Deputatdan Məhəbbət Vəliyevaya təpki: - “Axşam saat 5-dən sonra müəllimləri...”

DogruXeber.az: - “Məhəbbət Vəliyevanın təhsillə bağlı digər bir təşkilatı da mövcuddur. Həmin təşkilata isə çox böyük vəsaitlər ayrılır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib.

O, təhsil nazirinin sabiq müavini Məhəbbət Əliyevanın yaratdığı “Savad Mərkəzi MMC” barəsində öz fikirlərini bölüşüb.

E. Əliyevin fikrincə, M. Vəliyeva və komandası yalnız təhsilin inkişafına dəstək vermək missiyasını üzərinə götürməyib:

“Əslində, onlar bunu etmək imkanlarına da malik deyirlər. Lakin Məhəbbət Vəliyevanın təşkilatı orta məktəblərdə böyük narazılıqlar yaratmışdı. Onlar orta məktəb müəllimlərini axşam saat 5-dən sonra məcburi təlimlərə cəlb edirdilər. Bu da müəllimlər arasında narazılığa səbəb olmuşdu. Çünki müəllimlərimizin əksəriyyəti qadınlardır və onlar həm ev işləri, həm də uşaqlarının dərsləri ilə də məşğul olmalıdırlar.

Çox maraqlıdır, bunu kim dəstəkləyir? Mən bilmirəm, amma saat 5-dən sonra həmin təlimləri mütəşəkkil şəkildə keçirirdilər”.

Deputat xatırladıb ki, M. Vəliyeva bundan öncə Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri, o cümlədən təhsil nazirin müavini vəzifəsində çalışıb:

“Onun Azərbaycan təhsilinin geriləməsində rolu çox böyükdür. Açıq-aşkar ona aid olan Bakı şəhərində 30-40 məktəb direktoru var ki, əksəriyyəti də qohumu və rəfiqələrdir. Onların əksəriyyətini özü direktor təyin etmişdi. Həmin adamlar Məhəbbət Vəliyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə edib məktəblərdə istənilən özbaşınalıq və haqsızlıq törədiblər”.

Müsahibimiz düşünür ki, əgər keçmiş nazir müavini “Savad Mərkəzi" MMC adlı bir təşkilatı yaradıbsa, deməli, böyük layihələr nəzərdə tutulur:

“Fikrimcə, Elm və Təhsil Nazirliyi bu təşkilata vəsait ayırmaqdansa, Azərbaycanın bölgələrində durumu pis olan məktəblərin maddi-texniki bazasını yaxşılaşdırmalı, əlavə sinif otaqları tikib istifadəyə verməlidir. Məncə, bu vəsaitləri Məhəbbət Vəliyevanın təşkilatına yönləndirməkdənsə, sadaladığım məsələlərin həlli daha böyük önəm kəsb edir”.

E. Əliyev təklif edib: “Hazırda Məhəbbət Vəliyevanın məktəb direktorları ilə əlaqələri var. Hətta bəzi məlumatlara görə, onun yanında toplaşıblar. Hesab edirəm ki, yaratdığı təşkilat təhsilə heç bir töhfə verə bilməz və nazirlik belə təşkilatlara vəsait ayırmasa, daha yaxşı olar”.

Dünyapress TV

Xəbər lenti