Ardını oxu...
MM-in də “zayı çıxıb”
Ölkədə hüquqi nihilizm hökm sürür, qanunlar icra olunmur, məhkəmə qərarları tələbkarın yox, borclunun xeyrinə izah-təfsir olunur, Konstitusiya sözdə ən yüksək hüquqi qüvvəyə malikdir, işdə hətta dövlət hakimiyyəti orqanları ombudsman Konstitusiyanı rüşvətdən yuxarıda tutmur. Özbaşınalığa, Konstitusiyaya sayğısızlığa baxın, vətəndaşın özbaşınalıqdan müdafiə olunmaqdan yana dövlət orqanlarına müraciət etmək, qəbul olunmaq hüququna da qadağa qoyulub.
Bakı İnzibati Məhkəməsinin 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarını borclu inzibati orqan- ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) bu ilin aprelindən özbaşına ləğv edib (?), 1-ci dərəcəli Qarabağ qazisinin pensiyasına məhkəmə qərarı ilə əlavə olunan 110 manatı kəsib. 7-ci aydır hüquqi nihilizm, Konstitusiyaya, dövlətə , onun başçısına, parlamentinə, məhkəməsinə hörmətsizlik sürür. Bəs dövlət orqanları bu hörmətsizliyə necə qiymət verir? İnandırıcı olmasa da, elə dövlətə, Konstitusiyaya hörmətsizliklə!(?) Qarabağ qazisinin şikayəti qanuna zidd olaraq məhkəmə qərarını ləğv edib (?) pensiyasına əlavəni kəsən DSMF-in XŞTMF-siinə göndərilir, oradan verilən Konstitusiyaya hörmətsizlik cavabı – MƏHKƏMƏ QƏRARININ ƏSASLANDIĞI QANUN MADDƏSİNİN LƏĞV OLUNMASI - Konstitusiya aktı kimi sırınır. Absurdluğa, hüquq nihilizminə baxın, Ombudsman Aparatı, Bakı İnzibati Məhkəməsinin özü belə 2017-ci il tarixli məhkəmə qərarını borclu XŞTMF-nin ləğv etməsini (?) 2021-ci ilin 1 yanvarından qüvvəyə minən 29 dekabr 2020-ci il tarixli “Əmək pensiyaları haqqında qanuna dəyişiklik edilməsi haqqında” qanunla 19-cu maddənin ləğv edilməsi (?) ilə izah edir. Dövlətin adından çıxarılan məhkəmə qərarının icrasının məcburiliyi haqqında Konstitusiyanın 129-cu maddəsi bir yana, bəyəm Ana Qanunun 149-cu maddəsinin VII hissəsini– QANUNUN GERİYƏ QÜVVƏSİNİN OLMAMASI, YALNIZ ŞƏXSLƏRİN VƏZİYYƏTİNİ YAXŞILAŞDIRAN NORMATİV-HÜQUQİ AKTLARIN GERİYƏ ŞAMİL EDİLMƏSİ- də borclu DSMF-in Filialı ləğv edib? Qarabağ qazilərinin VƏZİYYƏTİNİ PİSLƏŞDİRƏN, PENSİYALARINA ƏLAVƏNİ LƏĞV EDƏN 2021-ci ildə qüvvəyə minən qanun 15 il GERİYƏ NECƏ TƏTBİQ EDİLƏ BİLƏR? Onda bu Konstitusiya nəyə gərəkir?
Qarabağ qazisi Ombudsmandan, məhkəmədən absurddan özgə bir şey çıxmadığını görüb, qanunverici orqana üz tutub. Hər çağ , ən azı, insan kimi qarşılandığı, qəbul, müraciət məsələsində örnək olan müstəqil hakimiyyət qolunun da özbaşınalığın yanında olmasına şübhələr üzə çıxıb. Bir ay qabaq artıq dünyasını dəyişmiş mədəniyyət komitəsinin sədrinin 12 sentyabrda baş tutacaq qəbuluna xanım deputatın razı olmamasının , bu ayda- 25 oktyabrda olacaq qəbulda onu əvəz edən Fazil Mustafanın da eyni mövqedə olmasının bildirilməsi qazidə “MM-in də “zayının çıxması” fikrini formalaşdırıb. Bu fikri MM-in müavini, qazinin Nərimanovdan “dost-doğma” millət vəkili Adil Əliyevin bugünkü- 9 oktyabr tarixli qəbuluna qoyulan qadağa da gücləndirir. MM-dən zəng edib, Adil Əliyevin 1-ci dərəcəli Qarabağ qazisi öz seçicisini qəbulda görmək istəmədiyi bildirilib. Əsas da Konstitusiyaya qoyulan qadağa kimi absurddur: Qarabağ qazisi idmançı deyil , gənc deyil, onun “gənclər və idman komitəsi” sədrinin qəbulunda nə ölümü var?
Hərbi xidmətə yararsız Qarabağ əlilindən, şəhiddən MƏCBURİ DÖVLƏT SIĞORTA HAQQI TƏLƏBİ ilə əvvəllər tutmuş olduqları vəzifələr üzrə TƏMİNAT XƏRCLİYİ artırıldıqda pensiyalarına bu artıma uyğun əlavənin hesablanmasının yolverilməzliyini QANUNİLƏŞDİRƏN QANUNVERİCİ HAKİMİYYƏTDƏN nəsə gözləməyə dəyər? Ritorik olsa da, soruşmalıyıq: ŞƏHİD CƏNNƏTDƏN DÖVLƏTƏ MƏCBURİ SIĞORTA HAQQINI NECƏ , HANSI VALYUTA İLƏ ÖDƏSİN?
Məğrur Bədəlsoy
Şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 

Ardını oxu...
Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir. Etibarlı gömrük xidməti isə hər zaman dövlətçiliyin mühüm və əhəmiyyətli amillərindən biri hesab olunur. Dövlətinin iqtisadi strategiyasının həyata keçirilməsində, dövlətçilik təməlinin möhkəmləndirilməsində, büdcənin böyüməsində gömrük xidməti önəmli mövqeyə malikdir.

Yuxarda sadalanan bu cümlələr nə gözəl səslənir - dövlətin müstəqilliyinin əsas atributlarından biri, etibarlı gömrük xidmət, dövlətçilik təməlinin möhkəmləndirilməsi və sairə...

Gəl ki, bu sistem illərdir kimlərinsə böyük qazanc mənbəyinə çevirilib, monopoliyanın qurbanı olub, nə qədər qəribə səslənsə də bütün islahatlara rəğmən, "saat əqrəbi kimi" işləmir.

Yəqin hər kəs razılaşar ki, Dövlət Gömrük Komitəsinin ən qaranlıq şeflərindən biri də Səfər Mehdiyev idi. Onun zamanında Gömrük böyük çatlar verdi, dövlət büdcəsinə külli miqdarda ziyan dəydi, Bu barədə uzun uzadı yazmağa gərək yoxdur, hər şey göz qarşısında olub. Nəhayət uzun illərdən, faktlı, əsaslı məlumatlardan sonra "Sef Səfər" vəzifədən uzaqlaşdırıldı. Bu posta isə sistemi bildiyi deyilən Şahin Bağırov təyin edildi.

Amma gələn məlumatlardan bəlli olur ki, Şahin Bağırovun apardığı köklü islahatlara baxmayaraq, Səfər Mehdiyevin qurduğu sistem hələ də qismən də olsa işləkdir. Nədir bu sistem? Əslində bu barədə dəfələrlə yazmışıq - Qanunsuz fəaliyyət göstərən şirkətlər, onların hələ də fəaliyyəti, vurduqları ziyanlar...

Bir daha xatırladırıq ki, bu şirkətlərin DSMF ödəmələri, anbarları, işçiləri yoxdur, vergidən yayınır və dövlət büdcəsinə külli miqdarda ziyan vururlar. Bir və ya iki dəfə adına mal vurulur və tarixə qovuşur.

Bizimxeber.az-a daxil olan məlumata görə, belə şirkətlərin sayı yenidən artmaqdadır və nəticə olaraq diğər qanuni işləyən, vergi ödəyən, işçiləri olan qanuni şirkətlərin işini ləngidir.

Elə isə cavabı hələ də verilməyən bir sual açıq qalır - bu şirkətləri indi kimlər idarə edir və islahatlar aparılan Ş. Bağırovun gömrüyündə belə şirkətlərin fəaliyyətində kimlər maraqlıdır?

Redaksiyaya daxil olan məlumata görə, gömrüydəki müəyyən şəxslər, hətta yüksək səlahiyyət sahibləri belə şirkətlərin sahibləri ilə sövdələşmələrə gedir və ehtimal ki, bundan Gömrük rəisi Şahin Bağırovun xəbəri olmur. Bu o demıəkdir ki, rəislər Gömrük Komitəsinin rəhbəri Şahin Bağırovu aldadaraq yalandan "hər şey qaydasındadır" deyirlər. Ya da...

Bu isə çox ciddi faktdır və Şahin Bağırovun araşdırma aparması üçün ipucudur. Belə ki, redaksiyaya daxil olan məlumatlar sırasında daha bir maraqlı xəbər də var - Qanunsuz fəaliyyət göstərən şirkətlərin adına gətirilən müxtəlif yüklər "Qarabağdakı təmir-tikinti üçündür" adı altında rəsmiləşir. Hansı ki, bu mallar bazarda satılır. Bu fakt redaksiyaya daxil olan dəqiqləşdirilməmiş məlumatdır və araşdırılması lazımdır.

Bu arada xüsusilə qeyd edək ki, belə qanunsuz fəaliyyət görsətən şirkətləri Vergilər Nazirliyi yanında İdxal-ixrac əməliyyatları üzrə nəzarət Departamenti müəyyənləşdirməli və onların fəaliyyətinə nəzarət həyata keçirməlidir. Lakin qurumun rəhbəri Azər Məmmədov nə Səfər Mehdiyevin zamanında, nə də indi ortaya normal fəaliyyət qoya bilməyib. Bu fəaliyyətsizlik, susüqunluq uzun illərdir davam edir.

Məlumat üçün bildirək ki, "odnarazıvı sahibkarlar"ın kimliyi müəyyənləşməli, onlara kimlərin dəstək olması ortaya çıxarılmalıdır. Çünki bu şəxslərin qanunsuz fəaliyyəti dövlət büdcəsinə böyük ziyan vurur, Gömrüyün fəaliyyətini arxa planda saxlayır, bazarda bahalaşma yaradır, monopoliyaya yol açır.

Bizimxeber.az
 
Ardını oxu...
Bakının “Şanxay” adlanan ərazisinin bir qrup sakini “Azərbaycan Dəmir Yolları” inzibati binasının önünə toplaşıb. Sakinlər oktyabrın 6-sı qurumun nümayəndələri ilə görüş tələb ediblər. Sakinlərdən biri Aygün Qənbərova danışır ki, 2019-cu ildən bəri 30-a yaxın evin astanasından sürət qatarları keçir. Deyir, o zamandan bəri həyatları təhlükə içindədir.

Toplum TV

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
DİA.AZ: - Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də İmişli rayon İcra Hakimiyyətidir.

Araşdırma materialında deyilir:

"Fəaliyyətindən hədsiz narazılıq edilən icra başçılarından biri də Elçin Rzayevdir. İmişli əhalisi xüsusilə rayondakı su qıtlığından şikayətlənirlər.

Pambıqçılıqla məşğul olan İmişli fermerləri mediaya çıxaraq əkin sahələrinin susuzluqdan məhv olduğunu dilə gətirirlər. Fermerlər icra başçısına su qıtlığı ilə bağlı dəfələrlə müraciət etsələr də, icra başçısı bu məsələnin həllini Su idarəsinin üzərinə atmaqla işini bitmiş hesab edir. İmişli əhalisi digər sosial məsələlərdə də başçının qəbuluna düşməkdə çətinlik çəkdiklərindən gileylənirlər".

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


ƏLAQƏDAR YAZI: HƏBSDƏN QORXMAYAN BAŞÇILAR: Yenidir görəvdə, amma... - İLGİNC GƏLİŞMƏ...
 
Ardını oxu...
Sahə üzrə məsul şəxslərin diqqətinə!
Əks Osmos Sistemi suyun təzyiq vasitəsi ilə membrannan keçirilməsi nəticəsində iki hissəyə ayırır.Membrandan keçən hissə təmiz sudur.Membrandan keçə bilməyən çirkli, həll olunmuş duzlar və mikro hissəciklər suyun tərkibindən ayrılaraq kənarlaşdırılır.
İndiki halda DDÖ-15 çalışan neftçilərə verilən su onların sağlamlığı üçün təhlükədi.
Neftçi yazdı:
Təsəvvür edinki,bu gündə həmin problem yaşanır Günəşli yatağı DDÖ-15 platformada,Osmos qurğusunun membranı filtirin belə dəyişmirlər,bu baxımsızlıq ucbatından elə olur ki,15 günün yarısın,hətda bütöv,sırf dənizin suyuna möhtac edirlər bizi.
Özüldə televizor işləmir baxan yox,kondisoner işləmir,Yataq yeri vaxtlı vaxtında dəyişilmir,ümimiyyətlə təşkilatı qurumların fəaliyyəti və təminatı çox aşağı səviyyədədir, Bu problemləri işıqlandırmaqda, əlbətdəki,səlahiyyətiniz çərçivəsində,bizə öz köməkliyinizi göstərməyinizi xaiş edirəm.
Mirvari Gahramanli
Teref.az
 
Ardını oxu...
Riyaziyyat və Mexanika İnstitutu 2022-ci ilin dekabr ayının 12-də “inventarların alınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Teref.az Qlobal.az-a istinadla xəbər verir ki, institutun yekun vurduğu bu satınalmanın məbləği 11.2235 manat olub.

İnstitut satınalmada nizamnamə kapitalı 5 manat olan “DİSCOVERY AA” (VÖEN: 2906788651) Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib.

“DİSCOVERY AA” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin avqust ayının 22-də dövlət qeydiyyatına alınıb.

Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri 10 mkr, ev 42 mənzil 59, qanuni təmsilçisi isə Abdullayeva Sədaqət Həsən qızıdır.

“DİSCOVERY AA” MMC-nin fəaliyyət profili, əlaqə telefonu, lisenziya və faktiki ünvanı barədə açıq internet resurslarında məlumat yoxdur.

Bu təşkilatın hüquqi ünvanında – Sumqayıt şəhəri 10 mkr, ev 42 mənzil 59 ünvanında “DİSCOVERY AA” MMC adlı təşkilatı tanımadıqlarını bildirdilər.

Sumqayıt şəhəri 10 mkr, ev 42 mənzil 59 ünvanı daha bir neçə təşkilata hüquqi ünvan seçilib (RPS MMC – vöen 2901835771).

Digər ilginc məqam isə “DİSCOVERY AA” MMC-nin qanuni təmsilçisi Abdullayeva Sədaqət Həsən qızının adına çoxsaylı MMC-lərin təsis edilməsidir.

Belə ki, “DİSCOVERY AA” MMC ilə eyni tarixdə – 2022-ci ilin avqust ayının 8-də Abdullayeva Sədaqət Həsən qızının adına daha bir təşkilat – “SÜNBÜL SERVİS” MMC (VÖEN: 2906791031) dövlət qeydiyyatına alınıb.

Məlumata görə Abdullayeva Sədaqət Həsən qızı “Proxy” şəxsdir, onun adına təsis edilən MMC-lər bəzi büdcə təşkilatlarının satınalmalarında şübhəli formada “iştirak” edir.

Qlobal.az məsələ ilə bağlı Riyaziyyat və Mexanika İnstitutundan mövqe öyrənib. Riyaziyyat və Mexanika İnstitutunun baş direktorunun müavini, eyni zamanda baş meneceri Mehdi Məmmədovun açıqlamasında deyilir: “12 dekabr 2022-ci il tarixində “İnventarların alınması” üzrə kotirovka sorğusunun nəticəsi olaraq “Discovery AA” MMC qalib seçilmişdir. “Discovery AA” MMC –nin qalib seçilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən təsdiqlənmişdir. Məktubla bağlı “Discovery AA” MMC-nin həmin tarixə təqdim etdiyi bütün sənədlər bir daha yoxlanılmış, natorial qaydada təsdiq olunmuş və tələblərə uyğun olduğu müəyyənləşmişdir. Kotirovka sorğusu metodu ilə keçirilmiş müsabiqə Dövlət Satınalmalar haqqında Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçirilmişdir.”.

Qeyd edək ki, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdənovdur.

M.Mərdənov 2013-cü ildən İnstituta rəhbərlik edir.
 
Ardını oxu...
“İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri, sabiq MTN əməkdaşı Ruslan Əliyev qanunsuz əməllərlə məşğuldu”. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu sözlər Nemət Yusifov tərəfindən redaksiyanın elektron poçtuna göndərilmiş şikayət məktubuindandır.

Şikayətçi iddia edib ki, şöbə müdiri varlı, imkanlı şxəslərdən pul alaraq onların apardığı qanunsuz tikintilərə göz yumur. “Kasıb, sadə vətəndaşları min bir bəhanə ilə gözümçıxdıya salaraq, onlardan rüşvət tələb edir. Buna nümunə olaraq Bakının Digah kəndində baş verənləri göstərmək olar. Digahda yüksək gərginlikli elektrik xətlərinin altında bir çox ev və obyekt inşa edilib ki, bunların hamısı Ruslan Əliyevin himayəçiliyi altında baş verib. Torpağın hər sotuna minimum 500 manatdan başlayaraq bir neçə min manata qədər pul tələb edən Ruslan Əliyev, şəxsi maraqlarını təmin edən şəxslərin işıq, su, qaz və s. kimi xətlərin, boruların yaxınlığında, hətta onların üzərində iş aparmasına göz yumur”.

Şikayətçi yazır ki, Ruslan Əliyev onun qanunsuz tələbini rədd edən, ona pul vermək iqtidarında olmayan, yaxud pul vermək istəməyən şəxslərin tikililərini “qanunun aliliyi” adı altında sökür, bu yolla onlara “əzələ” nümayiş etdirir.

Nemət Yusifov yazır ki, Ruslan Əliyev əvvəllər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb. “O, Eldar Mahmudovun yaxın silahdaşlarından biri olub”.

Şikayətçi bildirir ki, Ruslan Əliyev Xırdalan şəhərində, Binəqədi rayonunda yüksək gərginlikli elektrik xətlərinin altında onlarla evin inşasına rəvac verib, minlərlə sakinin həyatını təhlükə altına atıb. “Məhz bütün bu qanunsuz fəaliyyətin nəticəsidir ki, bu gün Ruslan Əliyevin Masazırdakı “Qurtuluş” yaşayış massivinin yaxınlığında, eləcə də Bakının müxtəlif yerlərində restoran və onlarla ticarət obyektləri mövcuddur. Onun idarə etdiyi avtomobilin təxminən 250 min manat qiyməti var ki, bu da onun heç də halal maaşla dolanmadığının ən böyük isbatıdır”.

Məsələ ilə əlaqədar Ruslan Əliyevlə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Lakin onun da mövqeyini dərc etməyə hazırıq.
Teref.az yazır ki, Bakı sakini əməkdar müəllim Səlahəddin Kərimov 1960-ci ildən yaşadığı evinə sahiblənə bilmir.
Bu barədə Teref-az-a şikayətçi özü danışıb və məsələ ilə bağlı sənədlər təqdim edib.
Səlahəddin müəllimin dediklərindən və təqdim etdiyi sənədlərdən bəlli olur ki, 2012-cu ildə Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 27 ünvanda yerləşən fərdi yaşayış evinə çıxarış almaq istəyərkən məlum olub ki, evin başqa mülkiyyətçisidə var.
Ardını oxu...
O deyir: "Məlum oldu ki, mənə məxsus ev Mərdanova Şahnaz Abdulla qızı tərəfindən Mərdanova Xumar Afət qızına bağışlanıb. Məsələ burasındadır ki, bu ev 1959-cu ildən bizim olub. Şahnaz Mərdanovanın bunu hansı əsasla Xumar Mərdanovaya bağışlaması məlum deyil”.
Şikayətçinin sözlərinə görə, bununla bağlı mübahisə yaranıb və o, məhkəməyə müraciət edib. Yasamal Rayon Məhkəməsi bağışlanma ilə bağlı müqavilənin etibarsız hesab edilməsi, mənzil üzərində Saləddin Kərimovun xüsusi mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarıb. Biz BTİ-dən çıxarış aldıq.Və 2012 -ci ildən sonra bu barədə heç bir söz söhbət olmadı.
Ardını oxu...
Bura qədər hər şey qanunlar çərçivəsində gedir. İlk dəfə bu məhkəmədə tanıdığı xamıla biz məhkəmədən sonra heç görüşmədik.
Lakin 2023-cü ildə "Lux Residense" MMC bu ərazidə mülkləri almağa başladı. Gələcəkdə burda yaşayış bunası tikilməli idi. Bu məsələ ortaya çıxan kimi, 11 ildən sonra baxmayaraq ki, 2012-ci ildə Mərdanova Xumar Afət qızı ilə danışıb razılaşmışdıq, yenədə məhkəmə çəkişmələri başladı. Mərdanova Xumar Afət qızı 11 ildən sonra Yasamal Rayon Məhkəməsinin qərarrından apelyasiya şikayəti verib. Nəinki məhkəmə qərarından sonra keçən 12 ildə, heç bu evdə yaşadığımız 1959 ildən bu xanımı nə görmüşük nədə o bu evlə maraqlanmayıb. Səlahəddin müəllim deyir:
"Qarşı tərəf apellyasiya şikayəti verib. 11 ildən sonra apeilyasiya şikayəti vermək nə deməkdir? Məhkəmə qərar verib, qərar icra olunub, biz halal evimizə çıxarış almışıq və birdən birə apelyasiya şikayəti icraya götürülür... Bu absurd deyilmi? Bəs bu 11 ildə o harda idi?
İndi söküntü məsələsi ortaya çıxıb, pul məsələsi var, qanunları ayaq altına ataraq apelyasiya şikayəti verib. Təbii əgər sadə qanunları o qədərdə bilməyən vətəndaş olsa idi bu başa düşülən olardı. Lakin Apelyasiya Məhkəməsinin hakimi olan bu xanım qəşəng bilir ki, qanun 11 ildən sonra məhkəmə qərarından apelyasiya şikayəti verməyə icazə vermir.Əsas isə bu qərar artıq icraya götürülüb və icra edilibsə. Onun şikayəti təmin olub. Bəs o şikayət verib, niyə məhkəmə bu şikayəti icraya götürüb? Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, qarşı tərəf, yəni Xumar Mərdanova Bakı Apellyasiya Məhkəməsinin hakimidir. Sizcə Apelyasiya Məhkəməsinin hakiminin işi Apelyasiya Məhkəməsində kimin xeyrinə ola bilər? O, bundan yararlanaraq qətnaməni ləğv etdirib. Eyni zamanda bu məsələ ilə bağlı məhkəmə mübahisələrində səlahiyyətindən istifadə edərək işə obyektiv baxılmasına mane olur”, deyə Saləddin Kərimov vurğulayıb.
Ardını oxu...
Şikayətçi onu da qeyd edib ki, evinin yerləşdiyi ərazidə söküntü işləri aparılır. "Lux Residence” MMC köhnə evləri sökərək yerində yeni binalar inşa etmək istəyir. Xumar Mərdanovanın ərizəsi əsasında ( heç bir məhkəmə prosesi gedməyə gedməyə) mənim evimlə bağlı hər hansı addımın atılmasına qadağa qoyulub”, deyə Saləddin Kərimov vurğulayıb.
O, məsələ ilə bağlı yuxarı instansiyalara da şikayət etmək niyyətindədir.

Teref.az məsələ ilə bağlı Xumar Mərdanovanın vəkili Vasif Hüseynovla əlaqə saxlayıb onların mövqeyini öyrəndi.
Vasif müəllimin sözlərinə görə onlar bu 11 ildə məhkəmə qərarından xəbərləri olmayıb. Və 11 ildən sonra xəbər tutduqlarına görə apelyasiya müddətini bərpa ediblər.
Hörmətli Məhkəmə Hüquq Şura sədri cənab İnam Kərimovun bu məsələni nəzarətə götürməsini xahiş edirik.
 
Ardını oxu...
"Şikayətim Dövlət Gömrük Komitəsindəndir". DİA.AZ bildirir ki, bu baarədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Ayaz Səmədzadə adlı istifadəçi giley edir.
Narazı vətəndaş yazır: "Milli Məclisə hər hansı bir qanun dəyişikliyini ratifikasiya etmək üçün təqdim edəndə bir az geniş düşünün...

Məsələn; Azərbaycan Respublikasına Turist vizası ilə daxil olan əcnəbilərin qalma müddəti var. Bu müddət ölkələrə görə dəyişir. Xarici ölkə vətəndaşları özlərinə məxsus olan mobil cihazla daxil olur və mobil cihazları ilə xaric olur.

Telefonlarının qeydiyyatı zamanı niyə gömrüyə bəyan etməlidirlər? Və ya gömrük onlardan niyə rüsum almalıdır? Azərbaycan vətəndaşlarını anladıq. Xaricdən telefon alıb gələndə onun rüsümunu almaq üçün. Amma xarici ölkə vətəndaşları ( yəni turistlər) bizim ölkə subyektləri deyillər. Onların turist kimj gəldikləri halda mobil cihazlarının burada işləməsi üçün bizim gömrük orqanına ( satış məqsədli deyilsə) niyə rüsum ödəsin ki?"

Məsələ ilə bağl dia.az olaraq büttün əlaqədar qurum və şəxsləri dinləmyə hazırıq...
 
Ardını oxu...
"Təcrübəli partiya sədri Milli Məclisdə deyib ki, işğaldan azad olunmuş ərazilərdən birində erməni aktivist George Vanyanın adına küçə verək, yəni adını əbədiləşdirək". Bu sözlər başıboş insanları manipulyasiya etmək istəyən təcrübəli siyasət adamı İqbal Ağazadənin yeni yazdığı məqaləsindən götürülüb. Heç şübhəsiz ki, burada bizim son günlər Azərbaycanın haqlı davasını müdafiə etdiyinə və Ermənistanı işğalçı adlandırdığına görə müəmmalı şəkildə öldürülən George Vanyan haqqında fikirlərimizi nəzərdə tutub. Bəli, biz Azərbaycanın faydasına çalışmış hər kəsin haqqını verməliyik. Bunun rus, yəhudi və ya erməni olması fərq etməz. Təklif etmişik ki, xarici siyasətdə əlimizdə fakt olsun deyə terrorçu erməni və sülhsevər erməni obrazları yaratmalıyıq. Əgər bu ərazidə ermənilər yaşayacaqsa, onları sülhsevərliyə təşviq etmək üçün Vanyan və yaxud başqa sülhsevər şəxsin adını onların yaşadığı küçəyə də vermək mümkündür. Yəni Allah etsin ki, burada erməni qalmasın, əgər bu və ya digər səbəbdən qalacaqlarsa biz dünyadan gələn təzyiqləri nəzərə alaraq bəzi manevrlər etməliyik. Bu qədər sadə və aydın. Maraqlıdır ki, bu fikirlər yazdığım məqalədə çox ciddi təkliflərin içində əsas vurğunu izah etmək üçün yazılıb. İndi anlaşılır ki, İqbal Ağazadə məqaləni oxumadan siyasi əxlaqa uyğun olmayan addım atıb. Birincisi öz yazısında məsuluyyətsizcəsinə bunu Milli Məclisdə edilən çıxış kimi vurğulayıb, halbuki Milli Məclisdə tamamilə fərqli və maraqlı təkliflər səsləndirmişəm. Demək ki yazı mətnini oxumadan eşitdiyin yalan üzərindən səviyyəsiz bir davranış sərgiləmisiniz. İkincisi, mətndə Xankəndi adı çəkilmədiyi və "ermənilərin yaşayacağı ərazidə küçələrin biri" ifadəsi vurğulandığı halda LAF Tv- də Xankəndi üzərindən yalan-palan ortaya qoyub və hətta bu yalana Ləman xanımı da inandırıb. Çünki bu Qarabağda ayrıca qəsəbə və ya kənd də ola bilər. Üçüncüsü, bu gün erməniləri qayıtmağa çağıran və onların hüquqlarına təminat verən və məhz sülhpərvər obrazı ortaya qoyan Azərbaycan dövlətidir. Nəticə isə göz qabağındadır: Azərbaycan əleyhinə xaricdə hansısa ciddi sənəd qəbul olunmadı. Məhz qalib dövlət kimi atılan humanist addımlara görə.
İndi bu cür saxtakarlıqla, yalançı milliyətçiliklə bəzənib bizim fikirlərə qarşı kampaniya aparanların ifşa olunacağınızı hamınız görəcəksiniz. Anlaşılacaq ki, əsl aşağılıq şəhid, qazi adını manipulyasiya edib, Qarabağ üzərindən süni vətənpərvərlik çağırışları edib cəmiyyəti yanlış istiqamətə yönəltməkdir, insanlarımızın reallıq duyğusunu zədələməkdir.

Fazil Mustafa
Millət vəkili - DİA.AZ

Dünyapress TV

Xəbər lenti