Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasət qeyri-neft sektorunun inkişafına əhəmiyyətli təkan verməkdədir. Bu mənada aqrar sahənin inkişafı xüsusilə diqqət mərkəzindədir. Belə ki, ərzaq təhlükəsizliyinin təmini, regionlarda kənd təsərrüfatının inkişaf etdirilməsi bu sahədə dövlətimizin əsas prioritetlərdən sayılır. Bu məqamda vurğulamaq yerinə düşər ki, ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır.Qərb bölgəsində yerləşən rayonlarda fermerlərin və torpaq mülkiyyətçilərinin payız səpinini davam etdirdiyi bir vaxtda məqsədyönlü olaraq bölgədə bir aydan artıq vaxtır ki sünii olarq,enerji böhranı yaradılıb. Azərbaycan ərazisində neft məhsullarının alqı-satqısını təşkil etmək, çoxsahəli nəqliyyat infrastrukturuna, beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətini həyata keçirirmək üçün məsuliyyət daşıyan “SOCAR Petroleum” Qapalı Səhmdar Cəmiyyəti Gəncəbasarda bu “enerji böhranını” hansı məqsədlə yaratması başa düşülən deyil. Bu haqda DünyanınSəsi.Az saytına bir qurup sahibkarın göndərmiş olduqları şikayətdə qeyd edilir. Belə ki, əvvəllər Gəncəbasar bölgəsinin sahibkarları Yanacaq Doldurma Məntəqələrinə benzin və salyarka məhsullarını Gəncə paylayici neft bazasindan alıb daşıyardılar. Bir aydır ki, “SOCAR Petroleum” Gəncə Neft terminalının fəaliyyətini qismən olaraq dayandırıb. Məhz buna görədə onlar yanacaq alıb sata bilmirlər.Sahibkarlara şirkətdən bildiriblər ki, yanacaq ticarəti ilə məşğul olmaq istəyirsinizsə yanacaq daşıyan avtomobillərinizlə paytaxt Bakıda yerləşən 1 saylı neft terminalına gəlməlisiniz. Buda iqtisadi cəhətdən nə ,nə də ki, kənd təsərrüffatı ilə məşğul olan fermerlərə səmərəli deyil. Onun üçündə sahibkarlar ya müştərini satışda aldatmalı ya da ki, benzinin süni olaraq qiymətini qaldırmalıdırlar. “SOCAR Petroleum” QSC -nin rəhbərliyi bölgələrdə ki, neft terminallarına az yanacaq məhsulu göndərməsi eləcə də özlərindən asılı etməsi bölgədə ciddi narazılığa səbəb olub. 1) Ya ölkə ərazisində monapoliya yardıb bu sahəni özlərinin tam inhisarına almaq ; 2) Ya da ki, məqsədyönlü şəkildə payız mövsümündə aqrar sektorda vəziyyəti qəsdən ağırlaşdırmaq; Amma qanunla özəl Yanacaq Doldurma Məntəqələrini enerji məhsulları ilə təmin etmək “SOCAR Petroleum” QSC -nin üzərinə düşür.
Hal-hazırda ölkə ərazisində ancaq “SOCAR Petroleum” QSC-nin YDM-ləri fəaliyyət göstərir. Amma bölgələrdə ki,vəziyyət ürəkaçan deyil. Onlar da bildirirlər ki, elə kəndlərimiz var ki, rayon mərkəzinə uzaq olduğundan sürücülər məcburiyyət qarşısında qalıb rayon mərkəzlərində olan “SOCAR”ın Yanacaq Doldurma məntəqələrinə üz tutmalı olrlar. Həm də bu böhranın dağ və aran rayonlarında arpa-buğda əkinin sona yaxınlaşdığı bir dövürə təsadüf etdiyindən texnikaları yanacaqla təmin edilməsində də ciddi problemlərə gətirib çıxaracağı heç kəsdə şübhə doğurmaya bilməz.
***
Redaksiya olaraq inaırıq ki,”SOCAR Petroleum” QSC-nin rəhbərliyi eləcə də aidiyatı olan dövlət qurumları Gəncəbasarda süni olaraq yardılan bu yanacaq böhranına son qoymaqla sahibkarların səsləndirdiyi problemləri dərhal aradan qaldıracaqlar.
Sahibkarların qeyd etdikləri şikayətlə bağl qarşı tərəfin də mövqeyini dərc edə bilərik.