Ədliyyə sistemi ilə bağlı İLGİNC İDDİALAR...
Hələ aylar öncə hakimiyyətin ədliyyə orqanlarında ciddi kadr islahatlarına başlayacağı bildirilirdi. İslahatlar çərçivəsində böyük fiqurların öz işlərini itirəcəyi deyilirdi. Siyahının başında Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun adı var imiş.


Xatırlayırsızsa mətbuatda Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Bakı Şəhər prokuroru vəzifəsindən azad edilən İlqar Abbasov Penitensiar Xidmətin rəisi vəzifəsinə gətiriləcəyi barədə məlumat yayılırdı. Bildirilirdi ki, onun həmin vəzifəyə təyinatı ölkənin oliqarx-məmurlarından birinin ciddi dəstəyi ilə həyata keçiriləcək. İlqar Abbasovun Bakı şəhər prokuroru vəzifəsinə təyinatının gerçəkləşməsində də həmin məmurun müstəsna rolu olub. Hətta sosial şəbəkələrdə artıq İlqar Abbasov bunun üçün 150 milyon pul verdiyi də deyilirdi. Məbləğ kimlər üçünsə fantastik ola bilər. Ancaq uzun illər müxtəlif mühüm vəzifələrdə işləyən biri üçün 150 milyon heç də böyük məbləğ hesab olunmur.

7GÜN TV-nin etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, vəzifəsini itirəcəyindən ciddi narahat olan Ceyhun Həsənov dərhal havadarları vasitəsilə hərəkətə keçərək, öz vəzifəsində qalması üçün tələm-tələsik 200 milyon manat verdi. Beləliklə İlqar Abbasovun Prezident Xidmətin rəisi olması gerçəkləşmədi.

Penitensiar Xidmətin rəisi vəzifəsi uğrunda mübarizə hələ davam edir. Ən şanslı namizədlər sırasında Penitensiar Xidmətin rəis müavinləri- Oktay Əliyevin, Orxan Qasımovun və digər vəzifəli şəxslərin adları vardır. Bəs görəsən bu post uğrunda dəridən-qabıqdan çıxanlar kimlərdir?

İlqar Abbasovun Penitensiar Xidmətin rəisi olmaq istəməsi Ceyhun Həsənovun xoşuna gəlməyib. Buna görə də onların arasında möhkəm narazılığın olduğu deyilir. Hətta məclislərin birində onlar bir-birinə əl-qol da atıblar.

Bundan sonra İlqar Abbasov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edildi.

Bu arada qeyd edək ki, Ədliyyə Naziri Fikrət Məmmədovla Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun münasibətləri kəskin pisləşdiyi iddia edilir. Deyilənlərə inansaq, iclaslarının birində Fikrət Məmmədov Ceyhun Həsənovun çıxışlarındakı yersiz replikalara cavab olaraq deyib ki, məni məcbur eləmə səni burdan iti qovan kimi qovum. Bundan sonra tərəflər arasında münasibətlərin gərgin olaraq qaldığı bildirilir.

Qeyd edək ki, Penitensiar Xidmətin rəisi vəzifəsi üçün 200 milyon elə də böyük məbləğ hesab olunmur. Penitensiar Xidmətdəki mənbələrdən əldə etdiyimiz məlumata görə Ceyhun Həsənov həmin məbləği 5-6 ay ərzində toplaya bildi. Sual oluna bilər ki, bu qədər böyük vəsaiti qısa müddətdə necə yığmaq olar? Bu və digər suallara növbəti yazılarımızda ətraflı cavab verəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti