Ardını oxu...
"Azercell" abunəçisi olan vətəndaşların sırası günbəgün genişlənməkdədir. Hər halda ortaqlıqdakı faktlara şikayət olunan qurum tərəfindən heç bir reaksiyanın verilməməsi, "Azercell"də müştəri məmnuniyyəti anlayışının olmaması narazılıqların sayını artırmaqdadır. DİA.AZ bildirir ki, məhz bu səbəbdən gərəkən dövlət qurumlarının nəhayətdə "Azercell"ə bir qulaqburması verməsi zərurəti yaranır. Vətəndaşların marağı naminə... və dövlət adından...

Biz isə DİA.AZ olaraq hazırda da özünü ölkənin 1 saylı və ən böyük mobil operatoru kimi təqdim edən "Azercell"dən növbəti şikayəti təqdim edirik...
Ardını oxu...
Nəzri Qdəriova adlı Bakı sakini "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında yazır:

""Azercell"-dən narazıyam. Deməli, həftəsonu paketi var, 2 manata. Mən də aldım ki, çöldə-bayırda olanda rahat işlərimi görüm.

Amma demək olar ki, internet yerlərdə sürünür...

İnanın, heç bir səhifə normal açılmır, nə wp - da... nə də fb ra...

Rhat nəyəsə baxmaq olur, danışmaq olur. Biabırçılıqdır.."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Ardını oxu...
"Halva restoranı Şüvəlan məkanına Ramazanın ilk günü zəng vurdum, bütün şərtləri öyrəndim, 4 böyük, bir uşaq üçün rezerv etdim. Bir neçə saat sonra zəng vuruldu ki, 100 manat depozit təklif edirik, istəyirsiz gəlin, istəyirsiz gəlməyin. Məkana gedəndə oruclu masa olsa da bir stəkan nə su, nə xurma yox idi"

"Azərbaycan Reallığı" xəbər verir ki, bu sözləri facebook sosial şəbəkədə "müştərinin səsi" qurupunda vətəndaş şikayətində - paylaşımında narazlıq edib, vətəndaş bildirir ki, hətta sözü gedən məkanda çay dəstgahı 50 manat satılsa da dəzgaha sadəcə bir çaynik çay daxildir.

Teref.az sözü gedən müştərinin etiraz dolu paylaşmın təqdim edir:
Ardını oxu...
 
Ardını oxu...
Ölkənin ikinci böyük şəhəri Gəncənin birinci böyük dərdi yol problemidir.

Gəncənin müxtəlif yerlərində nahamar, dağılıb, təmir edilməmiş, bəzən isə yararsız təmir edilmiş xeyli küçə var. Bu isə hərəkət iştirakçılarını narahat edən əsas amildir.

Yolların baxımsız hala düşməsinin əsas səbəblərindən biri də, şəhərdə illərdir icra olunan su-kanalizasiya layihəsidir.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri, Xətai rayonu,3 saylı uşaq evinin yeniyetmə sakini barədə sosial şəbəkələrdə yayılan məlumata dair açıqlama yayıb.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyi, eləcə də M.Hacıyevin həkimi ilə mövcud vəziyyət və diaqnoz barədə müvafiq danışıqların aparıldığı bildirilib:

“Bununla yanaşı M.Hacıyevin qardaşı Əli Hacıyev Komitəyə dəvət olunaraq məsələ ilə bağlı, eləcə də, Ə.Hacıyevin də vaxtilə həmin müəssisənin məzunu olduğu nəzərə alınaraq müsəssisənin fəaliyyəti barədə söhbətlər aparılıb.
Məlumat üçün bildiririk ki, 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır.

Klinikaya yatırılması haqqında qərar qohumlarının onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabcasındakı müalicə tarixcəsi, həmçinin müvafiq sahənin mütəxəssisi tərəfindən (kənardan dəvət olunmuş) yeniyetmənin özünün yoxlanılmasından sonra, qısa müddətli müalicə alması üçün verilib.

Müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət edəcəyini bildirib.
Vaxtilə uşağı himayəyə götürən ailə və 3 saylı uşaq evi ilə əlaqə saxlanılaraq mövzu barədə söhbət aparılıb”.
Məlumatda qeyd edilib ki, mövzunun həssaslığı nəzərə alınmaqla konfidensiallığın qorunması məqsədilə ictimaiyyətin məlumatlandırılmasında müəyyən məhdudiyyətlərin tətbiq edilməsi zəruridir.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə 3 saylı uşaq evi ilə bağlı iddiaların olduğu kadrlar yayılmışdı. Kadrlarda sözügedən yeniyetmə burada qanunsuzluqlar baş verdiyini iddia edirdi.
 

Ardını oxu...


"Xudat Balıq” ASC-də qaranlıq əməlləri, Əhəd Purun yaxın dostu, qardaşının İranla sıx əlaqəsi...

Bir neçə gün öncə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun iranlı iş adamı Əhəd Purla yaxın dost olması barədə mətbuatda ilginc məlumat yayıldı. Həmin xəbərdə bildirilirdi ki, Şəmsəddin Ababsovun "Xudat Balıq" ASC-nin özəlləşdirilməsi zamanı etdiyi "qəhrəmanlıq" onun Əhəd Purla yaxın dost olmasına şərait yaradıb.

Ardını oxu...


Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovla bağlı apardığımız kiçik araşdırmada isə maraqlı məlumatlara rast gəldik.

AzFakt.com-un əldə etdiyi məlumata görə Şəmsəddin Abbasov bacısı oğlunun vasitəsi ilə avtomobil mühərriklərinin ehtiyyat hissələrinin təmiri sexi yaradıb. Avtomobil mühərriklərinin təmiri işi kiçik bir biznes sahəsi təsərrüatı yaratsa da, əslində çox ciddi gəlirli bir sahədir. Hər il dövlət və özəl şirkətlər avtomobillərinin təmiri üçün milyonlarla manat vəsait xərcləyirlər. Məhz bu sistemdə milyonlarla manat vəsaitin dövr etdiyini yaxşı bilən Şəmsəddin Abbasov vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə müxtəlif vasitələrlə əlaqəyə keçərək, təmir işlərini yaratdığı sexə verilməsini təşkil etdirir.

Qeyd edək ki, Şəmsədin Abbasova məxsus olan avtomobillərin təmiri sexinin hazırda Masazır qəsəbəsində, DYP rəisi Ramiz Zeynalova məxsus olduğu deyilən Moped.az şirkətinin ərazisində fəaliyyət göstərdiyi bildirilir.

Aldığımız digər məlumata görə Şəmsəddin Abbasovun təmir sexi işlədən bacısı oğlu həm də Masazır qəsəbəsi ərazisində torpaq sahələrini zəbt edərək, satışı ilə də məşğuldur. Belə ki, bacıoğlu dayısının himayədarlığı ilə Masazır qəsəbəsində torpaq sahələrini zəbt edir, heç bir sənədi olmadan evlər tikərək satır.

Qeyd edək ki, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun adı ölkə mətbuatına yad isim deyil. Onun adı bir neçə il öncə “Xudat Balıq” ASC-nin iş adamı Güləhməd Güləhmədovun əlindən alınması məsələsində hallanıb.

Həmin vaxt iş adamı Güləhməd Güləhmədov hakim Şəmsəddin Abbasovun cinayətləri barədə ədliyyə naziri Fikrət Məmmədova müraciət etmişdi.

Bundan başqa Şəmsəddin Abbasovun bizneslə məşğul olan qardaşının tez-tez İrana gedib-gəldiyi və bu ölkə ilə sıx əlaqədə olduğu deyilir.
Ardını oxu...
“Azərişıq” özünü tam bir mafiya qrupu kimi aparır. Deməli, evdə olmasam, uşaq qaranlıqda qalmalı idi və bütün ailə, bina sakinləri “Azərişıq” ASC-nin iki işçisinin kefinə görə qaranlığa qərq olmalıdır. Vəhşicəsinə qapını döyür və heç bir xəbərdarlıq etmədən işığı kəsib gedir.

Bunu Vətəndaş Tədqiqat və inkişaf İctimai Birliyinin sədri Günel Səfərova bildirib.

“Xaricdə olduğum üçün ödəmə çekini görməmişəm və borc 66 manat. Dedikləri iddia isə “xanım, ayın son iş günüdür e, deyiblər pulu yığın”. Dövlət qurumlarını həyatımızda tam hiss edirik, sağ olsunlar. Hamısı belədirmi? Deyil, amma “Azərişıq” hər zaman belədir”, – G.Səfərova qeyd edib.

Pravda.az
Ardını oxu...
Aprelin 28-dən Azərbaycana 10 və daha öncə istehsal olunmuş avtomobillərin gətirilməsi qadağan edilib. Nazirlər Kabinetinin 94 saylı qərarının əsaslandırılmasında adamların sağlamlığının, ətraf mühitin qorunmasının, atmosferə zərərli maddələrin atılmasının və ekoloji vəziyyətin yaxşılaşdırılmasının vacibliyi göstərilib. Qeyd olunur ki, statistik məlumatlara görə, Azərbaycanda 1,4 milyondan çox minik avtomobili var ki, bunların da 80% – dən çoxu (1,3 milyon) istehsal müddəti 10 ildən çox olan nəqliyyat vasitələridir. Nazirlər Kabineti ölkə ərazisində köhnə avtomobillərin sayını azaltmaqla havanın çirkli tullantı qazlardan təmizlənməsinə nail olmaq istəyir.

Ancaq sual yaranır: məlum olduğu kimi, istehsal tarixi 10 il və ya daha çox olan bütün avtomobillər yol polisinin Diaqnostika mərkəzlərində texniki baxışdan keçməlidir. Texniki baxışın gecikməsinə və ya məlumat bazasında texniki xidmətin aparılmasına dair qeydin olmamasına görə sürücü 20 manat cərimə edilir. Eyni zamanda texniki xidmət zamanı avtomobillərin mühərriklərindən çıxan qaz tullantılarının tərkibi mütləq yoxlanılır, əgər tullantı normaya uyğun deyilsə, belə maşın istismara buraxılmamalıdır. Yəni, ölkədə istifadə olunan bütün avtomobillər nəzəri olaraq atmosferi çirkləndirmir. Lakin Nazirlər Kabineti hesab edir ki, köhnə avtomobillər ekologiyaya təhlükə yaradır və bu cür avtomobillərin idxalının qadağan edilməsi barədə qərar qəbul edib.

Ziddiyyətin səbəbi nədir? Bəlkə ondadır ki, 2020-ci ildə Bakıda Sədərək bazarının yanında tikilmiş, müasir diaqnostika aparatları ilə təchiz edilmiş Baş Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzi boşdur?

Adının açıqlanmasını istəməyən oxucu martın əvvəlində Sədərəkdəki Diaqnostika Mərkəzində avtomobilini yoxlatdırıb. O, Turan-a bildirib ki, beş texniki baxış xətti olan böyük zal boşdur, girişdə bir neçə gənc işçi var: “Yaxınlıqda inzibati korpus yerləşir, sürücülər avtomobillərini park edirlər və dərhal da dəhlizdə növbətçi zabitin göstərdiyi kabinetə gedirlər. Orada məndən 120 manat istədilər, mən 100 manat verdim. İki dəqiqə ərzində avtomobili yoxlamadan müfaviq normalara uyğun və istifadəyə yararlı kimi məlumat bazasına daxil etdilər”.

Beləliklə, oxucu öz avtomobilini “yoxladıb”, bu xidmət 100 manata (dövlət rüsumları da daxildir) başa gəlib.

“Əgər maşının qanuni yoxlanmasına israr etsəydim, mütləq 2-3 nasazlıq tapacaqdılar ki, onların aradan qaldırılması üçün bir neçə gün vaxt və yüz manata yaxın pul itirərdim. Sonra yenidən Diaqnostika Mərkəzinə gələcəkdim və avtomobilin ikinci testi uğurla keçəcəyi və ya məni yenidən təmirçilərə göndərib-göndərməyəcəkləri məlum deyil. Onlara dərhal yüz manat vermək və məsələni dəqiqələr ərzində həll etmək daha yaxşıdır”, deyə oxucu bildirib.

Bakililar İnternet forumunda Zlaw yazır: “Səhər saat 8.20-də yol polisinə (Sədərək) gəldim. Yanğınsöndürən soruşdular. Tibbi yardım çantası var? Deyirəm ki, yoxdur. O zaman 5 nömrəli kabinetə gedin. 100 manat istədilər, 90 manat verdim, 5 dəqiqədən sonra talon aldım, belə oldu”.

Faktiki olaraq, Azərbaycanda avtomobillərin icbari texniki baxışı aparılmır, Diaqnostika mərkəzlərində yalnız pulun sürücülərin cibindən çıxıb orada çalışan bir neçə zabitin cibinə getməsi baş verir. Bunun təsdiqini hər gün Azərbaycan yollarında görmək olar, qonaqlar 20-30 il öncəki sovet və digər avtomobillərin bolluğuna heyran qalırlar. Bəziləri dəhşətli vəziyyətdədir, köhnə əyilmiş “Jiguli”lərin damında metal qırıntıları daşınır, tullantı borusundan qara tüstü çıxır…

Azərbaycanda həqiqi icbari texniki baxışın olmaması Nazirlər Kabinetinin rəsmi saytında dərc edilmiş, köhnə avtomobillərin idxalına qoyulan qadağanın əsaslı olmasını bir daha sübut edib.

Əgər prosedur formal və korrupsiya ilə aparılırsa, niyə dövlət sürücülərdən məcburi texniki xidmətdən keçməyi tələb edir? 2022-ci ilin oktyabrından nəqliyyat vasitələrinin icbari texniki baxışının ləğv olunduğu digər ölkələrdən nümunə götürmək daha yaxşı deyilmi?

Turan Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin baş inspektoru Mübariz Ağayevə (012 5908107) dəfələrlə zəng edib, lakin telefon cavab vermir. Bütün avtomobillər üçün icbari texniki baxış olduğu halda köhnə maşınların idxalına qoyulan qadağanın səbəbi barədə sualı qurumun elektron ünvanına sual göndərdik. Cavab yoxdur.
Ardını oxu...
"AST-Texnologiyaları” şirkətinin Azərbaycandakı filialı ilə "Evrascon” Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında məhkəmə çəkişməsi dalana dirənib.

TEREF.AZ Qaynarinfo-ya istinadla xəbər verir ki, "Evtascon” ASC hələ ötən il "AST-Texnologiyaları” şirkəti ilə bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədovanın icraatına verilib.

Hakim üç dəfə hazırlıq iclası təyin etsə də, baş tutmayıb. 12 yanvar 2023-cü il tarixə növbəti dəfə hazırlıq iclası təyin edilib. Əldə etdiyimiz məlumata görə, bu dəfə də iclas baş tutmayıb.

"Evrascon” ASC-nin yenidən məhkəməyə müraciət etdiyi bildirilir. Bu dəfə də iddia Nərmin Əhmədovanın icraatına verilib. Hələ ki, hazırlıq iclası keçirilməyib. İclasın vaxtı da müəyyənləşdirilməyib.

İki şirkət arasında məhkəmə çəkişməsinin bu qədər uzanmasının, hazırlıq iclaslarının baş tutmamasının səbəbləri bəlli deyil. Bəzi iddialara görə, səbəb qarşı tərəfin məhkəməyə gəlməməsi ilə bağlıdır.

"AST-Texnologiyalar” şirkətinin iş adamı Telman İsmaylova məxsus "AST Group”a daxil olduğu deyilir.

2017-ci ildə Telman İsmayılova iki sahibkarın qətlini təşkil etməklə bağlı ittiham irəli sürülüb və o, "İnterpol" xətti ilə axtarışa verilib. 2021-ci ildə onun Monteneqroda saxlanıldığı və barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçilməsi barədə məlumat yayılıb. Lakin sonradan o azad edilib və iş adamına Monteneqroda sığınacaq verilib.

"Evrascon” ASC-nin isə baş nazirin keçmiş müavini Abid Şərifova məxsus olduğu barədə iddialar var.

Bir neçə ilə əvvəl mediada Abid Şərifovla bağlı araşdırma yazısı dərc edilib. Həmin materialda bildirilir ki, Abid Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızı "Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisidir.

Şərifovların "Evrascon” ASC-yə birbaşa bağlılığını onların seçici siyahıları üzrə qeydiyyat ünvanı göstəriciləri də təsdiq edir. Onların hər ikisi Bakı şəhəri, Azadlıq prospekti, ev 144, mənzil 73 ünvanında qeydiyyatdadırlar. Bu, şirkətin reyestr göstəriciləri ilə eynilik təşkil edir.
 
Ardını oxu...
Dünən yayılan rəsmi xəbərlərdən məlum oldu ki, Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində dağılan yaşayış evlərinə görə 325 nəfər həbs olunub. Türkiyənin Ədliyyə naziri Bekir Bozdağ bildirib ki, hazırda 1552 nəfər barəsində istintaq hərəkətləri başlanılıb.
Redaksiyamıza daxil olan məlumata görə, Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı həbs olunan şirkət rəhbərlərinin Azərbaycandakı nümayəndələri də istintaqa cəlb olunublar və barələrində axtarış elan olunub. Barəsində axtarış olunan şəxslərdən biri də Şahin İbadovdur.
Məlumatı əldə edən mənbə xəbər verir ki, bu haqda məlumat yerli media qurumlarında yer almışdır.
Məlumat üçün qeyd edək ki, Hataydakı zəlzələdə dağılan binalara görə, “Renaissance Residence”in podratçısı Mehmet Yaşar Coşkun həbs edilib. Və onun həbsi Azərbaycandakı şəriklərini, o cümlədən Şahin İbadovu ciddi narahat edib.
Belə ki, Şahin İbadov “Renaissance Residence”in Bakıda tikilən binalarında 29% paya şərik olub. Şahin İbadov eyni zamanda Türkiyədə Mehmet Yaşarla inşa edilən bəzi binalara şərik olub.
Qeyd edək ki, Şahin İbadov "Azəravtoyol" ASC-də sədrin müşaviri vəzifəsində işləyib və bir müddət öncə vəzifəsindən azad edilib. //gundelik-baku.org//
Ardını oxu...
Azərbaycanda dərman vasitələrinin qeydiyyata alınması ilə bağlı yeni qaydalar müəyyənləşdirilir. Bununla bağlı qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin martın 29-da keçirilən iclasında müzakirəyə çıxarılıb. Beləliklə, “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda deputatlara təqdim olunub.

Qanun layihəsində dəyişikliklər bir neçə istiqamətdə təklif edilir. Diqqətçəkən məqamlardan biri ondan ibarətdir ki, müxtəlif dərman vasitələrinin eyni əmtəə nişanı adı altında dövlət qeydiyyatına alınmasına yol verilmir.

“Dərmanların qeydiyyatının sadələşdirilməsi…”
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da “Turan”a bildirib ki, layihə onları həmişə narahat edən bir məsələnin həlli – ölkəyə gətirilən dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsi və asanlaşdırılması istiqamətində irəliyə atılan mühüm addımdır. Onun sözlərinə görə, dəyişikliyə əsasən, ölkədə dərman preparatının hər hansı bir forması qeydiyyatdan keçibsə, həmin preparatın digər həb, suspenziya, məhlul kimi formaları da qeydiyyatdan keçmiş sayılır və onları da əlavə icazə almadan idxal etmək olar.

O vurğulayıb ki, dərmanların qiymətlərinin yüksək olması narazılıqlara səbəb olur: “Bu məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəhbərliyi ilə danışıqlar aparılmalıdır. İlk növbədə qazi və şəhid ailəsinin üzvlərinə ambulator müalicədə dərmanlar ödənişsiz verilsin, sonrakı mərhələdə isə aztəminatlı vətəndaşlar, təqaüdçülər üçün bu imkan yaradılsın”.

Komitə sədri: “Bunu edə bilsək…”
Əmiraslanovun sözlərinə görə, Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikinin tikilib istifadə verilməsi nəzərdə tutulub və artıq bu istiqamətdə işlər aparılır: “Bu, xarici ölkələrdən asılılığımızı həll etməyə yönəlib. Bunu edə bilsək, həm dərmanların keyfiyyətinə, həm də qiymətlərin aşağı olmasına nəzarət etmiş olacağıq”.

Mövzu ilə bağlı TƏBİB rəsmiləri ilə danışmaq mümkün olmayıb.

“Dərman bazarında inhisarçılıq var”
“Azərbaycan Həkimləri” İctimai Birliyinin təsisçilərindən biri Aydın Əliyev də AzadlıqRadiosuna bildirib ki, dərman preparatlarının qiymət və keyfiyyətinin yaxşılaşdırılmasına yönəlik bütün addımlar təqdirəlayiqdir: “Amma, təəssüflər olsun ki, bizdə problem qanunların işlək olmamasıdır. Qanunlarımız gözəldir, amma işlək deyil. Qanun yol verməsə də, dərman bazarında inhisarçılıq var. Kimlərsə aralıq bir şirkət yaradırlar, Hindistandan ucuz dərman alırlar, gətirib Dubayda çox baha qiymətə rəsmiləşdirirlər, oradan da Azərbaycana idxal edirlər. Qanunlarımız işləsə, dövlət buna nəzarət etsə, bunu edə bilməzlər. Hindistanda qiyməti 1 dollar olan dərman 10 dollaradır”.

Ekspert vurğulayıb ki, qanunların işlək mexanizminə nəzarət etmək, inhisarçılığı aradan qaldırmaq lazımdır: “Əgər qanun işləyirsə, ölkəyə niyə keyfiyyətsiz dərmanlar gəlir? Həkim dərman yazır, pasiyent həmin dərmanı alır, amma sağala bilmir. Həkimin də reputasiyasına xələl gəlir, pasiyentin də pulu gedir, üstəlik də sağalmır. Yəni, idxal edilən dərman preparatlarının həm keyfiyyətinə, həm qiymətinə, həm saxlanma şəraitinə çox ciddi nəzarət olunmalıdır. Kağız üzərində bu nəzarət var, amma həmin qanunlar işlək olmalıdır”.

Mütəxəssisin fikrincə də, Azərbaycanda dərman preparatlarının yerli istehsalı vəziyyətə müsbət təsir edə bilər: “Biz bu məsələdə gecikmişik. 30 ildən çoxdur ki, müstəqilliyimiz var, amma dərman vasitələrinin, tibbi sərfiyyat materiallarının bizdə istehsalı, demək olar ki, sıfır səviyyəsindədir. Düzdür, dünyada heç bir dövlət öz əhalisinin dərmana olan ehtiyacını 100 faiz səviyyəsində qarşılaya bilmir. Amma biz hansısa dərman preparatlarını istehsal edəriksə, onları digər ölkələrlə barter edə bilərik, bunun da müsbət təsiri olacaq”.
 

Dünyapress TV

Xəbər lenti