Zavodda gedən proseslər "optimallaşdırmadı" yoxsa ölkədə işsizliyin sayının artırılması üçün gedən prosesdi (siyasət) ? Son dövrlərdə Bakı Gəmiqayırma Zavodunda ixtisarların aparılması barədə təşkilata müraciətlərin sayı artıb. 3 ay əvvəl isə şirkətin mühafizə xidmətindən 52 nəfər işçi ixtisar olunmuşdu. Bu zavodda işləyən, son 1 il istisna olmaqla: bayram pulu, axşam və gecə pulu, normadan artıq işə görə əmək haqqı almayan, 500 manat civarında cüzi əmək haqqı alan mühafizəçilər belə ixtisara düşdü. Çox təəsüf ki, Əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirən həmkarlar ittifaqı təşkilatı və dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidməti bu qanunsuzluğa heç bir reaksiya vermədi. Mirvari Gahramanli Teref.az