Ardını oxu...

DogruXeber.az: - Ağaclar, yaşıllıqlar təbiətin ayrılmaz, ən vacib hissələrindən biridir. Təsadüfi deyil ki, almanlar meşələrə çox mənalı və müasir səslənən bir ad verib: “Yaşıl ciyər”.

Yaşıllıq insanın, bütün canlıların, bəşəriyyətin yaşaması üçün çox lazımdır. Lakin bəzən təbiətin vacib elementlərindən olan bu ağaclar təhlükə mənbəyinə çevrilir.

Gəncənin Mahrasa Bağı adlanan qəsəbəsində 13-cü binanın qarşısındakı qovaq ağacları kimi. Yaşlı nəsil çox yaxşı xatırlayır ki, bu ağaclar ötən əsrin 70-80-ci illərində kütləvi şəkildə Gəncənin küçələrini, qəsəbələrini bəzəyib. İlk baxışda çox əzəmətli görünsələr də bu ağaclar yaz aylarında ifraz etdikləri tüklər və liflərlə həm insanların sağlamlıqları üçün, həm də küçələrin təmizliyi baxımından çox zərərli bir ağac hesab olunur.

İsti yay aylarında, quraqlıqda ən tez yarpağını tökən də qovaq ağacıdı. Ən pisi isə odur ki, bu ağacların yaşama müddəti digər ağaclara baxanda çox azdır və 30-35 ildən sonra bu qovaq ağacları əsl təhlükə mənbəyinə çevrilir.

Artıq 50 ilə yaxındır bu binada yaşayan Səlminaz Rəhimova Bizim.Media-nın yerli bürosuna açıqlamasında bu qovaq ağaclarının yaşının həddən çox olduğunu və bu günədək bir dəfə də aidiyyatı qurumlar tərəfindən baxılmadığını deyir:

“Biz 1974-cü ildə bu binaya köçmüşük. O zamanlar bu ağaclar artıq əraziyə əkilmişdi. Əlbəttə yaşıllıq, ağaclar çox vacib şərtdir. Mən özüm də yaşıllıqları çox sevirəm. Amma bu qovaq ağacları artıq qorxuludur. Hər dəfə bərk külək əsəndə binanın sakinləri bu ağacların qırılıb düşəcəyindən ehtiyat edir.

Bir neçə il bundan qabaq binanın qarşısında iri bir qovaq ağacı qonşumuzun avtomobilinin üzərinə düşdü. Maşın tam yararsız halda metal qəbulu sahəsinə aparıldı. Təsəvvür edirsinizmi, o avtomobilin içində sahibi olsa idi, nə baş verərdi. May ayında, Gəncədə güclü küləklə leysan olanda oğlum binanın qabağından maşınını 5 dəqiqə gec kənara versəydi ağacın iri bir budağı onun üzərinə düşəcəkdi.

50 ilə yaxındır bu ağaclar əkilib bir dəfə də olsun aidiyyatı qurumlardan bu qocalmış ağaclarla maraqlanan yoxdur. Dəfələrlə Mənzil Kommunal İstehsalat Birliyinin yerli nümayəndəsinə, Gəncə şəhər icra hakimiyyətinə xəbərdarlıq etmişik etmişik, bir ölçü götürən yoxdur. Biz sakinlər aidiyyəti qurumlardan xahiş edirik ki, bizim binanın qarşısında olan bu qocalmış və artıq təhlükə mənbəyinə çevrilən qovaq ağaclarını ciddi fəsadlar törətməmiş kəsib götürsünlər”.

Binanın digər sakini Mübariz Heydərov da bina istismara verildiyi gündən burada yaşayır.

Onun sözlərinə görə ağaclar əkilən gündən onlara binanın sakinləri qulluq edib. İndi də sakinlər tez-tez ağacları suvarırlar. Amma buna baxmayaraq ağaclar artıq yaşama müddətini bitirib:

“Ağacların kökləri də çürüyüb artıq. Budaqlar bərk külək əsəndə hissə-hissə qırılıb düşür. Binanın qarşısından elektrik naqilləri keçir, küçə işıqlandırılması xətləri də ağacların altındadır. Bircə dəfə bərk külək əsəndə burada olsanız, mənzərədən dəhşətə gələrsiniz. Az qalır, ağaclar kökündən çıxa. Təsəvvür edirsiniz, o ağacın biri qırılsa, bütün elektrik kabellərini qıracaq, o da öz növbəsində dartaraq elektrik sayğaclarını sıradan çıxaracaq. Dəfələrlə “JEK”-ə, icra hakimiyyətinə müraciət etmişik səsimizi eşidən yoxdur. Bizə deyirlər ki, sakinlər yığışıb bir ərizə yazsınlar.

Niyə mən ərizə yazmalıyam ki? Mənim savadım yoxdur, yaza bilmirəm. Buna cavabdeh bir qurum yoxdurmu? Bu ağaclar vətəndaşların ağacları deyil axı. Axı bu ağaclar mənim şəxsi məhləmdə deyil ki, mən və ya kimsə sakinlərdən ərizə yazsın. Ola bilməz ki, bu məsələyə cavabdeh olaan bir qurum, bir təşkilat olmasın”.

Digər sakinlərin də sözlərinə görə, ağaclar əkiləndən bəri bir dəfə də maraqlanan olmayıb. Qovaq ağacları kövrək və təhlükəli olduğunu alimlər də təsdiqləyirlər.

Aqrar Elmlər Doktoru, Professor Zaur Həsənov Bizim.Media-ya açıqlamasında bu ağacların estetik gözəllik baxımından yaraşıqlı olduğunu bildirsə də, onların gövdə və kök sisteminin çox kövrək olduğunu vurğulayıb:

“Qovaq ağacları digər çox illik meşə bitkiləri ilə müqayisədə az ömürlü və kövrəkdir. Qovaq Populuss-promidalius sinfinə aid olub piramida ehramı tipli uzanan bir ağacdır. Onun yaşama müddəti elmi nəzəriyyələrə görə maksimal 30-35 il təşkil edir. Bu dövrdən sonra qovağın budaqları və kök sistemi sürətli qurumaya məruz qala bilir.

Yəni yaşı ötmüş qovaq ağacları istənilən bərk külək zamanı gözlənilmədən qırıla, aşa və ziyanlıq törədə bilər. Buna görə də yaşayış ərazilərində olan, yaşı 30-35 ildən çox olan qovaq ağacları mütləq kəsilərək götürülməlidir. Əks halda həmin ağaclar həm sakinlər, həm ərazidən keçən kommunikasiya və tikililər, o cümlədən də nəqliyyat vasitələri üçün çox təhlükəlidir”.

Zaur Həsənov da yaşı çoxdan ötmüş bu ağaclara aidiyyatı qurumların nəzarət etməli olduğunu vurğulayır. Alimin fikrincə bu ağaclar təhlükə mənbəyi olduğundan çox qısa zamanda onlarla bağlı məsələyə baxılmalıdır.

DİA.AZ bildirir ki, məsələ ilə bağlı Bizim.Media-nın yerli bürosu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərovla əlaqə saxlayıb.

O da öz növbəsində bildirib ki, ağacların hansı dövlət qurumunun və ya bələdiyyənin ərazisində olmağından asılı olaraq həmin təşkilatların bu məsələyə cavabdehliyi onların funksional öhdəlikləri, vəzifə borclarıdır:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyatı qurumları ağacların və ya yaşıllıqların vəziyyəti ilə bağlı yalnız rəy verir. Yəni aidiyyatı qurumlar, daha doğrusu ağacların yerləşdiyi əraziyə cavabdeh təşkilatlar mülkiyyətçilərdir. Bu ya şəhər icra hakimiyyətinin müvafiq qurumu və ya da bələdiyyələr olur. Onlar ağacların vəziyyətləri ilə mütəmadi maraqlanmalıdırlar.

Belə ki, qeyd olunan qurumların cavabdeh şəxsləri ildə iki dəfədən az olmayaraq ərazilərində olan ağacların və uzun ömürlü bitkilərin inventarizasiyasını aparmalıdırlar. Bu onların funksional öhdəlikləridir. Sakinlər ağacların təhlükəli olmaları ilə bağlı aidiyyatı qurumlara müraciəti yalnız vətəndaşlıq borcu kimi qəbul edilməlidir.

Vətəndaşların dövlət və ya bələdiyyə torpaqlarında əkilmiş ağacların kəsilməsi ilə bağlı yazılı müraciəti hər hansı vacib şərt sayılmır. Buna görə də aidiyyatı qurumlar bu məsələdə vəzifə öhdəliklərini yerinə yetirərək sözü gedən ərazidə olan qovaq ağaclarının vəziyyəti ilə təcili olaraq maraqlanmalı, onların vəziyyətinin qiymətləndirilməsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidirlər.

Nazirlik tərəfindən ağacların götürülməsinə rəy verildikdən sonra cavabdeh qurum tərəfindən ağacların götürülməsi həyata keçirilir”, - deyə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri vurğulayıb.

Sonda isə bir nəticəyə gəlirik ki, kimin funksional öhdəliyi və ya vəzifə borcu olmasından asılı olmayaraq vətəndaşların sağlamlıqları və təhlükəsizlikləri əsas prioritet olmalıdır. Ümid edirik ki, aidiyyəti qurumlar Mahrasa bağı sakinlərinin probleminə vaxtında reaksiya verəcəklər.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...
Türkiyənin müxtəlif bölgələrində fəaliyyət göstərən jurnalistlər və jurnalist təşkilatlarının rəhbərləri sentyabrın 11-16-da ölkəmizdə səfərdə oldu. 50 nəfərlik heyətin səfərinin təşkilatçıları Türkiyə Jurnalistlər Federasiyası (TGF), Türkiyə Jurnalistlər və Yayımçılar Dərnəyi, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, Azərbaycan Kültür Evi idi. Səfərə dəstək verən qurumların sırasında isə TİKA və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi göstərilmişdi.

TGF başqanı Yılmaz Karaca səfərdən təxminən iki həftə əvvəl zəng edərək, Azərbaycana gələcəklərini bildirdi, onları burada müşayiət etməyimiz istədi. Biz də məmnuniyyətlə səfər müddətində onların yanında olacağımızı bildirdik. Bu müddətdə Yılmaz bəy bizə səfərlə bağlı bir neçə proqram göndərdi. Proqramlarda qonaqların Azərbaycanın bir neçə yüksək vəzifəli şəxsi, deputatı, Mətbuat Şurasının sədri, Türkiyənin ölkəmizdəki səfiri ilə görüşləri, müxtəlif tədbirlərdə iştirakı, Şuşaya səfəri nəzərdə tutulmuşdu.

Mən və saytımızın təsisçisi Tural Səfərov qonaqların gəldiyi gün qalacaqları otelə getdik. Qonaqlardan səfər proqramının son variantını istədikdə məlum oldu ki, heç bir şey bəlli deyil. Günorta saatlarında Bakıya enən qonaqlara axşam yeməyi belə nəzərdə tutulmayıb. Komitənin səlahiyyətli şəxsi deyib ki, axşam saatlarında Xırdalanda keçirilməsi nəzərdə tutulan tədbir yolun uzaqlığı və sıxlığı səbəbindən ləğv edilib. Ona görə axşam yeməyinin də ləğvinə qərar verilib. Yılmaz Karacanın kəskin etirazından sonra otelin yaxınlığında bir kafedə qonaqlara yüngül axşam yeməyi verildi, səfərin proqramının ertəsi gün səhər tam hazır olacağı bildirildi.

Amma o ertəsi gün heç bir şəkildə olmadı. Altı günlük səfər çərçivəsində nə konkret proqram hazırlandı, nə planlaşdırılan rəsmi görüşlər oldu, nə də Şuşaya səfər baş tutdu.

Hətta bir kafedə verilən yemək zamanı ev sahibi kimi bizi utandıracaq olay yaşandı. Qonaqlardan biri xahiş etdi ki, hamıya eyni qaydada verilən “bulqur-toyuq qulyaşı” menyusunda azca dəyişiklik edib, ona bulqur üzərində ət qulyaşı gətirilsin. Ofisiantlar bunun üçün əlavə ödəniş edilməli olduğunu dedikdə, həmin şəxs razılaşdı. Hesab ödəndiyi zaman qonaqdan əlavə 8 manat istənildi, o da verdi. Müdaxilə edib, nə üçün o qədər pul alındığını soruşduqda məlum oldu ki, yeməyin qiyməti toyuqla 7, ətlə 8 manatdır. Amma nədənsə qonaqdan 1 manatlıq fərq yerinə, bütün yeməyin pulunu alırlar. Təbii ki, etirazdan sonra 8 manat qaytarıldı, 1 manatlıq fərq də istənilmədi. Amma ölkəmizdə doğma Türkiyəmizdən olan qonağa belə davranılmasından çox utandıq.

Səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Mətbuat Şurasının sədri Rəşad Məcid, deputat Qənirə Paşayeva ilə keçirilən görüşlər isə şəxsi əlaqələr və telefon zəngləri nəticəsində reallaşdı. Maraqlıdır ki, adları görüşüləcək şəxslərin siyahısında olan həmin şəxslər səfərdən xəbərsiz olduqlarını bildirdilər.

Xüsusilə vurğulamaq istəyirəm ki, Cahit Bağcı, Rəşad Məcid və Qənirə Paşayeva qonaqları yüksək səviyyədə qəbul elədi. Adlarını sadaladığım şəxslərin qonaqpərvərliyi Dövlət Komitəsinin yarıtmaz fəaliyyəti, laqeydliyi nəticəsində pərişan olan heyət üzvlərinin ölkəmizdən məmnun ayrılmasına, onlarda Azərbaycan haqqında müsbət təəssürat yaranmasına səbəb oldu.

Görəsən, Rəşad Məcid və Qənirə Paşayeva olmasaydı, nə olacaqdı???

P.S: Yılmaz Karacanın saytımıza baş verənlərlə bağlı müsahibəsi yaxın günlərdə yayımlanacaq.
Gülşən Hacıyeva
TSN
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
       
Ardını oxu...
6 apellyasiya hakimi cavabdeh xidmət qurumunun sifarişi ilə 1-ci dərəcəli qaziyə qarşı
Düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini apardığı, xaricdə müalicəyə ehtiyacı olan Qarabağ qazisi Xaliq Abbaszadənin pensiyasının yarısını, daşınar-daşınmaz əmlakının hamısını dələduzluqla sosial müdafiə, ədliyyə, icra, məhkəmə orqanlarının aparması on ildir sürən özbaşınalıq faktı kimi hamıya bəllidir. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı və təbii ki, icra sənədi olmadan Qarabağ qazisinin pensiyası məktubla (?) yarıqat edilib və heç bir məhkəmə də Konstitusiyanı, qanunu rüşvətdən korrupsiyadan üstün tutmur. Təsəvvür edin, Bakı İnzibati Məhkəməsinin və apellyasiya instansiyasının qanunsuz qərardadlarını 2 dəfə Ali Məhkəmə ləğv edib , di gəl , 3-cü dəfə yenə də qərardadı ləğv edilən hakimin özünə baxmağa verilib. Təbii ki, Bakı İM-in hakimi Nəriman Abıyev “öz ayranına turş deməyəcəkdi” . Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən Səadət Bəktaşi) 03.08.2021 tarixli qərarını 2 ildən sonra medianın işə qarışmasından sonra verməsi, Ali Məhkəmənin heç bir əsas olmadan kassasiya şikayətini mümkünsüz etmək çabaları Qarabağ qazisinin hüququ üzərində qanunsuz eksperiment yetgisi bağışlayır.
Son çağlarda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı işlərdə hökm sürən özbaşınalıq Ginnesin rekordlar kitabına düşməsə də, Məhkəmə Hüquq Şurasının araşdırma kitabına düşüb. Özbaşınalığın dərəcəsinə baxın, 1-ci dərəcəli Qarabağ qazisinin Sabunçu məhkəməsinin (hakim Adilə Paşayeva) cavabdeh xidmət qurumunun qeyri- prosessual sifarişi ilə icraata xitam verməsi qərardadından şikayətini Bakı AM-in Mülki Kollegiyası( sədrlik edən Günay Axundova, Fuad Babayev və Cəmilə Musayeva) 24.07.2023 tarixli qərardadla təmin etməyib. Kassasiya şikayəti vermək üçün vəkillə təminatı haqqında qazinin anında verdiyi ərizəsinə iş üzrə hakimlər olmayan Fuad Abdıyev, Anar Tanrıverdiyev , Fərrux Qasımov üçlüyü 20 (?) gün sonraya təyin etdikləri iclasda “baxıb” və qazinin “gəlir deklarasiyası”nın dövlət hesabına vəkil ayrılmasına əsas vermədiyi “haqqı” ilə vəkil ayrılmasından 24.08.2023 tarixli aktla imtina edilib. MPM-in 67-1 maddəsinə zidd olaraq bu qərardaddan kassasiya verməyə də qadağa qoyulduğundan, iddiaçı qazi 29.08.2023-cü ildə birbaşa Ali Məhkəməyə elektron qaydada kassasiya şikayəti verib. Qanunsuz heyət – Fuad Abdıyev, Anar Tanrıveriyev, Fərrux Qasımov bu şikayəti də 05.09.2023 tarixli qərardadla geri qaytarıb ki, mümkün deyil. Hüquqsuzluq eksperimentindən bezən qazi 06.09.2023 tarixli kassasiya şikayətini şəxsi kabinetdən təqdim edib və yenə də qanunsuz heyətin 07.09.2023 tarixli qərardadı ilə şikayətin ali instansiyaya göndərilməsindən imtina edilib. Bundan sonra iddiaçı şəxsi kabinetdən şikayətin ali instansiyaya göndərilməsini tələb edib və …
“Elektron məhkəmə” sistemində 13.09.2023 tarixli qərardadın 15.09.2023-cü ildə yerləşdirilməsi növbəti “ŞOK-ŞOU” EFFEKTİ yaradıb. Bu qərardadı qanuni heyət -Günay Axundova, Fuad Babayev, Cəmilə Musayeva imzalasa da, qərardad tam qanunsuz olub. Qanuni heyət 06.09.2023 tarixli kassasiya şikayətinə yox, guya iki ay qabaqkı 24.07.2023 tarixli qərardaddan şikayətə baxıb və vəkil yazmadığından, müddət ötürüldüyündən ali instansiyaya göndərməkdən imtina edib. Üçü qanuni, üçü qanunsuz iki heyətin- 6 hakimin cavabdeh xidmət qurumunun sifarişi ilə 1-ci dərəcəli Qarabağ əlilinə qarşı özbaşınalıq eksperimentinə baxın: 2 ay qabaq Qarabağ əlili vəkillə təminatına ərizə verib, qanunsuz heyət- FUAD ABDIYEV, ANAR TANRIVERDİYEV, FƏRRUX QASIMOV təmin etməyib, indi 2 aydan sonra qanuni heyət -GÜNAY AXUNDOVA, FUAD BABAYEV, CƏMİLƏ MUSAYEVA qazi-əlili vəkilsiz şikayət verməkdə, müddəti ötürməkdə suçlayır.
Əlillərin, qazilərin hüquqları üzərində “ məhkəmə- hüquq şousu”, eksperimenti nə qədər sürəcək? Rüşvət, korrupsiya vicdandan , Konstitusiyadan beləmi üstündür?!
Məğrur Bədəlsoy
İddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az

Ardını oxu...
DİA.AZ: - "Mən şəxsi avtomobilimlə Uklon şirkətinə sürücü kimi üzv olub şəxsi nəqliyyat vasitəmlə sərnişin daşıyırdım.Uklon şirkətinin son günlərdə haqsız hərəkətləri barədə şikayətlərimi bildirməyimə baxmayaraq ,müraciətimə baxılmırdı". DİA.AZ bildirir ki, bu barədə" Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra yazır: "Səbəbsiz yerə hesabımı 2 günlük bloklayıb, sonra yalnışlıq olduğunu bildirdilər.
12.09.2023 axşam saatlarında Uklon şirkətinin baş operatoru mənimlə əlaqə saxladı,məsələni aydınlaşdırdıq,normal tərzdə sağollaşdıq.
Bu gün gizli nömrədən gələn zəng Uklon şirkətinin baş operatorunun yaxını olduğunu bildirərək, dünən axşam danışıqlarımda yalnışlıq olduğunu irad tutaraq nəlayiq ifadələrlə söyüşə keçdi, şərəf və ləyaqətimi alçaldıb,hədə qorxular gəldi.(Təbii ki bu şəxs Uklon şirkətinin əməkdaşı idi, baş operatorla nələr danışmışdımsa məlumatlı idi)".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
DİA.AZ: - Ziya Məmmədovun oğlu Maltada 3 il əvvəl açdığı şirkətin adını "Zizi" qoyub. Bilmirəm yaxınları keçmiş nəqliyyat nazirni "Zizi" çağırırlar yoxsa yox, amma Anar Məmmədovun seçdiyi ad məşhur kofe brendlərindən birinə aiddir və eyni adda dünyanın bir sıra ölkələrində kafeteriyalar fəaliyyət göstərir.
DİA.AZ xəbər verir ki, bunu özünün növbəti araşdırma yazısında tanınmış jurnalist Cavanşir Həsənli qeyd edib.
Jurnalist daha sonra bildirib: "Malta Biznes Qeydiyyatı Dövlət Agentliyinin sənədlərinə görə Ziya Məmmədovun oğlu "ZIZI FOOD COMPANY LIMITED"i 2020-ci il fevralın 5-də 1200 avro nizamnamə kapitalı ilə Valettada qeydiyyatdan keçirib.
Lakin bir müddət sonra Anar Məmmədov şirkətin adını dəyişdirərək onu AKSON ENERGY LIMITED adı ilə yenidən qeydiyyatdan keçirib.
Şirkət Valettanın Lucia küçəsi 147/ünvanında hüquqi qeydiyyatdadır. Nizamnaməyə görə şirkətin təsisçisi İngiltərənin ən bahalı yaşayış kompleksi olan 1, HYDE PARK APARTMENT B062 100 ünvanında daimi qeydiyyatda olan Azərbaycan vətəndaşı Anar Məmmədov (pasport seriyası: C01662717), onun tərəfdaşı isə 25 il Maltada qeydiyyatdan keçmiş G M CORPORATE AND FIDUCIARY SERVICES LIMITED şirkətidir.
Yeri gəlmişkən, Anar Məmmədovun Maltada ən azından daha iki şirkəti var".

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - Sumqayıt şəhəri, 30-cu məhəllə, 2A/15 saylı yaşayış binasının sakinləri tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Dünyada bir-birinin ardınca baş verən zəlzələlərdən sonra tikinti normalarına, təhlükəsizlik qaydalarına dövlət səviyyəsində nəzarət olunur.
Yaşayış binamızın 2-ci mənzilində yaşayan özünü gah FHN-nin, gah da icra hakimiyyətinin əməkdaşı kimi qələmə verən şəxs özbaşınlıq etməklə bütün məmurların adına ləkə vurmaqla yanaşı dövlət orqanlarının nüfuzuna xələl gətirməklə yanaşı Ölkə qanunlarına məhəl qoymur. Sovet dövründə tikilən, binamızın istismar müddəti də bitib. Binanın 2-ci 1-ci mərtəbəsinin 2-ci mənzilində yaşayan özünü hamıya dövlət məmuru kimi təqdim edən bu şəxs evinin eyvanını artırmaq üçün binaya gələn qaz boru xəttini kəsdirmiş, binanın qaz təchizat sxeminə özbaşına müdaxilə etdirib, qaz boru xəttini zədələmişdir. Əfsuslar olsun ki, bu qanunsuzluq “Azəriqaz” İB-nin nümayəndələrinin iştirakı ilə, onların gözləri önündə baş vermişdir. Belə ki, 11 sentyabr 2023-cü il tarixində binanın qarşısından binaya parallel xətt üzrə keçən ana boru xəttindən binanın birinci blokuna gedən qaz boru xəttini kəsdirərək yeri dəyişdirmişdir. Hazırda borunun zədəli olduğu da açıq görünür. Həmin binaya qaz verilişi də dayandırıldı. Özünə eyvan artırmaq üçün binaya gələn ana xətti zədələyən, məmur adından istifadə edən vətəndaşın özbaşınalıqlarına Qaz idarəsi nə məqsədlə ortaq olur ?
Xahiş edirik aidiyyatı qurumlar bu haqda “Azəriqaz” İB-nin Sumqayıt rəhbərliyindən izahat tələb tələb etməklə yanaşı, binanın qaz təchizat sxeminə müdaxiə edən, binanın ana xəttini zədələyən vətəndaş barəsində tədbir görülsün.
Bütün bunlar bir yana, ilin günün bu vaxtında eyvan artırmaq məsələsinə əlaqədar qurumlar, xüsususilə FHN niyə göz yumur ?
Eyvan artırmaq mümkündürsə xahiş edirik göstəriş verin ya bütün sakinlər eyvanlarını artırsın ya da kimsəyə bu icazə verilməsin. Qanun hamı üçün eynidir !
Sizdən xahiş edirik evinə bu özbaşınalıqlar barəsində ölçü götürülməsi üçün aidiyyatı orqanlara o cümlədən hüquq-mühafizə orqanlarına da göstəriş verəsiniz".

Ardını oxu...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
DİA.AZ: - Artıq "UniBank"ın özbaşınalıqları elə bir həddə çatıb ki, bankın etdiklərini eşidəndə heyrətlənməyə bilmirsən... Vəziyyət o həddədir ki, müştəriləri də bu əməllərə adekvat reaksiya verir. Elə aşağıda təqdim etdiyimiz şikayətdə olduğu kimi...

""Unibank" müqavilə şərtlərini pozub, məcburi mənim adıma kredit xətti açdığına görə məhkəməyə vermək üçün hüquqşünas varmı?" DİA.AZ bildirir ki, bu açıqlama ilə "Hüquqşünaslar" qrupundakı paylaşımında Həmid Qafarov adlı istifadəçi çıxış edib.

Narazı vətəndaş daha sonra yazır:
Mənəvi təzminat 7500 manat... Mənim iştirakım olmadan hüquqşünas həll eləyə bilsə, məbləğ onundur.

Mənim müraciət etmədiyim halda, debet kartına ikinci dəfə artıq kredit xətti açılır. Ərizə yazıb imtina etdiyim halda birincisinden, bu gün daha çox məbləğdə kredit açılıb.

Əlavə:
Bankın mənimlə kredit verilməsi barədə heç bir müqavilə ve ya öhdəliyim yoxdur..."

Ardını oxu...
Ardını oxu...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin həbsdə olan sabiq rəisi, ehtiyatda olan polkovnik Məlikməmməd Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Teref.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan olunub.

Prokuror Dövlət Təhlükəsizliyi Xidmətinin müstəntiqinin tərtib etdiyi ittiham aktının nəticə hissəsini elan edib.

İttihama görə, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışdığı müddətdə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisinin tapşırığı əsasında Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov və digərləri ilə əlbir olaraq milyonlarla manat mənimsədə təqsirləndirilir. Belə ki, Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi kimi çalışdığı müddətdə nazirlik tərəfindən alınan ərzaq və təchizatları dəyərindən artıq qiymətə alaraq həmin artıq olan məbləği nağd şəkildə şirkət nümayəndələr alaraq mənimsəyib.

Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.

İttihama münasibət bildirən Məlikməmməd Qurbanov özünü qismən təqsirli bilib.

O qeyd edib ki, hərbi qulluqçu olduğu üçün ona verilən tapşırıqları icra edib və dövlətə vurduğu ziyanı tam ödəyib.

Təqsirləndirilən şəxs sərbəst ifadə vermək istəmədiyini bildirərək suallara cavab verəcəyini deyib.

Məlikməmməd Qurbanov deyib ki, idarə rəisi kimi vəzifəsi nazirlik və hərbi hissələrdən gələn sifarişləri vaxtı-vaxtında və keyfiyyətli təmin etmək olub.

Müxtəlif epizodlar üzrə suallara cavab verən sabiq idarə rəisi bildirib ki, ərzaq malları ilə bağlı müxtəlif adda şirkətlərlə çalışsalar da, hamısı bir şəxsə məxsus olub:

“Həmin şəxsin adını çəkməyəcəyəm. Lakin onun işlərini Aftandil Abdıyev görürdü. Biz onunla işləmişik. Bu da rəhbərliyin tapşırığı ilə həyata keçib. Bütün sahələr üzrə alınan malların qiyməti süni şəkildə artırılaraq alınıb. Həmin süni şəkildə artırılan pul nağdlaşdırılaraq bizə geri qaytarılıb. 5 il ərzində şirkətlərdən 20 milyon manat nağdlaşdıraraq hissə-hissə mənə verilib. Həmin məbləği sabiq Baş Qərargah rəisinə aparıb vermişəm. Həmin məbləğdən 1 milyon 200 min manat rəhbərliyin tapşırığı ilə dünyasını dəyişmiş maddi-texniki təminat üzrə nazir müavini Fuad Məmmədova, 800 min manatı isə Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədova vermişəm. 20 milyon manatdan isə mənə 400 min manat pul verilib. Həmin pul da idarənin xərcləri və şəxsi xərclərimiz üçün verilib. Ərzaqdan başqa, abadlıq işləri ilə bağlı digər şirkətlə, avtomobillərin ehtiyat hissələri ilə bağlı ayrı şirkətlərlə əməkdaşlıq etmişik. Onlarda da qiymətləndirilmə süni şəkildə artırılıb və müəyyən faiz qarşılığında nağdlaşdırılaraq mənə verilib. Bütün pulları rəhbərliyə vermişəm. Ümumilikdə bütün işlər üzrə mənə 542 min 400 manat verilib. Həmin pulu da istintaqda dəymiş zərər kimi ödəmişəm”.

Vəkilin “rəhbərlik deyəndə kimi nəzərdə tutursunuz” sualına cavab verən polkovnik bildirib ki, sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovun tapşırıqlarını icra edib:

“Bütün alınan pulları birbaşa şəxsən özüm xidməti otağında Nəcməddin Sadıkova vermişəm. Kimə nə qədər pul verilməli olduğunu o müəyyən edib. Düzdür, şirkətlərlə bütün danışıqları mən aparmışam. Bizə qayıdacaq məbləğin və ya pul üzrə faizin dərəcəsi, hansı şirkətlə işin görülməsini də sabiq Baş Qərargah rəisi müəyyən edirdi. Sadəcə, mən işlərin icrasını həyata keçirmişəm”.

Daha sonra prosesdə şahid qismində Ziyafət Həsənov ifadə verib. Məlum olub ki, uzun illər Müdafiə Nazirliyinin Tibb xidmətində çalışan Ziyafət Həsənov polkovnik-leytenant kimi ehtiyata buraxılıb. Bundan sonra isə o, nazirliyin Satınalmalar və Təchizat İdarəsində dövlət qulluqçusu kimi məsləhətçi-mühasib vəzifəsində çalışıb.

Şahid, satınalmalarla bağlı heç bir prosesdən xəbəri olmadığını, qarşısına gətirilən sənədlərə qol çəkdiyini bildirib.

Məhkəmə prosesi oktyabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.

2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham verilib.
 
Ardını oxu...
Babək rayonunda qum və çınqıl karxanaları öz fəaliyyətlərini dayandırıb. Buna səbəb Naxçıvanın Ekologiya və Təbii Sərvətlər Nazrliyinin qum-çınqılın çıxarılmasına və daşınmasına qoyduğu qadağa olduğu bildirilir. Teref.az yazır ki, bu barədə “Gündəlik Naxçıvan”a karxana sahibləri məlumat verib. Yeni qadağa rayonda fəaliyyət göstərən kərpic sexlərinin də fəaliyyətinin dayandırmasına səbəb olub. Karxana və sexlərin bağlanması isə, yüzlərlə fəhləni işsiz qoyub.
Təhlükəsizlikləri baxımından adlarının çəkilməsini istəməyən sahibkarların məlumatına görə, onları bu ilin əvvəlindən sıxışdırmağa başlayıblar:
“Bu ilin əvvəlindən, yəni Naxçıvan rəhbərliyi dəyişdikdən sonra qum və çınqıl karxanalarının işində ciddi problemlər yaranıb. Əvvəlki rəhbərliyin dövründə 70 manata bir maşın qum alırdıq. Yenilər gəldi, bu işə pols nəzarət etməyə başladı. Qum satanları, ekskavator, qum daşıyan sürücüləri küllü miqdarda cərimələdilər. Bir müddət tikintilər dayandı. Sonra bir maşın qumun qiymətini 200 manata qaldırdılar. İndi isə, ümumiyyətlə çaylardan qum, çınqıl qazmağı nazrliyin əmri ilə rəsmi qadağan ediblər. Biz də məcbur qalıb, karxanaları bağladıq. Bizdən qum alıb, kərpic istehsal edənlər də məcbur qalıb, iş yerlərini bağladılar. Yüzlərlə fəhlə işsiz qaldı, uşaqlarına çörək apara bilməyəcəklər“.
Qum və çınqıla qoyulan qadağa yerli sakinləri də narazı salıb. Rayon sakini Ramiz Ağayev deyir ki, kərpic və qum tapılmadığından, yarımçıq qalan evini dədə-baba qaydası ilə, daş və adi palçıqdan tikməyə məcbur olub:
“Bir aydır qum və kərpic tapa bilmədiyim üçün, evim yarımçıq qalıb. Çaydan qum yığmağı qadağan ediblər. Karxanalar fəaliyyətini dayandırıb. 200 manata belə kimsə qum gətirmək istəmir. Çünki hamı cərmələnməkdən qorxur. İndi nə edəcəyimi bilmirəm. Məcbur qalmışam əvvəllər olduğu kimi palçıqdan və daşdan istifadə edəm. Bu cür olmaz, axı. Yeni hakimiyyət nə fikirləşir, insanlara niyə belə əziyyət verirlər?”
Məsələ ilə bağlı adı çəkilən nazrlikdən münasibət almaq mümkün olmadı. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
 

Dünyapress TV

Xəbər lenti