DİA.AZ: - "Allah nəhlət eləsin belə mall satanlara..." DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Ayan Əliyeva adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır:
" "Al" marketdən alınıb. Oğlum da yeyib. Mən indi o biri "Roshen" şikolatını açıram və görürəm içi dolu qurddu. Özü də xarab... amma üzərində 2024-cü il tarixinə kimi müddət yazılıb.
Ay "Al market", "Oba market" işlədənlər... dininiz, imanınız, Allahınız olsun...
4 yaşlı oğlum indi zəhərlənərsə, kim cavab verəcək?"
DİA.AZ bildirir ki, narazı vətəndaş bu videonu da dəlil kimi təqdim edib: