Bu yazımızın mövzusu Mərkəzi Bankla bağlı olduğu üçün bu mühüm dövlət qurumunun səlahiyyətlərinə qısa nəzər salaq. Azərbaycan Respublikası Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli Qanunu (Qanun) ilə tənzimlənir. Mərkəzi Bankın müstəsna olaraq ölkənin milli valyutasının emissiya funksiyası Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir. Amma təəssüf ki, bizim Mərkəzi Bank qiymətlərin sabitliyini təmin edə bilmir. Mərkəzi Bankın digər mühüm finksiyası nağd pul dövriyyəsinin təşkil edilməsi, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq PUL NİŞANLARININ TƏDAVÜLƏ BURAXILMASINI VƏ TƏDAVÜLDƏN ÇIXARILMASINI həyata keçirməkdir. Yəni bu səlahiyyət çərçivəsində Mərkəzi Bank manatda olan KAĞIZ və METAL pul nişanlarını tədavülə buraxır və tədavüldən çıxarır.... Bu məsələnin üzərində niyə bu qədər dayanırıq...? Çünki bu gün Azərbaycanda terminallar quraşdırıblar və kağız pul bir az əzik olan kimi götürmür... Yaxud avtobusda sürücüyə pul uzadırsan, deyir köhnədir, axşam bunu məndən qəbul etməyəcəklər... Başa salmaq olmur ki, ay adam, bu dövlətin nömrəli qanuni puludur... Hamımızın yaxşı yadındadır ki, sovet dövründə hətta cırılmış əskinasın nömrəsi var idisə, onu banklar qəbul edirdi və əvəzində həmin pul vahidinin dəyəri qədər vətəndaşa pul ödənirdi... Amma bu gün Azərbaycanda fəaliyyət göstərən banklar kağız pul çirklidir, yaxud köhnəlib deyərək vətəndaşdan dövlətin pulunu qəbul etmək istəmirlər... Axı, buna görə vətəndaş məsuliyyət daşımalı deyil.. Pul yararsız haldadırsa, Mərkəzi Bank niyə bu pulları tədavüldən çıxrartmır..? Axı, yuxarıda qeyd etdik ki, bu səlahiyyət ancaq Mərkəzi Banka məxsusdur. Bəlkə vətəndaş sonuncu ümid yeri olan pulunu gətirib hansısa bir təşkilatdan götürdüyü əmlakın kreditini ödəmək üçün bankın xəzinəsinə vermək istəyir...onu ümidsiz vəziyyətdə geri qaytarmağa kim sizə haqq verib..? Ümumiyyətlə, ölkəmizdəki bank sistemi bərbad vəziyyətdədir. Bunu biz demirik e... Dövlətin mühüm qurumu olan Milli Məclisin tribunasından millət vəkilləri deyir ki, banklar soyğunçuluqla məşğuldur...Bundan ağır nə söz demək olar..? Az qala 30 il Mərkəzi Banka rəhbərlik edən Elman Rüstəmov ölkənin bank sistemini iflic vəziyyətə qoydu, amma özünün, həyat yoldaşının, hətta dost-aşnasının hazırda Londonda, Dubayda milyonluq mülkləri var. Bu məsələni bir kənara qoyaraq əsas məsələnin üzərinə qayıtmaq istəyirik. Cənablar, pulu dövriyyədən çıxartmaq sıravi vətəndaşın səlahiyyətində deyil. Pul kirli, çirkili, əzik deyib dövlətin pul nişanını qəbul etməmək, dövlətin özü üçün rüsvayçılıqdır. Sonda üzümüzü Mərkəzi Bankın sədri Taleh Kazımova tutaraq deyirik ki, Elman Rüstəmovdan qalma kirli problemlərdən bank sistemini təmizləyin, insanlara problem yaratmayın. gundelik baki.com