Agsu RQİİ rəhbərliyi İlkin Məmmədovdan nə istəyir?
İndi də vicdan əzabı çəkmədən Apellyasiya məhkəməsinə hazırlaşırlar.
Bir insana qarşı bu qədər insafsızlığin , qərəzliliyin günahı o qədər böyükdür ki ,
Vallah bəndə cəzasından qurtarsanız da , Allah cəzasından qurtara bilməyəcəksiniz☝
Mart ayında Ağsu RQİİ-nin baş mühəndisi Zaur Məmmədov və Ucar XS-nin işçisi İlkin Məmmədov arasında baş verən mübahisəyə görə İlkin işdən (ARƏM maddə 70 ç) azad olundu. İşdən azad olunmuş işçi Azəriqaz rəhbərliyindən kömək istədi. Təssüf ki, işçini tutduğu vəzifəsindən azad etməklə ürəyi soyumayan Agsu RQİİ rəhbərliyi İlkin Məmmədovdan idarədə "tətil təşkil etdiyinə" və "Narkotik istifadəçisi" kimi Ucar rayon polis idarəsinə şikayət etdi. İlkin bir ay müddətinə həbs olundu.
İlkin Məmmədov işdən azad olunmasını qeyri qanuni və qərəzli hesab edib Ağsu rayon məhkəməsinə müraciət etdi. Məhkəmənin 6.09.2023-cü il tarixli qətnaməsi ilə onun iddiası( işə bərpa) təmin olundu.
Ədalətli qərara görə Ağsu rayon məhkəməsinin hakimi Anar Əsgərova və vəkil Səbuhi Axundova təşəkkür edirəm.
Mirvari Gahramanli
Teref.az
 

Dünyapress TV

Xəbər lenti