Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin publik hüquqi şəxs “3№-li magistral yolların istismarı” idarəsinin milyonlarla borcu var.
Qaynarinfo-nun məlumatına görə, AAYDA-nın tərkibində fəaliyyət göstərən bu qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 3 milyon 825 min 731 manat 61 qəpik vergi borcu yaranıb.
MMC-nin qanuni təmsilçisi isə Anar Süleymanov Nəriman oğludur.
Aqil Vəliyevin rəhbəri olduğu “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətininin də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 5 milyon 187 min 251 manat 12 qəpik vergi borcu var.
Qeyd edək ki, Aqil Vəliyevin rəhbəri olduğu qurum Kəlbəcər rayonunu əhatə edən yolların təmir-tikintisini həyata keçirir. Xatırladaq ki, sözügedən MMC-lər Azərbaycanda dövlət vəsaiti hesabına yolların tikintisini həyata keçirir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri isə Saleh Məmmədovdur.