Dələduzluğa məruz qalan bir qrup vətəndaş Prezident Administrasiyasının vətəndaşların qəbulu şöbəsi qarşısında aksiya keçirib. Etirazçılar birjada adı olmayan “OCOS” şirkətindən şikayətçi olublar. Vətəndaşlar deyir, 2021-ci ildən bəri onlara dəyən zərər ödənilmir. Şikayətçilər qurumların araşdırma işlərinə biganə qaldıqlarını söyləyirlər: Zərərçəkənlər qəbul şöbəsinə girmək istəsələr də, polislər onlara icazə verməyib. Polis işçilərindən biri Toplum Tv-nin əməkdaşına bildirib ki, həmin zərərçəkənlər bir dəfə qəbul şöbəsində olublar və işləri araşdırılır.
Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurlan Əliyev Toplum tv-yə verdiyi açıqlamasında bildirib ki, hazırda Baş İdarədə əməliyyat-istintaq işləri davam etdirilir.
2021-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin apardığı Araşdırması zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları, külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib. Məlumata görə, Bakı şəhər sakinləri - Gülara Abdullayeva, Xəyal Yəhyayevə Cinayət Məcəlləsinin külli miqdarda zərər vurmaqla dələduzluq maddəsilə cinayət işi açılıb. Şikayətçilərsə həmin dəstəyə aid olan digər şəxslərin də saxlanılmasını və onlara dəyən maddi zərərin geri qaytarılmasını tələb edirlər.