Bakı Dövlət Sirkində AÇIQ SOYĞUN... - GİLEY
Bakı Dövlət Sirki soyğunçuluqla məşğuldur. Tamaşaçılara 1-2 manatlıq oyuncaqları 10 manata satır.

TEREF.AZ Tribunainfo.az-a istinadla xəbər verir ki, bu barədə vətəndaş Samirə Axundova yazıb. O bildirib ki, xüsusilə uşaqları cəlb edən oyuncaqları lap baha qiymətə qoyublar:

“Bilet 17 manatdır. Bunu jatadasa başa düşmək olar. İçəri girirsən hər yerdə işıqlı oyuncaqlar satılır. Təbii ki, uşaq istəyir. 3 manatlıq oyuncağı 10 manata satırlar, pop-korn 4 manat, şirin pambıq 5 manat. İlanlar və ya göyərçinlə öz telefonunla şəkil çəkdirmək 5 manatdır”.

Bir başqa şikayətçi isə bildirib ki, iki, üç uşaqla ora getmək bir ailəyə çox baha başa gəlir.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-03_1679573042_1.jpg
 

Dünyapress TV

Xəbər lenti