Novruz Məmmədov Azərbaycandakı yüksək post tutan məmurlar arasındakı qanundankənar münasibətlər sisteminin formalaşdığını,...
İki ilə yaxın müddətdə Azərbaycanın Baş naziri işləmiş Novruz Məmmədov iş adamı Ruhi Əliyevanın internet televiziyasına verdiyi müsahibədə maraqlı fikirlər səsləndirib. O fəxrlə bildirib ki, vəzifəyə təyin olunan kimi Nazirlər Kabinetində işləyən, nazirləri aylıq “tasa” otuzduran bir nəfər yüksək vəzifəli şəxsi oradan qovub. Həmin adamın adını çəkməsə də, onun barəsində “çağırıb yanıma, işdən qovdum” idadəsini işlədib.
Əslində, Novruz Məmmədov Azərbaycandakı yüksək post tutan məmurlar arasındakı qanundankənar münasibətlər sisteminin formalaşdığını, “nə edirsən et, ancaq mənim əl-ayağıma” dolaşma prinsiplərinin hakim olduğunu səmimi şəkildə etiraf edib. Niyə belə olmalıdır?
Novruz Məmmədov vəzifə ierarxiyasına görə Azərbaycanda yüksək post tutan 4 nəfərdən biri olub və böyük bir cinayətdə əli olan vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsini tələb etməyib.
Ardınca ən böyük nailiyyəti kimi işlədiyi dönəmdə Nazirlər Kabinetinin aparat işçilərinin vəzifə maaşlarını qaldırdığını dəfələrlə vurğulayıb.
Bu, fəxr olunası işdirmi? Hörmətli Novruz Məmmədov idarə müdiri olmayıb ki, öz tabeçiliyində olan işçilərin əmək haqqını qaldırması ilə fəxr etsin. Onun tutduğu post imkan verirdi ki, bütün Azərbaycanın iqtisadiyyatını dirçəltsin, bütün ölkə vətəndaşlarının daha da firəvan yaşamasını təmin edən mühüm addımlar atsın. Təəssüf…
Məhəmmədəli Qəribli
Teref.az

Dünyapress TV

Xəbər lenti