğlu Ərəstü Həbibbəylinin də şirkəti var. Onun təsis etdiyi ARASTU ALÜMİNYUM SANAYİ VE DIŞ TİCARET LİMİTED ŞİRKETİ 2017-ci il iyulun 5-də İstanbul Ticarət Odasında qeydiyyatdan keçib. Şirkət üzərindən deputatın oğlunun Türkiyədə alüminium profillər istehsal edən fabriki var.

Komitə sədrinin digər oğlu Səhət Həbibyli bu yaxınlarda Naxçıvan MR-in Gömrük Komitəsinin rəhbəri təyin olunub.

İsa Həbibbəyli Milli Məclisin III və IV-cü çağırış deputatı olub, AMEA-nın vitse-prezidentidir (artıq prezidentidir-Ovqat.com).
 

Dünyapress TV

Xəbər lenti