Evi ziyan görən sakin: “Kənd bələdiyyəsindən gəlib, telefonla şəklini çəkib getdilər” - VİDEOYaradılıb 23.04.2023 10:05 | Baxış sayı: 172Aprelin 21-də ölkənin cənub bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti fəsadlara yol açıb.Masallıda 5-7 dəqiqə davam edən güclü yağış, dolu ilə gələn küləkli hava şəraiti kənd təsərrüfatına, tikililərə və evlərə ziyan vurub.Rayonun Təzə Alvadı kənd sakini Mübariz Mürsəlov deyib ki, qeyri-sabit hava şəraiti onun yaşadığı evi bərbad hala salıb:“Ailə üzvlərimiz çöldə qalıb. Kənd bələdiyyəsindən nümayəndə gələrək buranın telefonla şəklini çəkib getdilər. Evin içində olan əşyalar qırılıb”.Daha ətraflı Baku TV-nin süjetində: Facebook-da paylaş