Azər Zeynalovun həbsi xəbəri TƏSDİQLƏNDİ -
Naxçıvan Ali Məclisi sədrinin iki gün öncə istefa vermiş birinci müavini Azər Zeynalov saxlanılaraq, Bakıya gətirilib. Bu haqda DİA.AZ-a onun yaxın qohumları məlumat verib. Azər Zeynalov vəzifəsinə uyğun olaraq, Vasif Talıbovun istefasından sonra, bir ilə yaxındır ki, Ali Məclis sədrinin səlahiyyətlərini icra edirdi.

Yaxınlarının verdiyi məlumata görə, Azər Zeynalovu DTX əməkdaşları Naxçıvanda saxlayıb, sonra Bakıya gətiriblər. Onun hansı cinayət əməlinə görə saxlandığı haqda qohumlarında məlumat yoxdur. Haqqında həbs qətimkan tədbiri seçilməsi üçün onun məhkəmə qarşısına çıxarılıb, çıxarılmayacağı məlum deyil.

Vasif Talıbovun ən etibarlı adamı sayılan Azər Zeynalovun adı korrupsiya və rüşvətxorluqda hallanır.

Xatırladaq ki, Azər Zeynalovun həbsi xəbərini də ilk olaraq dia.az saytı yayıb. Amma dünən bu məlumatımız bəzi yerli KİV-də təkzib olunmuşdu.
 

Dünyapress TV

Xəbər lenti