Adil Əliyev seçicisi Qarabağ qazisini qəbul etmək istəmir?
MM-in də “zayı çıxıb”
Ölkədə hüquqi nihilizm hökm sürür, qanunlar icra olunmur, məhkəmə qərarları tələbkarın yox, borclunun xeyrinə izah-təfsir olunur, Konstitusiya sözdə ən yüksək hüquqi qüvvəyə malikdir, işdə hətta dövlət hakimiyyəti orqanları ombudsman Konstitusiyanı rüşvətdən yuxarıda tutmur. Özbaşınalığa, Konstitusiyaya sayğısızlığa baxın, vətəndaşın özbaşınalıqdan müdafiə olunmaqdan yana dövlət orqanlarına müraciət etmək, qəbul olunmaq hüququna da qadağa qoyulub.
Bakı İnzibati Məhkəməsinin 05.07.2017 tarixli, 2-1(81)-1889/17 saylı qərarını borclu inzibati orqan- ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) bu ilin aprelindən özbaşına ləğv edib (?), 1-ci dərəcəli Qarabağ qazisinin pensiyasına məhkəmə qərarı ilə əlavə olunan 110 manatı kəsib. 7-ci aydır hüquqi nihilizm, Konstitusiyaya, dövlətə , onun başçısına, parlamentinə, məhkəməsinə hörmətsizlik sürür. Bəs dövlət orqanları bu hörmətsizliyə necə qiymət verir? İnandırıcı olmasa da, elə dövlətə, Konstitusiyaya hörmətsizliklə!(?) Qarabağ qazisinin şikayəti qanuna zidd olaraq məhkəmə qərarını ləğv edib (?) pensiyasına əlavəni kəsən DSMF-in XŞTMF-siinə göndərilir, oradan verilən Konstitusiyaya hörmətsizlik cavabı – MƏHKƏMƏ QƏRARININ ƏSASLANDIĞI QANUN MADDƏSİNİN LƏĞV OLUNMASI - Konstitusiya aktı kimi sırınır. Absurdluğa, hüquq nihilizminə baxın, Ombudsman Aparatı, Bakı İnzibati Məhkəməsinin özü belə 2017-ci il tarixli məhkəmə qərarını borclu XŞTMF-nin ləğv etməsini (?) 2021-ci ilin 1 yanvarından qüvvəyə minən 29 dekabr 2020-ci il tarixli “Əmək pensiyaları haqqında qanuna dəyişiklik edilməsi haqqında” qanunla 19-cu maddənin ləğv edilməsi (?) ilə izah edir. Dövlətin adından çıxarılan məhkəmə qərarının icrasının məcburiliyi haqqında Konstitusiyanın 129-cu maddəsi bir yana, bəyəm Ana Qanunun 149-cu maddəsinin VII hissəsini– QANUNUN GERİYƏ QÜVVƏSİNİN OLMAMASI, YALNIZ ŞƏXSLƏRİN VƏZİYYƏTİNİ YAXŞILAŞDIRAN NORMATİV-HÜQUQİ AKTLARIN GERİYƏ ŞAMİL EDİLMƏSİ- də borclu DSMF-in Filialı ləğv edib? Qarabağ qazilərinin VƏZİYYƏTİNİ PİSLƏŞDİRƏN, PENSİYALARINA ƏLAVƏNİ LƏĞV EDƏN 2021-ci ildə qüvvəyə minən qanun 15 il GERİYƏ NECƏ TƏTBİQ EDİLƏ BİLƏR? Onda bu Konstitusiya nəyə gərəkir?
Qarabağ qazisi Ombudsmandan, məhkəmədən absurddan özgə bir şey çıxmadığını görüb, qanunverici orqana üz tutub. Hər çağ , ən azı, insan kimi qarşılandığı, qəbul, müraciət məsələsində örnək olan müstəqil hakimiyyət qolunun da özbaşınalığın yanında olmasına şübhələr üzə çıxıb. Bir ay qabaq artıq dünyasını dəyişmiş mədəniyyət komitəsinin sədrinin 12 sentyabrda baş tutacaq qəbuluna xanım deputatın razı olmamasının , bu ayda- 25 oktyabrda olacaq qəbulda onu əvəz edən Fazil Mustafanın da eyni mövqedə olmasının bildirilməsi qazidə “MM-in də “zayının çıxması” fikrini formalaşdırıb. Bu fikri MM-in müavini, qazinin Nərimanovdan “dost-doğma” millət vəkili Adil Əliyevin bugünkü- 9 oktyabr tarixli qəbuluna qoyulan qadağa da gücləndirir. MM-dən zəng edib, Adil Əliyevin 1-ci dərəcəli Qarabağ qazisi öz seçicisini qəbulda görmək istəmədiyi bildirilib. Əsas da Konstitusiyaya qoyulan qadağa kimi absurddur: Qarabağ qazisi idmançı deyil , gənc deyil, onun “gənclər və idman komitəsi” sədrinin qəbulunda nə ölümü var?
Hərbi xidmətə yararsız Qarabağ əlilindən, şəhiddən MƏCBURİ DÖVLƏT SIĞORTA HAQQI TƏLƏBİ ilə əvvəllər tutmuş olduqları vəzifələr üzrə TƏMİNAT XƏRCLİYİ artırıldıqda pensiyalarına bu artıma uyğun əlavənin hesablanmasının yolverilməzliyini QANUNİLƏŞDİRƏN QANUNVERİCİ HAKİMİYYƏTDƏN nəsə gözləməyə dəyər? Ritorik olsa da, soruşmalıyıq: ŞƏHİD CƏNNƏTDƏN DÖVLƏTƏ MƏCBURİ SIĞORTA HAQQINI NECƏ , HANSI VALYUTA İLƏ ÖDƏSİN?
Məğrur Bədəlsoy
Şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az
 

Dünyapress TV

Xəbər lenti