Ardını oxu...
Aprelin 21-də ölkənin cənub bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti fəsadlara yol açıb.

Masallıda 5-7 dəqiqə davam edən güclü yağış, dolu ilə gələn küləkli hava şəraiti kənd təsərrüfatına, tikililərə və evlərə ziyan vurub.

Rayonun Təzə Alvadı kənd sakini Mübariz Mürsəlov deyib ki, qeyri-sabit hava şəraiti onun yaşadığı evi bərbad hala salıb:

“Ailə üzvlərimiz çöldə qalıb. Kənd bələdiyyəsindən nümayəndə gələrək buranın telefonla şəklini çəkib getdilər. Evin içində olan əşyalar qırılıb”.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Redaksiyamıza müraciət edən Məhşurə Əmiraslanova "Kapital Bank" açıq quldurluğu ilə üz-üzə qalıb. Hər halda, narazı vətəndaşın başına gətirilən oyunların başqa adı yoxdur. DİA.AZ bildirir ki, "Kapital Bank" bu dəfə müştərisinin nə az, nə çox... düz 2870 manata ƏL QOYUB...

Bununla bağlı M.Əmiraslanovanın dia.az-a etdiyi müraciəti olduğu kimi - redaktə olunmadan təqdim edirik (hər halda vətəndaşın gileyi yazdıqlarından anlaşılır -dia.az):

"[14:09, 20.04.2023] +994 51 537 31 99: 26.03.2023 tarixinde Kapital Bank mesxsus kartima deleduzluqla mudaxile olunub.Bank ozu 1 defe imtina verib ve mene zeng edib hemin an kartlarimi bloklatmisam ve operatora.Lakin buna baxmayaraq operatorla danisdiqim zaman kartdan pul cixilib.Danisiqi yekunlasdirandan sonra pulun cixildigin gormusem ve yeniden 196 ile elaqe saxlamaga calissamda alinmayib.Birbank tetbiqi uzerinden operatora yazmisam amma bir komeyi deymeyib. Seheri gun 27 mart tarixinde 2 filiala yaxinlasmisam biri komek etmeyib,diger filialda ise mudure xahiş etdikden sonra sorgu yaradilib.Sorgu yaradilan zaman çixarilan pul blokda gorunurdu.Hadise bas verib 26.03.2023 saat 12:42 de,(pul cixilan zaman 3d kod gelmeyib bankin bildirisine gore 3d tesdiq etmeyen sayt uzerinden emeliygat aparildigindandir) pulun kartdan silinmesi 27.03.2023 saat 18:48 de olub, hal - hazirda ise emeliyyat tarixi birbankda 26.03.2023 saat 00:00 olaraq oz eksini tapib.Hadiselerin hamsinin screenshotu var.
Qeyd edim ki ozume mexsus odenisler ise eyni tarixde qalib.
Bankdan bu qeder tarix deyişgenliyini sorusuram helede araşdirirlar amma bir netice yoxdu. Sual verirem 1 sutkadan cox vaxtdan sonra kartdan silinme olub,bu vaxta kimi nese ede bilmirdiz? Aldigim cavab silinme iş vaxtina duşmeyib.Bu cavabi vermek ucun sinimeni iş saatindan sonra edibler her halda ve en gulmelisi ise operatorun dediyi cavabdi pul balansimizdan silinmeli idi,cunki biz qarsi terefle elaqe saxlamadan size komek ede bilmerik.Zererceken men amma dusunulen qarsi teref.Bu ne derecede dogrudur anlamiram?
1 hefteden sonra filala yaxinlasib sorgun neticesin bilmek istemisem mene emeliyyatin google payments uzerinden aparildigini bildiribler.Ozum google payments uzerinden izinsiz odeme ile bagli sorgu yaratmisam ve ordan gelen cavab bankiniz bize muraciet etsin olub.Bununla bagli sorgu nomremi birbank uzerinde operatorada bildirmisem,196 yada amma menim sorgumu nezere ala bilmeyeceklerini bildiribler - sebeb ise aktiv sorgum varmis.Belke Kapital bank pulu havayidan qazanir deye bilmerem,amma bir vetendas kimi pulu eziyyetle qazaniram ve bankin verdiyi cavablar meni qane etmir.
Bankin dediyi kimi DİN sturukturlarina melumat vermisem.
Hal hazirda bank butun mehsuliyyeti oz uzerinden atmaga calisir.Lakin pul cekilen an operatorla danismisam,danisiq yekunlasandan sonra kartdan pul cixildigin gormusem.yeniden bankla elaqe yaratmisam,hemin an nese etmek olardi lakin bank hec bir is gormedi. Vesaitide kartimdan 30 saata yaxin vaxtdan sonra silibler".

Qeyd edək ki, vətəndaş iddialarını təsdiqləyən fotodəlilləri də dia.az-a təqdim edib:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Məsələ ilə bağlı teref.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
 

Ardını oxu...
Sərsəng su anbarında suyun səviyyəsi getdikcə azalır: ekoloji fəlakətin yaranmasına səbəb separatçıların elektrik enerjisinin böyük hissəsini buradakı SES-dən əldə etməsi, nəticə etibarilə, həddindən artıq yüklənmədir; son məlumatlara görə, suyun səviyyəsi 20 metr aşağı düşüb və bu tendensiya davam edir;

Mövcud vəziyyət rəsmi Bakının Sərsəngin xilası üçün hansı addım ata biləcəyi məsələsini də gündəmə gətirir.

Bunu iki kontekstdə dəyərləndirmək mümkündür:

Birincisi, Sərsəngi xilas etmək məqsədilə ekoloji müstəvidə hərəkətə keçmək;

Bakı ermənilərlə təmaslar quraraq, su anbarına baxış keçirə və ekoloji fəlakətin qarşısını almağın yollarını axtara bilər. Ötən ilin 24 avqust tarixində Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri ermənilərlə birlikdə Sərsəngə baxış keçirmişdi və su anbarından birgə istifadə ilə bağlı razılıq əldə olunmuşdu. Digər razılaşma əraziyə baxışın gələcəkdə də mütəmadi həyata keçirilməsinə dair idi. Lakin sonrakı dövrdə əraziyə baxışın keçirilməsi mümkün olmayıb.

Rəsmi Bakı SES-dəki yüklənmənin aradan qaldırılmasını tələb etməsi də versiyalardan biridir, hərçənd, separatçıların buna əməl etməyəcəyi ehtimalı daha yüksəkdir və onların cavabını da təxmin etmək çətin deyil: “SES-dəki yükslənməni azaltmaq üçün Ermənistandan elektrik enerjisinin verilməsi bərpa olunmalıdır, əks təqdirdə, enerji problemini həll etmək mümkün deyil”;

Mövcud vəziyyət və versiyalar ekoloji müstəvidə addımların atılmasının nəticə verə biləcəyi gözləntisini azaldır.

İkincisi, Sərsəngə nəzarətin bərpa olunması məqsədilə hərbi müstəvidə hərəkətə keçmək;

Ötən ilin 3 avqustunda separatçıların təxribatına cavab olaraq keçirilən əməliyyatda da ordumuz PUA-larla Sərsəng su anbarının yaxınlığında yerləşən (Kəlbəcərin Heyvalı kəndi istiqamətində) terrorçuların kazarmalarına zərbələr endirmişdi. Bu o deməkdir ki, Sərsəng ətrafında yerləşən terrorçu rejimin dəstələri Azərbaycan ordusunun legitim hədəfidir və Bakı bu hədəfləri sıradan çıxarmaq məqsədilə hərəkətə keçə, buna paralel olaraq, su anbarına nəzarəti bərpa edə bilər.

Su anbarına nəzarətin bərpa edilərsə:

- Anbarın üzləşdiyi ekoloji fəlakətin qarşısı alınacaq;
- Qarabağın digər ərazilərinin su çatışmazlığı həll ediləcək;
- Azərbaycanın bir çox rayonunun üzləşdiyi su qıtlığı probleminin həllində yeni mənbə əldə ediləcək;

Sərsəngə nəzarətin bərpa edilməsi həm də separatçıların elektrik enerjisi mənbəsindən böyük ölçüdə məhrum olmasına, daha çətin vəziyyətə düşmələrinə səbəb olacaq amildir. Bu isə onların Bakıya təslim olmasını, yaxud Qarabağdan qaçmasını sürətləndirə bilər. Qarabağdakı ermənilərin digər ehtiyacları kimi elektrik enerjisi təminatı da reinteqrasiya prosesi çərçivəsində Azərbaycan hökuməti tərəfindən həll edilə bilər.

Asif Nərimanlı - DİA.AZ
 
Ardını oxu...
Prezident İlham Əliyevin sərəncamına əsasən Qulu Novruz oğlu Novruzov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına rəis təyin edildikdən sonra, vəziyyət demək olar ki, dramatikləşib.
İddialara görə adıçəkilən şəxs Akademiyaya rəis təyin ediləndən bəri tələbələrin günü qaralıb. Adıçəkilən Ali Təhsil müəssisəsindəki mənbənin gundemxeber.az-a verdiyi məlumatda iddia olunur ki, yaxın günlərə təqaüdlər verilməsə, tələbələr rektorluğa qarşı üsyana qalxacaqlar.
Verilən məlumatda o da qeyd olunur ki, Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri artıq üç aydır təqaüd almaqdan məhrum ediliblər.
Belə bir xoşagəlməz halın baş verməsi tələbələrin qəzəbinə səbəb olub.
Tələbələr arasından verilən xəbərə görə təqaüdlərin verilməməsinə səbəb Akademiya rəhbərliyi tərəfindən banklara yatırım edib faiz götürmək niyyəti ola bilər.
Hər halda baş verən bütün neqativ hallara görə rəisin məsuliyyəti az deyil və yuxarıda qeyd olunanlar onun rəhbərliyi altında həyata keçirilə bilər.
Məsələ ilə bağlı Akademiyanın söz sahibi olan şəxslərinin də mövqeyini dinləməyə hazır olduğumuzu bildiririk.
 //gundemxeber.az//
Ardını oxu...
Azərbaycanda fəaliyyət göstərən tanınmış türk iş adamı Ercan Gunalpın ölkədən çıxşı məhdudlaşdırıla bilər.
Qaynarinfo xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Ercan Günalpla bağlı xüsusi icraat qaydasında məhkəməyə ərizə ilə müraciət edib.
Dövlət qurumunun ərizəsi Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın icraatındadır. Mayın 1-nə iş üzrə məhkəmə baxış iclası təyin edilib.
Ercan Günalp restoran biznesi ilə məşğuldur. Dünyanın bir çox ölkələrində restoranlar şəbəkəsi var.
Azərbaycana gəlincə, Ercan Günalp 1992-ci ildən burada biznes fəaliyyəti ilə məşğuldur. Bu barədə özü mediaya müsahibəsində bildirib:
“Bakıda ilk fəaliyyətimizə 1992-ci ildə “Universal” restoranı ilə başladıq. Daha sonra sahilyanı parkda Azərbaycanın ən çox sevilən “Sinema klub” quruldu. Bundan başqa, “Bakı Əyləncə Mərkəzi”, şouları ilə məşhur olan, Azərin, İlqar Muradovun, Manananın səhnəyə çıxdığı “Avilla”, daha sonra Bakının simvollarından biri olan “İzmir” restoranı inşa edildi. Sadalanan məkanlar sırasına “Flover”, “Jaz club” və bu dəqiqə adlarını xatırlamadığın 20-yə yaxın məkan qurmuşam”.
Ercan Günalp adı dələzduluq olayında da hallanıb. 2020-ci ildə Qazaxıstanda yaşayan azərbaycanı iş adamı Zaur Məmişovun mediada müraciət dərc olunub. İş adamı 450 min dollar pulunun məniməsildiyini iddia edib. O bu məsələdə türkiyəli iş adamının da adını hallandırıb.
 
Ardını oxu...
Xızı rayonu, Giləzi qəsəbəsinin sakini Ələkbərov Azər Mirzəbala oğlu tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, “Azəriqaz” İB qəsəbə sakinlərinin başına “oyun açır”:

“Mən, Ələkbərov Azər Mirzəbala oğlu, öz adımdan və qonşularımın adından yazaraq bildirirəm ki, “Azəriqaz” sayğacı dəyişdikdən sonra, sakinlərə 10, 14, 16 manat məbləğində əlavə borc təyin ediblər. Amma bizim borcumuz olmayıb.

Səbəbini soruşduqda isə bizə deyirlər ki, sayğac istifadəsi bitdikdən sonra labaratoriyaya göndərilib və orada aşkar edilib ki, sayğac düzgün işləməyib. Sayğaca heç bir müdaxilə olunmadan belə bir şey necə ola bilər?

Sonradan bilirik ki, sayğacı dəyişdirilən hər bir vətəndaşın boynuna bu borc qoyulur.

Çox maraqlı bir məqam da budur ki, heç kəsə bildiriş verilmir. Deyirlər ki, hər kəs gözüyumulu bu borcu ödəməlidir. Laboratoriyadan çıxan cavab bizi qane etmir. Bir sözlə desək, “Azəriqaz” başımıza oyun açır.

Xahiş edirik, bizim səsimizi lazımi qurumlara çatdırın, bilsinlər ki, “Azəriqaz” vətəndaşları soyur”.

Məsələ ilə bağlı “Azəriqaz” İB ilə əlaqə saxlamağa çalışsaq da, sorğumuz cavabsız qaldı.
Ardını oxu...
FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin xeyli sayda əməkdaşı işdən çıxarılıb.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, onları işdən FHN-nin Kadr siyasəti Baş idarəsinin rəisi, general-mayor Sevda Şirinova azad edib.

Belə ki, idarənin 20 əmədaşı guya işlərində verdikləri nöqsanlara görə vəzifələrindən azad ediliblər. 20 əməkdaşdan 3-ü yüksək rütbəli zabit və idarənin vəzifəli şəxsləridir.

Əldə etdiyimiz məlumata görə, onların işdən çıxarılmasına səbəb toy mərasimində iştirak etmələri olub.

Dəfərlərlə digər məsələlərlə bağlı FHN-nin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyevaya sorğu ünvanlamağımıza baxmayaraq, nə yazılı, də nə də şifahi şəkildə Qaynarinfo-ya cavab verilməyib. Buna baxmayaraq, FHN-nin məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Şimal bölgəsində su problemi günü-gündən dərinləşir. Xaçmazlı fermerlər bildirirlər ki, su olmadığından yaz əkinlərini apara bilmirlər.

Şimal rayonlarını suvarma suyu ilə təmin edən Xanarxı kanalının Azərbaycan-Rusiya sərhədində yerləşən Yeni Tahircal kəndi ərazisindəki mənbəyinə yollandıq.

Məlumat üçün bildirək ki, bu kanal mənbəyini Samur çayından alır və Samur-Abşeron kanalının bir qoludur. Şimal bölgəsinin Qusar, Xaçmaz, Şabran rayonlarını suvarma suyu ilə təmin edən Xanarxı kanalı 2000-ci illərdə inşa edilib. Müşahidələrimiz zamanı kanalda suyun olmadığını gördük.

Samur-Abşeron Kanalı İstismar idarəsinin sahə rəisi Aydın Koroğluyev Bizim.Media-ya bildirdi ki, kanala suvarma suyu verilməiyindən kanal quruyub.

Xanarxı kanalının Qusarın Ləyərqışlaq kəndi ərazisindən keçən hissəsində də acınacaqlı vəziyyət hökm sürür. Kanala nəinki, su verilmir hətta kanal iri daşlardan da təmizlənməyib.

Xanarxı kanalının Xaçmazın Hülövlü kəndindən keçən hissəsində də vəziyyət acınacaqlıdır. Neçə müddətdir, susuz qalan kanalı qamış bürüyüb.

Xanarxı kanalına suvarma suyunun nə zaman veriləcəyinə gəlincə isə Qusar Suvarma Sistemləri İdarəsinin rəisi Məzahir Əzizov bildirir ki, mövcud problemlə bağlı Qubanın Vəlvələ kəndində tədbir keçirilib:

“Şimal rayonları rəhbərlərinin, yeni yaradılan Dövlət Su Ehtiyatları Agentliyinin məsul şəxslərinin və Samur-Abşeron kanalı istismar idarəsi rəsmilərinin qatıldığı tədbirdə bölgədəki suvarma su problemi müzakirə edildi.
Bildirildi ki, Bakıya gedən Taxtakörpü-Ceyranbatan su kanalında suyun səviyyəsi aşağı düşdüyündən Samur-Abşeron kanalından Xanarxı kanalına suyun verilməsi dayandırılıb. Hazırda problemdən çıxış yolları axtarılır. Güman edirəm ki, yaxın günlərdə kanala su veriləcək”.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Zibil yandıranlar həm cibini, həm canını məhv edir
Yazın gəlişi ilə həyət və bağ evlərində yaşayan insanların yaz təmizliyinə başladıqları, bunun fonunda isə həyət-bacadakı zibilləri yandıraraq ətrafı yanğın yerinə döndərdikləri müşahidə olunur. Az qala hər həyətdən tüstü çıxır, ətrafda nəfəs almaq mümkünsüzə çevrilir və nəticədə atmosfer çirklənir. Halbuki həyata keçirilən bəzi tədbirlər nəticəsində həm zibillərdən qurtulmaq, həm də təmiz hava almaq mümkündür.

Zibil yandırdınsa, kənara atdınsa, cəzan budur - 500 manatdan 1000 manata qədər

Öncə ondan başlayaq ki, bu əməlinizə görə dövlət sizin başınızı tumarlamır. Əksinə, məişət tullantılarını zibil qutularından (urnalardan) kənara atsanız, 50 manat cərimə ediləcəksiniz, İnzibati Xətalar Məcəlləsində qeyd olunur.

Əgər şəhər və rayonların mərkəzlərində zibil qutularının arasındakı məsafənin düzgün olmadığını düşünürsünüzsə, yerli icra qurumlarına müraciət edə bilərsiniz. Əgər qutular qanunla müəyyən edilmiş məsafədən uzaq yerləşdirilibsə, vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1000 manat cərimə edilə bilər.

Zibilin yandırılması atmosferə zərərli maddələrin atılması hesab olunur və buna görə fiziki şəxslər 7-700 manat məbləğində cərimə edilə bilər. Zibilin yığışdırılmasına görə mənzil istismar idarələri hər ay hər ailə üzvündən 30 qəpik ödəniş toplayır.

Dəmir yolu qatarlarının vaqonlarından zibil, yaxud başqa predmetlər atsanız, 30 manat cərimə edilə bilərsiniz.

Metronu zibilləyənlər və ya metroda hər hansı yerə yazı yazanlara 15 manat cərimə nəzərdə tutulur. Metroda dəmir yoluna hər hansı əşya atmağın cəriməsi isə 30 manatdır.

Əgər dəniz və çay nəqliyyatı gəmilərindən zibil və başqa predmetlər atsanız, 30 manat cərimə edilə bilərsiniz.

Nəqliyyatda cərimələr təkcə sürücülərə aid deyil. İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki, magistral yolları zibilləyən sürücülər 40 manat, sərnişinlər isə 30 manat cərimə edilir.

Avtomobil yollarının zibillənməsinə, müxtəlif tərkibli maddələr axıdılmasına, daş, çınqıl, qum və ot tökülməsinə, suvarma, çirkab və kanalizasiya sularının avtomobil yoluna axıdılmasına, yol örtüyünün çirklənməsinə görə fiziki şəxslər 30-50 manat, vəzifəli şəxslər 150-200 manat, hüquqi şəxslər 1500-2000 manat cərimə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nazirliyin əməkdaşları ötən ilin ilk 4 ayı ərzində respublika ərazisində sənaye və məişət tullantılarının idarə olunması qaydalarının pozulmasına görə 273 akt və protokol tərtib edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcbur olan 142 müddətli “məcburi göstəriş” verilib.

Qurumdan bildirilib ki, ümumilikdə 36 iş üzrə 33 min manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 34, məhkəmələrə 6 iş göndərilib.

Hindistanda zibil kafesi açılıb - zibil gətir, pulsuz yemək ye...

Hindistan hökuməti burada daha geniş yayılmış zibil çeşidlərindən biri olan plastik tullantıların qarşısını almaq üçün maraqlı bir addım atıb. Ölkənin Ambikapur şəhərində zibil kafesi açılıb. Oraya gələnlər plastik zibilləri yeməyə dəyişirlər. Bu kafedə nahar eləmək üçün bir kiloqram plastik tullantı vermək yetərlidir, səhər yeməyi isə yarım kiloqram plastik qaba başa gəlir.

Yerli hakimiyyətin fikrincə, bu üsulla həm şəhərdəki zibilliyi aradan qaldırmaq, həm də aclıq problemini həll etmək mümkündür. Hətta Hindistanda plastik tullantılardan istifadə etməklə bir neçə avtomagistral da qurulub. Bildirilir ki, belə yol örtüyü keyfiyyətinə görə asfaltdan daha uzunömürlüdür.

Artıq tullantılardan dünyanın müxtəlif ölkələrində həm də alternativ enerji mənbəyi kimi də istifadə olunur. Hətta bir çox dövlətlərdə bu sahəyə olan yatırımlar artmaqdadır.

Yaponiya, Koreya kimi ölkələrdə utilizasiya olunmuş zibilin hər tonuna görə dövlət şirkətə pul ödəyir və bundan əlavə, həmin zibildən enerji istehsal olunursa, bu enerjini xüsusi tariflərlə alır. Həmin ölkələrdə karbon vergisi mövcuddur. Buna görə də onlar havaya buraxdıqları karbon-dioksidin hər tonuna görə dövlətə əlavə ödəniş edirlər.

Zibilləri idarə etmək üçün dünya qədər pul - faydası varmı?

Amma paytaxtda bu işə nəzarət edən bir zavod da var. Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” çərçivəsində inşa olub.

Dünya Bankının məlumatlarına nəzər yetirək. Bu qurumun 2013-cü ilə dair hesabatına görə, bu gün Azərbaycana Bərk Tullantıların Vahid İdarə olunması layihəsi üçün əlavə maliyyə olaraq 47.1 milyon ABŞ dolları həcmində kredit ayrılıb. Dünya Bankının məlumatında qeyd olunur ki, 3 milyon insanın yaşadığı Bakıda illik olaraq 1.8 milyon ton bərk zibil tullantısı olur. Bu rəqəmin növbəti 20 il ərzində ikiqat artacağı proqnozlaşdırılır.

Hazırda bütün dünyada zibilin yandırılması deyil, daha çox təkrar emalı və basdırılmasına üstünlük verilir. Son illərdə beynəlxalq ekoloqji təşkilatların səyləri nəticəsində Avropa Birliyi ərazisində analoji zavodların tikintisi demək olar ki, tam dayandırılıb. Hətta MDB ölkələrinin bir çoxunda da belə layihələr ictimai narazılıqlar nəzərə alınmaqla icra olunmur. Məsələn, 2008-ci ildə Moskva meriyası şəhərdə 6 zibilyandırma zavodunun inşası barədə qərar qəbul etsə də, yerli və beynəlxalq QHT-lərin mübarizəsi nəticəsində onun icrası dayandırılıb.


Avropada zibilyandırma zavodları (ZYZ-lər) var, özü də kifayət qədər çox sayda - 400-dək. Lakin onlar 10 illər əvvəldən tikilib və ondan bəri Avropa Birliyində zibilə münasibət tamamilə dəyişib. İndi əsas prioritet zibilin emalıdır. O zavodlar tikiləndə Avropada zibilin 40 faizi emal olunurdusa, indi bu rəqəm 80 faizə çatıb. Almaniya və İsveçrədə isə bu rəqəm 90 faiz təşkil edir. Yalnız emalı mümkün olmayan və yanmaya yararlı tullantılar yandırılır. Buna görədir ki, artıq Avropada ZYZ-lər tikmirlər, son 5 ildə 200 belə zavod bağlanıb, mövcud zavodların böyük əksəriyyəti isə yarı gücü ilə işləyir. Məsələn, İsveçdəki zavodlar Norveç, Danimarka, Hollandiya və Almaniya kimi qonşu ölkələrdən gətirilən zibili yandırmaqla məşğuldur. Fransada mövcud olan 127 ZYZ-də ildə 12,3 milyon ton zibil yandırılır ki, bu da ölkədə meydana gələn zibilin heç 15 faizinə belə çatmır. Belə zavodların tərəfdarları tez-tez Parisdəki, Vyanadakı zavodları önə çəkirlər. Məsələ burasındadır ki, Parisdə zavodlar bilavasitə şəhərin özündə deyil, onun hüdudlarından kənarda yerləşən Böyük Paris adlandırılan əyalətdədir. Vyanada isə zavodun sahibi olan şirkət və hökumət artıq iki dəfə ekoloqların iddiası üzrə ağır məhkəmə çəkişməsinə məruz qalıb. Hər dəfə prosesi uduzan müəssisədə ekoloji tələblər daha da sərtləşdirilib. Nəticədə zavodu həmin tələblərə uyğunlaşdırmaq üçün dövlət büdcəsindən hər il 10 milyonlarla avro ayrılır. Bu zavodda 1 ton zibilin yandırılması 123 avroya başa gəlir ki, bunun da 32-si ətraf mühitə təsirlərin azaldılması tədbirlərinə sərf olunur
Hazırladı: Sevinc TELMANQIZI
musavat
 
Ardını oxu...
Dələduzluğa məruz qalan bir qrup vətəndaş Prezident Administrasiyasının vətəndaşların qəbulu şöbəsi qarşısında aksiya keçirib. Etirazçılar birjada adı olmayan “OCOS” şirkətindən şikayətçi olublar. Vətəndaşlar deyir, 2021-ci ildən bəri onlara dəyən zərər ödənilmir. Şikayətçilər qurumların araşdırma işlərinə biganə qaldıqlarını söyləyirlər: Zərərçəkənlər qəbul şöbəsinə girmək istəsələr də, polislər onlara icazə verməyib. Polis işçilərindən biri Toplum Tv-nin əməkdaşına bildirib ki, həmin zərərçəkənlər bir dəfə qəbul şöbəsində olublar və işləri araşdırılır.

Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurlan Əliyev Toplum tv-yə verdiyi açıqlamasında bildirib ki, hazırda Baş İdarədə əməliyyat-istintaq işləri davam etdirilir.
Ardını oxu...
2021-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin apardığı Araşdırması zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları, külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib. Məlumata görə, Bakı şəhər sakinləri - Gülara Abdullayeva, Xəyal Yəhyayevə Cinayət Məcəlləsinin külli miqdarda zərər vurmaqla dələduzluq maddəsilə cinayət işi açılıb. Şikayətçilərsə həmin dəstəyə aid olan digər şəxslərin də saxlanılmasını və onlara dəyən maddi zərərin geri qaytarılmasını tələb edirlər.

Toplum TV

Dünyapress TV

Xəbər lenti