Ardını oxu...
Hesablama Palatası Azərbaycanda bir çox dövlət qurumları tərəfindən satınalmaların təşkili zamanı yol verilən qanun pozuntuları, nöqsanlar barədə vaxtaşırı məlumatlar yayır. Palatanın hesabatlarında bildirilir ki, keçirilən satınalma prosedurunun nəticəsi olaraq bağlanılan müqavilənin icrası prosesində müqavilə predmetinin və qiymətlərin artırılması, satınalmalarda iddiaçı kimi çıxış edən malgöndərənlərin (podratçıların) maliyyə vəziyyətləri ilə bağlı zəruri sənədlərin alınmaması, şübhəli və etibar doğurmayan reputasiyaya malik malgöndərən təşkilatlara dəvətlərin göndərilməsi, satınalmalarda bu tip təşkilatların iştrak etməsi və onlarla müqavilələrinin bağlanılması. ümumiyyətlə, satınalma prosedurları keçirilmədən birbaşa müqavilələr əsasında büdcə vəsaitinin xərclənilməsi bəzi hallarda korrupsiya hüquqpozmalarına şərait yaradan amillərdən birinə çevrilir.

Aktualinfo.org-un apardığı araşdırmada bu kimi halların Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin keçirdiyi satınalmalarda da baş verdiyi məlum oldu.

Belə ki, Dövlət Miqrasiya Xidməti tələbata uyğun digər maşın və avadanlıqların satınalınması üzrə 09.02.2023-cü ildə müsabiqə yolu ilə başladığı açıq tenderə yekun vurub və 18.04.2023-cü il tarixdə “DAMLA COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 249.975,92 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.

İlk baxışdan adi bir dövlət satınalması proseduru olduğu görsənir. Amma araşdırdıqda məlum olur Dövlət Miqrasiya Xidmətinin Tender Komissiyası bu satınalma prosedurunda çox ciddi qanun pozuntularına yol verib. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən keçirilən açıq tender müsabiqəsinin başlanma tarixi 09.02.2023-cü ilə, zərflərin açılış tarixi isə 14.03.2022-cü il tarixə müəyyən edilib. “DAMLA COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 24.01.2023-cü il tarixində, yəni müsabiqənin başlanılmasından 17 gün əvvəl dövlət qeydiyyatına alınib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında”DAMLA COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.01.2023-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, BƏHRUZ NURİYEV, ev 52, m. 40, qanuni təmsilçisi kimi isə Cəfərov Yaşar Əliş oğlu qeyd olunub.

Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da görsəndiyi kimi, Dövlət Miqrasiya Xidməti tender müsabiqəsinə dəvətdən 17 gün əvvəl dövlət qeydiyyatına alınmış MMC ilə satınalma müqaviləsi bağlayıb. Qeyd edək ki, son dövrlər dövlət satınalmalarının keçirilməsi zamanı bu tip qanun pozuntularının yol verilməsinə tez-tez rast gəlinir. Adətən malgötürənlər, yəni sifarçilər bu qanunun kotirovka sorğusu prosedurlarında keçərli olmadığını iddia edirlər. Amma göründüyü kimi Dövlət Miqrasiya Xidmətinin Tender Komissiyası kotirovka sorğusunda deyil, birbaşa açıq tenderdə müsabiqəyə başlamazdan 17 gün əvvəl dövlət qeydiyyatına alınmış MMC ilə nə az, nə də çox, 250 min manat civarında satınalma müqaviləsi bağlamağa üstünlük verib.

İndi gəlin görək mövcud qanunlar Dövlət Miqrasiya Xidmətinin Tender Komissiyasından tələbata uyğun digər maşın və avadanlıqların satınalınması üzrə başladığı müsabiqədə iddiaçılardan nə kimi kimi sənədlər tələb edir:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri

2. Iddiaçının son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə arayış. (???)

Bəs iddiaçı açıq tender müsabiqəsinin başlanılmasından 17 gün əvvəl yaradılıbsa?

3. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı

İddiaçı açıq tender müsabiqəsində sənədlərin qəbuluna 17 gün qalmış yaradılıbsa vergi orqanı nə kimi maliyyə hesabatı verə bilər?

4. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması.

Açıq tender müsabiqəsinin bağlanılmasına 17 gün qalmış yaradılmış bir MMC-yə müvafiq sahədə peşəkarlığının olması, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasına zəmanəti kim verib?

Burada xüsusilə vurğulamaq istərdik ki, Dövlət Miqrasiya Xidmətinin Tender Komissiyası açıq tenderin şərtlər toplusunda tələbata uyğun nə kimi digər maşın və avadanlıqların satın alınmasını açıqlamayıb. Bundan əlavə satınalma şərtləri ilə heç bir uyğunluğu olmayan MMC-yə 249.975,92 manat dövlət vəsaiti həvale edib.

Qeyd edək ki, açıq mənbələrdə “DAMLA COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyət sferası və onun qanuni təmsilçisi olan Cəfərov Yaşar Əliş oğlunun barəsində heç bir məlumat yoxdur. Çox güman ki, MMC Dövlət Miqrasiya Xidmətinin səlahiyyətlilərindən birinə məxsusdur. Yoxsa 17 gün əvvəl yaradılmış bir MMC-yə 250 min manatı heç kim etibar etməzdi. Adı haldı. Məmurların yaxın adamlarının, qeyri-müəyyən şəxslərin adına yaradılmış MMC-lər vasitəsi ilə tender prosedurlarının saxtalaşdırılması halları barədə sosial şəbəkə və elektron media resusrslarında demək olar ki, kifayət qədər geniş məlumatlar var. Həbs olunmuş sabiq nazirlərin, icra başçılarının məhkəmələrində saxta MMC-lərə ayrılan dövlət vəsaitləri barədə məlumatlar da həmçinin. Bu da olsun onlardan biri.

Aktualinfo.org
Ardını oxu...
Gəncə şəhəri Vəli Xuluflu küçəsində yerləşən 24 saylı məktəb bərbad vəziyyətdədir. DİA.AZ bildirir ki, uzun illərdir təmirsiz vəziyyətdə qalan məktəbin ətraf küçələri də təmirsizdir.

Qeyd edək ki, məktəb Sovetlər Birliyi zamanında tikilib.

DİA.AZ-ın məlumatına görə, həm məktəblə bağlı və həm də məktəbin ətrafı ilə əlaqədar sakinlər dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, faydası olmayıb.

Hər halda, Azərbaycanın ikinci ən böyük şəhərinin başında oturanlar Gəncəmizin hazırki bərbad halından utanmalı, məsuliyyət hiss keçirməlidirlər...

Daha ətraflı aşağıdakı videoda:

Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yeni təyinat olub.

Demokrat.az xəbər verir ki, Tehran Babatov Dövlət Xidmətində rəisin baş köməkçisi vəzifəsinə gətirilib. Bu təyinatı Dövlət Xidmətində kadr islahatı hesab etmək olardı, lakin Tehran Babatovun kimliyi diqqəti fərqli istiqamətə də çəkir.

Tehran Babatov ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN) keçmiş rəhbəri Eldar Mahmudovun “kassiri” olub. Eldar Mahmudovun təhlükəsizlik xidmətini hansı vəziyyətə saldığı, vəzifəsindən isstifadə edərək, quldur sistemi formalaşdırdığı, sahibkarlara qarşı zülmlər etdiyi hər kəsə bəllidir.

Keçmiş MTN-də Kadrlar Baş İdarəsinin rəis müavini olan, polkovnik Tehran Babatov da bu prosesdə birbaşa iştirakçı, E.Mahmudovun “kassiri” olub.

Onun fəaliyyəti haqda yayılan məlumatlarda bildirilir ki, T.Babatov MTN-ə işəgötürmə və MTN-in Heydər Əliyev adına Akademiyasına qəbul zamanı rüşvət toplayıb. Hətta rüşvətin məbləği ilə bağlı da konkret rəqəmlər yayılırdı. Misal üçün, MTN-ə işə qəbul üçün 70 min dollar, paytaxtdan kənardakı şöbələrə qəbul üçün 50 min dollar, Akademiyaya qəbul üçün 150 min dollar rüşvət alınıb.

Əvvəllər Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsində işləyən T.Babatov nöqsanlarına görə vəzifəsindən azad edilib. 2004-cü ildə isə Eldar Mahmudov tərəfindən MTN-nə gətirilərək, Kadrlar Baş İdarəsinə şöbə rəisi vəzifəsinə təyin edilib.

T.Babatovun keçmişi və əməlləri haqda yayılan bu məlumatlar onun dövlət strukturları üçün yararsız biri olduğunu göstərir. Keçmiş MTN işi əslində bunu demək üçün tutarlı faktdır və bəllidir ki, E.Mahmudovun “kassiri” olmuş şəxsdən nə dövlətə, nə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xeyir gəlməz.
Ardını oxu...
"Niyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində 2 ildir bir yoxlama aparılmayıb?".

Bizimxeber.az xəbər verir ki, bunu deputat Etibar Əliyev Milli Məclisin iclasında Hesablama Palatasının illik hesabatına münasibət bildirərkən deyib.

"Bu agentlik ən çox korrupsiyaya uğramış Agentlikdir", deyə deputat əlavə edib.
 
Ardını oxu...
23 aprel 2023-cü il: bu, Qarabağda erməni planlarının tarixin zibilliyinə atıldığı təqvimdir. Həm də Azərbaycanın 44 günlük müharibə ilə ərazi bütövlüyünü bərpa etdiyini nümayiş etdirməsi, münaqişə başa çatsa da, suveren ərazilərimizdə separatçılığı təşviş edənlərin oyunlarının pozulması günü olaraq tarixə keçdi.

– “Laçın dəhlizi” məsələsi praktiki olaraq sıradan çıxarıldı;
– Ermənilərin hazırda yaşadığı, Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərdə üçrəngli bayrağımızın dalğalanmasına doğru həlledici addım atıldı;

Münaqişənin başlandığı günlərə boylananda Laçın yolunda qurulan nəzarət-keçid məntəqəsinin sıradan məntəqə olmadığını, artıq həll olunmuş, lakin revanşist qrupların və bölgədə maraqlı qüvvələrin bitmədiyini iddia etdiyi problemin kökündən həll edilməsi, suveren ərazilərimizdə qondarma rejimi “tərəf” kimi sırımaq istəklərinin alt-üst edilməsi olduğunu görmək mümkündür. Çünki “Laçın dəhlizi” Qarabağı Ermənistana bağlayan adi yol yox, ermənilərin “müstəqillik”, “öz müqəddəratını təyinetmə”, “dövlət olmaq” kimi iddialarının nəfəsliyi, yeganə imkanı idi.

Azərbaycan ermənilərin Qarabağ iddiasında “çıxış yolu” kimi gördükləri “Laçın dəhlizi” anlayışını ləğv etdi. Bu, Prezident İlham Əliyevin milli məfkurəyə əsaslanan prinsipial siyasətinin nəticəsidir. Azərbaycan liderinin strateji addımlarını nəzərdən keçirəndə bunu daha aydın görmək olur.

44 günlük müharibənin başa çatdığı vaxt – 2020-ci ilin 10 noyabr bəyanatının imzalanmasında Ermənistan “Laçın dəhlizi”nin 20 kilometr enində olmasını və özlərinin nəzarət etməsini istəyirdi. Bununla separatçıları qorumaq və “Qarabağ iddiası”nı saxlamağa planlaşdırırdı. Kulislərdə gərgin danışıqlar gedir, belə demək mümkünsə, döyüş hərbi müstəvidən masaya keçmişdi. Hərbi müstəvidə müharibənin qalibi olan Prezident İlham Əliyev diplomatik müstəvidə də barışmaz və sərt mövqeyi ilə qələbəni təmin etdi:

– Dəhlizin 5 kilometr enində olmasına nail oldu;
– 3 il müddətində yeni yolun istifadəyə verilməsi və Laçının mərkəzinin Azərbaycana qaytarılması müddəalarını bəyanata daxil etdi;

Bəyanata daxil edilən yeni yol strategiyası ilk dövrdə sadəcə Laçının mərkəzinin qaytarılmasına hesablanmış kimi görünsə də, proseslər göstərdi ki, İlham Əliyev daha dərin gediş edib:

Birincisi, Laçının mərkəzi heç bir itki vermədən azad olundu;
İkincisi, yeni yolun istifadəyə verilməsi “dəhlizin 5 kilometrlik eni” məsələsini də praktiki olaraq arxa plana keçirdi;

Ermənistan üçtərəfli bəyanatdakı digər öhdəliklərində olduğu kimi, bu öhdəliyini də yerinə yetirmək istəmirdi. Öz ərazisinə düşən 7 kilometrlik yolun inşasını süni şəkildə ləngitdi, təxribatlarla prosesi uzatmağa çalışdı. Ötən ilin avqust-sentyabr aylarında baş verənlər İrəvanın oyun oynadığını, Bakının isə qətiyyətli addımlarla bu oyunu pozduğunu tarixə yazdı.

Azərbaycan yeni yolu nəzərdə tutulan 3 ilə yox, bir il yarıma inşa etdi və sülhməramlıların yeni marşruta köçməsi tələbini irəli sürdü. Ardınca Ermənistanın törətdiyi təxribatlara adekvat cavablarla bu tələbinin qəbul edilməsinə nail oldu. Və 21 sentyabr 2022-ci il tarixində müharibənin qalibi olan Prezident İlham Əliyev diplomatiyanın da qalibi kimi Laçın şəhərinə daxil oldu, şəhərin mərkəzində üçrəngli bayrağımızı ucaltdı.

Əliyevin dərin strategiyasında Laçın Qarabağda suverenliyimizin təmin edilməsi məsələsində əsas mərhələlərdən biri hesab edilə bilər. Laçının azad edilməsinin iki strateji əhəmiyyəti var idi:

1. Ermənistanla sərhədi təmin etmək və Qarabağ məsələsini praktiki olaraq da daxili işimizə çevirmək;
2. Suverenliyimizə təhdid oln erməni iddialarının “çıxış yolu” olan “Laçın dəhlizi”ni sıradan çıxarmaq və üçrəngli bayrağımızın Xankəndində dalğalanmasına doğru gedən yolda həlledici addımı atmaq;

Bütün bunlar 44 günlük müharibədən sonra başlanan diplomatik döyüşün mərhələləridir və Prezident İlham Əliyevin bu döyüşdə də Azərbaycanı qalib etmək üçün tətbiq etdiyi strategiya beynəlxalq münasibətlər elminin araşdırma mövzusu hesab edilə bilər.

Laçın yolunun marşrutunun dəyişməsindən sonra Qarabağda hərbi və strateji üstünlük böyük ölçüdə Azərbaycanın xeyrinə dəyişdi, xüsusilə yolda vizual nəzarətin güclənməsi ermənilərin qeyri-qanuni fəaliyyətlərinin də ifşasına şərait yaratdı. Təsdiq olundu ki, ermənilər Laçın yolundan Qarabağa silah-sursat, canlı qüvvə daşıyır, Azərbaycan daxilində qanunsuz “ordu” formalaşdırırlar. O cümlədən, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdəki mədənlərin qanunsuz istismarı nəticəsində təbii sərvətlərimiz Ermənistana bu yolla daşınır.

Rəsmi Bakı Rusiya sülhməramlıları başda olmaqla bu qanunsuz fəaliyyətdə iştirak edənlərin hamısına dəfələrlə xəbərdarlıq etsə də, heç bir nəticəsi olmadı. Bu vəziyyət Azərbaycan ictimaiyyətində də haqlı qəzəb doğururdu. Və nəhayət, ekofəalların Laçın-Xankəndi yolunda etiraz aksiyasının başlanması ermənilərin qanunsuz əməllərinin önündə səddə çevrildi, eyni zamanda, Qarabağda situasiyanı tamamilə dəyişdi.

Prezident İlham Əliyev ilin əvvəlində – 10 yanvar tarixində yerli telekanallara müsahibəsində Laçın yolunda ekofəalların aksiyasına münasibət bildirərkən, belə demişdi: “Əminəm ki, 2023-cü ildə bizi çox yaxşı anlar gözləyir. Çünki bilirsiniz, dünyada mümkün olmayan bir şey yoxdur. Qayıdırıq Laçın-Xankəndi yolundakı həmin aksiyaya. Kimin ağlına gələ bilərdi ki, 2022-ci ildə – müharibədən cəmi iki il sonra artıq tamamilə yeni bir vəziyyət yaranacaq”.

Bu, yeni vəziyyət Azərbaycan liderinin yaratdığı reallıq idi.

– Laçın Azərbaycana qaytarıldı və ordumuz Ermənistanla sərhədə çıxdı;
– Ermənilərin Ermənistana əsas çıxışı olan Laçın yoluna vizual nəzarət artırıldı;
– Ekofəalların aksiyası ilə Laçın yoluna de-fakto nəzarət əldə edildi;

Bu yeni vəziyyətdə nə Qarabağdakı separatçılar, nə də ermənilərin havadarları əməllərindən əl çəkdilər.

Separatçılar nəzarətsiz qalan torpaq yollarla Ermənistandan silah-sursat, canlı qüvvə və digər hərbi təyinatlı yüklərin daşınmasını həyata keçirir, ermənilərin havadarları isə ekofəalların aksiyasına görə Azərbaycana böyük miqyasda təzyiq edirdi. Və istisna deyil ki, İlham Əliyevin yerində başqa biri olsaydı, bu təzyiq dalğasının qarşısında duruş gətirə bilməzdi. Azərbaycan qaranlıq 90-cı illərdə bunu zaman-zaman yaşayıb. Lakin İlham Əliyev Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyini hələ 44 günlük müharibədən öncə elan etmişdi və bu prinsipial mövqeyindən sona qədər geri çəkilmədi. Bu prinsipiallıq təzyiq dalğasını da nəticəsiz etdi.

Azərbaycan lideri yeganə həll yolunu təqdim edir: suveren ərazilərimizdə yalnız üçrəngli dövlət bayrağımız dalğalanacaq, Qarabağdakı ermənilər reinteqrasiya prosesini qəbul etməli və daha yaxşı yaşamaq üçün vətəndaşlığı qəbul etməlidirlər;

Rəsmi Bakı bununla bağlı iki istiqamətdə addım atdı:

1. Qarabağdakı ermənilərə Bakıda görüşmək, reinteqrasiya prosesini müzakirə etmək təkliflərini verdi: bu, Azərbaycanın öz vətəndaşı kimi gördüyü ermənilərin hüquq və təhlükəsizliyinə əhəmiyyət verdiyinin nümunəsidir, hərçənd, ermənilər bundan imtina etdilər;
2. Ermənilərin nəzarətsiz qalan torpaq yollardan qeyri-qanuni daşımalarının qarşısını almaq məqsədilə bu yolları nəzarətə götürdü: bununla separatçıların xarici aləmlə bağlantıları tamamilə Azərbaycanın nəzarətinə keçdi;

Və Prezident İlham Əliyev yerli telekanallara son müsahibəsində bəyan etdi ki, “separatçılar ya Azərbaycan bayrağı altında yaşayacaqlar, ya da rədd olub gedəcəklər”.

Bu, Azərbaycanın son seçim şansı verməsi deməkdir və Prezidentin bu bəyanatından sonra Laçın yoluna nəzarət-keçid məntəqəsinin qurulması Qarabağda prosesin tamamlanması deməkdir:

– Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib və suverenliyimizə qarşı istənilən təhdid qətiyyətlə alınacaq;
– Qarabağdakı ermənilərin bölgədə yaşamaq üçün yeganə yolu Azərbaycan vətəndaşlığını qəbul etməkdir, separatçıların istənilən cəhdi yalnız erməni əhalisinə zərbə vurur;
– Xankəndidəki “təlxəklər toplusu”nu – separatçıları heç bir qüvvə artıq xilas edə bilməz və onlar ya təslim olmalı, ya da rədd olub getməlidirlər;

Və şübhə yoxdur ki, Prezident İlham Əliyevin bu nəticələri yaradan qətiyyətli siyasəti Qarabağın bütün güşələrində üçrəngli bayrağımızı dalğalandıracaq.
aktuailinfo
 
Ardını oxu...
Yay mövsümünün yaxınlaşması və isti günlərin gəlməsi ilə Bakı çimərliklərində və sahil kəndlərində müxtəlif neqativ tendensiyalar yenidən özünü büruzə verməyə başlayır.

Caliber.az-ın xəbərinə görə, xüsusilə də əvvəllər hər kəsə açıq olan və dənizə gedən küçələrdən birində villa sahibləri özbaşına şlaqbaum quraşdırıblar və bununla da yolun qarşısını kəsiblər.

Bu barədə Bakının Xəzər rayonunun Buzovna kənd sakinləri bildiriblər.

Fakt barədə Xəzər rayon İcra Hakimiyyəti məlumatlandırılıb və bu özbaşınalığa reaksiya verilməsi gözlənilir.

 
Ardını oxu...
Goranboy rayon Alpout kənd Ə.İsgəndərov adına tam orta məktəbin bir qrup müəllimi redaksiyamıza müraciət edərək, işlədiyi məktəbdə baş alıb gedən özbaşınalıqların və qanunsuzluqların mediada ictimailəşdirilməsini xahiş edib.
Ardını oxu...
Müəllimələr bildirirlər ki, 09.03.2023-cü il tarixdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun bir neçə nəfər əməkdaşı məktəbdə olublar və bir sıra qanunazidd faktlar aşkarlayıblar: Məlum oldu ki, 4-5 şagirdin adı məktəbin sistemində olsada sinif jurnalında yoxdurlar.Yoxlamanın araşdırmasına görə digər şagirdlər həmin şagird “yoldaşlarını” tanımayıblar. Direktorun gözəgörünməz cubuğu ilə sinifdən sinifə keçirilib.
Gözdən uzaq, könüldən aralı düşmüş məktəbdə qanunsuzluqlar bununla bitmirmiş. Məktəbin ocaqçısı Kərimli Fərid Fərman oğlu heç bir vaxt işə gəlməyib, deyilənə görə maaş kartı da direktor Ağayeva Nuridə Şəmsəddin qızında olub.Yəqin ki, bu fakt müasir texnologiyanın köməyi ilə araşdırılsa kartdan hər ay kimin pul cıxartdığı məlum olar.
Ardını oxu...
Dərsdənkənar məşğələlər kimlərdədir və hansı fənnlərə verilib? — direktordan başqa hec kəs bilmir. Hec demə məktəbin direktoru həmin saatlara ayrılan pulları da mənimsəyib. Məktəbin çağırışaqədərki hərbi hazırlıq rəhbəri vəzifəsini direktorun həyat yoldaşı Xəlilov Qurban Tahir oğlu aparır. Ancaq onun rəsmi işçi olmasına baxmayaraq, əlavə şahmat dərsləri, fiziki tərbiyə fənni tədris edir ki, maaşı az qala nazir maaşı ilə eynidir.Hələ bu azmış kimi Uşaq Gənclər İdman Şahmat Məktəbində əlavə şahmat məşğələsi də tədris edir. Görəsən Qurban müəllim bu qədər vaxtı necə planlaşdırır? Məktəbin dərs saatları diaqnostik qiymətləndirməyə uyğun hesablanmayıb. Məktəb direktoru istədiyi qohumuna istənilən fənni nə qədər lazımdır bölübdür. Dərindən yoxlanılsa, digər faktlar da aşkarlanr. Amma məktəb direktoru hardansa güclü dəstək alır və onun bu özbaşınalığına göz yumulur. Deyilənə görə məktəbdə baş verənləri ört basdır etmək ücün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri ilə işini düzüb qoşub ki, bu faktlar hüqüq mühafizə orqanlarına gedib cıxmasın. Hətta bu qanunsuzluqların Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar müəllimin bilib susması da sual doğurur. Belə olan halda Təhsil Nazirliyinin üzərinə hansı vəzifə düşür? Nazirliyin Audit şöbəsinin müdiri nə işlə məşğuldur?
Görəsən bu məsələlər Göranboy rayon icra hakimiyyətinin başcısı Məhərrəm Quliyevdən niyə gizlədilir?

Müəllimələr məktəb direktorunun fəaliyyətinin yenidən araşdırılmasının və barəsində ciddi ölçü götürülməsinin vacibliyində israrlıdırlar.
Əks tərəfin mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik
Deryaz.az
https://www.dunyapress.info/index.php/2016-05-31-00-46-58/gundem/101089-goranboyda-direktor-m%C9%99kt%C9%99bi-ail%C9%99-biznesin%C9%99-%C3%A7evirib.html
Ardını oxu...
Qubadlı rayon icra başçısı Malik İsaqov vəzifəsi ilə vidalaşa bilər. Bu barədə Tribunainfo.az-ın verdiyi xəbərə görə, Qubadlı camaatı arasında məlumat dolaşmaqdadır. Malik İsaqov 2001-ci ildən rayona rəhbərlik edir. Təxminən 22 ildir icra başçısı postunu tutan İsaqova siyasi rəhbərlikdən qeyri-rəsmi deyilib ki, getmək vaxtı çatıb. İddialara görə, icra başçısı 22 ildir kreslodan bərk yapışıb və indi də vəzifəsini tərk etmək ürəyincə deyil. Lakin yuxarıdan qulağına pıçıldayıblarsa, deməli, əmrinin verilməsinə az qalıb. Bu müddətdə isə İsaqov Sumqayıt və digər ərazilərdə özünə obyektlər alıb. Ölkədə onun qədər icra başçısı vəzifəsini tutan tək-tük məmurlar var. İddialara görə, Qubadlıda gənc icra başçısı təyin olunacaq. Qəribədir ki, geridə qalan 22 il ərzində əksər rayonlarda icra hakimiyyəti başçıları dəyişib, əvəzlənib, yerdəyişmələr aparılıb. Deyəsən, M.İsaqov Qubadlıya ömürlük təyin olunub. Məlumat üçün deyək ki, Malik Xizir oğlu İsaqov 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1970-ci ildə Hal kənd orta məktəbini bitirib. 1974-1976-cı illərdə hərbi xidmətdə olub. 1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunda ali təhsilini başa vurub. Sumqayıt Elektrik Dəstləşdirmə zavodunda çilingər, təhlükəsizlik üzrə mühəndis, mühəndis konstruktor, mühəndis-texnoloq və baş mühəndis vəzifələrində çalışıb. 1984-2001-ci illərdə elə həmin zavodun direktoru olub.
2001-ci ildən Qubadlı rayon icra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Tribunainfo.az

Ardını oxu...
“KMSL”MMC və HOME (HOM) Baku MTK tikinti şirkəti arasında baş vermiş mübahisə çəkişmələri barədə dəfələrlə ictimaiyyətə və oxucularımıza məlumat vermişik.

Sözügedən “KMSL” MMC-nin direktoru Süleymanov Məhərrəm Qurban oğlu Daxili İşlər Naziri General-Polkovnik cənab Vilayət Eyvazova müraciət edərək illərdir üzləşdiyi qanunsuzluqlarla bağlı həm yazılı, həm də açıq müraciət edərək ondan kömək istəyib. Sözügedən müraciətin bir nüsxəsini "Azərbaycan Reallığı"na göndərərək ictimailəşdirilməsini xahiş edib.

ŞİKAYƏT ƏRİZƏSİNİ olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Daxili İşlər Naziri

Cənab Vilayət Süleyman oğlu Eyvazova

AZ1005, Bakı şəhəri, A.Salamzadə 38 ünvanında yerləşən “KMSL” MMC- nin (VÖEN 1400198851) rəhbərliyi tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ

Hörmətli, Nazir!

Nəsimi rayon A. Salamzadə 38 ünvanında yerləşən bizə məxsus obyekt 22.11.2002- ci il tarixdə özəlləşdirilib. Bu İlk özəlləşdirilən müəssisələrin siyahısında olan strateji əhəmiyyətli bir obyektdir. Pandemiya ilə əlaqədar biz də öz fəaliyyətimizi dayandırmışdıq. Bizdən fərqli olaraq bizim obyektdən qabaq tərəfdə A.Salamzadə 31 ünvanında yerləşən “HOME BAKU” MMC, pandemiya dövründə işləyərək bizim obyektin əsas giriş qapısından olan dövlətə məxsus torpaq sahəsini də qanunsuz müqavilə əsasında öz torpaq sahəsinə qataraq 3 hündür mərtəbəli bina inşa etmişdir. Cəmiyyətimizin balasında olan istehsalat sahələri: sahəsi 1000 kvm olan 2 mərtəbəli binanın , sahəsi 1000 kvm 3mərtbəli binanın və əsas giriş-çıxış qapımızın yolunu kəsərək xaos yaradıblar.

Tikdikləri üç hündürmərtəbəli bina və 9 metr dərinlikdə olan qaraj bizim əsas yolumuzu iflic vəziyyətinə salıb. Qazdıqları katlavanın dörd bir tərəfi həm bizim tərəfdən, həm də Papanin körpüsü tərəfdən artıq xeyli çatlar verib. Bu barədə bütün dövlət orqanlarına yazılı şikayıtlər etmişik. Hələlik heç bir tədbir görülməyib.

Hörmətli cənab nazir!

Biz korrupsiya, vergidən yayınma, sənəd saxtalaşdırılması, vəzifə səlahiyyətlərinin aşılması barədə konkret faktlarla bağlı ilk dəfədir ki, yazılı şəkildə Sizə müraciəe edirik.

1. Heç bir yerdə fəaliyyəti olmayan, adı hallandırılan “HOME BAKU” MMC- i (ünvan. Əbdülvahab Salamzadı 31). Onun adına 17.05.2019–cu il tarixdə əmlak reyestri 008013000063 saylı çıxarış verilib.

2. Əbdülvahab Salamzadə 31 də yerləşən “ Murad K/M 2005- ci ildə Cəfərov Vüqar Cəfər oğlunun (Cəfərov Vüqar Cəfər oğlu 1969-cu il təvəllüd Binəqədi Şosesi 12 ünvanda yerləşən,“AKABE” İnşaatın təsisçisi və direktoru. Baş mühasibi Zeynalov Həmzə Oruc oğlu 1959-cu il təvəllüdlü) adına özəlləşdirilib. Vüqar 2008- ci ildə bu müəssisəni “ Subaru” Avtomobil Mərkəzinə (hazırda Bakı-Sumqayıt şossesi, 6-cı km-də yerləşir) satıb və vergidən 750 000 manat məbləğində vergi borcu yaranmış, lakin ödənilməmişdir. 2014-cü ildə “Subaru” Avtomobil Mərkəzi yenidən həmin torpaq sahəsini faktiki olaraq Vüqar Cəfərova satmaq üçün “Xalq Bank” ASC-yə girov qoymuş və daha sonra torpaq sahəsi Vüqar Cəfərovun təsisçisi olduğu “HOME BAKU” MMC-yə satılımış və bununla da yenidən vergi ödəməkdən yayınmışlar.

3. Cəfərov həmin yer girovda ola-ola kağız üzərində “HÖME BAKU” MMC- i üçün 2014–cü ildə üç bina tikmək üçün layihə hazırlatdırıb.

4. Bakı şəhər İcra hakimiyyəti əvvəlcə 20.04.2018- ci il tarixdə həmin yerə dair 298 saylı sərəncam verib. Sonra ardınca 06.06. 2018 – ci il tarixdə akt tərtib edilib.Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti ilə 05 iyul 2019 – cu il tarixdə “ HOME BAKU” arasında bizim müəssisənin əsas çıxışında yerləşən 2432 kv. m dövlətin asfaltlanmış yoluna dair icarə müqaviləsi bağlanıb. Xaos yaradan bu 49 illik müqaviləni Vüqar yox, onun mühasibi “qurbanı” gözdən əlil Zeynalov Həmzə imzalayıb. “ “HOME BAKU” bu günə kimi “ Xalq Bank” da girovda olub indi də girovdadır. (Bakı şəhəri Yasamal rayonu AZ1063 İnşaatçılar pr.22L)

5. Bundan sonra 27 dekabr 2019–cu ildə işdən çıxarılmış Akif Abdullayevin (19 aprel 2019cu ildə vəzifəsindən azad edilən sabiq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi). vasitəsilə 2014 – cü il layihəsinə uyğun tikintiyə icazə sənədi verilib. Vüqarın özünün ehtirafına görə bu əməliyyatlara 2 000 000 ( iki milyon) manat xərci çıxıb.

Bundan 15 gün sonra girovda olan sahəni türk iş adamı Ahmet Çetinin (sabiq rəhbər Ahmed Çetin, hazırki rəhbəri: Çetinin bacısı oğlu Ahmed Tanyıldız) yaxın adamı, heç kimin tanımadığı Fatih İşlaka( “HOME BAKU-nun direktoru Fatih İşlak) 11 000 000 ( on bir milyon) manata satıb.(yuxarıda göstərdiyimiz həmin sxem üzrə). “ Aral Qrup” MMC (Aral Qrup MMC-nin ünvanı: Bakı şəhəri, Binəqədi rayonu. Həmdəm Ağayev küçəsi, əlaqə nömrəsi: 0125991940;0125991941) isə izi azdırmaq üçün Ahmet Çətin öz bacısı oğlu Ahmet Tanyıldızın adına keçirib. Beləliklə hər şey qarışdırılıb bir-birinə. Bütün bu əməliyyatlarda dövlətə bir qəpik vergi ödənilməyib. Tikinti işləri pandemiya dövründə gecə-gündüz aparılıb. Onlara gözünün üstündə qaşın var deyən olmayıb.

6. Belıliklə, cənab Prezidentimizin 2018–ci il tarixdə imzaladığı 226 nömrəli fərmanın göstərişlərini pozaraq tikinti normalarına uyğun olmayan, 2014-cü ildə belə təsdiq edilməyən layihələr əsasında eybəcər binalar tikilmişdir və bizim əsas çıxış yolumuz bağlanmışdır. Tikinti işləri aparılan vaxtlarda işıqdan, sudan, qazdan heç bir müqavilə olmadan qanunsuz istifadə edilib. Faktiki bu işləri Ahmet Çətin adlı bir adam idarə edir, kağız üzərində başqa adamlar. Bu adam eyni zamanda, yəni indi, yuxarıda göstərdiyimiz həmin sxem üzrə 5 yerdə belə tkinti işləri aparaq vergidən və başqa məsuliyyətli işlərdən məharətlə yayınır.

7. 1540 saylı 05 iyul 2019–cu il tarixdə 49 illik icarəyə verilən 2432 kv.m torpaq, illik 10517 manata icarə haqqına oturdulub. Gülməli bir qiymətdir bu. Ayı 900 manatdan da ucuz düşür.

8. 27.12.2019-cu il tarixli, 128 nömrəlı “Obyrktin Tikintisinə icazə” sənədindən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi “HOME BAKU”MMC-yə sözü gedən ərazinin tikintisinə icazə vermişdir. Həmin sənəddə tikinti obyektinin layihəçisi qismində “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu (Bakı şəhəri, Füzuli küçəsi 67) göstərilib.

9. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 20.04.2018-ci il tarixli, 298 nömrəli Sərəncamı “HOME BAKU”MMC-nin 17.04.2018-ci il tarixli müraciətindən cəmi 3 gün sonra, Hacıbala Abutalıbovun işdən azad edildiyi gün, lakin onun imzasıyla verilmişdir.

10.“Obyektin Tikintisinə İcazə” sənədində layihəçisi qismində “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu (layihə nömrəsi 081442, tarixi 04.12.2014) göstərilməsinə baxmayaraq, Tikintilərin Dövlət reyestrində “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Gəncə filialı qeyd olunmuşdur.

11. Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi 31 ünvanında yerləşən 0.8871 ha və ona bitişik 2432,2 kv torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının tikintisinə icazə verilmişdir. Lakin həmin 3 bina ümumilikdə 1.13 ha torpaq sahəsində tikməli olduğu halda, yalnız 0,8871 ha ərzində tikilmişdir. Bu isə tikinti normalarının kobud surətdə pozulmasıdır.

12. Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən təqdim edilmiş 06.06.2018-ci tarixli, 18/129 nömrəli Ayrıc aktına əsasən, ümumi istifadə olan, “KMSL”MMC-nin texniki posportunda da göstərilən əsas girişin qarşısındakı yol “HOME BAKU” MMC-yə icarəyə verilib. Həmin hissədə “KMSL” MMC-nin giriş qapısı var. Ayrıc aktında həmin avtomobillər üçün də nəzərdə tutulmuş giriş qapısı və ümumi istifadə olan yol icarəyə verilən ərazinin (divar kimi qeyd edilib) cizgisində görünmür.

13. Ayrıc Aktı 06.06.2018-ci il tarixdə verilməsinə baxmayaraq, İcarə müqaviləsi 05.07.2019-ci tarixdə imzalanmışdır. Yəni icarə müqaviləsi imzalanmamış icarəyə götürüləcək ərazi ilə birlikdə Ayrıc aktı verilmişdir. İcarə müqaviləsini imzalayan şəxs kimi göstərilən, “HOME BAKU” MMC-nin nümayəndəsi Həmzə Zeynalov isə gözdən əlildır. Yuxarda qeyd edilənləri nəzərə alaraq, Sizdən

Xahiş edirik

Rəsmi araşdırılmanın bizim iştirakımız ilə aparılmasını, qeyd edilən cinayət əməllərini törədənlərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilməsini təmin edəsiniz.


Qeyd. İstintaqla əməkdaşlıq etməyə və əlavə materiallar da təqdim etməyə hazırıq.

“KMSL”MMC-nin (VÖEN 1400198851) Direktoru Süleymanov Məhərrəm Qurban oğlu

Əlaqə Tel: 050 233 20 16

Ardını oxu...
DİA.AZ: - Sabirabad rayonu Cavad kəndinin tibb məntəqəsi acınacaqlı durumdadır. DİA.AZ bildirir ki, bu barədə həmin kənddən olan Şəhid atası Fuad Abbasov giley edir.

Sözügedən tibb məntəqəsinin səhiyyə ocağı yox, əsl xəstəlik mənbəyi olduğunu bildirən Şəhid atası bununla bağlı video da paylaşıb:

Videoya baxmaq üçün bura tıklayın...
 

Dünyapress TV

Xəbər lenti