Ardını oxu...
"Biz Ağdam rayonunun Əhmədağalı kəndində pambıqçılıq təsərrüfatı ilə məşğul oluruq. Əvvəlcədən "MKT İstehsalat Kommersiya” MMC Ağdam filialı və "Aqrar sığorta” şirkəti ilə müqaviləmiz olub. Bu şirkətlə müqavilə bağlayaraq, pambıq sahələrimizi sığortalamışıq. Ötən il "Aqrar sığorta” şirkəti ilə təminat altına alınan pambıq sahəmizi dolu vurduğu üçün ciddi zərərə məruz qaldıq. Ona görə də müqavilənin şərtlərinə uyğun olaraq, bizə dəyən maddi zərər "Aqrar sığorta” şirkəti tərəfindən ödənilməli idi. Lakin dəymiş ziyanla bağlı düzgün qiymətləndirmə aparmayan "Aqrar sığorta” şirkəti müqavilənin şərtlərinə əməl etmir”.

Bunları Ağdam rayon Əhmədağalı kənd sakinləri Məmmədov Rizvan Əfqan oğlu, Məmmədov Əfqan Mövsüm oğlu, Əliyev Niyazi Çərkəz oğlu və Salahova Zabilə Hidayət qızı "AzPolitika.info”-ya ünvanladıqları şikayətdə bildiriblər.

Fermerlər problemlə bağlı dəfələrlə "MKT İstehsalat Kommersiya” MMC-yə və "Aqrar sığorta” şirkətinə müraciət etsələr də, bütün bunların heç bir nəticəsi olmayıb. Hələ dekabr ayında ödənilməli olan ziyan bu günə qədər ödənməyib. Bu da azmış kimi, ziyanın həcmi dəfələrlə kiçildilib, ziyan dəymiş sahələrə isə guya şirkətin ekspertləri baxış keçiriblər.

Ancaq nə işdirsə, sahibkarların bundan xəbəri olmayıb: "Əvvəlcə haqlarımızın ödəniləcəyi bildirilsə də, bu, baş vermədi. Biz sahələrimizin batmaması üçün əlavə xərc çəkərək, məhsul istehsalını davam etdirmişik. Bundan sonra bizə bildiriblər ki, "zərər ödənişi almaq istəyirdinizsə, məhsul becərməzdiniz”. Maraqlıdır ki, zavoda borcu olanlar və məhsul becərməyənlərə zərər ödənişi olunub, bizə isə yox”.

Burada söhbət ondan gedir ki, məhsulu qəbul edən "MKT İstehsalat Kommersiya” MMC-yə borclu qalan sahibkarlara sığorta haqları asanlıqla və tezliklə hesablanaraq ödənilir ki, həmin vəsaitin hesabına onların zavoda olan borcu bağlansın. Zavoda borcu olmayan və öz işlərini dürüst həyata keçirən, heç kimlə "anlaşmaya” getməyən fermerlər isə göründüyü kimi, kənarda qalır, incidilir, süründürməçiliyə məruz qoyulur və dəymiş ziyanları ödənilmir. Baxmayaraq ki, onlardan pambığın batmaması üçün əlavə xərc çəkmələri xahiş olunub. Fermerlər də bu xərcləri çəkiblər. İndi isə bu adamlara deyilir ki, gərək xərc çəkməyəydiniz, biz həmin məbləğləri ödəməyəcəyik.

Həmçinin, aqrar ekspertlər fermerlər Əfqan Məmmədov və Rizvan Məmmədovdan xəbərsiz onların təsərrüfat sahəsinə guya baxış keçiriblər: "Aqrar ekspertlər sahəyə baxış keçirərək, bizdən xəbərsiz qiymətləndirmə aparıblar. Niyə? Nədən bizim göstəricilərimizə məhəl qoyulmayıb? Belə olan halda hansı düzgünlükdən söhbət gedə bilər? Onların qiymətləndirməsi qətiyyən bizə dəyən real ziyana uyğun deyil”.

Şikayətçilər problemin düzgün araşdırılmasını və onlara dəymiş ziyanın ödənilmisəni tələb edirlər.

Bu problem barədə MKT sədri Amil Rəşidov "AzPolitika.info”-ya bildirib ki, sözügedən ərazi üzrə bütün pambıq təsərrüfatları "Aqrar sığorta” şirkəti tərəfindən sığortalanıb: "Sığorta şirkəti ziyan dəymiş ərazidə monitorinq apararaq, qiymətləndirmə hazırlayır. Həmin qiymətləndirmə məbləği və ekspertlərin monitorinqi "Aqror sığorta” şirkəti tərəfindən müəyyən edilir. Burada bəzi fermerlər müəyyən olunan sığorta məbləği ilə razılaşmırlar. Yəni, problem "Aqrar sığorta” şirkəti ilə fermerlər arasındadır”.

"Aqrar sığorta” şirkətinin hadisələrin tənzimlənməsi şöbəsinin əməkdaşı Samid Ağayev isə bildirdi ki, adıçəkilən şəxslərin sığorta ödənişləri ayrılıb və istədikləri vaxt razılıq ərizəsi təqdim etməklə bu məbləğləri ala bilərlər: "Müstəqil ekspert əraziyə baxış keçirib və fermerə dəymiş ziyanı müəyyən edib. Dəymiş ziyan əsasında da ödənişlər icra olunur. Fermerlər razılıq ərizələrini verdikləri vaxt bu ödənişlər olunacaq”.

"Ekspertlər qiymətləndirmənin düzgün aparılmasıyla bağlı məsuliyyət daşıyırlar. Əgər fermerlərin qiymətləndirmə ilə bağlı narazılıqları varsa, məhkəməyə müraciət edə bilərlər”, - deyə şirkət rəsmisi bidirib.

Yəni, belə çıxır ki, fermer hansısa məmurun, ekspertin öz işini vicdanla yerinə yetirməməsi, hansısa maraqlar xatirinə fermerlər arasında ayrıseçkiliyə yol verməsi ucbatından öz halal haqqını ala bilmədiyi üçün işini-gücünü atıb bir də məhkəmələrdə sürünməli, vaxt itirməlidir.

"Aqrar sığorta”-dan verilən açıqlamadan həm də belə nəticəyə gəlmək olar ki, süründürməçiliyə və bürokratik əngəllərə əsaslanan şirkət, bu cür maneələrlə fermerlərə dəymiş ziyanın məbləğini mümkün qədər kiçiltməyə çalışır. Bu isə qətiyyən ölkədə kənd təsərrüfatının inkişafına və fermerlərin dövlət orqanlarına güvənməsinə, etibarına müsbət təsir göstərmir...
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Türkiyənin aparıcı elektron ticarət platformalarından biri olan "Trendyol” "Paşa Holdinq” ilə müqavilə bağlayıb.

Yeniavaz.com xəbər verir ki, müqaviləyə əsasən, tərəflər Azərbaycanda birgə elektron ticarət xidmətləri göstərəcək.
Məlumat üçün bildirək ki, hazırda Türkiyənin ən böyük elektron ticarət platforması olan "Trendyol” 2010-cu ildə Demet Mutlu tərəfindən 300 min dollar sərmayə ilə qurulub.

"Trendyol”un qurucusu olan Demet Mutlu 22 avqust 1981-ci ildə Nyu Yorkda anadan olub. Demet Mutlu orta təhsilini Fransız liseyində alıb. Daha sonra Nyu York Universitetinin İqtisadiyyat fakültəsindən məzun olub. Bir müddət İsveçrə, Yaponiya, ABŞ və Türkiyədə maliyyə, marketinq və biznesin inkişafı sahələrində çalışan Mutlu daha sonra Harvard Universitetində magistr təhsilinə başlayıb. Türkiyəyə səfəri zamanı e-ticarətdə, xüsusilə də geyim sahəsində boşluq olduğunu görən Demet Mutlu təhsilinin ikinci ilində "Trendyol”u qurmaq üçün Harvard Universitetindən ayrılıb və Türkiyəyə gəlib.

Hazırda Türkiyədə və Avropanın 27 ölkəsində elektron ticarət platformasına sahib olan "Trendyol”un əsas səhmdarı dünyanın ən böyük elektron ticarət platformalarından birinə sahib olan Çinin "Alibaba Qrup” şirkətinə məxsusdur.

Dünya üzrə 260 minə yaxın işçisi olan "Alibaba Qrup”un 2022-ci ildə 7,5 milyard dollara yaxın xalis mənfəət əldə etdiyi bildirilir.
"Alibaba Qrup” şirkəti 2018-ci ildə 728 milyon dollar ödəyərək "Trendyol”un 75%-nə sahib olub. 3 ildən sonra "Alibaba Qrup” daha 350 milyon dollar sərmayə qoyaraq "Trendyol”dakı payını 86,5%-ə çatdırıb.

"Trendyol”un qurucusu olan Demet Mutlunun şirkətdəki payı 6,96%-ə düşüb. Bundan başqa şirkətin 5,55%-i Demet Mutlunun keçmiş həyat yoldaşı Evren Üçoka, 0,78%-i Begüm Tekinə, 0,21%-i isə Zeki Güçlü Kayaya məxsusdur.

Onu da bildirək ki, "Trendyol”un 1%-lik hissəsinə sahib olmaq təxminən 150 milyon dollara sahib olmaq deməkdir.
 

 

Ardını oxu...

DogruXeber.az: - “Məhəbbət Vəliyevanın təhsillə bağlı digər bir təşkilatı da mövcuddur. Həmin təşkilata isə çox böyük vəsaitlər ayrılır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, təhsil üzrə ekspert Etibar Əliyev deyib.

O, təhsil nazirinin sabiq müavini Məhəbbət Əliyevanın yaratdığı “Savad Mərkəzi MMC” barəsində öz fikirlərini bölüşüb.

E. Əliyevin fikrincə, M. Vəliyeva və komandası yalnız təhsilin inkişafına dəstək vermək missiyasını üzərinə götürməyib:

“Əslində, onlar bunu etmək imkanlarına da malik deyirlər. Lakin Məhəbbət Vəliyevanın təşkilatı orta məktəblərdə böyük narazılıqlar yaratmışdı. Onlar orta məktəb müəllimlərini axşam saat 5-dən sonra məcburi təlimlərə cəlb edirdilər. Bu da müəllimlər arasında narazılığa səbəb olmuşdu. Çünki müəllimlərimizin əksəriyyəti qadınlardır və onlar həm ev işləri, həm də uşaqlarının dərsləri ilə də məşğul olmalıdırlar.

Çox maraqlıdır, bunu kim dəstəkləyir? Mən bilmirəm, amma saat 5-dən sonra həmin təlimləri mütəşəkkil şəkildə keçirirdilər”.

Deputat xatırladıb ki, M. Vəliyeva bundan öncə Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri, o cümlədən təhsil nazirin müavini vəzifəsində çalışıb:

“Onun Azərbaycan təhsilinin geriləməsində rolu çox böyükdür. Açıq-aşkar ona aid olan Bakı şəhərində 30-40 məktəb direktoru var ki, əksəriyyəti də qohumu və rəfiqələrdir. Onların əksəriyyətini özü direktor təyin etmişdi. Həmin adamlar Məhəbbət Vəliyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə edib məktəblərdə istənilən özbaşınalıq və haqsızlıq törədiblər”.

Müsahibimiz düşünür ki, əgər keçmiş nazir müavini “Savad Mərkəzi" MMC adlı bir təşkilatı yaradıbsa, deməli, böyük layihələr nəzərdə tutulur:

“Fikrimcə, Elm və Təhsil Nazirliyi bu təşkilata vəsait ayırmaqdansa, Azərbaycanın bölgələrində durumu pis olan məktəblərin maddi-texniki bazasını yaxşılaşdırmalı, əlavə sinif otaqları tikib istifadəyə verməlidir. Məncə, bu vəsaitləri Məhəbbət Vəliyevanın təşkilatına yönləndirməkdənsə, sadaladığım məsələlərin həlli daha böyük önəm kəsb edir”.

E. Əliyev təklif edib: “Hazırda Məhəbbət Vəliyevanın məktəb direktorları ilə əlaqələri var. Hətta bəzi məlumatlara görə, onun yanında toplaşıblar. Hesab edirəm ki, yaratdığı təşkilat təhsilə heç bir töhfə verə bilməz və nazirlik belə təşkilatlara vəsait ayırmasa, daha yaxşı olar”.
Ardını oxu...
 
 


Xaçmaz rayonunda fermerlərin və yaz əkini aparan kəndlilərin suvarma problemi son günlər daha ciddi şəkil alıb.

 

Onların min-bir əziyyət və xərc hesabına etdikləri əkin sahələri susuzluqdan bağa yox, daşa dönüb.

Bizim.Media-ya bu barədə Xaçmazın Xudat şəhər sakini Tərlan Adıgözəlov açıqlama verib.

Onun sözlərinə görə, Xudat şəhərinin 3-cü şöbə adlanan ərazisində 2 hektar 20 sot sahədə İtaliyadan və Fransadan gətirilən qarğıdalı sortları əkib.

T. Adıgözəlov, 3 min manat xərç cəkdiyi qarğıdalı sahəsinin indi susuzluqdan çox yararsız hala düşdüyünü deyir:

"İndiyədək iki dəfə suvarılmalı olan sahənin torpağı su görmədiyindən cadar-cadar olub. Suvarma suyunun olmamasından tək o yox, bütün əkin aparan sakinlər əziyyət çəkirlər. Bu problemə rəsmilərdən düz-əməlli cavab da ala bilmirik".

Xaçmaz rayon suvarma sistemləri idarəsinin rəisi Kamil Əliyev sözügedən problemə münasibət bildirib.

O, sözügedən faktı təsdiqləyərək, Xaçmaz rayonundakı suvarma suyu probleminin hökümət səviyyəsində bütün rəsmilərin xəbərdar olduğunu qeyd edib:

"Bu il yağıntının az olması kanal və çaylarda su qıtlığı yaradıb. Hazırda Samur-Abşeron kanalına saniyədə 1800 litr su verilir ki, bununla paytaxta gedən Taxtakörpü-Abşeron kanalına suyun verilməsi təmin edilir. Şimal bölgəsi rayonlarını suvarma ilə təmin edən Xanarx kanalına suyun verilməsi hələ reallaşmayıb, bu istiqamətdə işlər aparılır", - deyən K.Əliyev problemin həlli istiqamətində aidiyyəti və yerli qurumlarla işlərin davamlı şəkildə aparıldığını qeyd edib.

 

XalqXeber.Az
Ardını oxu...
Hələ aylar öncə hakimiyyətin ədliyyə orqanlarında ciddi kadr islahatlarına başlayacağı bildirilirdi. İslahatlar çərçivəsində böyük fiqurların öz işlərini itirəcəyi deyilirdi. Siyahının başında Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun adı var imiş.


Xatırlayırsızsa mətbuatda Baş prokuror Kamran Əliyevin müvafiq əmri ilə Bakı Şəhər prokuroru vəzifəsindən azad edilən İlqar Abbasov Penitensiar Xidmətin rəisi vəzifəsinə gətiriləcəyi barədə məlumat yayılırdı. Bildirilirdi ki, onun həmin vəzifəyə təyinatı ölkənin oliqarx-məmurlarından birinin ciddi dəstəyi ilə həyata keçiriləcək. İlqar Abbasovun Bakı şəhər prokuroru vəzifəsinə təyinatının gerçəkləşməsində də həmin məmurun müstəsna rolu olub. Hətta sosial şəbəkələrdə artıq İlqar Abbasov bunun üçün 150 milyon pul verdiyi də deyilirdi. Məbləğ kimlər üçünsə fantastik ola bilər. Ancaq uzun illər müxtəlif mühüm vəzifələrdə işləyən biri üçün 150 milyon heç də böyük məbləğ hesab olunmur.

7GÜN TV-nin etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, vəzifəsini itirəcəyindən ciddi narahat olan Ceyhun Həsənov dərhal havadarları vasitəsilə hərəkətə keçərək, öz vəzifəsində qalması üçün tələm-tələsik 200 milyon manat verdi. Beləliklə İlqar Abbasovun Prezident Xidmətin rəisi olması gerçəkləşmədi.

Penitensiar Xidmətin rəisi vəzifəsi uğrunda mübarizə hələ davam edir. Ən şanslı namizədlər sırasında Penitensiar Xidmətin rəis müavinləri- Oktay Əliyevin, Orxan Qasımovun və digər vəzifəli şəxslərin adları vardır. Bəs görəsən bu post uğrunda dəridən-qabıqdan çıxanlar kimlərdir?

İlqar Abbasovun Penitensiar Xidmətin rəisi olmaq istəməsi Ceyhun Həsənovun xoşuna gəlməyib. Buna görə də onların arasında möhkəm narazılığın olduğu deyilir. Hətta məclislərin birində onlar bir-birinə əl-qol da atıblar.

Bundan sonra İlqar Abbasov Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edildi.

Bu arada qeyd edək ki, Ədliyyə Naziri Fikrət Məmmədovla Penitensiar Xidmətin rəisi Ceyhun Həsənovun münasibətləri kəskin pisləşdiyi iddia edilir. Deyilənlərə inansaq, iclaslarının birində Fikrət Məmmədov Ceyhun Həsənovun çıxışlarındakı yersiz replikalara cavab olaraq deyib ki, məni məcbur eləmə səni burdan iti qovan kimi qovum. Bundan sonra tərəflər arasında münasibətlərin gərgin olaraq qaldığı bildirilir.

Qeyd edək ki, Penitensiar Xidmətin rəisi vəzifəsi üçün 200 milyon elə də böyük məbləğ hesab olunmur. Penitensiar Xidmətdəki mənbələrdən əldə etdiyimiz məlumata görə Ceyhun Həsənov həmin məbləği 5-6 ay ərzində toplaya bildi. Sual oluna bilər ki, bu qədər böyük vəsaiti qısa müddətdə necə yığmaq olar? Bu və digər suallara növbəti yazılarımızda ətraflı cavab verəcəyik.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
XalqXeber.Az
Ardını oxu...
Sabirabadda şəhid Milli Qəhrəman Murad Mirzəyevin büstünün, həmçinin Vətən Şəhidləri adlı abidənin və bulağın açılışı olub. TEREF.AZ Demokrat.az-a istinadla xəbər verir ki, Murad Mirzəyevin doğulub boya-başa çatdığı Muğan Gəncəli kəndində keçirilən tədbirdə Müdafiə Nazirliyinin, Milli Məclisin, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, veteran və qazilər, məktəblilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi sükutla anılıb.

Milli Qəhrəman Murad Mirzəyevin atası Telam Mirzəyevin və övladının iştirakı ilə büstün açılışı olub.

Həmçinin şəhid anaları Vətən Şəhidləri adlı abidənin açılışını edib.

Çıxışlar zamanı hərb tariximizə şanlı hərflərlə yazılan Aprel zəfərindən söhbət açılıb.

Diqqətə çatdırılıb ki, 44 günlük Zəfər yürüşü zamanı əldə olunan parlaq Qələbənin təməli məhz Aprel döyüşlərində qoyulub.

Mərasimdə çıxış edən şəhid Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev deyib ki, oğlunun Vətənə olan xidməti və şəhidlik məqamı məhz ondan sonra gələn nəsillər üçün əsl vətənpərvərlik məktəbi olub:

"Muradı özünə ideal seçən gənclərimiz 44 günlük Zəfər yürüşündə Vətənin müdafiəsinə qalxaraq qələbənin əldə olunmasında şücaət göstərdilər. Vətən uğrunda canını fəda edən şəhidlər əbədi olaraq qəlblərdə yaşayacaq".

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov isə çıxışında bildirib ki, Aprel zəfərində düşmənə sarsıdıcı zərbələrin vurulmasında Milli Qəhrəman Murad Mirzəyevin misilsiz xidmətləri olub:

"Məhz onun tabeçiliyində olan xüsusi təyinatlı bölmə düşmən təxribatının qarşısının alınmasında və işğalda olan torpaqlarımızın bir qisminin azad olunmasında xüsusi şücaət göstərib. Murad Mirzəyev və tabeçiliyində olan hərbçilər son damla qanına qədər döyüşərək, azad edilən torpaqların müdafiəsində dayanıb. Canlarını Vətənə fəda edərək Aprel zəfərinin qazanılmasını təmin ediblər".

Tədbirdə çıxış edən Milli Qəhrəman Murad Mirzəyevin hərbçi yoldaşları isə onun vətənpərvərliyindən, peşəkar hərbçi və əfsanəvi xüsusi təyinatlı olduğundan danışıblar. Bildiriblər ki, Murad Mirzəyev hər zaman döyüşə öndə gedənlər sırasında yer alıb, son damla qanına qədər döyüşərək Vətəni uğrunda canını fəda edib.

Tədbirin sonunda məktəblilərin ifasında şerlər səsləndirilib.

Qeyd edək ki, sözügedən açılış mərasiminə Sabirabad Rayon İcra Hakimiyətinin başçısı Siraqəddin Cabbarov və rayon rəhbərliyi dəvət olunsa da, ancaq onlardan heç biri tədbirə qatılmayıb. Mərasim iştirakçıları icra başçısının bu cür laqeyd hərəkətini pisləyiblər.
 
Ardını oxu...
Azərbaycanın gənclər və idman naziri Fərid Qayibovun Formula 1 yarışlarının daha 3 il uzadılmasına dair sosial şəbəkədə yazdığı status əks reaksiyaya səbəb olub.

TEREF.AZ-ın gununsesi.info-ya istinadən xəbərinə görə, nazirin “Formula 1 ilə tərəfdaşlığımızı növbəti üç il ərzində uzatmaqdan məmnunam” paylaşımına yüzlərlə sosial şəbəkə istifadəçisi sərt reaksiya verib.

Xüsusilə, Bakıda yollların durumuna diqqət çəkən insanlar bu yarışların sadə insanlara problem və əsəb yaşatdığını bildirib.

Həmçinin, müharibədən çıxan Azərbaycanda qazilərin ciddi sosial təminata ehtiyacı olduğunu yazanlar ölkə büdcəsindən on milyonlarla vəsaitin bu məqsədlə xərclənməsini tənqid edib.

Qeyd edək ki, nazirin paylaşımına yazılan tənqidi rəylərin çoxu sonradan silinib.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Şəkinin Bolludərə kənd sakinləri içməli su problemi yaşadıqlarını deyirlər.

Sakinlərin Meydan TV-yə bildirdiyinə görə, xüsusuilə yaz-yay aylarında su üzünə həsrət qalırlar.

Hazırda Bolludərə kəndində 130 ev var və orada 500 nəfərdən artıq sakin yaşayır.

1992-ci ilədək kəndin su tələbatı Əlicançaydan götürülərək xüsusi nasoslarla anbarlara vurularaq Bolludərə və Qaratorpaq kəndlərinə paylanılırdı.

Sakinlər bildiriblər ki, sonradan həmin nasoslar sıradan çıxıb və 8,5 km məsafədə yerləşən Sarıca kəndindən başqa nasoslarla bu yaşayış məntəqəsinə su vurulmağa başlanılıb.

Daha sonra həmin boru da tutularaq yararsız vəziyyətə düşdüyündən, sakinlər kənddən xeyli aralıda xüsusi avadanlıqlar vasitəsi ilə su mənbəyi yaratmalı olublar.

Bolludərə camaatı suya olan ehtiyacı ödəmək üçün sudaşıyan xüsusi maşınlardan istifadə edir. Suyun azlığı isə onların günlərlə növbə gözləməsinə səbəb olur.

"Kəndin su tələbatı bu maşınlarla ödənilir. Su çox azdır, demək olar ki, yox dərəcəsindədir. Saatlarla burada növbə gözləyirik. Gecə saat 4-də maşını burada saxlayıb, səhər saat 10-11-də su götürə bilirik. Bəzən də növbə günlərlə uzanır”, – şikayətçilər deyir.

Yaranmış vəziyyətlə əlaqədar, demək olar ki, hazırda bu kənddəki əksər sakinlərin su daşımaq üçün maşını var. Bu cür nəqliyyat vasitəsi olmayanlar isə suyu pulla almalı olurlar.

Ona görə də 3.6 ton suya 15-20 manat ödəmək məcburiyyətindədirlər.

Dediklərinə görə, bu su onların ehtiyacını ancaq 2-3 gün qarşılaya bilir.

Qonşu Qaratorpaq kəndinin sakini Rasim Həsən isə Meydan TV-yə deyib ki, 2010-cu ildə Yaponiya səfirliyi tərəfindən Qaratorpaq və Bolludərə kəndlərinə içməli su çəkilməsi üçün maliyyə ayrılsa da, vəsait təyinatı üzrə xərclənməyib: "Yaponiya səfirliyi köhnə borularun, su nasosunun və anbarının yenilənməsi üçün maliyyə ayırdı. Şəkinin icra başçısı Elxan Usubovun tapşırığı ilə köhnə su anbarının və boruların üstünü boyadılar. Tıxandığı üçün də müəyyən məsafədən gözlə görünməyəcək yerdən borunun önünü kəsib, suyu sahəyə axacaq şəkildə müvəqqəti bir su nasosu qoyublar. Sonra da iki-üç kənddən camaatı toplayıb, açılış etdilər. Ayrılan pullar da elə getdi. Nəticə etibarilə Bolludərə və Qaratorpaq kəndlərinə gəlməli olan su borusu altı ildir Qaratorpaq kəndinin kənarında açıq vəziyyətdə yerə axır”.

"Bir neçə il sonra "Azərsu” Şəki Su Kanal İdarəsinə kəndimizə su çəkilməsi üçün vəsait ayırdı. "Azərsu”nun mühəndisləri Oğuz rayonuna su çəkəndə, Qaratorpaq və Bolludərə kəndlərini də həmin xəttə calamışd. Lakin Elxan ona da göz tikib pulları mənimsədi. Nəticədə evlərə gəlməli olan günlük 500 tondan çox su yerə axır. Bolludərə kəndinin camaatı da susuzluqdan əziyyət çəkir. 2015-ci ildən bəri iş yarımçıq qalıb. Boruları bura qədər gətirib, yarımçıq saxlayıblar”, – deyə o bildirib.

Meydan TV Şəki Rayon İcra Hakimiyyətindən şikayətlə bağlı mövqe öyrənməyə çalışıb.

İcra başçısının köməkçisi Aqil Allahverdiyev əvvəlcə deyib ki, bu məsələ ilə bağlı "Azərsu” ilə əlaqə saxlamaq lazımdır.

Daha sonra isə bildirib ki, aidiyyəti şöbədə məsələ ilə bağlı araşdırma gedir. Ancaq araşdırmanın detalları barədə danışmaq istməyib.

"Azərsu” ASC-nin saytında isə bildirilir ki, 2013-cü ildə Oğuz rayonunun Böyük Söyüdlü kəndindən yaxınlıqdakı Qaratorpaq kəndinə su xətti çəkilib.

Məlumatda layihənin davamı olaraq növbəti mərhələdə rayonun Bolludərə kəndinə polietilen borularla 7 km uzunluğunda magistral su xətti çəkilməsi nəzərdə tutulduğu bildirilib.

Ancaq buna baxmayaraq, Meydan TV layihənin aqibəti ilə əlaqədar qurumdan mövqe öyrənə bilməyib.

Yaponiya səfirliyindən 2010-cu ildə layihəni gerçəkləşdirdiklərini təsdiqləyiblər. 
//Meydan//
 
Ardını oxu...
Qubadlı rayon İcra Hakimiyyəti sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, İcra Hakimiyyətinin "Abadlaşdırma xidməti işləri" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 248.065 manat, qalibi isə "KRAL TƏMİR TİKİNTİ” (VÖEN: 1501588001) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

"Kral Təmir Tikinti" MMC Qubadlı rayon İcra Hakimiyyətinə yad təşkilat deyil.

Belə ki, "Kral Təmir Tikinti" MMC bir neçə ildir ki, "abadlıq" və "yaşıllaşdırma" lotları üzrə Qubadlı rayon İcra Hakimiyyətinin tenderlərində qalib edilir.

İcra Hakimiyyəti ilə "Kral Təmir Tikinti" MMC arasında bağlanan tender müqavilələri:

1. "Abadlaşma" lotu üzrə 2020-ci ilin aprel ayının 24-də 109.197 manat;

2. "Abadlaşdırma və yaşıllıqların mühafizəsi" lotu üzrə 2020-ci ilin oktyabr ayının 6-da 182.333 manat;

3. "Yaşıllaşdırma" lotu üzrə 2021-ci ilin oktyabr ayının 29-da 68.024 manat satınalma müqaviləsi imzalanıb.

İcra Hakimiyyəti ilə "Kral Təmir Tikinti" MMC arasında imzalanan tender müqavilələrinin ümumi məbləği 607.619 manat təşkil edib.

Açıq internet resurslarında "Kral Təmir Tikinti" MMC-nin fəaliyyət profili barədə heç bir məlumata rast gəlinmir.

Tender müqaviləsinin şərtlərinə görə MMC 17.255 m(2) 3 sm qalınlığında xırda dənəvər asvaltbeton qatının örtüyü, 806 poqonmetr beton özüllü beton bort daşların düzülməsi, 17.255 m(2) qalınlığı 4 sm olan iri dənəvər asvalt beton qatı və 5.930 m(2) asvaltaltı dağılmış 10 sm qalınlığında qum- çınqıl qatının hazırlanması işlərini həyata keçirəcək.

Lakin on manat nizamnamə kapitalı olan şirkətin hansı texniki təchizat və mütəxəssislərlə Qubadlı rayon İcra Hakimiyyətinin sifarişçi olduğu tender üzrə işləri yerinə yetirəcəyi də xeyli şübhələr yaradır.

Burada daha ilginc məqam isə Qubadlı rayon İcra Hakimiyyəti ilə "Kral Təmir Tikinti" MMC arasında bağlanan son satınalma müqaviləsi "Dövlət Satınalmaları haqqında” Qanununun 6.2.5-ci maddsinə zidd olmasıdır.

Belə ki, "Dövlət Satınalmaları haqqında” Qanununun 6.2.5-ci maddsinə görə Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəlikləri olan təşkilatların dövlət satınalamalarında iştirakına yol verilmir.

"Kral Təmir Tikinti" MMC-nin isə hazırda dövlətə 7.921 manat vergi borcu var.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin publik hüquqi şəxs “3№-li magistral yolların istismarı” idarəsinin milyonlarla borcu var.

Qaynarinfo-nun məlumatına görə, AAYDA-nın tərkibində fəaliyyət göstərən bu qurumun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 3 milyon 825 min 731 manat 61 qəpik vergi borcu yaranıb.

MMC-nin qanuni təmsilçisi isə Anar Süleymanov Nəriman oğludur.

Aqil Vəliyevin rəhbəri olduğu “55 N-li Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətininin də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 5 milyon 187 min 251 manat 12 qəpik vergi borcu var.

Qeyd edək ki, Aqil Vəliyevin rəhbəri olduğu qurum Kəlbəcər rayonunu əhatə edən yolların təmir-tikintisini həyata keçirir.
Xatırladaq ki, sözügedən MMC-lər Azərbaycanda dövlət vəsaiti hesabına yolların tikintisini həyata keçirir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri isə Saleh Məmmədovdur.
 

Dünyapress TV

Xəbər lenti