Ardını oxu...
Sədərək Gömrük Keçid Məntəqəsi Türkiyədən enerji içkiləri gətirilməsi ilə bağlı yeni qayda tətbiq edib. Qaydaya əsasən, gömrüyü keçən vətəndaşlar Naxçıvana bir ədəd də olsun bu içkilərdən keçirə bilməz. Bundan əvvəl isə, hər kəsə 10 ədədə kimi icazə verilirdi. Vətəndaşlara tətbiq olunan qadağanın əksinə olaraq isə, bu işin monopliyasına nəzarət edənlər bu məhsulları tonla keçirə bilir. Teref.az yazır ki, bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib. Onlar deyir ki, qadağa ilə bağlı gömrükdə bildirş lövhəsi də asılıb.
Şərur rayon sakini Mahir Qurbanov deyir ki, gömrük işçiləri ondan çantasındakı 3 ədəd “Red Bull”u ya açıb içməyi, ya da atmağı tələb ediblər:
“Uzun illərdir Türkiyədə işləyirəm. Tez-tez gedib gəlirəm. İstanbuldan gələrkən hər dəfə 5-10 ədəd enerji içkisi alıram. Yoboyu içdiyimi içib, qalan 3-4 ədədi evə aparırdım. Heç kim söz demirdi 10 ədədə kimi. Bir neçə gün əvvəl Türkiyədən Naxçıvana gələrkən 3 ədəd “Red Bull” qalmışdı. Dedilər ki, qəti qadağandır. Ya geri qaytar, ya da at sonra gəl keç. Məcbur qalıb enerji içkilərini Türkiyəyə gedən tanışlara hədiyyə etdim”.
Kəngərli rayon sakini Bahadur Mustafayev isə deyir ki, gömrükdə təhvil verməsin deyə, 4 ədəd enerji içkisini birdəfəyə içib:
“ İğdırdan 4 ədəd almışdım ki, evdə gündə birini içərəm. Naxçıvanda eyni içkilər ikiqat baha satılır. Gömrük işçiləri dedilər ya aç iç, sonra keç, ya da burda qoy get. Bilirdim ki, orda qoysam, özləri götürüb ya içəcək, ya da evə aparacaqlar. Onlara qalmasın deyə, hamısını açıb, orada içdim, sonra gömrüyü keçdim. Əvvəl bir neçə ədədə söz demirdilər. Yeni gələnlər bu monopooiyanı da ələ keçirdikdən sonra bu qadağanı tətbiq etməyə başlayıblar”.
Məsələyə münasibət öyrənmək üçün Sədərək Gömrük Keçid Məntəqəsi ilə əlaqə saxladıq. Məntəqədön bütün növ enerji içkilərinə qadağa qoyulduğunu təsdiqləsələr də, bunun monpoliya ilə əlaqəli olduğu ittihamını rədd etdilər.
Ardını oxu...
Qaçqınların və Məcburi Köçkünləri İşləri üzrə Dövlət Komitəsi mərkəzi aparatda və yerli bölmələrdə aparılacaq cari təmir işləri ilə bağlı tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Simmetriya” MMC olub. Komitə ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 97 526,33 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Simmetriya” MMC 18 noyabr 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 6 AZN olan şirkətin hüquqi ünvanı Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Ağayev Ağa Xəqani oğludur.

“Simmetriya” MMC 21 ildir fəaliyyət göstərməsinə baxmayaraq, açıq mənbələrdə barəsində heç bir məlumata rast gəlinmir. Ağa Ağayev də populyar sahibkar deyil. Onun haqqında heç bir məlumat yoxdur.

Buna baxmayaraq, Məcburi Köçkünlərin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsi vaxtaşırı bu şirkətlə satınalma müqaviləsi imzalayır. Təkcə 2022-ci ildə qurumla şirkət arasında imzalanan müqavilələrin maliyyə dəyəri 821 043, 38 AZN təşkil edir.

6 manatlıq və adına heç bir yerdə rast gəlinməyən şirkətin iri məbləğli tenderləri qazanması bir qədər şübhəli görünür. Üstəlik Məcburi Köçkünlərin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsinin keçirdiyi tenderlərin qeyri-şəffaflığı haqqında mediada kifayət qədər faktlara rast gəlinir. Bu isə “Simmetriya” MMC tender əməliyyatlarında iştirak üçün təsis edildiyi qənaətini yaradır.

Məcburi Köşkünlərin və Qaçqınların İşləri zürə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir. O, 2018-ci ildən bu vəzifədədir.
 
Ardını oxu...
Xətai rayonunda yaşıllıqların məhv edilməsi prosesi davam etdirilir.

Bu acınacaqlı hadisə ilə bağlı redaksiyamıza yeni faktlar daxil olub.

Təqdim edilən fotolardan aydın olur ki, ağaclar kütləvi və fərdi qaydada məhv edilir. Kütləvi məhv edilən ağaclar əvvəlcə hündür hasara alınır.

Sonra bir gecənin içində ağaclar kəsilib, ərazidən daşınır. Fərdi qaydada isə ağaclar ya tikinti altına salınır, ya da ki, onların quruması üçün ağılagəlməz addımlar atılır. Məsələn, Əhmədli yaşayış massivində Məhəmməd Hadi küçəsi 103 ünvanda qocaman ağac bir gecənin içində kəsilib. Ağac qatilləri öz bəd əməllərindən sığortalanmaq üçün əraziyə fidanlar basdırıb.

Təqdim edilən başqa bir görüntü isə “Bakı” kinoteatrının yaxınlığında çəkilib. Deməli, burdakı Natariot kontorunun sahibi öz ofisini genişləndirmək üçün neçə illərin ağacını tikilinin içinə salıb.

Bura yaxın digər ərazidə isə ağaclar daş və dəmir çərçivəyə alınaraq aqrotexniki qulluqdan məhrum edilib.

Belə vəziyyətdə isə ağaclar qurumağa məhkum olur. Nəticədə bir müddət sonra quruyan ağacın kəsilməsi “zərurəti yaranır”. Beləcə, yaşıllıqlar işbazların fərdi maraqları və müvafiq qurumların laqeyidlikləri ucbatından yavaş-yavaş məhv edilir.

Bəs, belə qanunsuzluqlara nə zaman “dur” deyiləcək?
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
//bizim.media//
 
Ardını oxu...
Bakıda fəaliyyət göstərən QuestNet (QNET) şirkəti 5 ailənin kabusuna çevrilib.

TEREF.AZ bildirir ki, bu barədə Qaynarinfo-ya müraciət edən həmin ailələr bildirir ki, QNET şirkətinin biznes təklifinə aldanaraq dələduzluğa məruz qalıblar.

Şikayətçilərdən Natavan Ələsgərlinin sözlərinə görə, QNET şirkətinə görə banklardan 12 000 AZN kredit götürüb: "Bizi aldatdılar ki, bu çox sərfəli biznesdir. Yaxşı pul qazanacaqsınız. Bizə məhsullar təklif etdilər. İlk növbədə bu məhsulları almalı, daha sonra yeni adamları bu işə cəlb etməli və guya pul qazanmalı idik. Əgər təklif etdikləri məhsulların həqiqətən yüksək dəyəri olsaydı, dərd yarı idi. Təsəvvür edin, yoldaşım Eltural Ələsgərliyə saat satıblar. Deyiblər ki, korpusu qızıldır, içində briliant qaşlar var, mənə isə sep satıblar. Bu məhsullara görə bizdən 12 000 manat alıblar”.

Şikayətçi əlavə edib ki, sonradan aldıqları məhsulları yoxlatdıranda aldanıldıqlarını anlayıblar: "Övladımızın səhhətində problem yaranmışdı. Banklara kredit borcumuz olduğuna görə yenidən kredit götürə bilmədik. Düşündük ki, QNET-dən aldğımız məhsulları sataraq əməliyyat xərclərini ödəyə bilərik. Məlum oldu ki, bu məhsulları ucuz məhsullardır. Saat qızıl deyil, içində də briliant qaşlar yoxdur. Halbuki saatın "pasportu"nda onun qızıl olduğu qeyd edilib. Amma adi metaldır. Mənə satılan sepin də adi metaldan olduğu üzə çıxdı. Artıq aldanıldığımızı başa düşdük. Şirkətə müraciət edərək pullarımızı geri istədik. Lakin vermədilər. İndi bankalara borcumuz bir yandan, övladımızın xəstəliyi bir yandan. Bilmirik nə edək”.

QNET-in qurbanı olanlardan Elçin Əzizov isə 8000 yatırım etdiyini deyib: "Bir dənə sırğa satıblar, adi dəmirdən. Təkcə ona görə 3000 manatdan artıq pul vermişəm. Mənə dedilər ki, guya yaxşı pul qazanacaqsan. 8000 manatın müqabilində bircə dəfə 450 manat veriblər. İşin ən maraqlı tərəfi budur ki, biz məhsulları qaytara bilmirik. Çünki elə sistem qurublar ki, məhsulların qaytarmaq müddəti ötür. Heç bir divident də götürə bilmirik. Kimi cəlb edək? Kim saxta məhsula, adi dəmirə 3000-5000 pul verər? Amma bizi bura cəlb edəndə məhsulları elə tərfilədilər ki, sanki bu məhsullardan qiymətli heç nə yoxdur. İndi qalmışam bankların əlində”.

Xəyalə Haqverdiyeva adlı vətəndaş isə QNET-ə 4000 yatırım edib. Ona da adi metaldan sep satılıb. Şikayətçi deyir ki, pulu bankdan götürüb. Aldanıldığını başa düşəndə şirkətə müraciət edərək pulunu geri istəyib, lakin verməyiblər: "Ona görə də hüquq-mühafizə orqanlarına müraciət etdim. Sağ olsun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi müraciətimə operativ reaksiya verdi. Məni dəvət etdilər, ifadəmi aldılar. Şirkətin mənə satdığı məhsulu da onlara təqdim etdim. Ümid edirəm ki, pulumun geri qaytarılmasına yardım olunacaq. Yoldaşımdan ayrılmışam, tək qadınam. Öhdəmdə övladım və yaşlı anam var. Onları dolandırmaq üçün min bir əziyyət çəkirəm. Hazırda bankın kreditini ödəyə bilmirəm, faiz də dayanmır. Artıq dözə bilmirəm. İntihar həddinə çatmışam”.

QNET-in qurbanlarından biri də Asif Əliyevdir. O, taksi sürücüsüdür. QNET-dən 2800 manatlıq məhsul alıb. Lakin məhsulun real qiyməti bundan dəfələrlə aşağıdır: "Mənə iş təklif edildi. Çətinliklə dolanıram, Sumqayıtda taksi sürüb ailəmi dolandıraram. QNET-in təklifi cəlbedici idi. Ona görə də bankdan pul götürüb şəbəkəyə qoşuldum. Sep satıblar mənə. Adi metaldandır. Amma deyirdilər ki, qızıldır. Sonradan aldanıldığımı başa düşdüm”.

Asif Əliyev də aldanıldığını başa düşəndən sonra hüquq-mühafizə orqanlarına müraciət edib: "İfadəmi vermişəm. Ümid edirəm ki, nəticəsi olacaq”.

Nicat Paşayev adlı vətəndaş isə 3927 manatlıq məhsul alıb: "Aldığım məhsul saxtadır. Konkret olaraq aldanılmışam. Pulu bankdan götürmüşəm. İndi qaytara bilmirəm. Kredit götürəndə arxayın idim. Düşünürdüm ki, iş görüb pul qazanacam, krediti bağlayacam. Amma məhsulların saxta olduğunu görəndə başa düşdüm ki, bu dələduzluqdur”.

Nəsimi Paşayev adlı şikayətçi isə deyib ki, ona 2830 manata saxta məhsul satılıb: "Bankdan kredit götürüb almışam. Deyirdilər ki, yaxşı biznesdir, hər şey qanunidir. Amma sonradan anladım ki, aldadırlar. Pulumu da geri ala bilmirəm”.

QNET tərəfindən aldadıqlarını deyən vətəndaşlar baş verənlərdə əsasən Səbinə adlı xanımın adını hallandırırlar. Onların sözlərinə görə, məhz bu xanıma inanaraq bu işə qoşulublar. "Amma indi zənglərimizə cavab vermir. Nömrələrimiz bloka atıb. Hətta bəzilərimizi hədələyib. Elə danışır, sanki arxasında hansısa qüvvələr dayanır. Amma biz hüquqi dövlətdə yaşayırıq və inanırıq ki, başımıza bu oyunu gətirənlər məsuliyyətdən kənarda qalmayacaq”.

Şikayətçilər bizim söhbət edərkən Səbinə xanıma ayrı-ayrı nömrələrdən də zəng vurub. Lakin o, telefonu açmayıb.

Baş verənlərlər bağlı hələ ki, hüquq-mühafizə orqanlarına şikayət etməyən vətəndaşların sözlərinə görə, şirkət rəhbərliyinin pullarını geri qaytaracağına inanıblar: "Düşündük ki, məhsulları geri alıb pullarımız geri qaytararlar. Səbr etdik, gözlədik. Amma artıq gözləyə bilmirik. Ona görə biz də şikayət edəcəyik”.

Şikayətçilər sonda deyiblər ki, baş verənləri ictimailəşdirməkdə məqsədləri həm də digər vətəndaşların bu tora düşməmələri üçündür.

Araşdırmalarımız zamanı bəlli olub ki, QNET şirkəti tərəfindən aldadılanların sayı çoxdur. Mediada bu barədə ayrı-ayrı vətəndaşların şikayətlərinə rast gəlinir. Hətta bu işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə nəfər mühakimə olunub.

Məsələ ilə bağlı QNET şirkətinin də mövqeyini öyrənməyə çalışdıq. Lakin şirkətin nə ünvanını, nə də əlaqə telefonlarını tapa bildik. Şikayətçilər deyir ki, şirkət vaxtaşırı ünvanını dəyişir.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda son illər bəzi dərman preparatlarının çatşmazlığı və süni qiymət artımı yaşanır. Apteklərdə bəzi dərmanlar tapılmır, əksəriyyətinin qiyməti həddən artıq yüksəkdir...

TEREF.AZ bildirir ki, qaynarinfo bu istiqamətdə bəzi araşdırmalar aparıb.

Sayt yazır: "Azərbaycana gətirilən dərman preparatlarının rəyi, yəni icazəsi hələ də səhiyyə nazirinin sabiq müavini Elsəvər Ağayevin rəhbərliyi ilə verilir. O, dərman vasitələrinin dövriyyəsi ilə əlaqədar əlavə ixtisaslaşdırılmış ekspertizanın aparılması üçün yaradılmış Səhiyyə Nazirliyinin nəzdində Farmakoloji və Farmakopeya Ekspert Şurasının sədridir.

Ölkəyə daxil olan dərman preparatlarının satışına icazəni birbaşa sabiq müavin verir və yaxud əksinə... Bu gün apteklərdə satılan dərmanların əksəriyyətinin içliklərində Elsəvər Ağayevin imzasına da rast gəlinir".

Sayt etibarlı mənbəsinə istinadən qeyd edir ki, hələ də xəstələrə lazım bəzi olan dərmanların ölkəmizə idxalına Elsəvər Ağayev tərəfindən icazə verilmir və yaxud başqa adlarla idxal olunur.

Sitat: "Bir il əvvəl "Valerian”, "Tetraçkilin”, "Çitramon”, "Aqomentin”, "Ksanaks” kimi dərmanların Azərbaycana gətirilməsinə icazə verilmirdi. Hazırda isə "Aqomentin” və "Ksanaks” dərman preparatlarının idxalı dayandırılıb. Uşaqlar üçün istifadə olunan "Nurafen” siropları da apteklərdə yoxa çıxıb. Yalnız başqa-başqa ölkələrdə "Nurafen” tərkibində istehsal olunub, ölkəmizə idxal olunan siropların satışına rast gəlinir.

Əksər həkimlərə də sözügedən dərmanların retseplərdə əks olunması tövsiyə edilir".

Mətbu orqanın iddiasına əsasən, bu gün idxal olunan tibbi avadanlıqların monopoliyası da Elsəvər Ağayevin nəzarətindədir.

"Sabiq nazir müavini bu işi qudasının rəhbərliyi ilə "Arash Medical Companiy” şirkəti vasitəsilə həyata keçirir.

"Arash Medical Companiy”nin rəhbəri Şamo Fərzəlibəyov Elsəvər Ağayevin qudasıdır. O, həmçinin "Badam Medical Center” və digər bir neçə özəl klinikaların sahibidir", - deyə sayt yazıb.

Qeyd edək ki, Elsəvər Ağayev 3 fevral 2022 tarixində ölkə başçısının sərəncamı ilə səhiyyə nazirinin müavini vəzifəsindən azad edilib.
Ardını oxu...
“Bazarstore” supermarket şəbəkələrində satılan “Çil-Çil” adı altında istehsal olunan yumurtalar xarab çıxıb.
TEREF.AZ bildirir ki, bu barədə Kommersant.az-ın redaksiyasına müştəri tərəfindən şikayət daxil olub.

Həmin şəxs bildirb ki, bu gün həmin marketdən aldığı bağlamanın içində olan yumurtadan 4-ü xarab çıxdığına görə, digərlərini də atmalı olub:

“Yumurtaları qırmaq istədim, içindən qara su axdı və çox kəskin qoxu gəldi, digər yumurtaların sarısı da çox köhnəlmiş, bişmiş vəziyyətdə idi, iy gəlirdi”.

Yumurta qutusunun üstündə isə istehsal tarixi 17 aprel 2023-cü il qeyd olunsa da , son istifadə tarixi qeyd edilməyib.

Həmin fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Babək Rayon Mərkəzi Xəstəxanası "Dərmanlar, diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələr, ləvazimatlar və materiallar" tenderinin nəticələrini elan edib.

DİA.AZ xəbər verir ki, qalib "Solamedical" MMC (VÖEN: 1504875281) olub.
Qalib şirkətə 335 294 manat məbləğində satınalma müqavilə imzalanıb.

"Solamedical" MMC daha öncə də Ədliyyə Nazirliyi Tibb Baş idarəsinin 2 525 109 manat məbləğindəki dərman preparatlarının və sarğı materiallarının satın alınması ilə bağlı tenderin qalibi olub (10.03.2023).

DİA.AZ bildirir ki, bu da hamısı deyil və ümumiyyətlə, "Solamedical" MMC ölkədə bahalı tenderləri udan bir şirkət kimi də ad çıxarıb ki, bu da kifyət qədər qaranlıq məqamlardan xəbər verir. Hər halda, burası Azərbaycandır və aidiyyatı qurumlar məhz bu arqumentlə araşdırmaya başlaya bilərlər...

DİA.AZ xatırladır ki, artıq 2020-ci ilin ortalarından başlayaraq, şirkətə iri məbləğli tenderlər verilməyə başlayıb. Belə ki, həmin ilin uyun ayında Milli Onkologiya Mərkəzinin elan etdiyi tenderin qalibi olan “Solamedical” 5 milyon 800 min manatlıq müqaviləyə imza atıb.

Bundan cəmi bir ay əvvəl isə həmin şirkət Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Dərman preparatlarının və sarğı materiallarının satın alınması” məqsədilə keçirdiyi tenderi qazanıb. Bu tenderin nəticəsində isə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin “Solamedical” MMC-yə 2 milyon 90 min manat ödəyib. Beləliklə, bu MMC cəmi il yarıma dövlət qurumlarından üst-üstə 10 milon manata yaxın dəyəri olan tenderlər alıb.

O da maraqlıdır ki, rəsmən Nərimanov rayonu M.Araz, ev 18 ünvanında qeydiyyatda olan “Solamedical” MMC-nin adına açıq mənbələrdə tender elanlarından başqa demək olar ki, heç yerdə rast gəlinmir. Milyonlara hökm edən şirkətin nə veb-saytını, nə də sosial şəbəkələrdə hesabını tapmaq olmur.

Xatırladaq ki, ölkə başçısı dəfələrlə dövlət qurumlarının rəhbərlərini tenderləri öz yaxın adamlarına, şirkətlərinə verməkdə və bununla da korrupsiya əməli törətməkdə günahlandırıb: “Bəzi hallarda bizdə korporativ maraqlar üstünlük təşkil edir. Elə hallar var ki, bir və ya bir neçə şirkət bütün tenderlərdə qalib gəlir...”

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan və Ənvər Əlixanov küçələrində yerləşən malikanə tipli fərdi yaşayış evlərində həyatı rəngarəng yaşamaq üçün hər bir şərait mövcuddur. Bu malikanələrin sahibləri isə çox təəssüf ki, bu rəngarənliyi fərdi yaşayış evlərinin qaz sayğaclarına da şamil ediblər. Özü də rəngi qara olan işlər sayəsində.

Daha dəqiq hər iki fərdi yaşayış evinin qaz sayğacının daxilinə edilən qanunsuz müdaxilə nəticəsində istehlak edilən qazın sərfiyyatı qeydə alınmayıb. Kənar müdaxiləyə məruz qalan hər 2 malikanə tipli fərdi yaşayış evinin sayğacları laboratoriyada yoxlanılması üçün Birliyin Metrologiya Departamentinə gətirilib. Abonentlərin razılığı ilə əvvəlcə vizual sonra kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilərək qanunsuz müdaxilə halı öz təsdiqini tapıb.

Bir daha abonentləri qaz sayğaclarına edilən qanunsuz kənar müdaxilələrdən uzaq durmağa çağırırıq. Əks halda qanun çərçivəsində tədbirlər görüləcək.
 
Ardını oxu...
Xəbər verildiyi kimi, Azərbaycan Hava Yolları şirkəti – AZAL «Uşaqlar üçün Dubaya hədiyyəli aviabilet!» kampaniyasına başlayıb.

TEREF.AZ FED.az-a istinadla xəbər verir ki, şirkətin iki gün əvvəl elan etdiyi və sosial şəbəkələrdə geniş reklam edilən kampaniyasının şərtlərinə görə, Dubaya iki valideyn bilet alanda uşaq üçün bilet pulsuz olur.

«AZAL-ın xüsusi 2+1 təklifi sayəsində uşaqlarla tətil daha əlverişli olacaq: 11 may - 7 iyun tarixlərində böyüklər üçün iki bilet almaqla siz bir uşaq biletini pulsuz* əldə edəcəksiniz»-deyə şirkət bildirir. Uşaq biletinin yaş həddi 12 yaşa qədərdir.

Kampaniyanın şərtlərinə görə, bu fürsətdən istifadə etmək üçün biletlər mayın 11-dən iyunun 7-dək alınmalıdır, uçuş tarixləri isə 1 iyun – 15 sentyabr** tarixlərində olacaq.

Amma diqqətlə tanış olanda məlum olur ki, əslində uşaq bileti pulsuz deyil.

Belə ki, kampaniya barədə elanda kiçik qeyddə göstərilir ki, «Uşaqlara pulsuz Dubay» kampaniyası çərçivəsində əldə edilən pulsuz biletlərə - yəni uşaqlara verilən pulsuz biletə hava limanı vergiləri tətbiq olunur.

TEREF.AZ-ın məlumatına görə, FED.az dəqiqləşdirib ki, hava limanı vergisi 195 manatdır.

Qeyd edək ki, valideynlər üçün Dubaya normal bilet 318-350 manat arasında dəyişir, belə çıxır ki, uşaqlar üçün «pulsuz bilet»ə görə ödənişin məbləği normal biletin 55-60%-i həddindədir.

AZAL-ın kampaniyasında daha bir xoşagəlməz məqam səyahət tarixləri ilə bağlıdır. Kampaniyanın şərtlərində göstərilir ki, «2+1» (yəni uşaqlara pulsuz bilet) kampaniyası 28 iyun - 2 iyul 2023-cü il tarixlərindəki səyahətlərə şamil edilmir.

Araşdıranda məlum oldu ki, həmin tarixlərdə Azərbaycanda Qurban Bayramı qeyd ediləcək, yəni əsl səyahət pəncərəsi açılacaq və uçmaq istəyənlərin sayı artacaq. AZAL-ın kampaniyasında həmin «pəncərə» bağlı olacaq».
Ardını oxu...
DİA.AZ: - Son zamanlar Naxçıvan Muxtar Respublikasında maraqlı hadisələr baş verir. Bu barədə DİA.AZ-a göndərilən məqlədə iddia olunur.

Məqalədə daha sonra bildirilir: "Davamlı olaraq Prezidentin xususi numayəndəsi Fuad Nəcəfliyə qarşı müəyyən kampaniyalar təşkil edilir. Belə kampaniyaların başında duran isə hər kəsin yadından çıxmış kimi görünən baş nazir Səbuhi Məmmədovdur.
Naxçıvanda hamı şahiddir ki, Səbuhi Məmmədov Vasif Talıbovun sağ əli olub.
Əvvəlcə mərkəzi bankın sədri sonra 06 fevral 2017 ci ildən Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri, nəhayət 23 may 2020 ci ildən Baş Nazir postunda əyləşib.
Varlığı hiss olunmayan bu adam altdan-altdan Fuad Nəcəfli əleyhinə müəyyən işlər görür. Guya elə vəziyyət yaratmağa çalışır ki, sanki Vasif Talıbov dövrü indiki vəziyyətdən daha yaxşı idi.
Vasif Talıbov dövründən qalan kadrlara da siyasi yollarla bu yöndə tapşırıqlar verir və Muxtar Respublikada vəziyyətin süni şəkildə gərginləşməsi üçün əlindən gələni edir.
Səbuhi Məmmədov həbs olunan Maliyyə naziri Rəfail Əliyev daha çox işləyib və eyni zamanda daha çox maliyyə maxinasiyalarına yol verib.
Rəfail Əliyev 144 milyon yeyibsə, Səbuhi Məmmədov ən azından 288 milyon manat yeyərək dövlət büdcəsinə böyük zərbə vurub..."

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti