Ardını oxu...
M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına gündə minlərlə insan müraciət edir. İcbari Tibbi Sığorta üzrə bütün ölkədən bura xəstələr göndəriş alır. Təkcə rentgen kabinetindən gündə yüz xəstə keçir.
Ötən ay planlı yoxlamalar zamanı xəstəxanada ciddi radiasiya dozası, rentgen kabinetinin standartlara cavab vermədiyi aşkar olunub.

Buna görə xəstəxananın yeni direktoru Elviz Qasımova protokolla xəbərdarlıq edilmiş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün vaxt verilmişdi. Lakin direktor bu müddət ərzində heç bir tədbir görməmiş və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin növbəti reydi zamanı qorxu saçan rentgen kabineti möhürlənərək bağlanmışdı.

Rentgen kabinetləri ona görə bağlanıb ki, izolyasiya tədbirləri görülməyib, aparatlar texniki standartdan çox şüalanma verir və kabinetə girən həkim də, xəstə də bir dəfə rentgen müayinəsi zamanı alacağı radioaktiv şüalanmadan qat-qat artıq şüaya məruz qalırdı. Kabinetdən radioasiya dəhliz və bütün mərtəbə, hətta həmin binaya təsir edirdi. Bu isə personal və xəstələr üçün ciddi təhlükə deməkdir.

Medicina.az -a daxil olan məlumata görə, rentgenin istismarının məhdudlaşdırılmasından 1 həftə sonra həmin kabinet yenidən açılıb. Aşkar olunan problemlər aradan qaldırılmayıb, şüalanma və təhlükə həddi olduğu kimi qalıb. Görünür, xəstəxana rəhbərliyi ən gəlirli və vacib diaqnostik vasitə olan rentgen kabinetini hər vasitə ilə işlətməyə qərar verib.

TƏBİB-dən məsələ ilə bağlı Medicina.az-a verilən açıqlamaya görə, həqiqətən rentgen kabineti açılıb, amma istifadəyə köhnə yox, yeni aparat verilib.

“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında hazırda 1 KT və MRT istifadədədir. Xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunu nəzərə alaraq, sənəd problem olan rentgen avadanlıqları ilə bağlı Fövqəladə Hallar Nazirliyi arasında danışıqlar aparılıb, belə razılığa gəlinib ki, sənədlərin qaydaya salınması üçün əlavə vaxt verilsin. Əldə olunmuş razılığa əsasən rentgen avadanlıqları kabinetdə istifadəyə verilib. Əvvəldən istismarına qadağa qoyulmuş şüalanma ilə bağlı problemli köhnə avadanlıq istifadəyə verilməyib”.
 
Ardını oxu...
Naxçıvanda Vasif Talıbovun yaxınlarına aid olan bir sıra müəssisələri alan “APF” kimə məxsusdur?
Naxçıvanda yeni şirkətlər qrupu yaradılıb.

Teref.az bildirir ki, TNS-in əldə etdiyi məlumata görə, “APF” şirkətlər qrupu əvvəllər Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun yaxınlarına aid olan bir sıra müəssisələri alıb.

Şirkət hazırda üç istiqamət üzrə fəaliyyət göstərir: inşaat, kənd təsərrüfatı və qida sektorları.

APF qida sektorunda çörək, süd və süd məhsulları istehsal edir. Bu müəssisə 2005-ci ildə “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyətə başlayıb. Müəssisə artıq “APF Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə fəaliyyətini davam etdirir. Müəssisədə müxtəlif istehsal sahələri fəaliyyət göstərir.

Şirkətlər qrupunun daha bir müəssisəsi “APF Agro”dur. Babək rayonunun Nehrəm kəndinə 12 km məsafədə yerləşən münbit torpaqlarda üzüm və alma bağları salınıb. Əvvəllər bu müəssisə də “Gəmiqaya Holdinq”in tərkibində idi.

Yuxarıda qeyd etdiyimiz kimi, “APF” şirkətlər qrupu tikinti sektorunda da fəaliyyət göstərəcək. Qrupa daxil olan “APF inşaat” Naxçıvan şəhərində çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisi üzrə yeni layihələrin həyata keçirilməsini planlaşdırır. Naxçıvan şəhərinin Heydər Əliyev prospektində 21 yaşayış binasından ibarət “Nakhchivan Residence”in inşasına tezliklə start veriləcək. Artıq təsdiq edilən layihə çərçivəsində 2, 3 və 4 otaqdan ibarət 5-11 mərtəbəli binalarda 1100 mənzil inşa ediləcək.

Göründüyü kimi, “APF” şirkətlər qrupuna Naxçıvanda yaşıl işıq yandırlıb və geniş imkanlar yaradılıb. Maraqlıdır ki, şirkətlər qrupu cəmi bir ay bundan əvvəl yaradılıb. Yəni, APF hansısa köklü şirkət deyil.

Bəs şirkətin sahibi və ya sahibləri kimdir?

Şirkət təmsilçisi TNS-in əməkdaşının bu sualını cavablandırmaqdan imtina edib. Görəsən, şirkətin sahibini niyə gizli saxlayırlar?

“APF-nin açıqlaması nə deməkdir?” sualımız da cavabsız qalıb.

Əldə etdiyimiz məlumata görə, “APF” şirkətlər qrupunun adı üç şəxsin adının baş hərflərindən götürülüb: Anar, Pərvin, Fuad. Bu şəxslərin kimiliyini dəqiqləşdirə bilmədik. Ümid edirik ki, yaxın günlərdə şirkətin sahibləri və fəaliyyət istiqamətləri barədə ictimaiyyətə daha ətraflı məlumat veriləcəkdir. Naxçıvan ictimaiyyəti bunu bilməlidir. Çünki muxtar respublikada ən iri layihələr bu şirkətə verilir. Yəni, şirkətin sahibi sıradan biri deyil.

Qeyd edək ki, APF-nin aldığı deyilən müəssisləri və əmlakları bir neçə ay bundan əvvəl yenə yeni yaradılmış “HİMAL” Holdinqin alacağı bildirilirdi. Sonra hansısa müəmmalı səbəbdən holdinq ona təklif olunan əmlakları satın almaq fikrindən daşındı.
 
 

 



Ardını oxu...
Azərbaycan Dövlət Pedoqoji Kolleci 2023-cü ilin sentyabr ayının 22-də sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, kollecin “əsaslı təmir işlərinin satın alınması” lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 11.000 manat, qalibi isə “Alov-N” (VÖEN:3102536241) Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

“Alov-N” MMC 2018-ci ilin yanvar ayının 1-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Abşeron rayonu Masazır kəndi, qanuni təmsilçisi isə Qurbanov Raqif Əsəd oğludur.

Pedoqoji Kollecdə əsaslı təmir işləri aparacaq “Alov-N” MMC-nin fəaliyyət profili, lisenziyaları, əmək müqaviləsi ilə çalışan işçi sayı, mühəndis heyəti və faktiki ünvanı barədə açıq internet resurslarında heç bir məlumata rast gəlinmir.

Pedoqoji Kollecin keçirdiyi digər satınalmalara diqqət etdikdə əsasən fəaliyyəti qeyri-şəffaf olan təşkilatlarla “işbirliyinə” üstünlük verdiyi görünür. Belə ki, Kollecin qalib elan etdiyi təşkilatların fəaliyyətləri qeyri-şəffaf olmaqla yanaşı, əksəriyyətinin dövlətə külli miqdarda vergi borcu var.

Pedoqoji Kollec 2022-ci ilin dekabr ayının 13-də “inventarların satınalınması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Bu satınalmanın məbləği 23.810 manat, qalibi isə “GÜNAY 87” (VÖEN: 2906894931) Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “GÜNAY 87” MMC Kollecin sözügedən satınalmasının elanından 11 gün əvvəl – 2022-ci ilin noyabr ayının 17-də təsis edilib. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 9 mkr, ev 26 mənzil 16, qanuni təmsilçisi isə Hüseynova Günay Şahin qızıdır. “GÜNAY 87” MMC-nin də fəaliyyət prifili barədə açıq internet resurslarında məlumat yoxdur.

“GÜNAY 87” MMC-nin hazırda dövlətə 1816 manat vergi borcu var.

Ardını oxu...

Pedoqoji Kollec 2022-ci ilin avqust ayının 26-da “cari təmir” lotu üzrə sifarişçi olduğu daha bir satınalmaya yekun vurub. Bu satınalmanın məbləği 79.971 manat, qalibi isə “Bina İdarəetmə Mərkəzi” (VÖEN: 1006226671) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Ardını oxu...

“Bina İdarəetmə Mərkəzi” MMC 2019-cu ilin noyabr ayının 7-də dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı BİNƏQƏDİ RAYONU, F.MƏLİKOV 7 MKR, ev 60/30, m. 35 olan şirkətin qanuni təmsilçisi Camaləddinov Loğman Ənvər oğludur. Pedoqoji Kollecdə cari təmir işləri aparacaq “Bina İdarəetmə Mərkəzi” MMC-nin də fəaliyyət profili barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

Ardını oxu...

“Bina İdarəetmə Mərkəzi” MMC-nin hazırda dövlətə 9895 manat vergi borcu var.

Ardını oxu...

Kollecin digər satınalmalarının bəzilərində də şübhəli məqamlar yer almaqdadır. Belə ki, Pedoqoji Kollec 2021-ci ilin noyabr ayının 15-də “maşın və avadanlıqların satınalınması” lotu üzrə smetası 74.686 manat olan satınalma keçirib. Bu satınalmada “Aysun-2014” (VÖEN: 6401050851) Məhdud Məsuliyyətli Cəmiyyətiqalib elan edilib. “Aysun-2014” MMC-nin hüquqi ünvanı Masallı rayonu Köçəkli kəndidir.

Ardını oxu...

Pedoqoji Kollec həmin ilin oktyabr ayının 17-də daha bir satınalmaya yekun vurub. Kollecin “cari təmir” lotu üzrə keçiridiyi bu satınalmanın məbləği 74.962 manat, qalibi isə “Turan 2018” (VÖEN: 6401991121) Məhdud Məsuliyyətli Cəmiyyəti olub. “Turan 2018” MMC-nin də hüquqi ünvanı Masallı rayonunun Köçəkli kəndidir.

Ardını oxu...

Pedoqoji Kollecdə 74 min manatlıq “cari təmir işləri aparan” “Turan 2018” MMC-nin də digər qaliblər kimi fəaliyyəti barədə məlumat yoxdur.

Ardını oxu...

Qlobal.az məsələ ilə bağlı Azərbaycan Dövlət Pedoqoji Kollecindən mövqe öyrənib. Kollecin Tender Komissiyasının sədri Elsevər Abbaslı hər bir satınalmanın qanunvericiliyə uyğun keçirildiyini bildirib: “Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci həm tədris, həmçinin təsərrüfat məsələlərində tam şəffaf və yerli qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir. Azərbaycan Dövlət Pedaqoji Kolleci tərəfindən “Dövlət Satınalmaları” haqqında AR qanununa uyğun olaraq “Kotirovkalar sorğusu” “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin qaydalarına uyğun, “Tender.az” internet portalı vasitəsi ilə keçirmişdir”.

Ardını oxu...

Qlobal.az Hesablama Palatasından Azərbaycan Dövlət Pedoqoji Kollecində nə zaman audut aparılması barədə mövqe öyrənib. Hesablama Palatasının İnformasiya məsələləri üzrə məsul şəxsi Tamerlan Yusifzadə 2022-2023-cü illərdə Palata tərəfindən Azərbaycan Dövlət Pedoqoji Kollecində audit aparılmadığını bildirdi.

Ardını oxu...

Xatırladaq ki, Azərbaycan Dövlət Pedoqoji Kollecinin direktoru İsrayıl İsgəndərovdur.

Ardını oxu...
Belə bir el deyimi var, "xalqın mədəniyyəti yoldan başlayır".

Bu məsəldə sürücü və piyadaların hərəkətləri ilə yanaşı, yolların səliqə-sahmanı da nəzərdə tutulur. Təəssüflə bildiririk ki, dünya ölkələrinin ayda su axtardığı 21-ci əsrdə, ölkəmizin bir çox bölgələrinin - xüsusilə cənub bölgəsinin yolları paytaxtın Neftçilər prospekti qədər şanslı deyillər. Belə ki, bu barədə zaman-zaman bir çox yerli mətbuatda tənqidi materiallar yayımlanır.

Hətta, yaxınlarda Cəlilabad rayonundan olan Şəhid Nəcməddin Quliyevin şəhadətindən əvvəl qan pulu ilə yaşadığı kəndin yolunun çəkilməsini vəsiyyət etməsi, onun ömrü boyu yolsuzluqdan əziyyət çəkməsinin göstəricisi idi.

Bundan əlavə, Lənkəran rayonunun Alazəpin kəndindən "DogruXeber.az"a müraciət edən şəhid Raqim Hadıyevin anası Nəzakət xanım Hadıyeva da yolsuzluq problemindən gileylənirdi və bildirirdi ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı hələ üç il əvvəl kəndin yollarının çəkiləcəyinə söz verib və bir daha o kəndə getməyib. Elə bu səbəbdəndir ki, Raqim Hadıyevin heçolmasa istər doğum günlərində, istərsə də anım günlərində kimsə gedib onun evini, məzarını ziyarət edə bilmir.

Şəhid anasına söz verən başçıya 3 ildir sözünü tutmağa nə mane olur? - VİDEO

Astara rayonunun Ərçivan qəsəbəsindən Fuad Nuriyev adlı qəsəbə sakini palçıqlı bərbad küçələri lentə alaraq, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanması üçün redaksiyamıza göndərib.

Görüntülərdə az yağışdan sonra bataqlığa dönüşmüş qəsəbə yolları sakinlərin hansı əziyyətlər çəkdiyini deyir. Görüntüləri qeydə alan Fuad Nuriyev onu da bildirir ki, Ərçivan bələdiyyəsinin sədri su kanalını torpaqla doldurub torpaq sahəsi kimi vətəndaşlara satıb.

Həmçinin Yardımlı rayonunun Separadi kənd sakini Hüseynov Mərahim bir qrup kənd sakinləri adından "DogruXeber.az" informasiya agentliyinə müraciət edərək, kəndin yollarının palçıqlı, keçilməz vəziyyətindən gileylənib. Bildirir ki, şəhid Müdrət Ağayev adına kənd orta məktəbinə gedilən yol azca yağış yağan kimi palçıq və gölməçələr səbəbilə gedilməz hala gəlir.

Ardını oxu...
Ardını oxu...

Məktəblilər və müəllimlər məktəbə "qaloş" və "sapoq" deyilən rezin çəkmələrlə məktəbə getmək məcburiyyətində qalırlar. Susuzluq problemi yaşayan kənd sakinləri uşaqlarının palçığa batmış paltarlarını yumağa su tapmırlar ki, bu da Separadi kəndinin daha bir dərdidir.

Mərahim Hüseynov bildirir ki, onlar illərdir ki, susuzluq problemi yaşayırlar və illərdir ki, aidiyyatı qurumlara müraciət edə-edə qalıblar. Nəhayət, 2017-ci ildə ölkə başçısının tapşırığına əsasən aidiyyatı qurum tərəfindən kəndin yaxınlığına su xətti çəkilib. Lakin, sakinlərin su sevinci yarımçıq qalıb. Kəndin yaxınlığına çəkilən su xətti elə oradaca dayandırılıb və istəyən hər kəsin öz vəsaiti hesabına evinə xətt çəkdirməli olduğu deyilib. Su sarıdan illərin min bir əziyyətini çəkən yerli sakinlər "buna da şükür" deyib, varını-yoxunu xərcləyib, su xətlərini öz vəsaiti hesabına çəkdiriblər, amma ki, bu 6 ildə o, xətlərlə onların evinə bir damcı da su gəlməyib. Çünki, aidiyyatı qurum "Azərsu" ASC-nin Regional nümayəndəsinin yayda onlara verəcək su olmadığı üçün, Separadi sakinlərini suya abunə edə bilmədiklərini deyib.



Qeyd edək ki, Mərahim Hüseynovun sözlərinə görə bu barədə kənd sakinləri aidiyyatı qurumlara dəfələrlə rəsmi müraciət ediblər, həmçinin Yardımlı rayonunu Milli məclisdə güya təmsil edən Millət vəkili Musa Qasımlıya məlumat verib, ondan köməklik istəyiblər.

Elə canlı yayımdaca Millət vəkilinin sözügedən problemlərlə bağlı hansı addımlar atdığını və hər hansı bir nəticənin olub-olmadığını öyrənmək məqsədilə, "DogruXeber.az" informasiya agentliyinin rəhbəri - eyni zamanda, "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramının aparıcısı Kamal Əsgərov millət vəkili Musa Qasımlıya zəng etdi. Millət vəkili zəngin haradan gəldiyini eşidən kimi toyda olduğunu bildirdi və məsələyə aidiyyatı olmasa da aid etməyə çalışdığı 3-5 kəlmə ilə sağollaşmağa çalışdı. Rayonun mövcud problemləri ilə bağlı hansı addımları atdığı və nə kimi nəticələrə nail olduğu barəsindəki suala "aidiyyatı üzrə müraciət etmişik, inşallah yaxşı olar" deyə, arzularla sağollaşdı...

Belə olan halda isə cənub bölgəsinə sözün əsl mənasında adamın ürəyi ağrıyır. Yol yox, su yox, hətta Cəlilabad rayonunun Darılıq kəndinin sakini Əli Qurbanovun redaksiyamıza bildirdiyinə görə onların kəndində, eləcə də Lerik rayonunun bəzi kəndlərində məktəb belə yox... Adam özünü lap, 20-ci əsrin əvvəllərində hiss edir...

"Allah səbr versin" desək, cənub bölgəsinin sakinlərinə "bəd dua" etmiş olarıq bəlkə də, görün neçə illərdir ki, onlar səbr edir?! Dəyişən isə sadəcə rayonların rəhbərləridir, rayonlarda heç nə...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Ardını oxu...
DİA.AZ bildirir ki, Naxçıvan şəhər sakini İsmayılov Fariz Yusif oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, 7 aydır iflic olub, Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm İmanov ona xəstəliyi ilə bağlı arayış vermir:

"Mən, İsmayılov Fariz Yusif oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

7 aydır iflic xəstəsiyəm, yataqda yatıram, özüm özümü idarə edə bilmirəm. Belimdən aşağı fəlç olub.

Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm İmanov arayış vermir ki, əlillik dərəcəsi alıb, pensiya düzəldim, o yolla müalicəmi edim.

Məni bu halımla Naxçıvandan Şərura göndərirlər. 3 dəfə yalandan yola xərçi verib, zülmlə gedib-gəlmişik.

Adəm həkim yeriməyimlə bağlı mənə ümid vermir. Deyir ki, orqanların fəaliyyətini itirib. Amma bu dediklərini sənədə yazmır.

İmkansız ailəyik, xahiş edirik bu məsələni ictimailəşdirin, həkimlərb izim sənədimizi versin".

Məsələ ilə bağlı Şərur Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Adəm İmanovla əlaqə saxlamaq mümkün olmadı.

Ardını oxu...
Ardını oxu...

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
DİA.AZ bildirir ki, Sabirabad rayonu, Yaxabeşdəli kənd sakini Səmədov Pərviz Əlişəfa oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Kür çayının daşması ilə əlaqədar evi ciddi zədələnsə də, rəsmi qurumlar yaşayış evinin vəziyyətini “qənaətbəxş” hesab ediblər:

"Mən, Səmədov Pərviz Əlişəfa oğlu, başıma gələn haqsızlığı işıqlandırmağınızı sizdən xahiş edirəm.

Təbii fəlakət, daha dəqiq desək Kür çayının daşması nəticəsində yaşayış evim yararsız vəziyyətə düşdü. Bununla əlaqədar müvafiq qurumlara müraciət etdim, baxış keçirildi və dəyən zərəri gördülər. Bir müddət sonra tikinti başlayacaqdı, lakin fikirlərini dəyişdilər, heç bir köməklik göstərmədilər. İndi heç qəzalı vəziyyətdə olan ev də yoxdur, qalmayıb, su yuyub aparıb.

Dövlət tərəfindən qarşılanmasın deyə, bəzi məmurların saxtakarlığını sizə sübüt edirəm. Hadisədən 10 il keçib, mənə indi məktub göndəriblər ki, “bizə təqdim etdiyiniz sənədlərə əsasən sizin fərdi yaşayış evinin vəziyyəti qənaətbəxş hesab edildiyindən, tərəfimizdən hər hansı bir tədbirin görülməsinə əsas yoxdur”.

Qeyd etdiyim kimi, hadisədən 10 il keçib artıq qəzalı vəziyyətdə olan ev yoxdur, qalmayıb, bunlar hansı “qənaətbəxş” hesab edilən evdən danışırlar, biz bilmirik”.

Ardını oxu...
Ardını oxu...

Redaksiyadan: Rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.

Gədəbəy rayon İcra Hakimiyyətinin 01.10.2023-cü il tarixdə “Gədəbəy şəhərində şəhərdaxili küçələrin, dalanların və meydanların asfaltlaşdırılması” lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

 

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 588.378 manat təşkil edib.

Satınalmada “BİRLİK-23” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1308155221) (MMC) qalib elan edilib.
Ardını oxu...
“BİRLİK-23” MMC 2023-cü ilin yanvar ayının 26-da dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Yasamal rayonu, Həsən bəy Zərdabi pr. ev 17/51, mənzil 22 ünvanı, qanuni təmsilçisi isə Dadaşbalayev Zöhrab Kamil oğludur.

Bütün növ saytların yığılması - EMBLEM.AZArdını oxu...

Tender müqaviləsi üzrə Gədəbəy şəhərinin küçələrini asfaltlayacaq “BİRLİK-23” MMC-nin fəaliyyət profili, maddi-texniki bazası, mühəndis heyəti və işçi qüvvəsi barədə açıq internet resurslarında məlumat yoxdur.

Resurları barədə məlumat olmayan, 8 ay əvvəl təsis edilmiş MMC-nin Gədəbəy rayonunu hansı texniki baza ilə abadlaşdıracağı sual doğurur.

Qlobal.az məsələ ilə bağlı Gədəbəy rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışıb. Gədəbəy rayon İcra Hakimiyyətinin tender komissiyasının sədri Nizami Piriyev məsələ ilə bağlı məlumat vermədi.

Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən mövqe öyrəndik. Dövlət Xidməti məsələdən xəbərdar olduqlarını bildirdilər:

“Sözügedən müsabiqə “Dövlət Satınalmaalrı Haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulması ilə keçirildiyindən nəticəsinin ləğv olunması barədə Dövlət Xidməti tərəfindən satınalan təşkilata 12.10.2023-cü il tarixli 3-21-1/2-209051/2023 nömrəli məktub göndərilmişdir”.
Ardını oxu...
Xatırladaq ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. O, 2022-ci ilin avqust ayından bu vəzifədədir.

Ardını oxu...
DİA.AZ: - Son zamanlar yerli icra hakimiyyətlərinin fəaliyyəti ciddi tənqid olunur. Nöqsanları ilə gündəmə gələn bəzi icra başçıları işdən çıxarılsa, həbs olunsa belə, yenə vəziyyət dəyişmir. Dəfələrlə adları şikayət və tənqid olunanlar siyahısında hallanan icra başçılarının fəaliyyətində dönüş yaranmır.

DİA.AZ bildirir ki, yerli KİV-də əhalinin ən çox narazı qaldığı icra hakimiyyətləri barədə araşdırma materialı təqdim olunub. Aydın olur ki, narazılığa səbəb olan RİH-lərdən biri də Bərdə rayon İcra Hakimiyyətidir.

Araşdırma materialında deyilir: "Bu rayonun sakinləri yerli icra hakimiyyəti və məmurların süründürməçiliyindən təngə gəldiklərini bildiriblər. İcra hakimiyyətinin fəaliyyətsizliyindən şikayətlənən vətəndaşların bildirdiyinə görə, Bərdə rayonu son dövrlər tamamilə diqqətdən kənarda qalıb və burada heç bir şikayətə, müraciətə məhəl qoyulmur.

İcra başçısı Vidadi İsayev 13 ilə yaxındır ki, bu rayona rəhbərlik edir, amma sakinlər indiyə qədər icra başçısı ilə normal görüşüb, ünsiyyətə nail ola bilmədiklərini deyirlər".

DİA.AZ bildirir ki, yerli sakinlər "yuxarılara" müraciətlərində təkcə Vidadi İsayevdən yox, onun təyin etdiyi kadrlardan da şikayət edirlər... Amma çifayda?.. Görünəni odur ki, özünü postunda arxayın hiss edən Vidadi İsayev bu gün həbsdə yatan icra başçılarının məlum aqibətlərindən dərs çıxarmayıb...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Sentyabrın 21-i Gəncə sakinlərini qorxuya salan hadisə ilə yadda qaldı. Belə ki, həmin gün Gəncə Mərkəzi Univermağın qanunsuz tikilən hissəsi çökmüşdü.

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, çökən Gəncə Mərkəzi Univermağın bitişik tikili müvafiq icazə sənədi olmadan inşa edilib. Sözügedən tikili təxminən 100 kv.metrlik ərazini əhatə edir.

Bəs görəsən gecə-gündüz aparılan betonlama işləri aidiyyatı qurumlar tərəfindən niyə görülmürdü və ya görməməzlikdən gəlinirdi? Qeyd edək ki, bu ticarət mərkəzi illərdir böyük tıxaclara səbəb olub və problemin aradan qaldırlması üçün isə 2013-cü ildən bu günə qədər binanın alt hissəsində təhlükəsizlik qaydalarına əməl edilmədən böyük qazıntı işləri aparılıb. Bəs qazıntı və daşınma işlərini aparan irihəcimli texnikalar ərazidə işləyərəkən niyə heç kim bunu görməyib.

Bina qəzalı vəziyyətdə olduğu üçün hazırda orada söküntü işləri aparılır. Buna baxmayaraq, univermaq rəhbərliyi icarədarlara vəd verib ki, qısa müddətdə ticarət mərkəzi fəaliyyətini bərpa edəcək. Maraqlıdır, qəzalı vəziyyətdə olan binada faciə baş verərsə, bunun məsuliyyətini kim və necə öz üzərinə götürəcək? İnsan həyatı üçün təhlükəli olan binanın fəaliyyətinə kim icazə verəcək?
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti