Ardını oxu...
DİA.AZ: - Saatlı rayon sakini Sahib Mirəzyev hazırda Sabirabada rəhbərlik edən Siraqəddin Cabbarovun ünvanına növbəti ağır ittihamlarını səsləndirib. DİA.AZ bildirir ki, narazı vətəndaş S.Cabbarovun qanunsuz əməllərindən hətat hüquq-mühafizə orqanlarına şikayət etdiyini, amma şikayətlərinə baxılmadığını qeyd edir.

Narazı vətəndaş iddia edir ki, əksi olub, şikayətindən sonra Siraqəddin Cabbarovu onu məhkəməyə də verib.

Daha ətraflı aşağıdakı videoda:



İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Elm və Təhsil Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Element YT” Qapalı Səhmdar Cəmiyyəti olub.
Teref.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, nazirliyin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması xidmətinə görə “Element YT” QSC-yə 15 milyon 144 min 749 manat 40 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 2 min manat nizamnamə kapitalı olan “Element YT” QSC-nin qanuni təmsilçisi Paşayev Mətləb Allahverdi oğludur. Şirkət 16 yanvar 2016-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, ötən günə (7 oktyabr) olan məlumata görə, “Element YT” QSC-nin dövlət büdcəsinə 226 manat 13 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.
Ardını oxu...
 
 
 

Ardını oxu...
Təhsil eksperti Kamran Əsədov “Əməkdar müəllim” adının müəllim olmayan şəxslərə verildiyi ilə bağlı iddia səsləndirib.

Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib: “Bu gün 6 oktyabrdır və hələ də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şagirdlərə dərslikləri verə bilməyib. Bəli, dərslikləri verə bilməyib, çünki onlara şagirdlər, onların gələcəyi maraqlı deyil. Onlara maraqlı olan dost, qohum, tanışlarına vəzifə vermək, hələ bu azmış kimi, ölkə prezidentini aldadıb öz yaxınlarına fəxri adların verilməsini həyata keçirirlər. 5 oktyabr Müəllimlər Günü ilə bağlı ölkə başçısının “Əməkdar müəllim” adını verdiyi şəxsləri araşdırmağa başladım. Məlum oldu ki, “Əməkdar müəllim” adını alanlar arasında müəllim olmayanlar da var. Misal üçün, Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev. Bəli, Fuad bəy olimpiada hərəkatında yaxından iştirak edən, çalışan şəxsdir. Ola bilər ki, yaxşı insan, yaxşı oğlandır amma müəllim deyil.

Cənablar, “Əməkdar müəllim” fəxri adı təhsil sahəsində xüsusi xidmətlərinə görə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, ümumi təhsil, peşə təhsili və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə və tərbiyəçilərinə bu sahədə azı iyirmi il işlədikdə verilir.

Bir də deyirəm, 20 il pedaqoji staj olmalıdır. Soruşuram ki, Fuad Qarayevin 20 il pedaqoji stajı harada olub? Çağ Öyrətimdə işləyəndə? MİQ imtahanından keçib müəllim olub? Əgər siz Fuad Qarayevi təltif etmək istəyirsinizsə, ona dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ad, medal verin. Müəllim olmayana, 20 il dövlət təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmayanlara “Əməkdar müəllim” adını vermək, müəllimlərə açıq şəkildə hörmətsizlikdir.

Müəllim olmayanları təhsil sistemində vəzifəyə gətirdiyiniz bəs deyilmiş kimi, indi onlara fəxri adları da paylayırsınız. Əgər yaxşı oğlan, yaxşı dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fəxri “Əməkdar müəllim” adını vermək olarsa, ilk Elm və Təhsil Nazirinin müavini Muxtar Məmmədova vermək lazımdır. O hamıdan əvvəl təhsil sistemində çalışır”.

İddia ilə bağlı Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Elm və Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov News24.az-a açıqlamasında bildirdi ki, Fuad Qarayevə “əməkdar müəllim” adı təhsil sahəsindəki xidmətlərinə görə verilib:” Fuad Qarayev ölkə daxili və beynəlxalq olimpiyada qaliblərinin yetişdirilməsində xidmət göstərib. Bundan əlavə o, uzun illər riyaziyyat müəllimi olaraq pedoqoji fəaliyyətlə məşğul olub. Ona verilən fəxri ad da xüsusi xidmətlərinə görə verilib”.
 //aztoday.az//

Ardını oxu...

Abşeron rayonu Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyevanın rüşvətlə bağlı səs yazısının araşdırmaları sona çatıb.

 

Abşeron Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səbinə Məmmədova Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Novxanı kənd 1 nömrəli tam orta məktəblə bağlı yayılan səs yazısı ilə əlaqədar araşdırma aparılıb:

“Məlum olub ki, 2021-ci ilin dekabr ayında Novxanı kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Əmirova Aytən Hacı qızı şagirdlərə məktəbin direktoru Taliyə Mirzəyevanın ad günü üçün müəyyən vəsait toplanmalarını tapşırıb.

Məsələ ilə bağlı sözügedən məktəbin direktoru və müəlliməsindən izahat alınıb. Direktor izahatında məlum hadisədən məlumatsız olduğunu bildirib. Müəllimə Əmirova Aytən Hacı qızı barəsində isə müvafiq ölçü götürülüb”.

 
 

Ardını oxu...
 
 

 
5 oktyabr tarixində “Efendiler Group”a yeni daxil olan “Chery” brendinin “Hilton” hotelində rəsmi təqdimat mərasimi keçirildi.

 

Təqdimatda bir sıra məşhur şəxslər iştirak edib. Qonaqlar “Chery Tiggo” modellərinin hər bir xüsusiyyəti ilə yaxından tanış oldular.

“Bugün C17:57hery brendinin Azərbaycanda yeni erasına start verilir. Biz qürur hissi ilə elan edirik ki, Çinin ən böyük avtomobil istehsalçılarından biri olan Chery brendi artıq Efendiler Group-a daxildir.” – Amal Əlili (Efendiler Group-un İcraçı Direktoru)

Chery Automobiles - 1997-ci ildə təsis olunmuşdur və artıq 25 ildir ki, fəaliyyət göstərir. Hal-hazırda “Chery” 80-dən çox ölkədə təmsil olunur və dünya üzrə 1500-dən çox satış mərkəzinə malikdir.

“Chery” ilə “Efendiler Group”-un əməkdaşlığı 2021-ci ildə başlayıb. Azərbaycanda bu avtomobillərin və ehtiyat hissələrinin satışı, texniki xidməti Bakı şəhəri, Babək prospekti, 37 ünvanında həyata keçirilir.

Qeyd edək ki, hal-hazırda Chery şirkətinin ən son korporativ standartlarına uyğun satış mərkəzinin tikintisi davam edir və qısa zamanda təhvil veriləcək.

"Əfendilər Group"un sahibi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oğlu Ənvər Vəliyevdir. Manset.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...


 

XalqXeber.Az
 
Ardını oxu...
Son illər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sağlam rəqabət mühitinin inkişaf etdirilməsi, dövlət satınalmaları sahəsində tenderlərin keçirilməsinin təkmilləşdirilməsi, elektronlaşmanın artırılması, bütün şirkətlərin bu tenderlərdə iştirakı ilə bağlı maneələrin aradan qaldırılması məqsədi ilə tez-tez tədbirlər keçirilir. Bu kimi tədbirlərin keçirilməsinə baxmayaraq, görəsən qurum rəqabətli mühit formalaşdıra bilirmi, haqsız rəqabətin qarşısını alırmı, satınalmalarda qayda-qanun yarada bilirmi?

Bunun üçün dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara ətraflı deyil, gözucu baxmaq kifayət edər. Burada bir şirkətin bir neçə ay ərzində ayrı ayrı sahələrdə onlarla tenderin qalibi olduğunu görməmək mümkün deyil. Burada həmçinin bir nəfərin adına yaradılmış bir neçə şirkətin “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etmədən onlarla tenderlərin qalibləri olduğunu da görməmək olmur. Bu inhisarçılıq deyil, bəs nədir? Burada sağlam rəqabət mühitindən söhbət gedə bilməz. Necə olur ki, hər hansı bir dövlət qurumunun elan etdiyi tenderləri konkret şəxslərə məxsus şirkətlər udur? Məsələn, nədən Səhiyyə Nazirliyinin keçirdiyi tenderlərin hamısında konkret bir neçə nəfərə məxsus, ayrı-ayrı adlarda olan şirkətlər qalib olur?

Aktualinfo.org Səhiyyə Nazirliyinə tabeli qurumların bir nəfərə məxsus bir neçə şirkətlə bağladığı satınalma müqavilələri barədə daha əvvəl məlumat yaymışdı. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmalarda daha bir nəfərə məxsus iki şirkətin bir neçə ay ərzində onlarla kotirovka sorğusunun qalibi olduğunu müəyyən etdik. Bu Axundov Elman Qulu oğlunun qanuni təmsilçisi olduğu MMC-lərdir ki, qalibi olduğu kotirovka sorğularını diqqətinizə çatdırırıq.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “STAR-08 LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 24.01.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AĞA NEMƏTULLA, ev 56, m. 105/135, qanuni təmsilçisinin isə Axundov Elman Qulu oğlu olduğu göstərilir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən abadlaşdırma xidməti üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 31.05.2022-ci ildə 17 000 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyi tərəfindən Muzey eksponatlarının qablaşdırılması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 30.06.2022-ci ildə 9820.6 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“Xəzər Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən sair torpaq, tikili və avadanlıqlar üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 05.07.2022-ci ildə 7392 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Gəncə şəhər Dezinfeksiya Stansiyası tərəfindən dəftərxana və təsərrüfat malları üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 28.07.2022-ci ildə 9120 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Səhiyyə Nazirliyinin Xüsusi Tibbi Təchizat Bazası tərəfindən tikili və avadanlıqların cari təmiri üçün materialların alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 25.08.2022-ci ildə 9510 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

3 nömrəli Uşaq Somatik Sanatoriyası tərəfindən dəftərxana və təsərrüfat malları üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 06.09.2022-ci ildə 9821.09 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“Cəlilabad rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən nəqliyyat vasitələrinin cari təmir xərcləri üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 12.09.2022-ci ildə 17 800 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“STAR-08 LT” MMC bu kotirovkalardan ümumi olaraq 80 463 manatlıq dövlət sifarişi alıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GOLD PLANET LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 24.01.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AĞA NEMƏTULLA, ev 56, m. 105/135, qanuni təmsilçisinin isə Axundov Elman Qulu oğlu olduğu göstərilir.

2 nömrəli Baza Tibb Kolleci tərəfindən maşın və avadanlıqlar üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 01.07.2022-ci ildə 37 600 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsi tərəfindən tibb işçiləri arasında COVID 19-a qarşı immunitetin qiymətləndirilməsi və vaksinin effektivliyinin dəyərləndirilməsi tədqiqatı layihəsi çərçivəsində lazım olan tibbi material və ləvazimatlar üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 19.07.2022-ci ildə 26 146 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

İnformatika və Statistika İdarəsi qeyri-maddi aktivlər maddəsi üzrə Hesabatların toplanılma sisteminin təkmilləşdirilməsi, şəbəkəyə nəzarət üçün idarənin serverinin sazlanması və hostların yenilənməsi üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 08.09.2022-ci ildə 19 890 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

2 nömrəli Baza Tibb Kolleci tərəfindən digər malların satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 23.09.2022-ci ildə 11 595 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“GOLD PLANET LT” MMC bu kotirovkalardan ümumi olaraq 95 231 manatlıq dövlət sifarişi alıb.

Göründüyü kimi Axundov Elman Qulu oğlunun adına bir gündə yaradılmış 2 MMC may-sentyabr aylarında 11 kotirovka sorğusunda qalib gəlib ümumi olaraq 175 699 manat məbləğində dövlət sifarişi alıb. Bu sifarişlərin çoxunu isə Səhiyyə Nazirliyinə tabeli qurumlardan alıb. Burada sağlam rəqabətdən işıqucu belə görsənmir. Bəs necə olur ki, 4-5 ay əvvəl yaradılmış, müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı bəlli olmayan bu MMC-lər ancaq bir nazirliyə tabeli qurumların keçirdiyi satınalmalrın qalibi olurlar? Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sağlam rəqabət mühitini beləmi formalaşdırır, inhisarçılığın qarşısını beləmi alır? Burada Səhiyyə Nazirliyinin bir rolu olmasa, bir nəfərə məxsus ayrı-ayrı adlı MMC-lər heç bir satınalmaya yaxın belə buraxılmaz. Elman Axundovun adına yaradılmış bu MMC-ləri Səhiyyə Nazirliyindən kim edir, o maraqlıdır.
 
Ardını oxu...
“Təxminən 3-4 il əvvəl Bakı Nəqliyyat Agentliyi Yunanıstandan nəqliyyat mütəxəssisləri adı altında böyük bir qrupu Bakıya gətirmişdi. Bildiyim qədəriylə onlara bir neçə milyon qonarar verdilər ki, guya yunanlar Bakıda nəqliyyat problemini həll edəcək” . TİA.Az-ın verdiyi xəbərə görə, nəqliyyat eksperti Elməddin Muradlı bunu söyləyib. “Panos adlı bir yunan bir dəfə 10 bəndlik təkliflə gəlmişdi Bakı şəhər DYP İdarəsinin o vaxtkı rəisi polkovnik Nüşrəvan Səfərovun yanına. Nüşrəvan müəllim siyahıya baxan kimi dərhal 7 təklifin üstündən xətt çəkib demişdi ki, bunlar lazım deyil. Ardınca da fikirlərini əsaslandırmışdı ki, niyə lazım deyil.

Panos cənabları rəisdən küsüb getmişdi. 3 gündən sonra isə qayıdıb gəlib demişdi ki, bəli cənab rəis, siz haqlısınız. O layihələr lazım deyildi.
Deməyim odur ki, o vaxt yunanlara o boyda pul niyə verilmişdi və onun hansı faydası oldu? Arada efirlərə də çıxıb boş-boş danışırdılar”.

Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.
Ardını oxu...
 
 

 
“Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetində 9 ilə yaxın rektorun köməkçisi vəzifəsində çalışmışam. Təhsil Nazirliyinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri olan Yaşar Ömərov gəldikdən sonra bütün işçiləri, xüsusən də məni incitməyə başladı…”

 

Xalqxeber.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a şikayətçi Firuzə Qarayeva deyib.

Uzun illər Azərbaycan Texnologiya Universitetində rektor köməkçisi olaraq çalışan F.Qarayeva bildirib ki, yeni rektor Yaşar Ömərov vəzifəyə gəldikdən sonra ilk işi keçmiş rektorun kadrlarını qərəzli şəkildə işdən çıxarmaq olub:

“Yaşar Ömərov vəzifəyə gəldikdən sonra keçmiş rektorun ətrafında olan bütün işçilərə deyib ki, “ərizənizi yazıb çıxın”. Bunu xüsusilə mənə qarşı edib, masaya yumruq vuraraq işdən çıxmağımı tələb etdi. Bildirdi ki, işdən ərizənizi yazıb çıxmasanız başınıza oyun açacağam.

Mən də məcbur olub ərizəmi yazıb işdən çıxmışam. Özüm Birinci Qarabağ qazisi veteranının qızıyam, öhdəliyimdə 6 yaşlı uşaq var, məni bu vəziyyətdə işdən çıxmağa məcbur edib. Nə qədər işdə qalmağa çalışsam da, öz kadrlarını öyrədib göndərdi ki, gedin ona deyin, özü ərizə yazıb çıxmasa, başqa cür şərləyərək çıxaracağam. Məcburi şəkildə ərizə yazaraq işdən çıxmışam, hazırda işləmirəm. Səbəb isə keçmiş rektor Akif Süleymanovun ətrafında olan heç kəsin işdə qalmasını istəməməsi idi, öz komandasını yığmağa çalışırdı. Bu məsələdə ən çox hədə-qorxu isə mənə gəldi, çünki mən Akif müəllimin köməkçisi olmuşam. Dəfələrlə rektor köməkçisi olmasa da başqa vəzifəyə keçirməyini istəməyimə baxmayaraq, buna razı olmayıb, deyib ki, belə bir şey mümkün deyil və bu universitetdən getməlisən”.

Məsələ ilə əlaqədər Azərbaycan Texnologiya Universitetinə dəfələrlə zəng vurmağımıza baxmayaraq, suallarımız cavabsız qaldı. Universitetin mətbuat xidmətinə suallarımızı ünvanlasaq da, onlar dəstəyi asdı.

 

XalqXeber.Az
Ardını oxu...
Qazax rayonu, Canallı kənd tam orta məktəbi dörd aydan artıqdır işıqsız qalıb.

Lent.az xəbər verir ki, bu barədə kənd sakinləri məlumat verib.

Canalı kəndinin bələdiyyə sədri Babək Şahmalıyev bildirdib ki, paylayıcı trasformator yanıb və aidiyyatı orqanlara, habelə, “Azərişıq”a müraciət olunsa da, nəticə yoxdur.

“Naqillər pis gündədir, xətlər qırıqdır. Heç kim probemi həll etmək istəmir. Bələdiyyə olaraq bizim də gücümüz xaricindədir”, - deyə B.Şahmalıyev bildirib.
Ardını oxu...
 

Ardını oxu...
Lənkəran şəhərinin zibil poliqonu köhnə Bakı-Astara yolunun yaxınlığında, rayonun Göyşaban kəndinin ərazisindədir. Poliqonun ərazisi 5 hektardan çoxdur. Yerli sakinlərin deməsinə görə, 40 ildən çoxdur ki, şəhərin və ətraf kəndlərin məişət tullantıları ora gətirilir.

Poliqon tullantılarla qalaqlanıb. "AzadlıqRadiosu"nun əməkdaşı ərazidə olarkən zibillik üç-dörd yerdə yanırmış. Tüstü ətrafa yayılıb. Orada mal-qara, donuzlar olub...

Zibilliyin hasarı yoxdur, hər yer açıqdır, onu digər yerlərdən kanallar ayırır. Yaxınlıqda gözətçi budkası diqqəti cəlb edir. Lakin o, danışmaq istəməyib.

"Oradan gələn zəhərli tüstüdən evdə qala bilmirik"
Göyşaban kənd sakini Füzuli Məmmədov deyib ki, zibil poliqonu xəstəlik mənbəyinə çevrilib: "Oradan gələn zəhərli tüstüdən evdə qala bilmirik, xüsusən axşam çağı. Biabırçılıqdır. Həmişə belədir. Dəfələrlə müraciət etmişik, gəlib baxış keçirdiblər. Tüstünün altındayıq. Üfunət qoxusu da bir tərəfdən. Ölmüş itlər, mal cəmdəkləri, nə istəsən orada tapmaq olar. Başqa yer versinlər köçək burdan".

Kəndin digər sakini Qəşəng Əkbərova isə deyib ki, illər keçir, problem həllini tapmır: "Kəndimizdə xəstələr var. Tüstünün əlindən həyətə düşə bilmirlər. Həyətlərdə uşaqlar var, hərə bir cür xəstə. Təmiz hava yoxdur. Avtobusla bazara gələndə pəncərəni bağlayırıq ki, tüstü içəriyə girməsin. Bir çarə qılsınlar".

"Dedilər ki, investisiya proqramı var..."
Adının çəkilməsini istəməyən Lənkəran şəhər sakininin sözlərinə görə, problem dəfələrlə müzakirə olunub: "İcra hakimiyyətinin tədbirində olmuşam. Bu məsələ müzakirə olundu. Poliqon dolub, yerini dəyişməlidirlər. Dedilər ki, investisiya proqramı var, zavodun tikilməsi orada nəzərdə tutulub. Söhbət ondan gedir ki, müasir tələblərə cavab verən yeni zibil poliqonun tikintisi böyük vəsait tələb edir. Lənkəran şəhərinin 50 min əhalisi var. Ətraf kəndlərlə birlikdə əhalinin sayı 60 min nəfərə çatır. Bu zibillik yaşayış evləri ilə əhatə olunub. Bizim üçün utancverici haldır".

Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsinin müdiri Emin Şahzadənin deməsinə görə də, bu sahəyə investisiya qoyulandan sonra məsələ həllini tapacaq.

Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov isə yerli mətbuata bildirib ki, ərazidə məişət tullantılarını utilizasiya etməkdən ötrü regional zavodun tikilməsi məsələsi investisiya proqramına salınıb.

Göyşaban kənd sakini Füzuli Məmmədov isə, hələlik, vədlərə bir qədər şübhə ilə yanaşır. Deyir ki, onlara söz yox, iş lazımdır. //AzadlıqRadiosu//

Dünyapress TV

Xəbər lenti