Ardını oxu...
Xatırlatmaq yerinə düşərdi ki, 2020-ci ilin əvvəlindən Ermənilər işğalda saxladıqları Kəlbəcər rayonuna Ermənistandan yol çəkilişinə başlamışlar.

Erməni KİV-nin verdiyi xəbərə görə 18 kilometr uzunluğunda yol Vardenis-Ağdərə yolu ilə Kəlbəcərin rayon mərkəzini birləşdirmişdir. Paşinyan hökuməti Ermənistanın Qeqarkunik vilayətindən Zod aşırımından keçməklə Kəlbəcərə çəkilən yolun asfaltlaşdırılmasına və yol kənarında səkilərin quraşdırılmasına 5 milyon dollar ayırmışdır.
Ardını oxu...Ardını oxu...
Paşinyanın Kəlbəcərdə çəkdiyi yollar

Mətbuatda o da vurğulanırdı ki, yeni yol Ermənistandan işğal altındakı Kəlbəcər rayonuna süni məskunlaşdırma siyasətini stimullaşdırmağa və yolun ətrafında yerləşən kəndlərin sosial-iqtisadi inkişafına dəstək məqsədi daşıyırdı . Amma tarix göstərdi ki, ermənilərin bu arzuları ürəklərində qaldı.
Bəli, Azərbaycanın 2020-ci il qələbəsindən sonar azad edilmiş ərazilərdə yeni yolların çəkilişinə start verildi. Son illərdə Qarabağ zonasında infrastrukturun yenilınməsi üçün dövlət büdcəsindən bu məqsədlə 7 milyard manat vəsaitin sərf edildiyi rəsmən bildirilir. Bu vəsaitlərin də xeyli hissəsi yol çəkilişinə, elektrik xəttlərinin quraşdırılmasına, social obyektlərin tikintisinə sərf edilmişdir. Bəs görülən işlərin keyfiyyəti nə yerdədir?
Budur, sentyabrın 27-də “Gününsəsişinfo”nun social şəbəjkələrə istinadən verdiyi məlumatada bildirilir: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədovun Laçında çəkdiyi yol dağılıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə görüntüləri sosial şəbəkədə paylaşan vətəndaşlar çat verən yolda “korruspiya izi” axtarıb.
Məlumatı dəqiqləşdirmək üçün Qarabağ zonasında yol tikintisi ilə məşğul olan mənbələrlərlə əlaqə saxladığımız zaman aydın oldu ki, Laçında olduğu kimi, Qarabağ zonasında çəkilən yollarda doğrudan da əsas problem yol yataqlarının hazırlanması zamanı onların çiyin hissələrinin alt hissələrində bərkidilmə işlərinin keyfiyyətsiz aparılmasıdır ki, bud a hazırda Laçın yolunda özünü faktiki göstərdi. Şuşa, Zəngilan, Qubadlı yolarını da b u aqibət gözləyir.
Ardını oxu...
Ardını oxu...
Saleh Məmmədovun Laçında çəkdiyi yollar

Xatırladaq ki, Azərbaycan tankçıları Kəlbəgərə daxil olanda Paşinyanın cəmi 5 milyon dollar çəkdiyi 18 km asphalt yol üzərində yüksək sürətlə manevrlər etsələr də bu yolda heç bir deformasiya və ya hər hansı kiçik iz belə müşahidə edilməmişdir. Bəli, hələ o vaxt tankçılarımızı ermənilərin çəkdikləri asphalt yol çox heyrətləndirmişdir.
Hələlik dəqiq bilməsək də Qarabağ zonasına ayrılan 7 milr manat vəsaitin necə xərclənməsi barədə ciddi rəsmi araşdırmaların başlanması barədə məlumatlar var. Məsələn, “Azərenerji” ASC tərəfindən 7 milyon manat yeyintinin olması barədə yerli mətbuatda məlumatlar verilmişdir. Elə Laçın yolunda cari ilin sentyabrında baş vermiş çökmələr də çox ciddi maliyyə maxenasiyalarından və korrupsiyadan xəbər verir. İndi qalır rəsmilərin bu istiqamətdə başladığı araşdırmaların nəticələrini gözləmək.
Bəli, Paşinyanın 5 milyona Kəlbəcərdə 18 km çəkdiyi yolla Saleh Məmmədovun 100 milyonlara çəkdiyi yolların keyfiyyəti doğrudanmı çox fərqlidir. Bunu zaman göstərir və göstərəcək.

İfadetv.com-un araşdırma qrupu
 
Ardını oxu...
Bu gün Elm və Təhsil Nazirliyinin, Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumuda qalmaqal baş verib.

Tədbir iştirakçılarının birindən “AzPolitika.info”-ya daxil olan məlumata görə, millət vəkilləri “Gülüstan” sarayında baş tutan tədbiri yarımçıq tərk edib. Təşkilatçılar onlardan zala qayıtmağı xahiş etsələr də deputatlar imtina edərək Forumdan ayrılıblar.

Mənbə bildirib ki, buna tədbirdə Milli Məclis üzvlərinə qarşı yol verilən açıq hörmətsizlik səbəb olub. Belə ki, dəvət olunan 10-a yaxın millət vəkili zalda rəsmi şəxslər üçün nəzərdə tutulmuş yerdə əyləşdirilməyib. Elm və təhsil naziri Emin Əmrullayev forum iştirakçılarını salamlayarkən rəsmi şəxslərin adlarını çəksə də millət vəkillərinin də tədbirdə iştirak etdiyini xatırlatmağı “unudub”. Onun çıxışından dərhal sonra deputatlar forumdan yarımçıq çıxmağa qərar veriblər.

Maraqlı məlumatan biri də odur ki, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev və müavini Musa Qasımlı Təhsilin İnkişafı Forumunda gözə dəyməyiblər. Mənbə onların tədbirə dəvət olunmadıqlarını istisna etmir.

Xatırladaq ki, millət vəkili, təhsil eksperti Etibar Əliyev mətbuata müsahibələrinin birində Elm və Təhsil nazirinin deputatlara qarşı allergiyasının olduğunu demişdi...
 
Ardını oxu...
Kanalımıza müraciət edən Məmmədov Səbuhi bildirir ki, Cəllabad rayonu Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi İlham Əliyev karantin zamanı heç bir səbəb olmadan onu işdən azad edib.
O əlavə edir ki, şikayət edəcəyi tədqirdə isə sözügedən şəxs onu həbs etdirəcəyini və həbsxana da da öldürtəcəyi ilə hədələyib.
Vətəndaş 2022-ci ildə Massallıda Baş prokuror Kamran Əliyevin qəbulunda olub şikayətini bildirsə də, nəticəsinin olmadığını deyir.
Vətəndaş kanalımızın vasitəsi ilə ölkə başçısına müraciət edərək, bu işin araşdırılmasını xahiş edir.

 
Ardını oxu...
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun oğlu Nazim Xanlarov özünə yeni şirkət təsis edib.

Qaynarinfo-nun məlumatına görə, Xanlarov Nazim Cəbrayıl oğlunun qanuni təmsilçisi olduğu “AZERIFY” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) nizamnamə kapitalı 100 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, akademik Şamil Əzizbəyov, ev 95, mənzil 27 ünvanı göstərilib.
Ardını oxu...
Apardığımız araşdırmaya əsasən, bir neçə ay əvvəl yaradılan “AZERİFY” MMC Qarabağda dağıdılan tarixi abidələrin bərpası və yenidənqurma işləri ilə məşğul olacaq.
Ardını oxu...
Cəbrayıl Xanlarovun oğlunun və onun yaxınlarının adına Azərbaycanda və xaricdə əmlakı milyonlarla manatla dəyərləndirilən 5-dən artıq şirkət mövcuddur.
Ardını oxu...
Nazim Xanlarov həm də Bakıda ayrı-ayrı ünvanlarda qeydiyyata alınmış “ATL SERVICE” MMC-nin qanuni təmsilçisidir.

“ATL SERVICE” MMC fövqəladə nallar nazirinin birinci müavini Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyevin rəhbəri olduğu “ATL GROUP” şirkətinə daxildir.
Ardını oxu...
Cəbrayıl Xanlarov övladları
Nazim Xanlarovun məmur atası Cəbrayıl Xanlarov isə “POLİ-TRANS” MMC-nin qanuni təmsilçisidir. Azərbaycan qanunvericiliyi məmurların biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Nədənsə bu, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov üçün keçərli omayıb.
 
Ardını oxu...
Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalovun iddiaçı 1-ci dərəcəli Qarabağ əlili xəstəxanada sistem altında olanda, öncədən 2 ərizə ilə iclası ertələməsi haqqında xahişinə baxmadan saxta iclas keçirərək əlilin hüquqi yardım, məhkəmə təminatı hüququna “ölüm” hökmü” oxumasından KİV bilgi yayıb. Gözləmək olardı ki, aşağı instansiyanın qanunsuzluğunu aradan qaldırmaq görəvi daşıyan yuxarı apellyasiya instansiyası yataq xəstəsi 1-ci dərəcəli Qarabağ qazisinə, ən azı, hüquqi yardım göstərər, vəkil ayırar. Nə yazıq, Bakı Apellyasiya Məhkəməsi 1-ci dərəcəli qazinin hüquqlarına aşağı instansiyanın “ölüm” hökmünü eyni qaydada, eyni özbaşınalıqla qüvvədə saxlayıb.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (sədrlik edən Aytən Oruczadə) 1-ci dərəcəli Qarabağ qazisi xəstəxanada yatanda və bu barədə şəxsi kabinetdən 30.10.2023-cü ildə məlumat verməsinə baxmadan 01.11.2023 tarixli birtərəfli qərardad qəbul edib. İddiaçı yataq xəstəsi qazinin nə vəkillə təminatı barədə ərizəsi , nə də şikayəti təmin olunub. Hələ qərardad(lar) “e-məhkəmə” sistemində yerləşdirilməyib, amma məlumatdan xəstəxanada ölümlə çarpışan əlilə yuxarı instansiyanın da “ölüm” hökmü” oxuduğu bəlli edir. “Hökm”ün qəbulunda aşağı instansiyanın, cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrı Mərkəzi Filialını hüquqverici sənəd -uyğun etibarnamə olmadan müdafiə edən DSMF-də qanunsuz fəaliyyət göstərən 39 saylı vəkil bürosunun, DSMF-də qanunsuz yaradılan Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialın məhkəmə ilə qeyri-prosessual ilişgisi önəmli rol oynayır. Özbaşınalığa baxın, əhalinin, pensiyaçıların sosial müdafiəsinə ayrılan vəsaiti dövlətin sosial müdafiə qurumu 30 civarında əməkdaşı olan Məhkəmə Filialına - 39 saylı vəkil bürosuna ayırır və bu filial-vəkil bürosu da qazilərə, əlillərə ayrılan yardımı məhkəmələrlə ortaq yeyir. Belə hüquq, belə məhkəmə, sosial dövlət siyasəti olar?
Məhkəmə hakimiyyətinin qeyri-prosessuallığa uyan diqqətinə Ali Məhkəmə Plenumunun 10.04.2015 tarixli 5 saylı “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarını diqqətlə oxumağı tövsiyə edirik. Hüquqi yardım göstərilmədən heç kəsin hüququna “ölüm” hökmü” kəsilə bilməz.
Məhkəmələr isə heç xəstəxanada yatan Qarabağ qazisinin iclasın ertələnməsi, vəkillə təminatı barədə ərizələrinə də baxmır…
Məğrur Bədəlsoy, MNX, 311 saylı palata
P.S. Xəstəxanadan Heydər Əliyev Fonduna, YAŞAT Fonduna, hüquq müdafiə təşkilatlarına, siyasi partiya rəhbərlərinə 1-ci dərəcəli Qarabağ qazisinə peşəkar vəkil ayrılmasına yardımçı olmalarını diləyirəm. Ombudsmana , VK-ya müraciətlərə qərəz prizmasından baxılır və dövlət məmurlarına (mü)vəkkillik qüvvəyə minir.
Məğrub Bədəlli
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etmyə hazırıq!
Teref.az
Ardını oxu...
Bu gün sizlərin diqqətinə QHT Agentliyinin dünənki “zoom” tədbirinin fotolarını təqdim etdim, öz saxtakarlıqlarına görən kimi hər yerdən yığışdırdılar.
Bir qədər əvvəl isə yeni versiyanı yerləşdirdilər. Amma mən hamısının çıxarışını saxlamışam.
Keçək dünənki tədbirin əsas mahiyyətinə.
Həcmi böyük olduğu üçün tədbirin videosunu buradan yaymaq istəmirəm, amma çalışacam kiçik bir hissəni bu günün sonuna qədər sizin diqqətinizə təqdim edim.
Əlavədə sizlərə QHT Agentliyinin Naftalanda təşkil etdiyi təlimin proqramını təsadüfi təqdim etmirəm.
Diqqət etsəniz görəcəksiniz ki, çox geniş mövzulardır və onlar 3 gün bu təlimi mənimsəməyə çalışıblar.
Bu təlimdə də cəmi 50-60 QHT nümayəndəsi iştirak edib.
Sual yaranır, 3 günə izah edilən mövzunu QHT-lər dünənki zoom görüşdə necə qavradılar.
Ortaya atılmış Logframe oyunu ilə indi QHT-lərə hansı tələ qurulur?
Doğrusu bizimlə həmfikir olan QHT-lər dünəndən zoom görüşlə bağlı fikir mübadiləsi aparırlar. Təsəvvür edin, Agentliyin departament rəhbəri özü etiraf edir ki, mən özüm də “Logframe” yaxşı bilmirəm.
Əgər “logframe” haqqında hələ özünüz məlumatlı deyilsinizsə bunu QHT-lər necə həll edəcəklər?
Zoom görüşün elanını görəndə ilk bu sual ağlıma gəldi ki, texniki məsələlərlə yanaşı ““logframe” nədir?”, “necə tərtib olunur?” suallarına QHT-lər uzağı yarım saat vaxt çərçivəsində necə cavab tapa biləcəklər.
3 gün Naftalanda tədris olunmuş və məntiqi ardıcıllıqları öyrənmiş QHT-lərdən fərqli olaraq yarım saata digər QHT-lər necə məlumat ala biləcəklər?
Doğrusu bu oyunların hamısının bir məqsədi olduğunu hamımız gözəl başa düşürük.
Artıq böyük qrantların da, orta qrantların da sahiblərini şərti olaraq bilirik.
Hətta yeni qeydiyyatdan keçmiş bir neçə QHT-nin də özünə “logframe” yazan axtarmasının da şahidi olmuşuq.
Açıq aşkar bildiriblər ki, bizə filankəs müəllim deyib, get böyük qranta yaxşı layihə yaz. Elə yaz ki, hər şey qaydasında olsun və sabah ictimailəşdirəndə göstərək ki, bu adamın layihəsi əla yazılıb, ittihamlarınız əsassızdır.
Bu gün artıq hamı “logframe” yaza biləcək şəxslərlə sövdələşməsini də edib, bircə qalıb elektron ərizə qəbulunun vaxtı.
Məni düşündürən daha bir sual var. 15 ildir QHT-lər layihə ideyası verib qrantını alırdı.
Tək QHT Şurasından yox, müxtəli yerli donorlardan. İndi də ideyasını verəcək və qrantını alacaq. 15 ildir “logframe” yox idi QHT sektoru inkişafdan geri qalırdı?
Bir şeyi ki, illərlə QHT-lərə tədris etməmisənsə, üstəlik Nazirlər Kabinetinin müvafiq qaydalarında öz əksini tapmayıbsa, bununla QHT-lərə niyə zülm edirsiniz?
Normal QHT sektoru olmaq istəyiriksə, ilk növbədə bütün tərəfləri dinləmək lazımdır. Düşmənçiliklə, qarayaxmalarla, dedi-qodularla bu sektoru inkişaf etdirmək olmayacaq.
Samir Adigozell
Ardını oxu...
 

Bu yazımızın mövzusu Mərkəzi Bankla bağlı olduğu üçün bu mühüm dövlət qurumunun səlahiyyətlərinə qısa nəzər salaq.
Azərbaycan Respublikası Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli Qanunu (Qanun) ilə tənzimlənir. Mərkəzi Bankın müstəsna olaraq ölkənin milli valyutasının emissiya funksiyası Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Amma təəssüf ki, bizim Mərkəzi Bank qiymətlərin sabitliyini təmin edə bilmir. Mərkəzi Bankın digər mühüm finksiyası nağd pul dövriyyəsinin təşkil edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq PUL NİŞANLARININ TƏDAVÜLƏ BURAXILMASINI VƏ TƏDAVÜLDƏN ÇIXARILMASINI həyata keçirməkdir.
Yəni bu səlahiyyət çərçivəsində Mərkəzi Bank manatda olan KAĞIZ və METAL pul nişanlarını tədavülə buraxır və tədavüldən çıxarır....
Bu məsələnin üzərində niyə bu qədər dayanırıq...? Çünki bu gün Azərbaycanda terminallar quraşdırıblar və kağız pul bir az əzik olan kimi götürmür... Yaxud avtobusda sürücüyə pul uzadırsan, deyir köhnədir, axşam bunu məndən qəbul etməyəcəklər... Başa salmaq olmur ki, ay adam, bu dövlətin nömrəli qanuni puludur...
Hamımızın yaxşı yadındadır ki, sovet dövründə hətta cırılmış əskinasın nömrəsi var idisə, onu banklar qəbul edirdi və əvəzində həmin pul vahidinin dəyəri qədər vətəndaşa pul ödənirdi... Amma bu gün Azərbaycanda fəaliyyət göstərən banklar kağız pul çirklidir, yaxud köhnəlib deyərək vətəndaşdan dövlətin pulunu qəbul etmək istəmirlər... Axı, buna görə vətəndaş məsuliyyət daşımalı deyil.. Pul yararsız haldadırsa, Mərkəzi Bank niyə bu pulları tədavüldən çıxrartmır..?
Axı, yuxarıda qeyd etdik ki, bu səlahiyyət ancaq Mərkəzi Banka məxsusdur. Bəlkə vətəndaş sonuncu ümid yeri olan pulunu gətirib hansısa bir təşkilatdan götürdüyü əmlakın kreditini ödəmək üçün bankın xəzinəsinə vermək istəyir...onu ümidsiz vəziyyətdə geri qaytarmağa kim sizə haqq verib..?
Ümumiyyətlə, ölkəmizdəki bank sistemi bərbad vəziyyətdədir. Bunu biz demirik e...
Dövlətin mühüm qurumu olan Milli Məclisin tribunasından millət vəkilləri deyir ki, banklar soyğunçuluqla məşğuldur...Bundan ağır nə söz demək olar..?
Az qala 30 il Mərkəzi Banka rəhbərlik edən Elman Rüstəmov ölkənin bank sistemini iflic vəziyyətə qoydu, amma özünün, həyat yoldaşının, hətta dost-aşnasının hazırda Londonda, Dubayda milyonluq mülkləri var. Bu məsələni bir kənara qoyaraq əsas məsələnin üzərinə qayıtmaq istəyirik.
Cənablar, pulu dövriyyədən çıxartmaq sıravi vətəndaşın səlahiyyətində deyil. Pul kirli, çirkili, əzik deyib dövlətin pul nişanını qəbul etməmək, dövlətin özü üçün rüsvayçılıqdır. Sonda üzümüzü Mərkəzi Bankın sədri Taleh Kazımova tutaraq deyirik ki, Elman Rüstəmovdan qalma kirli problemlərdən bank sistemini təmizləyin, insanlara problem yaratmayın.
gundelik baki.com
Ardını oxu...
Ağdam sakini Cəsarət Məmmədov təqsiri olmadığı halda, işdən çıxarıldığını deyir. Onun sözlərinə görə, bu haqsızlığın cəzasını özü ilə yanaşı, 10 və 17 yaşlarında görmə və hərəkət məhdudiyyətli iki əlil övladı da çəkmək məcburiyyətində qalıb.

“Uşaqlarımın üzünə baxa bilmirəm. Belə insafsızlıq olar?!”, – Ağdamın Quzanlı qəsəbəsində yaşayan Cəsarət Məmmədov Meydan TV-yə danışır.

“Rüşvətə etiraza görə adamı həbs eləyirlər ki, “səs-küy salırsan””

45 yaşlı Cəsarət Məmmədov “Azərsu” ASC-nin 5 nömrəli Regional Su-kanal İdarəsinin tabeliyindəki Ağdam su-kanal sahəsində sürücü işləyib. O, 2021-ci ilin dekabrında işdən çıxarılıb. Əmək Məcəlləsinin 70 (ç) maddəsilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda) onunla müqaviləyə xitam verilib.

Amma Cəsarət Məmmədov bununla razılaşmır:

“Həmin dövrdə atam vəfat eləmişdi. Yas üçün pul lazım idi deyə, atamın köhnə bir maşını vardı, onu satmaq istəyirdim. Onu adıma keçirmək üçün dekabr ayında iş yerində müdirimiz Zamin Əliyevdən şifahi şəkildə icazə alıb, Ağcabədiyə getdim. Çünki regional qeydiyyat idarəsi orada yerləşir. Orada məndən böyük məbləğdə rüşvət istədilər. Buna etiraz eləyəndə polislərdi deyə, tutub məni apardılar. Guya səs-küy salmışam. Bu əsasla da mənə 8 sutka cəza verdilər. Təsəvvür edin, rüşvətə etiraza görə adamı həbs eləyirlər ki, səs-küy salırsan. Nə isə, oradan çıxıb işə gələndə məni məcbur elədilər ki, işdən çıxmaq barədə ərizəmi yazım. Dedim, axı 8 gün işə gəlməməyim üzrsüz səbəbdən olmayıb? Ora gedəndə də icazə almışdım. Heç olmasa, töhmət verin. Baxmadılar, işdən çıxardılar…”.

“Nə vaxtdır imkansızlıqdan uşaqların müalicəsini saxlamışıq”

O, 5 nömrəli Regional Su-kanal İdarəsinə qarşı işəbərpa tələbilə məhkəmədə iddia qaldırıb. Ağcabədi Rayon Məhkəməsinin hakimi Rəşad Nuriyev onun iddiasını təmin etməyib. Şirvan Apelyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Ali Məhkəmə isə müraciət etmə müddətini ötürdüyünə görə onun şikayətinə baxmayıb:

“Əvvəl məni hədələyirdilər ki, Regional İdarənin rəisi Zahid müəllimin yaxın qohumu DTX-da işləyir, sənin başına oyun açacaq. Sonra müxtəlif orqanlara şikayətlər elədim. Regionalın rəhbəri məni çağırdı ki, “get, sakit otur, səni bərpa edəcəyik”. Vaxt keçdi, eləmədilər. Mən də bilmirəm ki, Ali Məhkəməyə şikayət vermək üçün müddət var. Sən demə, məni aldadıb, başımı qatırlar”.

Məhkəmədə Su-kanal İdarəsinin hüquqşünası iddia edib ki, məsələ təkcə 8 sutkalıq həbs deyil, Cəsarət Məmmədov ümumiyyətlə, işinə səhlənkar və məsuliyyətsiz yanaşırdı.

Lakin Cəsarət Məmmədov ünvanına səslənən ittihamla razılaşmır:

“Guya mən idarənin maşınını dəfələrlə içkili idarə eləmişəm, buna görə məni polis saxlayıb. Araşdırsınlar, görsünlər ki, mənə maşını içkili idarə etməyə görə protokol yazılıb? Mənə o maşınla 3 dəfə 10 manatlıq protokol yazılıb, o da sürət həddini az keçib, radara düşdüyümə görə. Yazıblar ki, guya dekabrın 11-də mən iş yerinin maşınıyla avtomobili öz adıma keçirməyə getmişəm. Halbuki, ayın 11-də mən polis idarəsində təcridxanada olmuşam. Bunlar vəzifədən ötrü ki əlil uşağın haqqına girib, necə yalan danışırlar? Fikirləşmirlər ki, bizim yalanlarımız nəticəsində o uşaqlar nə vəziyyətdədir. Uşaqlara verilən pensiya heç yeməklərinə çatmır. Nə vaxtdır uşaqların müalicəsini saxlamışıq, onlara iynə-dərman eləyə bilmirik imkansızlıqdan. Anamın pensiyası da kreditlərə gedir. Elə ağır vəziyyətdəyik ki, deyiləsi deyil…”.

“İnsan təhqiri həzm eləyə bilmir, ona görə intihara əl atdım”

O iddia edir ki, su-kanal sahəsindəki işini başqasına satıblar və bundan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun da xəbəri var. Cəsarət Məmmədovun sözlərinə görə, təxminən 2 ay əvvəl ailə üzvlərilə birlikdə icra başçısının yanına gedib, ağır vəziyyətdə olduqlarını ona izah etməyə çalışıblar:

“Elə davrandı, anama elə söz dedi ki, sentyabrın 6-da icra hakimiyyətindən qayıdandan sonra intihara cəhd elədim. Özümü asmışdım. İnsan təhqiri həzm eləyə bilmir. Məni təcili yardım vasitəsilə Ağdam xəstəxanasına aparıb, orada xilas elədilər. Ona görə intihara əl atdım. Xəstəxanada izahat alanda da dedim ki, icra başçısına görə olub. Sonra evə gəlib anamdan, yoldaşımdan izahat almışdılar. Bizə dedilər ki, prokurorluqda araşdırma gedir. Hələ ki, nəticə yoxdur”.

İcra hakimiyyətinin vəzifəliləri cavab vermir, Su-kanal idarəsi isə qərarın əsaslı olduğunu iddia edir

Cəsarət Məmmədovun icra hakimiyyətində baş verənlərlə bağlı dediklərinə qarşı tərəfin münasibətini öyrənmək mümkün olmayıb. Çünki Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, o cümlədən icra başçısının özü və köməkçisi, müavinləri, vətəndaşların müciətlərilə iş şöbəsi və s. Meydan TV-nin zənglərinə cavab verməyib.

5 nömrəli Regional Su-kanal İdarəsinin məktubunda isə iddia olunur ki, Cəsarət Məmmədovun işdən çıxarılması üçün yetərincə əsaslar var:

“Cəsarət Məmmədov 11 dekabr 2021-ci ildə idarə etdiyi “Ford Carqo” markalı su maşını ilə adına avtomobil sənədləşdirmək məqsədilə Daxili İşlər Nazirliyinin Ağcabədi Regional Qeydiyyat İdarəsində olarkən orada münaqişə yaradıb. Orada polis nəfərini təhqir etdiyi üçün 8 sutka həbs olunub. Dəfələrlə bu və başqa xarakterli əmək vəzifəsinin pozulması hallarına yol verib. Buna görə də Əmək Məcəlləsinin 70 ç maddəsilə əmək müqaviləsinə xitam verilib”.
 //Meydan TV//

Ardını oxu...
Bakı şəhəri, Ş. Abdullayev küçəsinin Bülbül prospekti ilə kəsişməsindəki 382-ci məhəllədəki ərazi “Gold Star City” tikinti şirkəti tərəfindən zəbt edilib. Şirkət ərazidəki çoxillik yaşıllıqları məhv edir.

“Gold Star City” MMC-yə məxsus 1 hektar ərazidə 8 ədəd iri gövdəli ağac artıq kəsilib. Həmin ünvanda yaşayan sakinlərin sözlərinə görə, ərazi “PMD” şirkətinə məxsus olub və yaxın vaxtlarda “Gold Star City” tikinti şirkətinə satılıb.
Yaşıllıqları məhv edən tikinti şirkəti “Gold Star City”-yə ərazini satan “PMD” şirkəti iri torpaq mülkiyyətçisi hesab edilir. 2013-cü ildə yaradılan şirkətin ilkin kapitalı 10 milyon manat olub. Şirkətin “Bank Avrasiya” ASC-də pay sahibi olduğu deyilir.
 //Tribunainfo.az//

Ardını oxu...
 

Ardını oxu...
DİA.AZ bildirir ki, adının açıqlanmasını istəməyən Gəncə şəhər sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, "Azəriqaz" dələduzluqla məşğuldur:

"Hörmətli redaksiya!

Diqqətinizə çatdırım ki, "Azəriqaz" şirkəti vaxtı keçən sayğacları dəyişdirərkən sakinlərin başına oyun açır. Açıq-aşkar dələduzluğu "qanuni yol" ilə edirlər. Sayğac dəyişilərkən "mənfiyə gedib", "itkiyə gedib" adı ilə abonentlərdən xeyli məbləğdə pul tələb edirlər. Ödəniş olmadıqda isə qazı kəsirlər.
Məlumat üçün bildirim ki, 2 il bundan qabaq bizim sayğacı da dəyişdirdilər. Dedilər ki, get ASAN Xidmətə, sayğacı qeydə alsınlar. Getdim, ora dedilər ki, sayğaca (smart tipli kartla olan sayğac) 18 manat borcun var, ödə, sonra yeni sayğacı qeydə alarıq. İddia etdilər ki, guya, sayğac dayanmayıb, mənfiyə gedib. Deyilən məbləği ödədim. 2 ildən sonra, lap bu yaxınlarda sayğacdan ödəniş qurtardı və ödəniş edib qaz almağa getdim. Baxdım ki, guya, yenidən 12 manat 30 qəpik borcum var. Axı, bu necə ola bilər?! Nəhayət, Gəncə Qaz İdarəsinə getdim. Kimə yaxınlaşdım, dedilər ki, sayğacdan qaz itkisi olub, ödəməlisən. Dedim, bunun mənə nə dəxli, mən müdaxilə etməmişəm ki. O sayğacın günahını mən niyə çəkməliyəm? Dedilər ki, Bakı sayğac laboratoriyasının qərarıdır. Dedim, oranın rəyini verin, baxım. Qərarı mənə göstərmədilər.

Daha sonra məni Regional Qaz İdarəsinə göndərdilər. Minbir müsibətlə rəyi aldım və orda ödənişlə bağlı heç bir qərarın olmadığını gördüm. Bu zaman tələb etdim ki, mənə yazılan qeyri-qanuni cəriməni silin, dedilər ki, ödəməlisən, əks halda qaz verilməyəcək. Mən məcbur olub odəniş etdim.

Bu rəydən ötrü 3 gün gedib-gəldim. Mənim kimiləri yüzlərlə, minlərlədir. Laboratoriyanın kağızının surətini sizə göndərirəm, baxın, görün bu xalqı necə soyurlar. Mənim kimi çarəsiz qalan vətəndaş çoxdur. "Azəriqaz"la "Azərişıq" xalqın canını boğazına yığıb".
Məsələ ilə bağlı "Azəriqaz"la əlaqə saxlamağa çalışsaq da, suallarımıza cavab verən olmadı.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti