Bu gün sizlərin diqqətinə QHT Agentliyinin dünənki “zoom” tədbirinin fotolarını təqdim etdim, öz saxtakarlıqlarına görən kimi hər yerdən yığışdırdılar.
Bir qədər əvvəl isə yeni versiyanı yerləşdirdilər. Amma mən hamısının çıxarışını saxlamışam.
Keçək dünənki tədbirin əsas mahiyyətinə.
Həcmi böyük olduğu üçün tədbirin videosunu buradan yaymaq istəmirəm, amma çalışacam kiçik bir hissəni bu günün sonuna qədər sizin diqqətinizə təqdim edim.
Əlavədə sizlərə QHT Agentliyinin Naftalanda təşkil etdiyi təlimin proqramını təsadüfi təqdim etmirəm.
Diqqət etsəniz görəcəksiniz ki, çox geniş mövzulardır və onlar 3 gün bu təlimi mənimsəməyə çalışıblar.
Bu təlimdə də cəmi 50-60 QHT nümayəndəsi iştirak edib.
Sual yaranır, 3 günə izah edilən mövzunu QHT-lər dünənki zoom görüşdə necə qavradılar.
Ortaya atılmış Logframe oyunu ilə indi QHT-lərə hansı tələ qurulur?
Doğrusu bizimlə həmfikir olan QHT-lər dünəndən zoom görüşlə bağlı fikir mübadiləsi aparırlar. Təsəvvür edin, Agentliyin departament rəhbəri özü etiraf edir ki, mən özüm də “Logframe” yaxşı bilmirəm.
Əgər “logframe” haqqında hələ özünüz məlumatlı deyilsinizsə bunu QHT-lər necə həll edəcəklər?
Zoom görüşün elanını görəndə ilk bu sual ağlıma gəldi ki, texniki məsələlərlə yanaşı ““logframe” nədir?”, “necə tərtib olunur?” suallarına QHT-lər uzağı yarım saat vaxt çərçivəsində necə cavab tapa biləcəklər.
3 gün Naftalanda tədris olunmuş və məntiqi ardıcıllıqları öyrənmiş QHT-lərdən fərqli olaraq yarım saata digər QHT-lər necə məlumat ala biləcəklər?
Doğrusu bu oyunların hamısının bir məqsədi olduğunu hamımız gözəl başa düşürük.
Artıq böyük qrantların da, orta qrantların da sahiblərini şərti olaraq bilirik.
Hətta yeni qeydiyyatdan keçmiş bir neçə QHT-nin də özünə “logframe” yazan axtarmasının da şahidi olmuşuq.
Açıq aşkar bildiriblər ki, bizə filankəs müəllim deyib, get böyük qranta yaxşı layihə yaz. Elə yaz ki, hər şey qaydasında olsun və sabah ictimailəşdirəndə göstərək ki, bu adamın layihəsi əla yazılıb, ittihamlarınız əsassızdır.
Bu gün artıq hamı “logframe” yaza biləcək şəxslərlə sövdələşməsini də edib, bircə qalıb elektron ərizə qəbulunun vaxtı.
Məni düşündürən daha bir sual var. 15 ildir QHT-lər layihə ideyası verib qrantını alırdı.
Tək QHT Şurasından yox, müxtəli yerli donorlardan. İndi də ideyasını verəcək və qrantını alacaq. 15 ildir “logframe” yox idi QHT sektoru inkişafdan geri qalırdı?
Bir şeyi ki, illərlə QHT-lərə tədris etməmisənsə, üstəlik Nazirlər Kabinetinin müvafiq qaydalarında öz əksini tapmayıbsa, bununla QHT-lərə niyə zülm edirsiniz?
Normal QHT sektoru olmaq istəyiriksə, ilk növbədə bütün tərəfləri dinləmək lazımdır. Düşmənçiliklə, qarayaxmalarla, dedi-qodularla bu sektoru inkişaf etdirmək olmayacaq.
Samir Adigozell