Ardını oxu...
Teref.az yazır ki, sosial şəbəkə fəalı Şəbnəm Karslı Naxçıvandan Bakıya uçmaq üçün təyyarəyə minən Türkiyə vətəndaşının Naxçıvan aeroportunda başına gələnləri feysbukda paylaşıb. Türkiyə vətəndaşı Naxçıvan aeroportundan baş verən özbaşınalıqlardan, qanunsuzluqlardan şikayətlənərək yazır:
"Cabbar Şıktaş

BÖYLE REZALET GÖRÜLMEDİ
Bu gece bizim saat ile 23.45’de Nahçıvan’dan Baküye gitmek için Nahçıvan Havalimanında uçağa bindim.
Uçakta boş yer olduğundan dolmuş doldurur gibi bir saate yakın uçakta bekletilmiş ve yeni yolcuların gelişini izlemişizdir.
Biz Türk yolcu olduğumuz için itiraz etmedik, ama Nahçıvanlı yolcular bu duruma itiraz ettiler.
Yolcuların itirazını gören pilot bir anons yaparak “ben uçmayacağım, uçaktan inin evinize gidin” dedi ve saatlerce uçak içinde beklemek zorunda kaldık.
Yetkili yok, vatandaşa açıklama yapacak kimse yok, muhatap yok, bebek, çocuk, kadın, yaşlı herkes sefil bir şekilde kaderine terk edildi.
Şu an itiberi ile havalimanı bekleme alanındayız.
Ne gelen var, ne giden.
Muz Cumhuriyeti olsa insanlık adına birisi gelir, en azından ihtiyacı olanlara yardım eder, veya bu sorun şu saate kadar çözülebilir, gidin o saatte gelirsiniz derdi.
Nahçıvan adına gerçekten üzüldüm.
Nahçıvan hiç gelişmeyecek mi?
Uçak bileti soranlara bilet yok deyip, satışı zorlaştırıp, sonra da üç beş manat “şirinlik” için bunca insana böyle bir eziyet reva görülür mü?
1992’de yokluk vardı, imkan yoktu bu Limanda saatlerce beklesem bile of demezdim.
Ama şimde her şey var, ama hiçkimse yok.
Şu an etrafım bebelerle dolu.
Koltuklarda uyuyorlar.
İtiraz sesleri, bağır çığırlar oluyor.
Ama kimse gelipte bu çaresiz insanlara bir açıklama yapmıyor.
Daha doğrusu burada bulunan insanlar insan yerine konulmuyor.
Çare yok sabahı bekleyeceğiz.
Dışarıda hava aydınlandı mı bilmiyorum.
Şu an burası ceza evi gibi.
Allah kurtarsın demekten başka çare yok."
Teref.az olaraq Naxçıvanda bu sahəyə səlahiyyətli şəxslərində mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 
 
Ardını oxu...
“Azərenerji” ASC 6/10/35/110 kV-luq xətlərdə elektrik enerjisinin ötürülməsi, qəbul olunması, çevirilməsi və paylanılması üçün müxtəlif malların satın alınması ilə bağlı tenderə yekun vurub.

DİA.AZ xəbər verir ki, tələblərə cavab verən, ən aşağı qiymət təklif edən “Smart Energy Solutions” QSC tenderin qalibi müəyyən olunub.

Qalib gəlmiş təşkilatla müvafiq satınalma müqaviləsi imzalanıb.

DİA.AZ-ın məlumatına görə, ilk dəfə deyil ki, başında Balababa Rzayevin dayandığı həşəmətli "Azenerji" milyonları “Smart Energy Solutions” QSC-yə ötürür. Təkcə elə keçən ilki faktlara nəzər salaq...

“Smart Energy Services” MMC şirkəti 2022-ci ilin təkcə son 6 ayında Balababa müəllimin yedək "kantoru" olan «Azərişıq» ASC-dən 30 milyrn manata yaxın həcmdə tender sifarişi alıb.

DİA.AZ xəbər verir ki, “Smart Energy Services” MMC-in tenderləri Şəmkir, Neftçala, Masallı, Kəlbəcər, Laçın v Ağdam rayonlarında elektrik enerjisi xətlərinin çəkilməsi, xətlərin yeniən qurulması və müxtəlif avadanlıqların qurulması ilə bağlı olub.

“Smart Energy Services” MMC-in «Azərişıq» ASC-dən bu il ərzində qazandğı tenderlər aşağıdakılardır.
Ardını oxu...
Ardını oxu...
Hər halda bu faktları gərəkən qurumlar araşdırarsa, ortaya yetərincə şübhələnəsi məqamlar çıxa bilər.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
 
 

Ardını oxu...
     

Bakı Mühəndislik Universitetinin (BMU) IV kursda oxuyan iki tələbəsinin təhsil hüququnun pozulduğu bildirilir.

Bu barədə hüquqşünas Səməd Rəhimli “Facebook” səhifəsində yazıb.

O bildirib ki, akademik borclarını aradan qaldırmadıqları halda həmin tələbələr 1 il 6 ay müddətinə hərbi xidmətə cəlb edilmək riski ilə üzləşirlər: “Mövcuq qanunvericiliyə akademik borcu olan tələblərin akademik borclarını ağlabatan müddətdə ödəyənə qədər ali təhsil almaq hüquqları və tələbə statusları qüvvədə qalır. Buna əsasən hərbi xidmətə möhlət hüquqları da qüvvədə qalmalıdır. Buna baxmayaraq, ya tələbələrin təhsil aldıqları ali təhsil müəssisələri, ya da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumları bürokratik əngəllər yaradırlar”.

Hüquqşünas deyir ki, ona müraciət edən hər iki tələbəyə akademik borcu olmasına dair arayış verməkdən imtina edilib: “Buna görə də tələbələr hazırda pis vəziyyətdə qalıblar və möhlət hüquqlarının davamiyyətini təmin edə bilmirlər. Bakı Mühəndislik Universiteti tərəfindən belə arayışın verilməsindən imtina edilməsi həmin tələbələrin təhsil hüquqlarının və qanuni möhlət hüquqlarının pozuntusudur”.

“Hazırda Bakı Mühəndislik Universiteti daxil olmaqla Azərbaycan universitetləri əsasən kredit sistemi adlandırılan tədris planlaşdırmasından istifadə edir. Mövcud qanuna əsasən, tələbə ixtisas üzrə təhsil proqramı ilə müəyyən olunmuş müddətdə tələb olunan kreditləri yığa bilmədiyi halda o, tələbələr sırasından xaric edilmir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həmin tələbə kontingentdə saxlanılmaqla, təhsilini yalnız ödənişli əsaslarla davam etdirə bilər”, – deyə o bildirib.

“Göstərilənlərə əsasən, akademik borcu olan tələbələr ali təhsil müəssisəinin tələbələri sırasından xaric edilməyib və həmin tələbə kontingentində saxlanılır. Buna görə də akademik borcu ağlabatan müddətdə ödəyənə qədər möhlət hüquqlarının davamiyyəti təmin edilməlidir”, – hüquqşünas belə yazıb.
Ardını oxu...
Onun sözlərinə görə, Bakı Mühəndislik Universitetinin rəhbərliyi akademik borcun olmasına dair arayışı verməkdən imtina edir. Bu hal isə təhsilalanların “Təhsil haqqında” Qanunla nəzərdə tutulmuş hüquqlarının pozuntusudur.

Bakı Mühəndislik Universitetindən bildirilib ki, tələbələrin ad-soyadları təqdim edildiyi təqdirdə Meydan TV-nin sorğusu cavablandırıla bilər.

Hüquqşünas Səməd Rəhimli isə Meydan TV-yə deyib ki, hazırda həmin tələbələrlə adlarının mətbuata açıqlanmasına dair danışıqlar aparılır.

Tələbələr razılıq verərlərsə, adları mətbuata açıqlanacaq

Ardını oxu...
"Space"də tanınmış aparıcı Zamirə Dadaşova ilə telekanalın rəhbərliyi arasında narazılıq yaranıb.

Bakupost.az xəbər verir ki, tanınmış aparıcı telekanalın rəhbəri Vado Karovinin ünvanına sərt fikirlər səsləndirib: "Mən bu gün dövlət başcısı İlham Əliyevə, hər zaman hüquqları ayaq altında qalan qadınların yanında olan Mehriban xanım Əliyevaya müraciət etməyə məcburam. “Space” MMC-nin hazırkı direktoru Vado Karovinin və onun ətrafında olan Fətiyev qardaşlarının, "Space"nin baş redaktoru, deyilənə görə, Karovinin qohumu olan, üzünü görmədiyim Elnurənin özbaşnalıqlarından. Artıq necə gündür mən əmək kitabçamı bu şirkətdən götürə bilmirəm. Hec bir səbəb olmadan aprelin 1-ı mənim müəllifi olduğum “Acıq söhbət” verilişini saat 21.00-a efirə salınmasına baxmayaraq, efirdən cıxardılar. Halbuki özlərinin razılığı ilə cəkiliş aparılmışdı. Aprelin 27-də mənə Vado Karovinin imzasıyla ixtisara düşdüyüm haqda xəbərdarlıq göndərdilər. Həmin sənədin şəklini də sizə təqdim edirəm. Hec bir səbəb gətirmədən əmək kitabçamı və əmri mənə vermək istəmirlər. Səbəbini anlamıram. Deyirəm, siz mənə Karovinin imzasıyla xəbərdarlıq göndərmisiz. Xəbərdarlığı göndərən deyir, o, cızma-qaradır. Hüquqşunasımız deyir işə gəlmədiyinə görə işdən azad edək. Belə daha dogrudur. Əlimizdə sübut da var ki, "face kontrol"dan kecməyib. Kadrlar şöbəsinin müdiri deyir ki, mən onların sözündən cıxa bilmərəm. Yoxsa mənə pis olar. Dərəbəyıikdir də "Space" də yəqin... Mənim əlimdə olan sənəd bəs? Karovin, sübut deyil? Bütün nəslin deyilənə görə orda işləyir. İşçilər qızının, kürəkəninin adıni da hallandırırlar. Fətiyevlər də üc qardaş ( Vüqar, İlqar və Qalib) bütün qanunsuzluqlara əl atırlar".


Aparıcı məsələ ilə bağlı müvafiq orqanlara müraciət edəcəyini də vurğulayıb: "Karovin, Sevil xanım Əliyeva sizə "Space" etibar etməyib ki, ətrafına qohumlarını, dostlarını yığıb özbaşnalıq edib, işciləri incidəsən. Ancaq öz cibini, mənafeyini güdüb, gülünc, əxlaqı pozan verilişləri efirdə yayımlayıb insanların əsəbi ilə oynayasan. Yəqin ki, baş verənlərdən onun xəbəri yoxdur. Əmək haqqları yenə gecikdirilir. İnsanlara şər atmaqla məşğulsunuz. Məndə səs yazıları, yazışmalar var. Ehtiyac olsa, lazımı orqanlara onları da təqdim edərəm. Hələ ki, sizin bu gün mənə qarşı etdiyinizə qiymət verə bilmirəm. Bu nə qanunsuzluqdur? Özbaşınasız? Bilmirsiniz, bu ölkənin qanunları var? Bilmirsiniz, sizin mənə əmək kitabcasını verməməyiniz mənim işə düzəlməməyim deməkdir? Bilmirsiniz, bu, mənim əmək haqqı almamağına gətirib cıxarır? Vəkilim lazım olan instansiyalara yazılı müraciət edəcək".
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Azərbaycan Nəcburi Köçkünlərin və Qaçqınların İşləri üzrə Dövlət Komitəsinin mayın 25-də elan etdiyi 259 min 966 manatlıq tenderin nəticələrini və qalibini açıqlayıb.

Teref.az Bizim.Media-ya istinadla xəbər verir ki, “Füzuli və Qəbələ rayonlarında salınmış məcburi köçkün qəsəbələrinin qəsəbədaxili küçələrin, həyətyanı sahələrin, park ərazisinin və ətraf yaşıllıq sahələrinin işıqlandırılmasının təmiri işləri” üzrə satınalma müsabiqəsinin qalibi “Texinvest” MMC (V/ÖEN - 1403260191) elan olunub.

Müsabiqənin şərtlərinə əsasən, şirkət Dövlət Komitəsi üçün adıçəkilən qəsəbələrdə təmir və bərpa işlərini həyata keçirəcək.

Qeyd edək ki, "Texinvest” MMC 16 noyabr 2015-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Hüseyn Seyidzadə, ev 26A, mənzil 47-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Babək Fəxrəddin oğludur. Onun haqqında informasiya resurslarında hər hansı məlumata rast gəlinmir.

Bu şirkətin adı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə bəzi qalmaqallı tenderlərdə hallandırılır. Belə ki, 2021-ci ilin avqust və sentyabr aylarında adıçəkilən qurumun tərəfindən bir neçə tender keçirilib və əksəriyyətində “Texinvest” MMC qalib olub. Belə ki, 10 ay əvvəl, yəni 16 oktyabr 2020-ci il tarixdə qurumun “Avtomobil üçün ehtiyyat hissələrinin satınalınması” üzrə müsabiqə yolu ilə keçirdiyi tenderdə iştirak edir və birlikdə 140 min 515 manat dəyərində satınalma müqaviləsi müqaviləsi imzalayıblar.

Həmin dövrdə mətbuat orqanlarında dərc olunmuş informasiyalara görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Publik Hüquqi Şəxsin Tender Komissiyası iyun ayında satınalma müqaviləsi bağladığı halda, 09.07.2021-ci il tarixdə müqavilələrin bağlanması haqqında bildiriş verməklə kifayətlənib və bununla da “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 10.1, 10.2 və 103.3-cü tələblərini kobud şəkildə pozub.

Bildirək ki, “Texinvest” MMC-nin növbəti qalmaqallı tenderi “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə baş tutub. Belə ki, qurum 2021-ci ilin avqust ayının 9-da “Qapı və pəncərələrin satın alınması” üzrə müsabiqəyə yekun vurub və adıçəkilən şirkət qalib elan olunub. Tərəflər arasında maliyyə dəyəri 214 min 382 manat olan satınalma müqaviləsi imzalanıb.

Ancaq araşdırmalar zamanı aydın olub ki, şirkət həm də avtomobil ehtiyat hissələri və sürtkü yağlarının satışı ilə məşğuldur. “Texinvest” 2015-ci ildə yaransa da, satınalma müsabiqələrində yeni oyunçudur.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ağstafa Rayon İcra Hakimiyyətinin mayın 17-də “Ağstafa rayonunda abadlıq işlərinin satınalınması” üçün elan etdiyi tenderin nəticələri və qalibi açıqlanıb.

TEREF.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, maliyyə dəyəri 195 880 manat olan tenderin qalibi “Topxana Layihə İnşaat” MMC (VÖEN - 2000157981) olub.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən şirkət Ağstafa rayonu ərazisində təmir və bərpa işlərini həyata keçirəcək. Bu işlər sırasına 410 metr sahədə beton-bort daşlarının quraşdırılması, 14,1 kubmetr sahədə qum-çınqıl qatışığından ibarət əsasların döşənək və hamarlayıcı qatlarının qurulması, və təbii qum-çınqıl qatışığının tökülməsi, 1 883 kvmetr sahədə sıx iri-dənəvər AB və ABV tipli asfalt-beton qatışığından qalınlığı 4 sm olan örtüyün qurulması, eləcə də örtüyün qalınlığı 0,5 sm dəyişdikdə əlavə etmək və ya çıxmaq və digər 76 adda təmir-tikinti işləri daxildir.

Qeyd edək ki, Əli Bayramovun rəhbərlik etdiyi "Topxana Layihə İnşaat" MMC 1996-cı ildə yaradılıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qeydiyyatına alınıb.

Araşdırmalarımız zamanı məlum oldu ki, şirkət yarandığı vaxtdan bu günə qədər qalmaqallı tender layihələrində iştirak edib və hər dəfə dövlətə vergi borcunun olduğu ortaya çıxıb.

Belə ki, 2022-ci ilin oktyabr ayında 26 186.25 manat vergi borcunun olmasına baxmayaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Beyləqan Suvarma Sistemləri İdarəsinin 228 478 manatlıq tenderində qalib olub. Təkcə bu fakt sübut edir ki, həm şirkət, həm də ASC tender qanunvericiliyinin müddəalarını kobud şəkildə pozub.

Yəni, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.

Həmin ilin dekabr ayının sonlarına yaxın şirkət ilk dəfə Ağstafa RİH başçısının Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi “Abadlıq işlərinin satınalınması” ilə bağlı elan etdiyi tenderin qalibi olub və tərəflər arasında 434 min 695 manat məbləğində müqavilə imzalanıb.

Bu fakt və yeni açıqlanan tender sübut edir ki, rayon ərazisində ötən ilin dekabr ayından başlayan abadlıq işləri hələ də başa çatmayıb və şirkətin bu işlərə davam etməsi üçün yeni maliyyə mənbələrinə ehtiyacı yaranıb.

Qeyd edək ki, şirkət ötən il ərzində Xızı Rayonu İcra Hakimiyyəti başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 349 min 516 manat dəyərində “Xızı şəhərində yolların əsaslı təmiri” (15.09.2020), “Bakı Konqres Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin elan etdiyi 696 min 200 manat dəyərində “”Bakı Konqres Mərkəzi” MMC-nin 2022-ci il üçün mexanika, elektrik, santexnika, yanğından mühafizə sistemləri üçün texniki xidmətin, təmir işlərinin və bu sistemlər üçün ehtiyat hissələrinin satınalınması” (13.06.2022) və "Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin 298 min 540 AZN dəyərində “Müxtəlif obyektlərin layihə-smeta sənədlərinin hazırlanması işlərinin satınalınması” (23.02.2022) tenderlərinin də qalibi olub.

Bu tenderlərin ümumi dəyəri iki milyon manatdan artıqdır.

"Topxana Layihə İnşaat" MMC cari ilin yanvar və və mart aylarında Biləsuvar şəhər, Mübariz İbrahimov küçəsində iki dəfə asfaltlanma işlərini həyat keçirib. Belə ki, yanvar ayında döşənən asfalt yolunu mart ayında sökərək yenidən təmir ediblər. Çünki həmin yolun müəyyən hissələrində dağılmalar əmələ gəlib.
 
Ardını oxu...
Nəsimi rayonu Mirəsədulla Mirqasımov küçəsi, 2 ünvanda yerləşən 123 saylı uşaq bağçasının özəlləşdirildiyi deyilir.

Qlobal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bağçanın hazırkı müdir Mərziyyə Ramazanova tərəfindən özəlləşdirildiyi deyilir.

Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik.
Ardını oxu...
DİM hər il olduğu kimi, 2022-ci il üçün də qəbul və buraxılış imtahanları nəticələrinə dair elmi-statistik təhlili çap edib.
Bu analitik materialda xeyli maraqlı, düşündürücü, düzgün qərarlar qəbul etmək üçün və resursları ədalətli bölüşdürmək üçün faydalı ola biləcək məlumatlar, statistikalar var.
Birisini diqqətinizə çatdırıram.
Ölkə üzrə 600 baldan yuxarı nəticə göstərənlərin məktəblər üzrə sayı ilə bağlı kənd və şəhər məktəblərin, liseylərin nəticələri çox təəccüblü və düşündürücüdür.
Bəzən resursları, texnologiyaları, pedaqoji göstəriciləri və əmək haqqısı yüksək olan liseylər bu göstəricilərə görə kənd məktəblərinə uduzurlar.
Kənd məktəbləri və bəzi tanınmış liseylərin qeyd olunan göstəriciləri ağlasığmaz olsa da kənd məktəblərinin xeyrinədir.
Statistikalardan görsənir ki, elə kənd məktəbləri var ki, burada abituriyentlərin ümumi sayına nəzərən 600-dən çox toplayanların faiz göstəricisi ən tanınmış liseylərdən və şəhər məktəblərindən yüksəkdir.
Məsələn, DİM-in elmi-statistik təhlilindən görsənir ki, Cəlilabadın, Ağcabədinin, Qəbələnin hansısa bir kənd məktəbində (diqqət yetirin, lütfən, məhz kənd məktəbində) yüksək bal toplayanların faizi Heydər Əliyev adına Liseydən qat-qat yüksəkdir.
Nəsə, çox anlaşılmaz göründü bunlar mənə. Güclü ənənələrə malik xeyli təhsil müəssisələrin bu tip göstəriciləri kənd məktəblərindən xeyli aşağı görsənir.
Görəsən ETN, resursları güclü olan liseylər və şəhər məktəbləri bunu necə izah edirlər?
Ümid edirəm ETN və digər dövlət qurumları dövlət resurslarını bölüşdürəndə, hansısa qərarlar qəbul edəndə bu göstəriciləri nəzərə alacaqlar
Osman Gunduz
Teref.az
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Təfəkkür” Universitetinin prorektoru və həmtəsisçilərindən biri olmuş Tariyel Əhmədovun qətlində sözügedən ali təhsil ocağının rektoru olmuş Müşfiq Atakişiyevin adı hallandırılır.

Tariyel Əhmədovun ailəsi qətlin təşkilatçısı kimi Müşfiq Atakişiyevin adını çəkir. Onlar bununla bağlı ölkə rəhbərliyinə müraciət ünvanlayıb.

Müraciətin bir surəti də redaksiyamıza daxil olub. Tariyel Əhmədovun ailəsi yazır:

“Bu işin əsas təşkilatcısı və himayədarı Müşfiq Atakişiyevdir. O, cinayət məsuliyyətinə cəlb olunsun. Əlimizdən zorla aldığı əmlak geri qaytarılsın. Biz mərhumun ailəsi olaraq inanırıq ki, bu iş düzgün aparılarsa, qətlin icraçısı Dəyanət Quliyev qətlin sifarişcisi olan öz doğma dayısı Müşfiq Atakişiyevin adını çəkəcək. Bundan sonra Müşfiq Atakişiyev məsuliyyətdən kənarda qala bilməyəcək”.
Ətraflı

Tariyel Əhmədov 2011-ci il sentyabrın 16-da evinin yaxınlığında amansızcasına qətlə yetirilib. 2023-cü ilin aprelində Daxili İşlər Nazirliyi rəsmi məlumat yayaraq Tariyel Əhmədovu qətlə yetirən sabiq polis əməkdaşı Dəyanət Quliyevin həbs olunduğunu açıqlayıb. Məlum olub ki, Dəyanət Quliyev həbsindən 2 il qabaq təqaüdə çıxıb. O, DİN-in 7-ci bölməsinin əməkdaşı olub. Həbsindən sonra Dəyanət Quliyevə Cinayət Məcəlləsinin 120.2.5 – tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.

Mərhumun ailəsi isə Dəyanət Quliyevin sifariş yerinə yetirdiyini iddia edir:

“Tariyel Əhmədov səhər saat 6-da idman formasında məşq eləyən zaman qətlə yetirilib. Yəni qətlə yetirilən zaman onun əynindəki geyim idman forması olub. İdman formasının cibində təbii ki, hansısa böyük məbləğin olması ağlasığmazdır. İstintaq Dəyanət Quliyevə düzgün ittiham verməyib. Səhər saat 6-da idman formasında olan insanı tamah məqsədi ilə qətlə yetirmək olardı? Bu işdən az da olsa məlumatlı olan hər kəsə məlumdur ki, qətlin təşkilatcısı “Təfəkkür” universitetin rektoru və həmtəsisçilərdən biri olan Müşfiq Atakişiyevdir. Müşfiq Atakişiyev bu cinayəti ört-basdır etmək üçün milyonlar xərcləyib. Bunu özü deyir və gizlətmir. O deyir ki, buna görə mənə heç kim, heç nə edə bilməz.

Tariyel Əhmədovun qətlindən sonra universitetin ətrafındakı boş torpaq sahəsi və idman kompleksi özəlləşdirilib. Halbuki qətlə qədər Atakişiyev bunu edə bilmirdi. 12 ildir bu iş düzgün aparılmır, qətlin sifarişcisi kənarda qalıb, adı heç bir yerdə hallanmır. Onun qətli gizlətmək üçün milyonlar xərclədiyi adamlar bu gün də vəzifədədirlər və onu yenə də himayə edirlər”. \\Hit.az

Dünyapress TV

Xəbər lenti