Cümləni düzgün yaza bilməyən qurum Xalqın balalarını imtahan edir
Dövlət İmtahan Mərkəzinə təcili bir Azərbaycan dili müəllimi lazımdır. Ölkənin ən böyük imtahan qurumunun açıqlamasından da hiss olunur ki, Azərbaycan dilindən xəbərləri yoxdur. Olsaydı belə bir açıqlama yaymazdılar. İndi Sizi Dövlət İmtahan Mərkəzinin valideynlərin narahatlığı ilə əlaqədar yaydığı açıqlama ilə tanış edirik: “Bununla əlaqədar olaraq bildiririk ki, şagirdlərə təqdim olunan yazılı cavab tələb edən açıq tipli bu tapşırıq qüvvədə olan təhsil proqramı və dərsliklərdə yer alan və tapşırıqda yoxlanılması nəzərdə tutulan biliklər əsasında elmi-metodiki qaydalara uyğun şəkildə hazırlanan meyarlar əsasında qiymətləndirilə biləcək bir tapşırıqdır. İmtahan iştirakçıları meyarlarla nəticələr elan olunanda tanış ola biləcəklər”. Qurumun açıqlamasından da bu açıq-aydın hiss olunur ki, Dövlət İmtahan Mərkəzində Azərbaycan dili müəlliminə ehtiyac var. Əgər qurumda Azərbaycan dilini bilən yoxdursa, o zaman heç olmasa vakansiya elan edib bir Azərbaycan dili müəllimi işə götürsünlər. Burdan ictimaiyyət nümayəndələrinə, jurnalistlərə və Azərbaycan dili müəllimlərinə səslənirəm: şagirdiniz belə cümlə yazsaydı, ona hansı qiyməti yazarıdınız?