Ardını oxu...
Şəmkir rayon Yeni Yol kəndinin sakinləri çıxılmaz vəziyyətdədir. Kənddə subarezian quyusu qazılıb, ancaq suyu yoxdur.

Dövlət hesabına qazılan subartezian quyusunu istifadəyə verən qurum tapılmır.

3 minə yaxın sakini olan Yeni Yol kəndi su üzünə həsrət qalıb. Kəndin ən böyük problemi susuzluqdur. Çörəyi əkinçilikdən, xüsusən tərəvəzçilikdən çıxan yeniyollular su üzünə həsrət qalmağın çətinliyi ilə üz-üzədirlər.

Rəsmi qurumların onları su ilə imtahan etməsindən narazı olan kəndlilər yeni qazılmış subartezian quyusunun sanki onlara göz dağı vermək üçün qazıldığını hesab edirlər.

Yeni Yol kəndinin sakinləri əsasən göyərti əkinçiliyi ilə məşğuldurlar. Subartezian quyusunun istifadəyə verilməməsi işlərinə mane olub. Bu səbəbdən göyəti əkə bilməyiblər. Məhsul götürə bilməyən sakinlər hara üz tutacaqlarını bilmirlər.

Qeyd edək ki, Yeni Yol kəndində subartezian quyusunun qazılması prosesi ölkə prezidentinin sərancamı ilə həyata keçirilib. Ümumilikdə Şəmkir rayonunda 9 subartezian quyusu qazılmalıdır. Onlardan biri də Yeni Yol kəndindəki sözügedən quyudur.

Əldə etdiyimiz məlumata görə, tikintini Norveç şirkəti aparıb. Şirkətin rəsmisi Kamran Hüseynov Belediyye.netə bildirib ki, işlər mərhələli şəkildə həyata keçirilir. Yeni Yol kəndində qazılmış subartezian quyusu da yaxın zamanlarda istifadəyə veriləcək.

Məslələyə aydınlıq gətirmək üçün Şəmkir Suvarma Sistemləri İdarəsinə üz tutduq. Rəsmi qurumdan bildirildi ki, subartezian quyusu yaxın zamanlarda istifadəyə veriləcək.

Quyunun istifadəyə verilməsinin niyə gecikməsi, nə zaman istifadəyə veriləcəyi barədə konkret məlumat almaq mümkün olmadı. Görünüşə görə Yeni Yol kəndində qazılmış subartezian quyusu qeyri-müəyyən zaman kəsiyində istifadəyə veriləcək.

Məlumat üçün bildirək ki, 7 iyul 2021-ci il tarixində prezident İlham Əliyev "Şəmkir və Tovuz rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.

Sərəncamla Şəmkir və Tovuz rayonlarının əhalisi 105153 nəfər olan 17 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Yeni Yol kəndi də, subartezian quyusu qazılması nəzərdə tutulan 17 yaşayış məntəqəsindən biridir.

Belediyye.net
Ardını oxu...
Turan İnformasiya Agentliyi dövlət orqanlarının “İnformasiya əldə etmək haqqında” qanunun tələblərinə əməl etməməsilə bağlı ombudsman Səbinə Əliyevaya müraciət edib.

İlk ikisi İqtisadiyyat Nazirliyi, Ekologiya vəTəbii Sərvətlər Nazirliyinə aiddir. İyunun 24-dən agentlik ayrı-ayrı vətəndaşların Xəzər sahilini qanunsuz zəbt etməsilə bağlı suallara cavab ala bilmir. Bununla əlaqədar artıq Turan ombudsmana müraciət edib və nəticədə mahiyyəti üzrə cavablar alınmayıb. Agentlik ombudsmana təkrar məktubunda sözügedən qurumların konkret suallara konkret cavablar verməsini xahiş edib. Hər quruma 8 sual verilib. Faktiki olaraq nazirliklər cavablardan yayınıblar və bununla da qanunçuluğun pozulmasının gizlədilməsinə xidmət ediblər. “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna görə, belə hərəkətlər korrupsiya əməli hesab edilir.

Eyni hərəkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, eləcə də dövlət su şirkəti “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə aiddir. Hər iki qurum qanunvericiliyi pozaraq Turan agentliyinin informasiya sorğularına və məktublarına cavab vermir. Birinci halda söhbət Turan agentliyinin əməkdaşlarının sosial hüquqlarının pozulmasından, ikincidə isə “Azərsu” sistemində miqyaslı korrupsiya şübhəsindən gedir.

Turan Agentliyi ümid edir ki, Ombudsman vətəndaşların, KİV və digər qurumların qanuni informasiya sorğularının cavablandırılması məsələlərində dövlət orqanları tərəfindən qanunçuluğun pozulmasının aradan qaldırılması üçün “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya qanunu çərçivəsində bütün zəruri tədbirləri görəcək.
 
Ardını oxu...
Dövlətin pandemiya ilə əlaqədar sənişindaşımaya dəstək məqsədilə ayırdığı 7, 5 milyon manatın hamısının Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən "Bakubus" MMC-yə verilməsi digər daşıyılar arasında haqlı narazılığa səbəb olub. Daşıyıcılar Azərbaycan prezidentinə məktubla müraciət edərək pandemiya ilə əlaqədar 2020-ci ildə dövlətin sərnişindaşıma şirkətlərinə yardım məqsədilə ayırdığı vəsaitin onlara verilmədiyindən şikayətləniblər.
Qeyd ediblər ki, Nazirlər Kabinetinin 04.04.2020-ci il tarixli, 135S saylı qərarı ilə "həyati vacib sərnişindaşıma sahəsinə" maliyyə dəstəyinin verilməsi üçün 280 milyon manat (tədbirlər planın 10-cu bəndi) vəsait ayrılıb. Lakin tədbirlər planının 10-cu bəndində nəzərdə tutulmuş "həyati vacib sərnişindaşıma sahəsi" üçün ayrılmış vəsaitin bir hissəsi Bakı şəhərində fəaliyyət göstərən sərnişindaşıma şirkətlərinin maliyyə dayanıqlılığının təmin edilməsi üçün nəzərdə tutulsa da, bu vəsait onlara ödənilməyib. Pandemiya dövründə bu vəsaitin ayrılması dövlətin sərnişindaşıma sahəsinə diqqətini əks etdirir. Halbuki vəsaitin ödənilməsi ağır vəziyyətdə olan şirkətlərin fəaliyyətinə kifayət qədər müsbət təsir göstərərdi.

"Bizə bir manat da vermədilər"

TEREF.AZ-ın məlumatına görə, "Azland Plaza" MMC-nin rəhbəri Azadxan Xanməmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şirkət BNA-nın dövlətin ayırdığı vəsaiti ancaq "Bakubus" MMC-yə verməsindən narazıdır. Həmsöhbətimiz deyir ki, pandemiya dövründə bütün daşıyıcı şirkətlər əziyyət çəkib, ziyanla işləyib. Bəs hansı əsasla BNA dövlətin ayırdığı vəsaitin hamısını yalnız bir daşıyıcıya ayırıb?
A. Xanməmmədovun sözlərinə görə, pandemiya dövründə onlar da digər daşıyıcılar kimi sərnişin çatışmazlığı ilə üzləşib: "Pandemiyada elə vaxt olub ki, yanacaq pulunu cibimizdən ödəmişik. Yəni xəttə çıxan avtobuslar heç yanacaq xərcini çıxartmayıblar. Pandemiyadan sonra digər daşıyıcı şirkətlər kimi bizim də vəziyyətimiz pisləşdi. Avtobusların xarab olan ehtiyyat hissələrini almağa maliyyə vəsaitimiz çatmadı. Məcbur olub qarajda olan avtobuslarımızı satışa çıxartmışıq ki, kredit borclarımızı verək. Axı biz müasir avtobusları xaricdən kreditlə almışıq. Bu gün də onların kreditini ödəyə bilmirik. Belə çətin anımızda dövlətin ayırdığı maliyyə vəsaiti bizim "əlimizdən tutardı". Amma bizə bir manat da vermədilər. İndi müflifləşmək ərəfəsindəyik. Çarəsiz qalıb avtobuslarımızı satışa çıxartmışıq ki, vəziyyətdən çıxaq".

BNA ayrıseçkilik edib

"General Avto Company" firmasının direktor müavini Asif Rüstəmov da vəziyyətlərinin pis olduğunu söylədi. A. Rüstəmov Sputnik Azərbaycan-a bildirib ki, pandemiya dövründə sərnişin olmasa da avtobuslar işləyib: "Həmin vaxt yanacaq çənlərni öz cibimizin vəsaiti hesabına doldurmuşuq. Bizə Dövlət Vergi Xidmətindən başqa heç bir dövlət qurumu bir manat da köməklik etmədi. Dövlət Vergi Xidməti sağ olsun ki, sürücülərin əmək haqqının 50 faizini ödədi. Həmçinin bizim kreditimizin faiz borclarının 10 faizini banka qaytarıb. Bu bizim üçün böyük köməklikdir. Amma pandemiyaya görə ayrılan vəsaitdən bizə heç nə verilmədi. Halbuki, bizim vəziyyətimiz, "Bakubus" MMC-dən də ağırdır. Pandemiyadan əvvəl stehsalat bazamızı yenilədik. Kreditlə müasir və bahalı avtobuslar aldıq. Bundan sonra pandemiya başladı. Sərnişin çatışmazlığı yarandı. Biz indiyə qədər də borc içindəyik. Müasir tipli avtobusların ehtiyat hissələri xaricdən gətirilir. Qiymətləri kəskin bahalaşıb. 100 manata aldığımız təkər 380 manat olub. Elə ehtiyat hissələri var ki qiyməti 4 min manatdır. Bu amillər onsuz da pis olan maddi vəziyyətimizi daha da ağırlaşdırır. Belə bir vaxtda BNA-nın daşıyıcılar arasında ayrıseçkilik etməsi doğru deyil. Biz də "Bakubus" MMC kimi sərnişindaşıma xidməti göstəririk".
BNA-nın dövlətin ayırdığı küllü məbləğdə vəsaiti heç bir əsas olmadan ancaq "Bakubus" MMC-yə ayırması, sosial platformada da geniş müzakirələrə səbəb olub. BNA dövlət qurumu kimi səlahiyyətindən sui istifadə etməkdə, özbaşına qərar verməkdə günahlandırılır.

Niyə məhz "Bakubus"?

TEREF.AZ-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, BNA-nın bu qərarı özbaşınalıqdır. Ekspert bildirir ki, sərnişindaşıma ilə məşğul olan daşıyıcılara ayrıseçkiliyin qoyulması doğru deyil: "Bu məsələ prokurorluq tərəfindən də ciddi araşdırılmalıdır. BNA-nın bu qərarı verməkdə məqsədi üzə çıxardılmalıdır. Aydınlaşdırılaraq bu vəsait geri-qaytarılmalı, bütün daşıyıcı şirkətlər arasında göstərdikləri xidmətə müvafiq olaraq bölünməlidir. Çünki, nə cənab prezidentin imzaladığı sərəncamda, nədəki baş nazirin qərarında bu vəsaitin ancaq "Bakubus" MMC-yə ayrılması barədə bənd yoxdur. BNA-isə bu qərarını heç nə ilə əsaslandırmır. Belə çıxır ki, burada BNA-nın marağı var. Detalları hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır".
E. Muradlı deyir ki, əgər bu vəsait vaxtında daşıyıcılar arasında bərabər paylanılsaydı, indi şirkətlər müflis vəziyyətə düşüb avtobuslarını satışa çıxartmaz, gediş haqqının artırılması tələbini irəli sürməzdilər.
Həmsöhbətimiz deyir ki, bu vəsait daşıyıcıların vaxtında avtobuslara texniki qulluq etməsinə, onların ehtiyat hissəsi almasına, sərnişindaşıma xidmətinin keyfiyyətinə də təsir edərdi.

7,5 milyon ayrılsa da, "Bakubus" MMC-nin avtobusları qarajda, sərnişinlər dayanacaqlarda qalıb

E. Muradlının sözlərinə görə, dövlətin ayırdığı vəsaitin qəpiyinədək "Bakubus" MMC-ə ödənilsə də, bu şirkətin sərnişindaşıma xidmətinin yüksəlməsinə bir təsir göstərməyib. Əksinə "Bakubus" MMC-nin xəttə çıxardığı avtobusların sayı azalıb. Nəticədə sərnişinlər saatlarla dayanacaqda avtobus gözləmək məcburiyyətində qalıblar. "Bakubus"a məxsus olan "Koroğlu"da, Zığda və Buzovnada yerləşən qarajlarda 500-ə yaxın avtobus saxlanılır. Gündüz saatlarında Zığdakı qarajda 300 ədəddən artıq avtobusun saxlanılmasını vizual olaraq müşahidə etmək mümkündür. Bəs bu zaman sual olunur ki, 7, 5 milyon manat vəsaiti "Bakubus" MMC hara xərcləyib?
BNA işinin öhdəsindən gələ bilmir. Çünki, qurum üzərinə götürdüyü vəzifələrin yerinə yetirə bilmir. Nə ictimai nəqliyyatı inkişaf etdirə bilir, nədəki taksi fəaliyyətini tənzimləyir. Tənzimləyici qurum olsa da, daşıyıcıların heç bir probleminə kömək göstərmir. Əgər daşıyıcılar problemlərinin həllini prezidentə müraciət etməkdə görürlərsə BNA nəyə lazımdır? BNA-nın fəaliyyətinə heç bir ehtiyac qalmır.

BNA 7, 5 milyon manatı niyə "Bakubus" MMC-ə ayırdı?

Bakı Nəqliyyat Agentliyinin məbuat katibi Mais Ağayev dövlətin sənişindaşımaya dəstək məqsədilə ayırdığı 7, 5 milyon manatın hamısının "Bakubus" MMC-yə verilməsinin əsasının olduğunu, bunun səbəbinin tezliklə ictimaiyyətə açıqlanacağını söylədi.
Məlumat üçün bildirək ki, Bakı Nəqliyyat Agentliyinin İdarə heyətinin sədrinin müşaviri Faiq Abbasov "İctimai" televiziyada çıxışında dövlətin daşıyıcı şirkətlər üçün ayırdığı 7,5 milyon manatın "Bakubus" MMC-yə verildiyini təsdiqləyib. Amma vəsaitin hansı səbəbdən digər daşıyıcılara ödənilməsiməsi ilə bağlı fikir bildirməyib.
Ardını oxu...
Dünən Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi üzrə keçirdiyi tenderə yekun vurması ilə bağlı dövlət satınalmalarının vahid internet portalında “Rövşən Oğuz Qrup” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10 000 000 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat yerləşdirib.

Məlum olduğu kimi Prezident İlham Əliyev 30 yanvar 2022-ci ildə Gəncə şəhərinə səfəri zamanı Gəncə Dövlət Dram Teatrının yeni binasının, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin açılışlarında iştirak edib, Gəncə İdman Sarayında aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdu. Dövlətimizin başçısının tanış olduğu Gəncə İdman Sarayında tikinti işlərinin artıq yekunlaşdığı görsənir. Lakin Prezidentin səfərindən sonra Gəncə şəhər İcra Hakimiyyəti sözügedən idman sarayında tikinti işlərinin davam etdirilməsinə mart-sentyabr aylarında tam 25 milyon manat vəsait ayırır. Burada suallar yaranır. Hara gedir bu milyonlar?

Xatırladaq ki, Gəncə şəhərində İdman Sarayı inşa edilməsi haqqında sərəncamı Prezident İlham Əliyev hələ 13 noyabr 2017-ci ildə vermişdi. Sərəncama əsasən İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə şəhər İcra Hakimiyyətinə həvalə edilmişdi. İdman Sarayının tikintisinə 2018-ci ilin mart ayında, sabiq İcra başçısı Elmar Vəliyevin dönəmində başlanılıb. Gəncədəki məlum hadisələrdən sonra, 28 avqust 2018-ci ildən Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilir və İdman Sarayının sifarişçi funksiyaları da bir başçı kimi onun nəzarətinə keçir.

Bəs 2018-ci ilin mart ayından inşasına başlanan tikilidə işlər niyə ləng gedir və hər il külli miqdarda dövlət vəsaiti ayrılmasına baxmayaraq İdman Sarayının istifadəyə verilməsi nədən uzadılır? Bu kimi suallara mətbuat vasitəsi ilə bir neçə dəfə cavab axtarmağa çalışmışıq. Lakin Gəncə şəhər İcra Hakimiyyətinin rəsmiləri bu suallara cavab verməmişlər. Artıq beşinci ilinə keçmiş İdman Sarayının tikintisinin başa çatdırılmasının niyə bu qədər uzandığına aydınlıq gətirilmir, açıqlama verilmir. Burada vəsait çatışmazlığından söhbət gedə bilməz. Çünki rəsmi dövlət qurumları işin davam etdirilməsi üçün müqavilələrin bağlınıldığı barədə məlumatlar yayıb və ayrılan vəsiatlər də, görülən işlər də ortadır.

Aktualinfo.org-un dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilmiş məlumatlar əsasında apardığı araşdırmalarda son üç il ərzində tender yolu ilə sözügedən idman sarayının tikintisinə külli miqdarda vəsaitin ayrıldığı ortaya çıxır. Belə ki, Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədi ilə “Rövşən Oğuz Qrup” MMC ilə 14.03. 2019-cu il tarixdə 4 000 000,00 manat, 09.04.2020-ci il tarixdə 4 600 000 manat, 06.10.2020-ci il tarixdə 1 800 000 manat, 19.03.2021-ci il tarixdə 9 400 000 manat, 12.08.2021-ci il taixdə 5 000 000 manat, 17.12.2021-ci il tarixdə 181 600 manat (milyonların müqabilində bu yüz səksən min nəyə lazım olub görəsən- red.), 09.03.2022-ci il tarixdə 15 000 000 manat, 28.09.2022-ci il tarixdə 10 000 000 manat məbləğində satınalma müqavilələrinin bağlanıldığını açıqlayıb ki, ümumi olaraq 49 981 600 manat təşkil edir.

Yerli mətbuat orqanlarının 03.09.2019-cu il tarixdə yaydığı məlumatda bildirilir ki. Ölkə prezidentinin imzaladığı sərəncam əsasında inşa edilən tikili 3 hektara yaxın ərazini əhatə edir. Sarayda müxtəlif növ olimpiya və qeyri-olimpiya idman növləri üzrə yarışların, təlim-məşq toplanışlarının keçirilməsi üçün zallar, həmçinin üzgüçülük hovuzu yaradılacaq. Regionun ən böyük idman sarayının 2021-ci ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Təqdim olunan şəkildən də göründüyü kimi idman sarayının bünövrəsi 2018-ci ildən qoyulub. Sonrakı şəkillər isə 2021-ci ilə aiddir və beton karkasdan ibarət olan bu tikiliyə çəkilən xərci təxmin etmək olar.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun “Rövşən Oğuz Qrup” MMC-nin rəsmisi ilə İdman Sarayının tikintisi işlərinə baxış keçirdiyi zaman çəkilən bu şəkildən göründüyü kimi karkasların arası adi qırmızı kərpiclə hörülüb. Sarayın tavanının isə dəmir konstruksiyalarla inşa edildiyini aşağıdakı şəkildə görsənir. Son dörd ildə bütün bu işlərin görülməsinə 49 981 600 manat vəsatin xərclənməsi inandırıcı gəlirmi?

Bu hələ son deyil. Qeyd edək ki Gəncə şəhər İcra Hakimiyyəti İdman Sarayının layihələndirilməsi işlərinə də 30.04.2020-ci il tarixdə 400 000 manat, 15.04.2021-ci il tarixdə isə tikintinin layihə-smeta səndlərinin hazırlanması ( əlavə və dəyişikliklərə əsasən) işlərinin satın alınması üzrə 418 400 manat məbləğində satınalma müqavilələrini “BAŞAK PROJE VƏ DİZAYN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Bu isə idman sarayının tikintisinin layihələndirilməsinə 818 400 manat vəsaitin ayrılması deməkdir. Tikintisinə 50 milyon xərc çəkilmiş Sarayın layihələndirilməsinə çəkilən bu cüzi xərc isə heç inandırıcı deyil.

Biz buraya Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə şəhər İcra Hakimiyyətinə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə ayrılan vəsaitləri əlavə etməmişik. Bu məqsədlə 24 iyun 2020-ci ildə 3,0 (üç) milyon manat vəsaitin ayrıldığı məlumdur. Bunula birgə son 4 ildə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsinə tam 53 800 000 manat vəsait ayrılıb, amma işlər hələ də yekunlaşmayıb.

Qeyd etdiyimiz kimi bütün bu məlumatlar İqtisadiyyat Nazirliyi kimi ciddi bir dövlət qurumunun rəsmi portalında yerləşdirilib. Yəni, demək istəyirik ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sözügedən portala yanlış, qeyri dəqiq məlumatlar yerləşdirməz. Bütün bunlar tenderlər keçirildikdən sonra qalib şirkətlə bağlanan müqavilələr üzrə ayrılan dövlət vəsaitləridir ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununa görə satınalma prosedurları yekunlaşdıqdan sonra mütləq göstərilməlidir.

Göründüyü kimi son dörd il ərzində. yəni Niyazi Bayramov Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Gəncədə İdman Sarayının tikintisinə 53 milyon 800 min manat ayrılıb. Amma İdman Sarayının tikintisi hələ başa çatdırılmayıb. Tikintisi hələ başa çatdırılmamış, şəkillərdə gördüyünüz İdman Sarayına bu qədər vəsaitin xərcləndiyi nə dərəcədə realdır, istərdik Niyazı Bayramov aydınlıq gətirsin. Bir də çox istərdik ki, Niyazi Bayramov bir məsələyə də aydınlıq gətirsin. Əgər gətirə bilərsə. Gətirə bilməyəcək də. Çünki bu milyonların çox hissəsi Niyazi Bayramovun şəxsi məqsədlərinə xərclənib. Məsələn oğlunun bahalı avtomobillərinə, xarici səyahətlərinə və daha nələrə…

Aktualinfo.org
 
 
 
Ardını oxu...
Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır. (Konfutsi)

Azərbaycanda təhsil və səhiyyə sisteminin günəşi çoxdan batıb artıq.

Ali məktəblərə qəbul olmaq istəyənlər üçün hazırlıq kurslarının reklamı, həmçinin sosial şəbəkələrdə həkimlərin fərdi reklamları başlayanda söndü bu günəş.

Övladlarımız orta məktəbdə öyrənməli olduqları bilikləri hazırlıq kurslarından, repetitorlardan öyrənir, xəstəxanada işə alındığı üçün yaxşı həkim olduğuna inanmalı olduğumuz həkimləri isə sosial şəbəkələrdə, reklamlardan seçirik...

Elə bunun nəticəsidir ki, bu gün hər iki sahədən kifayət qədər vətəndaş narazılıqları var.

Əlqərəz...

Bu gün biz hər iki sahənin nöqsanlarından yazsaq, bizə yazmaq, sizə də oxumaq üçün uzuuuuun vaxt lazım olacaq.

Odur ki, bu dəfə yalnız səhiyyədən, özü də bir xəstəxananın, bir həkimindən - Mərkəzi Klinik Xəstəxanasının həkim -nevroloqu Lalə Əliyevadan danışacağıq.

Daha doğrusu biz yox, "DogruXeber.az" redaksiyasına müraciət edən Bərdə rayon sakini Mahmudova Pərvanə Əliyar qızı danışacaq.



P.S: Pərvanə Mahmudova tərəfindən redaksiyamıza göndərilən videomaterialı izlədikdən sonra, hər zamankı kimi obyektivliyi qoruyaraq, barəsində iddialar olan həkim - Lalə Əliyeva ilə telefon əlaqəsi saxladıq.

Özümüzü təqdim etdiyimizdə, Lalə xanım əvvəl danışmaq istəmədi və suallarımızı birbaşa xəstəxanaya ünvanlayıb, ordan cavab almamızı istədi. Bildirdik ki, - "Pərvanə xanımın iddiaları sırf sizin barənizdədir və qısa cavablar versəniz çox vaxtınız getməyəcək.".
Bundan sonra Lalə xanım razılaşdı və həmən də söhbətə başladı ki, - "O xanım məni bir aya yaxındır şantaj edir. Mən onun atasını normal müalicə etmişəm. Pis idim niyə ikinci dəfə gəlirdi? O mənə pul verməyib." və sair...

Lalə xanım, sözləri ardıcıl elə düzürdü ki, ağzımızı açıb, sual verməmizə belə macal vermirdi.

Qeyd edək ki, Lalə xanıma onun barəsində kimin hansı iddialar irəli sürdüyünü hələ deməmişdik. Ümumiyyətlə sual belə verməmişik, amma xanım "Qoyun sualınızın cavabını verim" deyərək, danışmağımıza macal vermir, verməyə imkan tapmadığımız "sualımızı cavablandırırdı".

Uzun sözün qısası, xeyli tək danışan, danışdıqca aqressiya ilə səsinin tonunu qaldıran həkim-nevroloq Lalə xanım bütün danışıqlarının əsası olaraq, barəsindəki iddiaları "yalan", "şantaj" adlandırıb, təkzib etdi. Hətta, həmin xanım barəsində polisə şikayət edəcəyini də bildirdi.

Sosial şəbəkələri diqqətlə izləyib, müxtəlif cinayətlərin izinə düşən, aşkar edən Prokurorluğun bu məlumatı da diqqətə götürüb, bu dəfə barəsində araşdırma aparıb, hüquqi tədbir görəcəyinə ümid etməkdən başqa çarə qalmır geriyə. Ya da bilmək olmaz, bəlkə də çox zaman ("Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsinin direktoru Emin Hüseyin, Z.Ə. adına Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi və sair barəsində) olduğu kimi, bu mövzuya da kənardan seyirçi qalacaq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.azArdını oxu...
Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır. (Konfutsi)

Azərbaycanda təhsil və səhiyyə sisteminin günəşi çoxdan batıb artıq.

Ali məktəblərə qəbul olmaq istəyənlər üçün hazırlıq kurslarının reklamı, həmçinin sosial şəbəkələrdə həkimlərin fərdi reklamları başlayanda söndü bu günəş.

Övladlarımız orta məktəbdə öyrənməli olduqları bilikləri hazırlıq kurslarından, repetitorlardan öyrənir, xəstəxanada işə alındığı üçün yaxşı həkim olduğuna inanmalı olduğumuz həkimləri isə sosial şəbəkələrdə, reklamlardan seçirik...

Elə bunun nəticəsidir ki, bu gün hər iki sahədən kifayət qədər vətəndaş narazılıqları var.

Əlqərəz...

Bu gün biz hər iki sahənin nöqsanlarından yazsaq, bizə yazmaq, sizə də oxumaq üçün uzuuuuun vaxt lazım olacaq.

Odur ki, bu dəfə yalnız səhiyyədən, özü də bir xəstəxananın, bir həkimindən - Mərkəzi Klinik Xəstəxanasının həkim -nevroloqu Lalə Əliyevadan danışacağıq.

Daha doğrusu biz yox, "DogruXeber.az" redaksiyasına müraciət edən Bərdə rayon sakini Mahmudova Pərvanə Əliyar qızı danışacaq.



P.S: Pərvanə Mahmudova tərəfindən redaksiyamıza göndərilən videomaterialı izlədikdən sonra, hər zamankı kimi obyektivliyi qoruyaraq, barəsində iddialar olan həkim - Lalə Əliyeva ilə telefon əlaqəsi saxladıq.

Özümüzü təqdim etdiyimizdə, Lalə xanım əvvəl danışmaq istəmədi və suallarımızı birbaşa xəstəxanaya ünvanlayıb, ordan cavab almamızı istədi. Bildirdik ki, - "Pərvanə xanımın iddiaları sırf sizin barənizdədir və qısa cavablar versəniz çox vaxtınız getməyəcək.".
Bundan sonra Lalə xanım razılaşdı və həmən də söhbətə başladı ki, - "O xanım məni bir aya yaxındır şantaj edir. Mən onun atasını normal müalicə etmişəm. Pis idim niyə ikinci dəfə gəlirdi? O mənə pul verməyib." və sair...

Lalə xanım, sözləri ardıcıl elə düzürdü ki, ağzımızı açıb, sual verməmizə belə macal vermirdi.

Qeyd edək ki, Lalə xanıma onun barəsində kimin hansı iddialar irəli sürdüyünü hələ deməmişdik. Ümumiyyətlə sual belə verməmişik, amma xanım "Qoyun sualınızın cavabını verim" deyərək, danışmağımıza macal vermir, verməyə imkan tapmadığımız "sualımızı cavablandırırdı".

Uzun sözün qısası, xeyli tək danışan, danışdıqca aqressiya ilə səsinin tonunu qaldıran həkim-nevroloq Lalə xanım bütün danışıqlarının əsası olaraq, barəsindəki iddiaları "yalan", "şantaj" adlandırıb, təkzib etdi. Hətta, həmin xanım barəsində polisə şikayət edəcəyini də bildirdi.

Sosial şəbəkələri diqqətlə izləyib, müxtəlif cinayətlərin izinə düşən, aşkar edən Prokurorluğun bu məlumatı da diqqətə götürüb, bu dəfə barəsində araşdırma aparıb, hüquqi tədbir görəcəyinə ümid etməkdən başqa çarə qalmır geriyə. Ya da bilmək olmaz, bəlkə də çox zaman ("Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsinin direktoru Emin Hüseyin, Z.Ə. adına Oftalmologiya Mərkəzi, Milli Onkologiya Mərkəzi və sair barəsində) olduğu kimi, bu mövzuya da kənardan seyirçi qalacaq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ardını oxu...
 
 

 
 ""Büllur" xalça yumanın qiymətlərinə mən aldandım, siz aldanmayın..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında İnci adlı istifadəçi digər müştəriləri xəbərdar edərək, uyarır.

 
Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "Necə aparıblarsa elə də gətiriblər. Heç xalçanın üzünə su da vurmayıblar. Şikayətimi özlərinə yazdım, şəkilləri sübut kimi atdım, oxuyub blok etdilər anında...

Ucuzluğuna aldanmayın, xidmet sıfır..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.Az
Ardını oxu...
 
 

 
Gəncədə sakinlər zibil konteynerlərinin olmamasından narazıdırlar.

 

Söhbət şəhərin Şah İsmayıl Xətai prospektindəki 115A nömrəli binanın qarşısından gedir. Sakinlər deyirlər ki, burada əvvəllər tullantılar üçün zibil konteynerləri olub.

"Gəncəxəbər"in məlumatına görə, daha sonra binanın qarşısında şəxsi evlərin tikintisi başlayıb və bu səbəbdən zibil qutuları oradan götürülüb. Lakin onlar üçün yeni yer təyin olunmayıb. Nəticədə ərazidə xoşagəlməz mənzərə yaranıb.

“Zibil atmaq üçün uzağa getməli oluruq. Tənbəllik edənlər isə yolun ortasına tullayıb gedirlər. Bura çevrilib zibilliyə. Ən pisi də odur ki, yaxınlıqda uşaq bağçası yerləşir. Bura zibil qabları qoyub, ərazini təmizləsələr, yaxşı olar”, – deyə sakinlər bildirirlər.

Qeyd edək ki, sözügedən yerin yaxınlığında 48 nömrəli uşaq bağçası yerləşir.

 

XalqXeber.Az

Ardını oxu...
DİA.AZ: - "Dövlət Gömrük Komitəsinin yeni rəhbərliyinin təyinatından sonra DGK-da heç nə dəyişməyib! Şahin Bağırov da Səfər Mehdiyevin yolunu gedir. Əvvəlki kimi rüşvət və korrupsiya. Necə də olmalı idi ki... Səfər Mehdiyev başda olmaqla, özündən əvvəlki DGK sədrlərini cəzasız görən Şahin Bağırov anlamaq çox asandır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə bildirilir.

Məqalə müəllidi daha sonra davam edir: "Məsələ ondadır ki, bir çox sahibkarlar öz mallarını gömrük qeydiyyatından keçirən zaman süründürməçilik və bunun nəticəsi olaraq, əlavə xərcə düşmələrindən şikayət edirlər. Misal üçün, laboratoriyadan keçirilərək, yoxlanılmasına ehtiyac olan malların əksəriyyətini rəsmiləşdirmək xeyli vaxt aparır. Bir çox hallarda bir malın laborator analizinin cavabı 7-10 günə verilir. Bu, olduqca uzun müddətdir və müvafiq laboratoriyaların nədən belə ləng işləməsi sual doğurur. Eyni zamanda, gecikmə həmin avtomobillərin gömrükdə saxlanılması ilə bağlı xərcləri artırır və hər maşın üçün təxminən 600-700 dollar təşkil edir. Sahibkar bu məbləği özündən asılı olmayan mənasız səbəblərdən nəqliyyat vasitəsinin sahibinə və digər xərclərə ödəməli olur.

Ancaq sahibkarın “çiləsi” bununla da bitmir. Əgər bir yük maşınında 2-3 cür, yaxud daha çox çeşiddə məhsul varsa, gömrük əməkdaşları heç bir izahat vermədən qaçaqmalçılıqla mübarizə adı altında həmin avtomobili anbara yönəldirlər. Bu da olur sahibkara qurulmuş növbəti “pul tələsi”. Sözügedən prosesi ən çox Bakı Baş Gömrük İdarəsində müşahidə olunur".

DAVAMI VAR... Bizi izləməkdə davam edin.

Məsələ ilə əlaqədar dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

QEYD: Növbəti yazıda Şahin Bağırovun özünə yaratdığı, daha doğrusu, köhnələrdən mənimsədiyi korrupsiya şəbəkəsinin incəlikləri barədə faktları təqdim edəcəyik....
Ardını oxu...
Qusar Kommunal Müəssisələr Kombinatı tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
TEREF.AZ-ın məlumatına görə, Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin qalibi fiziki şəxs Verdixanov Mübariz Eygün oğlu (VÖEN – 4700126292) olub.
Tender müsabiqəsinin şərtlərinə görə Verdixanov Mübariz Eygün oğlu Qusar Kommunal Müəssisələr Kombinatına təsərrüfat inventarları (Fəhlə paltarı, rezin çəkmə, bel sapı, əlcək və s.) satacaq və qarşılığında 14 min 205 manat 67 qəpik alacaq.
Məlumat üçün bildirək ki, Verdixanov Mübariz Eygün oğlu daha əvvəl fərdi sahibkar kimi Qusar rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən keçirilən tender müsabiqələrində dəfələrlə qalib olub. Verdixanov təkcə ötən ay Qusar rayon Kommunal Müəssisələri Kombinatına 24 min manatlıq elektrik malları (Naqil, lampa, kabel və s.), 7,4 min manatlıq əkin materialları (Eldar şamı, Kipares ağacı, Elandra ağacı, qızılgül və s.) satıb. Eyni zamanda Mübariz Verdixanov daha əvvəl də Qusar və Quba rayonunda fəaliyyət göstərən dövlət qurumlarının keçirdiyi çoxsaylı tenderlərin də qalibi olub.
Mübariz Verdixanov fərdi sahibkar olmaqla bərabər həm də sabiq millət vəkili Asya Manafova ilə sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun ailə üzvləri tərəfindən qurulan şirkətlərə də rəhbərlik edir.
22 sentyabr 2008-ci ildə sabiq millət vəkili Asya Manafovanın qardaşı Mikayıl Manafov ilə sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov “Safari Bak Upak” adlı şirkət təsis ediblər. Mübariz Verdixanov hazırda Mikayıl Manafov və Lətif Bağırov tərəfindən təsis olunan “Safari Bak Upak” MMC-nin (VÖEN- 4700270251) qanuni təmsilçisidir.
Qeyd edək ki, Asya Manafovanın qardaşı Mikayıl Manafov o zaman 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini olub. Mikayıl Manafov Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunaraq 5 iyun 2010-cu il tarixdə iş yerində həbs edilib. Məhkəmə onun barəsində 7 il 6 ay müddətinə şərti olaraq azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
Mübariz Verdixanov eyni zamanda 1999-cu ildə təsis olunan “Safari” MMC-nin (VÖEN- 4700020861) və 2001-ci ildə təsis olunan “Pioneer” tam ortaqlıq şirkətinin (VÖEN- 4700023101) də qanuni təmsilçisidir.
Onu da bildirək ki, tender müsabiqəsini keçirən Qusar Kommunal Müəssisələr Kombinatı rayon İcra Hakimiyyətinə tabedir. 15 ildir Qusar Rayon İcra Hakimiyətinin başçısı vəzifəsini icra edən Şair Alxasovun adı da 2020-ci ildə oğlu İlkin Alxasova məxsus 362,6 kv. metr sahəsi olan obyektin istismarına icazə verməsilə gündəmə gəlib.
Ardını oxu...
Ardını oxu...
 
 
 

Ardını oxu...
Son illər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən sağlam rəqabət mühitinin inkişaf etdirilməsi, dövlət satınalmaları sahəsində tenderlərin keçirilməsinin təkmilləşdirilməsi, elektronlaşmanın artırılması, bütün şirkətlərin bu tenderlərdə iştirakı ilə bağlı maneələrin aradan qaldırılması məqsədi ilə tez-tez tədbirlər keçirilir. Bu kimi tədbirlərin keçirilməsinə baxmayaraq, görəsən qurum rəqabətli mühit formalaşdıra bilirmi, haqsız rəqabətin qarşısını alırmı, satınalmalarda qayda-qanun yarada bilirmi?

Bunun üçün dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara ətraflı deyil, gözucu baxmaq kifayət edər. Burada bir şirkətin bir neçə ay ərzində ayrı ayrı sahələrdə onlarla tenderin qalibi olduğunu görməmək mümkün deyil. Burada həmçinin bir nəfərin adına yaradılmış bir neçə şirkətin “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etmədən onlarla tenderlərin qalibləri olduğunu da görməmək olmur. Bu inhisarçılıq deyil, bəs nədir? Burada sağlam rəqabət mühitindən söhbət gedə bilməz. Necə olur ki, hər hansı bir dövlət qurumunun elan etdiyi tenderləri konkret şəxslərə məxsus şirkətlər udur? Məsələn, nədən Səhiyyə Nazirliyinin keçirdiyi tenderlərin hamısında konkret bir neçə nəfərə məxsus, ayrı-ayrı adlarda olan şirkətlər qalib olur?

Aktualinfo.org Səhiyyə Nazirliyinə tabeli qurumların bir nəfərə məxsus bir neçə şirkətlə bağladığı satınalma müqavilələri barədə daha əvvəl məlumat yaymışdı. Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmalarda daha bir nəfərə məxsus iki şirkətin bir neçə ay ərzində onlarla kotirovka sorğusunun qalibi olduğunu müəyyən etdik. Bu Axundov Elman Qulu oğlunun qanuni təmsilçisi olduğu MMC-lərdir ki, qalibi olduğu kotirovka sorğularını diqqətinizə çatdırırıq.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “STAR-08 LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 24.01.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AĞA NEMƏTULLA, ev 56, m. 105/135, qanuni təmsilçisinin isə Axundov Elman Qulu oğlu olduğu göstərilir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən abadlaşdırma xidməti üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 31.05.2022-ci ildə 17 000 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyi tərəfindən Muzey eksponatlarının qablaşdırılması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 30.06.2022-ci ildə 9820.6 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“Xəzər Tibb Mərkəzi” publik hüquqi şəxsi tərəfindən sair torpaq, tikili və avadanlıqlar üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 05.07.2022-ci ildə 7392 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Gəncə şəhər Dezinfeksiya Stansiyası tərəfindən dəftərxana və təsərrüfat malları üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 28.07.2022-ci ildə 9120 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Səhiyyə Nazirliyinin Xüsusi Tibbi Təchizat Bazası tərəfindən tikili və avadanlıqların cari təmiri üçün materialların alınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 25.08.2022-ci ildə 9510 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

3 nömrəli Uşaq Somatik Sanatoriyası tərəfindən dəftərxana və təsərrüfat malları üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 06.09.2022-ci ildə 9821.09 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“Cəlilabad rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən nəqliyyat vasitələrinin cari təmir xərcləri üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 12.09.2022-ci ildə 17 800 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“STAR-08 LT” MMC bu kotirovkalardan ümumi olaraq 80 463 manatlıq dövlət sifarişi alıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “GOLD PLANET LT” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 24.01.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AĞA NEMƏTULLA, ev 56, m. 105/135, qanuni təmsilçisinin isə Axundov Elman Qulu oğlu olduğu göstərilir.

2 nömrəli Baza Tibb Kolleci tərəfindən maşın və avadanlıqlar üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 01.07.2022-ci ildə 37 600 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“İctimai Səhiyyə və İslahatlar Mərkəzi” publik hüquqi şəxsi tərəfindən tibb işçiləri arasında COVID 19-a qarşı immunitetin qiymətləndirilməsi və vaksinin effektivliyinin dəyərləndirilməsi tədqiqatı layihəsi çərçivəsində lazım olan tibbi material və ləvazimatlar üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 19.07.2022-ci ildə 26 146 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

İnformatika və Statistika İdarəsi qeyri-maddi aktivlər maddəsi üzrə Hesabatların toplanılma sisteminin təkmilləşdirilməsi, şəbəkəyə nəzarət üçün idarənin serverinin sazlanması və hostların yenilənməsi üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 08.09.2022-ci ildə 19 890 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

2 nömrəli Baza Tibb Kolleci tərəfindən digər malların satınalınması üzrə keçirilmiş kotirovka sorğusunda qalib elan olunmuş və 23.09.2022-ci ildə 11 595 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

“GOLD PLANET LT” MMC bu kotirovkalardan ümumi olaraq 95 231 manatlıq dövlət sifarişi alıb.

Göründüyü kimi Axundov Elman Qulu oğlunun adına bir gündə yaradılmış 2 MMC may-sentyabr aylarında 11 kotirovka sorğusunda qalib gəlib ümumi olaraq 175 699 manat məbləğində dövlət sifarişi alıb. Bu sifarişlərin çoxunu isə Səhiyyə Nazirliyinə tabeli qurumlardan alıb. Burada sağlam rəqabətdən işıqucu belə görsənmir. Bəs necə olur ki, 4-5 ay əvvəl yaradılmış, müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlığı bəlli olmayan bu MMC-lər ancaq bir nazirliyə tabeli qurumların keçirdiyi satınalmalrın qalibi olurlar? Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sağlam rəqabət mühitini beləmi formalaşdırır, inhisarçılığın qarşısını beləmi alır? Burada Səhiyyə Nazirliyinin bir rolu olmasa, bir nəfərə məxsus ayrı-ayrı adlı MMC-lər heç bir satınalmaya yaxın belə buraxılmaz. Elman Axundovun adına yaradılmış bu MMC-ləri Səhiyyə Nazirliyindən kim edir, o maraqlıdır.

Aktualinfo.org
 

Dünyapress TV

Xəbər lenti