Videoda izlədiyiniz görüntülər Tovuz Rayon Nizami adına Mədəniyyət Evinin qarşısındandır.
teref.AZ bildirir ki, əyilib yoldan ot yolan, əllərində dəmir, lomla yer eşən adamlar hansısa Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri deyil, Tovuz Rayonu Mərkəzi Kitabxanasının işçiləri və Tovuz Rayon Mədəniyyət Evinin çalışanlarıdır.
Qadınlı-kişili kütləvi işə cəlb edilən bu adamların iş yeri tamaşa və teatr səhnəsi olsa da, hər gün Mədəniyyət Evinin bağında işlədilməyə, bıçaqla yerdə düzülən daşların arasındakı otları yolmağa cəlb edilirlər.
Kitabxanada çalışanlar və Tovuz Mədəniyyət Evinin aktyor, aktrisa və digər işçiləri işdən çıxarılmaqdan qorxub müsahibə verməyə razılıq vermirlər.
Onlar bildirirlər ki, hər gün rəhbərlik tərəfindən onlara tapşırıq verilir. Etmədikdə, işdən çıxarılacaqları və ya töhmət alacaqları ilə təhdid edilirlər.
İşçilərin Gununsesi.info–ya verdikləri məlumata görə, kitabxana müdiryyəti “Xoşun gəlmirsə, ərizəni yaz”, deyir. Bildirirlər ki, Mərkəzi Kitabxananın müdriyyəti “Nazir gəlir”, deyərək onları bu cür işlərə cəlb edir.
Ümid ediri ki, Babək, Nəsimi, Həcər kimi qəhrəmanların obrazlarını canlandıran mədəniyyət işçiləri yenidən öz səhnə fəaliyyətlərini davam etdirəcəklər.