Ardını oxu...
“Bütün evim məhv oldu. 2 uşaqla yağışın, suyun içində qalmışıq, uşaqlar tez-tez xəstələnirlər”.

Bu sözləri İkinci Qarabağ Müharibəsində həlak olmuş Elmir Vəliyevin həyat yoldaşı Sənarə Vəliyeva deyir. Füzulinin Kərimbəyli kəndində yaşayan Vəliyeva Abzas Media-ya bildirib ki, iyunun 18-də güclü külək nəticəsində evlərinin damı uçub, amma 4 aydır yerli qurumlar problemin həlli üçün heç nə etməyib.

“Qasırğalı güclü külək idi, evin üstünü apardı. İcra nümayəndəliyinə getdim, Fövqəladə Hallar Nazirliyinə məktub yazdım. Cavab gəldi ki, evin damını külək dağıdacaq şəkildə təbii fəlakət olmayıb, amma dedilər, kömək ediləcək. Ondan sonra dəfələrlə yenə danışdıq, soruşduq, gələn olmadı. Keçən həftə də getdim İcra Hakimiyyətinə, amma hələ heç bir nəticə yoxdur. İndi oktyabrdır, qış gəlir, evin halı çox pisdir”, – deyə o, bildirib.
2 azyaşlı uşaqla üstüaçıq evdə qalan Sənarə Vəliyeva deyir ki, havalar soyuduqca uşaqları xəstələnir.

“Oğlum 12 yaşındadır, qızım 10 yaşında. İkisi də xəstədir. Evin üstü dağılandan sonra tez-tez xəstələnirlər. Buz kimi betonun üstündə dərs oxuyurlar. Yağış yağanda su evin içinə damır. Evdə nəmişlik var”.

Füzuli Rayon İcra Hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Hafiz Misirli Abzas Media-ya bildirib ki, məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edilib.

“Evlə bağlı bütün sənədləşmə işi görülüb, Fövqəladə Hallar Nazirliyinə və Nazirlər Kabinetinə göndərilib. Oradan da rəy verilib ki, düzələcək. Yəni, bizə məlumat verilib ki, məsələ müsbət həllini tapacaq”, - deyə o bildirib.

Amma bu, nə vaxt baş verəcək, icra hakimiyyətinin nümayəndəsi məlumatsız olduğunu deyib.

Fövqəladə Hallar Nazirliyindən Sənarə Vəliyevaya göndərilən cavabda qeyd olunub ki, 18 iyunda olan hava təbii fəlakət törədəcək həddə olmayıb:

“Milli Hidrometeroloji Xidmətinin “Füzuli rayonu ərazisi üçün hava şəraiti haqqında” 18 iyuna olan hava haqqında arayışına əsasən, 18 iyunda Füzulidə müşahidə olunmuş küləyin sürəti və dolunun diametri təbii fəlakət törədəcək təhlükəli hədd göstəricisindən aşağı olub. Bu səbəbdən faktla bağlı tədbir görmək səlahiyyətimizdə deyil”.

Elmir Vəliyev Azərbaycan Ordusunun kiçik çavuşu olub. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ Müharibəsində iştirak edib. O, oktyabrın 27-də Füzuli uğrunda döyüşlər zamanı həyatını itirib. Elmir Vəliyev ölümündən sonra “Vətən uğurunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
TEREF.AZ yazır ki, İSBAM sədri Samir Adıgözəlli QHT agentliyinə qarşı yeni ittihamlarla çıxış edib. Samir Adıgözəlli yazır:
"Dünən qardaş Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə keçirilən tədbirdə iştirak etdim.
Fürsətdən istifadə edib dəvətə görə Türkiyə Cümhuriyyəti Böyükelçisi Cahit Bağcıya təşəkkür edirəm.
Uzun illər ölkəmizin ictima-siyasi proseslərində fəal iştirak etmiş insanlarla bir arada olmaq, onlarla fikir mübadiləsi aparmaq xoş oldu.
Xoş olmayan isə uzun illər müxtəlif çətinliklərlə formalaşmış, hər zaman dövlətçiliyimiz möhkəmləndirilməsi üçün ciddi səy göstərmiş QHT sektorunun bu günki pərakəndəliyi oldu.
Demək olar ki, müxtəlif sektorlardan qonaqlar var idi və hər biri öz sahəsinin gücünü öz mütəşəkkilliyi ilə nümayiş etdirirdi.
QHT sektoru isə sanki ortalıqda və başsız qalmışdı.
Sanki hər kəs bir-birindən özünü qoruyurdu.
Tədbirdə bəzi həmkarların QHT sektroru ilə baxışlarını da öyrənmək və müzakirə etmək imkanım oldu. Sözsüz ki, hər kəs QHT Agentliyi ilə bağlı tənqidlərimizi haqlı hesab edərək bir qədər ehtiyatlı olmağı tövsiyyə etdilər. Bildirdilər ki, bizim kimi hamı Agentlikdə nələrin baş verdiyini, orada korrupsiyanın tüğyan etdiyini, tenderlərin hansı sifarişlərlə keçirildiyinin, kimlərə müsabiqədənkənar qrantların verildiyini (hətta öz adamlarına 67 min manat ayırıblar) bəzi əməkdaşların günahsız yerə sıxışdırılaraq çıxarılmasını və digər məsələləri izləyirik.
Sadəcə biz sizin kimi addım atıb nə yaza bilmirik, nə də deyə bilmirik.
Bizə ya kiminsə adamı damğası vuracaqlar, ya da Qərbin adamı adlandıracaqlar. Sonda təşkilatımız qrantsız qalacaq.
Ona görə ən yaxşısı hamı kimi “əl çalmaq” lazımdır.
İzah etdim ki, mən bu dövlətə hər zaman sədaqətlə xidmət etmişəm, digərləri kimi özümü dövlətin adamı göstərib xəyanətlə məşğul olmamışam.
Bu gün də mənim davam dövləti içdən məhv edən bir qurumdakı ədalətsiz yanaşmadan, oradakı talançılıqdan söhbət gedir. Biz deyirik ki, əlimizdə dəqiq korrupsiya faktları var, bunlar isə başlayır bizə hücuma keçməyə.
O zaman açıq bəyan etsinlər ki, nə faktlar olmasından asılı olmayaraq biz Agentlikdəki korrupsiya faktlarına göz yumacayıq. Biz də işimizin adını bilək.
Təsəvvür edin, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair Milli Fəaliyyət Planı”nda QHT Agentliyi korrupsiyaya qarşı mübarizə məsələlərində icraçılardan biridir.
Görəsən bu sənədin icrasına nəzarət edən qurumlar Agentlikdəki korrupsiya faktlarını bilə-bilə onları Plana daxil edib, yoxsa bu təsadüfən belə alınıb.
Həqiqətən təzadlı haldır ki, bir qurum korrupsiya içində boğulur, amma o digər qurumlarda korrupsiyaya qarşı mübarizə ilə bağlı iş aparır.
Allah hamımızı şərdən, mərdimazar insanlardan qorusun."
 
Ardını oxu...
Keçmiş Xarici İşlər Naziri Tofiq Zülfüqarov Lənkəranda olub və bu şəhər haqqında təəsüratını paylaşıb....
"Cənuba getdim....Gözəl təbiəti var... amma niyə küçələri belə p...ludur... Hətta mərkəz belə təmizlənmir...Dramteatrın yanında zibil yanır, şəhər prof-dilənçilərlə doludur və görünür..... Sərhədyanı rayondur və belə bardak..."
Ardını oxu...
 
 
 
Ardını oxu...
DİA.AZ: - "Bu gün "KFC"də aldığımız toyuq budlarında belə bir mənzərə ilə rastlaşdıq". DİA.AZ bildirir ki, bunu "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Afa Orucova adlı istifadəçi bildirir. Narazı vətəndaş iddia edir ki, aldığı mhsulun üzərində tük topası aşkarlayıb. Yəni yediyi məhsul elə tüklü-tüklü bişirilərək ona verilib.

Ardını oxu...
Ardını oxu...

A.Orucova etirazına belə davam edir: "Yaxınlaşdim iradımı bildirdim, üzrxahlıq edib yenisi ilə əvəzləyə biləcəklərini söylədilər... yenisini istəmədik.

Bu gözlə görünən idi... Gözlə görünməyənləri fikirləşdikcə dəhşətə gəlirəm... Bununla da bizim üçün "KFC" mövzusu bağıandı..."

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 

Ardını oxu...
DİA.AZ: - Lənkəranın icra başçısı Taleh Qaraşov cənabları deyəsən, özü üçün PAYIZ MUŞQULATI ilə məşğuldur. Bu barədə verilən məlumatlardan belə aydın olur ki, Lənkəran RİH tərəfindən növbəti kosmetik təmir işlərinə başlanlıb. DİA.AZ bildirir ki, əslində, bu kimi TƏMİRLƏR yerli padşahların il sonu büdcədən oğurladıqlarının "AFORMİTİ" üçün bir vasitədir.

Və bu gün "Lənkəran Xanı" Qaraşov həzrətləri də ənənəmizi pozmayaraq eyni qaydada pulsilməyə girişib ki, sən demə, bunu "gözü götürməyənlər" var imiş.

DİA.AZ bildirir ki, bu barədə paylaşım edən əslən Lənkərandan olan ictimai fəal Yadigar Sadıqlı yazır:

Ardını oxu...

"Lənkəranda Qala xiyabanindakı üzlüklər dəyişdirilir.

Soruşan lazım niyə? Şəhərin min bir problemi olduğu halda vəsaiti yetərincə salamat üzlüklərə xərcləmək nəyə lazımdır?"

Qeyd edək ki, onun bu paylaşımına yetərincə adekvat reaksiya verənlər var və onlar da məsələnin nə yerdə olduğuna eyham vuran ifadələrlə reaksiyalarını bildiriblər. Məsələn, həmin şərhlərdən bəzilərini əqdim edirik:

Elnur Mahmudzade:
Bundan pisin vuracaglar...

Ramiz Mirzəoglu:
İl sonu , büdcədəkini silməsən günaha batarsan. Təmir büdcənin ,,cənnətidir"...

Anar Melikov:
PA-dan ayrılan vəsaitə necə əritsinlər bəs?..

Reyhan Rəsul:
Uzsüz adamlardilar da...yeri göyü üzləsələr de xeyri yoxdu...

Rafael Abdullayev:
Havalar isti oldu usta işlətmək ancaq bizə...

Nazim Hasanov:
Limanda da adam ayağına həsrət səkilərə metlağ düzürlər.Bu il Liman şəhər büdcəsinə dövlət 50 min manat ayrıb.Onu necə əritsinlər bilmirlər...

Mustacab Mammadov:
Korrupsiya maşını işləyir...

***

Qeyd edək ki, amma bu şərhlərlə yanaşı problemi iişıqlandıranın ünvanına ağır ifadələrlə hücum edənlər də yeərincədir ki, onların da əksəriyyəinin "Lənkəran Xan"ının trolları olduğu şəkksizdir...

Məsələ ilə bağlı dia.az olaraq bütün əlaqədar qurum və şəxsləri də dinləməyə hazırıq...
 
Ardını oxu...
"Mənim Azərlotoreyada işləyən işçilərlə xoş münasibətim var. 2 dəfə də tədbirlərinə dəvət alıb getmişəm. İş gəldi-gedərdi, münasibət qalıcı. Ağıllı adamlar işə görə münasibəti korlamır. Nöqsan, şikayət varsa, onu işıqlandırmaq mənim peşə borcumdu.
Problemi yazmışam, vətəndaşın udduğu 865 manatı bəhanə gətirib vermirlər. Bir iki qurum və ekspertlərin sorğuya cavabını gözləyirəm geniş yazım."
Teref.az yazır ki, bunu xanım jurnalistimiz Elnurə Abuşova yazıb. Daha sonra xanım jurnalistimiz davam edərək yazır:
"İşçilər qalıb bir kənarda, onlardan aylıq alan media nümayəndələri düşüb ortaya. Papadan artıq katolik olublar. Siz pulu reklam və press reliz yayımı üçün alırsız. Daha əlinizə qalxan götürüb trolluq etməyə yox..."
Teref.az olaraq qarşı tərəfin mövqeyini ndərc etməyə hazırıq!
Teref.az
 

Ardını oxu...
DİA.AZ: - "Allah nəhlət eləsin belə mall satanlara..." DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Ayan Əliyeva adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır:

" "Al" marketdən alınıb. Oğlum da yeyib. Mən indi o biri "Roshen" şikolatını açıram və görürəm içi dolu qurddu. Özü də xarab... amma üzərində 2024-cü il tarixinə kimi müddət yazılıb.

Ay "Al market", "Oba market" işlədənlər... dininiz, imanınız, Allahınız olsun...

4 yaşlı oğlum indi zəhərlənərsə, kim cavab verəcək?"

DİA.AZ bildirir ki, narazı vətəndaş bu videonu da dəlil kimi təqdim edib:

Videoya baxmaq üçün bura tıklayın

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Ardını oxu...
DİA.AZ - Qazi Mirzəyev Röyal Müşviq oğlu İsmayıllı rayon icra struktur rəhbərlərinin özbaşınalığına etiraz olaraq bu gün (dünən -red.) icra hakimiyyətinin qarşısında özünü yandırıb. DİA.AZ bildirir ki, bunu öz paylaşımında jurnalist Arifə Əliyeva qeyd edib.

Ardını oxu...

"Bildiyim qədər qazimiz xəstədir, müalicəsi üçün kömək istəyib,onlar da etməyib" deyə intihar səbəbi barədə də məlumat verən jurnalist hazırda Qazimizin durumunun ağır olduğunu da söyləyib:

"Əldə etdiyim məlumata görə, axşam saatlarında Bakıya gətirilib".

Ardını oxu...

Məsələ diqqətimizdədir. Bütün əlaqədar qurum və şəxsləri dinləməyə hazırıq...
 
Ardını oxu...
Zavodda gedən proseslər "optimallaşdırmadı" yoxsa ölkədə işsizliyin sayının artırılması üçün gedən prosesdi (siyasət) ?
Son dövrlərdə Bakı Gəmiqayırma Zavodunda ixtisarların aparılması barədə təşkilata müraciətlərin sayı artıb. 3 ay əvvəl isə şirkətin mühafizə xidmətindən 52 nəfər işçi ixtisar olunmuşdu. Bu zavodda işləyən, son 1 il istisna olmaqla: bayram pulu, axşam və gecə pulu, normadan artıq işə görə əmək haqqı almayan, 500 manat civarında cüzi əmək haqqı alan mühafizəçilər belə ixtisara düşdü. Çox təəsüf ki, Əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirən həmkarlar ittifaqı təşkilatı və dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidməti bu qanunsuzluğa heç bir reaksiya vermədi.
Mirvari Gahramanli
Teref.az

Dünyapress TV

Xəbər lenti