Ardını oxu...
 
 

Novruz bayramı ərəfəsində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Şəhid ailələri, Qarabağ qaziləri və veteranları, eləcə də aztəminatlı ailələrlə görüş keçirib və 500 nəfərdən çox sakin bayram sovqatları ilə təmin olunublar.

 

İcra başçısının bunu reklam etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bildirilib ki, RİH aztəminatlı ailələrə diqqət göstərməlidir, amma bunu reklam etmək, insanların əlində sovqat qutusu olan zaman şəklinin çəkilməsi yolverilməzdir. Qeyd olunub ki, şəkillər çəkilibsə belə, insanların üzü düşməməlidir.

Tənqidlərlə əlaqədar RİH-lə əlaqə saxlasaq da, zənglərə cavab verən olmayıb.Pravda.az

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

XalqXeber.Az
Ardını oxu...
"Qəbələyə yolu düşənlər, Antep süfrəsi deyilən bir restoran var. Qəti şəkildə ordan uzaq durun". DİA.AZ bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında İsmayıl Əlibəyli adlı istifadəçi qeyd edir.
Ardını oxu...
Daha sonra narazı vətəndaş bildirir: "Deməli, bir neçə gün öncə çaşıb getdik o məkana. Stolun üstündə əvvəlcədən yığılıb qalmış çirkli qabları yığışdırmaq üçün ofisiantdan bir neçə dəfə xahiş etdik. Nəhayət ki, yarım saatdan sonra arzumuza çatdıq. Kef isə bundan sonra başladı. Ofisiantı dəfələrlə sifariş etmək üçün çağırdıq, sonunda istəyimizə çatdıq. Sifarişi düz 2 saat 12 dəqiqədən sonra gətirdilər, həm də səhv olaraq. Etiraz edəndə isə guya biz belə sifariş etmişik. Sonda isə hesaba "servis haqqı" da əlavə etməyi unutmadılar. Olmayan servisin "haqqını" aldılar. Yolu Qəbələdən düşənlər o məkandan uzaq durun".

İddia olunanlarla bağlı teref.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
 
Ardını oxu...
Özünü Sənan Uğurliyev kimi təqdim edən şəxs şikayətində qohumları Əziz Quliyevlə qardaşı Mirzəağa Uğurliyevin iyirmi ildən çox davam edən münaqişəsindən bəhs edir. Bu səbəbdən də qardaşının Azərbaycana gəlişində hər hansı təxribatın olmasından ehtiyatlanırlar. Sənan bizə qəribə və bir çox cəhətdən ibrətamiz əhvalat danışdı. Həmin əhvalatı oxucularımızla bölüşmək qərarına gəldik:“Əziz Quliyev 1990-cı illərin sonunda İmişlidəki kolxoz bazarını özəlləşdirmək qərarına gəlmişdi, lakin təkbaşına bu prosesi başa çatdıra bilməmişdi. O ərəfədə qardaşım Mirzəağa bir neçə günlüyə Moskvadan rayona qonaq gəlmişdi. Bibimiz oğlu Əziz də problemini onunla bölüşmüşdü. Moskvada yaşayan iş adamı və Azərbaycan diasporunun fəal üzvü olan Mirzəağa İmişlidəki qohumları ilə heç vaxt əlaqəni kəsməyib, ona müraciət edən hər kəsə kömək edib. Onun Bakıda da geniş əlaqələri olub”. Bibisi oğlunun imkanını və əlaqələrini bildiyi üçün Əziz Mirzəağadan rayon bazarını özəlləşdirməyə və onunla bərabərhüquqlu, gəlirli biznes qurmağa kömək etməyi xahiş edib. Uzun tərəddüddən sonra Mirzəağa razılaşıb. Amma bircə şərtə – özü daim Moskvada yaşadığı üçün bazarı Əziz idarə etməli, həm də qohumlar üçün yeni iş yerləri təşkil etməli imiş. Şərt qəbul olunub və 1999-cu ilin sonlarında İmişlidəki bazar Mirzəağanın köməyi və pulu hesabına özəlləşdirilib. “Mirzəağa bazarı Əzizin adına rəsmiləşdirdi və ona həmin çətin illərdə heç kimin çörəyə möhtac qalmaması üçün qohum-əqrəbanı işə götürməyi tövsiyə etdi, – Sənan xatırlayır. – O, Əzizi Bakıdakı dostları ilə də tanış etdi, bundan sonra onunla ortaqlıq şərtlərini rəsmiləşdirmədən Rusiyaya getdi. Çünki əmin idi ki, yaxın qohumlar hər şeyi sənədsiz də həll edə bilərlər”.

Amma sonradan məlum olub ki, bu, səhv imiş və Mirzəağa həmin səhvin ciddiliyini bir neçə ildən sonra anlayıb. Əziz əvvəlcə razılaşdırıldığı kimi bir neçə qohumunu, o cümlədən Mirzəağanın kiçik qardaşı Sənanı işə götürüb. Lakin Əziz onlara işlərinin müqabilində pul vermirmiş. Vaxt keçdikcə o, qohumları ilə münasibətini də kobudlaşdırmağa başlayıb. Nəticədə, bir neçə aydan sonra Sənan da digər qohumları kimi özünə başqa iş tapıb. Onların bazardakı yerlərini isə təbii ki, buna görə pul ödəyən və yeni sahibin hər istəyini yerinə yetirməyə hazır olan insanlar tutub. Üstəlik, Əzizin biznesi Moskvadakı bibisi oğlunun tanış etdiyi adamların sayəsində yüksəlməyə başlayıb.
İllər keçdikcə Əzizin bazar biznesi də ciddi şəkildə çiçəklənməyə başlayır. Buna baxmayaraq, Əziz Mirzəağaya şikayət edirmiş ki, gəlirləri o qədər az və qeyri-sabitdir ki, bu vəsaiti iş ortağı ilə bölüşə bilmir. Sonda isə ümumiyyətlə onunla danışmaqdan və özəlləşdirmə prosesində bibisi oğlunun köməyini etiraf etməkdən imtina edib. Əziz Quliyev onu müflis olmaqdan xilas edən və ciddi sahibkara çevrilməsində birbaşa iştirakı olan bibisi oğluna belə təşəkkür edib.

Hələ də Azərbaycana qayıda bilməyən Mirzəağa Uğurliyevin versiyasını bizə qardaşı Sənan danışdı. Onun sözlərinə görə, bu gün ancaq böyük qardaşının müdafiəsinə qalxdığına görə təhdidlərlə üzləşir. Amma Sənan təhdidlərdən qorxmur. O, çox güclü, onurğasında düşmən gülləsi gəzdirən Birinci Qarabağ müharibəsi əlilidir. Özünə əlillik təyin etdirmək və müvafiq müavinət almaq üçün barmağını belə tərpətməyən bir insandır. “Döyüşə könüllü kimi getmişəm, qərarıma görə məsuliyyəti də özüm daşımalıyam, – Sənan deyir. – Dövləti niyə yükləməliyəm?” Görünür ki, Uğurliyevlər ailəsi rəsmi “kağızlar” toplamağı sevmir. Ancaq, təəssüf ki, onlarsız yaşamaq bəzən çox çətin olur. Buna görə də, Sənan otuz ildir onurğasında güllə ilə gəzir, əlilliyi qeydiyyata alınmayıb. Aydındır ki, hər ötən il bunu etdirmək daha da çətinləşəcək. “Böyük qardaşım Mirzəağa da bibisi oğluna inanıb. Bibioğlu isə yaxın qohumunu o qədər məkrli şəkildə aldadıb ki, düşmənə belə arzu etməzsən – Sənan deyir. – İndi onun lazımi “kağızları” yoxdur, çünki vaxtilə Əzizin sözünə inanaraq, onları tərtib etməyib. Amma məsələ ondadır ki, quru sözü işə tikmək mümkün deyil. Bununla belə, İmişli rayonunda çoxları işin necə olduğunu bilir, bu da məni böyük qardaşımın müdafiəsinə qalxmağa sövq edib…”

Quliyevin qohumlarını necə aldatmasını həqiqətən rayonda bilirlər. Amma Uğurliyevlərdən narazılıq hələ də var – axı zamanında məhz onlar Quliyevi müdafiə ediblər, bazarın özəlləşdirilməsində, lazımi əlaqələr qurulmasında, biznesini inkişaf etdirməsində kömək ediblər… Sənan imişlililərin tələbini haqlı sayır. Onun sözlərinə görə, Əziz Quliyev o dərəcədə dəyişib ki, heç kimi saya almır. Çox yüksək vəzifəli bir məmurdan dəstək almış Əziz nə istəsə, onu da edir. Mirzəağa bir dəfə telefon danışığında Əzizə başa salmaq istəyib ki, özünü sonsuza qədər orta əsrlərdə yaşayan feodal kimi apara bilməz, prezident Əliyevin qanunları və islahatları köhnə nizamı dəyişib. Uğurliyevlər çox xoşagəlməz və qeyri-müəyyən bir vəziyyətə düşüblər. Qardaşlar bir tərəfdən pullarını və bir-birini görmək imkanını itiriblər, digər tərəfdən isə həmyerliləri onlardan bazara olan hüquqlarının bərpa etməyi tələb edirlər. Bu zaman müvafiq sənədlərin olmaması İmişli sakinlərini narahat etmir – onlarla adam istənilən məhkəmədə əlində rəsmi sənədləri olan Əziz Quliyevə qarşı ifadə verməyə hazırdır. Amma Sənan bundan sonra necə olacağını bilmir. Çünki dövlət orqanlarına və kütləvi informasiya vasitələrinə ilk şikayətindən sonra ona qarşı işlədiyi yerdə təzyiqlər başlayıb və o, buna görə “növbəti məzuniyyətə” getməyə məcbur olub. Sənan bu müddət bitdikdən sonra nə baş verəcəyini bilmir və işdən çıxarılacağını da istisna etmir – bibisi oğlunun təzyiqi ilə həmişə səbəb tapmaq mümkündür. Onun sözlərinə görə, Əziz Quliyev nəinki onların hamısını işsiz qoymaqla, hətta həbsxanaya atdırmaqla hədələyir. Buna inanmamaq çətindir. Sənanın ərizəsi əsasında İmişli kolxoz bazarına şikayətin mahiyyətini araşdırmaq üçün gəlmiş jurnalistlərə qarşı bazarın mühafizəçələri kobud münasibət göstərməkdən çəkinməyiblər. Uğurliyev qardaşları və onları ədaləti bərpa etməyə çağıran həmyerlilərinin Əziz Quliyevlə illərdir davam edən mübahisəsinin necə bitəcəyini yəqin ki, zaman göstərəcək. Mirzəağa vətənində ona qarşı mümkün təxribatlara baxmayaraq, Azərbaycana gəlməyi və bibisi oğlu ilə uzun sürən mübahisəni hüquq müstəvisində çözməyi düşünür.
 //azinforum.az//
Ardını oxu...
Hesablama Palatası Naxçıvan MR Dövlət Baytarlıq Xidmətində yoxlamalar aparır. Artıq bir həftədi davam edən yoxlamalar süni mayalanma və arıçılıq üzrə fermerlərə ödənilən subsidiyaları əhatə edir.

TEREF.AZ-ın ovqat.com-a istinadən məlumatına görə, yoxlamalar nəticəsində subsidiyaların ödənilməsində ciddi korrupsiya faktları aşkarlanıb.

Sübuta yetirilib ki, subsidiyaların mənimsənilməsində bu gün Naxçıvana faktiki rəhbərlik edən və Prezidentin səlahiyyətli nümayəndəsini belə incə hiyləgərliyi ilə istədiyi istiqamətə yönləndirən Azər Zeynalovun xüsusi rolu olub. İddialar inansaq, Azər Zeynalov illərdir fermerlərə ödənilməli olan ödənişlərin ayrı ayrı şəxslərin hesabına köçürülərək bir yerə toplayıb Vasif Talıbova çatdırırmış.

Faktlar əsasında araşdırma aparan auditlər muxtar respublikanın fərqli yerlərində olub və sahibkarlara ödənilən subsidiyaları arı yeşiklərini saymaqla yoxlayıblar.

O da bildirilir ki, subsidiyaların mənimsənilməsində Azər Zeynalovun əsas köməkçisi Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin rəisi Vəli Novruzov olub. Vəli Novruzovun bu vəzifəyə gətirilməsi də təsadüfi deyilmiş. Sən demə, Vəli Novruzov Naxçıvan Havalimanının rəisi Mənşur Gülməmmədlinin iki tərəfli qohumu imiş. Həm o, Mənşur Gülməmmədlinin, həm Mənşur müəllim onun həm yeznəsi, həm qaynı imiş. Yəni Mənşur müəllim Vəlinin, Vəli də onun bacısı ilə ailə həyatı qurub həm qohumluqlarını, həm də vəzifələrini qarantiya altına alıb.
 
Ardını oxu...
Rüşvətə görə həbs edilən Lənkəranın baş memarı Elgün Abdullayevin cinayət işi icraata verilib.

DİA.AZ APA-ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılacaq cinayət işi hakim Elxan Süleymanovun icraatına verilib.

Cinayət işi məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi müdirinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İstintaq zamanı Elgün Abdullayevin fərdi-yaşayış evi və qeyri-yaşayış sahəsinə dair sənədlərinin hazırlanması müqabilində 100 min 250 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsi və cəmi 33 min 500 manat pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Elgün Abdullayevə Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

***

DİA.AZ qeyd edir ki, məlum ajitoajlı həbs ərəfəsində yerli KİV-də Elgün Abdullayevlə bağlı ilginc iddialar da səslənmişdi və açıq şəkildə qeyd olunurdu ki, E.Abdullayev hələ də Lənkərana rəhbərlik edən Taleh Qaraşovun yaxın kadrıdır və Lənkəran RİH başçısı ilk əvvəl hətta onu azadlığa çıxarmağa da çalışıb.

HƏMİN MƏQALƏ BURADA: 26 ilin icra başçısının başı dərddə

Elə buna görə də, hazırki məhkəmənin də "maraqlı" keçəcəyini söyləmək olar. Ən azından ona görə ki, Qaraşov cənabları adamını həbsdən qurtarmağa çalışacaq...

ZƏRURİ QEYD: Onu da xatırladaq ki, bu olay Taleh Qaraşovun kadrları ilə bağlı baş verən ilk həbs qərarı deyil. Hətta Lənkəran icra başçısının müavinlərindən biri bir neçə ay əvvəl məktəbli qıza zor tətbiq etməsi səbəbilə mühakimə olunmuşdu...

Məsələ ilə əlaqədar dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Ardını oxu...
Məhkəmə tibb eksperti Mevliyev Əliş Balaca oğlu Azərbaycan Tibb Universitetini (ATU) məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, onun tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi Əliş Mevliyevin iddiasını təmin etməyib. O, apellyasiya şikayəti verib.
Şikayətə Bakı Apellyasiya Məhkəməsində Elşən Kazımovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. İş üzrə artıq məhkəmə baxış iclası təyin edilib. Proses aprelin 17-də baş tutacaq.
Araşdırmalarımız zamanı bəlli olub ki, Əliş Mevliyev ATU-nun “Məhkəmə təbabəti” kafedrasından çalışıb. Onun hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Bəzi iddialara görə, onunla rektor Gəray Gəraybəyli arasında gərginlik yaranıb.
Gəray Gəraybəyli 2016-cı ildən ATU-nun rektoru vəzifəsini daşıyır.
 
Ardını oxu...
Naxçıvanda "Arkoz Holdinq"ə məxsus yüzlərlə etirazçı fəhlənin tələbi qismən yerinə yetirilib. Holdinqə məxsus zavod və fabriklərdində çalışan işçilər üç aylıq maaşlarının gecikdirilməsinə etiraz olaraq, martın 13-dən tətilə başlamışdı. Teref.az-ın məlumatına görə, onlar „Gündəlik Naxçıvan“a bildirirdilər ki, maaşları ödənməyincə aksiyanı davam etdirəcəklər.
Fəhlələr deyir ki, məsələ ictimailəşdikdən dərhal sonra, holding rəhbərliyi etirazçı fəhlələri qəbul edib. Uzun danışıqlardan sonra, hər iki tərəf razılığa gəlib:
„İlk günlərdə tətil etdiyimizə görə bizi hədələyirdilər, deyirdilər ki, özünüzü öldürsəz də xeyri yoxdur, işə çıxmayan qovulacaq. Məsələ ictimailəşən kimi tez əl-ayağa düşdülər, bizi qəbul etdilər. Dedilər ki, müvəqqəti maliyyə problemini nəzərə alıb, işə davam edək. İki aylıq maaşımızı köçürəcəklərinə söz verdilər. Digər bir ayı da martın sonunda verəcəklər. Biz də razılaşdıq və tətili dayandırıb, işə davam etmək qərarı verdik. Bizim problemi paylaşan hər kəsə təşəkkür edirik“.
Holdingdən „Gündəlik Naxçıvan“a bildirdilər ki, yaxın günlərdə fəhlələrin iki aylıq maaşı hesablarına köçürüləcək.
Ardını oxu...
Demək olar ki, hər avtobus dayanacağında informasiya monitorları var. Həmin monitorlar avtobusların gediş-gəliş vaxtını, neçə dəqiqə ərzində gələcəyini və s. bildirir. Lakin ölkəmizdə onların heç biri işləmir. Təxminən 3-4 il öncə deyildi ki, xarici ölkələrdən yeni monitorlar gələcək. Hətta bunu etmək üçün kifayət qədər də maliyyə ayrılmışdı.

Niyə ölkəmizdə məlumat monitorlarına nəzarət edilmir? Monitorların işləməməsində hansı səbəblər rol oynayır?

TEREF.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, həmin monitorlar keçmiş Nəqliyyat Nazirliyi tərəfindən gətizdirilib:

“Bu manitorlar müasir texnologiya adı altında gətirilsə də, başqa ölkələrdə II və III dərəcəli avadanlıqlar kimi tanınırdı. Bunun da əziyyətini vətəndaşlar çəkir. Çünki monitorlar işləmir və insanlara heç bir xidmət göstərmir. BNA-nın dövründə çalışdılar ki, yenidən təmir edib istifadəyə yararlı hala gətirsinlər. Lakin bu da heç bir işə yaramadı və ara yerdə milyonlarla vəsait havayı yerə xərcləndi. Bu sistemi təkmilləşdirmək üçün hər şeyə 0-dan başlamaq lazımdır. Qeyd etdiyim kimi, bunun üçün də yenə vəsait lazımdır.

O vəsait yığılarkən yeyintiyə, çirkin əməllərə yol verilmədən şəffaf şəkildə çalışsalar, məsələ öz həllini tapacaq”.

BNA-nın rəsmi mövqeyini öyrənməyə çalışsaq da, qurumun mətbuat xidmətindən cavab verilmədi.
Ardını oxu...
Bir neçə gün əvvəl Naxçıvan Ali Məhkəməsinə sədr təyin olunan Səadət Bəktaşi ilə bağlı qalmaqal səngimək bilmir. DİA.AZ bildirir ki, bu dəfə də Qarabağ Qaziləri xanım Bəktaşi haqda verilən təkzib mətninə etirazlarını ifadə ediblər.

"Bakı Apellyasiya Məhkəməsi ağ yalan danışır" deyə vurğulanan Qarabağ qazilərinin DİA.AZ-a ünvanladıqları müraciətdə "03.08.2021 tarixli qərar hələ də Qarabağ qazisinə verilməyib" deyə iddia səslənir.

Qazilərin redaksiyamıza yolladıqları müraciəti olduğu kimi təqdim edirik: "Mediada Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən Səadət Bəktaşi) Qarabağ qazisi Xaliq Abbaszadənin DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiası üzrə Bakı İnzibati Məhkəməsinin (h. Nəriman Abıyev) qərarını qüvvədə saxlayan 03.08.2021 tarixli qərarının 2 ildir verilmədiyindən bu günlərdə dərc olunan yazı sözügedən yuxarı instansiya tərəfindən yalanlanıb. Bakı Apellyasiya Məhkəməsi qərarın 20.08.2021-ci ildə tərəflərə təqdim edildiyini bildirib. Bu təkzib – yalanlama ağ yalandır.
Birincisi, Qarabağ qazisi bu iki ildə dəfələrlə qərarın verilməsini tələb edib və verilmədiyindən dəfələrlə mətbuatda bu özbaşınalıqla bağlı çıxış edib. İndi sədrlik edən hakim Səadət Bəktaşinin Naxçıvan Ali Məhkəməsinə sədr təyin edilməsi haqqında məlumat haqlı olaraq pensiyasından və kassasiya hüququndan məhrum edilən iddiaçı Qarabağ əlilində haqlı sual doğurub : Səadət Bəktaşi 03.08.2021 tarixli qərarını da özü ilə Naxçıvana aparıbmı?
Bakı Apellyasiya Məhkəməsinin yalançı yalanlamasından - təkzibindən belə bəlli olur ki, Səadət xanım qərarı özü ilə aparmayıb, Bakı İnzibati Məhkəməsinə qaytarıb. Qarabağ qazilərinin şikayəti isə qərarın iddiaçıya verilməməsindəndir. Yalançı təkzib etməklə iş bitmir, hanı qərarın təqdim edilməsinin sübutu? Xatırladırıq ki, məhkəmə sənədləri – birinci instansiya, apellyasiya və ali məhkəmənin aktları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 134-cü maddəsinə əsasən rəsmi qaydada verilməlidir. MPM-in 135.1 maddəsinə görə, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Çatdırılıbmı? Bakı Apellyasiya Məhkəməsinin həmin sifarişli poçt məktubu hanı? MPM-in 135.2 maddəsinə görə, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan ..qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə , rabitə orqanları tərəfindən ŞƏXSƏN VERİLİR. Verilibmi? Hanı məhkəməyə qaytarılan qəbzin və sənədin kötüyü? Qarabağ qazisinin sənədi alması barədə imzası? Yoxdur! Olsaydı, Bakı Apellyasiya Məhkəməsi “təkzibi”nə əlavə edərdi. Bir də Qarabağ qazisinə qərar verilsə idi, niyə mətbuata verilməməsindən şikayət edirdi, elə kassasiya şikayəti vermək üçün vəkillə təminatı üçün müraciət edərdi.
Bütün bunlar və məntiq Bakı Apellyasiya Məhkəməsinin təkzibinin də yalan olduğunu üzə çıxarır. Qarabağ qaziləri məhkəmə aktının verilməsini tələb edir. Gec də olsa, kassasiya şikayəti hüquqlarından yararlanmaq üçün .
Qarabağ qaziləri :
Məğrur Bədəlsoy
Xaliq Abbaszadə
Müşfiq İsmayılov
Eldar Hüseynov
Rövşən Cəfərov
Güloğlan Süleymanov və b."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

Dünyapress TV

Xəbər lenti