Hamının yaxşı tanıdığı, dələduzluğu, şər-böhtan atmağı və əxlaqsızlığı ilə ad çıxarmış Müqayis Verdiyevin və oğlu Anar Verdiyevin digər qaranlıq əməlləri ilə bağlı redaksiyamıza faktlar daxil olub. Özünü iş adamı adlandıran Verdiyevin keçmişinə nəzər salanda ondan yaxşı nəsə eşitmək təbii ki, müşkil məsələdir.
Müqayis Verdiyev – Dəfələrlə ağır cinayətlər törətməkdə, dövlət vəsaitini mənimsəməkdə ittiham olunmuş, külli-miqdarda dələduzluq faktlarına görə həbs olunub. İllərlə dustaq həyatı yaşayan dələduz iş adamı həbsxanalarda belə öz çirkin əməllərindən geri qalmayıb. Orda da dustaqları aldadan və qalmaqallar yaradan Müqayis Verdiyev dəfələrlə təhqir olunaraq döyülüb. Abır, həya məvhumlarından uzaq olan bu şəxsin qısa keçmişinə nəzər salanda məlum olur ki, Verdiyev Göranboyda dələduzluq etdiyinə, ixtişaşlar yaratdığına, İmişlidə, Yevlaxda eyni əməlləri təkrarladığına görə müxtəlif zamanlarda həbs olunaraq cəzalandırılıb. Onun qanunsuz fəaliyyətinin son ünvanı Sumqayıt şəhəri hesab olunur və o şəhər bulvarının tikintisi zamanı yüzlərlə insanın pullarını mənimsəmiş və dövlətdən ayrılmış vəsaitləri şəxsi büdcəsinə köçürmüşdür. Bu əməlinə görə bir neçə il öncə həbs olunan Müqayis Verdiyev hazırda ən çirkin vasitələrə əl ataraq insanları şərləməkdədir. Yuzlərlə insana olan borcunu qaytarmayan, hər gün evinin qarşısında söyülən və təhqir olunan, borc sahiblərini ailə üzvləri adı ilə hədələyən, qızlarının gözü qarşısında demək olar ki, hər gün aşağılanan bu məxluqun yenidən dələduzluq edərək tanış olduğu adamları aldatması dəhşətli mənzərəni göz önündə canlandırır. Nə qədər qəribə olsada özü və oğlu Anar Verdiyev 400 min manatlıq avtomobildə gəzir, ailəsini isə təhqir obyektinə çevirib. Müqayis Verdiyevin son günlər atdığı addımlar onun əsl kimliyini təsdiq etmiş oldu.
Onun qanunsuz pul tələbini yerinə yetirməyən məmurların ailə üzvlərini sosial mediada təhqir edən saxtakar iş adamı bu yolla insanları şantaj etməkdədir. Müqayis Verdiyevlə tanış olan şəxs qısa zamanda onun şər-böhtan kampaniyasının hədəfinə çevrilir. Oturduğu məclislərdə özünü Prezident Aparatında yüksək vəzifə tutan məmurların dostu olduğunu, tez-tez onlara səbətlər göndərdiyini və rüşvət verdiyini dilə gətirən dələduz iş adamı xanımları belə şantaj etməkdən çəkinmir. Öz ailəsini əməllərinin təhqir obyektinə çevirən, ata başqalarının ailə üzvləri haqqında böhtanlar danışmaqla kimliyini açıqlamış olur.
Redaksiyamızın apardığı araşdırmalar nəticəsində məlum olub ki, Müqayis Verdiyev radikal müxalifət partiyalarına maddi dəstək göstərməkdədir. Müxalifətin radikal qanadının üzvləri ilə axşamlar bir araya gələn "iş adamı" törətdiyi cinayətlərə görə həbs olunacağını düşünür və növbəti həbsin siyasi olduğunu gündəmə gətirmək üçün özünə arxa-dayaq axtarmaqdadır. AXCP və Musavat partiyalarının rəhbərlərinə hədiyyələr paylayan Verdiyevin Sumqayıtda və Bakının bir neçə yerində fəaliyyət göstərən avtosalonları var. Onun kürəkəni Zeyqəmin radikal dini qruplaşmaları maliyyələşdirməsi diqqətdən kənarda qalmayıb. Bu barədə növbəti yazılarımızda ətraflı məlumat verəcəyik.
Gördüyünüz kimi yüzlərlə insanı aldadan, onların hüquqlarını pozan, məmurları ailələri ilə şantaj edən, öz ailəsini isə təhqirlər, söyüşlər hədəfinə çevirən Müqayis Verdiyev analoqu olmayan xarakteri ilə cəmiyyətimizdə təmsil olunur və hələki bu cinayətkarı cəzalandıran tapılmır.