İcra Hakimiyyəti Satınalma Haqqında Qanunu pozdu -
Qubadlı rayon İcra Hakimiyyəti sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, İcra Hakimiyyətinin "Abadlaşdırma xidməti işləri" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 248.065 manat, qalibi isə "KRAL TƏMİR TİKİNTİ” (VÖEN: 1501588001) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

"Kral Təmir Tikinti" MMC Qubadlı rayon İcra Hakimiyyətinə yad təşkilat deyil.

Belə ki, "Kral Təmir Tikinti" MMC bir neçə ildir ki, "abadlıq" və "yaşıllaşdırma" lotları üzrə Qubadlı rayon İcra Hakimiyyətinin tenderlərində qalib edilir.

İcra Hakimiyyəti ilə "Kral Təmir Tikinti" MMC arasında bağlanan tender müqavilələri:

1. "Abadlaşma" lotu üzrə 2020-ci ilin aprel ayının 24-də 109.197 manat;

2. "Abadlaşdırma və yaşıllıqların mühafizəsi" lotu üzrə 2020-ci ilin oktyabr ayının 6-da 182.333 manat;

3. "Yaşıllaşdırma" lotu üzrə 2021-ci ilin oktyabr ayının 29-da 68.024 manat satınalma müqaviləsi imzalanıb.

İcra Hakimiyyəti ilə "Kral Təmir Tikinti" MMC arasında imzalanan tender müqavilələrinin ümumi məbləği 607.619 manat təşkil edib.

Açıq internet resurslarında "Kral Təmir Tikinti" MMC-nin fəaliyyət profili barədə heç bir məlumata rast gəlinmir.

Tender müqaviləsinin şərtlərinə görə MMC 17.255 m(2) 3 sm qalınlığında xırda dənəvər asvaltbeton qatının örtüyü, 806 poqonmetr beton özüllü beton bort daşların düzülməsi, 17.255 m(2) qalınlığı 4 sm olan iri dənəvər asvalt beton qatı və 5.930 m(2) asvaltaltı dağılmış 10 sm qalınlığında qum- çınqıl qatının hazırlanması işlərini həyata keçirəcək.

Lakin on manat nizamnamə kapitalı olan şirkətin hansı texniki təchizat və mütəxəssislərlə Qubadlı rayon İcra Hakimiyyətinin sifarişçi olduğu tender üzrə işləri yerinə yetirəcəyi də xeyli şübhələr yaradır.

Burada daha ilginc məqam isə Qubadlı rayon İcra Hakimiyyəti ilə "Kral Təmir Tikinti" MMC arasında bağlanan son satınalma müqaviləsi "Dövlət Satınalmaları haqqında” Qanununun 6.2.5-ci maddsinə zidd olmasıdır.

Belə ki, "Dövlət Satınalmaları haqqında” Qanununun 6.2.5-ci maddsinə görə Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olan təşkilatların dövlət satınalamalarında iştirakına yol verilmir.

"Kral Təmir Tikinti" MMC-nin isə hazırda dövlətə 7.921 manat vergi borcu var.
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1682709213_2.jpg
b_400_300_16777215_00_https___teref.az_uploads_posts_2023-04_1682709216_1.jpg
 
 
 

Dünyapress TV

Xəbər lenti