Ardını oxu...
...SÜLH QUŞU OLMAQDANSA...
...Sizə bu istiqlalı...
İngilis və alman imperialistləri
deyil, bəlkə böyük Şura
hökuməti veribdir ki, bugünkü
gün yeni dünyaya qədəm qoyur
ki, onunla da rabitəmizi düzəlt-
mək lazımdır. Biz Antanta im-
perialistlərinə tüpürürük və bu
qanunu qəbul edərək, qərar qo-
yuruq ki, biz Şura hökuməti ilə
sıxı bir əlaqədə bulunmalıyıq,
nəinki, zənciri-əsarətdə bizi
saxlayan İngiltərə...
19 aprel 1920 ci il.
Əliheydar Qarayev...
...ancaq özləri də anlayırlar ki,
Qarabağı məhz Rusiya ilə mü-
nasibətləri ağıllı balanslaşdı-
raraq işğaldan azad etmişik.
...Pafosla deyirlər ki, "Biz niyə
Rusiya sülhməramlılarına gü-
zəştə getməliyik? Nəyimizə la-
zım Şevçenko, Puşkin?" Və ar-
dınca da xəbərlər dinləyirik ki,
Avropa İttifaqı əleyhimizə qət-
namə çıxardı, Rusiya isə açıq
şəkildə bizim mövqeyimizi
müdafiə edir...
06 oktyabr 2023 cü il
Təcrübəli Partiya sədri...
Təcrübəli partiya sədri Milli Məclisdə deyib ki, işğaldan azad olunmuş ərazilərdən birində erməni aktivist George Vanyanın adına küçə verək, yəni adını əbədiləşdirək.
Səbəb isə sadəymiş - erməni aktivist çıxışlarında deyirmiş ki, Qarabağ Azərbaycandır...
Mən də bir təcrübəli jurnalistlə müsahibəmdə buna lüzum olmadığını, həmin ərazilərdə küçə və meydanlara qəhrəmanlarımızın və tarixi şəxsiyyətlərimizin adının verilməsini təklif etdim...
Və...
Və bu gün o təcrübəli partiya sədri bir yazı ilə mövqeyimi aşağılamağa cəhd etdi.
Əcəba, mən nəyi yanlış dedim?!
Gəlin, əvvəlcə tarixi səhvlərimizə ekskurs edək...
1923-cü ildə Xankəndinın adını bolşeviklər Stepanakert etdilər. Bu gün də hələ Stepanakert adından qurtula bilmirik, beynəlxalq sənədlərdə belə hələ də Xankəndi qeyd edən yoxdur. Tarixi şəhərimizin adını Stepanakert etməklə, öz halal yurdumuzu erməniləşdirdik.
1930-cu ildə Xocavəndin adını Martuniyə dəyişdik. Bundan əvvəl isə Qərbi Azərbaycandakı Qaraqoyunlu mahalının adını Ermənistan Martuni adlandırmışdı. Hələ də özümüzdən başqa ora Xocavənd deyən yoxdur.
1931-ci ildə Gülüstan və Ağcakəndin də daxil olduğu ərazini Şaumyan adlandırdıq. Dünənə qədər keçmiş DQMV-dan kənarda da olsa, ermənilər həmin əraziyə də iddia edirdilər.
1930-cu ildə əlimizdən aldıqları Kəvər rayonunun adını Kamo ilə əvəzlədilər. Gədəbəy rayonu ərazisində olan Başkənd kəndi də anklav kimi bu rayona verildi, adını da Artsvaşen qoydular.
1992-ci ildə nə qədər şəhid verərək ərazini azad etdik.
İndi də danışıqlarda bu əraziyə iddiadan əl çəkmirlər...
Davam edimmi?!
Məncə kifayətdir...
O dövrün ad dəyişdirənləri də bizi beynəlmiləlçi, marksist, leninçi, kommunist olmağa çağırırdılar.
Tarixi yer adlarımızı dəyişdirərək, rusun, erməninin gözündə yaxşı olmağa çalışırdılar.
Axı onda da problemlərimiz indikindən fərqli deyildi.
Ermənistan Zəngəzuru, Naxçıvanı, Qarabağı özünə birləşdirmək üçün dəridən-qabıqdan çıxırdı.
1920-ci il dekabrın 1-də Azərbaycan İnqilab komitəsinin sədri N. Nərimanov Bakı Sovetinin iclasında ermənilərin israrla tələb etdiyi Zəngəzuru onlara vermək qərarını elan edir:
"Zəngəzur və Naxçıvan (hətta Naxçıvanın da) Sovet Ermənistanının ayrılmaz hissəsidir, Dağlıq Qarabağın əməkçi kəndlilərinə isə öz müqəddəratını təyinetmə hüququ verilir".
Hər dövrün öz "qəhrəmanları" var, təcrübəli partiya sədri.
Sizcə, ermənilər niyə Sovet hakimiyyətinin Azərbaycanda qələbə çalmasından vəcdə gəlib, iddia etdikləri Azərbaycan ərazilərindən əl çəkmirdilər?
Niyə bizim kimi onlar da toponimlərini Azərbaycanlaşdırmırdılar demirəm, oz tarixi adlarında saxlamırdılar?
Niyə bütün türk adlarını erməniləşdirirdilər? Onlar bolşevik, kommunist, leninçi, Şura hökuməti deyildilər?
Niyə ermənilər kommunist, bolşevik, leninçi, daşnak, millətçi, sağ, sol, hətta cinsi azlıq olanda belə erməni kimliklərini unutmurlar, torpaqlarımızı alıb özlərinə dövlət quraraq, toponimləri erməniləşdirməkdən çəkinmirlər, biz isə beynəlmiləlçi olub hər şeyimizdən keçirik, halal torpağımızı işğaldan azad edəndə belə "aman, nə deyərlər?" kompleksinə düşürük?
Biz niyə özümüzü sübut etməyə, isbatlamağa ehtiyac duyuruq?
Bu natamamlıq kompleksini yaradan nədir?
Var əlbəttə bu suallara cavab...
Bu yazıda bütün səbəbləri sadalamaq imkansız da olsa, bir neçəsinə toxunacam.
- Bütün dönəmlərdə şəxsi maraqları sosial və ictimai maraqlardan üstün tutmağımız; (nəticədə şəxsi maraqları itirməmək xatirinə ictimai və sosial maraqlardan imtina)
- Dövlət fəlsəfəsini ailə və tayfa düşüncəsindən aşağı tutmağımız; (ən yaxşı halda kənd, rayon, oba təfəkkürü)
- Fərdi tərbiyədə tabeçilik və qul olmağı aşılayan təhsil və tərbiyə metodu;
- Cəsarətli insan olmaq üçün təbii və hüquqi şəraitin yoxluğu;
- Nəhayətdə, ya dövlətimizin olmaması, ya da çox zəif olması;
Hey bizdən nələrisə alıblar, əzilmişik, itirmişik, məğlub olmuşuq, amma heç QALİB ola bilməmişdik...
İndi QALİBİK...
Təəssüf ki, hələ də köhnə şakərimizdən və natamamlıq kompleksindən qurtula bilmirik.
Verdiyiniz təkliflə yenə də özümüzü kiməsə sübut etməyə və ya təzim etməyə çalışdığımızı göstərmək istəyirsiniz.
Cəsarət üçünsə...
Onu ya doğulduğumuz coğrafiyanın ağır şərtləri (məs: Afrika cəngəlliklərində şirin əlindən ceyran alan xalqlar kimi), ya da hüquq yaratmalıdır.
Sivil dünyada insanları cəsarətli edən azad məhkəmədir. Kim vətəndaşların haqqını pozursa, o məhkəmə vasitəsilə hüququnu bərpa edir, beləliklə də kimsədən çəkinmir.
İndi gəlim o "sensasion" yazınıza, təcrübəli partiya sədri...
Əvvəla, Sülh quşu olmaq üçün mütləq quş olmağa ehtiyac yoxdur, elə insan olaraq da sülhpərvər olmaq olar.
Lakin sülhpərvərlik öz xalqının gələcəyi üçün söz demiş Vanyanın adını əbədiləşdirməklə ölçülmür.
Vanyanın da nə yuvanın quşu olduğunu bilirdik, o da bir neçə azərbaycanlı ilə birlikdə xalq diplomatiyası projesinin içində idi, sadəcə qrant alırdı.
Sizə nə düşüb?
Rusiya qrant vermir axı?!!!
"Rusiya bizə yaxşılıq edib" - son dövrün dəbdə olan siyasi frazasıdır bu.
Tarixi bildiyinizə şübhə etmirəm.
Amma bir daha xatırladım:
Rusiyanın istədiyi Ermənistan və rəhbərliyi olsaydı, bizim üçün çox çətin olardı.
Rusiya öz marağına, biz isə öz əlimizə oynadıq.
Məharətli Komandan oyunu xeyrimizə dəyişdi.
Praqada, sonra isə Rusiya ilə masada və döyüş meydanında.
Heç Rusiyanın özü nəticənin belə olacağını ehtimal etmirdi, eynilə Ukraynadakı kimi.
Yoxsa, bu o Rusiya deyil, 5 rayonumuzun qayıtmasına razılıq verib, Laçın, Kəlbəcər daxil olmaqla, Qarabağı ermənilərə peşkəş edirdi?
Bunu ki, mən demirəm, Putin deyir.
Hə, Ukrayna demişkən, Taras Şevçenko Ukraynalıdır, rus deyil. Sağ olsaydı, Puşkinin heykəlinin götürülməsinə özü başçılıq edərdi.
Vaxtanq Kikabidze Rusiya ordenindən imtina etdiyi kimi...
Çoxları hələ bunları bilmir. Bilirsiniz niyə?
Çünki 1920-ci ilin dekabrında Zəngəzur və Naxçıvanı ermənilərə ərməğan edən N.Nərimanovun heykəli hələ də Bakının ən hündür yerindədir, adına rayon, metro stansiyası, onlarla küçə və prospektlər var.
Bu və ya buna oxşar adlar yığışdırılmayana kimi təcrübəli partiya sədrləri də Vanyanın adına küçə verilməsini istəyəcək.
Yəqin sırada Paşinyandır...
Bu məntiqlə onun adına rayon düşür. Axı adam rəsmi sənəd imzalayaraq, Qarabağı bizim ərazi kimi tanıyıb. Vanyan söz demişdir, bu konkret addım atıb...
Eh...
Bircə anlıq düşündünüzmü, bir şəhidin övladının şəxsiyyət vəsiqəsində ünvan "Vanyan küçəsi" yazılıb?
Düşündünüzmü, ayağını, qolunu itirən qazi "Vanyan küçəsi"ndə əlil arabasında gedir?
Düşündünüzmü, övlad itirmiş ana, ata o küçədə necə yaşaya bilər?
Düşündünüzmü, işgəncədən şəhid olmuş bir övladımızın doğması, ya da özü işgəncələrə məruz qalmış soydaşımız o küçədə necə gəzər?
Yox, düşünmədiniz...
Eynən, Ə.Qarayev, H.Sultanov, N.Nərimanov və başqaları düşünmədikləri kimi...
Heç olmasa, Hadrutun Edilli kəndindən olan Ağacanyan Kamo Kərim oğlu qədər düşünün.
Atası azərbaycanlı ola-ola südünə çəkib bizi qırdı, əzdi, öldürdü.
Mən əzin, öldürün, vurun demirəm...
Yox, həm də deyirəm. Çünki vurmasaq, əzməsək, bizi öldürürlər, yurdumuzdan, yuvamızdan didərgin salırlar. Xislətlərindən əl çəkməyənə kimi belə olmalıyıq, başqa çarə buraxmayıblar bizə.
Yazıda cənab Prezidenti misal gətirirsiniz.
Məncə siyasi spekulyasiyanın son mərhələsidir bu.
Gərəkiləndə "vur" əmri vermək, lazım olanda Sülh dili ilə danışmaq onun vəzifəsi və səlahiyyətidir.
Siz kimsiniz?
Prezidentmi, iqtidarmı, nazirmi, danışıqlara məsul şəxsmi?
Siz sülh quşu olunca, radikal millətçi olun ki, cəmiyyətin ümumi halı müqabilində danışıqlar aparan Prezident daha sülhpərvər görünsün...
Görəvinizi anlayın...
Siyasət budur, student qədeş, pardon, təcrübəli partiya sədri...
Kimsə bizim üçün çalışmır, sadəcə zamanında hər vəziyyətdən istifadənin diplomatik və hərbi yolunu tapmalı idik...
Tapdıq, aldıq... İndi qorumalıyıq...
Daha bolşevik olmağa lüzum yox...
Şüvənliyə qalanda...
Şüvən yaxşı sözdür - ucadan, fərqli ağlamaqdır.
Vay o gündən ki, ağlayanda da səsin qırıq kamança səsi kimi çıxa...
Vətəni sevmək də, ağlamaq da, qorumaq da şərəfdir...
P.S. Yazı uzun oldu. Allah gözünüzün nurunu əskik etməsin ki, oxuya biləsiniz.
İqbal Ağazadə
 
Ardını oxu...
Ali Məhkəmənin, Maliyyə Nazirliyinin, Baş prokurorluğun saytlarından müraciət göndərmək olmur
Texniki inkişafın elə mərhələsindəyik ki, ucqar bir kənddən dünyanın o başı ilə bağlantı yaratmaq, necə deyərlər, su içmək qədər asandır. Müraciət etmək istədiyin ölkənin saytına girirsən, əlaqə bölümünə daxil olub, gərəkən prosedurları edirsən və müraciətini bir düyməni basmaqla göndərirsən. Di gəl, ölkənin öz içində , eyni şəhərin içində dövlət orqanlarının saytlarından yararlanmaq mümkün olmur. Faktlara üz tutaq.
Ali Məhkəmənin son 6 aya kimi çox keyfiyyətli, örnək olan saytı vardı. Asanlıqla bu sayt yolu ilə həm qəbula yazılmaq olurdu, həm də online müraciət etmək. İndi 6 aydır saytı guya yeniləyiblər, amma nə müraciət qəbul olunur, nə qəbula yazılmaq. Bütün prosedurlardan keçib, “göndər” düyməsini basırsan, “fırlanır-fırlanır”, amma “müraciətiniz qəbul olundu” “muştuluğu”na çata bilmir”.
Maliyyə Nazirliyinin saytındakı problem bir ildən də çoxdur və bir qədər ayrıdır. Bu dövlət-hökumət saytında bütün prosedurlardan keçmək olur, bircə “təsdiqləmə kodu”ndan başqa. Ekranda göstərilən kodu yazan kimi, göndərmə düyməsini basmağa belə macal verilmir, “təsdiqlənmə kodu səhvdir” qırmızı xətlə yazılır və nə qədər “səhvi” düzəltsən də, bu “qırmızı bildiriş” səddi , qadağası yox olmur.
Baş prokurorluğun saytının müraciətləri qəbul etməkdən imtinasının yaşı 6 ay olar. 6 aydır saytdan müraciət formasını doldurub, “göndər” düyməsini basan kimi “ 500” yazılışının altında ingiliscə “vay, bizim serverdə nəsə yanlışlıq var” cavabı ilə üzləşirsən, yəni saytın serveri müraciətin qəbuluna qadağa qoyub.
Yanlışlığı, müraciətlərə texniki qadağanı kim aradan qaldırmalıdır? Ən azı, bu barədə fikirləşən var? Axı müraciət hüququ Konstituiyanın 57-ci maddəsi ilə təminat verilən əsas hüquq və azadlıqlardandır.
Məğrur Bədəlsoy
Teref.az
Ardını oxu...
Bakının Nərimanov rayonu, Əliyar Əliyev 67 ünvanında yerləşən yaşayış binasının qarşısını kanalizasiya suyu basıb.

Ərazidə yaşayan sakinlər “Xəzər Xəbər”ə bildiriblər ki, bu səbəbdən küçə boyunca hərəkət çətinləşib.

Onlar iddia ediblər ki, bir müddətdir, beşmərtəbəli yaşayış binasının qarşısını çirkab basıb.

Çirkabın ətrafa yayılması azyaşlıların məktəbə getməsinə ciddi maneə yaradır.

Ərazi üzrə 116 saylı Mənzil Kommunal İstisimar Sahəsinin rəisi Əli Seyidov qeyd edib ki, problemdən xəbərdardılar.

Onun sözlərinə görə, problemə səbəb kanalizasiya xətlərinin köhnə olması və bəzi vətəndaşların iri tullantı atmasıdır.

Nərimanov rayon Sukanal İdarəsindən isə bildirilib ki, kanalizasiya şəbəkəsinin tutulmasına səbəb binanın zirzəmisindəki restoranlardır.

“İaşə obyektləri kanalizasiya xəttinə birbaşa qoşulublar, yağ tutucu qurğular quraşdırmadıqları üçün tez-tez tutulmalar yaranır. Həmin obyekt sahiblərinə belə halın baş verməməsi üçün bir daha xəbərdarlıq ediləcək”, - deyə İdarədən qeyd edilib.

Ətraflı süjetdə:

 

        

Ardını oxu...
Naxçıvan Ali Məclisi sədrinin iki gün öncə istefa vermiş birinci müavini Azər Zeynalov saxlanılaraq, Bakıya gətirilib. Bu haqda DİA.AZ-a onun yaxın qohumları məlumat verib. Azər Zeynalov vəzifəsinə uyğun olaraq, Vasif Talıbovun istefasından sonra, bir ilə yaxındır ki, Ali Məclis sədrinin səlahiyyətlərini icra edirdi.

Yaxınlarının verdiyi məlumata görə, Azər Zeynalovu DTX əməkdaşları Naxçıvanda saxlayıb, sonra Bakıya gətiriblər. Onun hansı cinayət əməlinə görə saxlandığı haqda qohumlarında məlumat yoxdur. Haqqında həbs qətimkan tədbiri seçilməsi üçün onun məhkəmə qarşısına çıxarılıb, çıxarılmayacağı məlum deyil.

Vasif Talıbovun ən etibarlı adamı sayılan Azər Zeynalovun adı korrupsiya və rüşvətxorluqda hallanır.

Xatırladaq ki, Azər Zeynalovun həbsi xəbərini də ilk olaraq dia.az saytı yayıb. Amma dünən bu məlumatımız bəzi yerli KİV-də təkzib olunmuşdu.
 

Ardını oxu...
Suraxanı rayonu Hövsan qəsəbəsində beşmərtəbəli binanın zirzəmisində qanunsuz obyekt tikilməsi ilə bağlı yazı dərc etmişdik. Hafiz Quliyev küçəsi, 24-cü binanın sakinlərinin etirazı və müraciətinə görə tikilən iaşə obyekti ilə bağlı binanın sütununa müdaxilə edilib. Qeyri-qanuni divar örtüyünün aradan götürülməsi isə bina sakinlərini təhlükə altına qoyub. Etiraz edən sakinlərdən biri də Milli Cəbhə Partiyasının fəal üzvü Almaz Məmmədovadır.

Hansı ki, məhz onun aidiyyəti qurumlara şikayətindən sonra binanın divar örtüyünün aradan qaldırılmasına müdaxilə edilib və işlər dayandırılıb. Bu isə obyekt sahibi olan Sakit İbrahimovu özündən çıxarıb.

Sahibkar Bizim.Media-ya açıqlamasında Almaz Məmmədovanın ona qarşı qərəzli münasibət sərgilədiyini bildirib.

Hətta xanımın reket jurnalist olduğunu, bundan əvvəllər də ayrı-ayrı sahibkarları şantaj edərək pul müqabilində sövdələşməyə getdiyini iddia edib:

“Almaz Məmmədova reket jurnalistdir. Hövsanda 4-5 sahibkarı şantaj edərək, onlardan pul alıb. Sahibkarları çağırtdırıb, danışdıra da bilərəm. Hərəsindən nə qədər vəsait aldığı da bəllidir. Səs yazıları var. 3 saytı kurasiya edir. Gəlin sizlə görüşək, onun hansı xəbər saytlarında çalışdığını faktlarla qarşısınıza qoyum. Kimdən nə qədər pul alır və kimi necə şantaj edir...

Bunu təsdiq də edə bilərəm və əlimdə faktlarım var. Elə bu faktlarla da Almazın özü tutulacaq. Özüm onu məsuliyyətə cəlb etdirəcəm və qanuni tədbirləri görəcəm. O adama çatdırın ki, o, özü-özünü bitirəcək. Bu adam fikirləşmir ki, başını qılıncın ortasına qoyub və başını apararlar. O xanım reket jurnalistika fəaliyyəti ilə məşğuldur. Bu da ona baha başa gələcək. Dövlətimizin qanunları var”, - deyə sahibkar əlavə edib.

Milli Cəbhə Partiyasının fəal üzvü Almaz Məmmədovanın isə sahibkarın onun barəsində söylədiyi ittihamlara cavabı belə olub:

“Həmin sahibkarı tanımıram. Qaldı ki, zirzəmi ilə bağlı məsələdə fəallıq nümayiş etdirməyimə səbəb 3-4 il öncə həmin binanın 11-ci mənzilində qeyri-qanuni divar örtüyü aradan qaldırılırdı. O gündən hər hansı bir qayda pozuntusuna bir sakin olaraq etirazımı bildirirəm. İndi də həmin binanın 2 nömrəli mənzilinin zirzəmisində eyni hadisə, yəni divar örtüyünə zərər verərək qapı açılıb və zirzəminin özülündən 2 kamaz torpaq çıxarılıb. Mən müdaxilə etdikdən, bütün qurumları ayağa qaldırdıqdan sonra zirzəmi 2 dəfə blomlanıb.

Çox maraqlıdır mən qurumlara şikayət etməsəm, indi artıq həmin zirzəmi öz fəaliyyətini davam etdirirdi. Dəfələrlə bu bina ilə bağlı həyacan təbili vermişəm, amma hələ də bu cür faktlarla qarşılaşıram. Burada əsas məsul qurum Əmlak Məsələləri Dövlət Komitəsidir. Necə olur ki, həmin zirzəmiyə ilkin baxış keçirilmədən rəsmi çıxarış verə bilir?”

Qaldı ki, qeyd edilən ittihamlara, Almaz Məmmədova Sakit İbrahimovun söylədiyi bütün iddialara hüquqi müstəvidə cavab veriləcəyini deyib:

“Əminəm ki, iddiaçı şəxs işlətdiyi hər kəlmənin arxasında durmağı bacarır. Mənə atılan şər-böhtan əslində paralel olaraq dövlət qurumlarına atılmış sayılır. Çünki mən şikayətçi tərəfəm, tikintini isə Suraxanı Rayon İcra Hakimiyyəti, Fövqalədə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar dayandırıb. Dövlət əmlakına ziyan vurub, hüquqlarını bilən bir Azərbaycan qadınına o cür şər-böhtan atmaq ancaq çarəsizlik, qadın uğurunu həzm edə bilməyənlərin işidir. Deyilən hər kəlməyə görə hüquqi müstəvidə cavab veriləcək və aidiyyəti orqanlara müraciət olunacaq”.
 //Bizim.Media//
Ardını oxu...
"Antiterror əməliyyatının ardınca onu canı və qanı bahasına həyata keçirən hərbçilərimizin mükafatlandırılmasına artıq start verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Hərbi Xidmət Haqqında Qanuna" bir sıra dəyişikliklər təklif edib.
Təklif olunan dəyişikliklər arasında hərbi xidmətdən pensiyaya çıxmaq yaşının 48-dən 53-ə, xidmət müddətinin isə 20 ildən 25 ilə artırılması nəzərdə tutulur. Üzr istəyirəm, "artırılması" yox, "dəyişdirilməsi". Maliyyə Nazirliyi də təklifləri dəstəkləyib."


Məlum olur ki, bu təkliflə bağlı ölkənin 3 nazirliyi - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Müdafiə Nazirliyi arasında razılaşma əldə olunub. Hətta müvafiq sənədlər də imzalanıb. İndi isə məsələ ictimailəşməyə başlayanda hamısı özünü kənara çəkir, amma biri də durub açıqlama vermir ki, belə bir niyyət olmayıb, yoxdur və olmayacaq.
Bu da o deməkdir ki, gözləyirlər ara sakitləşsin və davam etsinlər. Edəcəklər də, necə ki, bundan əvvəl Maliyyə Nazirliyi Türkiyə generallarının Azərbaycan Ordusunun hərbçilərinə əməkhaqqı barədə verdiyi təklifləri rədd etmişdi. Halbuki bu, Türkiyə modelinə keçid üçün ilk və zəruri addım idi.
Bundan başqa Türkiyə generalları o təkliflər paketini öz təşəbbüsü ilə deyil, Azərbaycan hakimiyyətinin, yəni İlham Əliyevin orduda islahatlar aparmaq istəyi əsasında tərtib etmişdi. Odur ki, məntiqlə Samir Şərifov rədd olunmalı idi, amma nəinki olunmadı, hətta pozucu fəaliyyətini davam etdirir də.
Paradoksal vəziyyət alınır: ölkənin siyasi hakimiyyəti, daha doğrusu İlham Əliyev, orduda islahatlar aparmaq istədiyini deyir və bu məqsədlə Türkiyə ordusunun generallarını dəvət edir. İlham Əliyevin nazirləri isə Azərbaycan Ordusunun Türkiyə modelinə keçməsi istiqamətində irəli sürülən istənilən təşəbbüsü beşiyindəcə boğur.
Amma paradoks bunda da deyil, ölkənin siyasi hakimiyyətinin, yəni İlham Əliyevin təşəbbüslərinin onun öz nazirləri tərəfindən sabotaj edilməsindədir. Əgər bu sabotajdırsa, o zaman onlar niyə cəzalandırılmır? Yox, əgər sabotaj deyilsə, o zaman nədir?
Mövzuya qayıdacağıq.
Ərəstun Oruclu
Teref.az
Ardını oxu...
Yeni tədris ili gəlişiylə birgə bir çox qayğıları da bərabərində gətirdi. Həmin qayğılardan biri də bəzi universitetlərdə birinci kurs tələbələri ilə bağlanan müqavilələrdir.

Belə ki, bəzi universitetlər övladları birinci kursa qəbul olmuş valideynlərlə müqavilə bağlayarkən belə bir şərt irəli sürür ki, birinci kursdan sonra başqa universitetə keçid etmək istəsə, onda həmin şəxs qalan 3 ilin də təhsil haqqını ödəməlidir.

Nə qədər qəribə görünsə də bu, reallıqdır.

Məsələ ilə bağlı təhsil üzrə ekspert Nadir İsrafilovla həmsöhbət olduq. DİA.AZ-ın məlumatına görə, o, Bizim.Media-ya açıqlamasında bildirib ki, hər universitetin öz daxili nizamnaməsi var:

“Ali təhsil müəssisələri də həmin nizamnaməyə uyğun fəaliyyət göstərir. Ona görə də bəzi ali məktəblərdə valideynlərlə bu cür müqavilələrin bağlanmasında təəccüblü bir şey yoxdur. Hər bir universitet özünü sığortalamaq istəyir. Çünki, özəl universitetlərin büdcəsi əsasən təhsil haqqı hesabına formalaşır.

Əgər hansısa universiteti il ərzində 15-20 tələbə tərk edərsə, onda həmin ali məktəb il ərzində ən azından 30-40 min manat vəsait itirmiş olur. Ona görə də universitet özünü fors-major hallardan sığortalamaq üçün bu cür addımlar atır”.

Nadir İsrafilovun sözlərinə görə, müqavilə o deməkdir ki, hər iki tərəf öz üzərinə müəyyən öhdəlik götürür:

“Universitetlər də çalışır ki, öz öhdəliklərini yerinə yetirmək üçün daha güclü iqtisadi dayanağa malik olsunlar. Əgər hansısa valideyni universitetin şərtləri qane etmirsə, o müqavilə bağlamaqdan imtina edə bilər.

Bu halda uşaq ən azı bir il təhsildən kənar qala bilər. Bunun və danışdığımız problemin baş verməməsi üçün hər bir valideyn və abituriyent ali məktəb seçərkən diqqətli olmalıdır. Seçdikləri universitetin daxili nizamnamə qaydalarını qabaqcadan öyrənməlidir ki, sonradan xoşagəlməz hallarla rastlaşmasınlar”.

Ekspert bu məsələdə günahı daha çox valideynlərdə görür:

“Ona görə ki, əksər valideynlərdə belə bir düşüncə var ki, hansı universitet olur-olsun, təki övladları kənarda qalmasın, qəbul olsun. Qəbul olandan sonra isə bu və digər problemlər ortaya çıxır. Problemsə əsasən reyrinqi aşağı olan universitetlərdə olur. Aparıcı universitetlər inanmıram ki, bu cür müqavilə şərtləri irəli sürsün”.
        
Ardını oxu...
Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 39 min 890 manat olan tender müsabiqəsinin qalibi “Best Holding 2023” MMC (VÖEN- 1308163171) olub.
“Best Holding 2023” MMC Əlyazmalar İnstitutuna elmi-tədqiqat xidmətləri göstərəcək. Bu xidmətlər “Molla Nəsrəddin” jurnalının elektron arxivinin yaradılması və bununla bağlı tədqiqat işlərindən ibarətdir.
Tender müsabiqəsiylə bağlı diqqət çəkən bir-neçə şübhəli məqamlar var:
Bunlardan biri odur ki, qalib şirkət yeni yaranıb. “Best Holding 2023” MMC 1 fevral 2023-cü il tarixində cəmi 5 manat nizamnamə kapitalı ilə Yasamal rayonu, Dadaş Bünyadzadə ev 128 ünvanında dövlət qeydiyyatına alınıb.
Barəsində açıq internet resurslarda heç bir məlumat olmayan “Best Holding 2023” MMC son bir ayda AMEA-nın keçirdiyi 3 tenderin qalibi olmağı bacarıb. Maraqlıdır ki, yeni yaranmasına baxmayaraq qalib olduğu tender müsabiqələrinin hər üçü fərqli istiqamətlər üzrə olub:
Ardını oxu...
Qeyd edək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması lazımdır.
Cəmi 7-8 ay əvvəl yaranan şirkətin fərqli istiqamətlərdə yüksək peşakarlıq tələb edən (elmi tədqiqat, kimyəvi reaktivlərin satılması və s.) işləri görə bilməsi üçün hansı peşəkarlığa və təcrübəyə sahib olduğu da başa düşülən deyil.
Tenderdə qalib olan şirkətlə bağlı diqqət çəkən başqa bir məqam odur ki, “Best Holding 2023” MMC-nin qeydiyyatda olduğu ünvanda eyni tarixlərdə, eyni nizamnamə kapitalı ilə eyni şəxsin qanuni təmsilçi olduğu və bənzər adları olan daha 4 şirkət qeydiyyata alınıb:
Ardını oxu...
Roman Qasımovun rəhbərlik etdiyi bu şirkətlərdən biri – “Savalan 99 Group” MMC də yeni yaranmasına baxmayaraq qısa müddətdə 3 tenderin qalibi olmağı bacarıb.
Ardını oxu...
Tenderlə bağlı şübhəli məqamlardan biri də, bu MMC-lərin qanuni təmsilçisi olan Qasımov Roman Safəddin oğlu ilə eyni ad, soyad və ata adına malik olan şəxsin daha əvvəl narkotik maddələrdən istifadə və silsilə oğurluq əməllərinə görə dəfələrlə həbs olunmasıdır. Roman Qasımovun həbs olunması ilə bağlı Daxili İşlər Nazirliyin yaydığı videogörüntünü təqdim edirik:

Məlumat üçün onu da bildirək ki, Yeniavaz.com dövlət qurumlarının keçirdiyi tenderlərdə cinayət əməlləri törədən şəxslərin rəhbərlik etdiyi şübhəli şirkətlərin qalib olması ilə bağlı əvvəllər də araşdırmalar aparıb. Lakin, bu barədə rəsmi qurumlar tərəfindən bu günə kimi heç bir açıqlama verilməyib.
 

Ardını oxu...
Metronun Gənclik stansiyasına yaxın ərazidə olan- 200 saylı məktəbdə (MLK) imkanlı valideynlər üçün VİP xidmətlər yaradılıb. Ayda bəlli miqdar ödəyirsən, uşağının çantasını özü yox, məktəbdə texniki işdə çalışan xanımlar daşıyır. Maraqlıdır ki, söhbət çox da aşağı siniflərdən getmir ki, “çantaya gücü çatmadığı üçün kömək edirlər” bəhanəsi ortaya atılsın. Hansı valideynlərin bu xidmət üçün nə qədər pul ödədiyi də məlumdur.
Gundeminfo.az xəbər verir ki, bu barədə jurnalist Məhəmmədəli Qəribli sosial şəbəkə hesabında yazıb. Daha sonra o qeyd edib:

"Bu hala daha çox çantanı daşımağa tam gücü çatan siniflərdə oxuyan şagirdlər arasında rast gəlinir.
Mən bu məsələdə uşaqlarda heç bir günah görmürəm. Olmazmı ki, o xidmət üçün pul ödəyib, uşağını digər şagirdlərdən fərqləndirməyə çalışan valideynlər, belə bir rəqabəti övladını daha yaxşı oxumağa sövq etdirməklə, “kim daha çox savadlıdır?” prinsipi üzrə apararsın?
Məktəb və onun rəhbərliyi niyə bu cür fəaliyyətləri stimullaşdırmaqla uşaqlar arasında diskriminasiya yaradır? Hətta vəziyyət o həddə çatıb ki, aşağı siniflərdə oxuyanlardan birinin valideyni uşağının başqa şagirdlərlə deyil, tək oturması üçün xüsusi yumşaq oturacaq və digər aksesuarlarla təchiz edilmiş parta yığdırıb.
Məktəb deyil ey, sanki eyni təyyarədə uçan, ancaq birinin bileti biznes, digərininki isə ekanom klas olan sərnişinlərə göstərilən xidmətdir.
Hörmətli Emin Əmrullayev, biz övladlarımızı məktəbə təhsil almağa göndəririk, yırtıcı kapitalizmin doğurduğu reallıqlar altında psixoloji olaraq əzilməyə yox!"

Dünyapress TV

Xəbər lenti