Ardını oxu...
Özünü iş adamı kimi cəmiyyətə təqdim etməyə çalışan Müqayis Verdiyev barəsində redaksiyamıza ilginc məlumatlar daxil olub.
Birinci məlumatdan bəlli olur ki, əvvəllər dələduzluqda ittiham olunaraq bir neçə dəfə həbs olunan iş adamı Müqayis Verdiyev sahibkar Oruc Məmmədovu aldadaraq ondan külli miqdarda inşaat materialları alıb və onun pulunu yaxın zamanda verəcəyini deyib. Müqayis Verdiyev Oruc Məmmədova söz verib ki, mən DÖVLƏT ZƏMANƏTİ ilə abadlıq və quruculuq işləri aparıram, dövlət layihələrini həyata keçirirəm və s. Müqayis Verdiyevin sözlərinə inanan Oruc Məmmədov ona inanaraq böyük məbləğdə inşaat materiallarını ona nisyə verib. Amma vəd verildiyi vaxtdan uzun müddət keçməsinə baxmayaraq Müqayis Verdiyev həmin şəxsin pulunu verməyib. Oruc Məmmədov deyir ki, hər dəfə Müqayis Verdiyev məni aldadaraq yaxın zamanda pulunu verəcəyini vəd edib. Amma.. Əmması odur ki, sonda Müqayis Verdiyevin vədlərinin yalan olduğunu görən Oruc Məmmədov məhkəməyə üz tutub. Belə ki, Oruc Məmmədov özünü iş adamı kimi qələmə verən Müqayis Verdiyevin dələduz əməlləri ilə bağlı Sumqaylt Şəhər Məhkəməsinə müraciət edib. Yəqin ki, yaxın zamanda Sumqayıt Şəhər Məhkəməsi sahibkar Oruc Məmmədovun iddia ərizəsinə baxaraq Müqayis Verdiyevin layiq olduğu cəzanı verəcək. Bu hələ harasıdır..?
Ötən yazımızda qeyd etdiyimiz kimi Müqayis Verdiyev öz ətrafında böyük bir media şəbəkəsi yaradıb. Belə ki, Müqayis Verdiyev hansı məmuru şantaj etmək istəyirsə, özünə yaxın olan jurnalistlərə həmin məmurla bağlı sifarişli, şər-böhtan dolu, şantaj xarakterli yazıların yazılmasını sifariş edir. Və Müqayisin mediası işə düşür, sabah bir çox saytlar həmin məmurla bağlı Müqayis Verdiyevin sifariş etdiyi yazıları tirajlayırlar.
Daxil olan məlumatdan bəlli olur ki, Müqayis Verdiyev özünün muzdlu mediasını, jurnalistləri başına toplayaraq müxtəlif restoranlarda ( Sərin, Kolizey və s...) yeyib-içmək məclisləri təşkil edir, öz mirzələrinə yalan vədlər verir və sonda ortaya şantaj dolu yazılar çıxır. İndi məlum olur ki, Müqayis Verdiyev həmin restoran sahiblərini də aldadıb.
Belə ki, daxil olan informasiyadan bəlli olur ki, Müqayis Verdiyev həmin restoran sahiblərinə də atıb. Yəni bütün qonaqlıqlar NİSYƏ olub. Müqayis Verdiyev restoran sahiblərinə deyib ki, yaxın zamanda külli miqdarda pul alacam və sizin borclarınızı beş qat artıq ödəyəcəm. Amma verdiyi sözə baxmayaraq Müqayis Verdiyev bu günədək restoranlara olan borcunu ödəmir. Belə olduğunu görən restoran sahibləri də Müqayis Verdiyevdən hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşırlar.
Daxil olan informasiyadan bəlli olur ki, hətta restoran sahibləri Müqayis Verdiyev və başının dəstəsi olan muzdlu mirzələrin restorandakı VİDEO-larını da hüquq-mühafizə orqanlarına təqdim edəcəklər. VİDEO-larda hansı jurnalistlərin olması da maraqlı mövzudur.
Sözün qısası, əvvəllər dəfələrlə dələduzluqda ittiham olunaraq həbs olunan, indi isə özünü iş adamı kimi tanıdan Müqayis Verdiyevin ifşa olunması yaxın zamanda baş verəcək.
 //gundelik-baku.com//
 
Ardını oxu...
"Şikayətim AYNA (köhnə BNA) və Baku BUS MMC-dəndir". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim VAR" sosial qrupundakı paylaşımında Gülər Hüseynova adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Baxmayaraq ki,Baku BUS Zığda yerləşir ancaq yerli Zığ camaatı adından deyə bilərəm ki,hamımız çox əziyyət çəkirik.Çox çək-çevirdən sonra bu ilin Fevral ayında (44 qəza törətdikdən sonra) yeni avtobuslar verildi.Çox sevindik ki, her şey əla olacaq,daha da pis oldu.İnterval yuxarı qalxdı,sıxlıq çoxaldı və keyfiyyət daha da aşağı düşdü.20-25 dəq avtobus gözləmək olar?Hamı bir-birinin belində gedir.4 avtobus son dayanacaqda gözləyir onun biri də gəlmir, gözləyir 20 dəq keçsin sonra gəlsinlər.
Və bu gün 28 Sentyabr durduq ki yuxudan 7 ay sevincək olduğumuz avtobusları yığışdirib əvəzinə siniq-sökük avtobuslari (bu avtobuslara təzə demək üçün min şahid lazımdır) veriblər.Avtobuslar sanki mənşəyi bilinməyən bir yerdən gətirilib və avtobusda üfunət iyindən dayanmaq olmur.AYNA şikayətə baxmır,BAKU BUS əsaslı cavablar vermir.
Səbəb soruşanda: daxili qaydaya əsasən dəyişmişik, səbəb deyə bilmərik.
Ümumiyyətlə Baku BUS və AYNA- ni hara şikayət etmək olar?"

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, millət vəkili Qənirə Paşayevanın dəfni ilə bağlı məsələlər nəzarətə götürülüb.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında deputatın əmisi Qəzənfər Paşayev deyib.

O bildirib ki, Qənirə Paşayevanın dəfn mərasimi sabah İkinci Fəxri xiyabanda baş tutacaq.


Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
 
 
 
Ardını oxu...
Elçin Quliyevin oğlunun Ruben Vardanyanın qoluna girib poz verməsi Qarabağda aparılan antiterror əməliyyatına kölgə salmaqdan başqa bir işə yaramır.
Hər halda bütün Azərbaycan ictimaiyyətinə bəllidir ki, nazirlərin oğlu Bakıda sərin kabinetlərdə əyləşib kefə baxmaqla məşğul olurlar və bu da ictimaiyyətdə ciddi narazılıqla qarşılanır. Üstəlik, hansısa xarici güc mərkəzləri tərəfindən Qarabağda ön cəbhədə döyüşənlərin və postda dayananların ancaq kasıb-kusub övladları olduğu, nazir isə balalarının boynunu yoğunlatdığı təbliğatının yayıldığı bir zamanda Elçin Quliyevin oğlunun Vardanyanla poz şəkilləri çəkdirib yayılması od üstünə yağ tökmək deməkdir. Elçin Quliyevin niyə belə ucuz təbliğata girişdiyi şəxsən mənə aydın deyil.
Vardanyanın həbsi ilə əlaqədar çəkilən heç bir video da Elçin Quliyevin oğlu görsənmir. Bu da onu təsdiqləyir ki, foto-şəkil sırf təbliğat məqsədilə çəkilib.
Qarabağda minlərlə qurban verdiyimiz bir zamanda Elçin Quliyevin bu cür cılız təbliğatlardan istifadə etməsi şəhidlərin qanından öz nüfuzunu artırmaq üçün faydalanması ehtimalını ağla gətirir ki, bu da ilk növbədə şəhidlərin ruhuna hörmətsizlik deməkdir. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi bu cür cılız təbliğatla məşğul olanlara yaxşı bir qulaqburması verəcək. Əks halda digər nazir övladları da eyni piar kampaniyasına təşviq oluna bilər ki, bu da müqəddəs torpaqlarımız uğrunda mübarizəni tamamilə gözdən salar.
Elçin Quliyevin oğlu cəzasız qalsa, sabah Bin Ladenin, Fətullah Gülənin, Aponun qoluna girib “şəkil” çəkdirəcək. Necə, deyirsiniz? Bax, belə (fotoya baxa bilərsiniz). Bunu mən belə bacardımsa, Elçin Quliyevin dahi oğlunun bacarmayacağınımı sanırsınız?

Heydər Oğuz - DİA.AZ

Ardını oxu...
Bir qrup ixracatçı sahibkar Prezident İlham Əliyevə müraciət edərək Dövlət Gömrük Komitəsinin onlara yaratdığı əngəldən şikayətləniblər. Anaxeber.info bildirir ki, iş adamları Azərbaycanın qərb bölgələrindən xurma ixrac edirlər. Onların sözlərinə görə, bu məhsullar əsasən Ukraynaya göndərilir. Sahibkarlar qeyd edirlər ki, müqavilə əsasında ixrac etdimkəri xurma 51 qəpiyə qiymətləndirilib.
"Lakin Yevlax, Tovuz rayonlarında rəsmiləşdirmə zamanı xəbərdar etmədən hər bir xurma maşınının hesab fakturasını 1.30 manat dəyərində qiymət qoyaraq bütün ixracı iflic ediblər. Müzakirə zamanı hər iki gömrük postunun Qərb bölgəsi üzrə regional idarə rəisi Pərviz müəllimin tapşırığı olduğunu bizə bildirdilər.
Məsələyə aydınlıq gətirərək bildirirk ki, ölkə ərazisində xurma məhsulunun kiloqramı
15 qəpikdir, bunu qarşı tərəfə 51 qəpiyə razılaşdırsaq da, Gömrük Komitəsinin regional idarəsi məcbur edərək 1.30 manatdan hesablamaqla Ukraynada rəsmiləşməni düz 3000 dollar bahalaşdırıb.
Bu isə Azərbaycanda olan xurma məhsulunun ölkədən ixracının qarşısının kəskin şəkildə alınması deməkdir", - deyə Prezidentə müraciətdə qeyd edilib.
Hazırda Ukrayna xurma məhsulunun ikinci dərəcəli alıcısıdır, bu cür gömrük yanaşması konseqnasiya zamanı vəsaitin geri qayıdan hissəsini yarıya çatdıracaq ki, bu da tam vəsaitin geri qayıtması deməkdir. Sahibkarlar əlavə edib ki,
Yevlax və Tovuz ərazisində bəyannamə geri qaytarılarkən əsas səbəb kimi qiymət uyğunsuzluğunun qeyd olunmaması da şübhə doğuran haldır: "Çünki bu zaman bəyannaməni geri qaytararkən Gömrük Komitəsinin sahibkara invoys dəyərini artırmaq səbəbini gömrük portalında qeyd etmirlər.
Səbəb başqa qeyd edilir. Çünki özləri də xurma məhsuluna şişirdilmiş qiyməti yazdıqlarının fərqindədirlər. Ölkəmiz bu gün ağır imtahanlar verdiyi halda, Qərb gömrük komitəsinin rəhbəri Pərviz müəllimin bu rəftarı nəyə xidmət etdiyi bəlli deyil.
Məlumdur ki, xurma məhsulu ölkədən ixrac olunmazsa, ölkədə bu məhsula tələbat olmadığından külli miqdarda xurma daxildə xarab olacaq. Hörmətli Prezident və Şahin Bağırov, sizə Qərb regional gömrük barədə tapşırıq verməyinizi xahiş edirik".
 
Ardını oxu...
Xəbər yayılıb ki, sən demə, Vardanyanın qoluna girib şəkil çəkdirən cavan oğlan Dövlət Sərhəd Xidmətinin rəhbəri, general Elçin Quliyevin oğludur. Bu “piarı” kim Elçin Quliyevə soxuşdurubsa, onu istəməyən adamdır. Hətta bəlkə də generalın bu ucuz şouya görə başı da ağrıyacaq.
Ardını oxu...
Ardını oxu...
Deyə bilərlər ki, bəyəm , generalın oğlu Vardanyanı həbs edə bilməz? Bilər, ancaq birinci fotoda, Vardanyanın həbs edilmə anında biz nədənsə, Vardanyanın qoluna girən cavan oğlanı heç görmürük. Deməli, generalın oğlu yalnız poz verib, şəkil çəkdirmək lazım olanda ortaya çıxıb. DSX-nın öz loqosu ilə yaydığı fotoda generalın oğlu Məmməd Quliyevin və polkovnik Azər Şirinovun Vardanyanın qoluna girdiyi əks olunur.
Vallah, belə bir həssas məqamda, 200-ə yaxın şəhidin kim olduğu yenicə dəqiqləşdiyi bir gündə, bu cür böyük bir uğuru hansısa generalın oğlunun adına yazmaq cəhdinin bir adı var-BİABIRÇILIQ!
Bəlkə də, Elçin Quliyevin heç bu şəkilin çəkilməsindən xəbəri olmayıb. Tabeçiliyində olan hansısa yüksək çinli zabit ona “girmək” üçün belə “piar” strategiyası fikirləşib.
Ancaq qulaqlarını açıb eşitsinlər ki, bütün bu reallıqlar və onun tərkib komponenti olan Vardanyanın həbsi : Azərbaycan Dövləti, ona rəhbərlik edən Prezident, Şanlı Ordumuz, Şəhidlərimiz və Qazilərimiz hesabına mümkün olub. Heç olmasa, bu məsələdə kasıb-kusubun haqqına girməyin!
Məhəmmədəli Qəribli
Ardını oxu...
Teref.az yazır ki, keçən il istifadəyə verilən Laçın yolu çöküb. Bununla bağlı jurnalist, Laf.tv-nin baş redaktoru Ləman Eləşrəfqızı sosial şəbəkədə ritorik bir sual verib. Sualı təqdim edirik:
"Cəmi bir ildir çəkilib Laçın yolu. Erməni köçü dağıtdı, yoxsa Saleh müəllimin iştahı?"
Teref.az olaraq Saleh müəllimin bu suala cavab verəcəyinə ümid edirik...
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Builki tədris mövsümündə məktəbdə təmir işləri aparılacağına ümid etsək də, vəziyyət dəyişməyib. Məktəbin tualeti elə durumdadır ki, uşaq evə özünü güclə çatdırır. Lənkəranda bir neçə məktəb bu il təmir edildi, amma 10 saylı məktəb yada düşmədi”.

TEREF.AZ bildirir ki, bunu Meydan TV-yə Lənkəranda yaşayan bir qrup valideyn bildirib. Onların sözlərinə görə, məktəb uzun illərdir təmir edilmədiyindən bərbad vəziyyətə düşüb. Dam, döşəmə sıradan çıxıb, yağış yağan kimi sinif otaqlarına damır. Pəncərələr kağız kartonlarla qapadılıb.

“Mən 20 il əvvəl həmin məktəbdə təhsil almışam, bina o vaxt bundan sağlam idi. İndi uşağı məktəbə aparanda sözün həqiqi mənasında şoka düşdüm. Müəllimlər deyirlər ki, uzun müddətdir belə şəraitdə işləməyə məcbur qalıblar. Bu məktəbin məzunlarının çoxu ali təhsil alır, müxtəlif dövlət orqanlarında çalışırlar. Məktəb iki dəfə ilin məktəbi seçilib. Amma nəzərə almırlar ki, uşaqlar belə şəraitdə xəstəlik tapırlar”,-valideynlərdən Fəridə Rəhimova deyib.

Valideynlər bildiriblər ki, şəhərdə yerləşən məktəbdə qışda odun yandırırlar, uşaqlar sinif otaqlarında üst geyimdə otururlar:

“Məktəbin görüntüləri çəkilib, Elm və Təhsil Nazirliyi də daxil olmaqla aidiyyatı orqanlara göndərilib. Hər dəfəsində səbrli olmağı tövsiyə edirlər, elə müəllimlərin bəziləri, rəhbərlik də ancaq “səbr edin” deyirlər. Məktəb azdan-çoxdan kollektivin hesabına təmir edilir, amma bu xırda işlərlə nə etmək olar?”.

Məktəbdən suallara cavab vermək əvəzinə şikayətin kimlər tərəfindən edildiyini soruşublar. Bildiriblər ki, məktəb təmir ediləcək.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən də deyiblər ki, məktəbdə əsaslı təmir aparılacaq, ancaq dəqiq tarix açıqlanmayıb.
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...


Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.

Dövlət başçısı və birinci xanım parkın girişində xatirə daşının üzərinə gül dəstələri qoyublar.
Ardını oxu...
“Şəhərin mərkəzi məktəblərində 10-11-ci siniflərində dərsə gəlməyib, hazırlığa gedənlər direktorlara illik (ödəniş əvvəldən) 1500-2000 manat verir, ali məktəblərdə köçürmələr isə 8000-12000 manat arasında dəyişir…”.

Bunu tanınmış teleaparıcı Elçin Əlibəyli bildirib.
O, təhsil sistemində baş alıb gedən rüşvətdən danışıb və konkret rəqəmlər açıqlayıb:
“Son günlər gələn müraciətlərdən bəlli olur ki, təhsil sahəsində qiymətlər qalxıb. Əlbəttə ki, rüşvət qiymətləri. Şəhərin mərkəzi məktəblərində 10-11-ci siniflərində dərsə gəlməyib, hazırlığa gedənlər direktorlara illik (ödəniş əvvəldən) 1500-2000 manat verir, ali məktəblərdə köçürmələr isə 8000-12000 manat arasında dəyişir. Ən ucuz və sərfəli qiymətləri nazirliyin yanında olan “makler”lər təklif efir. Belə deyirlər. Əldə səsyazıları, yazışmalar da var. Amma inana bilmirəm ki, təhsildə rüşvət olsun, bəs siz?”.
 //Gundemxeber.az//
 

Dünyapress TV

Xəbər lenti