“Loona Bistro” restoranında qaydalara əməl olunmur - ŞİKAYƏT
Bakı şəhəri, Əbdülkərim Əlizadə küçəsində fəaliyyət göstərən, “Loona Bistro” restoranında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı ilə bağlı "Azərbaycan Reallığı" saytına məlumat daxil olub.

Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə riayət olunmadığı, xammalın qəbulu və saxlanılması, yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, mətbəx sahəsində müvafiq təmizlik işlərinin aparılmadığı daxil olan məlumatda qeyd olunur.

Həmçinin mənşəyi məlum olmayan, üzərində saxlama müddəti göstərilməyən, etiketlənmə tələblərinə cavab verməyən məhsullarının satışının və istifadəsinin həyata keçirildiyi xüsusilə vurğulanır. Bundan başqa işçi heyətin şəxsi gigiyena qaydalarına riayət etməməsi məlumatlar arasında yer alır. Həmçinin onların dəyişəkli təmiz iş geyimi olması halda qaydalara əməl olunmur.

Gün ərzində bir çox insanla təmasda olduqlarından qoruyucu vasitələrlə və dezinfeksiyaedici məhlulla təmin olunmalıdırlar lakin heç biri yerinə yetirilmir. Vergidən yayınma halı baş alıb gedir. Belə ki, müştəriyə heç bir qəbz verilmir. “Loona Bistro” restoranında özbaşınalıq hökm sürür, müştəriləri sözün əsil mənasında soymaqla məşğuldurlar! Aydın məsələdir ki, Azərbaycanın çox yerində olduğu kimi, bu restoranlarda da müştərilərin qabağına çıxıb, onları qarşılamırlar.

Müştərilərə oturmaq üçün yer də göstərmək "yadlarından çıxır". Bir masa tapıb arxasında əyləşirsən, handan-hana biri gəlir ki, "nə istəyirsiniz?" İstəyirsən ağzını doldurub deyəsən ki, "kostyum istəyirəm!". Sonra izah etməyə məcbur olursan ki, "a bala, restorana yeməyə gələrlər də..."

Sonra da soruşursan ki, "yeməyə nə var?" Bəziləri menyu gətirir, istədiyin bir yeməyi sifariş vermək istəyirsən. Adını çəkən kimi, üzü saqqalı. xalat-filan geyinməmiş, küçə uşağına bənzər "xidmətçi" deyir ki, "o yoxdur". Nəhayət, başqa yemək sifariş vermək istəyirsən, deyir: "Gərək, əvvəlcədən 100 manat depozit verəsiniz!"

Mən dünyanın çox ölkəsində olmuşam, yeməkdən əvvəl depozit istəyən görməmişəm! Qəribədir, müştəri 20-30 manatlıq yemək yeyəcəksə, 100 manat depozit niyə verməlidir? Axı, depozit nə üçündür? Yeyib-içib, qaçan müştəri olur ki? Restoranlarda eybəcər musiqi səsindən qulaq batır! Xidmət səviyyəsi sıfır, Yeməklər keyfiyyətsizdir.

Yeməkdə sonra adamın ürəyi bulanır! Heç demə, bəzi yeməkləri palma yağı ilə bişirirlər ki, ucuz başa gəlsin. Deyirlər, palma yağının bir kiloqramı 1 manat 50 qəpiyədir! Hesab gətirəndə verdikləri yeməyin qiymətindən 4-5 qat artıq yazırlar Bu, artıq həyasızlıqdır! Bunların hamısı villa tikdirmək, bahalı maşınlar almaq istəyirlər! Hətta daxil olan məlumatda qeyd olunur ki, restoranda müştərilərə verilən içkilərin hər biri padvallarda “kustar” üsulla hazırlanıb.

Bir sözlə adı qeyd olunan restoranın rəhbərliyi insanlarön həyat sağlamlığını nəzərə almayaraq, onların taleyləri ilə oynayır. Ümumiyyətlə, Bakıda 90 faiz restoranlar əhaliyə səviyyəli xidmət göstərmirlər. Səbəbi də məlumdur: onları kimlərsə qoruyur, müdafiə edir. Bu işlər havayı olmur, aylıq "haqlarını" alırlar! Belə olmasaydı, Azərbaycanda da başqa ölkələrdə olduğu kimi, əhaliyə yüksək xidmət göstərilərdi...

Əgər yoxlasalar, görərlər ki, restoranlarda işləyənlərin çoxu ştatda deyil. Günü 15, 20 manata işləyənlərdir. Belələrinin nə mədəniyyəti, nə məsuliyyəti ola bilər? Ümumiyyətlə, nə vaxt ictimai-iaşə müəssisələrində, xüsusilə restoranlarda özbaşınalıqlara son qoyulacaq? Bu işi bacaran bir kişi tapılacaq, yoxsa yox?

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
 

Dünyapress TV

Xəbər lenti