Ardını oxu...
Şirvan şəhər sakini Qarabağ döyüşçüsü Əliqardaş İbrahimova bildirir ki, o uzun illər öncə ailə həyatı qurub əlavə edir ki, bir müddət sonra həyat yoldaşı ondan boşanmaq üçün məhkəməyə müraciət edib və boşanıb. keçmiş həyat yoldaşı onun Abşeron rayon ərazisində yerləşən evindən pay istəsə də, məhkəmə ərazinin kənd təsərrüfatı təyinatlı torpaq olduğunu bildirərək şikayəti təmin etməyib və xanımın evdən çıxması barədə qərar çıxarıb.
Müsahibimiz iddia edir ki, 2019-cı ildən məhkəmənin qərarı icra məmurları tərəfindən icra edilmir. O kanalımız vasitəsilə ədliyyə naziri Fikrət Məmmədova müraciət edərək onun hüquqlarının qanuni şəkildə icra edilməsini istəyir.

Daha ətraflı aşağıdakı videoda:

 
Ardını oxu...
Hakim Bəhlul Cəlalov iddianı mümkün saymayacağını öncədən aktlaşdırıb

Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyanın 61-ci maddəsinə görə, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ , qanunla nəzərdə tutulmuş hallarda bu hüquqdan dövlət hesabına, ödənişsiz yararlanmaq hüququ vardır.

Ana Qanunun 129-cu maddəsinə görə prosesin istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin edilir. İnzibati Prosessual Məcəllənin (İPM) 31.1-ci maddəsinə görə, proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ var. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 20-ci maddəsinə görə, məhkəmədə vəkilin xidmətini ödəməyə kifayət qədər vəsaiti olmayan şəxslərə heç bir məhdudiyyət qoyulmadan göstərilən vəkil xidmətinin haqqı dövlət büdcəsinin hesabına ödənilir. Bu Konstitusiya, bu qanun, bu Prosessual Məcəllə, bu da Bakı İnzibati Məhkəməsinin (İM) qeyri-prosessual özbaşınalığı!

Bakı İM-in hakimi Bəhlul Cəlalov İPM-in 31.1-ci maddəsinin vəkil ayrılmasına əsas verdiyi halda, İPM-in 1.2 maddəsi əsasında MPM-in 67.2 maddəsini tətbiq edib və 02.05.2023 tarixli qərardadla 1-ci dərəcəli Qarabağ əlilinə vəkil ayrılmasından imtina edib ki, yalnız kassasiya instansiyasında vəkil ayrılması qanunda nəzərdə tutulub. MPM-ə 09.06.2023 tarixli qanunla edilən dəyişikliklə 67.2 maddəsi ləğv edilib və yeni 67-1 maddəsi (“ Vəkilin prosesdə dövlət hesabına iştirakı”) əlavə olunub. Bu yeni maddə hakimlərə birinci, apellyasiya instansiyalarında da vəkil ayırmağa prosessual əsas verir. Di gəl, məhkəmə hakimlərinin öz qeyri-prosessual əsasları var.

1-ci dərəcəli Qarabağ əlili xəstəxanada ölümlə çarpışanda Bakı İM-in hakimi Bəhlul Cəlalov əlilin iclasın ertələnməsi haqqında 2 ərizəsinə baxmayıb, 13.09.2023 tarixli qərardadla vəkil ayrılmasından imtina edib. Hakimin əsaslandırılması özbaşınalıqdan və vicdansız davranışdan özgə bir şey deyil. Özbaşınalığa, vicdansızlığa baxın, HAKİM ÖNCƏDƏN İDDİANI MÜMKÜN SAYMAYACAĞINI , BU “ƏSAS”LA 1-Cİ DƏRƏCƏLİ QARABAĞ ƏLİLİ İDDİAÇININ VƏKİLLƏ DÖVLƏT HESABINA TƏMİN OLUNMAQ HÜQUQUNUN REALLAŞDIRILMASININ QANUNVERİCİLİYİN TƏLƏBLƏRİNƏ UYĞUN OLMADIĞINI AKTLAŞDIRIB. (?)

Hakimin öncədən işin nəticəsi barədə fikir bildirməsinin özü bir yana, iddianı mümkün saymayacağını aktlaşdırması ölkədə məhkəmə hakimiyyətinin olmadığını bir daha ortaya qoyur. Məhkəmə hakimiyyəti yoxdursa, hansı hüquqdan danışmaq olar?
Məğrub Bədəlli
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
 
Ardını oxu...
Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 40 nömrəli evdə yaşayan İsmayılov Eyvaz Elçin oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, məhkəmələr onun uşağının ruhi xəstə olan dayısı ilə birgə yaşamasına qərar verib. Bu səbəbdən, o, qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

“Möhtərəm Prezident!

Mən, İsmayılov Eyvaz Elçin oğlu, diqqətinizə çatdırıram ki, 15 oktyabr 2016-cı ildə keçmiş yoldaşım Qasımova Safura Füzuli qızı ilə rəsmi nikaha daxil olmuşam. Nikahımızdan 17 dekabr 2018-ci il təvəllüdlü İsmayılov Elçin Eyvaz oğlu anadan olmuşdur. Yasamal Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli 2(004)-108/2023 nömrəli qətnaməsi ilə nigahımız ləğv olunmuş, azyaşlı övladımızın ananın yanında saxlanılması, məndən hər ay 220 manat sabit pul məbləğində aliment tutulub Qasımova Safura Füzuli qızına ödənilməsi qət edilib.

Mən övladımızın saxlanılması üçün rəsmi aliment məbləğindən daha çox vəsait xərcləyirəm, lakin ödədiyim vəsait mənim övladımın ehtiyaclarına, xüsusən də müalicəsinə xərclənmir.

Nikahımız ləğv edildikdən sonra keçmiş həyat yoldaşım Qasımova Safura Füzuli qızı övladımızla birgə ata evinə - Ucar rayonunun Qarabörk kəndinə qayıdıb. O, ata-anası və anadangəlmə ruhi xəstə, l-ci qrup əlil olan qardaşı Qasımov Abbas Fizuli oğlu ilə bir evdə yaşayır. Övladımız İsmayılov Elçin Eyvaz oğlunun sağlamlığında ciddi problemlər olduğu üçün mütəmadi müalicə almalıdır. Bakı şəhərində yaşayarkən mən övladımızın müalicəsi ilə mütəmadi məşğul olmuşam, anası onu özü ilə Ucar rayonunun Qarabörk kəndinə aparandan sonra mən və oğlum bu imkandan məhrum edilmişik.

Məni narahat edən digər məsələ isə keçmiş hayat yoldaşım Qasımova Safura Füzuli qızının qardaşı Qasımov Abbas Fizuli oğlu ilə bir evdə yaşamasıdır. Çünki, bu, başqa ailə üzvləri ilə bərabər həm də övladımızın hayatı üçün tahlükəlidir. Mən dəfələrlə Qasımov Abbas Fizuli oğlunun öz anasına əl qaldıraraq onu vəhşicəsinə, ölümcül döyməsi barədə məlumat almışam, həm də bunun şahidi olmuşam. Ona görə də, Yasamal Rayon Məhkəməsinə oğlum Elçinlə ünsiyyət qurmaq və onun anadan alınaraq mənim himayəmə verilməsinə dair iddia ərizələri ilə müraciətlər etmişəm. Yasamal Rayon Məhkəməsi mülki işləri rəy verilməsi üçün Yasamal Rayon İcra hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına göndərmişdir. Mən iddia tələbimdə göstərdiyim xüsusatları sübut edən sənədləri və video-materialların komissiyanın üzvü Elçin müəllimə təhvil verməyim barədə sədr Təravət Muradovaya məlumat vermişəm. Bildirmişəm ki, 35 vərəqdən ibarət sənədi və 120 dəqiqəlik video-materialı Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü Elçin müəllimə əlbəəl vermişəm. Lakin bu sübutları təqdim edərkən hiss etdim ki, o insanın məndən təmənnası var, daha sonra bütün hərəkətləri bunu bütünlüklə sübüt etdi.

Məni Qəyyumluq və Himayəçilik Komissiyasının iclasına dəvət edərkən orada Təravət Muradova və Elçin müəllimlə bərabər cəmi 3 nəfər iştirak etmişdir. Lakin rəy Yasamal Rayon Məhkəməsinə göndəriləndə məlum oldu ki, Qəyyumluq və Himayəçilik Komissiyası mənim təqdim etdiyim sübutlara və video-materiallara istinad etməmişdir, nə də onları nəzərə almamışdır. Üstəlik, onları məhkəməyə göndərməyərək gizli saxlamışdır, rəyə heç bir sənəd və heç bir video-material əlavə edilməmişdir. Yasamal Rayon Məhkəməsi Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsaslanaraq ədalətsiz qərar qəbul edib. Bununla da Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himyaçilik komissiyası mənim və azyaşlı övladımın hüquqlarını kobud surətdə pozmuş, həm də qəbul etdikləri sübutları gizlətməklə vəzifə cinayəti törətmişdir.

Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının mənə qarşı törətdiyi qanunsuzluqlarla əlaqədar mən Azarbaycan Respublikası Prezidentinin Administrasiyasının şöbə müdiri, hörmətli Zeynal müəllim Nağdəliyevin qabuluna gedərək, şikayət etmişəm. Bundan sonra Yasamal Rayon İcra hakimiyyətinin başçısı, hörmətli Elşad müəllimin qabulunda olaraq, şikayət etmişəm. Bu zaman Təravət Muradova Elşad müəllimə məlumat verdi ki, mənim onlara təqdim etdiyim sənədlər və video-materiallar haqqında cənab Zeynal Nağdəliyeva göndərilən arayışda yazılmışdır. Təravət Muradova faktiki olaraq sənədləri və videomaterialları qəbul etdiklərini etiraf etmişdir.

Cənab Prezident!

Yuxarıda göstərilənləri nəzərə alaraq Sizdən xahiş edirəm ki, Yasamal Rayon İcra Hakimiyyətində qəbul edilmiş sübutları Yasamal Rayon Məhkəməsindən daxil olmuş mülki işə əlavə etmədiklarinə və gizlətdiklərinə, bununla vəzifə cinayəti törətdiklərinə göra Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himyəçilik komissiyasının sədri Təravət Muradovanın və Komissiyanın üzvü Elçin adlı şəxsin barəsində tədbir görülsün. Məhkəmə rəylərinin şəkillərini Sizə təqdim edərək, dediklərimin hər birinin həqiqət olduğunu sübut edirəm”.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Şabran Rayon Mərkəzi Xəstəxanasında yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Şabran rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı 2018-2023-cü illəri əhatə edən dövr ərzində qeyd edilən xəstəxananın vəzifəli şəxs(lər)inin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil edib külli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.
 

Ardını oxu...
Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 28, mənzil 14-də yaşayan şəhid ailəsinin üzvü Quliyev Ənvər Qabil oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ona haqsız yerə 35 000 manat cərimə yazılıb:

"Mən, Quliyev Ənvər Qabil oğlu, yazaraq sizdən xahiş edirəm problemimi işıqlandırın.

Şəhid ailəsinin üzvüyəm. Qardaşım Quliyev Nazim Qabil oğlu Birinci Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur. 09.01.1992-ci ildə döyüş zamanı şəhid olmuşdur. 08.10.1992-ci ildə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Milli Qəhrəmanı fəxri adı verilmişdir. Haqqında bir çox sənədli filmlər çəkilmişdir.

Bu ərizəni sizə yazmaqda məqsədim odur ki, 1 ildən artıq gedən yerli və apellyasiya məhkəmələrində haqsızlıqlarla üzləşmişəm. Mən bir şəhid ailəsi kimi öz hüquqlarımın qorunmasını, işə qanuni və ədalətli qərar verilməsini istəmişəm. Lakin barəmdə 2 yerli və 3 apellyasiya məhkəməsi açılıb, hamısını da uduzmuşam, baxmayaraq ki, mən haqlı olmuşam. Hətta iddiaçı tərəfdən heç kimin iştirak etməməsinə baxmayaraq, tapşırıq nəticəsində işi udmuşlar.

Bildirmək istəyirəm ki, 09.09.2022-ci il, saat 14:55 radələrində Abşeron rayonu, Saray qəsəbəsində idarə etdiyim 50-DT-730 dövlət nömrə nişanlı "Opel Astra H" markalı maşınla dayandığım zaman, qarşı tərəfdən gələn 90-AA-552 dövlət nömrə nişanlı "Qalenvagen" markalı maşın dönmə əməliyyatını edərkən idarəetməni itirdi və mənim maşınımı ön hissədən vurub keçdi. Mənim maşınım yararsız hala düşdü, “Qalenvagen” markalı maşın isə yüngül cızıqla qurtardı.

Sürən cavan uşaq idi, çox böyük sürətlə hərəkət edirdi, dönmə işığından istifadə etmədi və heç bir sənədi də yox idi. DYP əməkdaşları gəldikdə, sürücü “maşın Vaqif Axundovundur” (General-polkovnik, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi – müəl.) dedi, sığortaya da həmçinin. Mən tələb etdim ki, video-görüntü çıxarılsın. Təkid etsəm də, qulaq asan olmadı.

Vaqif Axundov mənim bir şəxsiyyət kimi dəyər verdiyim insandır. Bilirəm ki, Vaqif müəllimin bu işlərdən xəbəri yoxdur. Bu insanlar hər yerdə bu addan istifadə edirlər.

İddiaçı tərəf “Hermes Finance” Qapalı Səhmdar Cəmiyyətidir (ünvan: Xətai rayonu, Babək prospekti, 43A). İndi məndən dəymiş ziyana görə 35 000 (otuz beş min) manat pul tələb edirlər (halbuki, dəyən ziyan 5 000 manat etmir). Bunlar hansısa MMC-nin sənədinə əsaslanaraq akt tərtib ediblər, özləri nə istəyiblər, onu da yazdırıblar.

Təsəvvür edin ki, qabaq sağ təkər sürtüb keçib, yazdırıblar ki, 2 disk dəyişmişik, hər birinin qiyməti 4400 manat. Bu qədər haqsızlıq olar?! Mən kasıb adamam, heç bir yerdə işləmirəm, bu qədər pulu yuxuda da görməmişəm. Məhkəmədən qabaq qərar olmadan öz maşınımı dəyər-dəyməzə satdım ki, borcumu verim. Bir məhkəmə də açdılar ki, maşın öz sahibinin adına qayıtsın. Halbuki, həbs, məhdudiyyət olmadan yerli məhkəmə prosesindən 15 gün öncə satılıb. Bu qədər haqsızlıq olar?!

Çox xahiş edirəm, şəhid ailəsi, Milli Qəhrəman qardaşı kimi mənə köməklik göstərərək, bu məsələni ictimailəşdirəsiniz. Bəlkə, Vaqif müəllim bu məsələdən xəbərdar olar.

Mənim ümidim Sizsiniz, Sizə güvənirəm”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Şəmkir şəhəri, Səməd Vurğun küçəsi, ev 74 ünvanında yaşayan Nəbiyev Zilfiqar Hətəm oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, bacısı ona notarius vasitəsilə “ölüm kağızı” alaraq, qanunsuz olaraq ata evini başqa şəxslərə satıb:

"Mən, Nəbiyev Zilfiqar Hətəm oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimin araşdırılamsına kömək göstərəsiniz.

Hal-hazırda sənədlərimdə ölü bir insanam. Öz bacım mənə saxta “ölüm kağızı” çıxartdıraraq, ata mülkünü bir necə şəxsə satmışdır.

3-cü qrup əlil, həm də Birinci Qarabağ Müharibəsinin veteranıyam. 2 övladım var, biri yanımda yaşayır.

İllərlə Rusiyada yaşamışam, elə bundan da istifadə edən bacım mənə “ölüm kağızı” çıxartdıraraq torpağımı mənimsəyib satıb. Şəmkir notariusuna gedəndə məni lağa qoyub gülürlər ki, "ölü gəlib".

Rusiyaya gedib işləməyimə səbəb də bacılarım olub. Başımı götürüb getmişəm. Azərbaycanda olduğum müddətdə bacılarımla dalaşırdıq, məni tutdururdular. Dəfələrlə tutulub çıxırdım, yenə eyni hadisələr davam edirdi. Bu səbəbdən də illərlə Rusiyada yaşadım, evimin satılmağından, “ölü” olmağımdan bixəbər.

Rusiyada işlədiyim müddətdə yaxşı insanlarla tanış oldum və həmin insanlar satılan ata torpağımda mənə ev tikdirdilər. Övladlar arasında bölünən bu torpaq hərəyə 6 sot düşürdü, həmin 6 sotda mən ev tikdirdim. Nəbiyeva Hicranın qanunsuz satdığı torpaqda hal-hazırda yaşanlar Duraxanov Əli, Duraxanov Şəhla və s. qohum əqrabaları tez-tez evimə gəlib məni və uşağımı təhqir edir, döyürlər ki, çıx bu evdən, biz bu evin pulunu vermişik. Pulu alıb yeyən Hicrana söz demirlər, yiyəsiz məni görüb, mənim üstümə düşürlər.

Yoldaşımla bacım əlbir olub, torpağı satıblar. Daha sonra bacım və qonşular ailəmi yola vermədiyindən, yoldaşım evdən gedib. Uşağın biri anası ilə qalmadı, məni tək buraxmadı, gəlib yanımda yaşayır. Mən öz canımdan yox, onsuz da “ölmüşəm”, uşağımdan qorxuram. Uşağımı qonşunun uşağı təpiklə vuraraq, kor bağırsağını partladıb. Evimi alan və qonşuluğumda yaşayan şəxslər evimə gələn su borusunu qırıb. Evə 6 nəfər basqın etdi, körpə uşağımı və məni döydülər ki, çıxın evdən. Təpiklə necə vurdularsa, qolum sındı. Sübutlarım da var, amma polis işimə baxmır. Mən sabah cinayət etsəm, “ölü adam” kimi tutulacam, amma məni öldürmək istəyənlər “at oynadırlar”.

Mən sizin qəzet vasitəsilə sual verirəm: ay polislər, mən kimisə öldürsəm yenədə məni heçə sayacaqsız, yoxsa onda qanunla gəlib həbs edəcəksiz? Döyülməyimlə bağlı ekspert kağızım var, uşağım döyülür, niyə məni anlayan yoxdur?!

Qonşuluqda yaşayırlar, biri üstümə gələn kimi hamısı yığılır gəlir. Təkəm, yaşım o yaş deyil ki, onlara cavab verim. Əri yanında olan qadınlar əxlaqsız söyüşlər söyür, məni təhqir edirlər. Onun ərinin gücü çatıb susdura bilmirsə, mən yad kişi nə edim elə insanlara?!

Oğlum məktəbdə oxuyur, savadlı uşaqdı, amma yaşayış yerim yoxdur ki, onu yanımda məktəbə qoyum, təhsilinə davam etsin”.

Ardını oxu...
Ardını oxu...

P.S. Maraqlısı odur ki, 2016-ci ildə kimlik alan şəxs hələ də Əmlak Komitəsində və notariusun sənədləşməsində “ölü” kimi göstərilir. Təsəvvür edin, hal-hazırda bu insan yaşadığını sübüt edib, torpağını ala bilmir. İllərdir məhkəmələr davam edir, amma nəticə yoxdur. Deməli, Əmlak Komitəsi ilə notarius əlbir olub, bir insanın həyatını məhv ediblər. Belə çıxır ki, bizim daxili mübarizəmiz ermənilərlə mübarizədən daha çətin olacaq.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Günü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərini ortaya qoyurlar. İş-işdən keçəndən sonra müraciət edənlər nə peşəkar müəllim görür, nə də keyfiyyətli təhsil. Əksinə boşuna vaxt itirmiş olurlar.

Bəzən də reklamda "endirim" adı ilə hər hansı tanınmış müəllimini adı reklam olunur. Müraciət edən şəxs həmin müəllimin qrupunda iştirak etmək istəyinə rəğmən, başqa birinin qrupuna yönləndirilir. Belə olduqda isə şəxsin ödənişlə bərabər, itirdiyi zamanına görə heç kəs cavabdehlik daşımır.

Bəs, kursların reallığı əks etdirməyən reklamlarına aldanmamaq üçün nə etməliyik?

Təhsil eksperti Kamran Əsədov Bizim.Media-ya bildirib ki, bu olduqca ciddi bir problemdir:

“Aldanmamaq üçün biz kursların yoxlama mexanizmini bilməliyik. Hazırda istər repetitorlar, istər hazırlıq kursları, təəssüf ki, tamamilə nəzarətdən kənar fəaliyyət göstərirlər. Onlara nəzarət mexanizmi yoxdur. Bu gün istər kurslar, istər repetitorlar bu və ya digər şəkildə reklam vasitəsilə tələbə yığırlar. Yalnız kursların fəaliyyəti Dövlət Vergi Xidməti və DSMF tərəfindən yoxlanılır ki, onların vaxtı-vaxtında vergilərini ödəməsi və ya işçilərlə əmək müqaviləsi ilə çalışdırılması məsələsinə nəzarət təmin olunsun”.

Ekspert qeyd edir ki, bəzən həmin kurslarda çalışanlar tədris etdiyi sahənin mütəxəssisi olmur. Buna görə də əvvəlcədən müqavilə imzalanmalıdır ki, öhdəliklər yerinə yetirilmədikdə ödənilmiş məbləğ və ya valideynə dəymiş xərclər geri qaytarılsın:

“Bəzən görürük ki, kimsə tərcümə ixtisasını bitirib, ingilis dili dərsini, yaxud məktəbi bitirməyən şəxslər ibtidai müəllim və ya digər fənniləri tədris edirlər. Bu gün birmənalı şəkildə onların tədris həyata keçirməsinə nəzarət olunmur. Valideynlər də saxta reklamlara aldanır. Bu əslində dələduzluq deyil, sadəcə xidmət göstərən zaman müəyyən qədər qanunvericiliyin tələbinin pozulmağıdır”.

Kamran Əsədov həmçinin bildirib ki, məsələ ilə bağlı mütləq şəkildə Elm və Təhsil Nazirliyi və yaxud Dövlət İmtahan Mərkəzi mütəmadi monitorinqlər aparmalıdır:

Sonda ekspert valideynləri tövsiyə olaraq bildirib ki, hər şeyi kursun üzərinə atmaq doğru deyil. Onlar dərs prosesinə özləri də nəzarət etməlidirlər:

“Bu mövzuya valideynlər nəzarət etməlidir. Övladlarını sınaq imtahanlarına cəlb etməli və kursda öyrəndiklərinin nəticəsini bilməlidirlər. Bu ciddi bir məsələdir və bəzən uşaqlar sınaqlara getmir və yaxud kurslar icazə vermir ki, onların abituriyentləri başqa kursun sınaqlarına getsin, DİM-in sınaqlarında iştirak etsin. Belə vəziyyətdə valideynlərin üzərinə böyük yük düşür. Görəndə ki, uşaq zəruri biliklərə yiyələnmir, övladlarını həmin yerdən uzaqlaşdırmaları daha məqsədə uyğun olar”.
 
 
 
Ardını oxu...
“Evimiz-İpolteka Şirkəti” MMC-nin qanuni təmsilçisi Ramin Əmrahovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib və hakim Nəriman Mehdiyevin icraatına verilib.

Oktyabrın 13-nə məhkəmə hazırlıq iclası təyin edilib. İş üzrə 30 nəfər zərərçəkən qismində tanınıb.

Ramin Əmrahov Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq – təkrar törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddədə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Vətəndaşlar hüquq mühafizə orqanlarına “Evimiz-İpoteka Şirkəti” MMC-dəm şikayət edərək dədləduzluğa məruz qaldıqlarını bildiriblər. Şikayətçilər bu məsələdə əsasən Ramin Əmrahovun adını hallandırıblar. Şirkətin təsisçisi Ramin Əmrahovun qardaşı Vüqar Əmrahov olsa da, şikayətçilər müqavilələri birinci ilə bağladıqlarını bildiriblər. Əlavə ediblər ki, Ramin Əmrahov onlara 250 min manatdan çox ziyan vurub.

Vətəndaşların şikayətindən sonra Daxili İşlər Nazirliyi hərəkətə keçib. Nizami Rayon Polis Şöbəsində faktla bağlı cinayət işi başlanıb. Az sonra isə Ramin Əmrahov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
 
Ardını oxu...
Hörmətli həmkarlar,
Hər şey gözlədiyimiz kimi baş verməyə başlayır.
QHT Agentliyinin qrant qaydalarının Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi ilə bəzi məsələlərin üstü açılmağa başlayır.
Artıq QHT Agentliyinin icraçı direktoru və bir neçə üzvü bəzilərinin dəqiq adları bizə bəlli olan təşkilatlara böyük, bəzilərinə isə orta qrant vermək barədə danışıqlar aparıb.
Sual oluna bilər ki, mən bu məsələnin dəqiqliyini haradan bildim.
Həmin təşkilatlardan biri məndən innovativ və daha çox görüntü yarada biləcək ideya mövzusunu tapmaqda kömək xahiş etdi. Bildirdi ki, ona orta qrant verməyi düşünürlər, sadəcə normal ideya mövzusu verməliyəm ki, məndən başqa həmin mövzuya heç kim müdaxilə edə bilməsin.
Artıq ağıllarını işlətməyə başlayıblar. Əvvəldən sövdələşmə əsasında ideya mövzularını elana daxil edir, sonra həmin ideya üzrə guya yaxşı layihə verəni qalib edirlər. Kimə istəsələr də rahatlıqda qrant ayırmaya bilirlər.
Doğrusu sözügedən qaydalar təsdiq olunanda, QHT sədrləri mənə bildirdilər ki, artıq böyük qrantın da, elə orta qrantın da yiyələri bəllidir.
Hətta siyahını şərti olaraq səsləndirib mərc edənlər də oldu. Gözləyək görək ilin sonunda necə olacaq.
Əvvəllər çox gözəl təcrübə var idi, müsabiqə mövzuları ictimaiyyət nümayəndələri, habelə dövlət qurumları ilə birgə müzakirə edilirdi.
Hər dəfə yeni bir bürokratiyanın şahidi oluruq.
Niyə QHT-lərin təkliflərini, sözünü dinləmək istəmirlər anlamıram.
Samir Adigozelli
Teref.az

Ardını oxu...
DİA.AZ: - "Şikayətim “Ağ şəhər”də yerləşən "Kitchen Plus" restoranındandır". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımında Pakizə İsayeva adlı istifadəçigiley edir. Narazı vətəndaş daha sonra yazır:

Ardını oxu...

"Birdən səhvən oranın “səhər yeməyi” nə gedib, mənim kimi ümidlərinizi puç edersiniz. "Instagram" səhifələrindəki “Limitsiz achiq bufet seher yemeyi” menyusunun bolluğunu və bəyəndiyim təamların olduğunu görüb , həftəiçi ora üz tutdum. Ancaq limitli , demək olar boş vitrinlərlə rastlaşdım. Ofisiantlardan vitrinlərin niyə demək olar boş olduğunu soruşduqda, mənə “o bol vitrin həftə
sonu olur” deyə cavab verdilər. Düşündüm yəqin qiymət də həftə içi və həftə sonu fərqli olar. Vitrində olan zoğallardan , xiyarlardan və kubik şəklində kəsilmiş pendirdən başqa bir şey olmadığına görə, qabıma yığıb yerimə əyləşmişdim ki, gördüm yanımdakı masaya ofisiant ”səhər menyu seti” gətirdi. Hansıkı vitrində olmayan гренки (yumurtalı çörək), оладушки, сырники … Ofisiantdan sorushdum bu setin qiyməti neçəyədir ? Dedi 1 adam 13 manat. Dedim bəs vitrində açıq bufet dediyiniz neçəyədir? Dedi 1 adam 15 manat. Dedim mən restorana daxil olanda dedim 1 nəfər olacam. Nə mənə bu set menyu təklif edilmədi, nə də vitrində bir şey tapmadım yeməyə. Dedi bir dəqiqəyə sizə yaxınlaşacam. Getdi və gəlmədi. Digər ofisiant isə gəlib mənə pomidor yumurta , omlet ve sucukdan hansı birini istəyirsiz? Birini gətirə bilərəm dedi. Pomidor- yumurtanı seçib hesabımı istədim. Mənə “açıq limitsiz səhər yeməyi-15 manat” yazılan çek gətirildi. Bunların heç birin yemədim axı, pomidor- yumurtadan başqa - deyəndə. Getdi, onunla- bununla xeyli danışıqlar aparandan sonra 8 manatlıq çek gətirdi . Ödədim çıxdım . Yani o bol vitrinli intagram reklamlarına aldanıb , gedib boş mənzərə ilə qarşılaşmayın mənim kimi".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Dünyapress TV

Xəbər lenti