Naxçıvan Müəllimlər İstitutunun öz padişahı var
Hər gün Naxçıvandan xeyli şikayət məktubları alıram. Bəzən baş o qədər qarışır ki, onları bir yerə toplayıb oxuya da bilmirəm. Dolayısıyla bir çox məktublar yayımlanmamış qalır. Buna görə dəyərli izləyicilərimdən üzr istəyirəm.
Aprelin 19-da mənə göndərilən bu məktubu isə dərc etməyə bilmədim. Çünki çox gözəl yazılmışdı və üslubunu xeyli bəyəndim. Hiss olunur ki, bunu yazan tələbə gələcəkdə bacarıqlı bir qələm əhli olacaq. Hətta deyərdim ki, onu indidən bu cür adlandırmaq olar.
Əlavə şərhə yol vermədən məktubu olduğu kimi siz dəyərli oxucularla paylaşıram.
"Salam. Hər vaxtınız xeyir olsun, Heydər bəy.
Mən Naxçıvanda yaşayıram və Naxçıvan Müəllimlər İnstitunun tələbəsiyəm. Biraz institumuz haqqında sizə danışmaq istədim.
Digərlərindən fərqli olaraq, institumuzda rektor vəzifəsində duran şəxsi “padşah” adlandırırıq. Bir sıra tələbə və müəllimlər olaraq.
Təəssüf ki şəhərimizdə inkişaf edən sistemə görə insanlar haqlarını bilmir, bilənlər isə tələb etməyə qorxur. Hər kəs başını aşağı salıb, “ əşi, mənim nə işimə, mən kiməm ki? Onlar vəzifə adamlarıdı, mənə söz demək düşməz” deyir.
Bir sıra təhsil müəssisələrində olduğu kimi bizim müəssisədə də rüşvətə açıq bir şəkildə yol verilir. Bununla bərabər ona göz yumanlara böyük haqsızlıqlar edilir.
Bir qrup yoldaşım var, bir semestr, hətta bir il boyu üst - üstə 1 ay dərsə gəlib. İmtahan günü baxırıq ki, əziz yoldaşımız 82 bal toplayıb və bundan narazıdır. Daha çox olmalı imiş. Digər bir tələbəmiz isə atası sayəsində çox yaxşı universitet həyatı sürür.
Padşahımız gördü ki, tələbələr bu haldan narazıdır. Sağ olsun, yoldaşımızı institut tədbirlərinə yönəltdi. Artıq dərsə gəlmədiyi halda yüksək qiymət alanda, “ O tələbə institutun tədbirlərində fəal iştiral etdiyinə görə onu ‘ötüşdürürük’ “ deyirlər.
Fakültəmizə Arif Ağalarovdan sonra yeni dekan gəlib. Yəqin, çox savadlı və bilgili imiş ki, padşahımız onu uyğun görüb. Amma, təəssüf ki, müəllimlər və tələbələrlə danışmaq qaydasını çox bilmir, öyrətmək lazımdır. Bir dəfəsində, mənə qalstukum yerində olmadığı üçün “sən küçə uşağısan, bunu hansı küçədən tutub gətirmisiniz?!” dediyi də olmuşdu. Allah ömrünü artıq etsin, padşahımız hələ də onun dekan qalmasını dəstəkləyir.
Başım çıxmır, biz instituta niyə arxa qapıdan girməliyik? Elədisə, “Padşahımız” təvazökarlıq edib xalqın qapısından girmək yerinə niyə sadəcə ön qapıdan girir? Və qapı sadəcə onun girib çıxdığı zamanlarda açıq, qalan vaxtlarda kilidli olur.
Mövzudan mövzuya çox tez keçdiyimin fərqindəyəm, buna görə üzrlü sayın, ürəyim biraz doludur.
Şikayət qutusu yaradıblar, tələbələr şikayətlərini anonim şəkildə yazıb qutuya atır. “Sandıq padşahımızın birbaşa qarşısına göndərilir. “Əleyhlərinə olan bir mövzu olanda, kollokvium dəftərlərindən yazıları uyğunlaşdırırlar ki, görəsən bunu yazan kimdir? Qınamıram, yəqin, anonim sözünün anlamını bilmir. Yox, bir çox şeyi bilmir, əfvinizə sığınaraq bildirirəm, müəllimlərin iclasında, o qədər topluma, müəllimlərə, pedaqoqlara deyir ki, “ siz eşşəksıvız”..
Daha çox danışmaq istəyərəm, inşallah, bir gün sizinlə görüşüb bundan belə ətraflı məlumatlar verərəm. Gecəniz xeyrə qalsın".
Heydər Oğuz
Teref.az

Dünyapress TV

Xəbər lenti