Ardını oxu...
"Kuluarlarda" gedən söhbətlərdə təəccüblə bir birlərindən soruşurlar ki :
Azəriqaz İB Baş direktorun Təmir tikinti üzrə müavini , keçmiş SOCAR vitse prezidenti , hal hazırki müşavir Daşqın İsgəndərovun qardaşı oğlu Ramil İsgəndərovdan işdənçıxma ərizə alınıb ???
Teref.az yazır ki, bu məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında paylaşıb.
Daha sonra Mirvari xanım yazdıqlarını şərh edərək qeyd edir:
Qeyd: Keçmiş vitse prezident, indiki müşavirin şirkətin əksər strukturlarına yerləşdirilmiş çoxsaylı qohumlarını işdən azad etməyə kiminsə duxu çatar ki? Nəsə inanmıram
Deyirəm görəsən NK-nin “ezamiyyə xərcləri haqqında 14 saylı qərarını” işçilərin ziyanına çevirən də “qohum” olub?
Mirvari Gahramanli
 
Ardını oxu...
Salam sizə şikayətim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlıdır. Bildiyiniz kimi ölkədə Əmək məcəlləsinə görə həftəlik 5 gün olmaqla 40 saatlıq iş həftəsi tətbiq olunur. Ancaq bu günədək bu qanun yalnız kağız üzərindədir. Beləki əmək məcəlləsinin pozulması adi hal alıb. İstər özəl istərsədə dövlət müəssisələrində gündəlik 10-12 saat həftəlik 6 gün iş qrafiki ilə işçilər çalışdırılır. Supermarketlər, geyim mağazalarında isə işçilərin bir neçə işçinin işini bir işçiyə gördürülməsi və az qala bir sutka çalışdırılması heç kimə sirr deyil. Əmək bazarında bu biabırçı vəziyyət köləlik siyasətinin adi hal halması dəfələrlə mediada ictimailəşdirilsədə təssüfki dəyişən heçnə yoxdur. Bildiyiniz kimi ölkələr bir-birinin ardınca 4 günlük iş rejiminə keçirlər. Yəni həftənin yarısını işləyib yarısını istirahət etsələrdə bizdə nəyinki 4 günlük iş rejiminin tətbiqindən söhbət getmir heç 5 günlük həftəlik 40 saatlıq iş həftəsi belə tətbiq edilmir işçilər quldarlıq dövründəymiş kimi həftəlik 60-70 saat çalışdırılır. AFP-yə görə artıq dünyanın 48 ölkəsi 4 günlük iş rejiminə keçib. Qərb ölkələrindən başqa keçmis Sovetlər Birliyi ölkələridə artıq 4 günlük iş rejiminə keçirlər. Bu ilin iyul ayında Qazaxıstan 4 günlük iş rejiminə keçdi. 1 yanvar 2024-cu ildən etibarən Moldovada 4 günlük iş rejiminə keçəcək. Artıq Gürcüstan, Özbəkistan kimi ölkələrdə 4 günlük iş rejiminə keçid etməyi müzakirə edirlər. Bizdə isə Dövlət Əmək Müffətişliyi isə deyirki 5-6 ildir ki, hökümətin qərarı ilə sahibkarlığa dəstək məqsədi ilə dövlət qurumlarının müəssisələrdə yoxlamaları dayandırılıb ona görədə vətəndaş çalışdığı iş yerində istismar edilirsə rəsmi olaraq bizə müraciət etsin bizdə qanunvericiliyə uyğun olaraq həmin işəgötürəni cərimələyək. Yəni ortalama 400-450 manat maaş alan bir işçi öz işini itirməyi gözə alaraq Dövlət Əmək Müffətişliyinə şikayət edəcəkmiş. Dövlət Əmək Müffətişliyi həmin işəgötürəni cərimə edəcək həmin işçi isə ən "yaxşı" halda işdən çıxarılacaq ən pis halda isə maddə ilə yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndi ilə işdən çıxarılıb və bu maddə ilə heç vaxt heç yerdə işə götürülməyəcək. Təbii ki onsuzda ölkədə iş tapmaq asan deyil və işçilərdə işdən çıxarılmaq qorxusundan Dövlət Əmək Müffətişliyinə şikayət edə bilmir və kölə kimi çalışdırılmağa razı olurlar. Sonucda vətəndaşları işlə təmin etməyə dövlət borclu deyil deyən bir nazirlikdən və nazirdən danışırıq. Ölkədəki quldarlıq rejimi Beynəlxalq Əmək Təşkilatınında hesabatlarında da yer alır. Beləki təşkilatın 2022-ci il hesabatına görə ölkəmiz işçilərin ən çox çalışdırıldığı ölkələr siyahısındadır və təşkilata görə ölkədə 100 mindən çox müasir kölə var. Beynəlxalq Əmək Təşkilatından başqa Amnesty International, Human Rights Watch, kimi İnsan Haqları izləmə təşkilatlarının hesabatlarına görədə ölkəmiz işçilərin ən çox çalışdırıldığı və ən çox işçi ölümlərinin qeydə alındığı körfəz ölkələri BƏƏ, Qətər kimi ölkələrlə eyni siyahıda yer alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəyinki işçiləri kölə kimi şirkətləri cərimə etmir hətta Dövlət Məşğulluq Agentliyi vasitəsi ilə həmin şirkətlərlə əməkdaşlıq edib vətəndaşlara "iş" təklif edir. Halbuki çoxu qida supermarketlər şəbəkəsi olan bu şirkətlərdə işçilər az qala bir sutka çalışdırılmağa dözə bilməyib işdən çıxırlar və bu şirkətlər həmişə işçi axtarışındadır. Yeni işimiz Allaha qalıb demək istərdim amma görünür Allahda bizdən imtina edib. Sağolun.
İlkin Məmmədkıərimov
Teref.az olaraq Dövlət Əmək Müffətişliyinin bu iddialara cavab verəcəyinə ümidvarıq!
Teref.az
 
Ardını oxu...
Gəncə şəhərinin sakini Məmmədov Anar Əli oğlu tərəfindən Hürriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil olub. İkinci Qarabağ iştirakçısı olduğunu deyən şikayətçi iddia edir ki, hələ də veteran statusu ala bilmir:

“Mən, Məmmədov Anar Əli oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

İkinci Qarabağ müharibəsinin iştirakçısıyam. Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak etmişəm və medalla təltif olunmuşam. Amma indiyədək veteranlıq verilmir.

Hərbi hospitaldan aldığım sənədləri də təqdim etmişəm, amma mənə veteranlıq verilmir. Xahiş edirəm, mənə veteran statusu almaqda köməklik göstərəsiniz”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Kapital Bankın onlayn hesab açmaq xidməti var. Tez-tez də reklam edirlər .
Düşündüm ki , həm test edim və həm də hesablar açım.
Sadəcə biabırçılıqmış. Başqa adı yoxdur.
Nələr baş verdi :
1. Sənədlərin scan versiyaları yükləndikdə rədd cavabı gəldi. Kapital Bank tələb etdi ki, Ədliyyə Nazirliyinin orijinal sənədlərinin scanı yox, orijinal sənədin notarial təsdiqinin scanı olmalıdır. Bir qədər dirəşsəm də ki, bu onlayn hesab xidməti üçün məntiqli deyil, xeyri olmadı.
Yəni, görünür ki, qurum mövcud bürokratik prosesi sadələşdrimədən elektrona çevirdiyindən, oflayn mühitdə nə tələb olunursa elə onu da onlaynda tələb edirlər. Yəni, daha pis mühit, elektron –bürokratik mühit yaradıblar. Amma prosesi bitirmək üçün razılaşdım. Görünür ki , bankda İT güclüdür, amma biznes analitika, data analitika zəifdir.
2. Onlayn hesab üçün yenidən oflayn addım atdım, sənədləri notarial tesdiqlədim, yenidən Kapital Bank sisteminə yuklədim. Yenə rədd cavabı gəldi. Bu dəfə də poçt indeksini faktiki olanı deyil, VÖEN-də olanı yazmağı tələb etdilər. Məntiqsiz olsa da, yenə də razılaşdım.
3. Yenidən yüklədim və düzəliş etdim. Bu dəfə isə heyrətləndirici olsa da, AĞLASIĞMAZ bir tələblə üzləşdim, sənədlərin surətini Banka gətirməyimi tələb etdilər. Bir neçə dəfə soruşdum və dirəşdim ki , buna əminsinizmi, doğurdanmı xidmətin adı onalyn da olsa mən yenidən sənədləri banka gətirməliyəm?
Qayıtdılar ki, Mərkəzi Bankın yeni Qaydaları var və bizdən belə tələb edilir. İnanmadım, dirəşdim ki, mən bunu ictimailəşdirəcəyəm. Dedilər ki , qaydalar belədir və okeydir
Ardını oxu...
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Repatriasiya Departamenti tərəfindən keçirilən tender müsabiqələrnin nəticəsi məlum olub.

Teref.az Ekonominfo.az-a istinadla xəbər verir ki, “Qaçqınkom”un tender müsabiqəsinin qalibi “166 Global Logistics” MMC (VÖEN – 1403530841) olub.
“166 Global Logistics” MMC “Qaçqınkom”un sifarişi ilə 267 məcburi köçkün ailəsini Füzuli rayonuna, 260 məcburi köçkün ailəsini isə Laçın şəhərinə köçürəcək.
Füzuli rayonuna köçürmə üçün 226 min 950 manat, Laçın şəhərinə köçürmə üçün isə 254 min 800 manat alacaq.
Rəqəmlərdən də göründüyü kimi, 1 məcburi köçkün ailəsinin Füzuliyə köçürülməsi xərici 850 manat, Laçın şəhərinə köçürülməsi xərci isə 980 manat təşkil edəcək.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, “Qaçqınkom”un müsabiqəsinin nəticəsi avqust ayının 22-də açıqlanıb və müsabiqənin icrasına sentyabr ayının 14-dən başlanılacağı qeyd olunub.
Ardını oxu...
Lakin, avqust ayının 18-də, yəni müsabiqənin nəticəsi açıqlanmamışdan əvvəl bir qrup məcburi köçkün ailəsi “166 Global Logistics” MMC-nin avtomobilləri ilə Füzuli rayonuna köçürülüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov köçürülmə zamanı bildirib ki, Füzuli şəhərinə ilkin olaraq 267 ailənin köçürülməsi planlaşdırılır: “Avqustun 5-də 144 ailə arasında ədalətlilik və obyektivlik prinsipi əsasında püşkatma keçirildi”.
Ardını oxu...
Ardını oxu...
Rəsmi açıqlamalardan da göründüyü kimi, “Qaçqınkom” tender müsabiqəsinin nəticəsi məlum olmamış köçürmə işini “166 Global Logistics” MMC-yə həvalə edib və bundan sonra tenderin qalibi də bu şirkət olub.
 
Ardını oxu...
Təcili tibbi yardım briqadasının çağırışlara gecikməsi adi hal alıb. Gecikmənin səbəbi kimi isə təcili tibbi yardım briqadasının sayının azlığı göstərilir. Hərçənd ki, rəsmi qurumlar bu fikirlə razılaşmır və əsas gətirirlər ki, təcili tibbi yardımın çağırışa gecikməsinə səbəb yollarda baş verən tıxaclardır.

Bəs, Bakıətrafı qəsəbələrdə? Bu yollarda ki, sıxlıq olmur. Özü də gecə saatlarında...

Demək ki, faktiki olaraq paytaxtda fəaliyyət göstərən təcili tibbi yardım briqadalarının sayı ərazi və əhali sayına müvafiq deyil. Yaxud əhalisi sıx olan rayonlar üzrə təcili yardım xidmətinin düzgün bölgüsü həyata keçirilməyib. Problem də elə bundan qaynaqlanır.

Məsələnin aktuallığını zaman-zaman diqqətdə saxlasaq da, problemə əncam çəkən yoxdur. İlin-günün bu vaxtı təcili çağırışlarda nə həkim, nə də onu ünvana vaxtında çatdıran təcili tibbi yardım maşını tapmaq olur.

Növbəti belə bir şikayət Suraxanı rayonu Hövsan qəsəbəsindən gəlib. Saytımıza müraciət edən qəsəbə sakininin sözlərinə görə, ötən gün, 21:30-da qəsəbənin bağ massivinə çağırış üçün ərazi üzrə təcili tibbi yardım stansiyasına müraciət edib.

Əməliyyatdan yenicə çıxmış xəstənin qəfil ürəklə bağlı narahatlığı yarandığı üçün çağırışı edən şəxs briqadanın ünvana təcili gəlməsini xahiş edib. Amma xəstə yaxınları təcili tibbi yardımı 1 saat 40 dəqiqə gözləməli olublar.

Şikayətçinin sözlərinə görə çağırışdan yarım saat sonra təkrar təcili tibbi yardımla əlaqə saxlamalı olub. Ona isə bildirilib ki, briqada başqa ünvanda olduğu üçün hələki gələ bilmir.

Həkim çağırışdan çıxandan sonra növbəti ünvana yönləndirəcəklər. Amma ləngimə uzanıb və səbri tükənən xəstə yaxınları 1 saat 40 dəqiqədən sonra ünvana gəlmək üçün əlaqə yaradan təcili tibbi yardım briqadasından imtina edib.

Ən dəhşətlisi isə odur ki, nə təcili tibbi yardım stansiyasından, nə də xəstənin qeydiyyatda olduğu polinklinikadan halı pisləşən pasiyentlin vəziyyəti ilə indiyədək maraqlanan tapılmayıb.

“Hippokrat andı” həkimlərin davranışlarını müəyyən edən etik-əxlaqi prinsiplərdən ibarətdir. Həkim olmaq istəyən hər kəs bu andı qəbul edir. Hər bir and isə konkret xidmət, nəcib məqsəd uğrunda olur.

Maraqlıdır, öz dövrü üçün olduqca böyük mənəvi meyar olan bu andın mahiyyətini və öhdəliyini müasir dövrdə tibb sahəsində çalışanların hamısı dərk edirmi?

Cavab təsdiq olsaydı, sözügedən problem heç gün üzünə çıxmazdı...

Qeyd edək ki, 2023-cü ilin rəsmi məlumatına görə paytaxtda 125 təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Bu rəqəmi rayonlara bölsək, hər rayona təxminən 10 təcili tibbi yadım briqadası düşür. Hər rayonunun isə təxminən 10-15 qəsəbə, yaxud inzibati dairəsi olduğunu nəzərə alsaq, demək ki, bir yaşayış massivinə 1 təcili tibbi yardım briqadası düşür.

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına gün ərzində 2500-dən çox müraciət daxil olursa, ləngimə də məhz briqada çatışmazlığından qaynaqlanır.

Məlumatlara görə təxminən 90 min nəfər əhalisi olan Hövsan qəsəbəsində cəmi 2 təcili tibbi yardım briqadası fəaliyyət göstərir.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya bildirilib ki, 12.09. 2023-cü il tarixində 20/8 iş növbəsində 11 saylı bölmənin Hövsan filialında 3 həkim briqadası xidmət göstərib:

“Saat 20:00-23:00 ərzində ərazi üzrə 12 çağırış daxil olub. Çağırışların sayı faktiki briqadaların sayından çox olduğuna görə çeşidlənərək ardıcıllıqla icra edilib. Ətraf ərazilərdə də çağırışların daxil olma intensivliyi yüksək olub”, - deyə qeyd olunub.
 
Ardını oxu...
"Hörmətli Azercell Telecom LLC... siz nə yeyib-içirsiniz orda?" DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Günay Tadıqova adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Bu nə "sms"dir? Ya rus dilində yazın, ya da öz dilimizdə. Ümumiyyətlə, təklif edirəm dövlət dilimizi rus dili elan edək, canımız qutarsın day bu artistliklərdən!!!"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
 
Ardını oxu...
Naxçıvanda taksi xidməti üçün əvvəllər tətbiq olunan sərt qaydalar geri qayıdır. Bu qaydalara görə, Naxçıvanda taksi sürmək üçün ilk növbədə yerli istehsal olan „NazLifan“ avtomobilin olmalıdır. Çünki, bundan sonra taksi lisensiyası yalnız bu avtomobillərlə veriləcək. Lisensiyasız taksi xidməti göstərənləri isə, sərt cəzalar gözləyir. Lakin, şərtlər bununla bitmir. Taksi sürücüləri xüsusi uniforma geyinməli və eyni ilə əsgərlikdəki kimi, hər gün üzlərini qırxmalıdırlar. Bu qaydaları pozanların lisenziyası əlindən alınacaq, onlar cərimələnəcək. Teref.az yazır ki, bu haqda „Gündəlik Naxçıvan“a taksi sürücülərinin özləri məlumat verib.
Taksi xidməti göstərmək üçün yuxarıda sadaladığımız ağır şərtlərin hamısı Vasif Talıbovun zamanında tətbiq olunurdu. Naxçıvandakı siyasi dəyişiklikdən sonra bu şərtlər aradan qaldırılmış və taksi xidməti qaydaları Bakıya uyğunlaşdırılmışdı.
Sürücülər bildirir ki, avqust ayının sonlarından başlayaraq, yol polsləri reydlər keçirib, yeni qaydalara uymayanları idarəyə aparırlar. Taksi sürücüsü Rafiq Məmmədov deyir ki, onlara hələlik xəbərdarlıq olunub:
“Yeni şərtlərə uyğun olmayan bütün taksiləri yığıb polsə apardılar. Dedilər ki, Talıbovun zamanında necə işləyirdiniz, necə forma geyinirdinizsə, hər gün üzünüzü necə qırxırdınızsa, yenə də o qaydada işləyəcəksiniz. Əks təqdirdə işləməyə qoymayacağıq. Fuad Nəcəfli gələndən sonra Vasif Talıbovun zamanında taksi xidməti üçün qoyulan şərtlər aradan qaldırılmışdı. Biz də sevinirdik ki, işləyib, ailəmizi dolandıracağıq. Lakin, bunlar daha betər edir”.
Taksi sürücüsü B. Quliyev də son xəbərdarlıq aldığını deyir. O, yeni qaydadnın tətbiqinə görə, işsiz qalacağından şikayətlənir:
“Naxçıvanda hakimiyyət dəyişdikdən sonra taksilər üçün qoyulmuş qadağalar ləğv olundu. „NazLifan”ı olmayanların taksi xidmət göstərmələrinə də imkan yaratdılar. Dedilər gedin, işləyin. Hamımız sevindik. Avtomobili olub işsiz qalan çoxlu sayda insan taksi xidməti ilə məşğul olmağa başladı. Mən də “Mersedes” markalı avtomobilimlə taksi xidməti göstərməyə başladım. Hər ay xidmətə görə vergini, DSMF-ni də ödəyirdik. İndi yenidən köhnə qaydalara qayıdırlar. Avqustun axırı reydlər keçirəndə məni də idarəyə aparıb, son xəbərdarlıq etdilər. Ya “NazLifan” ya da taksi olmaz. Bir də tutulacağımız təqdirdə bizi həbs etməklə də hədələdilər“.
Məsələyə münasibət öyrənmək üçün Naxçıvan MR DYP-lə əlaqə saxlasaq da, sürücülərin iddialarına cavab ala bilmədik.
 
Ardını oxu...
Bəhlul Cəlalov da belə “obyektiv” oldu
Bir neçə gündür ağır ağrılardan 2 saylı şəhər xəstəxanasında müalicədəyəm. Bakı İnzibati Məhkəməsi 13.09.2023-cü il tarixinə hazırlıq iclası təyin etdiyindən, məhkəməyə ərizə verib, iclasa ertələməyi diləmişəm. Eyni zamanda MPM-in 67-1 maddəsinin tələbinə uyğun olaraq 1-ci dərəcəli əlil kimi dövlət hesabına vəkillə təminatıma bir həftədir yenidən ərizə vermişəm. Hakim nə vəkillə təminatla bağlı ərizəmə baxıb, nə xəstəxanada yataqda olmağıma.
Cavabdeh ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sifarişi ilə iddianın mümkün sayılmaması qərara alınıb. Qərar verilməsə də, “elektron- məhkəmə” informasiya sistemində bu barədə məlumat yerləşdirilib. Amma Bəhlul Cəlalovun obyektiv olduğu deyilirdi. Obyektivlik birtərəfli qərar qəbul etmək deməkdir? İstənilən halda, hakimin tərəfləri dinləmək hüququnu pozması göz önündədir. Dinlənilmə hüququnun pozulması qərarın ləğvinə mütləq əsasdır. İPM-in 31.1, MPM-67-1 , bütövlükdə Konstitusiyanın 61-ci maddələri ilə təminat verilən hüquqi yardım hüququna qadağa da ciddi pozuntudur.
Məhkəmə hakimiyyətinin inzibati orqanlardan öhdəlik götürməsi bir daha üzə çıxdı. Bu yol daha kobud şəkildə: İddiaçı Qarabağ əlili xəstəxana yatağında, Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalov hakim otağında qazinin pensiyasına ölüm hökmü çıxardı.
Məğrur Bədəlsoy
Teref.az olaraq qarşı tərfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti