Ardını oxu...
Son illər ölkədə su ehtiyatlarının azalması, quraqlığın ildən-ilə artması ərzaq və digər təhlükəsizlik məsələlərini ön sıraya çıxarır. Bu baxımda işğaldan azad olunan ərazilərin zəngin su ehtiyatı problemin həlli üçün yeni imkanlar açıb. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ("Azmelsutəsərrüfat" ASC) bu yöndə Qarabağ və Şərqi Zəngəzur ərazilərində layihələr həyata keçirir.

Bəs, ölkənin taleyüklü məsələsində hökumət nə dərəcədə şəffaf davranır?

2022-ci ilin 16 noyabrında prezidentin təsdiq etdiyi "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nda meliorasiya və su təsərrüfatı ilə bağlı ilkin investisiya layihələrinin siyahısı açıqlanıb.

Layihələr

İcra müddəti

Suqovuşan su anbarının 5,2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası

2022‒2023

Tərtərçay Sol Sahil kanalının yenidən qurulması

2022‒2023

Xaçınçay su anbarının 7 km uzunluğunda kanalla birlikdə təmiri və bərpası

2022‒2023

Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay- 2 su anbarlarının təmiri və bərpası

2022‒2023

Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi

2022‒2026

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Cəbrayıl rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Bərgüşadçay su anbarının tikintisi

2022‒2026

Həkəriçay su anbarının tikintisi

2022‒2026

Zabuxçay su anbarının tikintisi

2022‒2026

Zəngilan rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Qubadlı rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Laçın və Kəlbəcər rayonlarının meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı

2022‒2026

Lakin çəkilən xərclərlə bağlı heç bir məlumat verilmir.

Bununla bağlı Prezident Administrasiyasına ünvalandığımız sorğu da cavabsız qalıb.

Dövlət satınalmaları portalında meliorasiya və su təsərrüfatı sisteminin qurulması ilə bağlı 2021-ci ildə 178 min manatlıq, 2022-ci ildə isə 380 milyon manatlıq tender məlumatlarına rast gəlirik.

Sifarişçi

Podratçılar

İcra olunacaq iş

Məbləğ

2022-ci ildə

"Azmelsutəsərrüfat" ASC

Hydrotrans Energineering Mühəndislik Mərkəzi MMC

Cəbrayıl rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması

1 milyon 320 min AZN

"Azmelsutəsərrüfat" ASC

"SUPEK" Proje Müşavirlik A.Ş.

Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması

3 milyon 505 min AZN

"Azmelsutəsərrüfat" ASC

"Proyapı Mühəndislik və Müşavirlik Anonim Şirkəti" Azərbaycan Respublikasındakı filialı və Sepa Mühəndislik A.Ş. birgə müəssisəsi

Bərgüşadçay su anbarının texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması

4 milyon 258 min 384 AZN

"Azmelsutəsərrüfat" ASC

"Nort Vest Konstrakşn" MMC

"Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi" (Magistral boru xətti) üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri

188 milyon 751 min 249 AZN

"Azmelsutəsərrüfat" ASC

"CENGİZ" İNŞAAT SƏNAYE VƏ TİCARƏT A.Ş

Həkəriçay üzərində Zabuxçay su anbarının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri

128 milyon 210 min AZN

"Azmelsutəsərrüfat" ASC

"Muğansutikinti" MMC

"Tərtərçay sol sahil kanalının yenidən qurulması"

13 milyon 583 min 640 AZN

"Azmelsutəsərrüfat" ASC

"RAMCO" QSC

Aşağı Köndələnçay, Köndələnçay 1 və Köndələnçay 2 su anbarlarının təmiri, bərpası

11 milyon 484 min 445 AZN

"Azmelsutəsərrüfat" ASC

"Körpü - Bina - Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyəti

Suqovuşan su anbarının 5.2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası

12 milyon 261 min 038 AZN

"Azmelsutəsərrüfat" ASC

Körpü-Bina-Tikinti MMC

Xaçınçay su anbarının 7 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası

9 milyon 903 min 422

“Azmelsutəsərrüfat” ASC

Türkiyə Respublikasının “Akar-Su Mühəndislik Müşavirlik Ltd. Şti.” və “Suiş Proje Mühəndislik Müşavirlik Ltd. Şti.” birgə müəsisəsi

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırmanın və layihə sənədlərinin hazırlanması

6 milyon 849 min 015 AZN

“Azmelsutəsərrüfat” ASC

HYDRO-GEO ENVİRONNEMENT GROUP” MMC VƏ “HİNAL PROJE” MMC birgə müəssisəsi

Qız qalası su anbarından magistral suvarma kanalının tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırılmasının (TİƏ) və layihə-smeta sənədlərinin hazırlanması

1 milyon 700 min AZN


2021-ci ildə

“Azmelsutəsərrüfat” ASC

Ağdam Meliorasiya İdarəsi

Ağdam rayon ərazisində və işğaldan azad olunmuş ərazilərdə idarənin balansında olan suvarma kanalların və arxların lildən və bitgi örtüyündən təmizlənməsi işlərinin satın alınması

160 min 185 AZN

“Azmelsutəsərrüfat” ASC

Hydrotrans Engineering Mühəndislik Mərkəzi MMC

İşğaldan azad olunmuş ərazidə xaçınçay magistral kanalın əsaslı təmiri üçün layihə smeta sənədlərinin və ekspertiza sənədlərinin hazırlanması üçün

17 min 700 AZN

Qubadlı

Həkəriçayın üzərində qurulacaq meliorasiya layihələri üçün 2022-ci ildə 317 milyon manatlıq tender keçirilib. Burada aparılan tikinti işlərinə yerli şirkətlərlə yanaşı, türk şirkətləri də cəlb olunub.

Yerli şirkətlərdən olan "Nort Vest Konstrakşn" MMC 2022-ci ildə "Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi" üzrə layihə-smeta sənədlərinin hazırlanması, eləcə də tikinti-quraşdırma işlərinə görə 188 milyon 751 min manat alıb. Şirkət bu layihələri tender yolu ilə əldə edəndə vergi orqanlarına 11,1 milyon manat borcu var idi. Qanunvericiliklə isə tenderdə iştirak edən şirkətin vergi borcu olmamalıdır.

Şirkətin Latviyadakı törəməsi - "North West Baltic" şirkətinin təsisçiləri sırasında İqtisadiyyat Nazirliyinin Latviyadakı "Azərbaycan Ticarət Evi"nin həmtəsisçisi və direktoru olan Rüfət Quliyevin adına rast gəlirik.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəsinə yaxın olan "CENGİZ" İnşaat Sənaye və Ticarət şirkəti də Həkəriçay ilə Zabuxçayın birləşdiyi yerdə tikilən su anbarının layihə-smeta sənədlərinin hazırlanması və tikinti işlərinin icrası üçün 128 milyon 210 min manat alıb.

Maraqlıdır ki, prezident İlham Əliyevin Qubadlı rayonuna səfəri zamanı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov ona məruzəsində bildirmişdi ki, Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən su anbarının və ondan ayrılacaq magistral kanalların yaradılması ilə bağlı təklifləri Türkiyənin "Suyapı" məsləhətçi şirkəti verib. Lakin bu şirkətlə bağlı dövlət satınalmaları portalında heç bir məlumat yoxdur.

Zaur Mikayılovun sözlərindən məlum olur ki, dövlət büdcəsindən yüz milyonlarla manata başa gələcək suvarma sistemi "Dost Aqropark" şirkətinin 1900 hektar, "Dost Ziraat Heyvandarlıq" şirkətinin 1700 hektar və digər şirkətlərin min hektarlarla əkin sahələrini su ilə təmin edəcək. "Dost Aqropark" və "Dost Ziraat Heyvandarlıq" Türkiyə prezidenti Ərdoğanın qardaşının kürəkəni Abdulkadir Karagözə aid şirkətlərdir. "Dost Aqropark" MMC-nin qanuni təmsilçisi Mehmet Zeki Tuğrula AK Partiyanın gənclik qolunda (Genclik Kolu) təmsil olunur.

Ağdam

Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası üçün 2022-ci ildə 17 milyon manata yaxın vəsait nəzərdə tutulub.

Ağdamda yerləşən "Xaçınçay" su anbarının təmiri və bərpası isə "Körpü - Bina - Tikinti" MMC -yə həvalə edilib və bununla bağlı 2022-ci il üçün 10 milyon manata yaxın vəsait ayrılıb. Suqovuşan su anbarının təmiri, bərpası da bu şirkətə tapşırılıb və buna görə, 12,2 milyon manatlıq tender qazanıb.

2001-ci ildə yaradılan "Körpü-Bina-Tikinti" ən böyük dövlət sifarişlərini alan şirkətlərdən biridir.

Şirkətin qanuni təmsilçisi Xaliq Göyüşovun adı “MTN işi” kimi tanınan qalmaqallı cinayət işində Eldar Mahmudovun yaxın adamı olaraq keçirdi.

"Xaçınçay" magistral kanalının, Cəbrayıl rayonunda meliorasiya və su təsərrüfatı kompleksinin bərpası üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması işləri "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" MMC-yə həvalə edilib. Layihələrin hazırlanması üçün şirkət 1,3 milyon manatlıq tender qazanıb.

Şirkət Köndələnçay, Suqovuşan su anbarlarının bəndlərində təmir-bərpa işlərinin layihələndirilməsi üçün də ümumilikdə 73 min manatlıq tender qazanıb.

"Hydrotrans Engineering Mühəndislik Mərkəzi"-nin hüquqi ünvanı ilə Baş nazirin keçmiş müavini Abid Şərifova bağlı olan AVRO-ASİYA İnşaat Korporasiyası "EVRASCON" ASC-nin qeydiyyat yeri eynidir. Bu şirkət ölkənin ən nəhəng dövlət sifarişlərinin icrası ilə tanınır.

Füzuli

"Köndələnçay" su anbarlarının bəndlərində təmir-bərpa işlərini "RAMCO" şirkəti həyata keçirir. Bu işlərin icrası üçün şirkətə 11,5 milyon manata yaxın vəsait ayrılıb.

"Ramco" QSC 2010-cu ildə yaradılıb və qanuni təmsilçisi Rövşən Abdullayevdir.

Vergi reyestrində Rövşən Abdullayevin və onun ailə üzvlərinin adına xeyli şirkətə rast gəlmək olur. Bu şirkətlərin bir qismi Vergilər Nazirliyində 2020-ci ilə qədər şöbə müdiri işləmiş Azər Əsədova bağlıdır. Azər Əsədov eyni zamanda vergilər nazirinin keçmiş müşaviri, İqtisad Universitetinin Biznes Mərkəzinin direktoru Asəf Əsədovun oğludur.

Rövşən Abdullayev və ailə üzvlərinin qeydiyyatda olduğu ünvan (Əsəd Əhmədov küçəsi, ev 203, mənzil 26) Azər Əsədovun təsisçisi olduğu audit şirkəti "HS Consulting" MMC-nin yerləşmə ünvanı olaraq göstərilir.

Abdullayev-Əsədovların Qarabağdakı fəaliyyətləri tək bununla yekunlaşmır. Ailə Füzuli rayonunun meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı üzrə texniki-iqtisadi əsaslandırma, layihə sənədlərinin hazırlanması üçün 3,5 milyon manatlıq tender qazanan "SUPEK" Proje Müşavirlik türk şirkətinə də yaxındır.

Belə ki, türk şirkətinin Azərbaycandakı filialının qeydiyyatdan keçdiyi ünvanla (Binəqədi rayonu F.Məlikov 7-ci mikrarayon, ev 4, Məhəllə 3123, mənzil 62) Rövşən Abdullayevə bağlı olan "CASPİAN EQUİPMENT COMPANY" ASC-nin hüquqi ünvanı eynidir. Şirkətin qanuni təmsilçisi Kamal Bağırov daha öncə Rövşən Abdullayeva məxsus "GMC GROUP" MMC-də (keçmiş adı "Grand Motors" MMC) rəhbər vəzifələrdə çalışıb.

Cəbrayıl

Cəbrayılın İran və Azərbaycan arasındakı beynəlxalq sərhəddində, Araz çayı üzərində tikilən "Qız Qalası" su anbarından magistral suvarma kanalının tikintisi ilə bağlı texniki-iqtisadi əsaslandırılma və layihə-smeta sənədlərinin hazırlanması üçün 1,7 milyon manata yaxın vəsait ayrılıb. Tenderi qazanan "Hydro-Geo Environnement Group" MMC və "Hinal Proje" MMC birgə müəssisəsidir. "Azərsu" Sukanal Elmi-Tədqiqat və Layihə İnstitutunun baş mühəndisi olmuş Saleh Seyfullayev şirkətin qanuni təmsilçisidir. MMC "Azərsu" ASC-nin iri həcmli tenderinin qalibi olub.

S.Seyfullayev deyir ki, hazırda "Azərsu" ASC ilə heç bir əlaqsi yoxdur. O, "Hydro-Geo Environnement Group" MMC-nin qanuni təmsilçisi olduğunu desə də, konkret nə zamandan fəaliyyət göstərməsi ilə bağlı suala cavab verməkdə tərəddüd edib: "Şirkət əslində, uzun müddətdir ki, fəaliyyət göstərir. Ayrı-ayrı işlər görüb, ondan sonra şirkət kimi formalaşıb".

İqtisadçı Elçin Rəşidov deyir ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC həyata keçirdiyi layihələrin dəyərinin şişirdilməsində maraqlıdır: "Mən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin layihələri ilə bağlı təlimlər keçmişəm, həm də işlərində iştirak etmişəm. Görmüşəm ki, onlar layihələri çox bahalı keçirməkdə maraqlıdırlar və ucuz alternativlərə meyl göstərmirlər".

İqtisadçının fikrincə, meliorasiya və su təsərrüfatı sahəsinə qoyulan investisiyaların səmərəliliyinin qiymətləndirilməsi metodologiyası hazırlanmalıdır: "Ölkədə investisiyaların səmərəliliyin qiymətləndirilməsi və texniki- iqtisadi əsaslandırma qaydaları qəbul edilməlidir ki, texniki-iqtisadi əsaslandırma düzgün hazırlansın, həqiqi optimal və fermerlərin maraqlarına, ölkənin iqtisadi maraqlarına uyğun, o cümlədən istehlakçının maraqlarına uyğun layihələr ən səmərəli şəkildə seçilə bilsin. Hazırda bu qaydalar olmadığına görə, onlar daha çox həmin sahədə qərar verənlərin maraqlarına uyğunlaşdırılır. Onlara belə kanalların tikintisi verildikdə onlar daha bahalı, heç də səmərəli olmayan şəkildə tikməkdə maraqlıdırlar".

"Meliorasiya və Su Təsərrüfatı" ASC isə qeyd olunanlarla bağlı yaranan suallara cavab verməyib.

Qarabağda su təsərrüfatı ilə bağlı şirkətlərin işləri su kimi rəvan getsə də, onların necə seçilməsi və xərcləri ilə bağlı məsələlər heç də su kimi şəffaf deyil.

Araşdırma və vizualizasiya: AbzasMedia

Ardını oxu...
"Azərpoçt"da yoxa çıxan 1000 manatdan baha dəyərdə yeni Apple Watch 7...

DİA.AZ: - "2022 Noyabr tarixində 1 saylı Azərpoçtda, Apple Watch 7 saatını US-ə (ABŞ) göndərmək üçün poçtun əməkdaşı İlhamə xanıma təhvil verdim və qiymətli olduğunu bildirdim". DİA.AZ bildirir ki, bunları "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında narazı vətəndaş ifadə edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş yazır (mətn olduğu kimi verilir -dia.az): "Hər hansı qiymət siyahisi olmadığı üçün şifahi məlumat verdi və sadəcə çatdırılma tarixinə və izlənməsinə görə qiymət dəyişirmiş. Yani kargomu izləyəbilmək üçün də əlavə ödəniş etdim.
Ama nə izləyə bildim nə məhsuldan xəbər aldım, zəng etdiyimdə də 1 ay gözləyin sonra əlaqə saxlayın dedilər.

Ardını oxu...

Qısacası nə məhsuldan xəbər oldu, nə düzgün məlumat verən oldu. Ən son idarə heyyətinin rəhbərilə əlaqə saxladım, bir neçə ay sonra məhsulun itdiyini dedilər.
Məhsulun itməsi ya mənimsənilməsi də ayrı bir sualdır təbiki, özlərinə də dedim. Mənə isə siz sığortasız göndərmisiz günah özünüzdədir dedilər halbuki sığorta haqqında məlumat belə verməmişdilər bir neçə dəfə soruşmağıma rəğmən.
Uzun müddət zənglərdən sonra (6-7 ay sonra) cəmi 128Azn kompensasiya ödəndi ödədiyim məbləğlə birlikdə. Məhsul ilə bağlı isə biri başqa gömrükdə, başqası isə tam ayrı gömrükdə itdiyini deyir, qısacası yoxa çıxmasına belə inanmıram".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Guya “Herbalife” Nutrition şirkəti balanslaşdırılmış qidalanma sahəsində liderlik edən, bütün dünyada milyonlarla insana fəal və sağlam həyat tərzi sürməkdə kömək edən beynəlxalq şirkətlərdən biridir.Tərkibində efedrin olan “Herbalife” son günlər arıqlatma adı ilə ölkə vətəndaşlarına sırınmaqda davam edir.Məhz bu məhsulun istifadəsindən sonra ölüm ayağına düşmüş vətəndaşlarımız sosial şəbəkələrdə fəryad qoparsada hüquq mühafizə orqanları tərəfindən lazımı tədbir görülmür.Nəticədə vətəndaşlarımız sağlamlığını itirmək təhlüksəsi ilə üzləşirlər.
Bu haqda Stilist- Vizajist Vüsalə xanım tərəfindən Dünyanınsəsi.Az saytına video-şikayət göndərilib.
Şikayətçi qeyd edir ki,hazırda bu sözügedən “Herbalayev”məhsulundan istifadə etdiyinə görə bütün daxili orqanları sırdan çıxıb.Xanım hansı tibb ocağına müayinəyə gedirsə deyirlər ki, sizn daxili orqanlarınız tam sıradan çıxıb.Məcburiyyət qarşısında qalan ana övladı ilə vidalaşmaq üçün yadigar qalsın deyə son vidvideo-görüntülərini də çəkib.
Herbalife məhsullarının arıqlama və incəlmə məqsədiylə istifadə edilməsinin ardından Herbalife məhsulları ilə ABŞ- də ortaya çıxmış bir sıra şikayətlər nəticəsində bu yazını qələmə alaraq İstehlakçını şüurlandırmaq qərarına gəldim.
Apardığımız araşdırmaya görə “Herbalife” həblərinin tərkibi efedrin maddesine aiddir. Bu maddənin bir sıra asılılıq quruluşçu təsirləri var və bəzi ölümlərə səbəb olduğu bilinməkdədir. 2000-ci ildə Herbalife zəifləmə həbi istifadə edən bir adamın ABŞ də ölüm hadisəsi ABŞ -i sarsıtmışdı. Efedrin maddəsi, ölkəmizdə qadağan edilən bir sıra Çin qaynaqlı Lida bənzəri həblərdən da tapılmışdı. Ürək döyüntüsü edən və qan təzyiqini yüksəldən təsirlərə malikdir. O səbəblə Herbalife zəifləmə həblərinin yeganə yan təsirinin ürək xəstələrində görülə biləcəyini söyləyə bilərik. Ayrıca Herbalife məhsullarının qiyməti ilə müqayisədə mənə qalsa eyni bəsləyici maddələri daha ucuza yemək və içkilərdən tərəvəzlərdən meyvələrdən əldə etmək mümkündür.
Redaksiya olaraq iümid edirik ki, sözügedən hadisə ilə bağlı hüquq mühavizə orqanları “Herbalayev” şirkətində satılan saxta məhsullarla bağlı araşdırma aparıb qanunamüvafiq ölçü götürəcəkdir.
Şirkətlə nə qədər əlaqə saxlamaq istəsəkdə bu arzumuz baş tutmadı.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
Vətəndaşın video-şikayətini təqdim edirik:

 
Ardını oxu...
DİA.AZ: - Hətta nüfuzlu marketlərimizin belə piştaxtada bir qiymət, kassada başqa bir qiymət tətbiq etməsi artıq ənənə halına çevrilib. Elə buna görə də sözügedən məsələ ilə bağlı vətəndaş şikayətləri durmadan artmaqdadır.

DİA.AZ bildirir ki, "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Sənan Məmmədov adlı istifadəçi anoloji problemlə üzləşib. Narazı vətəndaş yazır:

Ardını oxu...

"Həmişəki kimi "Bravo"... Yenə müştərini aldadır...

Nəsibbəy Yusifbəylidə yerləşir, Bakı Sağlamlıqla üzbəüz...

Soruşuram, niyə bəs belə olur, kassir söz deyə bilmir... Mən 2 manata danışmıram, amma haqsızlıq etmək olmaz, milləti aldatmaq olmaz!"

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
DİA.AZ: - "Ayda 300-400 manat verib İP sayını saxta yollarla 20 min artıran saytlar bunu nə üçün edir?!" DİA.AZ bildirir ki, bu etirazla tanınmış jurnalist Fazil Əhməd çıxış edib.
Jurnalist daha sonra yazır: "Sizi əmiin edirəm ki, bu fırıldağı edən saytlara nəinki 20 min, gündəlik heç 300-500 giriş yoxdur.
Bəs, bunu nə üçün edirlər?
Hə, bax, əsl niyyət elə burada və bir də PR menecerlərlə "işbirliyi"ndə gizlənib.
Bir bilsəniz saxta İP oyunu ilə nə qədər bank, nə qədər nazirlik, İcra Hakimiyyəti, nə qədər dövlət təşkilatları, hətta Misli-filan kimi qumar şəbəkəsi və sairlərlə "press-reliz reklamı" adı altında ortada nə qədər pul fırladanlar var, dəhşətə gələrsiniz...
5-6 gündür maraqlandığım bu sahə üzrə nələr görmədim, nələrlə üzləşmədim ki?
Ən ağır gələni də belələrinin at kimi adamın üzünə durmalarıdır.
Bunların yuvasına çomaq soxmaq gərək deyilmi?
Məncə, gərəkdir, özü də mütləq!"

Məsələ dia.az olaraq diqqətimizdədir.
 
Ardını oxu...
“Bizdə də smart tipli sayğacdır. Mexaniki sayğacların əksəriyyəti 2018-ci ildə gəldi. Ekspertin bizə verdiyi məlumata görə, mexaniki sayğaclar o qədər də keyfiyyətli deyil. Bilirsiniz ki, smart tipli sayğaclardan heç vaxt şikayət olmur. Çünki onlar “beyin”” sayğaclardır, mexaniki isə belə deyil. Smart tipli sayğaclara müdaxilə edə bilmirlər. Bəzən plombu qırmağa cəhd edirlər. Nazirlər Kabinetinin qərarında da deyilir ki, abonentin sayğacının üstü mütləq qaydada örtülməlidir ki, kənar müxadilə olmasın. Bütün sayğaclar çölə çıxarılıb. Kənar müdaxilə varsa, düşünürəm, bunu “Azəriqaz” özü təşkil edir. Bundan abonent cavabdeh olmadığına baxmayaraq, qeyri-qanuni olaraq abonenti cəzalandırırlar. Smart tipli sayğacların mütləq şəkildə mexaniki ilə əvəz edilməsi barədə Nazirlər Kabinetinin qərarına rast gəlməmişəm. “Azəriqaz” guya gələcəkdə “ağıllı” hesab etdiyi sayğacları dəyişdirəcək. Bildiyiniz kimi, bu sayğaclar Azərbaycanda istehsal olunur. Təcrübəmə əsaslanaraq deyirəm ki, “Azəriqaz”ın dəyişdirəcəyi sayğaclar keyfiyyətcə Azərbaycanda istehsal olunan sayğaclardan da aşağı olacaq. Şəxsi fikrimdir, zaman göstərəcək...”

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.
O bildirib ki, hazırda bütün sayğacların dəyişdirilməsi prosesi getməməlidir: “Belə bir qərar yoxdur. Sadəcə, bütün sayğacların pasportu olur ki, zəmanəti nə qədərdir. Ancaq Nazirlər Kabinetinin qərarında deyilir ki, beş ildən bir sayğaclar yoxlanılmalıdır. “Azəriqaz” “Nazirlər Kabinetinin qərarı” deyə-deyə durub. Mən həmişə oxuyuram. Belə bir yeni qərar olub-olmadığını bilmirəm ki, mütləq sayğaclar əvəzlənməlidir. Niyə bu sayğaclara “ağıllı” deyirlər, başım çıxmır. Mən bu sayğacları “daha yüksək sürətli sayğac” adlandırardım. Sayğaclar laborator yoxlamadan keçməlidir, ehtiyac varsa, onda dəyişdirilməlidir. "Azəriqaz” nümayəndələri artıq müğənniləri də ötüb, “Facebook”dan çıxmırlar, rayonları gəzirlər. Bir az kobud səslənsə də, şou göstərirlər. Sayğacların dəyişdirilməsində hansı qərara, nəyə əsaslanırlar, bilmirəm. Əhaliyə xeyli sayda cərimələr yazırlar. Guya sayğac yaxşı işləməyib, əhaliyə çox böyük məbləğdə əlavə ödəniş yazırlar. Mənim başım çıxmır ki, əhali o sayğacı özü quraşdırıb? Yaxud əhali özü yoxlamalıdır ki, bu sayğac düz yazır, ya yox? Sayğacların dəyişdirilməsi prosesi bəhanədir. Evləri gəzirlər. Pis çıxmasın, “Azərqaz”ın hazırda həyata keçirdiyi “sayğac siyasəti”ni bəyənmirəm. Düşünürəm, bu, əhaliyə qarşı yenə də əlavə qaz itkisinin bağlanması ilə əlaqədar gedən siyasətdir”.



Aytəkin Qardaşova
Ardını oxu...
DİA.AZ: - "Kartofçuluq ölkəsi olmağımıza baxmayaraq 2 ildən çoxdur satışda ancaq heyvandarlıq üçün olan texniki sort kartof satılır özü də 1 manata. AQTA deyir qəşəmgdi yeyin kef eləyin..." DİA.AZ bildirir ki, bu açıqlama ilə ekspert Elçin Bayramlı çıxış edib.
E.Bayramlı daha sonra deyib: "Burada ortaya 5 sual çıxır
1. Yerli kartof hanı?
2. Heyvan kartofu niyə insanlara satılır?
3. Xaricdən 10-15 qəpiyə alınan bu məhsul niyə 1 manata satılır.
4. GMO məhsul idxalı qağadan olan ölkəyə bunu neçə keçirirlər?
5. AQTA nə işlə məşğuldur?"

Ardını oxu...
7NEWS.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat verib. Video paylaşan müştəri "Bazarstore"nin dəhşətli fırıldağının üstünü faktlarla açıb. Videodan aydın görünür ki, vaxtı keçmiş məhsulun üzərinə yeni istifadə müddəti vurulur və satışda saxlanılır. Şikayətçi müştəriləri diqqətlə olmağa çağırır. Vaxtı keçmiş qida məhsullarının insan həyatı üçün təhlükəli oıduğunu nəzərə alsaq aidiyyatı qurumların müdaxiləsini vacib hesab edirik.

DİA.AZ 7NEWS.az-a istinadla sözügedən videonu təqdim edir:



Ardını oxu...
2015-ci ildən etibarən "Bakı Metropoliteni"ndə və Bakı şəhərində fəaliyyət göstərən avtobus xətlərində gediş haqqının ödənişi "BakıKart" vasitəsilə həyata keçirilir.

“BakıKart” beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən ictimai nəqliyyatda gediş haqqının nağdsız elektron ödəniş alətidir.

“BakıKart”ın missiyası isə nəqliyyat vasitələrində ödənişlər üzrə vahid ödəniş aləti olmaqla, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini, rahatlığını və ödənişlərin şəffaflığını təmin etməkdir.

Həmin dövrdən "Bakı Metropoliteni"ndə və "BakıKart" avtomatlaşdırılmış ödəniş sisteminə qoşulmuş Bakı şəhərində fəaliyyət göstərən avtobus xətlərində gediş haqqının ödənişi plastik kartı vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, bir vaxtlar kartın balansını artırmaq yalnız “BakıKart” ödəmə terminalları və POS-terminalları ilə mümkün idisə, sonralar “MilliÖN” terminalları, “BakıKart” mobil tətbiqi və veb portal vasitəsilə də bunu həyata keçirmək mümkün oldu.

Bildirək ki, “BakıKart” terminallarında 10, 20, 50 qəpik dəyərində sikkələrdən və əskinaslardan istifadə edilir.

Xatırladaq ki, “BakıKart”ın nağdsız ödəniş sisteminin tətbiqi sərnişinlər tərəfindən razılıqla qarşılansa da, sonralar bu istiqamətdə həyata keçirilən “yeni ödəniş ideyası” bir sıra problemlərə yol açıb.

Bu sahədə əsas problemlərdən biri və ən başlıcası dayanacaqlarda fəaliyyət göstərən “BakıKart” ödəmə terminalların yığışdırılmasıdır. Bu gün paytaxtda əksər dayanacaqlarda adıçəkilən terminallar yığışdırılıb və vətəndaşlar demək olar ki, əsasən marketlərdə fəaliyyət göstərən “MilliÖN” terminallarının ümidinə qalıb.

Qeyd edək ki, marketlərin heç də hamısında “MilliÖN” terminalı yoxdur. Digər bir fakt isə odur ki, əgər vətəndaş dayanacaqlardakı “BakıKart” ödəmə terminalında 10, 20, 50 qəpik dəyərində sikkələrdən, həm də əskinaslardan istifadə edirdisə, “MilliÖN” terminalında isə yalnız əskinaslardan istifadə mümkündür.

Yəni cibində əskinası olmayan vətəndaş yolda qalmalıdır. Məsələn, bir vətəndaşın pul kisəsində cəmi 1, yaxud da 5 manat varsa, o bütün pulunu terminala ödəməli olur. Yaxud vətəndaşın pul kisəsində anca sikkə varsa, dayanacaqda “BakıKart” ödəmə terminalı yoxdursa, demək o sərnişin də heç bir avtobudan istifadə edə bilmir və dayanacaqda qalmalıdır.

Hazırda bəzi “MilliÖN” terminalının heç də hamısında “BakıKart”la bağlı ödəniş sistemi aktiv deyil.

Bəs dayanacaqda “BakıKart” ödəmə terminalının olmadığı, “MilliÖN” terminalının işləmədiyi təqdirdə vətəndaş necə çıxış yolu tapmalıdır?

Əgər bununla bağlı “BakıKart” mobil tətbiqi və veb portal vasitəsini isə çıxış yolu kimi göstərirsə, qeyd edək ki, bu tətbiq hələ geniş yayılmayıb və ölkə əhalisinin çox az hissəsi bundan faydalana bilir.

Fakt odur ki, “BakıKart”ın missiyası nəqliyyat vasitələrində ödənişlər üzrə vahid ödəniş aləti olmaqla, ictimai nəqliyyatdan istifadə edənlərin vaxta qənaətini, rahatlığını və ödənişlərin şəffaflığını təmin etməkdirsə, hazırda terminalların yığışdırılması ilə vətəndaş nəinki rahatlıq əldə edib, əksinədaha çox əziyyətlərə qatlaşmalı olurlar.

Nəticədə vətəndaşlar ödəmə terminalı tapmaq üçün uzaq məsafələr qət etməli olurlar. Şəffaflığa gəldikdə, dayanacaqlara yerləşdirilən həmin “BakıKart” ödəmə terminalına xeyli vəsait ayrılmışdı və hazırda həmin terminallar da yığışdırıldığına görə bu vəsait “itirilmiş” hesab edilir.

Xatırladaq ki, bir neçə il öncə dayanacaqlarda quraşdırılan monitorlar da eyni aqibətlə üzləşdi. Xeyli vəsait sərf edilərək ölkəyə gətirilərək quraşdırlan həmin monitorlar bu gün dayanacaqlarda lazımsız əşyaya çevrilib. “BakıKart”la bağlı digər maraqlı məqam isə bu gün vətəndaşların bəzi dayanacaqlarda “canlı ödəniş terminalı” ilə qarşılaşmalarıdır.

Bu gün paytaxtın bir sıra dayanacaqlarında, məsələn, 62 saylı avtobusun dayanacağında əlində ödəniş aparat olan şəxs məhz bu funksiyanı yerinə yetirir.

Maraqlıdır, “BakıKart”ın beynəlxalq standartlara uyğun olaraq sərnişinlərin tələblərinə cavab verən ictimai nəqliyyatda gediş haqqının nağdsız elektron ödəniş aləti dedikdə bunumu nəzərdə tuturlar? Yoxsa “BakıKart”ın dayanacaqlarda peyda olan bu “canlı ödəniş terminalı”ndan xəbəri yoxdur.

Nəticə odur ki, bu gün bir sıra dayanacaqlarda nə ödəniş terminalları, nə də yaxınlıqda ticarət obyektləri olmadığından vətəndaşlar əllərində 10, 20, 50 qəpik dəyərində sikkələrlə digər sərnişindən onun da əvəzinə ödəniş etməsi üçün xahiş etməli olurlar. Bu isə heç də beynəlxalq standartlara uyğun fəaliyyət göstəricisi deyil.

Dünyapress TV

Xəbər lenti