Ardını oxu...
"Kristal Abşeron” tikinti şirkətinin qanunsuz əməlləri ilə bağlı redaksiyamıza şikayət daxil olub.

İndex.az-a müraciət edən şəxsin sözlərinə görə, "Kristal Abşeron” vətəndaş qanunsuz olaraq 2000 manat tələb edir. Belə ki, "Kristal Abşeron” Şərifzadə küçəsində vətəndaşa məxsus evin yerləşdiyi ərazidə yeni bina tikir. Digər vətəndaşlar kimi, həmsöhbətimizin də evi sökülüb, əvəzində yeni tikilən binadan ona mənzil verilib. Bir müddət sonra vətəndaş isə ona verilmiş mənzili başqa bir şəxsə satmaq üçün "Kristal Abşeron”a müraciət edib, lakin şirkətdən bildirilib ki, bunun üçün 2000 manat ödənilməlidir.

Müqaviləyə əsasən, "Kristal Abşeron”, eləcə də bir sıra tikinti şirkətlərindən ipoteka ilə və ya nağd ödənişlə ev aldıqda müqavilədə bununla bağlı bənd olmalıdır. Başqa sözlə, evi sonradan başqa bir şəxsə satdıqda şirkətə əlavə olaraq 2000 manat ödənilir. İndiki halda isə şirkət yeni mənzili vətəndaşın köhnə sökdüyü evin əvəzinə verib, üstəlik, müqavilədə belə bir bənd yoxdur. Bunu "Kristal Abşeron” rəsmilərinə bildirsələr də, qarşı tərəf bu cür cavab verib: "Hər şeyi müqaviləyə salmırıq… Müdriyyət belə tələb edir, biz icraçıyıq”.

Məsələyə aydınlıq gətirmək üçün "Kristal Abşeron” şirkəti ilə əlaqə saxladıq. Şirkətin Çingiz Əsədov adlı əməkdaşı İndex.az-a bildirdi ki, əgər həmin şəxs evi öz yaxınının adına keçirsəydi, bu zaman 2000 manat tələb edilməzdi:

"Vətəndaş mənzili başqa bir şəxsə satır. Bu isə o deməkdir ki, binada sakinin adı dəyişir. Ona görə, 2000 manat tələb olunur. Bundan əlavə, əsas məsələ odur ki, bina hələ dövlət qeydiyyatına salınmayıb. Məhz bu səbəbdən yeni "kupça” (çıxarış) vətəndaşa verilməyib. Yəni vətəndaş köhnə mənzilinin "kupça”sı ilə yeni mənzilin sahibidir. Bina dövlət qeydiyyatına salındıqdan və yeni "kupça” təqdim olunduqdan sonra vətandaş mənzili satsa, bu zaman heç bir rüsum, məbləğ tələb edilməyəcək”.

Çingiz Əsədov əlavə suallarımızı "Kristal Abşeron”un baş ofisinə ünvanlamağımızı istədi.

Lakin "Kristal Abşeron”un rəsmi saytında yerləşdirilən hər 3 mobil nömrəyə zəng etsək də, cavab verən olmadı.

Qlobal.az
Ardını oxu...
Azərbaycan vətəndaşı: “Azərbaycanlı olduğum üçün məni Bakıda hotelə buraxmadılar”…

Çex Respublikasında yaşayan Azərbaycan vətəndaşı Bakıdakı hoteldə ona qarşı ayrı-seçkilik olduğunu deyir.

Bu barədə “Qafqazinfo”ya müraciət edən şikayətçi N.Əliyev bildirib ki, bir neçə gün öncə onlayn şəkildə “Marine Inn Hotel”də otaq rezerv edib, lakin azərbaycanlı olduğu üçün onu hotelə buraxmayıblar:

“Mən Azərbaycan vətəndaşı olsam da, xaricdə yaşayıram. Sentyabrın 18-də “Booking.com” beynəlxalq hotel rezervasiya sistemi vasitəsilə sabahkı gün üçün otaq bron elədim. Səhəri gün hotelə gələndə resepşndakı əməkdaş dedi ki, Azərbaycan vətəndaşlarının hoteldə qalmasına icazə verilmir. Daha sonra mən hotel rəhbərliyi ilə əlaqə saxlanılmasını istədim. Bildirdim ki, belə bir qadağa varsa, bunu mənə əvvəlcədən bildirməli idiz və ya rezervasiyamı ləğv etməli idiz. Cavab olaraq bildirildi ki, “kimə istəyirsən get şikayət et, azərbaycanlıları hotelə almırıq. Bu açıq-aşkar diskriminasiyadır. Sırf millətinə görə kiməsə xidmət göstərməmək qanunaziddir”.

Şikayətlə bağlı “Marine Inn Hotel”lə əlaqə saxladıq. Sorğumuza cavab olaraq bildirildi ki, hotel “Turizm haqqında” qanuna uyğun qaydada fəaliyyət göstərir, heç bir etnik, dini və cinsi ayrı-seçkiliyə yol verilmir, mənəvi-əxlaqi dəyərlərə sadiqlik hotelin başlıca prinsiplərdəndir: “”Turizm haqqında” qanunun 14.2.4-cü maddəsinə əsasən, turistlər yerləşmə vasitələrində, istirahət və gəzinti yerlərində daxili intizam qaydalarına əməl etməlidirlər. Halbuki N.Əliyev hotelin əməkdaşlarının onunla baş verən anlaşmazlığı həll etmək üçün söhbət apardıqları vaxt öz fikirlərini əməkdaşlara qarşı sərt və yolverilməz tərzdə ifadə etməklə onların haqlı narazılığına və narahatlığına səbəb olub. Yaranmış vəziyyət N.Əliyev hoteli tərk etdikdən sonra bir daha dəyərləndirilib. Bundan sonra hotelin meneceri vətəndaşla telefon əlaqəsi yaradaraq, baş vermiş vəziyyətlə əlaqədar onun narahatlığını anlayışla qarşıladığını, onun da hotelin fəaliyyət prinsiplərinə hörmətlə yanaşmasını xahiş edib. Telefon söhbətinin sonunda vətəndaş N.Əliyev vəziyyətin tam aydınlaşdırıldığını və heç bir iradının qalmadığını bildirib. Vətəndaşın hotelimiz barədə iddiaları tərəfimizdən tamamilə təkzib edilir, yaranan suallara aydınlıq gətirilməsi üçün hər cür müzakirəyə açıq olduğumuzu bəyan edirik”.

Qeyd edək ki, “Marine Inn Hotel” Bakının mərkəzi küçələrindən biri olan Neftçilər prospektində, Bakı Dəniz Limanının yanında yerləşir.
 

Elmlər Akademiyası Arif Həşimovun sayəsində darmadağın olunur…

Bu barədə dosye.org-a verilən məlumata görə AMEA-da qalmaqallar pik nöktəsinə çatıb. Belə bir mürəkkəb zamanda akademikin niyyəti isə qaranlıq olaraq qalır.

Məlum olduğu kimi iki gün öncə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) kitab oğurluğu baş verib. Doğrudur, el arasında olan ənənəyə görə kitab oğurluğu oğurluq sayilmır. Amma bu kitabların maddi dəyəri 12 000 manata çatanda, artıq zarafata yer olmur.

Beləliklə, dünən AMEA MEK-dan ümumi dəyəri 12 min manat olan nadir kitab nüsxələri “qeybə çəkilib”. Ən maraqlısı hadisənin baş verməsində qapıda duran mühafizəçi xanım – Humay İsrafil qızı Əliyev ittiham olunub. Yəni, tək başına bir xanım 12 000 manatlıq kitabın çixarılmasının təşkilatçısı olub. Heç də təəcüblü deyil. AMEA-da qadınları şərrəyib işdən çixarmaq artıq bir ənənəyə çevrilib. Humay xanım nə birinci, nə də sonuncu deyil. Amma növbəti böhtan alınmayıb. Bir sözlə, “yalan ayaq tutub yeriməyib”.

Dosye.org-a bildirilib ki, şəhid ailəsinin nüməyəndəsi olduğundan və AMEA İşlər İdarəsinin müdiri Elton Məmmədovdan kömək istəyərək, öz iş yerində saxlanılıb. Digət bir şok doğuracaq məlumat ondan ibarətdir ki, xanım mühafizəçiyə atılan şər böhtannan boyun qaşırmaq üçün MEL-in baş direktoru Məmməd Arif oğlu Əliyev təcili olaraq həmin kitabların aktlaşdırılmasını keçirərək bu məsələyə rəsmi don qeyindirməyə çalışıb.

Məmməd Əliyev kimdi? Təəcüblü deyil ki, o da AMEA-nın keçmiş rəhbərliyinin komandasının fəal üzvüdür. Ramiz Mehdiyevin vaxtında ixtisasçı olmasa da bu vəzifəyə gətirilməsinin səbəkarı, AMEA-nın Katibliyinin sabiq rəyisi Eldar Əmirov olmuşdur. Öz elmi rəhbər, sonra da məsləhətçisini yaxında saxlamaq üçün digər günahsız xanımı şərləyib işdən çixartdırıb, onun yerinə Məmməd Əliyevi gətizdirmişdir. Görünür, növbəti dəfə xanımı şərlənib çixarlması nəicəsndə vəzifəyə gələn Məmməd müəllim ənənəni pozmur.

 

Hazırda özünü kitabların oğurlanmasını “bağışlama” kimi biruzə verən Məmməd Əliyev yəqın unudub ki, bağışlama aksiyasından əvvəl fondların analitik təhlili aparılmalıdır və aksiya üçün nəzərdə tutulan siyahı AMEA-nın rəhbərliyi ilə müzakirə olunmalıdır.

Əgər bu aksiyadısa, nə üçün kimisə oğurluqda ittiham edir Məmməd müəllim?

Özünün saytlara verən xəbərə görə, 60 sayda kitab bağışlanıb. O kitabların ümümu dəyəri 1000-2000 azn olsun, qalan 10000-11000 anz lik kitablar hardadır?

AMEA-nın mətbuat katibi ilə əlaqə saxladıq. Qarşı tərəf hadisəni təkzib etdi. Əlbətdə ki, şablon cavab gözlənilən idi…

Ardını oxu...
Bir il öncə “Ziraat Bank Azərbaycan” ASC-nin rəhbərliyində ciddi dəyişikliklər olundu. Belə ki, ASC-nin Müşahidə Şurasının sədri Bilgəhan Kuru və İdarə Heyətinin sədri Avni Dəmirçi vəzifələrindən ayrılaraq başqa işə keçdilər.
Biz bir media olaraq bankda baş verən qanunsuzluqlar və bankın şefi barədə kifayət qədər yazdığımız üçün bu məsələyə yenidən toxunmaq istəmirik.
Bu yazının mövzusu “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin yeni sədri Səlcuq Dəmir barədədir.
Belə ki, 1 ildən çoxdur ki, banka rəhbərlik edən Səlcuq Dəmir özünü bankın əməkdaşları qarşısında ancaq neqativ tərəfdən göstərib. Baxmayaraq ki, bank işi təkcə Azərbaycanda deyil, bütün dünyada dürüstlüyü, dəqiqliyi və iş rejiminin düzgün seçilməsi ilə gündəmə gəlir.
Dünyanın müxtəlif ölkələrində bank işçilərinin fərqli iş rejimləri mövcuddur. Azərbaycanda fəaliyyət göstərən "Ziraat Bank"da da işçilər üçün fərqli iş rejimləri var.
Məsələn, əldə etdiyimiz məlumata görə, "Ziraat Bank"ın rəhbəri ilə təsərrüfat müdiri işə bir saat tez gəlirlər. Bu başqa bir yazının mövzusudur.
Amma bir məsələni qeyd edək ki, bankın təsərrüfat işlərinə Cema ləqəbi ilə tanınan bir xanım baxır. Və Cema xanım tez-tez xarici ölkələrdə səfərdə olur. Bəli, deyirlər ki, Cema xanım tenderlərdən, satınalmalardan, katirovkalardan qazandığı pulları xarici ölkələrdə sağa-sola xərcləyir. Bu tipli məsələləri araşdırmaq bizim işimiz olmadığı üçün, belə işlərlə bağlı çox dərinə getmirik, çünki bankın rəhbəri Səlcuq Dəmirdir. Amma bir məlumatda da bildirilir ki, "Ziraat Bank"da təkcə Cema xanım deyil, başqa xanımlar da özlərinə aid olmayan işlərlə məşğuldurlar.
İşçilər arasında belə söh-söhbət gəzir ki, Səlcuq Dəmir vəzifəyə gəldiyi ilk vaxtlarda özünə Dərya xanım Bıçaqçını köməkçi götürmüşdü. Bəli, ASC-də Marketinq Departamentinin müdiri olan Dərya xanım Bıçaqçı da xeyli müddət Səlcuq Dəmirlə birgə işləmişdir.
Səlcuq Dəmir Ziraat Bankda özü üçün əməlli-başlı bir sistem yaradıb.
Bəli, Səlcuq Dəmirin işçilərindən biri də bankın Daxili Nəzarət şöbəsinin müdiri Şəms adlı xanımdır. Bu haqda da növbəti yazımızda bəhs edəcəyik. Bəli, bankda Şəms adlı xanım da Səlcuqun bütün işlərində ona yardımçı olub. Səlcuq Dəmir bankda xadimə kimi çalışan Şərəf adlı xadiməni də gözündən alıbmış.... Bu və yuxarıda sadalanan bütün məsələlər haqqında tam açıqlığa ilə böyük yazı dərc edəcəyik.
İndi isə Səlcuq Dəmirin maxinasiyaları ilə bağlı bir neçə kəlmə...
Deməli, Səlcuq Dəmir proqramist Sadiq Axundovun vasitəsilə bankın proqram təminatları üçün yüz minlərlə vəsaiti mənimsəyib.
Belə ki, təkcə proqram təminatından deyil, hətta müştərilər üçün nəzərdə tutulan bonus, hədiyyə üçün hesablanmış vəsaiti sənədləşdirərək siliblər, daha doğrusu mənimsəyiblər. Bəli, bütün bu pullar Səlcuq Dəmirin məşhur geyim brendinə ( ETRO ) xərclənib.
Bunlardan başqa, Səlcuq Dəmir bu yaxınlarda bankın konfrans zalı üçün 10 min manat dəyərində olan manitoru 40 min manata sənədləşdirib. Hələ bu harasıdır..? Səlcuq Dəmir öz şəxsi geyimləri üçün lazım olan kimyəvi təmizləmə maddələrinə 3 min manat pulu bankın hesabından silib. Və bu pulu qonaqların ziyafət xərci kimi “oformit” edib.
Bəli, Səlcuq Dəmir bankın hesabına xanımlar üçün özəl ziyafətlər təşkil edir. Ən dəhşətlisi odur ki, Səlcuq Dəmir müxtəlif toplantılarda müxtəlif şəxslərin barəsində hər cürə hədyanlar, rüsvayçı sözlər danışır.
Sonda onu da qeyd edək ki, "Ziraat Bank"da aparılan son araşdırmalar zamanı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində banka qarşı 300 min manat mənimsəmə ilə bağlı cinayət işi başlanılıb.
Sözün qısası, "Ziraat Bank"da korrupsiya və rüşvət halları mövcuddur. Biz yazdıq, araşdırılması isə Hüquq Mühafizə Orqanlarının üzərinə düşür. //gundelik-baku.com//
 
 
 
Ardını oxu...
Xatırladaq ki, hələ iki il bundan əvvəl Fəyyaz Ələkbərov adlı şəxs MİDA yaşayış kompleksindən ev almaq istəyərkən fırıldaqla üzləşdiyini bildirirdi. Şikayətçinin sözlərinə görə, Əli Hüseynov adlı şəxs ondan və daha 8 nəfərdən 10 mindən çox pul alaraq yoxa çıxmışdı. O iddia edirdi ki, Əli Hüseynovun qardaşı Kamil Hüseynov bir neçə mənzil tikinti kooperativinin sahibi, həmçinin dövlət orqanlarından birində səlahiyyətli şəxs olduğundan polis bu işi düzgün araşdırmır. Araşdırmalardan bəlli olur ki, Əli Hüseynov və qardaşları tikinti sektorunda bir neçə şirkətə sahibdirlər. O, 2007-ci ildə dövlət qeydiyyatına alınan “Əlihüseyn” MMC-nin qanuni təmsilçisidir. Qardaşı Kamil Hüseynov isə “Akkord Azər-Yurd” MMC-nin sahibi, “Azər-Yurd” MMC-nin və “Deutsche Fassaden Technologien” MMC-nin direkoru olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytında 2019-cu ildə Kamil Hüseynova “Çinar” MTK adından tiktinti aparması üçün icazə alındığı qeyd olunur. Digər qardaş Vaqif Hüseynov isə 2007-ci ildə qeydiyyata alınan “KOMBARO-AZERLAND” MMC-nin qanuni təmsilçisi, 2005-ci ildə qeydiyyata alınan “DİZAYN” MTK-nın direktoru olub.
Aktualxeber.az-a daxil olan məlumata görə hələ “Akkord”da əvvəlcə istehsalat departamentinin direktoru, sonra isə rəhbər işləyən zaman Kamil Hüseynov tərəfindən milyonlarla dövlət vəsaiti mənimsənilib. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədovun müşaviri olan Kamil Hüseynov bu gün öz qanunsuz əməllərini orada davam etdirməkdədir. Redaksiyamıza müraciət edən İntiqam İsmayıloğlunun qanuni təmsilçisi də “Azər-Yurd” MTK-dan və Kamil Hüseynovdan şikayətçidir. Onun əlində qüvvəyə minmiş məhkəmə qərarı olsa da K.Hüseynovdan onlara çatacaq 135.270 manat pulu 10 ildir ki, ala bilmirlər. Ümidvarıq ki, əlaqədar orqanlar vaxtında lazımi tədbirlər görəcək və vətəndaşlara dəyən maddi ziyan da ödəniləcəkdir.
Qarşı tərəfi də dinləməyə hazırıq.
 //Aktualxeber.az//

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Azad edilmiş torpaqlara qayıdış başlayır. Zəngilan rayonu ilk sakinlərini artıq qəbul edib. Viran qalmış yurd yerlərində otuz ildən sonra kəndlər, şəhərlər salınır.

Bəs məskunlaşma yerlərinin salınması zamanı dövlət qurumları büdcə vəsaitlərini şəffaf və ədalətli xərcləyirmi? Söhbət yerli və xarici şirkətlərin işlərin görülməsinə müsabiqəsiz cəlb olunmasından, hətta məmurların işləri tələskənliyə salıb, öz ailə şirkətlərinə ötürməsindən gedir.

Ağdam, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Füzuli və Xocavənd rayonlarında 21 yaşayış məntəqəsinin şəhərsalma əsaslandırılmasının hazırlanması üzrə müqavilələr bağlanıb.

Şəhərsalma əsaslandırılması - tikinti obyektinin yerləşdirilməsi üçün hazırlanan planlaşdırma sənədidir.

Müsabiqəsiz bağlanan 22 müqavilə

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlarda göstərilir ki, kəndlərin şəhərsalma əsaslandırılma sənədinin hazırlanması üzrə elan bu resursda yerləşdirilməyib. Başqa sözlə, 2 dövlət layihə institutu, 4 özəl Azərbaycan və 1 Türkiyə şirkəti ilə ümumi dəyəri 11 milyon 304 min manat olan 22 müqavilə müsabiqə keçirilmədən bağlanıb.

Hökumət adından bu müqavilələrin bağlanmasını Dövlət Şəhərsalma və Arxitektura Komitəsi öz tabeliyindəki quruma – Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə həvalə edib. Qurum Şuşa rayonunun Daşaltı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılması işlərini "Feniks-AA” MMC-yə təqdim edib.

İkinci Qarabağ müharibəsinədək bu kənddə ermənilər yaşayırdı. Kənd hərbi əməliyyatların episentrində olub və bu səbəbdən bir çox tikili ziyan çəkib. Layihənin sentyabr ayının sonunadək hazırlanması üçün şirkətə 250 min manat ödənilib.

Aydın Aydınlı "Feniks-AA” şirkətinin direktorudur. 27 yaşlı şirkət rəhbəri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatovun oğludur.

"Dövlət satınalmaları haqqında" qanunun 13.2.1-ci maddəsində qeyd olunub ki, satınalma prosedurlarında iştirak edən iddiaçının nümayəndəsi və ya vəzifəli şəxsi ilə birbaşa qohumluğu, təsisçilik və asılılıq münasibətləri olan şəxslər satınalan təşkilatın təmsilçisi, məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısı ola bilməzlər. Bu, dövlət satınalmalarında maraqların ziddiyyəti sayılır.

"Feniks-AA” şirkəti 2001-ci ildən bəri tikinti və layihə şirkəti kimi çalışır.

İlqar İsbatov 2008-ci ilədək, yəni - Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru vəzifəsinə təyin olunanadək bu şirkətə rəhbərlik edib.

Şirkətin direktoru vəzifəsini bir müddət Valeh Eyvazov tutub. O, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2021-ci ildə formalaşdırılan 11 nəfərdən ibarət İctimai Şurasının üzvüdür. Lakin memar kimi deyil, "Demokratiyanın İnkişafı Problemləri Mərkəzi” İctimai Birliyinin təmsilçisi kimi bu şurada təmsil olunub.

Məlum olur ki, layihələndirmə işləri üzrə bağlanan müqavilələrin 3-ü şura üzvlərindən daha birinə aidiyyatı olan şirkətə qismət olub.

Toğrul Bayramov Komitənin İctimai Şurasının üzvüdür. Memardır. Keçən ilin iyun ayanda qeydiyyatda keçən "Bureau Mühit” MMC-nin direktorudur. Amma 2021-ci ilin sentyabrında Şuraya bu qiyafədə deyil, "Ulduz İnformasiya Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə” İB-nin nümayəndəsi kimi seçilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işğaldan azad olunmuş ərazilərdə bir neçə yaşayış məntəqəsinin memarlıq simasının və obrazının müəyyən edilməsi məqsədilə 2021-ci ilin iyul-avqust aylarında təşkil etdiyi memarlıq müsabiqəsi "Qədim Qarabağın yenilənən siması” adlanırdı.

Yenicə yaradılan "Bureau Mühit” şirkətinin memarlar komandası müsabiqəyə çıxarılmış altı kənddən dördü üçün təkliflər təqdim edib. Bunlar: Laçının Şəlvə kəndi, Cəbrayılın Xudafərin qəsəbəsi, Kəlbəcərin Zar kəndi və Füzulinin Horadiz kəndi idi. Münsiflər heyəti bu layihələri mükafat fondu 5 min və 3 min manat olan 1-ci və 2-ci yerlərə layiq görüb. Bir neçə ay sonra, 2022-ci ilin aprel ayında isə bu yaşayış məntəqələrindən 3-nün – Şəlvə, Zar və Xudafərin kəndlərinin şəhərsalma əsaslandırılmasının hazırlanması üçün "Bureau Mühit” şirkətinə 848 min manat ödənilib.

Kəndlərin lahiyələndirilməsinə qeyri-şəffaf yolla cəlb edilən şirkətlərdən biri də "Qala Group” MMC-dir.

"Qala Group” şirkəti öz internet səhifəsində dövlətin satınalma portalına istinadən bildirir ki, o, "yaşayış məntəqələrinin salınmasının şəhərsalma əsaslandırılması ilə bağlı elan etdiyi 13 açıq tenderə yekun vurub və "Qala Group” şirkəti bu tenderlərdən 4-nü qazanıb”. Hərçənd elə həmin portaldaca yazılır ki, bu satınalmaların əsasını təşkil edən satınalma müsabiqəsi (elanı) Dövlət Satınalmalarının Vahid Elektron Portalında yerləşdirilməyib.

Şirkət Laçın rayonunun Güləbird, Zəngilanın Cahangirbəyli, Məmmədbəyli və Cəbrayıl rayonunun Horovlu kənd-qəsəbələrinin şəhərsalma əsaslandırılmasının hazırlanması üçün 1 352 369 manat vəsait alıb.

"Qala Group” şirkətinin sahibi Orxan Mustafayev işadamıdır. Birləşmiş Ərəb Əmirliklərində qurduğu "İdeal Consept Holding” şirkətlər qrupuna "Qala Group”la yanaşı, "Sabah Residence” tikinti şirkəti də daxildir.

Qarabağda görüləcək işlərə cəlb olunan digər yerli şirkət "BİMD” QSC-dir. Şirkət "Overall Management Group” şirkətlər qrupuna daxildir. Qrupun təsisçisi Orxan Məstanovdur. Qrupa daxil olan "CONCO” QSC müharibədə Gəncə şəhərinə atılan raket zərbələri nəticəsində dağıdılan binaların bərpası üçün Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən və Dövlət Tikinti və Arxitektura Komitəsindən ümumi dəyəri 11 098 913 manat olan 4 müqavilə alıb. Bu müqavilələr də tender qanunvericiliyinə əməl etmədən, birbaşa bağlanılıb.

"BİMD” QSC Füzulinin Pirəhmədli və Dədələr, Kəlbəcərin Zarlar və Yanşaq kəndlərinin şəhərsalma əsaslandırılmasının hazırlanması üçün dövlət büdcəsindən 1 530 000 manat alıb.

Qarabağda layihələndirmə işlərinə cəlb olunan şirkətlərdən biri də Türkiyənin "Rem Mimarlik Dekorasyon Restorasyon Proje Ve Taahhut Hizmetleri Ltd.” şirkətidir. O yerli şirkətlərdən daha çox iri məbləğdə müqavilələr almağa nail olub. Türkiyə şirkəti Xocavənd rayonunun Hadrut qəsəbəsinin və ətraf kəndlərin bərpa və yenidənqurulmasının şəhərsalma əsaslandırılmasının hazırlanması üçün Ərazi Tikinti-Planlaşdırma Mərkəzindən 2 242 000 manat, Tuğ və ətraf kəndləri ilə bağlı eyni işin icrasına görə 2 124 000 manat vəsait alıb. İşlərin icrası üçün ayrılan müddət sentyabr ayında tamamlanır.

Qarabağda aparılan işlərin tender qanunvericiliyinə əməl olunması səviyyəsi barədə prezident İlham Əliyev də çıxışında münasibət bildirib:

"Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək”.

İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, dövlət satınalmaları ilə bağlı qanunların icrasına nəzarət edilmir deyə problemlər yaranır: "Azərbaycanda ən geniş yayılmış qanun pozuntusu ondan ibarətdir ki, bilərəkdən layihələrin icra müddətinin başlanma tarixi gecikdirilir və son anda vaxt məhdudiyyəti adı altında həmin layihələr birbaşa satınalma yolu ilə heç bir rəqabət, şirkətin özünün maddi-texniki bazasının, təcrübəsinin qiymətləndirilməsi aparılmadan öz benefisiarlarına layihələrin ötürülməsi prosesi baş verir”.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov AbzasMedia-ya deyib ki, işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin layihələndirilməsi üzrə işlərin tender yolu ilə deyil, birbaşa müqavilə əsasında satın alınmasına prosesin yubanacağı əsas götürülməklə icazə verilib. Onun sözlərinə görə, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi dövlət satınalmalarına nəzarət edən quruma bir mənbədən satınalma üçün deyil, artıq imzalanmış ikitərəfli müqavilələrə razılıq üçün müraciət edib.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi layihələri hazırlayan şirkətlərin seçimi üçün müsabiqələrin keçirilməməsi, "bir mənbədən” üsulu tətbiq etməklə bağlanan müqavilələrin qiymətinin müəyyən olunması, eləcə də şirkətlərin seçim meyarları, bağlanan müqavilələrdə maraqlar toqquşmasına dair informasiya sorğusuna cavab verməyib.

İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma sənədlərinin hazırlanmasının planlaşdırılması, razılaşdırılması prosesində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iştirakı barədə informasiya sorğusu da cavabsız qalıb.

"BİMD” QSC və "Feniks-AA” MMC-nin rəhbərliyi layihələndirmə işləri üzrə bağlanmış müqavilələrin şübhəli məqamlarına dair informasiya sorğusuna cavab verməyib. "Qala Group” şirkətinin rəhbərliyi isə bu sorğudakı sualları sifarişçi təşkilata ünvanlamağı məsləhət görərək, cavabdan yayınıb.

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, Qarabağ iqtisadi rayonunda 2040-cı ilə qədərki üç mərhələdən ibarət olan bərpa planının ilk mərhələsinin 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulub. Birinci mərhələyə Ağdam, Füzuli şəhər mərkəzlərinin, Hadrut, Suqovuşan qəsəbələrinin və 32 kəndin bərpa prosesi daxildir.

Qarabağın sakinləri yurdlarına qayıtmağa başlasalar da, bu bərpa və şəhərsalmanın hansı şərtlərlə, necə aparıldığından xəbərsiz saxlanılırlar.

Araşdırma: AbzasMedia
 
 
 
Ardını oxu...
DogruXeber.az: - “Son vaxtlar ölkəmizdə uşaqlara qarşı müəyyən qüvvələr tərəfindən iki istiqamətdə iş aparılır. Birincisi, mənəvi-psixoloji terrordur. Bu, adətən internet şəbəkələrində baş verir. Hazırda uşaqların, demək olar, hamısında bahalı smartfonlar var. Azad internetdə milyardlarla psxiologiyaya çox mənfi təsir göstərən materiallar doludur. Mənəvi məsələlərdən biri də məktəblərin yaxınlığında uşaqlar üçün şirnikləşdirici məhsulların satılmasıdır. Qidalar, içkilər və s. Hətta mən şahid olmuşam, orta sinif uşaqları məktəbin düz qabağındakı mağazadan enerji içkiləri alıb içirlər. Eyni zamanda qumar oyunları, müxtəlif formalarda, hətta bəzən guya “uşaq oyunu” adı altında əsl qumar oyunları satılır. “Poz, qazan” və s. Narkotikaya uşaqları həvəsləndirmə faktlarına da rast gəlinir”.

Bu sözləri Pravda.az-a sosioloq Elçin Bayramlı “Araz” supermarketlər şəbəkəsindəki uşaq bölmələrində qumar oyunları, kartların satılması ilə bağlı danışarkən deyib.

E.Bayramlı bildirib ki, uşaqlara qarşı aparılan ikinci terror fiziki-bioloji tərəfdəndir: “Bu, qidalarla bağlıdır. Uşaqların dərs yükünün ağırlığı, çətinliyi bir növ psixodrom terrordur. Məktəb çantalarının ağır olması da fiziki cəza növüdür. Sanki uşaqlarımıza düşmən kəsilmişik, bütün istiqamətlərdə onların fiziki-mənəvi sağlamlıqlarını məhv etmək üçün əlimizdən gələn hər şeyi edirik. Ötən gün Səbail rayonu 20-ci sahədə yerləşən “Araz” marketdə idim. Eyni vəziyyətdir, uşaq bölmələrində qumar oyunları, kartlar satılır. Heç bir əhəmiyyət də vermirlər. Tək orda deyil, bütün böyük marketlərdə, mağazalarda bu, uşaqlar üçün əlçatandır. Hətta böyüklərimizdə mənəvi dəyərlərimiz o qədər “korşalıb” ki, hər hansı uşaq dükandan qumar oyunu alanda satıcı onu uşağa böyük məmnuniyyətlə təqdim edir. Eləcə də siqaret, enerji içkiləri, pivə alanda, baxmayaraq ki, qadağandır, məktəb uşaqlarına çox rahatlıqla verirlər. Çünki bazar iqtisadiyyatında yeganə dəyər puldur. Biznesin heç vaxt şərəfi olmur. Cəmiyyəti məhv etsin, uşaqlara zərər vursun, bütün bunlar veclərinə deyil. Belə yanaşma ilə bir cəmiyyət olaraq gələcəyimizi öz əlimizlə məhv etməyə çalışırıq. Təəssüf ki, bu kimi hallar ictimailəşəndə də media çox da reaksiya vermir”.

Sosioloq deyib ki, sosial şəbəkədə “Araz” marketdə uşaqlar üçün qumar oyunlarının satılması ilə bağlı paylaşımına biganə yanaşılıb: “Şərh yazmaqla kifayətləndilər. Bu cür məsələlər ictimailəşməyəndə belə əməlləri törədənlər kölgədə qalır, cəzalandırılmırlar, heç bir ictimai qınaq olmur, heç dövlət orqanlarına da bu məsələ çatmır. Deməli, bütün problemlər əslində bizim özümüzlə - cəmiyyətlə bağlıdır. Cəmiyyət heç nəyə reaksiya vermirsə, ölü canlar formasında yaşayırsa, heç bir sağlam gələcəkdən söhbət gedə bilməz. İlk növbədə özümüz düzəlməliyik ki, uşaqlarımız da yaxşı olsun. Bizsə düzəlmək əvəzinə, təəssüf ki, daha da korlanırıq”.
Ardını oxu...
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb. Prezident İlham Əliyev tərəfindən Laçında söylənilən tarixi fikirlər:
“Murov dağından Araz çayına qədər sərhəddə əlverişli mövqelərdəyik.”
“Şəhidlərimizin canı, qanı bahasına bu gün bu torpaqlardayıq.”
“Delimitasiya aparılmadan bizi heç kim ittiham edə biməz.”
“Erməni vandalizminin təzahürləri hər bir kənddə, hər bir şəhərdə var.”
“Bu bayraq burada əbədi dalğalanacaq.”
Qarabağ Azərbaycandır!

Etibar Əliyev - millətvəkili
DİA.AZ
Ardını oxu...
Bu məktəb ziyalı yeri deyil. Ziya sözü işıq deməkdir. Uşaq gəlib işıqlı yerdə, yaxşı mühitdə təhsil almalıdır. Gördüyünüz kimi burada o şərait yoxdur.

Bu sözləri Aranlı kəndinin sakinlərindən biri deyir.

İmişli rayon Aranlı kəndinin Yusif Sadatxanov adına 1 saylı orta məktəbi qəzalı vəziyyətdədir.

Məktəb istifadə müddətini çoxdan başa vurub. Pəncərələri sınıq-salxaqdır, divarları uçub-tökülür, döşəmə və tavan çöküb. 1972-ci ildən fəaliiyyət göstərən məktəbin hazırkı vəziyyəti tədris üçün yararlı deyil.

Məktəbdə iki növbəli tədris sistemində 420 şagird təhsil alır.

Aranlı sakinləri deyirlər ki, “Övladlarımız qəzalı vəziyyətdə olan bu məktəb binasında elmin sirlərini öyrənməyə çalışırlar. Məktəbin tavanı uçmaq təhlükəsi ilə üz-üzədir. Qışda yağış-qar suları birbaşa sinif otaqlarına axır. Bu da şagirdlərin təhsil almasına, dərsə davamiyyətinə təsir edir. Odur ki, aidiyyatı qurumların ya məktəbi təmir etməsini, ya da yenidən tikilməsi üçün hərəkətə keçməsini istəyirik”.

Kənd sakini Tofiq Kərimov: “Bu məktəb 1972-ci ildə tikilib. 1980-ci ilə qədər məktəbdə fasilələrlə təmir işləri aparılıb. O vaxtdan sonra məktəbə baxan olmayıb. İndi məktəb bərbad haldadır. Döşəməsi çöküb, pəncərələri sınıqdır. İş o yerə çatıb ki, yağış yağanda sinif otağında gölməçələr yaranır. Şagirdlər oturmağa yer tapmırlar. Tədris ili başlayıb. Uşaqlarımız bu il də təmirsiz məktəbdə oxuyacaqlar. Xahiş edirik məktəbimizin köməyinə çatasınız”.

Kənd sakini Məhəmməd Xammədov: “Məktəblə bağlı giley-güzarımız var. Uşaqlarımız məktəbə gedib oxuya bilmirlər. Əslində müəllimlərdən narazı deyilik, yaxşı dərs keçirlər, siniflər bərbaddır. Özünüz görürsünüz, şüşələr yox, döşəmə yox. Qapılar pis vəziyyətdədir, sinif otaqlarından üfunət iyi gəlir. 5 yaşında uşaq burda xəstəlik tuta bilər. Vəzifəli şəxslərdən məktəbin təmirinə kömək etmələrini xahiş edirik. Uşaqlarımız gələcəyin əsgərləridir. Bu şəraitdə təhsil alan oğul vətəni qorumağa gedəcək”.

Kənd sakini Mədət İmanov: “Məktəb 1972-ci ildən fəaliyyət göstərir. Mən özüm 2-ci sinifə bu məktəbdə başlamışam. Məktəbin görüntüsünə şahid oldunuz, bərbad vəziyyətdədir. Bu məktəb ziyalı yeri deyil. Ziya sözü işıq deməkdir. Uşaq gəlib işıqlı yerdə, yaxşı mühitdə təhsil almalıdır. Gördüyünüz kimi burada o şərait yoxdur. Aidiyyatı qurumlardan kəndimiz üçün yeni məktəb tikilməsini xahiş edirik”.

Məktəbin direktoru Anar Ələkbərov da məsələyə münasibət bildirdi. Məktəbin qəzalı vəziyyətdə olması barədə aidiyyatı qurumlara məlumat verildiyini, yaxın zamanlarda yeni məktəb binasının tikintisinə start veriləcəyini bildirdi.

Anar Ələkbərov: Məktəbin vəziyyəti ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Məktəbin yeni binasının tikintisi 2022-2023-cü ilin fəaliyyət planına salınıb. Regional Təhsil İdarəsinin əməkdaşları məsələyə yerində baxış keçirdilər, 2023-cü ildə yeni məktəb binasının tikiləcəyi barədə söz verdilər. Hələ ki, tədrisimizə köhnə binada davam edəcəyik. Heç bir təmir işləri aparılmayıb. Məktəbdə hazırda 420 şagird təhsil alır.

Biz də öz növbəmizdə Aranlı kənd məktəbinin gələcək taleyi ilə bağlı məlumat almaq üçün Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə üz tutduq. Bizi qurumdan Tədrisin Keyfiyyəti Sektorunun müdiri Mahir Zahidov qarşıladı. Bildirdi ki, Aranlı kəndinin qəzalı məktəbinin yenisi ilə əvəz olunması növbəti ilin tədbirlər planına daxıl olunub.

Rəsmi qurumun sözcüsü: 2019-2023-cü illər üçün regionların iqtisadi inkişafı üzrə dövlət proqramında həmin məktəbin tikintisi nəzərdə tutulub. Buna müvafiq olaraq 2023-cü ildə İmişli rayon təhsil sektoru üzrə Aranlı kənd 1 saylı tam orta məktəbin 528 yerlik binasının tikintisi nəzərdə tutulmuşdur. Şagirdlərimizin müasir tipli məktəbdə təhsil almaları üçün hər çür şərait yaradılacaq. Əlavə olaraq qeyd edim ki, yeni tədris ilində yeni məktəbin tikintisinə qədər məktəbdə olan qəzalı vəziyyəti nəzərə alaraq carı təmir nəzərdə tutulub. Şagirdlərin normal şəraitdə təhsil almaları üçün müəyyən şərait yaradılacaq.

Görünüşə görə Aranlı məktəbliləri növbəti tədris ilini də qəzalı məktəbdə oxumalı olacaqlar. Verilən vədlərə əməl olunacaq, ya yox, bunu da gələcək göstərəcək.

Məsələni diqqətdə saxlamağı özümüzə borc bilirik.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Belediyye.net

Ardını oxu...
DİA.AZ: - Zaqatala rayon Kəpənəkçi kənd məktəbi xarabanı xatırladır.

DİA.AZ fotoqraf Vaqif Muğallının öz "facebook" hesabında paylaşdığı məlumata istinad edərək yazır ki, Kəpənəkçi məktəbi istifadə müddətini çoxdan başa vurub. Buna baxmayaraq Kəpənəkçi məktəbliləri bu məktəbdə təhsil almağa davam edir.

Zaqatala rayonunun bu kənd məktəbinin bərbad vəziyyətini diqqətə çatdırmaq istəyən Vaqif Muğallı öz səhifəsində foto və videolar paylaşaraq belə yazıb: "Bura Azərbaycanın ən gözəl rayonlarından biri olan Zaqatalanın ucqar Kəpənəkçi kəndinin orta məktəbidir. Əgər bura məktəb demək olarsa. Məktəbin girişində yazılmış "Təhsil Millətin Gələcəyidir" cümləsi diqqətimi çəkdi. Millətimizin gələcəyini bu cür şəraitdə yetişdirmək vətənimi, millətimi sevən bir insan olaraq məni çox narahat edir".

Məktəbin vəziyyətindən narahatlığını ifadə edən fotoqraf aidiyyatı quruma üz tutaraq yazısını belə yekunlaşdırıb: "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və bütün aidiyyatı qurumlardan artıq dərəcədə xahiş edirəm millətimizin gələcəyinə biganə qalmayın".

Daha ətraflı aşağıdakı videoda:

BURA TIKLAYIN...
 

Dünyapress TV

Xəbər lenti