Ardını oxu...
“25 ilin arıçısıyam. 100 arı təhnəm var. Ötən il hər təhnədən 15 kq bal alırdımsa, bu il 2-3 kq bal oldu. İyul ayında ton yarım əvəzinə 250 kq bal topladım, onu da 5 ildir ki, davamlı iştirak etdiyim bal yarmarkasına aparacam. Artıq 500 manat xərcim laboratoriya və yer haqqına çıxıb. Kiloqramını 30 manatdan satım ki, sərf etsin. Kəndimizdə, rayonda çox arıçı məhsuldarlıqda itirdi. Subsidiyanı isə beş il aldım və ötən il bitdi, artıq dövlətdən dəstək yoxdur. Yazda bu dəstək bərpa olsa, yaxşı olar”, – arıçı Mansur Orucov deyir.

Mansur Orucov ölkədəki 32933 arıçı təsərrüfat sahiblərindən biridir. Balakənin Talalar kəndində illərdir ki, arıçılıqla məşğul olub, fərdi dolanışığını baldan gələn gəlir ilə təmin edir. Onun kimi ölkənin əksər arıçıları builki hava şəraitinin əlverişsiz keçməsindən, yazda yağıntıların bol olmasından dolayı arılarına yem tapmaqda çətinlik çəkib. Nəticədə bəziləri az, bəziləri heç bal götürə bilməyib. Bu isə balın qiymətlərində 5-10 manat miqdarında artıma səbəb olub.

Arıçı Vüsal Bodurovun sözlərinə görə belə hava şəraiti, ümumiyyətlə region boz Qafqaz cinsindən fərqli olaraq qərbdən gətirilən arı cinsləri üçün uyğun deyil. Yerli cins isə bir neçə ildir ki, sıradan çıxır.

“Ötən il 20 manat idisə, bu il 30 manatdır

“Xəstəliklərdən də qırılırlar. 18 təhnəmdən dörd təhnəm qaldı, hamısı qırıldı. Onu da artırıb 9 təhnəyə çatdırdım, ümumi 18 kiloqram bal toplaya bildim. Yağışdan dolayı arı böyürtkən meyvəsi ilə qidalandı, hərəkət edə bilmədi, yer dəyişmək mümkün olmadı. Odur ki, rəngi qaradır balımın. Rənginə görə hələ ucuz satacam. Ötən il 20 manat idisə, bu il 30 manatdır”, – arıçı danışır.

“Elə arıçılar var idi ki, balı çox olanda rayon daxilində 13-15 manatdan da satırdı. İndi onlar da 20-25 manata nizamlayıb qiymətləri. Satış üçün uzaq məsafə, bal yarmarkasının xərcləri sərf etmir, yaxşısı rayon daxilində münasib qiymətə satmaqdır. Mütəxəssislər, şərait də yoxdur ki, güclü məsləhətlər alasan, dəstək görəsən. Ona görə baha da olsa, yazda cins ana təkini 25-30 manata alıb, arı töhnələrinin sayını artırmağı düşünürəm”, – Vüsal Bodurov deyir.

“Baldansa təhnəni satmaq sərf edir”

Balakənli Soltan Bodurov adlı arıçı isə mövcud vəziyyətdən çıxış yolu kimi təhnələrini satmaq məcburiyyətində qalıb. Bir təhnə on kiloqram balın pulu edir. O növbəti illərdə də damazlıq arı cinsləri alaraq təhnələrinin sayını artırıb satmağı düşünür.


“Məhsuldarlıq sıfır, çox zəif oldu. Bir təhnədən 15-20 kq məhsul götürən mən bu il ən yaxşı halda üç kiloqram ala bildim. Bir ton bal satdığım il olurdu. Ona görə təhnələrimin çoxunu Qarabağ regionundan gələnlərə satdım. Baldansa təhnəni satmaq sərf edir. Bir təhnədən üç şanı 100-150 manata, hətta 170 manata, təhnə qarışıq isə 250-300 manata satdıq. 12 təhnə saxladım. Gördüm yağıntı çoxdur, məhsul olmayacaq, buna da şəkər yedizdirəsi olsaq, heç sərf etmir, odur ki, arı töhnələrinin sayını artırıb regionlara satmağı düşünürəm”.

Statistikaya görə, ötən il ölkədə 656,1 min arı ailəsindən ümumi 445,9 ton bal istehsal olunub ki, bu, 2021-ci illə müqayisədə 9,45 % çoxdur. Bu il isə mütəxəssislər hava şəraiti ilə əlaqədar bal istehsalının 2-3 dəfə az olacağını düşünür. Kənd Təsərrüfatı Nazirliyi dəqiq göstəricilərin gələn il ərzində açıqlanacağını deyir.

“Arıya dəyən ziyan arıçılardan asılıdır”

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirir ki, ölkədə bu il hava şəraiti ilə əlaqədar balın miqdarında azalma olsa da, satış qiymətinin müəyyənləşdirilməsi arıçılardan asılıdır.

O, ölkədə balın kütləvi satışı ilə bağlı ildə bir dəfə yarmarkanın keçirilməsi ilə yanaşı, xarici bazarlara ixracın arıçıların fərdi təşəbbüslərindən asılı olduğunu əlavə etdi:

“Balın ölkədə müxtəlif qiyməti var, kiloqramı 5 manatdan tutmuş 60 manat qədər. Qiyməti arıçılar özləri müəyyən edir. Arıçılar qiymətin baha olmasından dolayı satışda problem yaşaya bilər. Arıya dəyən ziyan arıçılardan asılıdır. Biri yaxşı baxır, digəri yaxşı baxa bilmirsə, təsərrüfatda qırılma olur. Bizim apardığımız araşdırma da göstərdi ki, yağıntıların bol miqdarı bal istehsalına mənfi təsir etdi. Ancaq regionlara görə fərqlidir. Nazirlik bunun monitorinqi ilə məşğul deyil deyə, regionlarda nə qədər arıçıya hava şəraiti ziyan vurub, bunu bilmirik. Adətən peşəkar arıçılar aktiv yerdəyişmə apardığına görə onların yaxşı məhsulu olur. Elə arıçılar var ki, məhz yağıntılardan dolayı məhsul götürə bilməyib”.

“Bu il də oktyabrdan iqtisadi zonalar üzrə bal yarmarkası keçirilir və 250 arıçı 400 kq bal, 60 şan satışa çıxara bilər. Arıçı var 100 kq, arıçı var 400 kq gətirir. Ancaq keyfiyyət məsələsi var. Sertifikat göstəriciləri uyğun gəlməyənlər yarmarkaya buraxılmır. Yarmarka bitəndən sonra məlumatlar paylaşılır. Xarici bazar hazırda fərdi təşəbbüskarlardan asılıdır. Fərdi şəkildə sahibkar Lətif Binyətoğlu tərəfindən Yaponiyaya belə məhsul göndərildi. Sahibkarlar özləri axtarıb, xaricdə özlərinə bazar tapıb sata bilər”, – Vüqar Hüseynov deyir.

Arıçıların subsidiya ilə bağlı narazılığına gəlincə, nazirlik rəsmisi bildirib ki, subsidiya beş il nəzərdə tutulub və ötən ilə qədər verilib: “2018-ci ildə Nazirlər Kabinetinin qərarı vardı ki, beş il veriləcək və bitəcək. Ötən il bitdi və beş il də dövlət arıçılara öz dəstəyini göstərdi. Biz icraçı qurumuq bu məsələdə”.

Ölkədə adambaşına düşən illik istehlak səbətində balın miqdarı 500 qram təşkil edir. Bu, dünyada orta istehlak göstəriciləri ilə müqayisədə aşağıdır. Türkiyə və bəzi qərb ölkələrində həmin göstərici 1-1.5 kqdır. Çin, Kanada kimi iri ölkələrdə bir arı təhnəsindən 48-55 kq arası bal götürmək olur ki, kənd təsərrüfatı üzrə mütəxəssis bunun Azərbaycanda da mümkün sayır.

“Arıçılığın inkişafı üçün mütəxəssislər işləməlidir”

Kənd təsərrüfatı məsələləri üzrə mütəxəssis Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, arı ailələrinin sayını və məhsuldarlığını artırmaq üçün öncə ölkədə yem bazasını gücləndirmək, bitkiçiliyi inkişaf etdirmək, meşə ehtiyatını artırmaq istiqamətində dövlət kompleks tədbirlər görməlidir:

“Azərbaycanda arıçılığın inkişafı üçün bitkiçilik inkişaf etməyib. Bitkiçiliyin inkişafı ilə arıların yemə olan bazası təmin olunmalıdır. Arıçıların yem üçün müxtəlif region dəyişməsi həm vaxt itirir, həm məhsuldarlığa təsir göstərir, həm də xərci artırır. İqlim dəyişməsinin yaratdığı problemlər də bir tərəfdən. İntensiv yağıntılar, sel, dolu dağıntılara səbəb olur. Hər iki problem arıçıların işinə təsir edir, həm də məhsuldarlığa. Yem azlığı arılar arsında xəstəliyi də artırır. Zəif olanda xəstəlik çoxalır. Hökumət məsləyə kompleks yanaşmalıdır, bunun üçün də peşəkar mütəxəssislər olmalıdır”.

Vahid Məhərrəmli deyir ki, problemin həlli, məhsuldarlığın artımı, arıçılığın inkişafı üçün mütəxəssislər işləməlidir. Necə etmək olar ki, heyvandarlıq, arıçılıq və bitkiçilik inkişaf etsin deyə kompleks tədbirlər həyata keçirilməlidir:

‘Belə olduğu təqdirdə arıçılar yerdəyişmə vəziyyətindən azad olar. Meşə ehtiyatı bizdə azdır və həmin ehtiyatları müəyyən adamlar qoruyur, ancaq inhisara alınır. Arıçılığı həm də meşələrdə artırmaq olur. Ağaclar seyrəkdir, təbii yanğınlar artır, bu da təsir edir. İndiki şəraitdə arıçılar zülümlə o təsərrüfatı əldə edib qoruyur, əziyyət çəkir. 6-7 dəfə il ərzində arının yerini dəyişir ki, bu ağır bir prosedurdur. Əlavə işçi qüvvəsi, yol xərci, yer icazəsi və s. tələb olunur. Hökumət bu istiqamətdə iş görmür”.

“Türkiyə ilə birgə təsərrüfatın inkişafı üçün institut yaradıla bilər”

Mütəxəssis damazlıq arı cinslərindən yerli mühitə uyğun olanının xarici ölkədən gətirilməsini əsas sayır. Həmçinin Türkiyə ilə birgə bu sahədə institut yaradıb arıçılığın inkişafına töhfə verilməsini ən uyğun həll yolu hesab edir. Birlik və yarmarkaların isə regionlarda olmasını monopoliyadan xilas kimi qaçılmaz görür. Qonşu ölkələrlə müqayisədə balın qiymətinin baha olmasını balın maya dəyərinin baha olması ilə əlaqələndirir:

“Bunlarla xüsusi institutlar məşğul olmalı, arıçılığın inkişafı, məhsuldarlığı, damazlıq təsərrüfatının inkişafı üçün xaricdən uyğun ölkələrin arı cinsləri gətirilməlidir. Türkiyədə yetişdirilən cinslər bura daha uyğundur. Hökumət təşəbbüs göstərməli, nazirlik çalışmalıdır. Formal xarakterli işlərlə olmur”.

Vahid Məhərrəmli deyir ki, arıçılar özləri birləşib, regional qurumlarla çalışıb, bal yarmarkaları təşkil edə bilər. Hesab edir ki, rayon səviyyəsində balın qablaşdırılması üçün müəssisə yaradılmalıdır.

“Bunun üçün yüksək vəsaitə ehtiyac yoxdur. Hər rayonda da bu müəssisə olmalıdır. Balın keyfiyyətini yoxlayıb sertifikat verməlidir. İstənilən bazara çıxış əldə ediməlidir. Balın qiyməti baha başa gəlir ki, məhsuldarlıq aşağıdır. Məhsuldarlıq artdığı təqdirdə qiymət də aşağı olar. Ötən il ortalama 26-27 manat idi, bu il bahalaşma var. İranda 5 manat, Türkiyədə 17 manatdır. Bu da bizdəki balın maya dəyərinin baha olduğunu göstər, çünki məhsuldarlıq aşağıdır. Çox bal istehsal edilsə, cins arıların baha qiymətə satılması da gözə görünməz”, – mütəxəssis vurğulayıb.
 //meydanTV//
 

 

Ardını oxu...
Əslində kifayət qədər ciddi ticarət şəbəkəsi olan "Araz" markettin satdığı məhsulları bizlər də bir alıcı kimi dünənə qədər etimadla istehlak etmişik. Amma dünən DİA.AZ əməkdaşları olaraq öz gözlərimizlə gördüyümüz faktlar bizi bu market barədə ehtiyatlı davranmağa vadar etməkdədir.

Hansını deyək? Vaxtı 2 həftə əvvəl keçmiş kolbasaların cütləşdirilərək "endirim" adı altında xırıd edilməsindənmi danışaq, yoxsa vaxtının keçmsinə bir gün qalmış sarımsaqlı yağda konservləşdirilmiş hamsinin qiymətinin 8.99 manatdan 1 manata qədər endirilməsindənmi söz edək?..

Bəlkə dünənə qədər ən azı 3 manata satışda olan "Qlavprodukt" kimi ciddi markanın məhsulu olan paştetlərin məhz vaxtının keçməsi səbbəbindən 99 qəpiyə müştəriyə təklif olunmasından danışaq...

Nə isə... Bütün bunlara bizlər dünən "Araz" markein "Space" kanalının redaksiyası ilə üz-üzə olan filialında rast gəldik. Elə digər filiallarda da vəziyyət eynidir.

Bütün bunları müştərilər görməyə bilər... Bəs AQTA-nın gözləri niyə KOR OLUB Kİ?

Biz dediklərimizin sübutu olan bəzi fotoları təqdim edirik... Daha geniş materialımız isə irəlidədir...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Görək, nə deyəcəklər...
 
 
 

Ardını oxu...
Yasamal rayonunun Qanlıgöl massivi sakinləri kanalizasiya problemindən əziyyət çəkir.

Sakinlər deyir ki, evlərinin yanında "Kristal Abşeron" MTK-ya aid yaşayış kompleksi inşa edilir.

Tikintiyə görə sakinlərin kanalizasiya borularına tıxac vurulur.

Beləcə sakinlər evlərində kanalizasiyadan istifadə edə bilmir.

Qanlıgöl sakinləri deyir ki, məsələ ilə bağlı aidiyyatı orqanlara dəfələrlə şikayət olunsa da, şikayətləri cavabsız qalıb.

Sakinlər hətta bu məsələyə görə dəfələrlə yolu da bağladıqlarını deyirlər.

Həftə sonu olduğundan sakinlərin şikayəti ilə bağlı "Kristal Abşeron" MTK-dan mövqe almaq mümkün olmayıb.

Meydan TV

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti, Əməkdar mühəndis Balababa Rzayev görəv başında son günlərini yaşayır.. Bu barədə DİA.AZ-a hökumətdəki mötəbər mənbədən xəbər verilib.

Xəbəri verən qaynaq idda edir ki, Balababa Rzayevin azaad olunmuş ərazilərimizdəki inşaat və quruculuq işləri zamanı dövlə büdcəsinə (bu vaxta qədər) 7 milyon manata qədər vəsaiti şəxsən mənimsədiyi fakt olraq ifşa olunub.

Mənbənin dia.az-a söylədikləri: "Hazırda araşdırma gedir.... Çox ciddi fiqurların kəlləsi kötüyə qoyulacaq....

İddia olunanlarla bağlı dia.az olaraq büün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Bakıda tanınmış “Kaddeh” restoranında xoşagəlməz hadisə yaşanıb.

TEREF.AZ xəbər verir ki, Globalinfo.az-a daxil olan məlumata görə, məşhur göz həkimi Cahid Şahbazov içkili halda restoranda davaya səbəb olub.

Belə ki, o, Birinci Qarabağ müharibəsi qazisinin qızı Günel Məmmədovaya (ad və soyad şərtidir-red.) qarşı əxlaqsız hərəkətlər edib. Günel Məmmədova özü bu haqda saytımıza məlumat verib:

“Xalq artisti Aygün Kazımovanın pərəstişkarı olduğuma görə, dünən “Kaddeh” restoranındakı çıxışı üçün bilet aldım. Aygün xanım ifa edən zaman ona yaxınlaşaraq videoya çəkməyə başladım. Daha sonra Cahid Şahbazov gəldi və mənə toxundu. Əvvəl düşündüm ki, insandır, keçərkən istəmədən toxuna bilər. Lakin yanılmışam. Adam məni tanımadan qucaqlamağa başladı. Mən onu rədd etdikdə isə “izin verməyəcəkdinsə, bura niyə gəlirdin” dedi. Onu itələyib, uzaqlaşdım və dərhal yoldaşıma zəng etdim”.

G.Məmmədova deyir ki, restoran sahibi həkimi oradan uzaqlaşdırmaqdan imtina edib:

“Yoldaşım restorana gəldikdə artıq özümdə deyildim. Çox qorxmuşdum. Həm də dalaşmışdım deyə təzyiqim yüksəlmişdi. Restoran sahibindən həkimin bu hərəkətindən sonra niyə onu kənarlaşdırmadığını soruşduqda “Onlar 20 nəfərlik masa götürüblər, qova bilmərəm” dedi.

Hadisə yerinə polis və təcili yardım briqadası gəldi. Təəssüf ki, restoran sahibi Cahid Şahbazovu deyil, bizi oradan uzaqlaşdırdı. Yoldaşıma restorana daxil olmağa icazə vermirdi, əksinə, işçilərə yoldaşımı uzaqlaşdırmağı tapşırırdı. Sağ olsun polislərimiz, gəlib Cahid Şahbazovu bölməyə apardılar”.

Cahid Şahbazovun və “Kaddeh” restoranının rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
DİA.AZ: - Astara rayonu Ərçivan kənd sakini Xaliq Məmmədzadə atasının ölümündən sonra ailəyə çatacaq vəsaiti Lənkəran Regional Təhsil İdarəsindən ala bilmir. DİA.AZ bildirir ki, bu barədə şikayət edən vətəndaş rəsmiləri də ittiham edir.

O bildirir ki, atası Vaqif Məmmədov uzun illər Astara rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnək rəhbəri işləyib. O, bu ilin aprelin 3-də vəfat edib. Atası vəfat edəndən sonra ailəyə onun maaşının 3 misli qədər vəsait birdəfəlik ödənilməli idi. Amma apreldən bu günə kimi ailə 2.010 manat pulu ala bilmir.

Ardını oxu...

"Altı aydır pulu ödəmirlər. Lənkəran Regional Təhsil İdarəsi deyir, maliyyə şöbəsinə yönləndirmişik, buna şöbə baxır. Altı aydır məni aldadırlar ki, gələn ay pul veriləcək",- Xaliq Məmmədzadə deyir.

Elm və Təhsil Nazirliyi sorğumuza cavab olaraq bildirib ki, Lənkəran Regional Təhsil İdarəsi yaxın zamanda Vaqif Məmmədovun ailəsinə bu müavinəti ödəyəcək.
Ardını oxu...
Xidmətindən istifadə etdiyimiz və çox narazı qaldığımız “Sizin Xalı” şirkətinin fəaliyyəti ilə bağlı araşdırma aparmaq qərarına gəldik. Bunun üçün ilk öncə şirkətin https://www.sizinxali.az/ saytına daxil olduq.
18 illik təcrübəyə malik olduqlarını dönə-dönə vurğulayan, xalça yuma prosesində müasir avadanlıqlardan və keyfiyyətli yuyucu vasitələrindən istifadə etdiklərini qeyd edən bu şirkət əslində işini çox yarıtmaz həyata keçirir.
Saytın yazdığına görə, ilk növbədə xalçalar toz-torpaqdan təmizlənir, təmizlənmiş xalçalar xüsusi yuyucu vasitələri ilə aparatda yuyulur və bol su ilə durulanır. Xüsusi sıxma maşını vasitəsilə xalçalar qurutma otaqlarında tamamilə quruyana kimi havalandırılır. Tam olaraq qurudulmuş xalçalar paketlənərək servisə hazırlanır. Amma müştərilərin dediyinə görə, şirkətin yuduğu xalçalardan uzun müddət KİF iyi gəlir. Şirkətin saytında yazılanlara görə, ünvandan götürülmə və ünvana çatdırılma üçün heç bir əlavə ödəniş tələb olunmur. Şirkətin saytında müşahidə etdiyimiz bir məsələ də vacibdir.
Deməli, müştərilərin mənfi rəyləri ya silinir, ya da gizlədilir. Ki, başqaları oxuya bilməsin. Bu müştəriyə qarşı hörmətsizlikdir. Şirkətin saytında müxtəlif xidmət növləri və qiymətləri qeyd olunur, hətta müştəriyə minnət qoyulur ki, bizi seçin, çünki qiymətlər ucuzdur. Xidmət növləri: Xalçaların yuyulması – 1 metr kvadrat = 2 manat, Yumşaq mebellərin təmizlənməsi- divan dəsti 60 manat, Kovrolitlərin yuyulması, Xalçaların yerində yuyulması, Sintifon yorğan və döşəklərin yuyulması, Overlok xidmətləri, Pərdə və tülün yuyulması, Ədyal və balışların yuyulması, Evlərin və ofislərin təmizlənməsi və s. Saytın yazdığına görə, xalçalar təbii tərkibli maddələrlə təmizlənir. Amma müştərilər yazır ki, kimyəvi maddələrdən çox istifadə edildiyi üçün xalçaların rəngləri qarışır. Şirkət öz reklamında peşəkarlıqdan-zaddan bəhs edir.
Bəli, müştərilər yazır ki, xalçalar tam qurudulmur və nəm halda ünvanlara çatdırılır, bu zaman pis qoxu hiss edilir. Bəzi müştərilər isə qeyd edir ki, ofis xalçası ilə ev-mənzil xalçasını bir avadanlıqda yumaq doğru deyil. Fərqli müştərilərə aid xalçalar eyni anda və eyni yerdə yuyulmamalı, birinə aid xalıdakı çirk və mikroblar digərinin xalçasına bulaşmamalıdır. Bu vəziyyət xoş olmamaqla yanaşı sağlamlıq və gigiyena baxımından qəbul edilmir.
Yeri gəlmişkən, araşdırma zamanı belə bir vacib fikirə də rast gəldik. Deməli evində körpə uşağı olan ailələr belə şirkətlərə etibar etməməlidir. Çünki uşaqların daha çox oynadığı yerlərdən biri də xalçaların üstüdür. Bu xalçalar başqa xalçalarla birlikdə yuyulanda gigiyenik qaydalar pozulur, bu isə körpə uşaqların sağlamlığında ciddi problemlər yarada bilər. Amma “Sizin xalı” şirkəti buna əməl etmir. Başqa müştərilər yazır ki, xalça təmizliyində mütləq tərkibində kimyəvi maddələr olmayan bitki mənşəli köklü xalça şampunları istifadə edilməli, xlor və yuyucu kimi aktiv maddələr istifadə edilməməlidir. Professional təmizlənən xalçalar mütləq dezinfeksiya edilməlidir. Yuyulan xalçalar ancaq azı 1 saat günəş işığında tutulmalı və qurudulmalıdır. Çox təəssüf ki, “Sizin xalı” şirkəti bu qaydaların heç birinə riayət eləmir. Xidmətin haqqı çox yüksək, xidmətin səviyyəsi isə çox aşağıdır.
gundelik baki.com
 
Ardını oxu...

Baxımsız qalan tibb ocağı narkomanların yuvasına çevrilib?

DogruXeber.az: - Şüşələri sınmış pəncərələr, param-parça qapılar, suvağı tökülmüş divarlar, uçuq-sökük tavan və döşəmə, ətrafa səpələnmiş arxiv sənədləri, işlənmiş tibb ləvazimatları... Və saysız-hesabsız istifadə edilən şprislər.

Bura 27 saylı poliklinikanın Binəqədi rayonu 6-cı mikrorayon İsrafil Haşımov küçəsində yerləşən keçmiş binasıdır. Sakinlərin sözlərinə görə 4 il əvvəl poliklinika başqa yerə köçürüləndən sonra bura tərk edilmiş vəziyyətdə qalıb.

O gündən bu yana xarabalığı xatırladan bina avara-sərgərdan dolaşanlara yurd-yuva olub. Xüsusən də qaş qaralandan sonra binaya girib-çıxanların sayı artır.

Bina xaricdən təhlükəli görünməsə də, boş və dağıdılmış otaqlarda insanı vahimə basır. Yanmış ocaq külünün qoxusu ilə qalaqlanmış mənşəyi bilinməyən tullantıların iyindən binada çox qalmaq mümkün deyil.

Ətrafa səpələnmiş tibbi arayışlar, epikrizlər kim bilir, neçə insanın xəstəlik tarixçəsidir.

Çox çətinliklə də olsa, içəridəki otaqlara doğru gedirik. İç-içə olan otaqlarda irəlilədikcə zülmət qaranlıq daha da artır. Mənşəyini ayırd edə bilmədiyimiz qoxular da öz yerində. Sonuncu otaq daha səliqəlidir və kiməsə aid yataq dəsti var. Mənzərədən açıq aydın məlumdur ki, binanın “daimi sakinlərinin” otağıdır. Çünki həmin otaq digərlərindən təmizliyi ilə seçilir, həm də otağa keçid məxfi yollarladır.
Gəldiyimiz kimi də, geri qayıdırıq. Girişdə tullantılar içərisində qadına aid alt geyimi olması diqqətimizdən yayınmır. Ehtimal olunur ki, bina həm də yüngül həyat tərzi keçirənlərin də sevimli məkanıdır.

Şəhərin gediş-gəlişli, məktəb və yaşayış binalarının tam yaxınlığında yerləşən bu binada gecələr yaşananlar ətraf ərazinin sakinlərini narahat edir.

“Hava qaralan kimi binaya gələnlər çoxalır. Qızlı-oğlanlı bura toplaşırlar, amma biz binaya girə bilmirik deyə, onların orada nə iş gördüklərini də bilmirik”.

Bu sözləri keçmiş poliklinika binası ilə üzbəüz binada yaşayan sakinlər deyir. Onalrın sözlərinə görə, dəfələrlə aidiyyatı üzrə şikayət edib. Amma bir çarə qılan olmayıb, bina hələ də təhlükə mənbəyi olaraq qalır.

“Burada balaca uşaqlar yaşayır. Başlarına hər iş gələ bilər. Mənim özümün azyaşlı övladım olmasa da, binada baş verənləri vicdanım qəbul etmir. Hərdən köhnə poliklinikaya girmək istəyən uşaqların arxalarınca səslənirik, deyirik, getməyin, içəri təhlükəlidir. Amma həmişə sözümüzü eşitmirlər. Dəfələrlə çəkiliş gəlib, lakin həmişə gündüz gəlirlər deyə içəridə baş verənlərdən xəbərdar olmurlar”, - deyə o əlavə edib.

Sakin Nizaməddin Məmmədov 1965-ci ildən həmin binada yaşadığını deyir. Onun sözlərinə görə, poliklinika binası boşalan gündən narkomanlar üçün əlverişli əraziyə çevrilib.
“Lakin son bir ildə ərazi ciddi nəzarətə götürülüb və girişdə kameralar quraşdırılıb. Gündüz saatlarında demək olar ki, gələn-gedən olmur. Amma gecələr burada adamlar qaynayır.
Təhlükə yaratmağı azmış kimi yaşlı sakinlərə də əlavə çətinlik törədir. Mən indi bu axsaq ayaqlarımla həkim müayinəsi üçün 9-cu mikrorayona getməliyəm. Çünki bizim poliklinikanı orda yerləşən başqa poliklinikanın binasında yerləşdiriblər. Əvvəllər evimin tam yaxınlığında idi. Lazım olanda rahatlıqla həkim müayinəsinə gedirdik. Amma indi mən nə boyda yol qət etməliyəm ki, poliklinikanın yeni binasına çata bilim”, - deyə Nizaməddin dayı şikayətlənir.

Digər sakinlər də deyirlər ki, əvvəllər binanın tibb ocağı kimi fəaliyyət göstərməsi onlar üçün çox əlverişli olub. Poliklinikanın yeni binasının bu ərazidən çox uzaqda yerləşməsi burada yaşayanların işini çətinə salıb.

Elman Səfərov da məktəbli uşaqların binaya girib-çıxmasından narahatdır. Deyir ki, içəridə nələr baş verdiyindən tam olaraq xəbərdar olmasalar da, tərk edilmiş binanın təhlükə mənbəyi olması açıq aydın ortadadır.
“Azyaşlıların binanın daxilində bilməyərəkdən ocaq qalayaraq yanğın törətməsindən qorxuruq. Yaşayış binalarının tam yaxınlığında belə baxımsız, boş binanın qalmasının heç bir əhəmiyyəti yoxdur, ziyanından başqa. İlk vaxtlarda narkomanlar, yüngül həyat tərzi keçirənlər hamısı bu binaya yığışırdı. Son vaxtlar şikayətlərimiz əsasında nəzarət artırılıb deyə, belə hallar azalıb. Demək olar ki, şikayət etmədiyimiz qurum qalmayıb. Amma məsələ hələ də kökündən həll olunmur”, - deyə Elman Səfərov bildirir.

Problemlə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat şöbəsindən bildirildi ki, tüfeyli həyat tərzi sürən həmçinin narkotik vasitələrdən istifadə edən şəxslərin paytaxt ərazisində yarıtikililərdə və ya sahibi tərəfindən nəzarətsiz qalan məkanlarda toplaşaraq neqativ əməllərlə məşğul olma halları ilə bağlı polis əməkdaşları zəruri tədbirlər həyata keçirilir.

“Bununla bağlı daxil olan müraciətlərə polis əməkdaşları tərəfindən operativ və həssas yanaşılmaqla problemin aradan qaldırılması istiqamətində mübarizə tədbirləri həyata keçirilir”, - rəsmi məlumatda bildirilib.

Binəqədi rayon İcra Hakimiyyətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, bina rayon ərazisində olsa da, onların balansında deyil: “Belə olan halda biz bina haqqında söz sahibi deyilik”.

47 yaşlı bina yararsız hala düşdüyü üçün poliklinika köçürülüb

Lent.az binanın əvvəllər tibb ocağı olaraq fəaliyyət göstərdiyini nəzərə alaraq, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Adilova ilə əlaqə saxlayıb.

Z.Adilova bildirib ki, Hazırda TƏBİB-in tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzinin balansında olan 27 nömrəli Şəhər Poliklinikasının binası yararsız halda olduğu üçün 9 nömrəli Şəhər Poliklinikasının binasında fəaliyyət göstərir. Poliklinika hələ Səhiyyə Nazirliyinin nəzdində ikən istifadəyə yararsız vəziyyətdə olduğu üçün köçürülüb. Poliklinikanın əvvəlki binası 1976-cı ildə inşa olunub, ümumi sahəsi 640 m2, tikilialtı sahəsi 360 m2 -dir və 25 otaqdan ibarətdir.

Tərk edilmiş binada arxiv sənədlərinin hər tərəfə səpələnmiş vəziyyətdə olduğu haqda sualın cavabında isə qurum rəsmisinin belə cavab verib: “Köçürmə poliklinikalar TƏBİB-in tabeliyində olmayan vaxt baş verib”.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən 2019-cu ildən bütün poliklinikalar TƏBİB-in balansına keçib.

“Köhnə bina söküləcək, yerində yeni tibb ocağı tikiləcək”

Səhiyyə Nazirliyindən verilən məlumata görə, sözügedən 27 saylı poliklinikanın keçmiş binası sökülərək yerində Ailə Sağlamlıq Mərkəzinin yeni binası (əvvəllər mövcud olan poliklinikanın xidmət strukturuna uyğun) tikiləcək və bu iş TƏBİB-lə razılaşma əsasında Səhiyyə Nazirliyi tərəfindən həyata keçiriləcək.

“Bununla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq layihə-smeta sənədlərinin hazırlanması işinin tender müsabiqəsi keçirilib, qalib şirkət seçilib təsdiq üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə göndərilib. Layihə-smeta sənədləri hazırlandıqdan sonra yeni poliklinika binası (Ailə Sağlamlıq Mərkəzi) inşa edilərək əhalinin istifadəsinə veriləcək”, - SN-in məlumatında belə deyilir.

Qeyd edək ki, mövcud problemlə əlaqəli olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə də sorğu göndərdik. Lakin cavab gecikir.

DİA.AZ qurumun cavabı hazır olduqda işıqlandırmağa hazırdır.

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 

Ardını oxu... Share
Ardını oxu... Tweet
Ardını oxu... Share
Ardını oxu... Share
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
DİA.AZ: - "Narazılığım "Greenville Residence" yaşayış kompleksindəndir". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşıməında Orxan Nağı adlı istifadəçi giley edir.

Ardını oxu...

Daha sonra narazı vətəndaş bildirir: "Dostumun verdiyi məlumata əsasən Greenville yaşayış kompleksində 67 m² mənzil var və 1 m² 1500 AZN-dən satılır. Daxili kredit ilə 5 illik ödəniş mümkündür. Şərtləri tam öyrənmək üçün dünən yaxınlaşdım satış ofislərinə.
Satışda olan evləri dedilər, lakin arasında 67 m² olmadığını, əllərində ən yaxını 89 m² olduğunu dedilər. Şərtləri açıqladılar, lakin 1m² üçün 1600 AZN ödəniş etməli olduğumuzu bildirdilər. Qiymətin birdən-birə 100 AZN qalxması məni narahat etsə belə çox söz-söhbət etmədim. Axşam olduğu, açarın olmadığı əsas gətirərildiyindən evə baxmağı 1 gün sonraya saxladıq və 50 AZN beh verdim. Satış müdiri (Alyona) və satış meneceri (Ruslan) beh məbləğinin istənilən başqa evə köçürülməsinin mümkünlüyünü bildirdilər və mən də razılaşdım.

Ardını oxu...

Bu gün səhər dostuma dedim olanları və inanmadı. Şirkətin satış menecerinə (Ruslan) zəng etdi və 2 gün əvvəl 67 m² olan evin hələ də qaldığını soruşdu. Ruslan bəy isə qaldığını, yenə də 1 m² üçün 1500 AZN ödənməli olduğunu dedi. Dostum dərhal dünən 89 m² olan mənzil üçün verilən beh məbləğinin 67 m² olan mənzilə dəyişdirilməsini istədi və razılaşma oldu. Təxminən 1 saat sonra Ruslan bəy yenə zəng etdi və dəqiqləşdirmək üçün suallar verdi, yenə də eyni cavabları verdik və axşam gələrək ödəniş edəcəyimizi bildirdik.
Axşam dostumla getdik, lakin Ruslan bəy bizi görən kimi gec gəldiyimizi, 67 m² olan evin rəhbərliyə aid olduğunu, satılmasını rəhbərliyin istəmədiyini dedi. Biz nə qədər bunun doğru olmadığını bildirsək də faydası olmadı. Dünən 67 m² mənzilin nə üçün gizlədildiyini soruşdum, amma gülməli olan "sizə dünən məlumatları verən əməkdaşımız stajyordur" cavabını aldım. Halbuki stajyor dediyi şəxs bütün məlumatları səlis və dolğun şəkildə bizə izah edirdi.
Rəhbərliyə məsələni bildirməsini, və müştərinin narazı olduğunu xəbər verməsini istədim, amma Ruslan bəy bunun faydasız və mənasız olduğunu deyərək təklifimi geri çevirdi. Razılaşmanı siz pozursunuz dedim, amma tam əksini iddia etdi. Söhbət etməyin mənasız olduğunu və müştəri məmnuniyyətini vecinə almayan şirkət olduğunu anladığım üçün behimi ikiqat almalı olduğum halda, 50 AZN itirmiş şəkildə satış ofisindən ayrıldım. Ayrılan zaman bu məsələni sosial şəbəkələrdə işıqlandıracağımı rəhbərliyinə bildirməsini istədim və Ruslan bəy bildirəcəyini dedi.
Bu mövzuda nə işçini, nə də satıcını günahkar hesab edə bilmərəm, çünki işçi əmr quludur. Mənə edilən bu ədəbsizliyi işçinin deyil, şirkətin əməli kimi qəbul edirəm, çünki Greenville yaşayış kompleksinin satış ofisində əyləşən hər kəs Greenville yaşayış kompleksini və Aral Group MMC-ni təmsil edirlər".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti