Ardını oxu...
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi məlum olub.
TEREF.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, dəyəri 9 min manat olan tender müsabiqəsinin qalibi “Rn Corp 22” MMC (VÖEN – 1102636981) olub.
“Rn Corp 22” MMC Maliyyə Elm-Tədris Mərkəzinə əməliyyat sistemləri, ofis proqramları və antiviruslar satacaq.
Məlumat üçün bildirək ki, şirkətin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8-də yerləşir. Nizamnamə kapitalı 10 manat olan “Rn Corp 22” MMC cəmi 5 ay əvvəl - 20.06.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb.
“Rn Corp 22” MMC-nin qanuni təmsilçisi Məhərrəmov Rövşən Baladadaş oğlu qeyd olunan ünvanda qeydiyyatda olan daha bir neçə şirkətə rəhbərlik edir. Bu şirkətlər təsis olunduqadan qısa müddət sonra dövlət qurumlarının keçirdiyi tender müsabiqələrində qalib olublar.
Məsələn, Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi digər bir şirkət "Orlondo Az” MMC (VÖEN- 1102637081) dövlət qeydiyyatına alındıqdan cəmi bir ay sonra Yevlax şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçirdiyi 105 min 800 manat, iki ay sonra isə Qazax Dövlət Sosial İqtisad Kollecinin keçirdiyi 31 min 300 manat dəyərində tender müsabiqəsində qalib olub.
Məhərrəmov Rövşən Baladadaş oğlunun rəhbərlik etdiyi “Rn Corp 22” MMC isə qeydiyyatdan keçdikdən sonra – cəmi 3 ay ərzində 13 tender müsabiqəsinin qalibi olmağı bacarıb.
Tender müsabiqələrilə bağlı diqqət çəkən məqam odur ki, barəsində heç bir məlumat olmayan “Rn Corp 22” MMC fərqli dövlət qurumlarının fərqli istiqamətlərdə keçirdiyi tenderlərdə qalib olub. Məsələn, “Rn Corp 22” MMC Şəki Pedaqoji Texnikumu üçün təmir işləri gördüyü halda, Bakı Baş Polis İdarəsinə dərman və sarğı ləvazimatları, Oğuz rayon İcra Hakimiyyətinə isə ofis mebelləri satıb.
Daha bir şübhəli məqam isə odur ki, “Rn Corp 22” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda – “Qaradağ rayonu, Lökbatan ŞTQ, Keçid 1594, ev 30, m. 8”-də çoxsayı şirkətlər qeydiyyata alınıb və bu şirkətlər də yeni yaranmalarına baxmayaraq tender müsabiqələrində qalib olublar.
Aşağıdakı linkə daxil olaraq bu barədə daha ətraflı məlumat ala bilərsiniz:
Ardını oxu...
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Şərur rayonunun Qarahəsənli kəndində 2. Qarabağ döyüşlərində şəhid olan leytenant Həsən Quliyevin məzarını yas mərasimi boyu işıqlandırıb, daha sonra həmin işıqlandırmaya sərf olunan elektrik enerjisinin pulunu şəhid ailəsindən istəyiblər.
Faktı şəhidin atası İbrahim Quliyev də təsdiqlədi və ona verilən qəbzin şəkilini bizə göndərdi.
Ardını oxu...
Şəhid atası bu absurd hadisənin təfərrüatlarına belə aydınlıq gətirdi:
“Mən İbrahim Quliyev Həsən oğlu Naxcivan MR Şərur rayonun Qarahəsənli kəndində yaşayiram. Şəhid atasıyam . 2. Qarabag müharibəsində oğlum leytenant Həsən Quliyev Ağdərə isdiqamətində gedən döyüşlərdə qəhrəmancasina şəhid olmusdur . Dəfndən bir neçə gün sonra Şərur rayonun icra başcisi Şəhidimizin Məzarinin üstündə dalğalanan , mənə oğlumun tabutu ilə bərabər göndərilən bayrağın götürülməsi göstərişini vermişdi. Tək təsəllim olan bayrağı endirmək istəyirdi . Dəfələrlə bu hadisə təkrarlanıb .
Bundan əlavə, mənə məzar daşlarının şəkilsiz olacağını deyirdilər. Halbuki, şəhid məzarı şəkilsiz olmaz . Oğlumun məzarında bir şəkili belə, bizə çox görürdülər . Məzarın şəkilsiz olmasına etiraz etdim və şəkilli məzar gətizdirdim. Dövlətin etməli olduğu işi mən etdim . Oğul mənimdi amma şəhid bu dövlətindi . Nə məzar daşı ilə maraqlandılar, nə də şəhid ailəsi ilə .
Bu işlə məşğul olması üçün Şərur rayonun icra başcısına müraciət etdim. Şərur rayonun icra hakimiyyətindən göstərişi ilə Naxcivan şəhər Maliyə nazirinin qəbuluna getdim. Orada isə mənə " Sizə verilən qan puluna gedib məzar daşı alın neynirsiz, eləyin, bizi maraqlandırmır " dedilər. Bu məsələnin Seymur Talibovun nəzarətində olduğunu deyib bizi idarədən qovaladılar
Mənim şəhidimin Allahdan başqa heç kimə ehtiyacı yoxdur. Amma şəhid oğluma edilən bu hötmərsizlik məni çox üzür. Bu gün vətən üçün canından keçən şəhidin məzarına hörmətsizlik edənlərin ermənidən fərqi yoxdur mənim üçün də, xalq üçün də”.
Heydər Oğuz
Teref.az
 
 
 

Ardını oxu...

 

 

 

 

 

Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovun abadlıq işləri, yolların, mənzil fondunun təmiri ilə bağlı tenderləri bitmək bilmir.

Qaynarinfo xəbər verir ki, tenderlər əsasən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən keçirilir.

2022-ci ildə MKTİB abadlıq işləri, yolların və mənzil fondunun təmiri ilə əlaqədar ümumi maliyyə dəyəri 1 912 400.48 AZN təşkil edən 8 satınalma müqaviləsi imzalayıb.

Müqavilələrdən ikisi “Texnomaks” MMC, üçü “Qara Qaya” MMC, ikisi “Təmir-Təchizat-4” MMC, biri isə “Global Oilfield Solutions” MMC ilə imzalanıb.

Qurumun keçirdiyi tenderlərin bir çoxunda şərtlər, hansı yolların, bunaların təmir olunacağı, hansı ərazinin abadlaşdırılacağı barədə məlumat yoxdur.

MKTİB-in satınalma müqaviləsi imzaladığı şirkətlər də əsasən Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların tenderlərin qalibi olur.

Bu sırada xüsusilə “Qara Qaya” MMC-ni göstərmək olar. Nə sirrdirsə, sözügedən MMC yalnız Qaradağ MKTİB-nin keçirdiyi tenderlərdə qalib olur. Bəzi iddialara görə, “Qara Qaya”nın sirri onun Süleyman Mikayılovun nəzarətində olması ilə bağlıdır.

Digər şübhəli şirkət isə “Təmir-Təchizat-4” MMC-dir. Maraqlıdır ki, MKTİB adıçəkilən şirkətlə müqavilə imzalayarkən onun dövlət büdcəsinə 8 126.80 AZN vergi borcu olub.”Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə vergi borcu olan şirkətlərin tenderdə iştirakı qadağandır.

Qaradağ sakinləri ilə söhbətdən isə məlum olur ki, rayonda abadlıq işləri nəzərəçarpacaq şəkildə deyil. Burada sadəcə kosmetik işlərdən söhbət gedə bilər.

Beləliklə, aydın olur ki, Süleyman Mikayılov şübhəli şirkətlərlə 2 milyon manata yaxın vəsaiti kosmetik işlərə sərf edib.

Məsələ ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 2010-cu ildən bu vəzifəni tutur. Əvvəllər isə Yardımlı və Lənkəran icra hakimiyyətlərinə başçılıq edib.

 


Ardını oxu...
Milli Məclisin bu yaxınlarda keçirilən plenar iclasında açıqlama verən deputat Vüqar Bayramov hesab edir ki, Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi qaz sayğaclarını vaxtında sıfırlamalıdır.

Nəzəri olaraq, artıq yanvarın ilk günlərində qaz sayğaclarında məhdudiyyətlər sıfırlanmalı və istehlakçılar güzəştli kubmetrlərin daha bir illik hissəsini almalıdırlar. Amma bizim qaz təsərrüfatı praktikasında mexaniki sayğacların sahiblərinin kütləsinə münasibətdə bu vəziyyət müşahidə edilmir. Sadəcə olaraq, yanvar ayından etibarən smart cihazların sahibləri yenilənmiş limitə keçirlər, lakin mexaniki sayğacların sahibləri gözləməli və iki dəfə çox pul ödəməli olurlar.

Qaz təsərrüfatının özündə belə açıq-saçıq cəfəngiyyat qaz istehlakçılarının səhlənkarlığı ilə izah olunur. Yəni, əhali bu idarəyə üzərində tarix və saat göstərilməklə qaz sayğaclarının göstəricilərini çəkib göndərməlidir.

Məsələn, ötən il gecikən əhalinin yeni limitə keçidi “Azəriqaz”da belə izah edilib: bəzi abonentlər mexaniki sayğacların üzərində tarixi və göstəriciləri olmayan görüntülər göndəriblər.

Amma Yeni il bayramları ərəfəsində “Azəriqaz” illik istehlak dövriyyəsini başa çatdırmaq və lüzumsuz maliyyə itkiləri olmadan, minimum qaz tariflərinə qayıtmaq üçün müfəttişlər gələnə qədər mexaniki cihazlardan son göstəricilərin necə götürüləcəyini izah etdi.

“Azəriqaz” abunəçilərdən mobil telefonla sayğacın göstəricisinin şəklini çəkib (077) 310-41-04 WhatsApp nömrəsinə göndərmələrini tələb edir, lakin mobil telefonla çəkilmiş fotoşəkildə çəkiliş tarixi göstərilmək şərti ilə. Bu hekayədə bir şey aydın deyil: niyə vətəndaşlar bütün bunları etməlidirlər? Bir adamın çəkiliş üçün müasir telefonu yoxdursa, məlum olur ki, soyuqda limit onun üçün mövcud deyil?

Bundan əlavə, bir çox qaz istifadəçiləri, məsələn, pensiyaçılar, müasir texnologiyanı tam istifadə edə bilmirlər. İstehsalat Birliyinin özünün statistikasına görə, bu ilin əvvəlində fotoşəkillərin yalnız 30% -i uyğun keyfiyyətdə idi, yəni, vaxt və tarix göstərilməklə.

Bu problem bir ildən artıqdır ki, müzakirə olunur, lakin hələ də aydın deyil. İndi isə ilin sonuna yaxın deputat Bayramov qaz təsərrüfatı işçilərinə birbaşa vəzifələrini xatırladıb. Millət vəkilinin sözlərinə görə, bu il güzəştli limitin yenilənməsi yenidən on gün uzanıb, amma istərdik ki, “Azəriqaz” bunu vaxtında etsin. Axı ilin sonunda vətəndaşlara 10 qəpiyə satılan güzəştli 1200 kubmetr qaz tükənir və çoxları hər kubmetri üçün 20 qəpik ödəməli olur. Bu isə əksər ailələrimiz üçün dözülməz və çətindir.

Burada xatırladaq ki, ölkədə əhali üçün qaz tariflərinin üç mərhələli sistemi mövcuddur. Ötən ilin iyununda Tarif Şurasının qərarı ilə güzəştli illik istehlak limiti demək olar ki, iki dəfə - 2200 kubmetrdən 1200 kubmetrə endirilib. Nəticədə 1200 kubmetr üçün 10 qəpik ödəyirsiniz və bu həcmdən yuxarı istifadə etdiyinizə - 2500 kubmetrə qədər 20 qəpik ödəyirsiniz. 2500 kubmetrdən çox istifadə etdiyinizə görə artıq 25 qəpik ödəyirsiniz. İndi “Azəriqaz” inandırmağa çalışır ki, onun bir çox abonenti 10 qəpiklik limitə uyğun gəlir.

“Bu ilin yanvar-oktyabr aylarında abonentlərin 58,8%-i qaz istehlakı həddini 1200 kubmetrdən çox göstərməyib. Bu da kifayət qədər normal göstəricidir, ötən ilin eyni dövrü ilə müqayisədə xeyli fərq var”, - deyə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu statistikanı mediaya şərh edərkən bildirib.

Amma Bakı şəhəri üzrə Satış Departamentinin rəhbəri Zamin Mehbalıyevin mətbuata daha əvvəl verdiyi açıqlamaya görə, hər il abonentlərin 30-35%-i 1200 kubmetrədək qazdan istifadə edir. İndi təsəvvür edin ki, təlimatlara əsasən, nəzarətçilər bir ay ərzində sayğacların göstəricilərini yeniləyə bilərlər. Açıqlamanın məntiqindən çıxış etsək, abonentlərin əksəriyyəti artıq limitdən istifadə edib, qaza görə hədsiz yüksək pul ödəyir, güzəştli kubmetrləri bir ay (!) gözləyir. Və bu hal yanvarda - qaz istehlakının ən pik vaxtında baş verir.
 //AYNA//
Ardını oxu...
Fransanın “Thales International” şirkətinin Azərbaycan nümayəndəliyinin sabiq müdiri, bu ilin fevralında şərlənərək həbs olunan və hazırda məhkəməsi davam edən Mehmet Şahana qarşı qurulan tərtiblə bağlı çox maraqlı detallar üzə çıxıb.

Türkiyəli iş adamı, “Thales İnternational Western Counties B.V” şirkətinin büdcəsindən təxminən 8 milyon manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilərək bu ilin fevralında həbs olunan Mehmet Şahanın işi ətrafında dramatik nüanslar artmaqdadır.

İş adamının özünün və ailə üzvlərinin də bildirdiyi kimi, ona qarşı irəli sürülən ittihamları qəbul etməyən, şirkətin baş ofisindəki açıq ermənipərəst səlahiyyət sahiblərinin Azərbaycandakı “tərəfdaşları” ilə birlikdə qurduqları tərtibin qurbanı olduğunu deyən iş adamının bu fikirlərini təsdiqləyən məlumatlar aşkarlanıb.

Bir daha qeyd etmək yerinə düşər ki, Mehmet Şahanın həbs olunmasından sonra bu işlə əlaqədar yayılan informasiyalarda onun yuxarıda adıçəkilən şirkətin Fransadakı erməni lobbisi ilə sıx bağlılığı olan bəzi yetkilərinin əli ilə “zərərsizləşdirildiyi”nə yönəlik yanaşmalar qırmızı xətlə keçirdi.

Bir çoxları bu iddiaya şübhə ilə yanaşaraq, həbsin erməni lobbisinin əli ilə gerçəkləşməsini türkiyəli iş adamının özünü təmizə çıxarmaq üçün önə çəkdiyi tutarlı arqument kimi qiymətləndirirdi. Haqqında danışılan şirkətin Fransaya məxsusluğu, həmin ölkənin ermənipərəst imici qazanması və erməni lobbisinin ən güclü olduğu dövlətlərdən birinə çevrilməsi faktı Mehmet Şahanın bundan özünümüdafiə məqsədilə yararlanmaq cəhdi olaraq görülürdü.

Ancaq Mehmet Şahanın Azərbaycan Prezidenti İlham Əliyevə, onun xanımı Tülay Şahanın isə ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya ünvanladıqları müraciətdə iş adamının həbsi “Thales International” şirkətinin vəzifəli fiqurlarının erməni lobbisi, o cümlədən, Azərbaycandakı müəyyən şəxslərlə işbirliyinin nəticəsi olaraq göstərilib. Yəni iş adamı şərlənərək həbs olunmasını birbaşa bu motivlə əlaqələndirir.

İş adamının Azərbaycan Prezidentinə müraciətində bu məqam belə ifadə olunub:

“2018-ci ildə Fransada Makron prezident olduqdan sonra vəzifəyə gələn “Thales”in yeni rəhbərliyi Azərbaycan ilə münasibətləri kəsmək barədə qərar qəbul edib. Onlar Bakıdakı ofisin bağlanmasına qədər davam edəcək proseslərə başladılar və mən də onların hədəfində idim. 2021-ci ilin aprelində “Thales” tərəfindən işdən çıxarıldım. İşimə xitam verilməsi barədə məlumat verdilər və kiçik xərclərimi bəhanə gətirərək, kompensasiyamın verilməyəcəyini bildirdilər”.

Ardını oxu...

Göründüyü qədər, şirkətdə uzun müddət qüsursuz fəaliyyət göstərən Mehmet Şahana münasibət Makronun prezident seçilməsindən sonra dəyişib. Şirkətdə irəli çəkilən ermənipərəst menecerlər Azərbaycanda əlaqələri olan şəxslər vasitəsilə türkiyəli iş adamını həm vəzifəsindən uzaqlaşdırıblar, həm də onu “talançılıq”da suçlayaraq həbsinə nail olublar.

Acınacaqlı məqamlardan biri də budur ki, şərlənərək cinayət məsuliyyətinə cəlb edilən Mehmet Şahanın məhkəməsi də ona qarşı hazırlanmış ssenariyə uyğun qaydada keçirilir. Mehmet Şahanın xanımı da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, biznesmenin işi üzrə keçirilən məhkəmə prosesinə sədrlik edən Rahib Salmanovun fəaliyyətindən çox narazıdır. Tülay Şahan hakimin məhkəmədə elementar hüquqi prosedurlara belə əməl etmədiyini, prosesi obyektiv aparmadığını bildirir.

Qayıdaq Mehmet Şahanın şərlənərək həbs olunmasında qabaran “erməni faktoru”na. İndi üzə çıxan məlumatlar iş adamının vurğulanan iddiasının nəinki əsassız olmadığını, əksinə, onun həbsində həlledici nüans kimi önə çıxdığını söyləməyə tam əsas verir.

Qeyd edək ki, Mehmet Şahanın həbsində kilid adamlardan biri olaraq, “Thales International” şirkətinin rəhbərliyində yer tutan Herve Dammannın adı çəkilir. Əlbəttə, ilk baxışda bu ad çoxlarına demək olar, heç nə demir. Lakin əldə olunan məlumata əsasən, Ermənistanın eks-prezidenti Armen Sarkisyanın dəvəti ilə fransalı iş adamlarından ibarət heyətin tərkibində bu ölkədə səfərdə olmuş Dammann həmin siyahıya daxil edilməsi təsadüfdürmü?

Ermənistanın sabiq prezidenti ölkəsinə faydası dəyməyəcək bir fransız iş adamı ilə əməkdaşlıqda nə qədər maraqlı ola bilərdi? Sualın cavabı aydındır. Ermənilər onlarla eyni fikir və mövqedə olmayan bir fransıza qətiyyən etimad göstərib nə ölkələrinə dəvət edər, nə də onunla işbirliyi qurarlar. Dammannın Ermənistana səfər heyətinə daxil edilməsi sözsüz ki erməni lobbisinin iradəsi ilə baş tutub və qarşılıqlı əməkdaşlığın göstəricisi sayılmalıdır.

İşin maraqlı və təəccüblü, eyni zamanda, acınacaqlı tərəfi həm də bundan ibarətdir ki, Prokurirluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Tural Yaqubov istintaq dönəmində Herve Dammanndan “Skype” vasitəsilə ifadə alıb və o da aydın məsələdir ki, ifasdəsində nələr deyib. Beləliklə, həm də Dammannın ifadəsi əsasında Azərbaycan-Fransa münasibətlərinə töhfə verən, 44 günıük Vətən müharibəsində cəbhə zonasına davamlı yardımlar göndərən iş adamı, 4 azyaşlı övladın atası olan Mehmet Şahan qondarma ittihamla həbsə atılıb.

Ümid edirik, Mehmet Şahanın davam edən məhkəmə prosesində bu mühüm detallar mütləq nəzərə alınacaq, iş adamının həqiqətən şərləndiyi faktı, nəhayət, öz təsdiqini tapacaq və o haqq etdiyi azadlığa çıxacaq.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Dövlət İmtahan Mərkəzi (DİM) "Yuni Servis” MMC ilə satınalma müqaviləsi imzalayıb.

Demokrat.az xəbər verir ki, maliyyə dəyəri 81 809.4 AZN təşkil edən müqavilədə yeməklərin hazırlanması və çatdırılması xidmətinin satın alınması nəzərdə tutulur.

Tenderin şərtlərindən məlum olur ki, "Yuni Servis” MMC DİM üçün səhər, nahar və şam yeməyi hazırlayacaq. Bunun hansısa tədbir üçün nəzərdə tutulub-tutulmadığı bəlli deyil. Hətta tədbir üçün nəzərdə tutulmuş olsa belə, şam yeməyinin siyahıya əlavə olunması başa düşülmür. Ortaya sual çıxır: Hansı əhəmiyyətli tədbirdir ki, şam yeməyinə qədər davam edəcək.

Bir qədər də "Yuni Servis” MMC haqqında. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, şirkət 24 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Manafov Rauf Əhməd oğludur. O, həm də şirkətin direktorudur.
Ətraflı

"Yuni Servis”MMC 15 ildir fəaliyyət göstərməsinə baxmyaraq, açıq mənbələrdə barəsində heç bir məlumat yoxdur. Şirkətin nə əlaqə telefonları, nə veb-səhifəsi var.

Rauf Manafova gəlincə, Azərbaycan Türkiyə İş Adamları Birliyinin üzvüdür. Bundan başqa, onun haqqında hər hansı məlumat yoxdur.

DİM-in sədri Məleykə Abbaszadədir. O, 1994-2000-ci il illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini, 2000-2016-cı illərdə TQDK-nın sədri vəzifəsində çalışıb. 2016-cı ildə TQDK-nın bazasında DİM yaradılıb və Məleykə Abbaszadə qurumun Direktorlar Şurasının sədri təyin edilib. Beləliklə, xanım Abbaszadə faktiki olaraq 22 ildir ki, sədr vəzifəsini daşıyır. /Qaynarinfo

“Pulsuz Reklam” silsiləsindən: Avtovağzal Otel necə “talıbovlaşdırılıb”?
Talıbovlar ailəsinin cüzi qiymətə özəlləşdirib öz təsərrüfatlarına qatdığı dövlət obyektlərindən biri də “Avtovağzal Otel”dir.
Qara Pişiyin iddiasına görə, sovet hakimiyyəti illərindən 2016-cı ilə qədər bu otel dövlətin nəzarətində və balansında olub. Nə hikmətdirsə, 2016-cı ildə günlərin bir günündə Naxçıvan əhli yuxudan oyananda otelin Nəqşicahan holdingin mülkiyyətinə daxil olduğunu eşidib.
Otelin hansı qiymətə hərraca çıxarıldığını isə MR-də bilən yoxdur. Görünür, muxtar hüquqlu Naxçıvanda bu kimi məlumatlar dövlət sirri kimi qorunur. Amma Naxçıvan qaydalarını dərindən bilən “Qara Pişiy”in Avtovağzal Otelin neçəyə özəlləşdirilməsinə dair öz təxminləri var: “SOCAR-ın tikib ərsəyə gətirdiyi Diaqnostika Mərkəzi 100 min manata özəlləşdirilibsə, deməli Avtovağzal Otel “xan” ailəsinə daha ucuz qiymətə, bəlkə də 50-60 min manata başa gəlib”.
Bildirilir ki, cəmi 50-60 min manata özəlləşdirilən təkcə otel olmayıb. “Xan” ailəsi bir göz qırpımında oradakı 15 mağazanı da bu özəlləşdirmə yoluyla öz mülklərinə qatıb. Halbuki, həmin mağazaların hər birini 20-30 min manata satmaq olar və yəqin ki, elə də edilib. Amma Naxçıvanda mağazaların satın alınması o demək deyil ki, orada qazandıqların sənin olmalıdır. Mağaza sahibləri satın aldıqları mağazalar üçün kirayə ödəməklə yanaşı, həm də qazanclarının yarısını da “xanzadə” Seymur ibn Vasif həzrətlərinə verməlidirlər.
Hər ay Avtovağzal Oteldən gələn mənfəətlərin və kirayələrdən yığılan pulların holdinqin kassasına mədaxil olunduğunu bildirən mənbəmizin iddiasına inansaq, bu obyetlərin də təkcə 2022-ci ildə 458,350 ( dörd yüz əlli səkgiz min üç yüz əlli ) manatlıq dövriyyəsi olub və o belə, vergidən yayındırılıb.
Heydər Oğuz
Teref.az
 
Ardını oxu...
Gəncənin məhşur Xan arxı suvarma kanalı məişət tullantıları ilə çirkləndirilib.

DİA.AZ-ın məlumatına görə, sakinlər suvarma kanalının çirklənməsinin ərazidə zibil konteynerlərinin olmaması səbəbindən qaynaqlandığını deyirlər.

Xan arxına tökülən su Gəncəçaydan gəlir. Bu kanaldan Gəncə və Göygöl rayonun sakinləri əkinlərini suvarma məqsədi ilə istifadə edir.

Gəncə Suvarma Sistemləri İdarəsinin rəsmisi Vüsal Məmmədov: Problemin aradan qalxmasını istəyən sakinlər kanalı təmiz saxlamalı, Gəncə Mənzil Kommunal Təsərrüfat İdarəsi əraziyə zibil konteyneri qoymalıdır, deyir.

Gəncə şəhər MKTİ isə problemin səbəbkarının yalnız sakinlər olduğunu bildirib.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Qanuni qüvvəsini almış məhkəmə qərarlarından görünür ki,Bakı Baş Gömrük İdarəsi tərəfindən edilmiş qanunsuzluqla «ULDUZ-ELEKTRON» MMC-yə xüsusilə külli miqdarda zərər vurmuşdur. Beləki, Bakı Baş Gömrük İdarəsi tərəfindən malın kodu qəsdən aidiyyatı olmayan, lakin daha çox rüsum tətbiq edilən kod ilə dəyişdirilməklə «ULDUZ-ELEKTRON» MMC-dən qanunsuz olaraq xüsusilə külli miqdarda gömrük rüsum və vergilərini qanunsuz almışdır".

«ULDUZ-ELEKTRON» MMC-nin rəhbəri Mədət Quluzadə Bizimxeber.az-a daxil olan müraciətində bildirir: "Görəsən Bakı Baş Gömrük İdarəsi bu qanunsuz rüsum və vergiləri hansı ödənilməli olan və ödənilməmiş idxal vergilərini kompensasiya etmək üçün almışdır? Cavabı çox sadədir, monopolistlər tərəfindən ödənməli, lakin büdcədən yayındırılan vəsaitləri düzgün işləyən müəssisələrin üzərinə yükləməklə vəziyyəti idarə etmək, plan-proqnoza artıqlaması ilə əməl etdiklərini göstərmək, eyni zamanda düzgün işləyən müəssisələri sıradan çıxartmaq və monopolistlərə daha geniş imkanlar yaratmaq üçündür".

M,Quluzadə qeyd edir ki, gömrük orqanları indiyədək «ULDUZ-ELEKTRON» MMC-yə kifayət qədər məhkəmə prosesini uduzmuş, nəticədə «ULDUZ-ELEKTRON» MMC-yə təzminat ödəmiş, lakin eyni təzyiqləri yenə də, bu gün də davam etdirirlər. ULDUZ-ELEKTRON» MMC tərəfindən dəfələrlə bu barədə sabiq sədr Səfər Mehdiyevə bildirilsə də heç bir tədbir görmədi, eyni zamanda hazırkı sədr əvəzi Şahin Bağırova da müraciət edildi, lakin o da heç bir tədbir görmədi. Bu günədək gömrük orqanlarında düzələn heç bir şey yoxdur. «ULDUZ-ELEKTRON» MMC ona görə də sədr əvəzi Şahin Bağırova gömrükdə sədrdən başqa daha nə dəyişmişdir, sualını ünvanlamışdır. Sədr əvəzi Şahin Bağırov bu elementar sula belə cavab verə bilmədi.

Hazırda həmin suallara cavab verilməsi öhdəliyinin Dövlət Gömrük Komitəsinin üzərinə qoyulması üzrə məhkəmə prosesi icraata qəbul edilmişdir (uzun müddət Bakı İnzibati Məhkəməsi işi icraata götürməməkdə israr etsə də nəticədə Bakı Apellyasiysa Məhkəməsi MMC-nin bu barədə haqlı olduğuna qərar verib və işi icraata götürməsi üçün qərar qəbul edib). Bir daha sədr əvəzi Şahin Bağırova bir daha eyni sualı ünvanlamaq istərdim: Cənab sədr əvəzi Dövlət Gömrük Komitəsində sədrdən başqa nə dəyişmişdir?".
 
Ardını oxu...
Milli Məclisin (MM) 16 dekabr 2022-ci il tarixli iclasında olduqca maraqlı çıxışlar olub.

Deputatlar “Tərtər işi” ilə bağlı çıxışlar ediblər. MM üzvləri “Tərtər işi”ndə işgəncə əmri verən şəxsin adının açıqlanmasını istədiklərini bildiriblər.

Ən sensasion çıxışı isə Milli Məclisin insan hüquqları komitəsinin sədri Zahid Oruc edib.

Z.Oruc “Tərtər işi”ndən danışarkən vacib və maraqlı məqamlara toxunub. Komitə sədrinin çıxışı konkret faktlar və personalar üzərində qurulub. İlk dəfə Milli Məclis kürsüsündən “Tərtər işi”nə görə hazırda və yaxın keçmişə kimi yüksək vəzifə tutan şəxslərin adı çəkilib.

Deputatın çıxışından sitat: “Hərbi prokuror 5 il işgəncə qurbanlarının üsyanını “nağıl” adlandırıb, sonda isə bəlli olub ki, dövlətə və xalqa yalanı kim danışır. Keçmiş Baş prokuror Zakir Qaralov bir dəfə də olsun o analarla görüşmədi və saxta ittihamnamələri araşdırmadı. İndi hər ikisi Ali Baş Komandandan, xalqdan, Ordumuzdan və qurbanlardan üzr istəməlidir”.

İntonasiya, aksent sizə nəsə deyirmi? Bu çıxışın sıradan bir məruzə olduğunu düşünmək mümkün deyil. Burada ciddi mətləblər var. Hörmətli Zahid Oruc ölkənin kifayət qədər məlumatlı şəxslərindən biridir. Onun Milli Məclisdə belə sərt, detallı və cəsarətli çıxışı, əslində, yaxın günlərdə Müdafiə Nazirliyi sistemində, hərbi strukturlarda baş verəcək nəhəng proseslərin anonsu sayıla bilər. Dövlət köhnə qvardiyanın cinayətlərindən, mafiya tərzindən, saymaz rəftarından boğaza yığılıb. Ona görə də özünün sərt üzünü “övladlarına” (yüksək çinli məmurlara) göstərməyə qərar verib.

“Tərtər işi” cinayəti Vətən müharibəsində qazanılmış nəhəng qələbəni ciddi şəkildə ləkələyə bilər. Bu ləkəni təmizləmək üçün Prezident bu ilin əvvəlində sözügedən cinayət işinin yenidən istintaq olunması ilə bağlı göstəriş verdi. İstintaq Komissiyası yaradıldı, məsələyə yenidən baxıldı və vətənə xəyanətdə suçlanan şəxslərin, demək olar, hamısı bəraət aldı.

Dövlət indi fərqindədir ki, prosesdə yanlış olub. Sən demə, cinayətdə suçlayanların özləri cinayətkar imiş…

Zahid Orucdan daha bir sitatla yazımıza davam edək:

“Saxta xəyanət hökmlərinin sifarişçiləri, təşkilatçıları, müdafiəçiləri, hərbi hissələrdə “samosud” təşkil edənlər, qurbanları hospitallarda cəza palatalarına bağlayanlar, Hərbi Prokurorluğun kölə müstəntiqləri və andsız hərbi hakimlər 5 il dövlət əleyhinə təbliğata bais olduqlarına görə məsuliyyət daşıyırlar. O casusluq işində imtiyaz və rütbə qazananlar da kənarda qalmamalıdır. Torpaqları düşmən əlində olan bir xalqın 405 nəfərini satqınlıqda günahlandırmaq özü böyük xəyanətdir”.

Deputat çıxışında bir başqa məqama da toxunub. O, insanlara nahaqdan işgəncə verən müstəntiqlərin son 5 ildəki digər işlərdə ədalətli olduğuna şübhə ilə yanaşıb. Bu o deməkdir ki, yüksək vəzifəli şəxslərlə yanaşı, bu işdə iştirak etmiş müstəntiq korpusu da ciddi cəzalandırılacaq.

Z.Oruc bildirib ki, zərərçəkənlərə təzminatı dövlət deyil, saxta işi tərtib edən şəbəkə üzvləri ödəməlidir.

Son 1 ayda köhnə komandadan qalan şəxslərlə bağlı sensasion tədbirlər həyata keçirilir.

Dövlətə məxsus “Azərtac” İnformasiya Agentliyinin rəhbəri Aslan Aslanov korrupsiya ittihamları ilə işdən çıxarıldı. Bununla paralel olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ətrafında xüsusi əməliyyata start verildi. Naxçıvan Gömrük Komitəsində antikorrupsiya əməliyyatları 1 aydır davam etdirilir. Həbslər, işdən çıxarılmalar, cəzalandırmalar… bu gün də dayanmır.

İndi də Hərbi prokuror Xanlar Vəliyev hədəf kimi göstərilir. O, son 5 ildə baş verən ən ağır hərbi cinayətin qarşısını almamaqda ittiham edilir. Yəqin, Müdafiə Nazirliyində də yeni təmizləmələr olacaq. Türk general Bəxtiyar Ersayın Müdafiə Nazirliyində yüksək posta gətirilməsi bunun əlaməti sayıla bilər. Prezident İlham Əliyev Müdafiə Nazirliyini tam milliləşdirməyə start verib. Prosesə mane olanlar isə hələ də qalmaqdadır.

Ardını oxu...
Bəxtiyar Ersay (sağda) azərbaycanlı generallarla

Prezident Azərbaycanın gələcəyini Qərblə, NATO ilə əməkdaşlıqda görür. Regional güc mərkəzləri Türkiyə, İsrail, Pakistanla hərbi-siyasi müttəfiqlik yüksək səviyyəyə çatdırılıb. NATO ordusu Türkiyənin timsalında Azərbaycandadır. Demək, həm də Güney Qafqazdadır. Bu sürəcə əngəl yaradan güclər isə cəzasız qalmır. Rusiyaya, İrana, digər mərkəzlərə bağlı qüvvələr dövlətin pəncəsinin zərbəsi ilə darmadağın edilir. Azərbaycanda NATO-Rusiya-İran strateji maraqlarının savaşı gedir. Gələcəyimizi daha təhlükəsiz təmin etmək üçün Azərbaycanın dövlət başçısı ən doğru olanı – Qərbə, NATO-ya inteqrasiya xəttini seçib. Ordunu NATO standartlarına uyğunlaşdırır. Bu işdə qardaş Türkiyənin, dost İsrailin dəstəyindən maksimum istifadə olunur.

Yeri gəlmişkən, İsrailin Azərbaycandakı səfiri Corc Dik yerli mediaya müsahibəsində çox maraqlı, hətta sensasion sayılacaq fikirlər səsləndirib.

Sitat: “Biz dost kimi hər hansı qüvvələrdən tərəfdaşımız Azərbaycana yönələ biləcək təhlükənin qarşısını almaq üçün onu gücləndirmək istiqamətində hər şeyi edəcəyik. İki ölkə arasında təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında deyə biləcəyim bu qədərdir”.

Əlavə şərhə ehtiyac varmı?

“Beşinci kolon” deyilən o mənfur qüvvə artıq son dövrünü yaşamaqdadır. Azərbaycanı hər mənada Rusiyanın təsir zonasından azad etmək üçün illər öncə başladılan proses özünün ən pik, həlledici nöqtəsinə yaxınlaşır. Şuşa-Xankəndi yolunda dekabrın 12-də start verilən aksiya da bunun tərkib hissəsidir. Bu gedişatın sonunun qələbə ilə yekunlaşacağına əminik. Eynən 44 günlük Vətən müharibəsi kimi. Çünki onda da, indi də dövlətlə xalqın istəyi, birliyi, bütövlüyü var.
 

Dünyapress TV

Xəbər lenti