Media azadlığına hörmətsizlik cəmiyyətin sabitliyinə mənfi təsir göstərir
“Media azadlığı, bütün digər fundamental azadlıqlar və insan hüquqları kimi, sülhün və uzunmüddətli təhlükəsizliyin təməl blokudur”.

DİA.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Matteo Mecacci ATƏT regionunda media sahəsindəki durumdan danışarkən deyib.

Qeyd edək ki, bu gün Vyanada ATƏT sədrinin Media Azadlığı Üzrə Xüsusi Nümayəndəsinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təşkilatçılığı ilə İnsan Ölçüsü üzrə Əlavə İclası keçirilib.

İclasda çıxış edən DTİHB direktoru Matteo Mecacci daha sonra deyib: “Media azadlığı, bütün digər fundamental azadlıqlar və insan hüquqları kimi, sülhün və uzunmüddətli təhlükəsizliyin təməl blokudur. Media azadlığına hörmətsizlik hər bir fərdin hüquqlarına və nəticədə cəmiyyətlərimizin sabitliyinə mənfi təsir göstərir. Seçkilər zamanı medianın oynadığı kritik rola, eləcə də hüquq müdafiəçilərinin işinə nəzər saldıqda aydın görürük ki, azad və müstəqil media demokratik təsisatlara ümumi etimad üçün həyati əhəmiyyət kəsb edir”.

Dünyapress TV

Xəbər lenti