Ardını oxu...
Tərtər rayonunun Səhləbat kəndinin bir qrup sakini istifadə etmədikləri mavi yanacağa görə əlavə borcun yazıldığını iddia ediblər.

Onların sözlərinə görə, bununla bağlı “Azəriqaz” İB tərəfindən həmin abonentlərə bildiriş də göndərilib.

“Bütün abonentlərə əlavə borc yazılıb. Hər evə yazılan məbləği toplasaq 5-6 min manatdan artıq pul edir”, - deyə sakinlər qeyd ediblər.
Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Lənkəran Şəhər İcra Hakimiyyəti “All The Trifles” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilənin maliyyə dəyəri 266.742,54 AZN təşkil edir.
Qurum bu məbləğə şirkətdən müxtəlif növ mallar alacaq. Müsabiqənin şərtlərindən məlum olur ki, İcra Hakimiyyətinin alacağı mallar aşağıdakılardır:
Mişar daşı (10 230 ədəd)
Sement 350m (200 ton)
Şifer (8400 ədəd)
Fanerka -1,5*1,5 1sm (200 ədəd)
Taxta çatı ayaqı – 150*50 mm (68m(3)
Taxta dirək -100*50 mm (50m(3)
Taxta reyka – 40*50 mm (50m(3)
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “All The Trifles” MMC 30 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, Aşağı Puta, ev 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Babayev Arif Aydın oğludur.
“All The Trifles” MMC və Arif Babayev haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bu da şirkətin əsasən “tender əməliyyatları” üçün yaradıldığını deməyə əsas verir.
Lənkəran Şəhər İcra Hakimiyyəti bu tenderlər qanunvericiliyi də pozub. “Dövlət satınalmaları haqqında” Qanunda qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olması vacibdir. “All The Trifles” şirkəti isə 2 aydır fəaliyyət göstərir və bu kriteriyalara cavab verəcəyi inandırıcı görünmür. Əgər şirkətin adicə veb-səhifəsi yoxdursa – indiki şərtlər daxilində bu ən vacib məsələlərdən biridir – onun maddi-texniki bazasının hansı səviyyədə olduğunu təsəvvür etmək çətin deyil.
Yeri gəlmişkən, mediada Lənkəran Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin qeyri-şəffaflığı və qanun pozuntuları ilə müşayiət olunması barədə xeyli sayda materiala rast gəlinir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. O, 2012-ci ildən bu vəzifədədir. Taleh Qaraşov ən çox tənqidə məruz qalan icra başçılarındandır.
Ardını oxu...
Sumqayıt bulvarında kənd təsərrüfatı məhsulları əkilir.

Baku TV bununla bağlı çəkiliş edib. Məlum olub ki, bulvarın bitdiyi hissədə əkin işləri aparılır.
Sakinlərin istirahəti üçün nəzərdə tutulan bulvar ərazisinə məişət tullantıları da atılır. Bu da ətrafda pis qoxunun yayılmasına səbəb olur.

Ətraflı süjetdə:

 
Ardını oxu...
"2022-ci ilin noyabrın 21-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC "Suryapı AZ" MMC və "Sur Yapı Endüstri Sanayi və Ticarət Anonim şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi" ilə "Yengicə su anbarının tikintisi"nə dair müqavilə imzalandı".

Arqument.az xəbər verir ki, bunu iqtisadçı Toğrul Maşallı bildirib.

O qeyd edib ki, müqavilənin dəyəri 53 milyon 997 min 131,1 AZN təşkil edib: "Müqavilənin bitmə tarixi isə 2025-ci ilin 30 iyunu göstərilib".

2023-cü ilin aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yengicə su anbarının tikintisi haqqında" sərəncam imzalayıb.

Sərəncama əsasən, Qəbələ rayonunda Yengicə su anbarının tikilməsi qərara alınıb.

Dövlət Su Ehtiyatları Agentliyinə Yengicə su anbarının tikintisi ilə bağlı müvafiq tədbirlər görülməsini təmin edilməsi tapşırığı verilib.

"Sual: o zaman 2022-ci ilin noyabrın 21-də imzalanmış müqavilə nə idi?", - deyə ekspert bildirib.
Ardını oxu...
Bir neçə gün öncə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkədə istehsal edilən kolbasa və sosiska məmulatlarının tərkibinin yoxlanılmasına qərar verib. Məlum olub ki, ölkədə “halal” adı ilə insanlara donuz əti yedirən, “mal əti” adı altında toyuq və yaxud tərkibində ət olmayan kolbasa və sosiskaları yedirən işbazlar var. Onlar haqqında ölçü götürüləcək bəlkə də, bəlkə də yox...
...Yenə də dəyişməyən bir reallıq var. İslam dininə iman gətirib, ömrünü halal ilə keçirmiş insanlar var ki, bu işbazların sayəsində donuz ətinin də dadına baxıb.

Düzdür, din qaydalarına görə, bilməyərəkdən yeyilən haram qidalar üçün insan məsuliyyət daşımır. Çünki gözünlə məhsulun üzərində böyük-böyük yazılmış “halal” sözünü görürsən. Kolbasa və ya sosiskanın tərkibini müəyyən edə biləcək xüsusi güc isə hələ insana bəxş edilməyib.

Bu da bir kənara... Bəs, tərkibində ət var deyə istehlakçını aldadan, sözün əsl mənasında haram yeyənlərə nə deyəsən? Haramın olsunmu? Bilmirəm, bircə onu bilirəm ki, ölkədə ən çirkli bazarlardan biri də kolbasa və sosiska məmulatları bazarıdır. Mağazalarda bəh-bəhlə satılan, bəzən baha olduğu üçün bəzi insanların həsrətlə baxdığı bu məhsulların sən demə sadəcə görüntüsü varmış...

TEREF.AZ-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, kolbasa, sosiska bazarı, bazarın çox çirklənmiş bir hissəsidir. Ekspertin fikrincə, ölkədə normal kolbasa və sosiska istehsal edən müəssisəsələr də mövcuddur.

O, hesab edir ki, xaricdən gətirilən kolbasa, sosiska məmulatlarında çox böyük problemlər var. Belə ki, tərkibində ət olmayan kolbasa və sosiska məmulatları Rusiyadan və digər ölkələrdən Azərbaycana gətirilir. Yerli istehsalçılar isə mal əti əvəzinə camış ətindən istifadə edirlər.

“AQTA yoxlamaları zamanı kolbasalarda mal əti müəyyən edə bilməyib. Amma bu kolbasaların tərkibində camış əti var və bu da normal ətdir”,- deyən Eyyub Hüseynovun sözlərinə görə, istehsalçı müəssisələr kolbasaların üzərində tərkibi haqqında məlumat yerləşdirərkən camış əti olduğunu qeyd etməlidir. Ekspert bildirib ki, mal əti və camış əti eyni sinifdən olduğu üçün üzərinə mal əti yazılır.

P.S. Hər nə olursa olsun, istehlakçını bu şəkildə aldatmaq həm də qanun pozuntusudur.

Xatırlayırsınızsa, leş alveri ilə məşğul olan bir neçə işbaz var idi. Onlardan ən məşhurlarından biri “leş Tofiq” idi. Amma nə oldu? Bir müddət sonra azadlığa buraxıldı.

Yəni, ölkədə qida sektoruna ciddi nəzarət olunmalı və insanların sağlamlığına, qidasına haram və keyfiyyətsiz məhsullar qatanlar cərimələrlə, qısa müddətli islah işləri və yaxud qısa müddətli azadlıqdan məhrumetmə cəzaları ilə cəzalandırılmamalıdır. Çünki cəzasızlıq yeni cinayətlərin yolunu açır.
Bizimyol.info
 
Ardını oxu...
Hesablama Palatası 2022-ci il üzrə İş planına uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılan dövlət investisiyaları üzrə uyğunluq auditi aparıb.

DİA.AZ Modern.az-a istinadla xəbər verir ki, auditlə “Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının inşası” layihəsi (2014-2022-ci illər) və bu layihəyə istifadə edilən 42434,2 min manat vəsait əhatə olunub.

Audit nəticəsində müəyyən edilib ki, “Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının inşası” layihəsinə yönəldilən 44538,0 min manat məbləğində vəsaitlərdən istifadənin auditi nəticəsində 42434,2 min manat məbləğində vəsaitdən istifadə edildiyi müəyyən olunub, qənaət edilmiş 2103,8 min manat məbləğində vəsait hesabına əlavə olaraq teatr binasında ilkin layihədə nəzərdə tutulmayan, lakin müasir tələblərə uyğun olan qonaq otaqları və iaşə sahələri yaradılaraq tam təchiz olunmuş, obyektin ətraf ərazilərində abadlıq işləri yerinə yetirilib, habelə binada teatr muzeyekspozisiyası yaradılaraq eksponatlarla təmin edilib. Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının inşası obyekti üzrə dövlət investisiya layihələrinin əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini özündə əks etdirən investisiya təklifi tam tərtib olunmamış, qüvvədə olan normativ hüquqi aktlara uyğun hazırlanmış və təsdiq edilmiş layihə-smeta sənədləri, texniki-iqtisadi hesablamalar Dövlət İnvestisiya Proqramına daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyib, obyekt üzrə hazırlanmış "Layihə tapşırığına" bir neçə dəfə dəyişiklər edildiyindən layihə-smeta sənədlərinin hazırlanmasına 197,0 min manat və yenidən ekspertizadan keçirilməsinə 26,0 min manat olmaqla, ümumilikdə 223,0 min manat xərc edilib, işlərin satın alınması məqsədilə podratçı təşkilatla 2 halda (2015-ci və 2018-ci illərdə) bağlanmış satınalma müqavilələrin şərtlərini dəqiqləşdirən sənəd olan xüsusi və texniki şərtlər tərtib edilməyib.

Obyekt üzrə tərtib edilmiş smeta sənədlərində tikinti materiallarının fiziki göstəricilərinin mövcud normativlərdən fərqli tətbiq edilməsi nəticəsində 130,0 min manat məbləğində kənarlaşmaya yol verilmiş, smeta sənədlərində göstərilən iş həcmlərinin "Yerinə yetirilmiş işlərin qəbulu Akt"larına daxil edilərkən düzgün hesablamaların aparılmaması (hesab səhvi) səbəbindən podratçıya 33,3 min manat artıq vəsait ödənilib, obyektə fiziki baxış keçirilərkən 227,3 min manat dəyərində işlərin yerinə yetirilmədiyi və 125,1 min manat dəyərində (12 adda) 35 AUDITOR TRIBUNASI 2023, №1 mebel və inventarın yerində olmadığı müəyyən edilib. Audit dövründə çatışmamazlıqlar tam bərpa olunub.
Ardını oxu...
"Şikayətim "Azercell" və "Aztelekom" internet şəbəkəsindəndir..." DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm, Şikayətim Var" sosial qrupundakı paylaşımında Əmrah Gülağaoğlu adlı istifadəçi giley edir.

Ardını oxu...

Narazı vətəndaş daha sonra yazılr: "Mən hər ay "Azercell" nömrəmdən 27 manat internet paket alıram, evdə də "Aztelekom"a internet üçün 13 manat ödəyirəm. Və bu paket bu aydan o aya keçmir...

Düz 2 aydan çoxdur ki hər həftənin altıncı və bazar günü nə "Azercell" nomrəmdə internet olmur, nə də evdə - "Aztelekom"da. Aya 40 manat internetə pul ödəyirəm, amma istifadə edə bilmirəm.

Baxın, ancaq "edge" gəlir. Zəng edib deyirsən, deyirlər ki qəza baş verib.... Bu qəza məhz altıncı və bazar günlərini seçir? Yoxsa bizi gic yerinə qoymusunuz?

2023-cü ildə yaşayırıq... camaat internetlə robotlar istifadə eliyir, biz Neftçala rayonunda internetə həsrət qalmışıq. Elə bir zəmanədir ki hal-hazırda havasız, susuz yaşamaq olur, amma internetsiz iş belə görmək olmur.

Verdikleri internetində nə gücü var, nə də sürəti. Xahiş edirəm, bu problemi aradan qaldırın... ya da insanların pulunu oğurlamayın...."

İddia olunanlarla bağlı teref.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Ardını oxu...

DİA.AZ: - "Ədalət dedikləri budurmu?" DİA.AZ bildirir ki, bunu öz narazılığında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı ifadə edib.

Hüquq müdafiəçisi "Azəriqaz" rəhbərliyinin idarəetmə üsulunu aşağıdakı kimi şərh edib:

"" Azəriqaz" İB Ağsu RQİİ idarəsinin baş mühəndisi , Zaur Məmmədovu Zaqatala RQİİ-ə baş mühəndis göndəriblər.
Bir müddət əvvəl baş mühəndis Ucar XC -nin işçisi İlkin Məmmədovla dalaşıb,onu işdən azad etdirdi , işdən çıxarılandan sonra da idarə tərəfindən polis idarəsinə İlkindən şikayət olunmasına nail oldu. Hazırda İlkin bir aylıq həbs cəzası ilə türməyə, Zaur Məmmədov isə öz bilik və bacarıqlarını inkişaf etdirmək üçün Zaqatala RQİİ baş mühəndis göndərildi.

Bu həm də haqqını müdafiə etmək istəyən işçilərə bir mesajdır..."
Ardını oxu...
DİA.AZ: - "Aqrar Universitet (keçmiş AKTI) yarandığı yüz il müddətində ölkəmizdə kənd təsərrüfatının inkişafına öz müəllim və professor heyyətinin peşəkar fəaliyyəti əsasında yetişdirdikləri mütəxəsiz ordusunun xidmətləri sayəsində çox böyük tövhələr vermişdir.Uzun illər şanlı yol keçmiş, dəfələrlə dövrünün layiqli mükafatlarını almışdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: ADAU NİYƏ BÜDRƏYİR? - Görünəni odur ki...

Məqalədə daha sonra bildirilir: "Biz qorxuruq tələbələr əsas yiyələnməli olduqları peşələrini kənarda qoyub rektorun əsgərlikdən yayınan, vətən müharibəsində qaçıb gizlənən nəzarətçisi Bəşir Bağırzadənin agentlik və şər böhtan atmaq peşəsinə yiyələnmələridir.

Cənab Zəfər Qurbanov, sən böyük bir universitetə şöbə rəhbəri qoyanda baxmadın ki, bu adam vətənə xidmət etməyib, özü də ehtiyac yarandığı dövrlərdə? Vətənin müdafiəsinə çağırış olduğu dövrdə özünə vətən üçün yararsız etiketi düzəltdirib bir gizləndiyini görmədinmi?

Axı tez-tez deyirsən, "yoxlatdırıram, baxdırıram..." 2021-ci ildə Bəşir Bağırzadə tələbələrdən imtahanlardan keçirəcəyi müqabilində külli miqdarda pul yığmışdı, məsələ kollektivin əməkdaşları və tələbələr tərəfindən açıldı da... polis bu işǝ qarışdı da... Ancaq İbrahim Cəfərov öz vəzifəsindən və universitetin adının ləkələnməsindən qorxaraq işin üstünü ört-basdır etdi.

İndi həmin cəzasızlıqdan Bəşir Bağırzadə istifadə edərək (tələbələri agent yetişdirərək) universiteti isdədiyi kimi idarə edir. Bunları bilən hər kəs düşünür ki, 2020 ci ildə Vətən müharibəsi başlayanda sabiq Daxili Nəzarət və audit şöbəsinin müdiri Namiq Cəfərov öz rahat işini atdı, vətənin müdafiəsinə qalxdı... ordu sıralarına yazıldı, şərəflə vuruşdu. Belə bir cəsarətli, cəsur bir şəxsiyyətin yerinə Başir Bağırzadə kimi hərbidən qaçanın təyinat alması ən öncəsi Kənd Təsərrüfatı Nazirliyinə və ADAU-nun professor və müəllim heyətindən ibarət kollektivə bir lǝkǝdir, təhqirdir".

DAVAMI VAR...

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 
Ardını oxu...
“Badamlı Mineral Sular” MMC barəsində inzibati protokol tərtib edilib.

Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 48-cü maddəsi (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamas) ilə ittiham edilir.

Bu maddədə qeyd edilir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə tətbiq edilir.

“Az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

Şirkətlə bağlı protokol baxılması üçün Naxçıvan Muxtar Respublikası (MR) Şahbuz Rayon Məhkəməsinə göndərilib. İş hakim Daşqın Səfərovun icraatındadır.
Aprelin 25-də iş üzrə məhkəmə baxış iclası keçiriləcək.
“Badamlı Mineral Sular” MMC 24 noyabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 AZN-dir. Şirkətin qanuni təmsilçisi Axundov Simral Fərəc oğludur.

“Badamlı Mineral Sular” MMC Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun şirkəti kimi tanınıb. Vasif Talıbov vəzifəsindən istefa verdikdən və hakimiyyət komandasında arzuolunmaz fiqura çevrildikdən sonra Elşad Məmmədov adlı sahibkar əslində “Badamlı”nın ona məxsus olduğunu deyib. İş adamının iddiasına görə, Talıbovlar zorla müəssisəni onun əlindən alıblar.

Bəzi iddialara görə, “Badamlı” hələ də Talıbovların nəzarətindədir. Hər halda şirkətin Vasif Talıbovun əlindən alnmasına dair heç bir məlumata rast gəlinmir.

Dünyapress TV

Xəbər lenti