Ardını oxu...
Siyəzən rayon sakini Dünyamalıyev Elxan Sabir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, "Alov" və "Vətən" mühafizə xidmətlərində haqsızlıqla qarşılaşıb:

"Mən, Dünyamalıyev Elxan Sabir oğlu, Siyəzən rayon sakiniyəm, 2016-ci ildən “Riyad” Mühafizə Xidmətində işləmişəm. Hansı ki, vergi vermədiyi üçün dövlət bu mühafizə xidmətini ləğv etdi. Onlar yenidən "Alov" və "Vətən" adlı mühafizə xidmətlərii yaradıb, fəailiyyətə başladılar.

Bölgələrə rəislər təyin edildi. Rəis yaxşı işləsə hər kəs də yaxşı pul alırdı.

2016-cı ildən Bakıda və bütün rayonlarda nə qədər internat məktəbləri varsa, hamısının mühafizəsi İlqar Rzayevə həvalə edildi. Çünki onun tələbə yoldaşı Rauf Orucov Təhsil Nazirliyində Maliyə idarəsinin rəisidir. Məktəblərə mühafizə lazım olarsa, bu iş İlqar Rzayevə verilirdi.

Mən mühafizə xidmətindən özüm çıxdım, bəzi haqsızlıqlara dözmədim. Bizə tapşırıldı ki, kim rayonlarda və Bakıda müqavilə bağlasa idarəyə hər ay pul ödəməlidir. Bəzi həmkarlarım kimi, mən də işdən ayrıldım.

2022-ci ildə "Vətən" Mühafizə Xidmətinin rəis müavini Qüdrət Abıyev mənə zəng etib dedi ki, işləmək istəsən gəl işlə. Razılaşmadım, çünki orada yeyinti vardı və maaşların 6 ayı verilmirdi. Üstəlik, işçilərə kartla pul verilmirdi, çünki vergidən yayınırdılar.

Ötən il dekabr ayında İlqar Rzayev mənə zəng vurub bildirdi ki, “Elxan, səndən xahiş edirəm təcili işə gəl, mənə kömək lazımdır”. Dedi ki, sənə inanıram, xahiş edirəm get Siyəzənə, orada mühafizəçilər dalaşıblar. Bu barədə direktor Ruhiyyə müəllimə məlumat veribmiş. Ora getdim, işçiləri dəyişdim, yeni işçilər götürdüm, iş qaydasına düşdü. Əvvəl işdən çıxarılan işçilərin əmək haqqları verilməmişdi, mən də bu münasibətlə İlqar Rzayevə müraciət etdim. Ona bildirdim ki, işçilər deyirlər 6 aydır maaşımız verilmir. O, mənə dedi ki, “Elxan, mənim vəziyyətim pisdir, evimi, maşınımı satmışam, artıq sən tanıdığın İlqar deyiləm, metroyla gedib-gəlirəm işə”. Məni işə dəvət edəndə də bildirmişdi ki, vəziyyəti pisdi. Amma dedi ki, işlər düzəlsin, sənin maaşını da verəcəm. İnsanlıq halıdır deyib, ona kömək etmişdim.

Amma artıq mən də ailəliyəm, uşağım var, evimə çörək pulu aparmalıyam. Bunları İlqar müəllimə dedim. O isə mənə dedi ki, “sən işçilərin kartlarını götürərdin, hər ay onlara 250 manat pul verərdin, qalanını da özünə götürərdin. Sənə demişdim axı heç kəsə kart vermə, rayonlarda hər kəs bu yolla dolanır. Əlavə də 100 manat vurardım karta”. Əlbəttə, bununla razılaşmadım.

Artıq neçə ay idi işləyirdim, lakin pul almırdım. Ona bu iradımı yenidən bildirdim, mənə dedi ki, “məndən çox adam şikayətçidir, get sən də şikayətçi ol, heç kəs mənə heç nə edə bilməz”. Öz səs yazısını ona atdım, hansı kı, mənə işçilərin haqqına girməyi öyrədirdi. Başladı ki, heç kəsə heç nə demə, həll edək.

Bir müddət sonra xidmət rəisinin müavini Qüdrət Abıyev mənə zəng vurub dedi ki, Etibar Qasımov səninlə görüşmək istəyir. Dedim gəlməyəcəm, bezmişəm artıq sizin yalanlarınızdan. Mənə dedi ki, gəl, maaşını da verəcək. Getdim, görüşdük, söhbət etdik. Mənə əmək haqqımdan 1000 manat da pul verdi, dedi ki, İlqara da deyəcəm, gedib maaşını tam götürərsən.

Etibar Qasımov 2 gün sonra məni yenidən işə çağırdı. Maaşımı xatırlatdıqda, dedi ki, İlqarla aram dəyib, səbrli ol, veriləcək. Əlavə etdi ki, istəyirsən, gəl sənə iş verim, 350 manat maaşa işlə. Razılaşmadım, çünki eyni vəziyyətlə artıq 3-cü dəfə qarşılaşmaq istəmirdim.

Etibar Qasımov həmçinin bildirdi ki, “İlqarın qardaşı oğlu Rafiq Rzayev məni yarım milyon ziyana salıb, çaşıb vergiyə əsl sənədləri göndərib və məni cərmələyiblər”.

Mən onlardan haqqım olan maaşımı istəyirəm. Özlərinə də dedim ki, mənim pulumu verin, yoxsa şikayət edəcəm. İndi məndən maaş əvəzi verdikləri 1000 manatı tələb edirlər ki, pulu ver, sonra get hara istəyirsən şikayət et.

Əlimdə yetərincə sənədlər və səs yazıları var, xahiş edirəm mənə kömək edin, onların qanunsuz əməllərini aşkara çıxarım”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Ölkə başçısının tapşırığı ilə Azərbaycanın Qarabağda başlatdığı lokal antiterror əməliyyatının uğuru hər kəsə məlumdur. Ölkəmiz bu uğuru əldə edib düşmən ölkələrə göz dağı verdiyi bir vaxtda itkilərimizdə oldu.

Daimi baş tacmız olan bu əməliyyatlar zamanı 200 dən artıq şəhidlərimizə hörmətlə yanaşanlarda oldu, onların şəhid olduğu gün şənlik edib konsert verib çal-çağır edənlərdə...

Xatırlayırsızsa "Azərbaycan Reallığı" olaraq şəhidlərimizin şəhid olan gün bir neçə restorandan reportajlar yayımlayıb ictimai qınaq etmişdik. Bunu başa düşüb üzr istəyən restoran sahibləri də oldu, səhvini anlayıb efir vasitəsi ilə bu cür xoşagəlməz hal bir hada təkrarlamayacaqına söz verənlərdə oldu. Amma ən qəribəsi Nərimanov ərazisində yerləşən "Sahra Restoran"da baş verdi.

Deməli, bu məkanın Elçin Allahverdiyev adlı rəhbər şəxsi şəhidlərmiz olan gün restoranında konsert verib çal-çağır etdi, məsələ ictmailəşdikdə çıxıb şəhidlərimin ruhundan və onun ailələrindən üzr istəmək əvəzinə hörmətsizliyini ictimailəşdirən media nümayəndələri barəsində hüquq-mühafizə orqanlarına şikayət etməklə özünü çirkablı sulardan saf çıxarmağa çalışdı.

Elçin müəllim adını çəkmək istəmədiyimiz hüquq-mühafizə orqanlarından birinə şikayət edərək bildirir ki, guya biz onun "Sahra Restoran"ından paylaşım edərək onun şantaj etmişik, işgüzar nüfuzuna xələl vurmuşuq. Bunun restoranına gələn mini yupkalı, dodağı silikonlu, bahalı maşınlı müştərilərinin qarşısını almışıq. Müəllimin gedib hüquq-mühafizə orqanlarında uydurduğu bu əfsanələrə, bu cəfəngiyyatlara bişmiş toyuq gülməsin neyləsin?

Müəllim düşünür ki, 19 cu əsrdə yaşayır, bu gedib yalnış ifadə verəcək hüquq-mühafizə orqanlarını aldadacaq onlar da buna inanacaq. Yəqin ki, indi hansı dövrdə, texnalogiyanın necə inkişaf etdiyi bir əsrdə yaşadığımızı anlamır, müəllim düşünmür ki hüquq-mühafizə orqanları onun uydurmalarına yox faktlara söykənərək qərar verir.

Biz məsələnin nədən ibarət olduğunu yazandan sonra Elçin müəllimə hansı düşüncə hansı fikirlə yanaşdılarsa onu elə özü bilməsədə yaxşı olar. Çünki bizim polislərimiz gecə-gündüz xalqın keşiyindədir, xalqın təhlükəsizliyini qoruyur, son antiteror hadisələrində onlarla polisimiz qəhrəmancasına şəhid oldu. Təbii ki, cəsarətli və məğrur polisimizi şəhid verdiyimiz gün Elçin müəllimin etdiyi hərəkətə göz yumub onun xeyrinə hər hansı qərar verə bilməzdi.

Nəysə, bizdən hələlik bu qədər, bizim Elçin Allahverdiyevlə hər hansı düşmənçliyimiz yoxdur heç etmək niyyətində də deyilik amma görünür müəllim bu cür primitiv addımlar atmaqla bizim peşə fəaliyyətimizə təzyiq edə biləcəyin düşünür. Bu istiqamətdə ona kim göstəriş və tapşırıq verirsə Elçin müəllim biz dedik biləsiz sizi bərk aldadırlar.

Bütün bu yazılara baxmayaraq "Azərbaycan Reallığı" olaraq "Sahra Restoran" və onun rəhbəri Elçin Allahverdiyevində söz haqqın tanıyırıq
 
Ardını oxu...
Bakının Yasamal rayonunda “alimlərin yataqxanası” kimi tanınan bina söküləndən sonra sakinlər çətin duruma düşüblər. Pilot layihəni həyata keçirən “İnşaat Konstruksiyaları” MMC yeni binanı 2016-cı ildən bəri tikib istifadəyə vermir. Sakinlər illərini kirayələrdə keçirir. Onların bəzisi beş ildir kirayə pulu da almadığını bildirir.
Bizimyol.info xəbər verir ki, “İnşaat Konstruksiyaları” MMC sakinlərə 1 il 6 ay ərzində yeni mənzillərinə köçə biləcəklərini vədini etmişdi. Binada görüləcək iş də az deyil. Üstəlik, bəzi mənzillərin bir neçə şəxsə satılması faktları ortaya çıxıb. Məsələyə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi qarışıb.

Şikayətçilərdən Rəvanə Əsədova xatırlayır ki, yaşadıqları bina Yasamal Rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin iştirakı ilə sakinlərin icazəsi olmadan sökülmüşdü: “Bizimlə o vaxt elə davrandılar, indi də belə. Nə qədər stres keçirmək olar?! Heç nəyə köklənmək olmur. Küçələrdə qalmışıq”.

Pərviz Bədəlov deyir ki, məhdud məsuliyyətli cəmiyyətdən konkret söz ala bilmirlər. “İnşaat Konstruksiyaları” daha 200 alıcıya mənzil satıb. İndi “alimlərin yataqxanası”nın sakinləri bilmir ki, kimin mənzili harada olacaq: “Binanın üstünü bəzəyiblər, amma içəridə arakəsmələr hörülməyib, işıq, su xətləri axıra qədər çəkilməyib. Binanın damında izolyasiyalar yekunlaşmayıb. Liftlər qoyulmayıb. Xərc aparan işlərin hamısı qalıb. Yalnız kosmetik addımlar atılıb. Görüntü yaratmaq istəyirlər ki, guya binada iş dayanmayıb. Burada heç vaxt 10-15 fəhlə işləməyib, uzağı 2-3 nəfər”.

Hacımurad Mirzəyev deyir ki, bu məsələyə görə həyatından bezib. Hər ay artıq 120 manat kirayə pulu verir: “Gül kimi təmirli evimizdə yaşayırdıq. Nə günə qoydular bizi...”

“İnşaat Konstruksiyaları” MMC-nin Nizami rayonunda inşa etdiyi binadan da şikayətlər var. Məhdud məsuliyyətli cəmiyyətin rəhbəri Rauf Əliyev mətbuata açıqlamasında haqqında danışılan binanın 2024-cü ilin martında təhvil veriləcəyini deyib. Onun sözlərinə görə, müvəqqəti maliyyə sıxıntıları olub, indi hər şey qaydasındadır: “Son tamamlama işləri qalıb. Onu da həll edəcəyik”.

Tikintidəki qanunsuzluqları Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırması məsələnin qısa zamanda həllini tapmayacağını deyir. Üstəlik, oxşar halların baş verməsi şübhələri qalır. Şikayətçi Məzahir Cəfərov iddia edir ki, hələ də mənzillər bir neçə şəxsə satılır. //Bizimyol.info//
Ardını oxu...
“Spirtli içkilər, ət və ət məhsulları sexlərdə hazırlanır, brend ad altında satılır, buna göz yuman məmurlar isə...”
“Sovet dövründə nisbətən nəzarət var idi, kolbasalar at, eşşək ətindən, kağızdan hazırlanmırdı. İndi isə spirtli içkilər, ət və ət məhsulları, geyimlər - hamısı ölkə daxilində müəyyən sexlərdə hazırlanır, brend ad altında satılır. Keyfiyyətin aşağı olması bir tərəfə, paralel olaraq hamısı bahalaşır. Əlbəttə ki, bu, anomallıq yaradır. İctimai təşkilatlar var, məsələn, Azad İstehlakçılar İctimai Birliyi (AİİB) bu sahədə ciddi fəaliyyət göstərir. Amma açıq deyək, AİİB-nin tək başına gücü çatmır, nə etsin? Axı aidiyyatı dövlət orqanları, müvafiq məsuliyyət məsələləri var. Hazırda daxili bazarda inzibati cəzalar nəzərdə tutula biləcək hallar, Cinayət Məcəlləsində əksini tapan daha böyük cinayət halları mövcuddur. Hüquq-mühafizə orqanları və aidiyyatı qurumlar bu məsələyə nəzarət etməlidirlər. Bu işdə məhkəmə perspektivi olmalıdır. Biz isə nə görürük? Görürük ki, göz yumurlar. Nəyin müqabilində? Onun müqabilində ki, əlbəttə, həmin qurumların nəzarət etdikləri sahələrdə mağaza müdirləri ilə, istehsalçılarla əldirlər. Təbii ki, öz şəxsi mənfəətləri olur, buna görə də göz yumurlar. Əziyyəti isə xalqımız, istehlakçılar çəkir. Ağrılı məsələdir..."

TEREF.AZ bildirir ki, bu sözləri Pravda.az-a açqılamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

Deputat bildirib ki, hər şeydən əvvəl millətin məmurlarının şüuru yüksək olmalıdır: “Məmurlar öz mənafelərindən çox dövlətin, xalqın mənafeyini düşünməlidirlər. Amma bu, arzu olaraq qalır, həyata keçmir. Hətta buna göz yuman məmurların özləri haqqında da ciddi tədbirlər görmək lazımdır ki, vəzifə borclarını vicdanla yerinə yetirsinlər. Açıq deyirəm, nə qədər incisələr də, əsasən bu hallar müsəlman ölkələrində daha çox olur. Avropa və digər ölkələrdə belə şeylər azdır. Çox ciddi qanunların tətbiqinə və tətbiqi üzərində nəzarətə əhəmiyyət vermək lazımdır. Bu məsələlər ən yüksək səviyyədə ortaya qoyulmalı, nəzarət edilməlidir. Hökumət nəzarəti olmalıdır. Hökumət özü yüksək səviyyədə bu işə göz yuman məmurlara iradlarını bildirməlidir ki, vəzifələrini layiqincə yerinə yetirmirlər”.
 
Ardını oxu...
Vəkil Sebuhi Axundov:
- Dəyərli dostlar, təcrübənzidə belə bir hala rast gəlmisizmi ki, idarənin insan resursları şöbəsinin müdiri həm də həmkarların sədri olsun?
-Əlbəttə ki, məs. bildiyim qədər Azəriqaz Ağsu RQİİ-də idarənin insan resursları şöbəsinin müdiri həm də həmkarlar təşkilatının sədridir. Bu halda rəisin də işi asanlaşır: rəis ,müdir xanıma iki tapşırığı birdən verir.HT sədrinə işçinin işdən çıxarılması üçün raziliq alma məktubu, və işçinin işdən azad olunması üçün HT razılıq məktubu.
Xanım müdir özü yazır, özü də cavab verir, Super "təcrübədi"
Mirvari Gahramanli
Ardını oxu...
"13 il idi təhsil sistemi ilə heç bir əlaqəm yox idi. Bu il Muradı məktəbə qədər hazırlığa qoyduq və təhsilin nə qədər bədbəxt və bərbad olmasını dəhşət içində izləyirəm. 1 ay öncə cənab nazir Emin Amrullayevin sosial media hesabından özünə mesaj formasında müraciət ünvanladım, daha sonra nazirliyin rəsmi saytında qəbul üçün onlayn müraciət etdim. Amma heç birinə cavab ala bilmədiyim üçün məcburam bunları açıq yazım".
TEREF.AZ bakupost.az-a istinadla xəbər verir ki, bunu gənc fəal Pərviz Əzimov sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, Azərbaycanda hər il 1000-dən çox uşaq ASP (Autizm Spektr Pozğunluğu) ilə dünyaya gəlir:
"Dünya ortalamasına görə hər 36 uşaqdan biri ASP-lidir. Bunların 3/4 hissəsi oğlanlar, 1/4 hissəsi qızlardır. Ölkəmizdə heç bir şeyin normal statistikası olmadığı kimi bu rəqəmin də dəqiq statistikası yoxdur. Amma rəqəm aşağı - yuxarı yazdığım kimidir.
Bu gün özəl məktəblərdən tutmuş, dövlət məktəblərinə qədər heç bir məktdəbdə ASP-li uşaqların inteqrasiyası üçün heç bir proqram yoxdur. Ümumiyyətlə, məktəbəqədər hazırlıq və ibtidai sinif pedaqoqlarının ASP haqqında məlumatı yoxdur. Hər 36 uşaqdan biri o deməkdir ki, ortalama hər 3 sinifdən birinə bir ASP-li uşaq düşür. Və bu rəqəm sürətlə artır".
Pərviz Əzimov qeyd edib ki, Azərbaycan təhsil sistemində ASP ilə bağlı bircə proqram belə yoxdur:
"Nəinki inteqrasiya proqramı yoxdur, əksinə pedaqoqlar tərəfindən bu uşaqlara qarşı bulinq var. Emin Əmrullayev hər fürsət düşəndə 150-200 min müəllimə göndərdiyi SMS-in pulu ilə ildə bir neçə məktəbin müəllimini peşəkarlaşdıra bilərdi.
Nazirlik hər il yüzlərlə mənasız layihəyələrə və xərc maddələrinə milyonlarla pul xərcləyir. Ancaq ölkənin vətəndaşlarının taleyi heç veclərinə də deyil.
Mənim müşahidə elədiklərim hələ özəl məktəblərdə olan problemlərdir. Bunu görəndən sonra adam dövlət məktəblərindəki vəziyyəti təsəvvür belə etməyə qorxur".
Gənc fəalın bildirdiyinə görə, hər il 100-lərlə ASP-li uşaq təhsildən mərhum olur:
"Bunun axırı necə olacaq, kim inteqrasiya edəcək bunları cəmiyyətə?! Bir ASP-li uşağın adi bağça xərci aylıq 1500-2000 AZN arasıdır. Azərbaycanda neçə faiz ailənin aylıq bu məbləği ödəmək imkanı var?!
Peşəkar həkim, psixiatr, klinik psixoloqlara müraciət edirsən, deyirlər, uşaq məktəbə tam hazırdır, ora getməlidir ki, daha da inkişaf etsin. Gedirsən məktəbə, biabırçılıq. Uşağı inkişaf etdirmək əvəzinə, daha da geri salırlar və ya bir çox hallarda uşağı qəbul belə etmirlər.
Peşəkarlıq qalıb bir tərəfdə, barbar qaydalarla təhsil idarə olunur".
 
 
 
Ardını oxu...
Ağsu rayonunun Bico kəndindən olan qazi Vurğun Sayılov rayon rəhbərliyindən narazıdır.

Teref.Az xəbər verir ki, o, bu barədə Bakupost.Az-a müraciətində bildirib.

Vurğun Sayılov deyir ki, 2009-2011-ci illərdə hərbi xidmətdə olub. 2012-ci ildə isə müddətdən artıq xidmət hərbi xidmətçisi (MAXHX) kimi yenidən ordu sıralarına qoşulub. 2020-cı ilin iyulunda Tovuz döyüşlərində fəal iştirak edən qazimiz 44 günlük Vətən müharibəsinə də qatılaraq, ön cəbhədə xüsusi fədakarlıqlar göstərib. Belə ki, Vurğun Hadrut və Şuşanın azad edilməsində birincilər sırasında olub. Hətta Şuşa uğrunda gedən qanlı döyüşlərdə sağ ayağından ağır yaralanıb:

"Müalicə olunandan sonra yenidən xidmətimə davam etdim. 2023-cü ilin 19 sentyabrında başlayan lokal antiterror tədbirləri zamanı da ön sıralarda döyüşdüm. Xankəndi yaxınlığında düşmən ağ bayraq qaldırdıqdan bir müddət sonra pilotsuz uçuş aparatından atılan bombanın partlaması nəticəsində bu dəfə sol ayağımdan ağır yaralandım".

Qazimiz deyir ki, yaralanandan sonra bir müddət Mərkəzi Hərbi Hospitalda müalicə alıb. Daha sonra isə həkimlər ona bir ay müddətində ev şəraitində müalicə olunmağı məsələhət biliblər. Qazimiz hazırda yeriyə bilmir. Belə ki, ayağı İlizarov aparatına qoşulub. Hazırda yataq şəraitində müalicəsini davam etdirən Vurğun bir aydan sonra hospitala, tam sağalandan sonra isə yenidən Ermənistan sərhədinə yaxın ərazidə yerləşən xidmət etdiyi hərbi hissəyə dönəcəyini bildirir.

Onun sözlərinə görə, Qarabağ uğrunda döyüşlərdə iki dəfə ağır yaralansa da, nə ərazi icra nümayəndəliyi, nə Ağsu Rayon İcra Hakimiyyəti, nə də Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsindən indiyədək bir dəfə də olsun, onunla maraqlanmaybılar. İndiyədək kənd camaatı və qohumlarından başqa yerli məmurlardan heç kim onu yoxlamayıb. Məmur biganəliyindən gileylənən Vurğun Sayılov kənddə yaşadığı evin həyətində şəraitsizlikdən iki dəfə yıxılıb və millərlə bağlanmış ayağının üzərinə düşüb.

Qazimiz dolanışığının çətin olduğunu, maddi problemlərinin yarandığını da bildirib.

Məsələ ilə bağlı Ağsu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Zəngimizi İctimaiyyətlə əlaqələr şöbəsinə yönləndirsələr də cavab verən olmadı.

Ümid edirik ki, bu yazıdan sonra Ağsu Rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların rəhbərləri Vurğun Sayılovla maraqlanacaq, onun məişət problemlərinin həllinə yardım edəcəklər.
 
 
 

Ardını oxu...
Artromed Tibb Mərkəzində burnunu əməliyyat etdirən Məmmədova Günel Kəmaləddin qızı gözlənilməz nəticə ilə üzləşib.

DİA.AZ-ın məlumatına görə, Günel Məmmədova Reportyor.info-ya bildirib ki, sözügedən tibb ocağının İdrak Əhmədov adlı həkimi burun əməliyyatı adı altında onun tənəffüs və iybilmə orqanını ciddi şəkildə zədələyib: “8 sentyabr 2022-ci ildə burnumdan əməliyyat olundum. Əməliyyatı İdrak Əhmədov adlı həkim edib. Əməliyyatdan sonra burnumda müəyyən problemlər yarandı. 5 ay sonra isə burnum demək olar ki, sıradan çıxdı. Burnumda şiş əmələ gəldi. İdrak Əhmədov çözüm kimi burnuma iynə vurdu. Bu iynədən sonra isə burnum daha da pis vəziyyətə düşdü. İdrak Əhmədovdan burnumu yenidən əməliyyat etməsini tələb etdim. Lakin həkim yenidən əməliyyata razı olmadı. Mən əməliyyat haqqı olara 4500 manat ödəmişdim. Bu halda pulumu geri istədim. Bununla bağlı klinikanın rəhbərliyinə şikayət etdim. Estetik cərrahiyə şöbəsinin müdiri Mais həkim dedi ki, problem həllini tapacaq, yəni pulum geri qaytarılacaq. Onun sentyabrın 25-nə qədər pulumun qaytarılacağını bildirdi”.

Şikayətçinin sözlərinə görə, Mais həkim verdiyi vədə əməl etməyib. “Pulumu qaytarmadılar. Əksinə, həkimlər birləşib məni təhqir etdilər”, – deyə Günel Məmmədova bildirib.

O, saytımız vasitəsilə Baş Prokurorluğa müraciət edərək məsələ ilə bağlı tədbir görülməsini xahiş edir.

Ayrıca, Günel Məmmədova məsələ ilə bağlı prokurorluğa videomüraciət edib. Həmin videonu da oxuculara təqdim edirik.

Sonda qeyd edək ki, Reportyor.info Günel Məmmədovun iddiaları ilə bağlı Artromed Tibb Mərkəzinə sorğu göndərib. Üzərindən bir aydan artıq vaxt keçməsinə baxmayaraq sorğuya cavab verilməyib.


Ardını oxu...
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda müayinə və müalicə xərclərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi qarşıladığından həkimlər vətəndaşlara qarşı etinasız və diqqətsiz yanaşırlar.
Məsələ ilə bağlı redaksiyamıza şikayət daxil olub. Belə ki, növbədə gözləyən vətəndaşlar “xərcimizi dövlət qarşıladığı üçün həkimlər üzümüzə də baxmaq istəmirlər”, - deyə narazılıqlarını dilə gətiriblər.

Bundan başqa, həkimlərin yönləndirdiyi xəstələr qan analizi vermək istəsələr də, onlar vaxtın bitməsini bəhanə gətirərək, pasientləri geri qaytarıblar.

Eyni zamanda, xəstəxana otaqlarının qapısında gözləyən vətəndaşlara nəzarət olmadığına görə, onlar bir-birlərinin növbəsinə girib həkimlərin qəbuluna düşüblər.

Teref.az bildirir ki, məsələ ilə bağlı Elmi-Tədqiqat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nailə Mustafayeva Bizim.Media-ya açıqlamasında daxil olan şikayətlə bağlı münasibətini bildirib:

“Şikayətin araşdırılması nəticəsində məlum olub ki, vətəndaş şənbə günü saat 12:00-da analiz vermək istəyib. Lakin həkim bildirib ki, cavablar dəqiq olmadığı üçün bu saatda hormon və bir sıra digər analizlərin verilməsi uyğunsuzdur.
Vətəndaş digər bütün müayinələrdən rahat şəkildə keçib. Uzun müddət ərzində institutun fəaliyyətindən hər hansı bir şikayət daxil olmur ki, bu da burada çalışan peşəkar kollektivin uğurudur. Yeganə çətinlik böyük növbələrin olmasıdır və bu da instituta çox saylı vətəndaşların müraciət etməsi ilə bağlıdır. Hazırda qeyd olunan problemin aradan qaldırılması ilə bağlı işlər aparılır”.

Dünyapress TV

Xəbər lenti