Ardını oxu...
Vətəndaşın vergiləri və neft gəlirləri hesabına formalaşan dövlət büdcəsi müxtəlif yollarla ayrı-ayrı şəxslərin ciblərinə axıdılır.

Bu yollardan biri də dövlət qurumları üçün ofis sahəsinin icarəyə götürülməsidir. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayrı-ayrı qurumlarının yerləşdiyi binalar özəl mülkiyyətdir. Nazirlik hər il bu ofislər (anbarlar və s.) üçün 10 milyona yaxın icarə haqqı ödəyir.
Bilirəm ki, hər kəs haqlı olaraq soruşacaq: “Bəyəm 10 milyona həmin qurumlar üçün ofis binası tikmək olmaz?”

Əlbəttə olar, amma onda həmin icarə sahiblərinin cibi boş qalacaq.
Ardını oxu...
 
Ardını oxu...
Bakı şəhəri, Binəqədi rayon sakini Əliyeva Aysel İlqar qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə ölkə başçısına müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!

Yazaraq bildirmək istəyirəm ki, Milli Məclisin sabiq deputatı Əsabil Qasımovun qardaşı Vüqar Qasımova məxsus olan "Vialon" MMC tikinti şirkəti bizim haqqımızı qəsb etməkdədir. Belə ki, anam Əliyeva Natiqə Məmmədağa qızı Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsi, dalan 2, ev 2 ünvanında xüsusi mülkiyyət olan daşınmaz əmlak üzərində 2/6 (40.7kv) paya sahibdir. Mərhum babam həmin mülkdə doğulub boya-başa çatmış və yaşamışdır. Lakin bir neçə il öncə yaşayış olmadığına görə, evin bir otağı uçub-dağılıb. Maddi imkanımız yox idi deyə xeyli müddət burada təmir-abadlıq işləri apara bilmədik. Nəhayət, evin bərpası üçün gəldiyimiz zaman bizə məxsus olan otağın bir hissəsində qonşumuz tərəfindən tikinti işləri aparıldığını və təxminən 4-5 kv metr yeri qanunsuz şəkildə özününküləşdirməyə çalışdığının şahidi olduq.

Qanunsuz tikinti ilə bağlı dərhal aidiyyəti qurumlara, o cümlədən də Nəsimi Rayon İcra Hakimiyyətinə məlumat verdik. Lakin şikayətimiz təmin edilmədi. Həmin dövrdə pandemiya ilə əlaqədar olaraq ölkəmizdə müəyyən məhdudiyyətlər tətbiq olunurdu. Eyni zamanda böyük maddi sıxıntılar yaşayırdıq. Məhz ona görə də məhkəməyə müraciət etmək imkanımız olmadı. Ancaq bu cür qanunsuz tikili və ya otağımızın birinin sökülmüş olması bizim pay hüququmuzun olmağına təsir edəcək səbəb deyil.

Cənab Prezident!

Müraciətimin ilk cümləsində qeyd etdiyim kimi, sabiq deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımova məxsus "Vialon" MMC tikinti şirkəti bizi haqq və hüquqlarımızdan məhrum etməyə çalışır. Mərhum babamdan miras qalmış evin ərazisinin onların layihə planına düşdüyünü öyrəndim. Mən də öz növbəmdə dekabr ayında sözügedən şirkətin nümayəndəliyinə yaxınlaşaraq, lazımi sənədləri (çıxarış, texniki pasport) təqdim etdim. "Vialon" MMC-nin nümayəndəsi əvvəlcə bizimlə qanuni alqı-satqı edəcəklərini bildirdi, daha sonra isə müxtəlif bəhanələr gətirməyə başladılar. Mən öz iradımı dilə gətirərək "Ölkə başçısına və aidiyyəti orqanlara sizdən şikayət edəcəyəm", - dedim. Mənə "Mən qanuni çıxarışı saymıram, imkan edib otağı tikərdin. Sən istəsən də, istəməsən də, digər payçılarla razılaşaraq məqsədimizə nail olacağıq, kimə şikayət edə bilirsənsə, et, heç kimdən qorxan yerimiz yoxdur. Onsuz da bizə məğlub olacaqsan", - dedilər.

Bundan sonra tez-tez gedib evimizin hansı vəziyyətdə olduğunu nəzarətdə saxlayırdım. Mart ayında evin digər otağının da dağıdıldığını və dağıntıların isə təmizlənmiş olduğunu gördüm. Söküntü prosesinin kim(lər) tərəfindən həyata keçirildiyini bilmirəm. Araşdırılması üçün sahə müvəkkilinə müraciət etdim. Çünki Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, bəzi yuxarı instansiyalara şikayətlər ünvanlamağa başladım. Hətta Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun da qəbulunda oldum. O, mənə köməklik göstərilməsi üçün rayon İcra Hakimiyyətinin məsul şəxslərinə göstəriş verdi. Şübhəsiz ki, bunun da heç bir faydası olmadı.

Hazırda çarəsiz durumdayam. Bununla yanaşı, dövlətimin ədalətinə və haqqı bərqərar edəcəyinə inanıram. Hansı ki, bir tərəfdə mənim kimi məzlum, kimsəsiz, haqq səsi boğulmağa çalışılan sadə vətəndaş, digər tərəfdə isə sabiq deputat və onun şirkət (lər) sahibi olan qardaşı dayanıb.

Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsində dövləti ali məqsədi, 25-ci maddəsində bərabərlik hüququ anlayışı var. Bu və digər qanunlarımızı rəhbər tutaraq Sizdən çox xahiş edirəm, "Vialon" MMC tikinti şirkətinin özbaşınalıqlarına son qoyasınız, mənim haqqımın bərpa edilməsi və təhlükəsizliyimin təmin edilməsi üçün tapşırıq verəsiniz. Ümidvaram ki, Sizin sayənizdə ədalət öz yerini tapacaqdır”.

Redaksiyadan: Mövzunu araşdıracağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
Ardını oxu...
Prezident İlham Əliyev “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

Fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil ediləcək.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlak Agentliyin balansına verilib.

Nazirlər Kabineti bununla bağlı normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Agentliyin nizamnamə fondunun miqdarının artırılması barədə təkliflərini dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin balansındakı əmlakın Agentliyin balansına verilməsini üç ay müddətində təmin etməli, Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün zəruri tədbirlər görməlidir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin yenidən təşkili, o cümlədən “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin fəaliyyətinə xitam verilməsinin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün tədbirlər görməlidir.
Ardını oxu...
"Səhiyyəmizdən onsuzda əlimizi üzmüşük. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki istər xəstəxanalar olsun, istərsə də digər obyektlərdə hər gün bir dərəbəylik nümunəsi ilə qarşılaşırıq. Az-çox ölkəmizdə qürurla söhbət açdığımız sabitlik qalmışdı, o da əldən gedir". DİA.AZ bildirir ki, bunu öz gileyində tanınmış jurnalist Zülfüqar Xeyirxəbərov ifadə edib.

Daha sonra narazı jurnalist yazır: "Təxminən saat 21:00 radələrində Səbael rayonu, Bibiheybət yolunda (Səbael DYP ilə üzbəüz) fəaliyyət göstərən "Gloria" Aptekə daxil olub 3 ədəd "Teraflyu" aldım. 3 manat çıxdılar. Qiymətini soruşdum, xanım qız cavab verdi ki 1 manat olub. Ötən həftə həmin yerdən eyni dərmanı səhv etmirəmsə 87 qəpiyə almışdım. Nə zaman bahalşdığını soruşdum. Məlum oldu ki, bahalaşan heç bir şey yoxdu, sadəcə müşətiləri loxlayırlar. İradımı bildirdim, dərmanın dəqiq qiymətini soruşdum. Bu dəfə də xanım qız 95 qəpik olduğunu dedi. Kassadakı bəydən bəs nəyə görə hər dərmana görə 1 manat çıxdığını soruşdum, üstümə hücum çəkdilər. 45-50 yaşlarında üst başı sıliqəsiz bir kişi üstümə şığıdı. Küçə söyüşləri ilə təhqir edib ölümlə təhdid etdi. Deyir "yaxşı edirəm, kefim istəyən qiymətə satıram, bas bayıra yoxsa təpənə bir güllə çaxıb meyitini ataram küçəyə". Səhiyyə nazirimizin canına and olsun ki, şişirdib eləmirəm, əlini cibinə salıb belə də dedi. "Bu saat təpənə bir güllə çaxaram".
Ardını oxu...
Ardını oxu...
Həm də maraqlı bilirsiz nədir? Peşəkar dələduzluq. Kartdan 3 manat çıxır, mən çek tələb edəndə 2.85-lik çek verir. Dövlət Vergi Xidməti yaxşı olar ki, apteklərin fəaliyyətini yoxlasın. Əkəsr apteklərdə çek vermirlər, verdikləri də belə saxtakarlıq.
Hörmətli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ümidvaram ki, həmin şəxsin kimliyi araşdırılacaq, o hər kimdirsə aid olduğu yerə gedəcək.
Hadisə barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin qaynar xəttinə xəbər verə bilmədim, çünki qaynar xəttə heç vaxt cavab vermirlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. 8-ci bölməyə dəvət edib ərizəmi aldılar. Nəticəsini gözləyirəm. Ortada silahla təhdid var, ictimai yerdə söyüş-təhqir var, istehlakçı hüququnun tapdanması var, süni qiymət artımı, vergidən yaypınma var. Bunlar sıradan hadisə deyil, ölkəmiizn sabitliyinə, təhlükəsizliyinə ciddi təhdidlərdir. Bunun qarşısı vaxtında alınmalı, günahkarlar mütləq cəzalandırılmalıdır. Yoxsa hər yerindən duran xoşu gəlməyənin təpəsinə bir güllə çaxacaq".
Ardını oxu...
Ardını oxu...
Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
Rahim Sarıyev Saatlının Orta Muğan, Nabatabad və başqa kəndlərində su maşını ilə su satır.

O deyir ki, kəndin kənarında olan şirin su kanallarından suyu maşınına yığıb kənd əhalisinə satır.

"Bir maşın su 14 ton olur və adətən insanlar bir maşın suyu 20 manata alırlar", Rahim Sarıyev deyir.

Daha ətraflı aşağıdakı videoreportajda:

https://www.youtube.com/shorts/YgKqWbnrl3Q

 

Ardını oxu...
DİA.AZ: - "Şikayətim "Mərcan" toyuqlarındandır". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ləman Əhmədova adlı istifadəçi giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır: "Toyuğun paketindən az qala özü boyda buz parçası çıxır çəkini artırmaq üçün. Buz parçası paketin içindən çıxıb yəni aldığım mağazalıq da deyil, sırf Mərcan şirkəti ilə bağlıdır.

Paylaşdım ki hər kəsin xəbəri olsun, bu toyuqlardan almayın".

Ardını oxu...

Qeyd edək ki, L.Əhmədovanın paylaşımı sosial şəbəkədə geniş müzakirə olunub. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərfi də dinləmıəyə hazırıq...
 

Ardını oxu...
DİA.AZ: - “Ən ucuz turbalarla guya su çəkdilər. Onun dalınca gətirib yanlarında şam ağacı əkdilər. Həmin gün də maşınla aralıdan su vurdular. Su gəldi, çəkiliş elədilər, apardılar təhvil təslim elədilər, 1 saat keçmədi, ağacları da çıxarıb özləri ilə apardılar. Çalaları indi də orda qalıb”.

DİA.AZ bildirir ki, Şabran şəhərinin Dəvəçi kəndinə qoyulan su çəninə sakinlər öz aralarında "abidə" deyirlər.

Çünki 7 il əvvəl qoyulan bu çən işləksiz vəziyyətdədir.

"Çəni burda şəkil çəkməyə qoyublar, kəndə su versinlər" deyən kənd sakinləri əslində məmur şomenliyinin, daha dəqiqi korrupsiyanın qurbanı olublar. Hər halda, bu işə dövlət pul ayırıb...

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Azərbaycanın bank sektorunda problemli kreditlər yenidən artmağa başlayıb.

Bu Azərbaycan Mərkəzi Bankının açıqladığı son statistik hesabatdan məlum olur.

Hesabata əsasən, son bir ildə Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0,9 faiz bəndi azalaraq 3 % təşkil edib.

Bununla yanaşı, fevral ayında problemli kreditlərin artımı müşahidə edilib.

Belə ki, 2023-cü ilin yanvarın sonunda problemli kreditlər 584 milyon manat idi, fevralın sonunda isə bu göstərici 22 milyon manat artaraq 606 milyon manata yüksəlib.

Qeyd edək ki, bu gün ölkədə mövcud problemli kreditlərin əsasən biznes, yaxud istehlak kreditlərinə aid olduğu barədə məlumat açıqlanmır.

O da bir faktdır ki, maddi dəstəyə ehtiyacı olan vətəndaşlar istehlak kreditləri üçün banklara üz tutmağa məcbur olurlar. Ancaq bu gün iri həcmli kreditlər üçün banklara müraciət edənlər də var. Problemli kreditləri əsasən kimlər yaradır?

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirdi ki, Mərkəzi Bankın həmin kreditlərin biznes, yaxud istehlak krediti olması ilə bağlı daha dəqiq məlumat verməsi yaxşı olardı:

“Ümumilikdə 22 milyon manat bank sistemi üçün elə də böyük məbləğ deyil, ancaq az da deyil. Ehtimal edirəm ki, bunun əksəriyyəti biznes kreditidir. Birincisi, Azərbaycanda son vaxtlar istehlak krediti o qədər də çox verilmir. Veriləndə də banklar kifayət qədər ehtiyatlıdırlar. Yəni əvvəlki dövrlər kimi vermirlər. Baxırlar ki, vətəndaşın maaşı, pensiyası varmı və asanlıqla da ondan tuta bilsinlər. Biznes kreditləri ilə bağlı da ola bilsin ki, həqiqətən də kredit götürən sahibkarın ödəmə qabiliyyəti yoxdur. Hansısa səbəbdən biznesi uğursuz olub, müflisləşib. Yaxud da sahibkar bilə-bilə vaxtı uzadır. Təəssüf ki, belə halllar da olur”.

Ekspertin sözlərinə görə, problemli biznes kreditləri ilə bağlı da banklar onları məhkəməyə verir:

“Biznes kreditləri ilə bağlı mənfi cəhət odur ki, orada qoyulan bahalı girovlar, böyük obyektlər olur. Onları sonra hərracda satmaq banklar üçün çətin olur. İstehlak kreditləri üçün isə vətəndaşlar ya torpaq, ya mənzilini girov qoyur. Elə də bahalı mənzil olmur. Onu da tapmaq bank üçün elə də problem deyil. Yaxud da vətəndaş kredit götürdükdə, çox zaman girov da qoymur, sadəcə maaşı, pensiyası var, oradan tuturlar. Ancaq böyük həcimdə olan biznes kredirtlərində girovlar olur, banklar təbii ki, əvvəl-axır məhkəmələri udur. Ancaq hərracda əmlakı satmaq çətin olur. Məhz bu səbəbdən Azərbaycanda banklar istehlak krediti verməyə daha çox meyillidirlər. Çünki vətəndaşın öhdəsindən gəlmək daha asandır, nəinki sahibkarın”.
Ardını oxu...
Beynəlxalq qurumlara , məhkəmələrə müraciət etmək yerli qanunvericilik aktları, Azərbaycan Respublikasının Konstitusiyası ilə təminat verilən hüquq olsa da, bilərəkdən bu hüquqdan yararlanmanı , az qala , dövlətə xəyanət kimi qəbul edilməsi də söz qonusudur. Özəlliklə, xüsusi xidmət orqanları Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətləri açıq bildirməsə də , gizli şəkildə yolverilməz sayırlar və bu hüququn qarşısına çeşidli yollarla “hasar çəkirlər”. Bir döyüş dostumuz illərdir məhkəmə qərarı ilə pensiyasının artımına haqq etsə də, hələ də haqqının rəqəmlə hesablanması həyata keçirilmədiyindən çıxılmaz durumda qalıb. Çıxılmazdan çıxmağın yolu Avropa Məhkəməsidir, ona müraciət etməklə isə xüsusi xidmət orqanında işləyən yeznəsinin işdən çıxmasına nədən olmasından çəkinir. Heç nədən çəkinmədən hüququndan yararlanmağı qərara alanların da məktublarının ölkədən çıxışına elə qadağalar qoyulur ki!
05.04.2023-cü ildə Mərkəzi Poçtdan Fransanın Strasburq şəhərində yerləşən Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən 426 qramlıq RR007197007AZ kodlu məktubun 10 gün sonra 14.04.2023-cü ildə “import gömrüyünə təqdim edilməsi” və “import gömrüyündən qaytarılması” bilgisini poçt göndərişlərinin izlənməsi yolu ilə bəlirləyən məktub yiyəsi şoka düşməsin, neyləsin? ! Axı məktubun gömrük nəzarətindən keçirilməsi nəzərdə tutulmayıb? Bəlkə gömrük adına xüsusi xidmət orqanları “dövlət maraqlarının qorunması” amacı ilə məktubu dəyişirlər? “Bəlkə” ehtimalını əminliklə də əvəz etmək olar . Nədən “Azərpoçt”un Avropa Məhkəməsinə göndərilən və sözügedən məhkəmədən daxil olan məktubları it – bata salması normaya çevrilib. Ən “yaxşı” halda, məktubun məzmununu elə hala salırlar ki, ərizəçinin şikayəti qəbuledilənlik şərtlərinə uyğun olmur.
5 il qabaq bu sətirlərin yazarının vəkilinin Avropa Məhkəməsinə göndərdiyi məktub “Azərpoçt”un “radarlarından” yoxa çıxdığından, nə qədər şikayət etsək də, axtarılmasından imtina edildi. Bilirsiniz niyə? Vəkilin özü müraciət etməyib , hüquqlarını qoruduğu müvəkkilinin şikayətinə baxıla bilməz. (?) Belə çıxır, məktubun “itirilməsi” kodla yox, məktubu imzalayanın adı ilə yoxlanılır və hüquqları pozulan şəxsin soruşmaq hüququ da yoxdur?
Bəs buna , görəsən , “Azərpoçt” nə deyir? Bəyəm məktub gömrükdən keçməlidir? Harada yazılıb? Malın , məktubun yiyəsinin iştirakı olmadan “müayinədən keçirilməsi” yolverilməz deyilmi? Əlbəttə, biz texniki vasitələrlə vizual müayinəni nəzərdə tutmuruq.Onu da elə poçt özü yola salanda yoxlayır.
Məktubun açılması isə ciddi hüquq və qanun pozuntusudur. Avropa Məhkəməsi iştirakçı dövləti buna görə cərimə edə bilər. Əlbəttə, şikayəti alsa və əlbəttə, istəsə. .
Hələ ki, şikayətin Avropa İnsan Hüquqları Məhkəməsinə çatması haqqında bilgi yoxdur. İmport gömrüyündən qaytarılması bildirilir. ..”Eksport gömrüyü”ndən keçə bilər, görən?
Məğrur Bədəlsoy
Ardını oxu...
 
 
 
Ardını oxu...
Babək prospektində yerləşən maşın bazarının rəhbərliyi sahibkara 100 min manata yaxın zərər vurub.

DİA.AZ bildirir ki, bu iddia ilə Yenicag.az-a şikayətçi Ümidli Ümid Firudin oğlu müraciət edib.

Şikayətçinin sözlərinə görə, 10 il maşın bazarında işləyib, həmin müddətdə onlara heç bir ödənişə görə sənəd verilməyib:

“Bazar rəhbərliyi hər ay məndən 2175 AZN arenda pulu alırdı. Ancaq rəsmi ödəniş olaraq dövlətə 225 manat göstərilib. Bazar rəhbərliyi hər ay sahibkarlardan 1900 manatdan çox pul alıb, vergi orqanlarından da o qədər pul almasını gizlədib. Bir sahibkar var, ona 225 manat ödəniş edildiyi barədə qəbz veriblər. Yeri gəlmişkən, həmin şəxs də bazar rəhbərliyindən şikayətçidir.

Vergi məndən 270 manat rüsum alırdı. 2 mağazam var idi. Ancaq bir qapısı olduğu üçün elə bir kassa ilə 2 mağazaya görə vergi verirdim. Onun da qəbzini vermirdilər. Pandemiya vaxtı prezidentin sərəncamı ilə sahibkarlara dəstək edilirdi. 270 manat vergi verirdim, ancaq mənə 2 dəfə olmaqla hər dəfəsində 330 manat pul verildi. Bazarda camaat narazılıq edəndən sonra vergini 120 manata endirdilər. Sonra vergini 140 manata qadırdılar. Maraqlanmışam, indi vergi 165 manatdır. O bazarda heç bir ödənişə görə qəbz verilməyib.

Bazar Rasim Salmanova məxsusdur. Pandemiya vaxtı bazar 20 gün bağlı olsa da, bazar rəhbərliyi tərəfindən həmin günlərin də pulunu sahibkarlardan aldılar”.

Ümidli Ümid bildirib ki, onun və onun kimi bir neçə sahibkarın tələbi bazar rəhbərliyinin 10 il müddətində onları aldadıb 100 min manata yaxın vurduğu ziyanı qaytarmasıdır:

“Bununla bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə şiakyət etmişəm. Cavab gəlir ki, gələcəkdə yoxlama aparılar, əgər dediyiniz faktlar təsdiqini taparsa, sizinlə əlaqə saxlayarıq. Bazardan şikayətçi olan sahibkarlar var. Şikayətçilərdən birində faktiki aylıq ödənişin qəbzi var.

Bizə kassa gətirib qoyulmuşdu. Gündəlik satış kassaya vurulmalıdır. Bazar rəhbərliyi isə bizə tapşırıq qoyurdu ki, maksimum 20-30 manat kassaya pul vurulsun. Bütün qurumların bundan xəbəri var. Məsələ ilə bağlı qurumlara müraciət edəndə hamısı mənimlə Rasim Salmanovun vəkili kimi danışır. Yəqin ki, hamısının hesabını çatdırır.

Bazarla sahibkarlar arasındakı müqavilə həmişə boş kağız olurdu. Biz də boş kağızı imzalayırdıq. Buna etiraz edəndə də deyirdilər ki, rəhbərliyin vaxtı yoxdur, özü oxuyub imzalayacaq. Yazdığım ərizələrə əsasən cəmi bir nəfərdən, bazarın səlahiyyətli nümayəndəsi olan Marif adlı şəxsdən izahat alınır. O, yazır ki, Ümid səhv deyir, buna qane olurlar. Rasim Salmanov həm bizi aldadıb, həm də bizdən aldığı pulları dövlətdən gizlədib”.

Ümid Ümidli bildirib ki, onun istəyi məsələnin araşdırılması, sahibkarlara və dövlətə dəyən zərərin ortaya çıxarılmasıdır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Dünyapress TV

Xəbər lenti